Məhkəmə qərarları › İş №2-2(3-7)-23/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-7)-23/2026

18.05.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-23/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkil) nümayəndə2 iştirakı ilə, Işin halları

1. ##.##.2024-cü il tarixli qiymət razılaşdırılması barədə protokol, müqaviləyə əlavə 3-dən görünür ki, “xxxx” MMC-nin direktoru X1 ilə “xxxx” MMC-nin direktoru X2 ararasında bağlanmış əlavəyə əsasən icraçı tərəfindən qeyd olunan tariflər və qiymətlər əsasında yük daşıma ximəti yerinə yetiriləcəkdir.

2. ##.##.2024-##.##.2024-cü il tarixləri əhatə edən yükün daşınması ilə bağlı 1452 ədəd qaimə fakturalardan görünür ki, həmin qaimələrdə yükün adı, gedilən məsafə göstərilmiş və qaimələr yükü təhvil alan və yükü təhvil verənin imzaları ilə təsdiq edilmişdir.

3. HK-*/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarla Cavabdeh İddiaçı tərəfindən pulunun və avtomobillərin ələ keçirilməsi barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

4. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh təsisçisi olduğu “xxxx” MMC ilə “xxxx” MMC arasında KBT-AZK/**-** saylı ## #### 2024-cü il tarixli müqavilə bağlanmışdır. “xxxx” MMC müqavilədən irəli gələn müqavilə şərtlərini pozmuşdur və qeyd edilən səbəb ilə “xxxx” MMC tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Müqavilə üçün nəzərdə tutulan işlər icra olunmadığı və müvafiq sənədlər təqdim edilmədiyi üçün onların tərəfindən hər hansı bir ödəniş etmə öhdəliyi yaranmamış və buna əsasən ödəniş edilməmişdir.

5. ##.##.2024-cü il tarixli tərtib edilmiş siyahının kserosurətindən görünür ki, 534300 manat dəyərində mala dair siyahı tərtib edilmişdir.

6. “CD” diskə əlavə edilmiş audio səs yazılarının tədqiqindən müəyyən olunur ki, səs danışığında İddiaçı və Səma Əhmədova arasında telefon danışığı gedir. İddiaçı Cavabdeh bildirir ki: “Iyulun 15-dən bu günə qədər sürücülərə ümumilikdə 5000 manat pul ödəmisiniz və mən də sizə dəfələrlə bildirmişəm ki, sürücüləri hər gün ödəniləcək pul müqabilində çağırmışıq, bu sizin verdiyiniz sözdür. 21 gündür sürücülərə pul ödənilmir. Bununla bağlı ne deyə bilərsiz?. Heç kim sizinlə razborka aparmır, xahiş edirəm şərləmə üsuluna keçməyin, əgər şərləməyə keçirsinizsə biz sizə qulaq asmaq məcburiyyətində deyilik. Səma xanım, 21 gündür işçilərin pulu verilmir bu məsələ ilə bağlı konkret olaraq nə deyə bilərsiniz. Biz sürürcülərə nə bildirək. Biz Araz müəllimlə danışıqlarımızda bütün məlumatlarımızı vermişik. Ayın 27-si sizə məlumat da verilib, siz cavab verməmisiz. Bunu qrupdakı hərkəs də sübut edə bilər ki, siz ayın 5-nə qədər heç kimə cavab verməmisiniz. Bu rəhbər şəxsin məsuliyyətsizliyidir. Siz bu gün zəng etmisiz bu gün ayın 6-sıdır. Siz keçən ayın 15-dən bu günə qədər sizin səhhətinizlə bağlı hansı xəstəxana məlumatı göstəricisi var, onu göstərəsiniz. Biz sizə bildirmişik ki, daha sizin yalanlarınıza şərik olmayacayıq və sizin yalanlarınızı kiməsə doğru kimi göstərməyəciyik. Indi biz bu gün sürücülərə pul barədə nə deyə bilərik. Bizim Arazla razborkamız o idi ki, biz fikrimizi bildirmişik. Onlar da dedi ki, günah Səma xanımdadır. Biz heç kimlə razborka aparmaq istəmirik. Biz sadəcə xanım rəhbərimizdən işçilərə çatacaq pulları yalvararaq almaq istəyirik, siz də bundan imtina edirsiz. Biz sürücülərə çatacaq pulu istəyirik”. Cavabdeh İddiaçı bildirir ki: “Onunla bağlı mən şirkətə məlumatımı bildirmişəm ki, mən flan tarixdən flan tarixə kimi sürücülərə pulunu ödəyə bilməmişəm. Pulun tez şəkildə sürücülərə ödənişinə mənə komək edin. Çünki mən borclu statusundayam və buna görə də sürücülər gəlib işi bərpa edə bilmirlər. Mənim işçilərimin mənimlə razborka aparmağını bildirməmişəm. Qışqırdığınız səslərin də hamısını qeyd etmişəm. Mən hamısını bildirəcəm, qoy hər kəsə aydın olsun ki, mən hansı rejimdə çalışmışam və bundan sonra da çalışacam. Mən “xxxx” MMC-yə bildirmişəm, dediyim kimi mənə pulun ödənilməyi üçün əllərindən gəldiyi yardım prosesini edirlər amma siz, həmin proseslər vaxtı mənim işimi icra etməyimə icazə verməyərək məni razborkalara Araz müəllimlə zəng vurub danışmağıma qarışırsız. Mən səhhətimlə bağlı iş prosesində iştirak edə bilməmişəm. Dediyim kimi bəyaqdan mənimlə danışığınızı qeydə almışam. Mən nə zəng vurub heç kimi təhqir etməmişəm, nə kimisə danlamamışam, nə maaşından kəsməmişəm, nə də ki, zəng vurub nəyisə aydınlaşdırmağı ehtiyac duymamışam, duymuram. Sadəcə olaraq sizin məndən tələb etdiyiniz prosesi tezləşdirmək üçün mən sizə zəng etmişəm. Mən artıq bir saatdır həmin proseslərin əsəbi, stresi ilə məşğulam. Bu da mənə aydındır ki, bu qərəzli və qəsdən olunan bir şeydir, başqa bir açıqlaması ola bilməz. Mənim heç bir yalanım yoxdur. Mən ev şəraitində müalicə olunmuşam, yatmışam, mənə sistemlər də olunubdu, səsimdən də göründüyü kimi xəstə olmuşam. Məndən tələb edirsinizsə hər birinin də çıxarışını gətirə bilərəm. Hər kəsə də aydındır ki, xəstə evinin içərisində xəstəliyini keçirdə bilir. Arazla razborkanız qoysa nəsə söz deyə bilərsiniz. Dediyim kimi siz o mübahisələrdən çıxa bilin, ondan sonra siz bir iş icra edərsiniz və mənə də icazə verərdiz ki, mən də işimi icra edim. Araz müəllimə də zəng edib bildirmişəm ki, aydınlaşdırsın. Razborka istəyirsinizsə nə edə bilərik, qadına uyğun hərəkət etmək lazımdır”.

7. Audio diskin tədqiqindən müəyyən olunur ki, Cavabdeh ilə başqa şəxs arasında telefon danışığı gedir, Cavabdeh həmin şəxsə bildirir ki: “biz birincidən danışanda danışmışdıq ki, biz bunu 3 yerə bölürük. Sahil bəy məsələn burdan indiyə kimi pul götürməmişdir. Sahil bəy maaşa danışmamışdır. Gəldiyi gündən ortaq olaraq gəlmişdir. Biz orda öz pulumuzla zapçast alıb yığmışıq, moyka düzətmişik. Indi Sənan da cırnayıb, Sahil bəy də cırnayıb, olarmı ki, mən də söz vermişəm bu ortaqlığı mən təklif etmişəm. Bu bax axıra kimi bu formada da gedə, bu da bizə xeyir verə, bu da bizə kömək edə. Onu da bizə 3 nəfərə bölünən şəkildə demişik. Mənim kişi sözüm yerə düşməsin”.

8. Audio-video diskin tədqiqindən görünür ki, iki ədəd konteynerin videosu çəkilmiş, həmin əmlakları şahid8 təhvil verilməsi qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh dəyəri 2500 manat olan 1 ədəd 6 metrlik konteyner, dəyəri 3500 manat olan 1 ədəd 12 metrlik konteyner, 5700 manat dəyərində avtomobil ehtiyyat hissələri, dəyəri 3000 manat olan 1 ədəd su çəni, dəyəri 500 manat olan 1 ədəd hava təzyiqi ilə işələyən təkər açarı, dəyəri 350 manat olan böyük açar dəsti, dəyəri 200 manat olan açar dəsti, dəyəri 150 manat olan 1 ədəd hava təzyiqi ilə işləyən laqonda, dəyəri 150 manat 1 ədəd batareya ilə işləyən direl, dəyəri 180 manat olan 1 dəst təkər təmiri üçün ləvazimatlar və dəyəri 150 manat olan 1 dəst təkər təmiri üçün ləvazimatlardan ibarət əmlakların natura şəklində, qətnamə icra olunan vaxt naturada mövcud olmazsa mövcud olmayan əşyaların dəyəri məbləğində pulun və tərəfindən sürücülərə ödənilmiş 71000 manat məbləğində pulun, 352 manat iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə 2024-cü ilin fevral ayında qardaşı Sənanın vasitəsi ilə tanış olmuşdur. Belə ki, Sənan ona müraciət edərək bacısı Cavabdeh iş qurmaq istədiyini və onun əvvəllər yol tikinti materiallarının daşınma işləri ilə məşğul olduğu üçün bacısına bu işin qurulmasında köməklik göstərməyini xahiş etmişdir. Onlar işin qurulma və gələcəkdə birlikdə işləmək şərlətini razılaşdıqdan sonra, Cavabdeh “xxxx” MMCnin direktoru Xəlil Göyüşovla onu tanış etmişdir. Ilkin danışıqda qiymətlər barədə razılığa gələ bilməmişlər, ikinci dəfə görüşdükdən sonra qiymətlər barədə razılığa gəlmişlər. 2024-cü ilin mart ayından Ağdam rayonu, Qızılı Kəngərli kəndi ərazisində şirkətin avadanlıqlarını yerləşdirmək, işçilərin qalması üçün yer (kamp) inşa etməyə başlamışlar. Cavabdeh ilə belə razılığa gəlmişdir ki, o özünə məxsus dəyəri 2500 manat olan 1 ədəd 6 metrlik konteyner, dəyəri 3500 manat olan 1 ədəd 12 metrlik konteyner, 5700 manat dəyərində avtomobil ehtiyyat hissələri, dəyəri 3000 manat olan 1 ədəd su çəni, dəyəri 500 manat olan 1 ədəd hava təzyiqi ilə işləyən təkər açarı, dəyəri 350 manat olan böyük açar dəsti, dəyəri 200 manat olan açar dəsti, dəyəri 150 manat olan 1 ədəd hava təzyiqi ilə işləyən laqonda, dəyəri 150 manat 1 ədəd batareya ilə işləyən direl, dəyəri 180 manat olan 1 dəst təkər təmiri üçün ləvazimatlar və dəyəri 150 manat olan 1 dəst təkər təmiri üçün ləvazimatlardan ibarət əmlaklarını kampın tikintisi üçün istifadə edəcək. Cavabdeh isə lazım olan digər avadanlıqları almaq üçün pul vəsaiti sərf edəcəkdir. Gələcəkdə isə işin qurulması və idarə edilməsi qarşılığında qazanca şərik olacaqdı. Kampın tikinti işləri 2024-cü ilin aprel ayının birinci yarısında yekunlaşmış və həmin vaxtdan da şirkət “xxxx” MMC adı ilə fəaliyyətə başlamışdır. Şirkətin təsisçisi Cavabdeh, şikrət direktoru kimi qardaşı X1 təyin etmişdir. O isə direktor müavini kimi işləmişdir. ##.##.2024-cü il tarixdə şirkət direktoru kimi o təyin edilmişdir. ##.##.2024-cü il tarixədək yük daşıyan avtomaşınların sürücülərinə çatacaq əmək haqqı olan 71000 manat məbləğində pul vəsaiti şirkətin təsisçisi Cavabdeh tərəfindən ödənilmədiyi üçün aralarında narazılıq yaranmışdır. Sürücülərə ödənilməli olan əmək haqlarının şirkətin təsisçisi Cavabdeh tərəfindən köçürülmədiyi üçün o şirkətdən ayrılmışdır. Bundan sonra Cavabdeh ilə sürücülərə ödənilməli olan 71000 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı danışıqlar aparsa da heç bir nəticəsi olmamışdır. Apardığı danışıqlar barədə iddiaçıda səs yazıları mövcuddur. Buna görə də o məcburiyyət qarşısında qalaraq sürücülərə çatacaq vəsaiti özü ödəmişdir. Daha sonra ##.##.2024-cü il tarixdə Cavabdeh barəsində Azərbaycan Respublikası DINnə müraciət etmiş və müraciətin araşdırılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə göndərilmişdir. Onun şikayətindən sonra Cavabdeh da onun barəsində Azərbaycan Respublikası DIN-nə müraciət etmiş və onun şikayəti üzrə Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Baş Istintaq və Təhqiqat Idarəsində araşdırma aparılmışdır. Yekun nəticə olaraq hər iki şikayət üzrə cinayət işi başlanması rədd edilmiş və mübahisənin mülki xarakterli olması izah edilmişdir. Işə başlayarkən o özünə məxsus olan dəyəri 2500 manat olan 1 ədəd 6 metrlik konteyner, dəyəri 3500 manat olan 1 ədəd 12 metrlik konteyner, 5700 manat dəyərində avtomobil ehtiyyat hissələri və dəyəri 3000 manat olan 1 ədəd su çəni, dəyəri 500 manat olan 1 ədəd hava təzyiqi ilə işləyən təkər açarı, dəyəri 350 manat olan böyük açar dəsti, dəyəri 200 manat olan açar dəsti, dəyəri 150 manat olan 1 ədəd hava təzyiqi ilə işləyən laqonda, dəyəri 150 manat 1 ədəd batareya ilə işləyən direl, dəyəri 180 manat olan 1 dəst təkər təmiri üçün ləvazimatlar və dəyəri 150 manat olan 1 dəst təkər təmiri üçün ləvazimatlarından ibarət əmlaklarını “xxxx” MMC-inin Ağdam rayonu, Qızılı Kəngərli kəndində yerləşən kampın inşasında istifadə etmiş və hazırda həmin əmlakları orada qalmaqdadır. Bundan başqa sürücülərə şirkət tərəfindən ödənilməli olan 71000 manat məbləğində pulu da o ödədiyi üçün həmin məbləğ şirkətin təsisçisi Cavabdeh tərəfindən ona ödənilməlidir. Belə ki, “xxxx” MMC-dən “xxxx” MMC-nin hesabına ödəniləcək pul vəsaitini şirkətin təsisçisi Cavabdeh nəğd şəkildə özü almışdır. Lakin buna baxmayaraq o, həmin pulu özünə götürmüş, şirkətin hesabına köçürməmişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq müxtəlif bəhanələrlə cavabdeh həm ona məxsus olan əmlakları qaytarmaqdan, həm də 71000 manat məbləğində pulu ona ödəməkdən yayınmışdır. O cavabdehə dəfələrlə pulun ödənilməsi və əmlakların geri qaytarılması ilə bağlı xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh yenə də heç bir münasibət bildirməmişdir. Ona görə də məcbur olub hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.

