Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-26/2026 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ** saylı X3 Mərkəzinin cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: meşə fondu torpaqlarından təyinatı üzrə istifadə; müqavilə şərtləri Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ** saylı X3 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X1 və cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ** saylı X3 Mərkəzinin cavabdeh Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ** saylı X3 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 20**-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Meşələrin Inkişafı Xidmətinin X2 Təsərrüfatı Mərkəzi (hazırda ** saylı X3 Mərkəzi) ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli ** nömrəli meşə fondu sahələrindən elmitədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqavilədən görünür ki, istifadəçi Cavabdeh Meşələrin Inkişafı Xidmətinin X2 X5 meşəbəyliyinin 1-ci kvartalının 13-cü bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahət-rekreasiya məqsədi ilə 1 il müddətinə 0.10 ha sahə ayrılmışdır.
2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən istifadəçi istifadə üçün müəyyən olunmuş sahədə onun əhatəsində heç bir əsaslı tikinti aparmadan meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya gigiyena qaydalarına əməl etmək, çirkab suların təmizləyici qurğular vasitəsilə axıdılmasını, məişət tullantılarının toplanmasını və daşınmasını təmin etməklə ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi öhdəsinə götürmüşdür.
3. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən 0.10 ha sahə üçün 120 manat illik istifadə (icarə) haqqı nəzərdə tutulmuşdur.
4. ** saylı X3 Mərkəzi tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli ** nömrəli aktdan görünür ki, ** saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən Mərkəzin Hacıkənd meşəbəyliyinin 1ci kvartalında Cavabdeh icarəyə verilmiş 0.10 ha meşə fondu torpağında aparılan araşdırma zamanı, ərazidə 3.2 x 2.9 m ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 2.6 x 3 ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 3.0 x 3.3 m ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 8.8 x 3.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd mətbəx və manqalxana, 8.6 x 4.5 m ölçüdə dəmir dirəklər üzərində şüşəbənd yemək zalı, 3.0 x 4.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd yemək otağı, 1.0 x 1.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd sanitariya qovşağı, 1.7 x 2.8 m ölçüdə dəmirdən hazırlanmış daşına bilən 1 ədəd butka, 4.0 x 2.4 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd kətəxana, 4.0 x 3.2 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd yemək otağı müəyyən edilmişdir. Istifadə olunan ərazi hal-hazırda 0.20 ha-dır. Baxış zamanı rekreasiya obyekti mövsümlə əlaqədar fəaliyyət göstərmirdi. Yanğın əleyhinə şiti yoxdur. Ərazi təmiz saxlanır, məişət tullantıları gündəlik xüsusi qutulara yığılaraq ərazidən daşınır. Çirkab sularının axıdılması üçün ərazidə şambo quyusu qazılmışdır. Sözügedən ərazidə heç bir ekoloji pozuntuya, qırıntı, ağac kəsmə və digər meşə pozuntusu hallarında rast gəlinməmişdir.
5. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsinə dair daxil olmuş iş materiallarında mövcud olan Google Earth proqramından çıxarış sənədində əks olunmuş 0.20 ha torpaq sahəsinin yerləşdiyi ərazi TEKUIS məlumatlarında Göygöl rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan meşə fondu torpaqları kateqoriyasına aid meşə ilə örtülü sahə olaraq göstərilmişdir.
6. Iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, 10 gün müddətində pozuntuların aradan qaldırılması, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ** saylı X3 Mərkəzi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hacıkənd meşəbəyliyinin 1-ci kvartalında özbaşına tikdiyi 3.2 x 2.9 m ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 2.6 x 3 ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 3.0 x 3.3 m ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 8.8 x 3.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd mətbəx və manqalxana, 8.6 x 4.5 m ölçüdə dəmir dirəklər üzərində şüşəbənd yemək zalı, 3.0 x 4.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd yemək otağı, 1.0 x 1.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd sanitariya qovşağı, 1.7 x 2.8 m ölçüdə dəmirdən hazırlanmış daşına bilən 1 ədəd butka, 4.0 x 2.4 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd kətəxana, 4.0 x 3.2 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd yemək otağını cavabdehin hesabına sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması və ##.##.2023- cü il tarixli ** qeydiyyat nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Daha sonra iddiaçı təşkilat iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Göygöl rayonu Sarısu kəndində qeydiyyatda olan, hazırda Gəncə şəhəri Qızılqaya qəsəbəsində yaşayan Cavabdeh Hacıkənd meşəbəyliyinin 1-ci kvartalında özbaşına tikdiyi 3.2 x 2.9 m ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 2.6 x 3 ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 3.0 x 3.3 m ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 8.8 x 3.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd mətbəx və manqalxana, 8.6 x 4.5 m ölçüdə dəmir dirəklər üzərində şüşəbənd yemək zalı, 3.0 x 4.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd yemək otağı, 1.0 x 1.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd sanitariya qovşağı, 1.7 x 2.8 m ölçüdə dəmirdən hazırlanmış daşına bilən 1 ədəd butka, 4.0 x 2.4 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd kətəxana, 4.0 x 3.2 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd yemək otağını sökərərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması və ##.##.2023-cü il tarixli ** qeydiyyat nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ** saylı X3 Mərkəzinin Hacıkənd meşəbəyliyinin ərazisində dövlət meşə fondu torpaqlarından istifadə vəziyyəti araşdırılarkən, Göygöl rayonu Sarısu kəndində qeydiyyatda olan, hazırda Gəncə şəhəri Qızılqaya qəsəbəsində yaşayan Cavabdeh ilə Mərkəzin Hacıkənd meşəbəyliyinin 1-ci kvartalında istirahət-rekreasiya məqsədi ilə ##.##.2023-cü il tarixli ** qeydiyyat nömrəli 0.10 ha sahədə 1 il müddətinə bağlanmış müqavilənin qüvvədən düşməsinə baxmayaraq ərazidə 3.2 x 2.9 m ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 2.6 x 3 ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 3.0 x 3.3 m ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 8.8 x 3.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd mətbəx və manqalxana, 8.6 x 4.5 m ölçüdə dəmir dirəklər üzərində şüşəbənd yemək zalı, 3.0 x 4.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd yemək otağı, 1.0 x 1.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd sanitariya qovşağı, 1.7 x 2.8 m ölçüdə dəmirdən hazırlanmış daşına bilən 1 ədəd butka, 4.0 x 2.4 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd kətəxana, 4.0 x 3.2 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd yemək otağı mövcuddur. Həmin fakt əsasında Mərkəzin əməkdaşlarının iştirakı ilə ##.##.2025-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Mərkəz tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahədə tikilən tikililərin sökülməsi barədə vətəndaşın ünvanına ##.##.2025-ci il tarixli *-**-**-**/*-***/**** nömrəli məktubun göndərilmiş, lakin bu günədək məktubda göstərilən nöqsanlar aradan qaldırılmamışdır.
10. Məhkəmə iclasında cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, həmin torpaq sahəsi ona dövlət tərəfindən verilmişdir, verilərkən həmin sahədə tikili tikilə bilməməsi, kərpiçdən istifadə oluna bilməməsi xəbərdarlığı edilməmişdir. O, da həmin sahədə əsaslı tikinti aparmamış, yüngül tikili tikmişdir. Özü şəhid atasıdır, oğlu şəhid olmuşdur, xərçəng xəstəliyindən əziyyət çəkir. 2023-cü il üzrə ödənişini etmişdir. 2024-cü ildə sənədləri iddiaçıya göndərsə də onunla müqavilə bağlamamışlar. Iddia tələbinə etiraz etmiş, vəziyyətinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etmişdir.
11. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Gülnaz Quliyeva) iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ** saylı X3 Mərkəzinin cavabdeh Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 14.1, 16.2, 20.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 46, 58, 73 və 112-ci maddələrinə, həmçinin Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3 və 218.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
13. Iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ** saylı X3 Mərkəzi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ** saylı X3 Mərkəzi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Hacıkənd meşəbəyliyinin 1-ci kvartalında Göygol rayonu Sarısu kənd sakini Cavabdeh tərəfindən qanunsuz 3.2 x 2.9 m ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 2.6 x 3 ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 3.0 x 3.3 m ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 8.8 x 3.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd mətbəx və manqalxana, 8.6 x 4.5 m ölçüdə dəmir dirəklər üzərində şüşəbənd yemək zalı, 3.0 x 4.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd yemək otağı, 1.0 x 1.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd sanitariya qovşağı, 1.7 x 2.8 m ölçüdə dəmirdən hazırlanmış daşına bilən 1 ədəd butka, 4.0 x 2.4 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd kətəxana, 4.0 x 3.2 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd yemək otağı inşa edilməsi faktı Mərkəzin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan da görünür ki, sözügedən torpaq sahəsinə dair daxil olmuş iş materiallarında mövcud olan Google Earth proqramından çıxarış sənədində əks olunmuş 0.20 ha torpaq sahəsinin yerləşdiyi ərazi TEKUIS məlumatlarında Göygöl rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan meşə fondu torpaqları kateqoriyasına aid meşə ilə örtülü sahədir. Tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli ** nömrəli müqavilənin 2.1-ci bəndində açıq şəkildə qeyd olunmuşdur ki, istifadəçi ərazidə heç bir əsaslı tikinti aparmamalı, yalnız çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməlidir. Lakin ##.##.2025-ci il tarixli akta əsasən, ərazidə kərpiclə hörülmüş 3 ədəd yemək otağı, dəmir dirəklər üzərində şüşəbənd zal və digər daimi xarakterli tikililər aşkar edilmişdir. Bu tikililər müqavilənin mahiyyətinə və Meşə Məcəlləsinin tələblərinə tamamilə zidd olmasına baxmayaraq iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni cavabdehin şəhid atası olması və xəstəliyi kimi humanitar amillərlə əsaslandırmışdır. Lakin bu hallar qanunvericiliyin imperativ tələblərinin (meşə fondu torpaqlarının mühafizəsi və qanunsuz tikililərin sökülməsi) yerinə yetirilməməsi üçün hüquqi əsas deyildir. Məhkəmə iddiaçının tikintiyə vaxtında etiraz etməməsini əsas gətirərək iddianı rədd etmişdir. Lakin, dövlət mülkiyyətində olan meşə fondu torpaqlarının qanunsuz zəbt edilməsi və orada özbaşına tikinti aparılması faktı hər zaman aradan qaldırılmalı olan hüquqpozmadır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. ##.##.20**-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ** saylı X3 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, meşəbəyliyin ərazisində tikililər inşa edilməsi barədə ##.##.2025-ci il tarixdə akt tərtib edilmiş, daha sonra isə cavabdehə həmin nöqsanların aradan qaldırması barədə bildiriş göndərmişlər. Lakin, cavabdeh buna məhəl qoymamışdır.
17. ##.##.20**-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 2022-ci ildə meşəbəyliyin ərazisində mübahisələndirilən tikililəri inşa etmiş, 2023-cü ildə isə torpağın onun icarəsinə verilməsinə dair müqavilə bağlanmışdır. O, həmin tikililəri inşa edərkən iddiaçı təşkilat tərəfindən ona hər hansı xəbərdarlıq edilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, torpaq sahəsinin icarəsinə dair iddiaçı təşkilatla aralarında müqavilə bağlanmış olsa da, lakin müqavilənin şərtlərini oxumamışdır.
18. Hazırkı məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ** saylı X3 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
19. Hazırkı məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək əvvəlki məhkəmə iclasında verdiyi izahatla eyni məzmunlu izahat vermişdir. Cavabdeh Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
21. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
22. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
23. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
24. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
25. Maddə 708.2. Icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. **. Maddə Maddə 713. Əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
27. Maddə 10 (1-ci hissə). Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.
28. Maddə 11 (1-ci hissə). Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir.
29. Maddə 44. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir.
30. Maddə 46. Meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir və dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
31. Maddə 58. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.
32. Maddə 73. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə...
33. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək;
34. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Meşə Məcəlləsi
35. Maddə 14 (1-ci hissə). Meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə).
36. Maddə 14 (2-ci hissə). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər.
37. Maddə 16 (1-ci hissə). Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır.
38. Maddə 17 (1-ci hissə). Meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin.
39. Maddə 20. Meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir. Meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilməsi yalnız aşağıdakı hallarda həyata keçirilir: meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda; fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə; meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə; meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində, meşəqırma biletində, orderdə, meşə biletində nəzərdə tutulmuş şərtlər pozulduqda; meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə əməl edilmədikdə; meşə fondu sahələri dövlət ehtiyacları üçün alındıqda.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
45. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
46. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
47. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Meşələrin Inkişafı Xidmətinin X2 Təsərrüfatı Mərkəzi ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli ** qeydiyyat nömrəli müqavilə əsasında Mərkəzin Hacıkənd meşəbəylilyinin 1-ci kvartalında Cavabdeh icarəyə verilmiş 0.10 ha sahədə inşa edilmiş 3.2 x 2.9 m ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 2.6 x 3 ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 3.0 x 3.3 m ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 8.8 x 3.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd mətbəx və manqalxana, 8.6 x 4.5 m ölçüdə dəmir dirəklər üzərində şüşəbənd yemək zalı, 3.0 x 4.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd yemək otağı, 1.0 x 1.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd sanitariya qovşağı, 1.7 x 2.8 m ölçüdə dəmirdən hazırlanmış daşına bilən 1 ədəd butka, 4.0 x 2.4 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd kətəxana, 4.0 x 3.2 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd yemək otağı cavabdeh Cavabdeh hesabına sökülməli və ərazi boşaldılmalı, iddia qalan hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
51. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Meşələrin Inkişafı Xidmətinin X2 Təsərrüfatı Mərkəzi (hazırda ** saylı X3 Mərkəzi) ilə Cavabdeh arasında meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə ##.##.2023-cü il tarixli ** nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən istifadəçi Cavabdeh Meşələrin Inkişafı Xidmətinin X2 X5 meşəbəyliyinin 1-ci kvartalının 13-cü bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahət-rekreasiya məqsədi ilə 1 il müddətinə 0.10 ha sahə icarəyə verilmişdir. Iddiaçı təşkilat icarə müddətinin başa çatdığını, eləcə də cavabdehin müqavilə şərtlərini pozaraq icarəyə verilmiş sahədə tikililər inşa etdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
52. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyildir.
53. Bu prinsipə görə, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
54. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
55. Bu kontekstdə kollegiya nəzərə alır ki, iddiaçı təşkilat tələbini - cavabdehin meşə fonduna aid torpaq sahəsini özbaşına zəbt etməklə orada tikili inşa etmiş olması ilə əsaslandırdığından, tələbin qanuni əsası kimi Meşə və Torpaq Məcəlləsinin müvafiq müddəaları nəzərdən keçirilməlidir (§ 27-39).
56. Burada həmçinin nəzərə alınmalıdır ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ##.##.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2018-ci il tarixli qərarı).
57. Işin mübahisəsiz hallarına görə, müqavilə əsasında cavabdehin icarəsinə verilmiş 0.10 ha torpaq sahəsi meşə fondu torpaqlarına aiddir və müqavilənin şərtinə görə o, ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etmək hüququna malik olmuş, sahədə heç bir əsaslı tikinti aparmamaq barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. Buna baxmayaraq, həmin sahədə cavabdeh tərəfindən hazırda sökülməsi tələb olunan tikililər inşa edilmişdir.
58. Müqavilə şərtlərindən xəbərdar olmaması barədə cavabdeh Cavabdeh arqumenti isə kollegiya tərəfindən əsassız hesab edilmişdir. Ona görə ki, icarə müqaviləsi tərəflərin şəxsən özlərinin iştirakı ilə bağlanmış, habelə onlar müqavilə bağlama barədə iradə ifadələrini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib etmişlər.
59. Tikililərin sökülməsi tələbi ilə bağlı qeyd edilir ki, cavabdeh Cavabdeh meşə fondu torpaqlarına aid sahədən təyinatına uyğun istifadə etmək öhdəliyini icra etməyərək müqavilə şərtlərini pozmaqla orada yuxarıda qeyd olunan əsaslı tikinti işləri aparmaqla torpaqla möhkəm bağlılığı olan (ondan ayrıla bilməyən) tikililər inşa etmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə cavabdeh həmin ərazidə yalnız yüngül konstruksiyalı qurğularla quraşdırılmış müvəqqəti tikililərdən istifadəsi nəzərdə tutulmuşdur. Müvəqqəti tikili dedikdə torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıbsökülən tikili nəzərdə tutulur (Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.16-cı maddəsi).
