Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-13/2026 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Işin halları
1. Kreditor İddiaçı ASC ilə borcalan cavabdeh1 arasında bağlanmış ##.##.2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, borcalana illik faiz dərəcəsi 24 faiz olmaqla, 24 ay müddətinə 6500 ABŞ dolları kredit verilmişdir.
2. Kreditor İddiaçı ASC ilə borcalan cavabdeh1 arasında bağlanmış ##.##.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə ##.##.2017-ci il tarixli ** saylı Əlavə Sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 7056,50 ABŞ dolları təşkil edir (4337,31 ABŞ dolları əsas, 1792,59 ABŞ dolları faiz, 926,6 ABŞ dolları cərimə borcu). Kreditin müddəti ##.##.2022-ci il tarixədək təyin olunmuşdur.
3. ## #### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh1 ## #### 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə ## #### 2025-ci il tarixə banka 4159,03 ABŞ dolları əsas, 1532,29 ABŞ dolları faiz, 3472,29 ABŞ dolları cərimə, 606,68 ABŞ dolları gecikmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 9770,29 ABŞ dolları borcu vardır.
4. Kreditor tərəfindən borcluya ünvanlanmış ## #### 2025-ci il tarixli bildirişlə müəyyən olunur ki, 3 gün ərzində gecikdirilmiş ödəniş məbləğinin (4159,03 ABŞ dolları əsas, 1532,29 ABŞ dolları faiz, 3472,29 ABŞ dolları cərimə, 606,68 ABŞ dolları gecikmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 9770,29 ABŞ dolları borcun) banka qaytarılması təklif edilmiş, əks təqdirdə banka olan borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
5. Azərbaycan Respublikası Mərkəzi Bankının ## ##### 2026-cı il tarixli *-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, cavabdeh cavabdeh1 devalvasiya gününə (##.##.2015-ci il tarixə) bütün kredit təşkilatlarına əsas kredit borclarının ümumi qalıq məbləği 17000 manatdan (10000 ABŞ dollarından) artıq olduğu üçün kompensasiya hissəsində Fərman qüvvəyə mindiyi günə (##.##.2019-cu il tarixə) bütün kredit təşkilatlarında əsas kredit borclarının ümumi qalıq məbləği 17000 manatdan (10000 ABŞ dolları) artıq olduğu üçün restrukturizasiya hissəsində Fərmanın təsiri dairəsinə düşməmişdir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 9.770,29 ABŞ dolları borcun - bundan 4.159,03 ABŞ dolları əsas, 1.532,29 ABŞ dolları faiz, 3.472,29 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 606,68 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 139,83 manat dövlət rüsumunun cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ********* nömrəli ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə “Dövriyyə vəsaiti” məqsədi ilə 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 6500 ABŞ dolları kredit verilmişdir. Cavabdeh cavabdeh1 kredit verilərkən cavabdeh2 ilə bank arasında 130012380/ZMnömrəli ##.##.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış ** nömrəli ##.##.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7056,5 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubları göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ##.##.2025-ci il tarixə cavabdeh1 kredit üzrə cəmi borcu 9.770,29 ABŞ dolları təşkil edir. Bundan 4.159,03 ABŞ dolları əsas, 1.532,29 ABŞ dolları faiz, 3.472,29 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 606,68 ABŞ dolları faiz borcu təşkil edir.
8. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Əbülfəz Məmmədli) iddianın cavabdeh1 münasibətdə qismən təmin edilməsi; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında bağlanmış ##.##.2015-ci il tarixli il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə (##.##.2017-ci il tarixli ** №-li Əlavə Saziş nəzərə alınmaqla) 4159,03 ABŞ dolları əsas, 1532,29 ABŞ dolları faiz, 207,95 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 598,32 ABŞ dolları faiz olmaqla, cəmi 6497,59 (altı min dörd yüz doxsan yeddi dollar əlli doqquz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pulun cavabdeh cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; Iddianın qalan hissədə rədd edilməsi; Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123,11 (bir yüz iyirmi üç manat on bir qəpik) manat pulun cavabdeh cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; Ödənilmiş dövlət rüsumun qalan 16,72 (on altı manat yetmiş iki qəpik) manat hissəsinin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 445.7, 447.1, 447.2, 448.1, 462.1, 465.2, 467, 470.1, 471, 472.1, 472.2, 477, 739.1, 739.2, 741 və 743-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia müddətinin keçməsi səbəbindən iddianın təmin edilməməsi və ya qətnamənin dəyişdirilərək, bankın uzun müddətli fəaliyyətsizliyi (9 illik gecikmə) nəticəsində süni şəkildə artmış faiz və cərimələrin tutulması tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan hesabdan çıxarış sənədinin sonuncu vərəqinin təhlili göstərir ki, cavabdeh tərəfindən kredit üzrə sonuncu real mədaxil (ödəniş) əməliyyatı ##.##.2016-cı il tarixdə həyata keçirilmişdir. Bu hal hesabdan çıxarışın müvafiq səhifəsində əks olunmuş ##.##.2016-cı il tarixli mədaxil əməliyyatı ilə birbaşa təsdiqlənir və həmin tarixdən sonra bank çıxarışında cavabdeh tərəfindən həyata keçirilmiş heç bir digər real mədaxil əməliyyatı mövcud deyildir. Həmin tarixdən iddianın məhkəməyə təqdim edildiyi ##.##.2025-ci il tarixədək keçən müddət 9 il 2 ay təşkil edir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətinin açıq və kobud şəkildə ötürülməsi deməkdir. Məhkəmənin sabit hüquqi mövqeyinə əsasən, müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımı kreditorun tələb hüququnun yarandığı andan, yəni borclunun öhdəliyi icra etmədiyi tarixdən başlanır və kreditorun uzun müddət passiv qalması iddia müddətinin tətbiqinə mane olmur. Birinci instansiya məhkəməsi iddia müddətinin bu qədər aşkar şəkildə ötürüldüyü halda, onu tətbiq etməməklə maddi hüquq normasını səhv tətbiq etmişdir. 2016-cı ildən sonrakı dövrdə bank çıxarışlarında əks olunan “prolonqasiya” və oxşar əməliyyatlar bankın birtərəfli daxili mühasibat və texniki uçot hərəkətləri olmuşdur. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, iddia müddətinin kəsilməsi yalnız borclunun borcu tanımasını açıq və könüllü şəkildə ifadə edən real hərəkətləri ilə mümkündür. Kreditorun daxili uçot əməliyyatları iddia müddətini kəsmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin iddia müddətinin kəsilməsi məsələsini araşdırmadan qətnamə çıxarması hüquqi səhvdir. Birinci instansiya məhkəməsi özü də qətnamədə bankın əsas borcun tutulması tələbinin müqavilədən imtina iradəsi kimi qiymətləndirildiyini göstərmişdir. Ali Məhkəmənin mövqeyinə əsasən, faiz yalnız pul vəsaitindən faktiki istifadə edilən müddət üçün hesablana bilər. Müqavilə münasibətlərinə faktiki xitam verildikdən və kredit vəsaitindən istifadə edilmədikdən sonra faiz və cərimə hesablanması hüquqi əsasını itirir. Birinci instansiya məhkəməsi bank tərəfindən təqdim edilmiş çıxarış və maliyyə sənədlərini tənqidi qiymətləndirməmiş, onların real ödənişi, yoxsa bankın daxili uçotunu əks etdirdiyini araşdırmamışdır. Eyni zamanda, iddia müddəti kimi mübahisənin həlli üçün həlledici əhəmiyyətə malik hüquqi arqumentə qətnamədə ümumiyyətlə münasibət bildirilməmişdir ki, bu da qətnamənin əsaslandırılmamış olmasına səbəb olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Iddiaçı bank “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları məhkəmə iclasına gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
19. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
21. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
22. Maddə (əvvəlki redaksiya) 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
33. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.
34. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.
35. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
36. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, iddiaçı bank birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh (borclu) cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir.
37. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı ASC ilə borcalan cavabdeh1 arasında ##.##.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borcalana illik faiz dərəcəsi 24 faiz olmaqla, 24 ay müddətinə 6500 ABŞ dolları kredit verilmişdir. Daha sonra tərəflər arasında bağlanmış ##.##.2017-ci il tarixli ** saylı əlavə sazişə əsasən ##.##.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 7056,50 ABŞ dolları müəyyən edilmişdir (4337,31 ABŞ dolları əsas, 1792,59 ABŞ dolları faiz, 926,6 ABŞ dolları cərimə borcu). Kreditin müddəti ##.##.2022-ci il tarixədək təyin olunmuşdur. Buna baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmişdir. Borcalana borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
40. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası olan kreditor və borcalan arasında bağlanmış kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən əsas, ona hesablanmış faiz və cərimə borcu tələb edir və əsas kimi göstərir ki, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmişdir. Borclu cavabdeh1 də da kredit borcunu inkar etməyərək, sadəcə faiz və cərimə borc məbləğinin düzgün hesablanmamasını mübahisələndirmişdir.