11. Iddiaçının nümayəndəsi nümayəndə2 iddia tələbinin dəqiqlaşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh Cavabdeh qarşı pul və əmlak tələbinə dair iddia ərizəsi üzrə cavabehdən tələb olunan 5700 manat dəyərində avtomobil ehtiyyat hissələrinin dəqiq siyahısının tərtib edilməsi zərurəti yaranmışdır. Hər birinin dəyəri 900 manat olan 12 ədəd filəns, hər birinin dəyəri 90 manat olan 9 ədəd sentrofqa, hər birinin dəyəri 6 manat olan 9 ədəd diyafraqma, dəyəri 250 manat olan 1 ədəd ponpa girdofon, hər birinin dəyəri 45 manat olan krasdarin, hər birinin dəyəri 2 manat olan 2 ədəd paçevnik, hər birinin dəyəri 45 manat olan 2 ədəd amaltzofor, dəyəri 160 manat olan 1 ədəd qırmızı hava yastığı, dəyəri 180 manat 1 ədəd göy rəngli hava yastığı, hər birinin dəyəri 150 manat olan 2 ədəd mühərrik təmir komplekti, hər birinin dəyəri 12 manat olan 12 ədəd resor palisi, hər birinin dəyəri 70 manat olan 2 ədəd podvisnoy, hər birinin dəyəri 80 manat olan 2 ədəd sürətlər qutusu üçün tros, hər birinin dəyəri 90 manat olan 2 ədəd böyük amartizator, hər birinin dəyəri 3 manat olan 10 ədəd təkər yamağı, hər birinin dəyəri 15 manat olan 13 ədəd şpilka, hər birinin dəyəri 18 manat olan 7 ədəd təkər yamağı, dəyəri 16 manat olan 1 ədəd təkər yamağı, hər birinin dəyəri 4 manat olan 4.5 sm ölçülü 18 ədəd təkər yamağı, hər birinin dəyəri 8 manat olan 5 ədəd təkər yamağı, hər birinin dəyəri 25 manat olan 3 ədəd təkər yamağı, dəyəri 41 manat olan 1 ədəd təkər yamağı, hər birinin dəyəri 7 manat olan 4 ədəd təkər yamağı, hər birinin dəyəri 2 manat olan 17 ədəd təkər yamağı, hər birinin dəyəri 10 manat olan 2 ədəd süzgəc, hər birinin dəyəri 25 manat olan 3 ədəd peçin sensoru, dəyəri 30 manat olan 1 ədəd sürətlər qutusununun sensoru, hər birinin dəyəri 50 manat olan patkaçka, hər birinin dəyəri 1 manat olan 13 ədəd salidor, hər birinin dəyəri 35 manat olan 2 ədəd yapışqan təkər yamağı, hər birinin dəyəri 16 manat olan 4 ədəd təkər yamağı, hər birinin dəyəri 30 manat olan 2 ədəd dinamo relesi, hər birinin dəyəri 15 manat olan olan 11 ədəd filansın qaykası, hər birinin dəyəri 6 manat olan 6 ədəd filansın qayka şaybası, dəyəri 250 manat olan 1 ədəd gastrol markalı salidor yağı, hər birinin dəyəri 15 manat olan qaz pedalının trosu, hər birinin dəyəri 13 manat olan 2 ədəd resor, hər birinin dəyəri 150 manat olan 2 ədəd kamerli diski və dəyəri 110 manat olan 2 ədəd kamersiz diski olmaqla, iddia ərizəsində göstərilən ehtiyyat hissələrinin qeyd edilənlərdən ibarət olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o Səma xanımla şərik olmuşdur. Qazanca şərik olmaları ilə bağlı razılaşmışlar, Səma xanımın işçisi olmamış və maaş almamışdır. Səma xanıma hesabat vermişdir. 180 nəfərə gördükləri işə görə maaş verilirdi. Hamısı eyni gündə işə gəlmirdi, eləsi olurdu maşını xarab olurdu, eləsi olurdu ailə məsələsi olurdu və s. məsələlərlə əlaqədar işə gəlmirdi. Stabil işləri gündəlik 50-60 maşınla görülürdü. Ümumilikdə onlarda 160 işçi var idi, hər gün işə çıxan 50-60 sürücü olurdu. Sürücülər gündəlik 200-240 səfər edirdilər. Hər bir səfərdə 6 manat onlara pul qalırdı. “xxxx” MMC yol çəkilişi ilə məşğul idi, “xxxx” MMC ilə ilkin müqavilə Sənanla bağlamışdır. Onlar yol çəkilən əraziyə daş daşıyırdılar. Sürcüləri o cəlb etmiş, müqavilə də bağlamışdır. Sürücülərin hamısı ƏMAS-a daxil edilmişdir. Portallarını, ƏMAS sistemlərini Səma xanım idarə edirdi, ƏMAS-a, Portal açılmasına Səma xanım baxırdı. Onun protal açmağa ixtiyarı olmamışdır. Işçiyə portalı “xxxx” MMC-nin işçisi Günay xanım açırdı. Portal açılanda rayon adı yazılır. Bir rayon üzrə portal açılanda sürücü digər rayona gedə bilməzdi. Sürücü ilə əmək müqaviləsini onlar bağlayırdılar, lakin sürücüyə portalı sifarişçi şirkət verə bilirdi. Onlar işi tam icarə etmişdir, hər 15 gündən bir hesabat aparılmışdır. Misal üçün qaimədəki 4 üstə gəl 600 yazısının mənası yolun 4600 metrliyinə malın boşaldıldığı mənasına gəlir. 14:55 yükləmə saatı, 15:27 boşaldılma saatı, yuxardakı isə avtomobilin nömrəsidir. Hər yük boşalanda “xxxx” MMCnin əməkdaşları imza atmışlar. Pul şəklində kiməsə avans verilməmişdir. “xxxx” MMC qəbul edir ki, müqavilə üzrə öhədliklər icra edilmişdir. “xxxx” MMC ilə aralarında olan müqavilə yük daşıma ilə bağlı idi, həmin yüklər də daşınılmışdır. Müqavilə üzrə daşımaları tam icra etmişlər. Müqavilədə miqdar söhbəti yox idi, danışıqlarda olmuşdur. Qiymət razılaşdırma protokolu üzrə bütün işləri icra etmişlər. “xxxx” MMC-yə ödənişlə bağlı müraciət etməmişdir. “xxxx” MMC müqavilə üzrə pulları Səma xanımın özünə verirdi. Bank vasitəsi ilə köçürmə olmamışdır. “xxxx” MMC 2 dəfə onun şahidliyi ilə Səma xanıma pul vermişdir. Həmin puldan sürücülərə gətirib ödəmişlər. Səma xanım ilə “xxxx” MMC arasında qohumluq əlaqələri olduğuna görə köçürmələr olmayb. Pulların niyə köçürmə yolu ilə verilmədiyini bilmir. Cavabdeh “xxxx” MMC-dən nağd qaydada pul almış və işçilərin maaşını ödəmişdir, onlar birlikdə gedib “xxxx” MMC-dən pulları almışlar. “xxxx” MMC-dən heç vaxt köçürülmə ilə onlara pul gəlməmişdir. Pulu nağd qaydada Cavabdeh əldə edirdi və nə qədər pul götürdüyünü özü bilirdi. “xxxx” MMC ilə əlaqəsi olan Cavabdeh idi, ona görə maaşları o verməli idi. “xxxx” MMC özü demişdi ki, pulları Cavabdeh verəcəklər, onun yanında da 2 dəfə Cavabdeh oradan pul götürmüşdür. “xxxx” MMC-dən onlar ayda 2 dəfə pul alıb sürücülərə ödəyirdi. Lakin bununla bağlı sübutu yoxdur. “xxxx” MMC-dən o özü pul almamışdır. “xxxx” MMC görülmüş işlərə görə pulunu Səma xanıma ödəmişdir. Cavabdeh ilə birlikdə hər ayının 15-i işçilər gedib akta imza çəkirdilər. Səma xanımın iddia etdiyi pullar 4-cü, 5-ci və 6-cı aylara aid pullardır, o pullar da sürücülərə ödənilmişdir. “xxxx” MMC-dən 6-ci aya qədər bütün pulu alınmışdır. Iyul ayında isə Səma xanım deyirdi ki, 1 gün gözləsin, 3 gün gözləsin pulu alacaq. Səma xanım 2-3 dəfə o pul alanda iştirak etmişdir. Lakin iyul ayında maaşların bir qismini o özü ödəmişdir. “xxxx” MMC-nin işçisinə o pulu onları işə cəlb etmək üçün vermişdir. Səma xanımın direktor işləyəndə etdiyi mühasibatlıq əməliyyatlarına o qarışanda deyirdi ki, sonra nəsə problem olsa onluq heç nə yoxdur. O həmişə istəyib ki, ödənişlər köçürmə ilə edilsin, belə ki, həmişə ödənişlər əlbəəl olaraq cavabdehə verilirdi. Cavabdeh səs atmışdır ki, onun qapısına gələn işçilərə indiyədək 47000 manat öz cibindən maaş ödəmişdir. Iyul ayı üçün ödəniləcək məbləğ çox idi, ondan 40000 manatını Cavabdeh ödəmişdi, 71000 manatı isə işçilərə o ödəmişdir. Qaimələr onda olmur, qaimələr sürücülərdə olurdu. Həmin qaimələri “xxxx” MMC verirdi. O sürücülərə həmin qaimənin pulunu ödəyib əldə edirdi. Səma xanım onu bildirmişdir ki, işiləri ilə bağlı problem yaranarsa o öz maşınını satıb həmin problemi həll edər. O kampa alınana hər hansı texnikanı satmamışdır. Şərikli alınan texnikalardan heç birini satmamışdır. Pulları bankdan götürüb ödəmişdir.