60. Həmin tikililərin tərəflər arasında icarə müqaviləsi bağlanmamışdan öncə inşa edilmiş olması isə - iş üzrə fərqli bir nəticəyə gəlinməsinə səbəb ola bilməz. Ona görə ki, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır (Torpaq Məcəlləsi maddə 82). Mülki Məcəllənin özbaşına tikinti və onun nəticələrindən bəhs edən 180.1-ci maddəsində də deyilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (Mülki Məcəllə maddə 180.1). Bu mənada, cavabdeh Cavabdeh torpaq və meşə qanunvericilyiin tələblərini pozmaqla meşə fonduna aid torpaq sahəsində tikinti işləri aparması heç bir halda hüquqauyğun davranış kimi qəbul edilə bilməz.
61. Cavabdeh Cavabdeh onun vəsait sərf edərək hazırda sökülməsi tələb olunan tikililəri inşa etməsinə iddiaçı təşkilatın razılıq nümayiş etdirməsi barədə arqument irəli sürsə də, lakin bu hal öz təsdiqini tapmamışdır. Əksinə, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçı (icarəyə verən) cavabdehə (icarəçiyə) ərazidə müvafiq olaraq çadır tipli və ya sökülübyığılan yüngül konstruksiyalı qurğulardan istifadə etmək barədə hüququ vermiş, icarəçi isə sahədə heç bir əsaslı tikinti aparmamaq barədə icarəyə verən qarşısında öhdəlik götürmüşdür.
62. Bununla belə, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti ##.##.2024-cü il tarixdə bitdiyindən və müddəti uzadılmadığından artıq cavabdehin torpaq sahəsi üzrə istifadə (icarə) hüququna xitam verilmişdir. Ancaq, cavabdehin torpaq sahəsinə sahiblik və istifadəsi hər hansı hüquqi əsas olmadan davam etməkdədir. Odur ki, iddiaçı təşkilat cavabdeh tərəfindən həmin ərazinin boşaldılmasını tələb etməkdə haqlı olmuşdur.
63. Müqavilənin ləğv edilməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, yuxarıda da göstərildiyi kimi icarə müqaviləsi ##.##.2023-cü il tarixdə 1 il müddətinə bağlanmış və müvafiq olaraq ##.##.2024-cü il tarixdə müqavilənin müddəti bitmişdir. Nəzərə alınmalıdır ki, müqavilənin qüvvədə olma müddəti bitdikdə, müqavilə öz hüquqi qüvvəsini itirir. Bu mənada, hüquqi qüvvəyə malik olmayan müqavilənin məhkəmə tərəfindən ləğv edilməsi yolverilən deyildir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir.
64. Birinci instansiya məhkəməsi isə iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, mübahisəli ərazidə cavabdeh tərəfindən inşa edilmiş tələb olunan tikililər onun vəsaiti hesabına sökülməli və ərazi boşaldılmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ** saylı X3 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. Meşələrin Inkişafı Xidmətinin X2 Təsərrüfatı Mərkəzi ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli ** qeydiyyat nömrəli müqavilə əsasında Mərkəzin Hacıkənd meşəbəylilyinin 1-ci kvartalında Cavabdeh icarəyə verilmiş 0.10 ha sahədə inşa edilmiş 3.2 x 2.9 m ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 2.6 x 3 ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 3.0 x 3.3 m ölçüdə ətrafı 1 metrəyə qədər qırmızı kərpiclə hörülmüş 1 ədəd yemək otağı, 8.8 x 3.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd mətbəx və manqalxana, 8.6 x 4.5 m ölçüdə dəmir dirəklər üzərində şüşəbənd yemək zalı, 3.0 x 4.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd yemək otağı, 1.0 x 1.0 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd sanitariya qovşağı, 1.7 x 2.8 m ölçüdə dəmirdən hazırlanmış daşına bilən 1 ədəd butka, 4.0 x 2.4 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd kətəxana, 4.0 x 3.2 m ölçüdə dəmir və taxta materiallardan istifadə olunaraq hazırlanmış 1 ədəd yemək otağı cavabdeh Cavabdeh hesabına sökülsün və ərazi boşaldılsın. Iddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən onun tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.