41. Mülki Məcəllənin 421.3-cü maddəsinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
42. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, HYPERLINK "https://e-qanun.az/framework/46944" \o "Azərbaycan Respublikası Mülki Məcəlləsi" \t "_blank" Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
43. Borcalana kredit müqaviləsi üzrə borcun tam ödənilməsi barədə son xəbərdarlıq məktubu ## #### 2025-ci il tarixdə göndərilmişdir. Bununla da iddiaçı bank müqavilənin hissəhissə icrasından birtərəfli imtina etmiş, nəticədə isə həmin vaxtdan tərəflər arasında bağlanmış müqavilə ləğv edilmişdir.
44. Nəzərə almaq lazımdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
45. Şərh edilənləri ümumiləşdirərək kollegiyanın qənaəti bundan ibarətdir ki, iddiaçı bank kredit müqaviləsinin qüvvədə olduğu vaxtadək faiz və cərimə borcu hesablamaq hüququna malik olmuşdur. Kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubunda kredit müqaviləsi üzrə əsas borc 4159,03 ABŞ dolları, faiz borcu 1532,29 ABŞ dolları, cərimə borcu 3472,29 ABŞ dolları məbləğdə göstərilmişdir. Bu mənada, birinci instansiya məhkəməsi haqlı olaraq kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləğini xəbərdarlıq məktubunda göstərilən məbləğdə müəyyən etmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də faiz borcunun ödənilməsinin tələb edilməsi qanuni və əsaslıdır.
47. Faiz borcunun düzgün hesablanmaması barədə apellyatorun dəlili ilə bağlı kollegiya göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdeh cavabdeh1 subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Mülki Prosessual Məcəllənin 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir.
48. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə isə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
50. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir. Halbuki, iş materiallarında olan maliyyə arayışı ilə kredit müqaviləsi üzrə faiz borcu məbləği dəqiqliklə göstərilmişdir. Bir sözlə, həmin maliyyə arayışının mötəbərliyini şübhə altına alacaq əsas olmamaqla məsələnin həlli baxımından hər hansı xüsusi biliyin tətbiqinə də (mühasibatlıq ekspertizasının təyin olunmasına) zərurət yoxdur.
51. Həmçinin cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
52. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
53. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.
54. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
55. Iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsi üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, eyni zamanda işin hallarını nəzərə alaraq, cərimə məbləğini azaldaraq 207,95 ABŞ dolları məbləğdə müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.
56. Gecikdirilmiş vaxt üçün illik beş faiz borcu tələbinə gəldikdə isə qeyd edilir ki, iddiaçı bankın bu tələbi də qanuni əsaslara söykənir. Belə ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
57. Öhdəliyin icrasının gecikdirilməsi, buna görə kreditorun borcludan illik beş faiz borcu tələb etməsi məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə görə, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2023-cü il ## #### tarixli qərarı).
58. Hazırkı işin hallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti başa çatmış, lakin cavabdeh bu müddətədək iddiaçı banka qaytarmalı olduğu borcunu ödəməmişdir. Bu halda, cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun tələb edilməsi qanuni və əsaslıdır.
59. Iddia müddətinin buraxılması barədə apellyatorun arqumenti də kollegiya tərəfindən əsassız hesab edilmişdir; ona görə ki, cavabdeh cavabdeh1 birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclaslarında iştirak etməsə də, lakin iş materiallarındakı SMS xəbərdarlığın AZEMIS vasitəsi ilə göndərilməsi barədə bildirişlərə əsasən müəyyən olunur ki, o, birinci instansiya məhkəməsi tərəfindən işə baxılması barədə lazımi qaydada məlumatlandırılmışdır. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı işdə isə, cavabdeh cavabdeh1 birinci instansiya məhkəməsi tərəfindən işə baxılması barədə məlumatlı olduğu halda, həmin məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir.
60. Kollegiya həmçinin qeyd etməyi zəruri sayır ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Mərkəzi Bankına müvafiq sorğu ünvanlanmış və sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, tərəflər arasındakı kredit müqaviləsi üzrə borc məbləği Azərbaycan Respublikası Prezidentin ## ###### 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri dairəsinə düşməmişdir.
61. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Işə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə apellyatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.