13. Iddiaçı İddiaçı Rafael oğlu izahatında həmçinin göstərmişdir ki, vaqonları 2024-cü ilin əvvəlində almışdırlar. Konteynerlərdə işçilər də qalırdı, qalan hissəsini anbar kimi istifadə edirdilər. Hazırda kampda 10 ədəd konteyner vardır. O iki ədəd konteyner almış, birini Bərdə rayonundan “tap.az” saytı vasitəsi ilə almış, birini isə tanışı vasitəsi ilə Beyləqan rayonundan almışdır. Vaqonların birini o borc alıb almış, ikincisini isə atası pul verib almışdır. Səma xanım vaqonlarla bağlı yalan danışır. Vaqonun pulunu Cahangir ödəmişdir. Pulu Cahangirə o vermiş, Cahangir də vaqonu almışdır. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında olan izahatında konteynerin qiymətini 3400 manat qeyd etməyinin səbəbi ola bilsin ki uzun müddət keçdiyi üçün indi başqa qiymət demişdir. Həmçinin daşıma xərci də vardır. Beyləqandan aldığı konteynerə görə isə indi 2500 manat istəməsinin səbəbi daşınma xərci və içinin boşaldılmasının xərcləri də səbəb olmuşdur. Birinci dəfə konteyner alınanda Səma xanım almışdır. Sabunçudan aldıqları konteynerin pulunu Səma xanım vermişdir, Bərdə və Beyləqandan aldıqları konteynerin isə Səma xanıma aidiyyəti yoxdur. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda 3 ədəd konteyneri o aldığını qeyd etmiş, lakin hazırda 2-sinin dəyərini o istəyir, gərək kampda qalan dəftərinə baxsın, onda deyə bilər ki, nəyə görə birinin dəyirini cavabdehdən istəmir. Kampda 10-12 ədəd konteyner var idi. Qırmızıya çalan konteyner 12 metrlik, ağ isə 6 metrlik konteynerdir. Qırmızıya çalan konteyner Bərdədən alınan konteynerdir. Cavabdeh Cavabdeh həmin iki konteynerin behini əvvəlcədən ödəməmişdir. Əldə edilən gəlirlə 3 ədəd maşın almışlar. “xxxx” MMC-nin ödədiyi puldan 3 ədəd texnika almışlar. Alınan malların fakutralarını istintaq zamanı təqdim etmişdir, ola bilər ki, hamısı olmasın, ancaq çox hissəsini təqdim etmişdir. Kampda əldə edilən gəlir sürcülərə veriləcək pulun yanında çox cuzi bir şey olmuşdur. Hesabat apardığı kitab-dəftər hamısı kampda qalmışdır. Mitsibusi L200 Səma xanımın maşını idi, hazırda da onun özündədir. Qeyd edilən 7 ədəd konteyner əvvəl alınmışdı. Təkərçi sexi də konteyner idi, o da əvvəldən orda idi. Changan markalı maşın kreditlə alınmışdı, həmin maşını o almışdı, ödəyə bilmədiyindən, lizinq şirkətində qalmışdır. Fatom Servis yük maşınıdır. Howa da yük maşını idi. Ayaq yolu da vaqon idi. Mətbəx də vaqon idi. Qeyd edilən 150000 manat “xxxx” MMC-dən alınacaq puldur. Bu sənədi tərtib etməkdə məqsədləri birgə əmlakları siyahıya almaq olmuşdur. Surət formasında təqdim edilmiş sənəddəki siyahına alınmış əmlaklar “xxxx” MMC-nin balasında olmamışdır.

14. Iddiaçı izahatında həmçinin göstərmişdir ki, cavabdehin əraziyə təyin etdiyi şəxslər əmlaklarını götürməyə icazə vermirlər. Cavabdehin özü də avadanlıqlar quraşdırmışdır. Konteynerlərin 2-si onun 13-ü cavabdehə məxsusdur. Ona məxsus əmlaklar anbardadır. Təqdim etdiyi çəkilişdə konteynerlərinin və digər əmlaklarının bir hissəsi düşmüşdür. Cavabdehlə aralarında etdikləri hesablaşmalara dair dəftər də mövcuddur. Ehtiyyat hissələri olan yerin qapısı bağlı videosu vardır. Onun orada 5700 manatlıq ehtiyyat hissələri vardır. Kampı səhər-səhər balaca maşınla tərk etmişdir. 015 markalı maşınla getmiş, o ayın 19-dan getmiş, lakin ayın axırına kimi orada iş getmişdir. Gedərkən əşyaları ona görə götürməmişdir ki, o düşünürdü ki, onlar hələ də işləməyə davam edəcəklər. 2024-cü ilin iyul ayında mübahisələri olmuşdur, o ayın 19-na kimi işdə olmuş, lakin iş 28-nə kimi davam etmişdir. Səma xanımın sürcüsü ona zəng vurmuşdu ki, konteynerin qapısı qırılıb, açıqdır, həmin məsələ polisdə araşdırılmışdır. Polisin araşdırması ilə bağlı qərar vardır. Məhkəməyə təqdim etdiyi qərar həmçinin o məsələ ilə bağlıdır. Oğurluqla bağlı müraciəti o özü etmişdir. Konteynerdəki əşyaların oğurlanıb-oğurlanmamasını bilmir. Talehi ona sürücü kimi demişdilər, sürücü kimi gəlmişdi, o Bakıdan gələndə gördü ki, Səma xanım qrupa səs atıb ki, Talehin vəzifəsini dəyişsin. Taleh makler olmuşdur. Onun əmisi oğlunun Talehlə mübahisəsi olmuşdur. Həmin mübahisənin ona aidiyyəti olmamışdır, bu hadisədən sonra işlərini davam etdirmişlər. Cahangir bazarlıq edirdi. Sənədlərə Cahangir imza çəkmişdir. Səma xanım tapşırığına görə Cahangir sənədlərə imza çəkmişdir. Cahangirə sürücülərə veriləcək pula görə pul vermişdir. Iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, ilk dəfə İddiaçı ilə cavabdeh şərik olaraq iş qurublar, cavabdeh nağd vəsait vermiş və iddiaçı da öz əmlaklarını verərək iş qurmuşlar. Razılaşma belə olmuşdur ki, əldə edilən gəlir yarıya bölünsün. Ilk dəfə şifahi razılaşma olmuşdur, MMC sonradan yaradılmışdır. Iddiaçıya məxsus əmlaklar MMC-nin balasına keçməmişdir. Hüquqi şəxsin icra orqanın rəhbəri İddiaçıdur. Təqdim etdikləri daşımalar üzrə qamiələr ancaq Sahilin orada işlədiyi vaxtı əhatə edir. Məhkəmə iclası zamanı hər şey ətraflı şəkildə araşdırıldı, məhkəmə prosesinin əvvəlindən cavabdeh Cavabdeh bir-bir inkar etdiyi şeylər onun əleyhinə olan sübutlarla təkzib olundu. O inkar edirdi ki, pullar verilməyib, guya o vermişdir. Iddiaçı tərəfindən təqdim edilən hər bir sürücünün adına olan qəbzlər və məhkəmə iclasına gətirdikləri şahidlərin ifadələrindən müəyyən edildi ki, ödənişləri iddiaçı İddiaçı ödəmişdir, o cümlədən Cavabdeh tərəfindən gətirilmiş şahid Müfaqət adlı şəxsin ifadəsi və onların vəsatəti əsasında gələn Cahangir adlı şəxsin ifadəsi ilə məlum oldu ki, konteynerin pulu Cavabdeh tərəfindən deyil, İddiaçı tərəfindən Müfaqətin oğlunun göstərdiyi bank kartına ödənilmişdir. Əlavə olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən deyə bilər ki, “xxxx” MMC bir-birinə zidd ifadələr vermişdir. Belə ki, həmin qərarda “xxxx” MMC bildirir ki, işlər görülmüşdür, lakin məhkəməyə verilən cavab məktubunda hər hansı işin görülmədiyini qeyd edir. Bu da onu göstərir ki, Cavabdeh ilə “xxxx” MMC arasında yaxın münasibətlər olmuşdur. Qarşı tərəfin nümayəndəsinin qeyd etdiyi kserosürət qismində məhkəməyə təqdim edilən əl yazısı ilə tərtib edilmiş sənədin hüquqi əsası yoxdur. Sübut qismində nəzərə alınmamasını xahiş edir. Həmçinin hansı şahidlər bidirdilər ki, onlara Səma xanım ödəniş etmişdir, onlar ancaq may və iyun ayının maaşını Səma xanım tərəfindən ödəinldiyini bildiriblər, lakin onlar ancaq iyul ayı üzrə yəni İddiaçı direktor kimi işlədiyi müddət ərzində olan dövr üzrə pulun Sahil tərəfindən ödənildiyini bildirirlər. Odur ki, məhkəmədən iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçının onunla bağlı hər hansı iddiası ola bilməz, həmçinin əmlakların hamısı ona məxsus olmuşdur, iddiaçı sadəcə olaraq onun işçisi olmuşdur. Ümumiyyətlə iddiaçı özünə məxsus hər hansı əmlak barədə ona sənəd təqdim etməmişdir. Yəni heç bir sənəd üzərində iddiaçı ona hər hansı əmlakı təhvil-təslim etməmişdir. Qeyd edilən ərazidə onun əmlakları vardır, lakin orada İddiaçı məxsus əmlak yoxdur, Sahil onun işçisi olmuşdur, o də əziyyətinin qarşılığını iddiaçıya vermişdir. Sahil 7-ci ayın 5-dən direktor olmuşdur, ondan qabaq qardaşı olmuşdur. Kampa nəzarəti Sahil həyata keçirmişdir Əvvəlcədən kampın qurulması, işin təşkil olunması, işçilərə avansın, ödənişlərin edilməsi onun şəxsi vəsaiti hesabına edilmişdir. O bu vəsaitləri şirkətdən köçürmə yolu ilə əldə etməli idi. Lakin İddiaçı əməlləri nəticəsində onun həmin şirkətlə əlaqəsi pozulmuşdur. “xxxx” MMC-dən o işçilərə çatacaq ödənişləri almamış, öz vəsaiti hesabına ödəmişdir. Lakin iddiaçı “xxxx” MMC-yə elektron qaimə göndərmədiyinə görə həmin ödənişlər verilməmişdir. Iddiaçı 2 ədəd konteynerin ona məxsus olduğunu bildirir. Həmin konteynerlərin alınmasında şəxsən iştirak etmiş, birində Səbuhi adlı şəxs yanında olmuşdur. Konteynerlər onun pulu ilə alınmışdır. Digər bütün xərcləri kartı vasitəsi ilə, nəğd şəkildə, əlbəəl və s. şəkildə o ödəmişdir. Ağ vaqonu Səbuhi, Sahil və o ağ pikap maşını ilə gedib almışlar. Səbuhini o oraya ona kömək etmək üçün cəlb etmişdir, lakin qarşı tərəf onun da gözünü qorxudub oradan uzaqlaşdırmışdır.

17. Cavabdeh həmçinin izahatında göstərmişdir ki, işçilər əmək müqaviləsi əsasında işə cəlb edilmişdir. Lakin həmin şəxslər orada işləmirdi. Onları Sahil qeydiyyatdan keçirmişdi. Iş rejimi ona görə pozuldu ki, işə audit və sahə mühasibi kimi cəlb etdiyi Taleh Babayev 15 nəfər tərəfindən döyülmüşdü, onun döyülməsinə səbəb onun araşdırma aparması idi. O bütün bunları araşdırmaq istəyəndə onun adamlarını orada döydülər. Saxta qaimələr məsələsi bundan ibarətdir ki, şirkətinin balansında 182 ya da 161 nəfər işçi var idi, lakin ərazidə aktiv işləyən az adam var idi. Iddiaçı asan imzanı ləğv etdirdiynə görə onlar sistemə girə bilmədilər. O sonradan bildi ki, Sahil həmin şəxslərdən 200 manat pul alıb onları portaldan qeydiyyatdan keçirib. “xxxx” MMC-dən ona bildirdilər ki, işləri qüsurlu görüldüyündən, işlər dayandırıldığından müqavilə pozulmuşdur. 162 və ya 181 nəfər rəsmi işçi var idi, onlardan 10 nəfər kampda işləyirdi. Qalan isə sürücü olmalı idi. Ödənişlərin bəzilərini Sahilin qohumu olan Cahangir adlı şəxsin kartına etmişdir. Ödənişlərin bəziləri nağd formada Sahilin özünə etmişdir. Bir dəfə 200 manatlıq əskinazla, bir dəfə isə 100 manatlıq əskinazla 100000 manat pulu kampa gətirmişdir. “xxxx” MMC-dən hər hansı ödəniş almamışdır. Sahil özü ona bildirirdi ki, o ancaq bu şəkildə işləyir, ona görə pulu ondan köçürmə vasitəsi ilə almırdı. Şirkətdən şəxsən heç bir pul almamışdır. Sürücülərin əmək haqqını öncədən o ödəyirdi, sonradan isə şirkətdən almalı idi. 4 ay ərzində ona hesabat verilmədiyinə görə nə qədər əmək haqqı ödəməli olduğunu bilmirdi. Ancaq o kampa iki dəfə hər dəfə 100000 manat olmaqla pul gətirmişdi. Onların şərikli olmağı barədə hər hansı razılaşmaları olmamışdır. Gələn gəliri yarıya bölmək barədə razılaşmaları olmamışdır, o iddiaçını işçi kimi cəlb etmişdir. Işçilərlə müqavilə şirkət arasında bağlanmışdı, lakin təsisçi o olduğuna görə maaşları o ödəmişdir. Işçilərin əmək haqqını öz cibindən ödəmişdir. şahid1 qırmızı vaqonun sahibi olmuşdur, vaqonu ondan almış, gətirib əraziyə qoymuşdur. şahid3 vaqona beh verilən zaman orda olmuşdur. Dəyanət Abuşov ağ vaqonun sahibinin işçisi olmuşdur, vaqonu göstərmişdi, o özü olmayanda vaqonu o yola salmışdır. Hazırda onun kampında 12 konteyneri var. Əvvəldən alınanlardan sonra 2 ədəd konteyneri iyul ayında almış, hamısı birlikdə 12 ədəd konteyner olmuşdur. O 13 ədəd konteyner almışdır. Ağ vaqona birinci olaraq 400 manat beh vermiş, maşından düşməmiş, Sahil yanında olmuşdur. Beyləqandan alınan vaqon ağ rəngi idi, hardasa 2500 manat idi, o 400 manatını əvvəlcədən vermişdir. Beyləqandakı vaqonun sahibi Vüqar idi, onunla danışığı özü aparmışdır. 400 manatdan sonra vaqona görə yerdə qalan pulu Sahil onun pulundan vermişdir. Qırmızı vaqon ona deyilənə görə 4500 manata internetə qoyulmuşdu. Ona da 400 manat beh vermişdir. Qırmızı vaqonu götürəndə də iştirak etməmişdir. Hər iki vaqona beh verəndə o da vaqona baxmağa getmişdir. Qırmızı vaqonu Mübarizin şahidliyi əsasında deyə bilir ki, Cahangirlə o götürməyə getmişdir.

18. Cavabdeh həmçinin izahatında göstərmişdir ki, son vaxtlarda da mübahisə ona hesabat verilmədiyinə görə yaranmışdır. Təsisçi kimi “xxxx” MMC-yə həmin pulları rəsmi qaydada verməməyi onun səhvi olmuşdur. “xxxx” MMC-dən o heç bir məbləğ almamışdır, Sahilin “xxxx” MMC-dən pul alıb-almadığını bilmir. “xxxx” MMC ilə olan müqaviləyə Sənan Əmrahov imza çəkmişdir. Sənəddəki siyahıya alınmış əmlaklar iddiaçı İddiaçı tərəfindən ona verilmiş hesabat olmuşdur. Bu sənədin ancaq surəti onda olmuşdur, əsli onda yoxdur. Ilk dəfələr həvəsləndirmə məqsədi ilə Sahili şərik adlandırmışdır. Iyul ayı üzrə sürücülərin maaşını ödəmək üçün hamısını çağırıb danışmışdır, borcları ilə maraqlanmış, bir dəfə Ağdam rayonunda, bir dəfə də Bərdə rayonunda işçilərin maaşını ödəmişdir. “xxxx” MMC ilə birbaşa əlaqəsi olması gedib oradan qanunsuz olaraq pul götürməyi demək deyildir, ikincisi isə İddiaçı qaimələri ona təqdim etmirdi. İddiaçı ona sadəcə olaraq deyirdi ki, bu qədər pul ver, lakin ona hesabat təqdim etmirdi. Sahilin özü polisə zəng edərək özünə məxsus əşyaların oğurlandığını bildirib. Bundan sonra polisə yaxınlaşaraq məsələni aydınlaşdırmışdır. Daha sonra ona məlumat verildi ki, həmin ehtiyyat hissələrinin bir qismi Elgiz, bir qismi isə Nicat adlı şəxsə satılmışdır. Elsevər adlı şəxs ehtiyyat hissələrini satmağa adam tapmağı Elgizdən istəmişdir. Elsevər kampda işləyirdi, həm də sürücü idi. Ehtiyyat hisslərini oğurlayan o idi. Avadanlıqların oğurlanması ilə əlaqədar polisə müraciət etmiş, ancaq araşdırma nəticəsi barədə məlumatım olmamışdır.

19. Məhkəmədə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 izahatında göstərmişdir ki, iddianı qaldırmaqda iddiaçının subyektiv hüququ yoxdur. Iddiaçı tələb olunan əmlaklarla bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir ki, həmin əmlaklar ona məxsusdur. O cümlədən hər iki tərəfin imzası ilə təsdiq edilən və əl yazma ilə tərtib edilən sənəddən aydın olur ki, həmin əmlaklar Cavabdeh mülkiyyətindədir. Həmçinin məhkəmə araşdırmasından da məlum oldu ki, pullar Cavabdeh tərəfindən iddiaçıya göndərilirdi, o da bu pulu sürücülərə ödəmişdir. O cümlədən iddiaçı tərəf sürücülərə ödənişlərlə bağlı qəbzlər təqdim etsə də həmin sürücülərin əksəriyyəti məhkəməyə gəlməmiş, həmin ödənişlərin kim tərəfindən və ya İddiaçı tərəfindən edilməsi təsdiq edilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

20. Məhkəmə iclasında şahid qismində dindirilən şahid9 ifadəsində göstərmişdir ki, İddiaçı ilə müqavilə bağlamış, yol tikintisi üçün balans daşımışdır. Çaydan yük götürüb aparıb Ağdam- Xankəndi yoluna boşalmaqla məşğul olmuşdur. Onun daşıdığı yük daşlı torpağ olmuşdur. Təxminən 3 ay işləmişdir. Ancaq işi yük daşımadan ibarət olmuşdur. Işlədiyi vaxt təxminən 40- 50 nəqliyyat vasitəsi işləmiş, gündəlik iş getmiş, arada işin gecikməsi halları baş vermişdir. Səbəbini isə bilmir. Işlərinə uyğun maaş almışlar, əmək haqlarını nağd qaydada İddiaçı ödəmişdir. Aldıqları pul məsafəyə uyğun olaraq hesablanmışdır. Onun maşını qoşa differensiallı olduğu üçün qiymət də fərqli olmuşdur. Şirkətdən çeki gətirib verib pulunu almışdır. Qaiməni gətirib İddiaçı vermiş, qaimə əsasında İddiaçı ona məvacib vermişdir. Cavabdeh 1-2 dəfə görmüşdür, gələndə onlara pul verdiyini bilmir. 3 ay işlədikdən sonra iş dayandığına görə o ordan çıxıb getmişdir. Iş tam dayanmamışdan qabaq çıxıb getmişdir. Bir dəfə ordan ehtiyyat hissəsi götürmüşdür. Yanacağı ordan götürmüş, maaşından çıxılmışdır. Ona edilən ödənişlərlə bağlı hər hansı sənəd təqdim edə bilmir, işinə görə məvacib həmin vaxt ödənildiyi üçün hər hansı sənəd saxlamamışdır.

21. Məhkəmə iclasında şahid qismində dindirilən şahid11 ifadəsində bildirmişdir ki, 2-3 ay Ağdamda işləmişdir, çaydan yük daşıyıb yola boşaltmışdır. İddiaçı ilə aralarında müqavilə yox idi. Onun şirkətlə heç bir bağlılığı yox idi. Nəqliyyat vasitəsi özünə məxsus idi və bir ədəd nəqliyyat vasitəsi var idi. Işçi cədvəli yox idi. Yükü aparandan sonra “xxxx” MMC-nin əməkdaşları ona çek verirdi. Məvacib hər səfərə görə və məsafəyə uyğun olaraq verilirdi. O heç bir avans almamışdır. Maaşı hər dəfə etdiyi səfərə görə alırdı. Istəsə gündəlik də ala bilərdi. Nəqliyyat vasitəsinin təkərləri yararsız hala düşdükdən sonra o işdən çıxmışdır, o ordan ayrılanda da işlər davam edirdi. Işinə görə məvacibi İddiaçı almışdır. Sonuncu dəfə aldığı ödənişin tarixi yadında qalmamışdır. 30-dan çox maşın işləyirdi şirkətdə. Ehtiyyat hissələrini İddiaçı götürmüş, o da həmin pulu ona verəcəyi puldan çıxmışdır. İddiaçı pulu hardan aldığını bilmir. Cahangir adlı şəxs yanacağa, ehtiyyat hissəsinə baxırdı. Ehtiyyat hissəsinin pulunu kimin verdiyindən xəbəri yox idi. Səma xanımı eşitmişdir, ancaq tanımırdı. Səma xanımı da orada 1-2 dəfə görmüşdür, ancaq bilirdi ki, idarəçi İddiaçı və Səma xanım idi. Pulu əlbəəl almış, işlədiyi maşına görə almış, pulun kimə məxsus olduğunu bilməmiş, ancaq pulu ona İddiaçı vermişdir.

22. Məhkəmə iclasında şahid qismində dindirilən şahid8 ifadəsində bildirmişdir ki, 2024cü ilin iyul ayında İddiaçı ona iş təklif etdi, dedi ki, şirkətində mühafizəçi kimi iş var. Ondan sonra ona portal açıldı, gəldi. 500 manat aylıq ona pul verəcəyini dedi. Həmin gün Səma xanım onunla danışdı, rəhbər olduğunu bildirdi. Iyul ayının 11-dən avqust ayının 11-nə kimi yəni 1 ay işləmiş, avqust ayının 6-sı rayona getmiş, 11-i qayıdanda görmüşdür ki, portalı bağlanıb, onu buraxmırlar. Sahil müəllimə zəng etmiş, onu buraxmadıqlarını bildirmişdir. Sahil ona portalını bağlatdırdığını, orada iş qutardığını, təzə iş açacağını, onda yanına gəlməli olduğunu bildirmişdir. Sonra Səma xanıma bildirmiş, o isə onu işdən çıxarsalar xəbəri olmalı olduğunu bildirimiş, onu yanına çağırmış, portalını açdırmış və öz maşını ilə onu kampa gətirmişdir. O da kampa gələndə 5 nəfər adam olduğunu görmüşdür. Bunlar Elşən, Izzət, Elsəvər, Əlövsət idi. O gələndə iş dayanmışdı. O qayıdanda İddiaçı orada yox idi. Həmin ərazidə 12 ədəd konteyner var idi. O konteynerlər Səma xanıma məxsus idi. 12 x 2.60 kv.m konteyner idi o gətirmişdir. Həmin konteyneri Cahangirlə o gedib gətirmişdilər. İddiaçı həmin vaxt yanlarında olmamışdır. Konteyneri götürəndə bir ağsaqqal gəldi, dedi xanım behi verib ancaq konteynerin pulunun tamamını verməmişdir, bildiyi qədəri ilə Cahangir Səma xanımla danışdı, daha sonra həmin kişinin pulunu Səma xanım kartına vurdu. Orada ehtiyyat hissələri var idi. Onları Səma xanım almışdı. Təkər açarı var idi. Kampı tərk edəndə Sahil Elşənə zəng etdi ki, onu götür, onlar da açarı apardılar. Onlar kampı tərk edəndə İddiaçı orada yox idi, lakin telefonda zəng edib təkər açanı götürməklərini bildirdi. O qayıdanda açarlar orda idi. Təkər açarı Izzət apardı, o Sahilin qohumu idi. O açarı vermirdi, Sahil dedi ki, təkər açan onundur. O ora qayıdandan sonra ayın axırına kimi orada oldu. Ondan sonra gətirilən 2-ci konteyner də onun kəndində idi. Səma xanım onu təmir etdirdi. Hər iki konteyner də birlikdə gəlməli idi. Maşın danışılmışdı. 2-ci konteyner gecə ikən yoxa çıxmışdı. Səma xanımın təmir etdirdiyi konteyner gəlmədi. Daha sonra Səma xanım Iran qəsəbəsi deyilən yerdən başqasını gətizdirdi. 2-ci konteyner də 1-ci konteyner ilə eyni ərəfə oraya gətirildi. Ehtiyyat hissələrini bir vaqona yığırdılar. Ehtiyyat hissələrini Səma xanım gətizdirirdi. Ehtiyyat hissələri əvvəlcədən gətizdirilmişdi. Ayın iyul ayının 11-dən sonra ora ehtiyyat hissəsi gətirilmiyib. Orada 2 ədəd su çəni var idi. Su çəni ondan qabaq orada idi. Izzət bir ədəd tatar deyilən təzyiqli təkər açan açarı aparmışdır. Digər açarları Izzət aparmadı. Laqonda ondan qabaq alınmışdı, bu dəqiqə də var. Batarya ilə işləyən direl də var idi. Kompressoru işçilər deyirdilər ki, təxminən 2500 manata Gorandan Səma xanım almışdır. Avqustun 24-nə kimi orada olmuşdur. İddiaçı ilə heç bir ədəvətləri olmamışdır. Sahil onu mühafizəçi kimi kampa gətirmişdi. Orda olan hər şeyi Sahilin atasına təhvil vermişdir. Anbarın açarı onda olmamışdır. Anbarın açarı Sahilin atasında idi. O anbardan və təkər açarından başqa hər şeyi təhvil götürmüşdür. Iyul ayının 18-i İddiaçı ordan çıxmışdır. Həmin vaxtdan o kampdan çıxana kimi İddiaçı orada görməmişdir.

23. Məhkəmə iclasında şahid qismində dindirilən şahid7 ifadəsində bildirmişdir ki, Sahil bəyi onunla Səma xanım tanış etmişdir. Ağ konteynerə beh verəndə o, Sahil bəy və Səma xanım orada olmuşdur. O qeyd edilən yerdə işləməmişdir, işə kömək üçün getmişdir. Səma xanım onu mühafizəçi kimi götürmüşdü, 2-3 gün getmiş, sonra orada işləyəsi olmamışdır. 1-ci dəfə gedəndə 4 gün qalmış, 2-ci dəfə Səma xanım ilə Sahil bəy onu götürmüşdür. Konteynerin yanına getmişdilər. O gedəndə konteynerə beh verdilər. Sahil bəyin konteynerin behini verdiyi şəxs kişi idi. Konteynerin yanına Səma xanımın aldığı maşınla getdilər. Sahil bəy tapmışdı kontyeneri, Sahil bəy düşdü danışdı, Səma xanımla onun maşında oturmuşdu. Behi Səma xanımın pulu ilə Sahil bəy verdi. Səma xanım pulu Sahil bəyə verməyini dəqiq xatırlamır, deyəsən əvvəlcədən vermişdi. Sahil bəy düşdü danışdı, dedi ki, yaxşı konteynerdi götürülsün. Sonrdan o eşitdi ki, həmin konteyneri alıblar. Pulun hamısını Səma xanım vermişdir. Orda elə pul söhbəti gedirdi ki, Sahil bəy Səma xanıma pulu verərsə götürüləcəyini bildirirdi. Konteyner barəsində razılaşanda orda olmuşdur, lakin pul verəndə olmamışdır. Digər konteynerlərin alınmasında o olmamışdır. Şəxsən özü ora otbiçən maşının başlığı almışdır. Gorana bir dəfə getmişdilər. Orada Sahil bəy düşdü baxdı kompressora ancaq həmin vaxt alınmadı. Sahil bəy təklif etmişdi ki, kompressor alaq, birlikdə düşüb baxdılar, həmin vaxt almadılar, sonradan alınmasından isə xəbəri olmadı. Başqa əmlakın alınmasına şahid olmamışdır. Bir dəfə Səma xanımla gedəndə üzərində pul olmuşdur. Pulun paylanmasını o görmədi, ancaq dediyinə görə üzərində pul var idi. Səma xanımın əlində sumkası var idi, ancaq pulu o görmədi. Pulu Sahil bəyə verəcəyini deyirdi. Sahil bəy və Səma xanımla onun dost kimi münasibəti var idi, ona görə bilirdi ki, maliyyələşməni Səma xanım edir. Otbiçənin başlığı itmişdi, əlavə 1-2 ehtiyyat hissəsi yox idi, bütün ehtiyyat hissələrini bir konteynerə yığdı və açarı Sahil bəyin əmisi oğluna verdi. Hamı bilirdi ki, kamp Səma xanıma məxsus idi. Sahil bəyin 1 ədəd şəxsi maşını var idi. Başqa heç nəyi yox idi. O birinci dəfə gedəndə orada 7-8 maşın var idi, ikinci dəfə gedəndə isə 24-25 maşın var idi.

24. Məhkəmə iclasında şahid qismində dindirilən şahid6 ifadəsində bildirmişdir ki, o, 2024cü ilin iyun ayının yarısından iyul ayının yarısına kimi Səma xanımla işləmişdir. Ağdam rayonu Şahbulaq kəndindən dörd yol deyilən yerə yük daşımışdır. Onu işə Səma xanım götürmüşdür. Çaydan yükü yığıb aparıb yola tökürdülər, həmin vaxt tərəziyə çıxırdılar. “xxxx” MMC-nin işçilərindən çekləri yük boşaldıqları yerdən alırdılar, Cahangir adlı şəxsə verirdilər. Sonradan Səma xanıma vermişdir. Çeklərin üzərinə kilometr yazılırdı ona uyğun olaraq da əlbəəl pullarını alırdılar. Iyul ayında 30-35 maşın var idi. Gün ərzində 4-7 arası səfər edirdilər. Avans söhbətini eşitmişdi, ancaq o gələndən sonra elə şey görməmişdir. O çeklərin bir qismini Cahangirə versə də ondan pul almamışdır, daha sonra Səma xanım gəldi, pullarını o verdi. Səma xanımdan 4-5 nəfər pul aldı. Kampda mətbəx var idi, onlar orada yemək yeyirdi, xərc pullarından tutulurdu. Rəhbərliyi Sahilin atası edirdi, sonra kampda mühafizəçi, təkər təmirçiləri var idi. Mühafizəçi şahid8 idi. Cahangir deyirdi ki, gözləsinlər pul olacaq. Ona sonuncu dəfə Səma xanım pul vermişdir. 1 ay ərzində ancaq Səma xanımdan pul almışdır. Iyun ayında Arif kişi çekləri yığıb getdi, ancaq o pulu kimdən aldığını bilmir.

25. Məhkəmə iclasında şahid qismində dindirilən şahid2 ifadəsində göstərmişdir ki, Səma xanım ağ rəng “Pikap” maşınla gəlmişdi, yanında 3 nəfər adam var idi. Onlar konteynerə baxmağa gələndə yay fəsli idi. Səma xanımın yanında gələn şəxsləri tanımır. Konteynerin ölçüsünü bilmir, rəngi ağ idi. Konteyner kubikin üstündə idi, bir tək qapısı var idi, pəcərəsi yox idi. Konteynerin çöl hissəsi dəmir idi, iç hissəsini isə tam bilmir nə materialdan idi. Səma xanım konteynerin içinə baxdı. Konteynerin içində dəmirlər var idi, boşaltmışdı. Konteynerə baxandan sonra çıxıb getdilər, sonra evakuator gəldi apardı. Səma xanım konteyneri şirkət üçün alırdı. Şirkətin nə şirkət olduğunu bilmədi. Konteynerin pulunun verilməsini o görməmişdir.

26. Məhkəmə iclasında şahid qismində dindirilən şahid4 ifadəsində göstərmişdir ki, Qarabağa gedən yol ərazisini təmizləyirdilər. Icra hakimiyyətindən də onlara demişdilər ki, sahibsiz butkaları yığışdırın. Bu ərəfədə onun oğlu zəng etdi ki, bir tanışı var, onun konteynerinə bir neçə günlük yer lazımdır, sonra gəlib aparacaq. Lakin dəqiq tarix yadında deyil. Daha sonra ona zəng etdilər ki, konteyneri gətirmək istəyirlər, gətirdilər onun ərazisinə düşürdlər. Demişdilər ki, 10-15 günə aparacaqlar, amma ona məxsus yerdə 2 ay qaldı. Konteynerin rəngi yadında qalmayıb, amma ağ qapısı var idi, bir ədəd də pəncərəsi olmalı idi. Konteynerin rəngi qəhvə rəngə oxşar bir rəng idi. Bir ədəd kran və böyük yük maşını ilə gəlib konteyerini 2 ay sonra apardılar. Cavid onun oğludur, Cavid dedi ki, tanışına konteynerini saxlmaq üçün yer lazımdir. Cavid dostunun adını ona deməmişdi. Sonradan o bildi ki, konteyneri satan adamın adı Muraddır. Konteynerin sahibini görməmişdir. Konteyner götürüləndə ona pul verilmədi. Konteyner daşınanda qaz durbası qırıldığı üçün Cahangir ona 50 manat pul verdi, o da həmin pulu aparıb qaz durbası qırılan şəxsə vermişdir.

27. Məhkəmə iclasında şahid qismində dindirilən şahid5 ifadəsində göstərmişdir ki, 2024cü ilin aprel ayından 4 ay müddətində kampda işləmişdir, orada kafeni o işlədirdi, sürücülərə xidmət edirdi. Rəsmi əmək müqaviləsi ilə orada işləyirdi. “xxxx” MMC-nin işçisi idi, əmək müqaviləsində adminstrator kimi qeyd edilmişdi. Sürücülərə yanacaq verirdi, yemək verirdi, kafeni işlədirdi, həmçinin sürücülərə maaş da verirdi. Həmin ərazidə təxminən 10-12 ədəd konteyner var idi. O ora gedəndə konteyner var idi, daha sonra isə 2 ədəd konteyner gəlmişdi. Konteynerin birini o özü alıb gətirmiş, biri isə gələndə o yerləşdirmişdir. Sonrakı konteynerlər iyul ayında alınmışdı, biri 12, biri isə 6 metrlik idi. Birinin üzü aliminium idi, biri isə qırmızı rəng idi. Aliminium konteyneri gətirəndə daşıyıcıya ünvan verildi, gətirdilər kampa, o da yerləşdirdi. Ona bu barədə göstərişi Sahil verdi, dedi ki, konteyner gələcək hansı yerə qoysun, ancaq kimdən hardan alınmasını o bilmədi. Qırmızı konteyneri isə şahid4 gedib özü götürmüşdür. Təxmini tarix iyul ayının axırı idi Ona Sahil pul verdi ki, getsin konteyneri götürsün. Konteynerin pulunu bir hissəsini nəğd vermiş, bir hissəsini isə karta atmışdır. Konteyenerin pulunu şahid4 oğluna vermişdir. şahid4 özünə pul verdi ki, yolda durba qırılıb onu düzəltdirər. Konteyneri götürməyə gedəndə kişi tək idi. Sahil ona demişdi ki, kişiyə pul verərsən. O pulu kişinin oğluna verdi. 3300-3400 manat kişinin oğluna pul vermişdir. Pulu ona Sahil vermişdir. Pulun yarısını kartına atmışdı, yarısını isə Sahilin atası ona vermişdir. Konteyneri daşıyanda durba qırılmışdı, kişi durbanın qırıldığını ona demişdi, o da kişiyə 50 manat vermişdir. Konteyneri kampda işlətmək məqsədi ilə Sahil alırdı. Konteyneri almağa gedəndə yanında Mübariz adlı şəxs var idi. Mübariz kampda fəhlə kimi işləyirdi. Konteyneri almağa gedəndə Mübariz kiməsə pul verməmişdir. Səma xanım ona çox pul vermişdir, o da sürücülərə ödəniş etmişdir. Sahilin atası kampda onlara kömək edirdi. Kampda avtomobil ehtiyyat hissəsləri var idi. Tam olaraq hansı hissələr olduğunu bilmir, çünki o həmin işə baxmırdı. Ona elə olurdu ki, Sahil deyirdi ki, işçilərə maaş ver. Həmin pulu ona Sahil verirdi. O kampdan çıxanda Sahil orada yox idi. Sahil pulu ona karta atırdı, elə olurdu nağd olaraq da verirdi. Iyul ayında Sahil özü orda olmasa da kartla pul atırdı, ya da atasından götürürdü.

28. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Gülnaz Quliyeva) ilə, iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 1 ədəd 12 metrlik konteyner, mövcud olmadıqda əmlakın dəyəri 3500 (üç min beş yüz) manat pul və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu alınaraq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, iddiaçı İddiaçı tərəfindən ödənilmiş 324 (üç yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumunun İddiaçı (qəbzin nömrəsi: 1823715889) geri qaytarılması qət edilmişdir.

29. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxx” MMC-nin təsisçisi, İddiaçı isə icra orqanının rəhbəridir. Hər iki şəxs Ağdam rayonu ərazisində iş qurmaq qərarına gəlmişlər. 2024-cü ilin mart ayından Ağdam rayonu, Qızılı Kəngərli kəndi ərazisində şirkətin avadanlıqlarını yerləşdirmək, işçilərin qalması üçün yer (kamp) inşa etməyə başlamışlar. “xxxx” MMC təsis edilmiş, ilk vaxtdan hüquqi şəxsin icra oqanının rəhbəri təsisçinin qardaşı X1 olmuş, 2024-cü ilin iyul ayının əvvəllərindən isə icra orqanının rəhbəri İddiaçı olmuş və hal-hazırda da odur. Faktiki olaraq isə işə rəhbərliyi İddiaçı 2024-cü ilin iyul ayının axırına kimi aparmışdır. Özünün dediyinə görə iyul ayının 19-u həmin ərazini tərk etmişdir. Işçilərlə əmək müqaviləsini “xxxx” MMC bağlamışdır. “xxxx” MMC ilə “xxxx” MMC arasında müqavilə bağlanmışdır. “xxxx” MMC-nin müqavilə əsasında işə cəlb etdiyi sürücülər “xxxx” MMC ilə bağlanmış müqavilə üzrə xidmət göstərmiş, yükün adı və gediş məsafəsi qeyd olunmaqla sürücülərə “xxxx” MMC tərəfindən qaimə faktura verilmiş, sürücülər isə qaimə fakturanı “xxxx” MMC-nin təsisçisinə və ya icra orqanının rəhbərinə və yaxud onların yönləndirdiyi şəxsə təqdim edərək pullarını almışlar. Bundan başqa kampın qurulması üçün sürücülərin qalması, mətbəx, anbar kimi istifadə olunması və s. üçün konteynerlər alınmış, ehtiyyat hissələr, yanacaq, ərzaq və s alınmış, işçilərin fəaliyyət göstərilməsi üçün şərait yaradılmışdır. Lakin məhkəmə xüsusilə qeyd edir ki, bütün alınmış əmlakların “xxxx” MMC-nin mülkiyyətinə keçməsi ilə bağlı hər hansı bir sübut yoxdur. Sonradan Cavabdeh ilə İddiaçı arasında münasibətlər pisləşmiş, İddiaçı kamp yerləşən ərazidən çıxmış, həmin ərazi Cavabdeh sahibliyində qalmışdır.

30. Iddiaçı ilk növbədə dəyəri 2500 manat olan 1 ədəd 6 metrlik konteyner, dəyəri 3500 manat olan 1 ədəd 12 metrlik konteyner, 5700 manat dəyərində avtomobil ehtiyyat hissələri, dəyəri 3000 manat olan 1 ədəd su çəni, dəyəri 500 manat olan 1 ədəd hava təzyiqi ilə işləyən təkər açarı, dəyəri 350 manat olan böyük açar dəsti, dəyəri 200 manat olan açar dəsti, dəyəri 150 manat olan 1 ədəd hava təzyiqi ilə işləyən laqonda, dəyəri 150 manat 1 ədəd batareya ilə işləyən direl, dəyəri 180 manat olan 1 dəst təkər təmiri üçün ləvazimatlar və dəyəri 150 manat olan 1 dəst təkər təmiri üçün ləvazimatlardan ibarət əmlakların natura şəklində, qətnamə icra olunan vaxt naturada mövcud olmazsa mövcud olmayan əşyaların dəyəri məbləğində pulun cavabdehdən alınıb ona verilməsini məhkəmədən xahiş etmiş, bildirmişdir ki, həmin əmlakları o özü vəsaiti hesabına almış, lakin hazırda cavabdehin sahibliyindədir və həmin ərazidən götürə bilmir.

31. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin 1 ədəd 12 metrlik konteyner, mövcud olmadıqda əmlakın dəyəri olan 3500 manatın alınması hissəsi əsaslıdır və təmin edilməlidir. Həm tərəflərin izahatları, həm şahid ifadələri ilə həmin konteynerin iddiaçı tərəfindən alınması təsdiq edilir. Belə ki, həmin konteynerin iddiaçının tapşırığı ilə Cahagir tərəfindən kampa gətirilməsi və pul məbləğinin Cahangirə iddiaçı tərəfindən verilməsi təsdiq edilir. Cavabdeh həmin konteyner üçün beh verdiyini, pulunu iddiaçıya verdiyini, iddiaçı isə həmin pulu konteynerə verdiyini qeyd etsə də bununla bağlı məhkəmə sübut təqdim etməmişdir. Həmçinin həmin konteynerin alınması ilə bağlı 3500 manat məbləğ cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməlidir.

32. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçı digər 1 ədəd 6 metrlik konteynerin və alındığı məbləğ ilə bağlı sənəd təqdim edilməsə də digər əmlakların iddiaçı tərəfindən alınmasını və iddiaçıya məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. 1 ədəd 6 metrlik konteynerin məhz alınması və gətirilməsində cavabdehin iştirak etməsi təsdiq edilir. Cavabdeh tərəfindən kampa gətirilən konteynerin pulunun məhz cavabdehin deyil, iddiaçının öz hesabına verməsi ağlabatan deyil. Ona görə iddia tələbinin əmlakın qaytarılması hissəsi yalnız 1 ədəd 12 metrlik konteyner, olmadığı təqdirdə dəyərinin alınması hissəsində təmin edilməlidir.

33. Bundan əlavə məhkəmə bildirmişdir ki, iddiaçı məhkəməyə qaimələr təqdim etsə də həmin qaimələr üzrə tam olaraq 71000 manat məbləğində ödənişlər edilməsi öz təsdiqni tapmır. Məhkəmə iclasında dindirilmiş iki nəfər şahid, həmin ərazidə sürücü kimi çalışmış sürücülər şahid9 və şahid11 işlədikləri müddət ərzində iddiaçı tərəfindən onlara ödənişlər edildiyini qeyd etsə də məhkəməyə təqdim olunmuş qaimələr üzrə hansı daşımaların onlar tərəfindən aparılması, həmin şəxslərə hansı məbləğdə məhz iyul ayında pul verilməsi müəyyən edilmir.

34. Bundan başqa məhkəmə bildirmişdir ki, iddiaçı 71000 manatı cavabdehin “xxxx” MMCdən aldığını, gətirib işçilərin maaşını verməli olduğu halda bunu etmədiyini bildirmişdir. Cavabdehin məhz “xxxx” MMC-dən həmin məbləği almağı da sübut olunmur.

35. Həmçinin məhkəmə qeyd etmişdir ki, 2024-cü ilin iyul ayında iddiaçı tərəfindən öz vəsaiti hesabına sürücülərə 71000 manat ödəməsi təsdiqini tapmış olsa belə həmin məbləği işçisinə ödəmək öhdəliyi hüquqi şəxsə, yəni “xxxx” MMC-yə aiddir, hüquqi şəxsin təsisçisinə aid öhdəlik deyildir.

36. Bunlardan başqa məhkəmə bildirmişdir ki, sürücülər məhz “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış müqavilə üzrə işin icra edilməsi məqsədilə işləmişlər. Müqavilə üzrə iş icra edilməsi halında sifarişçi işin haqqını icraçıya verməli idi. Iş icra edilməsi halında ödənişlərin ödənilməsi tələbi ilə bağlı “xxxx” MMC “xxxx” MMC-dən pulunu tələb edə bilər. Hazırkı halda isə iddiaçı öz vəsaiti hesabına həmin məbləği sürücülərə ödədiyini qeyd edib, öz vəsaitini tələb etməkdə subyektiv hüququ olsa da təsdiq olunacağı təqdirdə həmin pul məbləği ilə bağlı “xxxx” MMC-yə müraciət etməli, nəticə əldə etmədiyi halda isə qanunla müəyyən edilmiş qaydada iddia qaldırılmalı idi. Ona görə də həmin hissədə də iddia təmin edilə bilməz.

37. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157., 164.2, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1 və 448.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

38. Iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.

39. Həmçinin, cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam olaraq rədd edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

40. Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birincisi əşyaların mövcud olması iş materialları ilə inkar edilməmişdir. Ikincisi tələb olunan əşyaların ona məxsus olması danılmazdır. Cavabdehin məhkəmə iclasında əmlakların özünə məxsus olmasını şifahi sözlə deməsi o demək deyil ki, həmin əmlaklar ona məxsusdur?! Üçüncüsü tələb olunan əmlakların cavabdehin nəzarətində olması məhkəmə prosesi zamanı sübut olunmuşdur. Dördüncü də tələb olunan əşyaları hazırda kampın mühafizəsi həvalə edilmiş şahid8 dolayı olaraq onun tərəfindən saxlanca təhvil verilmişdir. Işin bu halı da iş materialları ilə öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi tələbin 71000 manat pul tələbi ilə bağlı hissəsinə münasibətdə bildirmişdir ki, iddiaçı məhkəməyə qaimələr təqdim etsə də həmin qaimələr üzrə tam olaraq 71000 manat məbləğində ödənişlər edilməsi öz təsdiqni tapmır. Məhkəmə iclasında dindirilmiş iki nəfər şahid, həmin ərazidə sürücü kimi çalışmış sürücülər şahid9 və şahid11 Müzəf ər oğlu işlədikləri müddət ərzində iddiaçı tərəfindən onlara ödənişlər edildiyini qeyd etsə də məhkəməyə təqdim olunmuş qaimələr üzrə hansı daşımaların onlar tərəfindən aparılması, həmin şəxslərə hansı məbləğdə məhz iyul ayında pulverilməsi müəyyən edilmir. Məhkəmənin bu yanaşması və məntiqi heç cür ağlabatan deyil. Çünki, məhkəməyə təqdim olunan qaimələrdə avtomobillərin dövlət qeydiyyat nişanı və daşınma məsafələri aşkar şəkildə görsənir. Bundan başqa sürücülərə ödənilmiş vəsaitlərlə bağlı vəsaiti qəbul edən hər bir sürücünün vermiş olduğu qəbzlər məhkəməyə təqdim olunmuşdur. Həmçinin birinci instansiya məhkəməsi bildirmişdir ki, iddiaçı 71000 manatı cavabdehin “xxxx” MMC-dən aldığını, gətirib işçilərin maaşını verməli olduğu halda bunu etmədiyini bildirmişdir. Cavabdehin məhz “xxxx” MMC-dən həmin məbləği almağı da sübut olunmur. Məhkəmə iclasında tədqiq olunmuş səs yazılarında cavabdeh Cavabdeh pulun alınması istiqamətində “xxxx” MMC ilə danışıqlar apardığını bildirmişdir. Məhkəmə iclasında isə Cavabdeh “xxxx” MMC ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Bu da onu göstərir ki, cavabdeh Cavabdeh məsuliyyətdən yayınmaq üçün məhkəmə iclasıda məhkəməni aldatmağa yönəlmiş izahat vermişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin məhkəməni aldatmaq davranışlarına düzgün hüquqi qiymət verə bilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 2024-cü ilin iyul ayında iddiaçı tərəfindən öz vəsaiti hesabına sürücülərə 71000 manat ödəməsi təsdiqini tapmış olsa belə həmin məbləği işçisinə ödəmək öhdəliyi hüquqi şəxsə, yəni “xxxx” MMC-yə aiddir, hüquqi şəxsin təsisçisinə aid öhdəlik deyildir. Bu da onu göstərir ki, hətta məhkəmənin özü sürücülərin pulunun İddiaçı tərəfindən ödənilməsini qəbul etmişdir. Daha sonra birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bir nüansı da məhkəmə bildirir ki, sürücülər məhz “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış müqavilə üzrə işin icra edilməsi məqsədilə işləmişlər. Müqavilə üzrə iş icra edilməsi halında sifarişçi işin haqqını icraçıya verməli idi. Iş icra edilməsi halında ödənişlərin ödənilməsi tələbi ilə bağlı “xxxx” MMC “xxxx” MMC-dən pulunu tələb edə bilər. Hazırkı halda isəiddiaçı öz vəsaiti hesabına həmin məbləği sürücülərə ödədiyini qeyd edib, öz vəsaitini tələb etməkdə subyektiv hüququ olsa da təsdiq olunacağı təqdirdə həmin pul məbləği ilə bağlı “xxxx” MMC-yə müraciət etməli, nəticə əldə etmədiyi halda isə qanunla müəyyən edilmiş qaydada iddia qaldırılmalı idi. Birinci instansiya qismində işə baxmış Gəncə Kommersiya Məhkəməsi gəlmiş olduğu bu qənaəti, yəni iddiaçının başqa cavabdehə qarşı iddia qaldırmalı olduğu məsələsini qətnamədə izah etməklə prosessual pozuntuya yolvermişdir. Belə ki, əgər doğurdan da iddia başqa şəxsə qarşı qaldırılmalı idisə məhkəmə icraatı zamanı məhkəmənin özü Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən iddiaçıya ya cavabdehin əvəz edilməsini, ya da digər cavabdehlərində işə cəlb edilməli olmalarını təklif etməli idi. Əgər iddiaçı məhkəmənin təklifinə əsasən cavabdehi başqa cavabdehlə dəyişməkdən və ya digər cavabdehlərin cəlb edilməsi ilə razılaşmadığı halda işə tələb yönəlmiş cavabdehə qarşı baxaraq yekun məhkəmə aktı qəbul etməli idi. Ən azından məhkəmənin birbaşa hüquqi yardım etmək hüququ olmasa da, prosessual rəhbərlik funksiyasını yerinə yetirərək bunu etməmişvə birbaşa qanun pozuntusuna yolvermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 54.1-cimaddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göründüyü kimi iddianın başqa cavabdehə qarşı yönəlməli olduğu olduğu barədə məhkəmənin qətnamadə etmiş olduğu izahı, məhkəmə prosesi gedişində dəizah etmək imkanı olmuşdur. Əgər məhkəmə bunu etmiş olsaydı həm prosessual qənaət prinsipi baxımından, həm də səmərəli məhkəmə araşdırmasının təmin edilməsi baxımından daha qanuni bir qərar qəbul edilmiş olardı.

41. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən iddiaçının tələb etdiyi konteynerin ona məxsus olması, eyni zamanda həmin konteynerin cavabdehdə qalması heçnə ilə sübut edilmir. Bundan başqa işin hallarından da görünür ki, tərəflər arasında hər hansı bir şəriklik olmamışdır ki, iddiaçı cavabdehin qurduğu iş üçün hansısa pulu xərcləsin və öz vəsaiti hesabına qeyd edilən işlərin görülməsi üçün konteyner alsın. Bundan başqa tərəflərin hər ikisinin əl yazısı ilə yazıb imzaladığı və məhkəmə iclasında tədqiq edilən əlyazmadan görünür ki, bütün alınan avadanlıqlar Cavabdeh vəsaiti hesabına alınmışdır və onun mal varlığıdır. İddiaçı sadəcə görülən işlərlə bağlı iş icraçısı olmuşdur. Konteynerin pulunun məhz Cavabdeh tərəfindən verilməsini təsdiq edəcək şahid şahid3 isə məhkəmənin dəvətinə baxmayaraq məhkəmədə iştirak etmədiyinə görə cavabdeh konteynerin onun tərəfindən alınmasını sübut edə bilməmişdir. Konteynerlə bağlı ifadə verən şahid şahid5 isə iddiaçının qohumu olduğu üçün onun öyrətməsi ilə onun mövqeyini dəstəkləyən ifadə vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

43. Iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 2024-cü ilin fevral ayında qardaşı Sənanın vasitəsi ilə tanış olmuşdur. Belə ki, Sənan ona müraciət edərək bacısı Cavabdeh iş qurmaq istədiyini və o əvvəllər yol tikinti materiallarının daşınma işləri ilə məşşğul olduğu üçün bacısına bu işin qurulmasında köməklik göstərməyini xahiş etmişdir. 2024-cü ilin aprel ayında “xxxx” MMC adı ilə şirkət yaradılmışdır. Şirkətin təsisçisi Cavabdeh, şirkət direktoru kimi qardaşı X1 təyin etmişdir. Onlar daşınmanı öz maşınları ilə etmiş və qarşı tərəflə qazanca şərik olmaq məqsədilə razılaşmışlar. “xxxx” MMC yol çəkilişi ilə məşğul idi, “xxxx” MMC ilə ilkin müqavilə Sənanla bağlanmışdır. Onlar yol çəkilən əraziyə daş daşıyırdılar. Sürücüləri ora işə o cəlb etmiş və hər biri ilə müqavilə bağlanmışdır. “xxxx” MMC qəbul edir ki, müqavilə üzrə olan öhdəliklər tam icra edilib. “xxxx” MMC ilə aralarında olan müqavilə yük daşıma ilə bağlı olmuş və həmin yüklər də daşınmışdır. “xxxx” MMC-yə ödənişlə bağlı müraciət etməmişdir. “xxxx” MMC müqavilə üzrə pulları Səma xanımın özünə verirdi. ##.##.2024-cü il tarixədək yük daşıyan avtomaşınların sürücülərinə çatacaq əmək haqqı olan 71.000 manat məbləğində pul vəsaiti şirkətin təsisçisi Cavabdeh tərəfindən ödənilmədiyi üçün aralarında narazılıq yaranmışdır. Sürücülərə ödənilməli olan əmək haqlarının Cavabdeh tərəfindən köçürülmədiyi üçün o şirkətdən ayrılmışdır. O bununla bağlı Cavabdeh ilə dəfələrlə danışmağına baxmayaraq heç bir nəticəsi olmamışdır. Buna görə də o məcburiyyət qarşısında qalaraq sürücülərə çatacaq vəsaiti özü ödəmişdir. Dəyəri 3500 manat olan 1 ədəd 12 metrlik konteynerin pulunu atasından borc alaraq vermişdir. Işcilərə verdiyi 71000 manatı isə maşınlarını satıb ödəmişdir. O, artıq işləməyin mümkün olmadığını gördükdə hər yeri bağlayıb video görüntüsünü çəkib kampdan ayrılmış və onun kampda 5700 manatlıq ehtiyyat hissələri və iddiada göstərdiyi əşyaları qalmışdır. Daha sonra Səma onun kampdan oğurluq etməsi ilə bağlı polisə müraciət etmişdir. Polis orqanı araşdırma apardığı zaman o, çəkdiyi görüntünü təqdim etmiş və görüntüdə ehtiyyat hissələrinin olduğu konteynetin qıfılının salamat olduğu və digər yerlərin salamat olduğu görsəndiyindən polisdə araşdırma yekunlaşmışdır. O, ona qarşı edilən təziqlərdən bezdiyi üçün kampı tərk etmişdir. Lakin özünə məxsus əşyaları götürmədən getmişdir. Ona görə ki, təzyiq və hədələrdən bezmişdir. Hesab etmişdir ki, sonradan gəlib əşyalarını götürə bilər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

44. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) izahatında bildirdi ki, onlar tərəfindən 71000 manat pulun tutulması ilə bağlı “xxxx” MMC-yə, “xxxx” MMC-yə qarşı iddia qaldırmışlar. Iddiaçının apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

45. Məhkəmənin ##.##.2026-cı il tarixdə keçirilmiş iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında bildirmişdir ki, əmlakların hamısı ona məxsusdur. İddiaçı sadəcə onun işçisi olmuşdur. Onlar şərik olmamışlar. O demişdir ki, işləri yaxşı getsə Sahilə əlavə pul verəcəkdir. Lakin işləri yaxşı getməmişdir. Bütün əmlakları, o cümlədən pikap maşını o, öz puluna almışdır. Sahilin kampda heç nəyi olmamışdır. Lakin pikap maşın Sahilin adında olduğundan Sahilə maşını onların adına keçirilməsini bildirmiş və oda maşını onların adına keçirtmişdir. Sahil və onun adamları onun kampa göndərdiyi işçini döymüşlər, sonra polisə müraciət olunmuşdur. Bundan sonra Sahil kampı qoyub getmişdir. Işçılərin əmək haqlarını o vermişdir. Sahilin pulu və ya hər hansı əmlakı olmamışdır. Cahangir Sahilin qohumudur ki, 12 metrlik konteyner barədə onun izahatı düz deyildir. Alınmış əmlaklar “xxxx” MMC-nin balansına keçirilməmişdir və əmlaklar şəxsən onun əmlakıdır. 3500 manat dəyərində olan əmlakın alınması üçün Sahilin dayısıoğlu Cahangirin kartına 400 manat beh göndərmişdir və bundan sonra onlar gedib əmlakın alıb götürmüşlər. Həmin zaman isə işlərə Cahangir nəzarət edirdi. Şahidlər iddiaçının qohumlarıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

46. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

47. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

48. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

49. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

50. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

51. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

52. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

53. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

54. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

55. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

56. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

57. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

58. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

59. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

60. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

61. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

64. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

69. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

70. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

71. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

72. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

73. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

74. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

75. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

76. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

77. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə və ya kollegiya) qeyd edir ki, iddiaçı və cavabdeh qətnamənin ləğv edilməsini xahiş edərək tam olaraq mübahisələndirmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

78. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

79. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

80. Məhkəmə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

81. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.

82. Beləliklə, işin halları ondan ibarətdir ki, cavabdeh “xxxx” MMC-nin təsisçisi, iddiaçı isə icra orqanının rəhbəridir. “xxxx” MMC ilə “xxxx” MMC arasında cınqılın daşınması və s. ilə bağlı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “xxxx” MMC öhdəliklərinin icrasının yerinə yetirilməsini təmin etmək məqsədi ilə 2024-cü ilin mart ayından Ağdam rayonu, Qızılı Kəngərli kəndi ərazisində şirkətin avadanlıqlarını yerləşdirmək, işçilərin qalması üçün yer (kamp) inşa etməyə başlamışdır. Bundan başqa kampın qurulması üçün sürücülərin qalması, mətbəx, anbar kimi istifadə olunması və s. üçün konteynerlər alınmış, ehtiyyat hissələri, yanacaq, ərzaq və s. alınmış, işçilərin fəaliyyət göstərilməsi üçün şərait yaradılmışdır. Alınmış əmlakların “xxxx” MMCnin mülkiyyətinə keçməsi ilə bağlı hər hansı bir sübut yoxdur, cavabdeh məhkəmə iclasında əmlakların MMC-nin balansına keçirilmədiyini və əmlakların şəxsən onun əmlakları olduğunu bildirmişdir. “xxxx” MMC-nin ilk vaxtdan icra oqanının rəhbəri təsisçi olan cavabdehin qardaşı X1 olmuş, 2024-cü ilin iyul ayının əvvəllərindən isə icra orqanının rəhbəri iddiaçı olmuş və halhazırda da odur. Sonradan cavabdeh ilə iddiaçı arasında münasibətlər pisləşmiş, iddiaçı kamp yerləşən ərazidən çıxmış, ordan iddia etdiyi əşyaları götürməmiş və həmin ərazi cavabdehin sahibliyində qalmışdır.

83. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş yuxarıda qeyd edilən hallar işin mübahisəsiz hallarıdır və hər iki tərəf bu halları qəbul edir.

84. Işin mübahisəli hallarından biri ondan ibarətdir ki, iddiaçı cavabdehlə şərik olduğunu iddia edir və cavabdeh bu halı inkar edir.

85. Qeyd edilən halla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında onların şərik olmalarına dair yazılı müqavilə mövcud deyildir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin yaranması, bitməsi, şərtləri və şərikliyin sair mühüm halları barədə məlumat əldə etmək mümkün deyildir.

86. Iddiaçı cavabdehlə şərik olmalarını iddia etsə də cavabdeh bunu inkar edir və iddiaçının iddiasını təsdiq edəcək tərəflərin yazılı razılaşması mövcud deyildir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

87. Işin mübahisəli digər halları isə ondan ibarətdir ki, iddiaçı kampda olan və iddia ərizəsində göstərilən əşyaların ona məxsusluğunu və sürücülərə verilməli olan 71000 manat əmək haqqının onun tərəfindən verildiyini iddia edir, cavabdeh isə bu halı qəbul etmir.

88. Işin mübahisə edilməyən hallarından biridə - tərəflər əmlakların mövcudluğunu və kampda olmasını inkar etmirlər.

89. Iddiaçı ilk növbədə dəyəri 2500 manat olan 1 ədəd 6 metrlik konteyner, dəyəri 3500 manat olan 1 ədəd 12 metrlik konteyner, 5700 manat dəyərində avtomobil ehtiyyat hissələri, dəyəri 3000 manat olan 1 ədəd su çəni, dəyəri 500 manat olan 1 ədəd hava təzyiqi ilə işləyən təkər açarı, dəyəri 350 manat olan böyük açar dəsti, dəyəri 200 manat olan açar dəsti, dəyəri 150 manat olan 1 ədəd hava təzyiqi ilə işləyən laqonda, dəyəri 150 manat 1 ədəd batareya ilə işləyən direl, dəyəri 180 manat olan 1 dəst təkər təmiri üçün ləvazimatlar və dəyəri 150 manat olan 1 dəst təkər təmiri üçün ləvazimatlardan ibarət əmlakların natura şəklində, qətnamə icra olunan vaxt naturada mövcud olmazsa mövcud olmayan əşyaların dəyəri məbləğində pulun cavabdehdən alınıb ona verilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, həmin əmlakları o, öz vəsaiti hesabına almış, lakin hazırda cavabdehin sahibliyindədir və həmin ərazidən götürə bilmir.

90. Işin bu hallarından göründüyü kimi, iddiaçı tələb etdiyi əşyaların ona məxsus əmlaklar olduğuna əsaslanaraq cavabdehdən tələb edir. Məhkəmə bununla bağlı işin hallarının qanunvericliyin aşağıda qeyd olunan normaları əsasında təhlil olunmasını zəruri hesab edir.

91. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

92. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

93. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

94. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli * nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman Insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

95. “Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

96. Avropa Insan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun Isveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması.

97. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.

98. Insan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

99. Bu baxımdan həmin əşyaların alınmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. Iddia ərizəsində göstərilən daşınar əşyaları tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

100. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur:

1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır;

2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır;

3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır.

101. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

102. Işin halları Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iddia tələbinin 1 ədəd 12 metrlik konteyner, mövcud olmadıqda əmlakın dəyəri olan 3500 manatın alınması hissəsi əsaslıdır və həqiqətən iddiaçıya məxsus olması sübut olunur.

103. Məhkəmə nəzərə alır ki, cavabdeh tərəf iddiaçı tərəfindən tələb edilən əmlakların mövcudluğunu və həmin əmlakların kamp ərazisində yerləşməsini tam şəkildə inkar etməmiş, əsas etirazını həmin əmlakların iddiaçıya məxsus olmaması və onun tərəfindən MMC-nin fəaliyyət çərçivəsində istifadə edilməsinə yönəltmişdir.

104. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan müəyyən olunur ki, qeyd edilən konteyner fəaliyyət təşkil edilən zaman kamp ərazisinə iddiaçının təşəbbüsü və təşkilatçılığı ilə gətirilmiş, konteynerin əldə olunması və daşınması prosesində Cahangir adlı şəxs iştirak etmişdir. Iddiaçı məhkəmə iclasında verdiyi izahatında konteynerin alınması üçün pul vəsaitinin məhz özü tərəfindən verildiyini, Cahangirin isə həmin pul hesabına konteyneri əldə edərək kamp ərazisinə gətirdiyini bildirmişdir.

105. Məhkəmə qeyd edir ki, həmin konteynerin iddiaçının tapşırığı ilə Cahagir tərəfindən kampa gətirilməsi və pul məbləğinin Cahangirə iddiaçı tərəfindən verilməsi təsdiq edilir. Cavabdeh həmin konteyner üçün beh verdiyini, pulunu iddiaçıya verdiyini, iddiaçı isə həmin pulu konteynerə verdiyini qeyd etsə də bununla bağlı məhkəmə sübut təqdim etməmişdir. Həmçinin həmin konteynerin alınması ilə bağlı 3500 manat məbləğ cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

106. Kollegiya nəzərə alır ki, cavabdeh məhkəmə baxışı zamanı həmin konteynerlə bağlı müəyyən məbləğdə beh verdiyini və sonradan pul vəsaitini iddiaçıya təqdim etdiyini bildirsə də, həmin xüsusatları təsdiq edən hər hansı yazılı sübut, ödəniş qəbzi (təyinatı üzrə), bank çıxarışı, təhvil-təslim sənədi və ya digər mötəbər sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin mənasına görə, istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. Cavabdeh tərəfindən isə konteynerin əldə olunmasına dair vəsaitin məhz onun tərəfindən ödənilməsini təsdiq edən obyektiv sübut məhkəməyə təqdim edilməmişdir.

107. Kollegiya həmçinin nəzərə alır ki, cavabdeh tərəfindən həmin konteynerin dəyəri kimi göstərilən 3500 manat məbləğ mahiyyət etibarilə mübahisələndirilməmiş, tərəflərin izahatlarında da konteynerin təxminən həmin dəyərdə olması qəbul edilmişdir. Bu isə konteynerin mövcudluğu, konkret predmet kimi müəyyən edilməsi və onun iqtisadi dəyəri baxımından tərəflər arasında ciddi mübahisənin olmadığını göstərir.

108. Beləliklə, iş üzrə toplanmış sübutların məcmu qiymətləndirilməsi nəticəsində kollegiya belə qənaətə gəlir ki, dəyəri 3500 manat olan 12 metrlik konteynerin iddiaçı tərəfindən əldə olunaraq kamp ərazisinə gətirilməsi, həmin konteynerin hazırda cavabdehin faktiki sahibliyində qalması və iddiaçıya qaytarılmaması halları iş materialları ilə öz təsdiqini tapdığından, həmin əmlakla bağlı iddia tələbi əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir.

109. Lakin, iddiaçının tələb etdiyi digər əmlaklar – 1 ədəd 6 metrlik konteyner, su çəni, avtomobil ehtiyat hissələri və müxtəlif texniki alətlərə (təkər açarı, açar dəstləri, laqonda, direl və təkər təmiri ləvazimatları) dair iddiaları araşdırarkən məhkəmə hesab edir ki, bu hissədə iddianı haqlı olaraq birinci instansiya məhkəməsi təmin etməmişdir.

110. MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

111. Iddiaçı tərəfindən iddia edilən daşınar əşyaların (alətlərin və ehtiyat hissələrinin) bir hissəsinin kütləvi satış dövriyyəsində olan, fərdi-müəyyən əlamətləri (məsələn seriya nömrəsi, xüsusi nişanları, markası və s.) dəqiq fərqləndirilməyən ümumi növ əlamətli əşyalar olduğu müəyyən edilmişdir. Vindikasiya iddiasının mühüm şərtlərindən biri geri tələb olunan əşyanın fərdimüəyyən112. əlamətlərə malik olması və onun məhz cavabdehin faktiki sahibliyində (“detensiya” vəziyyətində) saxlanılmasının sübut edilməsidir. Iş materiallarına əsasən, mübahisəli kamp ərazisində tikinti və daşınma işləri dayandırıldıqdan və tərəflər arasında münasibətlər pisləşdikdən sonra həmin sahədə qorunma rejiminin necə təşkil edilməsi, ərazinin kimin nəzarətində qalması tam olaraq aydınlaşdırılmamışdır. Xüsusilə, xırda texniki alətlərin (laqonda, direl, açar dəstləri) və avtomobil ehtiyat hissələrinin (fəsl, amortizator, yastıqlar və s.) konkret olaraq hansı tarixdə, hansı miqdarda və tərkibdə cavabdeh tərəfindən mənimsənilməsi və ya onun qanunsuz sahibliyinə keçməsi barədə işdə birbaşa və bir-biri ilə uzlaşan mötəbər sübutlar (məsələn: inventarizasiya aktı, təhvil-təslim aktı, yaxud əmlakın cavabdeh tərəfindən saxlanmasını təsdiq edən yazılı sənəd) mövcud deyildir.

113. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş bəzi alış qəbzləri və mağaza arayışları yalnız həmin malların nə vaxtsa kim tərəfindənsə alına biləcəyi ehtimalını yaratsa da, həmin əşyaların məhz həmin əşyalar olmasını, məhz mübahisəli kampa aparılmasını və hazırda cavabdehin əlində qanunsuz olaraq saxlanılmasını sübut etmir. Şahid ifadələri daşınar əmlakların kampa gətirildiyini ümumi şəkildə təsdiq etsə də, onların iddiaçıya məxsus olmasını, hazırda cavabdehdə saxlanmasını və miqdarını dəqiq müəyyən etmək üçün kifayət deyildir. Hansı ki, iddiaçı tərəfindən qeyd edilən əmlaklar MMC-nin balansına keçməmiş və buna görə də dəqiq müəyyən oluna bilinməmişdir.

114. MM-in 157-ci maddəsinin tələbinə görə, mülkiyyətçi əmlakını itirdikdə və ya əmlak qanunsuz sahibliyə keçdikdə, iddia predmeti olan hər bir daşınar əşyanın mövcudluğu və mülkiyyət hüququ fərdi qaydada əsaslandırılmalıdır.

115. Digər tərəfdən, 1 ədəd 6 metrlik konteyner və 1 ədəd su çəni (dəyəri 3000 manat) ilə bağlı iddiaçı tərəf bu əmlakların da fərdi xüsusiyyətlərini və onların sonuncu tərəfindən alınaraq cavabdehə verilməsini sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi qaydasına riayət edərək, bu əmlaklar barəsində iddiaçının təqdim etdiyi sənədlərin yetərsiz olduğu və iddiaya əsas verən halların tam sübut olunmadığı qənaətinə gəlmişdir ki, apellyasiya instansiyası da bu nəticəni tamamilə düzgün hesab edir.

116. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, kampa gətirilən və dəyəri 3.500 manat təşkil edən 1 ədəd 12 metrlik konteynerin alınması üçün maliyyə vəsaiti çatışmadığından, o, həmin məbləği öz atasından borc alaraq ödəmişdir. Bununla belə, iddiaçı eyni fəaliyyət dövrünə və eyni hüquqi münasibətlərə istinad edərək bildirmişdir ki, digər əşyalarda ona məxsus olmuş və həmin əşyaları öz vəsaiti hesabına əldə etmişdir.

117. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

118. Iddiaçının sübutları da MPM-in 106.1-ci maddəsinə əsasən təhlil olunduqda görünür ki, həmin sübutlar əsaslı şübhədən kənar sübutlar deyildir. Əsaslı şübhədən kənar sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə bilər.

119. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

120. Iddiaçının sübutları da “əsaslı şübhədən kənar” sübut standartlarına uyğun deyildir.

121. Məhkəmə hesab edir ki, iddiaçının maddi vəziyyətinə və maliyyə imkanlarına dair irəli sürdüyü əşyalara dair iddia kəskin ziddiyyət təşkil edir. Belə ki, 3.500 manat kimi nisbətən kiçik bir təsərrüfat xərcini ödəmək üçün ailə üzvlərindən (atasından) borc almağa ehtiyac duyan şəxsin, kampın yaradılması ilə bağlı digər əşyaların alınması və kampa gətirməsi üçün maliyyə mənbəyinə malik olmasına dair iddia dəlilləri ağlabatan və inandırıcı görünmür.

122. Əgər, iddiaçı həqiqətən də sərbəst şəxsi vəsaitə sahib idisə, onun 3.500 manatlıq konteyner üçün borca müraciət etməsi məntiqsizdir. Çünki, onun maliyyə vəziyyəti 3.500 manatı borcla təmin edəcək səviyyədə idisə, o zaman digər əşyaların alınmasını icra etməsi faktiki olaraq qeyri-mümkündür.

123. Bunlardan başqa iddiaçı məhkəmə iclasında eyni zamanda bildirmişdir ki, o, artıq işləməyin mümkün olmadığını gördükdə hər yeri bağlayıb video görüntüsünü çəkib kampdan ayrılmış və onun kampda 5700 manatlıq ehtiyyat hissələri və iddiada göstərdiyi əşyaları qalmışdır. Daha sonra Səma onun kampdan oğurluq etməsi ilə bağlı polisə müraciət etmişdir. Polis orqanı araşdırma apardığı zaman o, çəkdiyi görüntünü təqdim etmiş və görüntüdə ehtiyyat hissələrinin olduğu konteynetin qıfılının salamat olduğu və digər yerlərin salamat olduğu görsəndiyindən polisdə araşdırma yekunlaşmışdır. O, ona qarşı edilən təziqlərdən bezdiyi üçün kampı tərk etmişdir. Lakin özünə məxsus əşyaları götürmədən getmişdir. Ona görə ki, təzyiq və hədələrdən bezmişdir. Hesab etmişdir ki, sonradan gəlib əşyalarını götürə bilər.

124. Göründüyü kimi, iddiaçı özünün hesab etdiyi və tələb etdiyi digər əşyaları o, cümlədən daşınması mümükün olan ehtiyyat hissələri birdəfəlik kampı tərk etdiyi zaman aparmaq imkanına malik olmuş lakin aparmamışdır.

125. Eyni zamanda iddiaçının izahatında aydın olan hal ondan ibarətdir ki, o, işləməyin mümkün olmadığını anlamış və kampı bir dəfəlik tərk etmişdir.

126. Belə olan halda isə iddiaçının özünə məxsus hesab etdiyi əşyaların aqibəti ilə bağlı cavabdehlə danışmadan və həmin əşyaları götürmədən getməsi onun iddia dəlilləri zəiflədir və həmin iddia etdiyi əşyaların ona məxsus olmaması nəticəsinə gəlməyə əsas verir ki, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

127. Iddiaçı tərəfindən ehtiyyat hissələrinin ona məxsus olması ilə bağlı iş materiallarının 2-ci cildinin 102-ci səhifəsinə əlavə edilmiş üzərində “zapças Sahildən gələn” yazılmış dəftərə münasibətdə məhkəmə qeyd edir ki, həmin dəftərdə olan yazılar nə iddiaçının nədə ki, cavabdehin imzası ilə təsdiq edilməmişdir.

128. Belə olan halda həmin dəftərdə yazılanlar və üzərindəki qeyd hazırki mübahisənin həllində sübut kimi qəbul edilə bilməz. Belə ki, mötəbər sübut anlayışı ilə uzlaşmır.

129. Məhkəmə iddianın – iddiaçı tərəfindən sürücülərə ödənilmiş 71.000 manat məbləğində pulun qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir.

130. Belə ki, iddiaçı əmək haqqına görə verilmiş pul tələbini onunla əsaslandırmışdır ki, tərəflərin 2024-cü ilin mart-aprel aylarından etibarən Ağdam rayonu ərazisində yol-tikinti materiallarının daşınması sahəsində qurduqları birgə fəaliyyət çərçivəsində cəlb olunmuş sürücülərin əmək haqlarının ödənilməsi öhdəliyi cavabdehə məxsus olmuşdur. Iddiaçının iddiasına görə, əsas sifarişçi olan “xxxx” MMC tərəfindən görülən işlərin müqabilində pul vəsaitləri birbaşa nağd qaydada cavabdehə ödənilmiş, o isə öz növbəsində iyul ayına qədər olan dövrdə sürücülərin maaşlarını bu vəsaitlər hesabına bağlamışdır. Lakin 2024-cü ilin iyul ayında cavabdeh sifarişçidən müvafiq vəsaitləri almasına baxmayaraq, sürücülərin maaşlarının ödənilməsindən yayınmış, subyektiv fəaliyyət sahəsində yaranmış ciddi narazılığı və işin dayanması təhlükəsini aradan qaldırmaq məqsədilə iddiaçı məcburiyyət qarşısında qalaraq öz şəxsi vəsaiti hesabına sürücülərə ümumilikdə 71,000 manat məbləğində nağd pul ödəmişdir.

131. Mülki hüquq münasibətlərində öhdəliklərin yaranması, icrası və subyektlərin məsuliyyəti qanunla və ya tərəflər arasındakı müqavilə ilə tənzimlənir. MM-in 385.1-ci maddəsinə görə, öhdəliyin qüvvəsinə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməyə, yaxud belə hərəkətdən çəkinməyə borcludur, kreditorun isə borcludan öhdəliyin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsi isə müəyyən edir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

132. Işin halları araşdırılarkən müəyyən olunur ki, tərəflər arasında fərdi qaydada sürücülərin işə götürülməsi, onlara əmək haqqı ödənilməsi və ya şəxsi hesablardan qarşılıqlı kompensasiya verilməsinə dair hər hansı yazılı müqavilə, yaxud mülki-hüquqi xarakterli saziş imzalanmamışdır. Əksinə, iş materiallarında mövcud olan hüquqi faktlar təsdiq edir ki, daşınma fəaliyyəti rəsmi olaraq cavabdehin təsisçisi olduğu “xxxx” MMC tərəfindən həyata keçirilmişdir. Iddiaçı isə ##.##.2024-cü il tarixdən etibarən həmin hüquqi şəxsin – “xxxx” MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsini icra etmişdir.

133. Bu baxımdan, layihəyə cəlb edilmiş sürücülər ilə hüquqi münasibətlər fiziki şəxs qismində cavabdeh arasında deyil, hüquqi şəxs qismində “xxxx” MMC arasında formalaşmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Mülki Məcəlləsinin müddəalarına görə, hüquqi şəxsin öhdəliklərinə görə onun təsisçiləri fiziki şəxs olaraq birbaşa mülki məsuliyyət daşımırlar (əgər qanunla və ya təsis sənədləri ilə subsidiayr və ya birgə məsuliyyət nəzərdə tutulmayıbsa). Sürücülərin gördükləri iş müqabilində əmək haqlarının ödənilməsi öhdəliyi birbaşa işəgötürən olan hüquqi şəxsin üzərinə düşür.

134. Bundan əlavə, iddiaçı pulu ödədiyini iddia etdiyi dövrdə “xxxx” MMC-nin direktoru vəzifəsini daşımışdır. Kommersiya hüququnun prinsiplərinə görə, cəmiyyətin rəhbəri tərəfindən istehsalat fəaliyyətinin təmin edilməsi üçün edilən xərclər hüquqi şəxsin xərcləri hesab olunur. Əgər direktor cəmiyyətin ehtiyacları üçün öz şəxsi vəsaitindən istifadə etmişdirsə, o, həmin vəsaitin kompensasiyasını təsisçi olan fiziki şəxsdən deyil, hüquqi şəxs olan cəmiyyətin özündən tələb etmək hüququna malikdir. Cavabdeh fiziki şəxs kimi bu münasibətdə birbaşa borclu qismində çıxış etməsi qanunun tələblərinə ziddir. Çünki, Mülki Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir (MM – maddə 52.2).

135. Göstərilən maddi hüquqi əsaslara istinadən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 71.000 manat pul vəsaitinin tutulması barədə iddia tələbi əsassızdır. Belə ki, qeyd edildiyi kimi sürücülərə əmək haqqının verilməsi MMC-nin öhdəliyi olmuşdur ki, iddia bu hissədə iddia tələbinə cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir.

136. 71000 manat pulun tələb edilməsi MMC-yə qarşı yönəlməli olan tələb olduğundan məhkəmə onun əsaslılığına qiymət verməyi zəruri saymır və hesab edir ki, bu iddia tələbinə mahiyyəti üzrə düzgün cavabdehə qarşı yönəlmiş iddiaya baxılması zamanı hüquqi qiymət verilməlidir. Bu səbəbdən, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi zəmin mövcut deyildir və qətnamə həmin hissəsi dəyişdirilmədən saxlanılmalıdır.

137. Bu səbəbdən kollegiya birinci instansiya məhkəməsinin sübutları düzgün qiymətləndirməsi, işin faktiki hallarını düzgün müəyyən etməsi və mübahisələndirilən hissədə iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

138. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

139. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

140. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Belə ki, cavabdeh tərəfindən mübahisələndirilən hissə 10.000 manatdan aşağı (3.500 manat) olduğundan sonuncu tərəfindən kassasiya şikayəti verilə bilməz.

141. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar