Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(3-7)-32/2026 23.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X3 Mərkəzinin Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X3 Mərkəzinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X3 Mərkəzinin (bundan sonra –iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğv edilməsi, tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılması” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-1426/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. Meşələrin İnkişafı Xidmətinin Göygöl X3 Mərkəzi (hazırda 10 saylı X3 Mərkəzi) ilə Cavabdeharasında bağlanmış xx.xx.2022-ci il tarixli 99 nömrəli meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqaviləyə əsasən, istifadəçi Cavabdeh Meşələrin İnkişafı Xidmətinin X5 X1 meşəbəyliyinin 13a kvartalının 17-ci bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahət-rekreasiya məqsədi ilə 2 il müddətinə 0.30 ha sahə ayrılmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən istifadəçi istifadə üçün müəyyən olunmuş sahədə onun əhatəsində heç bir əsaslı tikinti aparmadan meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya gigiyena qaydalarına əməl etmək, çirkab suların təmizləyici qurğular vasitəsilə axıdılmasını, məişət tullantılarının toplanmasını və daşınmasını təmin etməklə ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən, istifadəçi yüngül konstruksiyalı qurğuların abadlaşdırma, yaşıllaşdırma işlərinin və təyinatına uyğun olaraq nəzərdə tutulan digər işlərin layihəsini Departament, İstifadəyə verən və aidiyyəti qurumlarla razılaşdıraraq təsdiq etdirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən 0.30 ha sahə üçün 130 manat illik istifadə (icarə) haqqı nəzərdə tutulmuşdur Müqavilənin 4-cü bəndində müqaviləyə xitam verilməsi əsasları müəyyən edilmiş, müqavilə müddətinin başa çatması müqaviləyə xitam verilməsinin əsası kimi nəzərdə tutulmuş və müqavilə müddətinin uzaldılmasına dair müqavilədə qeyd-şərt mövcud deyildir.
2. 10 saylı X3 Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 54 nömrəli aktdan görünür ki, 10 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən Mərkəzin Hacıkənd meşəbəylilyinin 13a kvartalında Cavabdeh icarəyə verilmiş 0.30 ha meşə fondu torpağında aparılan araşdırma zamanı, ərazidə 3.0 x 11.0 m ölçüdə dəmir dirəklər arasında taxtadan quraşdırılmış 1 ədəd mətbəx, 3.0 x 5.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd anbar, 3.0 x 3.0 m ölçüdə taxta dirəklər üzərində 1 ədəd manqalxana, 3.0 x 6.0 m ölçüdə dəmir dirəklər üzərində 2 ədəd söhbətgah, 3.0 x 2.0 m ölçüdə 3 ədəd söhbətgah, 3.0 x 4.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd yeməkxana, önündə 3.0 x 3.0 m ölçüdə talvar, 2.0 x 2.2 m ölçüdə 1 ədəd səyyar söhbətgah, 3.0 x 3.0 m ölçüdə şüşəbən qapalı talvar 2 ədəd, 3.0 x 3.0 m ölçüdə 1 ədəd söhbətgah, 4.0 x 9.0 m ölçüdə taxtadan quraşdırılmış plastik pəncərəli zal 1 ədəd, 3.0 x 4.0 m ölçüdə 1 ədəd kətəxana, 5.0 m diametrdə çoxbucaqlı şəklində alt hissəsi qaya daşı ilə hörülmüş plastik pəncərələrlə bağlanmış yemək otağı müəyyən edilmişdir. İstifadə olunan ərazi hal-hazırda 0.30 ha-dır. Baxış zamanı rekreasiya obyekti mövsümlə əlaqədar fəaliyyət göstərmirdi. Yanğın əleyhinə şiti yoxdur. Ərazi təmiz saxlanır, məişət tullantıları gündəlik xüsusi qutulara yığılaraq ərazidən daşınır. Çirkab sularının axıdılması üçün ərazidə şambo quyusu qazılmışdır. Sözügedən ərazidə heç bir ekoloji pozuntuya, qırıntı, ağac kəsmə və digər meşə pozuntusu hallarında rast gəlinməmişdir. Meşə təsərrüfatının təşkili və inkişafı layihəsinə əsasən həmin ərazidə heç bir təsərrüfat işlərinin aparılması nəzərdə tutulmamışdır.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsinə dair daxil olmuş iş materiallarında mövcud olan Google Earth proqramından çıxarış sənədində əks olunmuş 0.30 ha torpaq sahəsinin yerləşdiyini ərazi TEKUİS məlumatlarında Göygöl rayonu ərazisində yerləşən dövlət mülkiyyətində oaln meşə fondu torpaqları kateqoriyasına aid meşə ilə örtülü sahə olaraq göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh oğlunun Hacıkənd meşəbəyliyinin 13a kvartalında özbaşına tikdiyi 3.0 x 11.0 m ölçüdə dəmir dirəklər arasında taxtadan quraşdırılmış 1 ədəd mətbəx, 3.0 x 5.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd anbar, 3.0 x 3.0 m ölçüdə taxta dirəklər üzərində 1 ədəd manqalxana, 3.0 x 6.0 m ölçüdə dəmir dirəklər üzərində 2 ədəd söhbətgah, 3.0 x 2.0 m ölçüdə 3 ədəd söhbətgah, 3.0 x 4.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd yeməkxana, önündə 3.0 x 3.0 m ölçüdə talvar, 2.0 x 2.2 m ölçüdə 1 ədəd səyyar söhbətgah, 3.0 x 3.0 m ölçüdə şüşəbən qapalı talvar 2 ədəd, 3.0 x 3.0 m ölçüdə 1 ədəd söhbətgah, 4.0 x 9.0 m ölçüdə taxtadan quraşdırılmış plastik pəncərəli zal 1 ədəd, 3.0 x 4.0 m ölçüdə 1 ədəd kətəxana, 5.0 m diametrdə çoxbucaqlı şəklində alt hissəsi qaya daşı ilə hörülmüş plastik pəncərələrlə bağlanmış yemək otağının cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və xx.xx.2022-ci il tarixli 99 qeydiyyat nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 saylı Regional Meşə X1 meşəbəyliyinin ərazisində dövlət meşə fondu torpaqlarından istifadə vəziyyəti araşdırlarkən, ünvan 1 ünvanda yaşayan Cavabdeh oğlu ilə Mərkəzin Hacıkənd meşəbəyliyinin 13a kvartalında istirahətrekreasiya məqsədi ilə xx.xx.2022-ci il tarixli 99 qeydiyyat nömrəli 0.30 ha sahədə 2 il müddətinə bağlanmış müqavilənin qüvvədən düşməsinə baxmayaraq ərazidə 3.0 x 11.0 m ölçüdə dəmir dirəklər arasında taxtadan quraşdırılmış 1 ədəd mətbəx, 3.0 x 5.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd anbar, 3.0 x 3.0 m ölçüdə taxta dirəklər üzərində 1 ədəd manqalxana, 3.0 x 6.0 m ölçüdə dəmir dirəklər üzərində 2 ədəd söhbətgah, 3.0 x 2.0 m ölçüdə 3 ədəd söhbətgah, 3.0 x 4.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd yeməkxana, önündə 3.0 x 3.0 m ölçüdə talvar, 2.0 x 2.2 m ölçüdə 1 ədəd səyyar söhbətgah, 3.0 x 3.0 m ölçüdə şüşəbən qapalı talvar 2 ədəd, 3.0 x 3.0 m ölçüdə 1 ədəd söhbətgah, 4.0 x 9.0 m ölçüdə taxtadan quraşdırılmış plastik pəncərəli zal 1 ədəd, 3.0 x 4.0 m ölçüdə 1 ədəd kətəxana, 5.0 m diametrdə çoxbucaqlı şəklində alt hissəsi qaya daşı ilə hörülmüş plastik pəncərələrlə bağlanmış yemək otağı mövcuddur. Həmin fakt əsasında Mərkəzin əməkdaşlarının iştirakları ilə xx.xx.2025-ci il tarixdə müvafiq akt tərtib edilmişdir.. Mərkəz tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahədə tikilən tikililərin sökülməsi barədə vətəndaşın ünvanına xx.xx.2025-ci il tarixli 3-14-27-11/2- 098/2025 nömrəli məktubun göndərilmiş, lakin bu günədək məktubda göstərilən nöqsanlar aradan qaldırılmamışdır.
6. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan Cavabdeh oğlu ilə Mərkəzin Hacıkənd meşəbəyliyinin 13a kvartalında özbaşına tikdiyi 3.0 x 11.0 m ölçüdə dəmir dirəklər arasında taxtadan quraşdırılmış 1 ədəd mətbəx, 3.0 x 5.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd anbar, 3.0 x 3.0 m ölçüdə taxta dirəklər üzərində 1 ədəd manqalxana, 3.0 x 6.0 m ölçüdə dəmir dirəklər üzərində 2 ədəd söhbətgah, 3.0 x 2.0 m ölçüdə 3 ədəd söhbətgah, 3.0 x 4.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd yeməkxana, önündə 3.0 x 3.0 m ölçüdə talvar, 2.0 x 2.2 m ölçüdə 1 ədəd səyyar söhbətgah, 3.0 x 3.0 m ölçüdə şüşəbən qapalı talvar 2 ədəd, 3.0 x 3.0 m ölçüdə 1 ədəd söhbətgah, 4.0 x 9.0 m ölçüdə taxtadan quraşdırılmış plastik pəncərəli zal 1 ədəd, 3.0 x 4.0 m ölçüdə 1 ədəd kətəxana, 5.0 m diametrdə çoxbucaqlı şəklində alt hissəsi qaya daşı ilə hörülmüş plastik pəncərələrlə bağlanmış yemək otağının cavabdehin hesabına sökülməsi və ərazinin cavabdehin hesabına boşaldılması və xx.xx.2022-ci il tarixli 99 qeydiyyat nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək izahatında bidirmişdir ki, onun həmin torpaq sahəsində heç bir qeyri-qanuni tikilisi yoxdur, 1 ədəd qaya daşlarının üzərində tikilmiş tikilini isə aradan qaldırmışdır. İddianın təmin edilməməsini xahiş etmişdir.
9. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2-2(115)-1426/2025 nömrəli qətnaməsi (hakim – Gülnaz Quliyeva) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh oğlunun Hacıkənd meşəbəyliyinin 13a kvartalında tikdiyi 3.0 x 11.0 m ölçüdə dəmir dirəklər arasında taxtadan quraşdırılmış 1 ədəd mətbəx, 3.0 x 5.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd anbar, 3.0 x 3.0 m ölçüdə taxta dirəklər üzərində 1 ədəd manqalxana, 3.0 x 6.0 m ölçüdə dəmir dirəklər üzərində 2 ədəd söhbətgah, 3.0 x 2.0 m ölçüdə 3 ədəd söhbətgah, 3.0 x 4.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd yeməkxana, önündə 3.0 x 3.0 m ölçüdə talvar, 2.0 x 2.2 m ölçüdə 1 ədəd səyyar söhbətgah, 3.0 x 3.0 m ölçüdə 2 ədəd şüşəbəd qapalı talvar, 3.0 x 3.0 m ölçüdə 1 ədəd söhbətgah, 4.0 x 9.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd plastik pəncərəli zal, 3.0 x 4.0 m ölçüdə 1 ədəd kətəxana, 5.0 m diametrdə çoxbucaqlı şəklində alt hissəsi qaya daşı ilə hörülmüş plastik pəncərələrlə bağlanmış yemək otağı tikililəri Cavabdeh oğlunun hesabına sökülməsi və ərazinin boşaldılması qət edilmişdir.
10. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Meşələrin İnkişafı Xidmətinin Göygöl X3 Mərkəzi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə 2 il müddətinə bağlanmış, 2024-cü ildə müqavilənin müddəti bitmiş və yeni müqavilə bağlanmamışdır. Müqavilə müddətində icarəçi ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin ərazidə tikililər mövcuddur. Hal-hazırda ərazi cavabdehin istifadəsində və sahibliyindədir.
11. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsinin icarəyə verildiyi müddət qurtarmaqla torpaq sahəsi üzrə istifadə (icarə) hüququna xitam verildiyindən, buna baxmayaraq hal-hazırda torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olduğundan cavabdeh tərəfindən həmin ərazi boşaldılmalıdır.
12. Həmçinin məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.
13. Bundan başqa məhkəmə bildirmişdir ki, iddia tələbinin xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi tələbinə gəldikdə məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli müqavilə 2 il müddətinə bağlandığından və hazırda müqavilə qüvvədə olmadığından, qüvvədən düşmüş müqavilə ləğv edilə bilməz.
14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Meşə Məcəlləsinin 14, 16-cı maddəsinin 2-ci bəndinə, 20-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 58, 73 və 112-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.
15. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-1426/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, öz başına heç bir tikili aparmamış və həmin tikililərin aparılması üçün ona razılıq tələb olunmurdu və yaxud da ki, tikinti üçün hər hansı sənədlər tələb olunmurdu. Bir halda ki, yüngül konstruksiyalı tikililər aparılmışdır və həmin tikililərin aparılması üçün müvafiq icra hakimiyyət orqanının icazəsi tələb olunmur və o icarəsində olan torpaq sahəsində həmin tikililəri qanunu əsasda aparmış və düşünür ki, həmin tikillərin sökülməsi ona vurulmuş maddi ziyandır və həmin maddi ziyan ona ödənilmədiyi halda kompensasiya edilmədiyi halda tikililərin sökülməsi konstruksiyaların sökülməsi tamamilə qanunsuz qərardır. Bir vətəndaş kimi onun hüquqlarının pozulması və maddi ziyana uğradılmağına suni şəkildə şəraitin yaradılması olmuşdur. Belə olan halda, düşünür ki heç bir halda iddiaçının iddiası təmin edilə bilməz əgər həmin iddia təmin edilirdirsə, onda mənə vurulmuş ziyanın da iddiaçı təşkilatdan alınaraq ona ödənilməsi tövsiyə olunmalı və yaxud da ziyan hesablanlaraq ona ödənilməsinin təmin edilməsi qətnamədə əks olunmalı idi. Mülki işin materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, onun yüngül konstruksiyalarının tikildiyi əraziyə icarə müqaviləm olmuşdur və icarə müqaviləmin müddəti bitdikdən sonra o yenidən icarə müqaviləsinin bağlanması üçün aidiyyatı təşkilatlara müraciət etmiş və onlar da ona göstəriblər ki, sənədlər toplanılsın və təqdim olunsun və həmin sənədləri toplayıb təqdim etmiş lakin həmin sənədlər təqdim edildiyi halda onunla müqavilənin bağlanması hələ ki təmin edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq özü və nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
22. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
23. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
24. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır.
27. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
30. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
31. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
32. Maddə 31. Hissə 1. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Hissə 2. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Hissə 6. Meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Hissə 9. Meşə fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının Meşə Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyən edilir.
33. Maddə 58. Hissə 1. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Hissə 2. Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.
34. Maddə 58. Hissə 1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: ... torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; ...
35. Maddə 84. Hissə 1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
36. Maddə 111. Hissə 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Hissə 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikası Meşə Məcəlləsi
37. Maddə 14. Meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir.
38. Maddə 16. Hissə 2. Meşə istifadəçisi Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və şərtlərlə istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən istifadə hüququnu özünün hüquqi varisi olmayan şəxsə müqavilə əsasında verə bilər.
39. Maddə 20. Hissə 1. Meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
46. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
49. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, iddianın təmin edilmiş hissəsini mübahisələndirir. İddianın təmin edilməyən hissəsi onun mənafeyinə toxunmur. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
54. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
55. Lakin apellyasiya şikayəti qismən təmin edilməli və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-1426/2025 nömrəli qətnaməsi – “Cavabdeh oğlunun Hacıkənd meşəbəyliyinin 13a kvartalında tikdiyi 3.0 x 11.0 m ölçüdə dəmir dirəklər arasında taxtadan quraşdırılmış 1 ədəd mətbəx, 3.0 x 5.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd anbar, 3.0 x 3.0 m ölçüdə taxta dirəklər üzərində 1 ədəd manqalxana, 3.0 x 6.0 m ölçüdə dəmir dirəklər üzərində 2 ədəd söhbətgah, 3.0 x 2.0 m ölçüdə 3 ədəd söhbətgah, 3.0 x 4.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd yeməkxana, önündə 3.0 x 3.0 m ölçüdə talvar, 2.0 x 2.2 m ölçüdə 1 ədəd səyyar söhbətgah, 3.0 x 3.0 m ölçüdə 2 ədəd şüşəbəd qapalı talvar, 3.0 x 3.0 m ölçüdə 1 ədəd söhbətgah, 4.0 x 9.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd plastik pəncərəli zal, 3.0 x 4.0 m ölçüdə 1 ədəd kətəxana, 5.0 m diametrdə çoxbucaqlı şəklində alt hissəsi qaya daşı ilə hörülmüş plastik pəncərələrlə bağlanmış yemək otağı tikililəri Cavabdeh oğlunun hesabına sökülməsi və ərazinin boşaldılması” hissəsində dəyişdirilməli, Cavabdeh Hacıkənd meşəbəyliyinin 13a kvartalının 17-ci bölməsindən icarəsinə verilmiş meşə fonduna aid olan 0.30 ha torpaq sahəsində inşa edilmiş 3.0 x 11.0 m ölçüdə dəmir dirəklər arasında taxtadan quraşdırılmış 1 ədəd mətbəx, 3.0 x 5.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd anbar, 3.0 x 3.0 m ölçüdə taxta dirəklər üzərində 1 ədəd manqalxana, 3.0 x 6.0 m ölçüdə dəmir dirəklər üzərində 2 ədəd söhbətgah, 3.0 x 2.0 m ölçüdə 3 ədəd söhbətgah, 3.0 x 4.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd yeməkxana, önündə 3.0 x 3.0 m ölçüdə talvar, 2.0 x 2.2 m ölçüdə 1 ədəd səyyar söhbətgah, 3.0 x 3.0 m ölçüdə 2 ədəd şüşəbəd qapalı talvar, 3.0 x 3.0 m ölçüdə 1 ədəd söhbətgah, 4.0 x 9.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd plastik pəncərəli zal, 3.0 x 4.0 m ölçüdə 1 ədəd kətəxana, 5.0 m diametrdə çoxbucaqlı şəklində alt hissəsi qaya daşı ilə hörülmüş plastik pəncərələrlə bağlanmış yemək otağı tikililəri Cavabdeh oğlunun hesabına sökülməli və ərazi boşaldılmalı, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
56. Belə ki, işin halları ondan ibarətdir ki, Meşələrin İnkişafı Xidmətinin Göygöl X3 Mərkəzi (hazırda 10 saylı X3 Mərkəzi) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 99 nömrəli nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən istifadəçiyə X5 X1 meşəbəyliyinin 13a kvartalının 17-ci bölməsindən meşə fondu torpaqlarına aid 0.30 ha sahə istirahət-rekreasiya məqsədi ilə 2 il müddətinə istifadəyə verilmişdir. Müqavilənin 2.1ci bəndinə əsasən istifadəçi həmin sahədə əsaslı tikinti aparmamaq, yalnız çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etmək öhdəliyini üzərinə götürmüşdür.
57. Eyni zamanda, iş materiallarında olan xx.xx.2025-ci il tarixli 54 nömrəli aktla müəyyən edilmişdir ki, ərazidə ölçüləri konkret göstərilən çoxsaylı taxta və dəmir konstruksiyalı tikililər, plastik pəncərəli zal, qapalı talvarlar və digər qurğular mövcuddur. Həmin tikililərin həcm və xarakteri onların müvəqqəti çadır tipli qurğular deyil, faktiki olaraq sahədə sabit rekreasiya obyektinin yaradılması məqsədi ilə ucaldıldığını göstərir.
58. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən irəli gələn öhdəlik münasibətləri, habelə meşə fondu torpaqlarından istifadə ilə bağlı torpaq və meşə qanunvericiliyi normaları kontekstində qiymətləndirilməlidir.
59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr mülki hüquq və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin əmələ gəlməsi üçün, qanunda başqa hal nəzərdə tutulmamışdırsa, tərəflər arasında müqavilə olmalıdır. Bu baxımdan, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə cavabdehin meşə fondu torpaqlarından istifadə hüququnun və eyni zamanda həmin istifadədən irəli gələn vəzifələrinin hüquqi əsasını təşkil etmişdir.
60. Mülki Məcəllənin 5.3-cü və 425.1-ci maddələrinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməli, öhdəliklərini lazımi qaydada və müqavilənin şərtlərinə uyğun icra etməlidirlər. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir. Deməli, müqavilə ilə verilmiş istifadə hüququnun hüdudlarından kənara çıxmaq, müqavilə müddəti başa çatdıqdan sonra hüquqi əsas olmadan torpaq sahəsini istifadə etmək və ya orada tikililəri saxlamaq hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
61. Hazırkı mübahisə həmçinin torpaq və meşə qanunvericiliyi çərçivəsində qiymətləndirilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən meşə bitkiləri ilə örtülü və ya örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan torpaqlar meşə fondu torpaqları hesab edilir və əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi məqsədləri üçün istifadə olunur. Həmin maddənin 6-cı və 9-cu hissələrinə görə meşə fondu torpaqlarının icarəyə verilməsi və istifadəsi qaydaları torpaq və meşə qanunvericiliyi ilə müəyyən edilir.
62. Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq istifadəçisi və ya icarəçisi müvafiq normativ-hüquqi aktların tələblərinə riayət etməklə torpaq sahəsində tikinti aparmaq hüququna malikdir. Lakin həmin maddənin 2-ci hissəsində birbaşa göstərilmişdir ki, qanunvericilikdə və ya icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, icarə müddəti başa çatdıqdan sonra istifadəçi tərəfindən ucaldılmış müvəqqəti tikililər onun hesabına sökülməlidir. Bundan əlavə, Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən torpaq sahəsinin icarəyə verildiyi müddət qurtardıqda istifadə hüququna xitam verilir.
63. 111-ci maddəsinə görə torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağandır və özbaşına tutulmuş torpaq sahələri aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu norma dövlət mülkiyyətində olan torpaqların, o cümlədən meşə fondu torpaqlarının hüquqi rejiminin təmin olunmasına yönəlmişdir.
64. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 14-cü maddəsinə əsasən meşə fondu sahələrindən istifadə müqavilə əsasında həyata keçirilir və bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda mülki və torpaq qanunvericiliyinin normaları tətbiq edilir. Həmin Məcəllənin 20-ci maddəsinin 1-ci hissəsinə əsasən isə istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisinin meşə fondu sahələrindən istifadə hüququna xitam verilir.
65. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək tikililərin sökülməsi və ərazinin boşaldılması barədə nəticəyə gəlmişdir. Lakin, apellyasiya instansiyası hesab edir ki, birinci instansiya məhkəməsi nəticə etibarilə düzgün mövqe tutsa da, mübahisə predmetinin konkretləşdirilməsi baxımından qeyri-dəqiqliyə yol vermişdir.
66. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində cavabdehin “Hacıkənd meşəbəyliyinin 13a kvartalında tikdiyi” tikililərin sökülməsi barədə qərar qəbul etmiş, lakin həmin tikililərin məhz icarə müqaviləsi ilə cavabdehin istifadəsinə verilmiş Hacıkənd meşəbəyliyinin 13a kvartalının 17-ci bölməsindən meşə fondu torpaqlarına aid 0.30 ha sahədə inşa edilməsini ayrıca və konkret şəkildə göstərməmişdir.
67. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 6.8-ci maddəsinə görə, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.
68. Apellyasiya instansiyası qeyd edir ki, mübahisənin predmeti məhz icarə müqaviləsi ilə cavabdehin istifadəsinə verilmiş meşə fondu torpaqlarıdır. Müqavilənin predmetini təşkil edən sahə konkret olaraq 0.30 ha ölçüdə meşə fondu torpağıdır və tərəflərin hüquq və vəzifələri də məhz həmin sahə ilə məhdudlaşır. Buna görə də məhkəmə aktında sökülməsi tələb edilən tikililərin hüquqi taleyi yalnız həmin 0.30 ha meşə fondu torpaq sahəsi çərçivəsində qiymətləndirilməlidir.
69. Apellyasiya şikayətində cavabdeh tərəfindən irəli sürülmüş dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası həmin arqumentləri əsassız hesab edir.
70. Belə ki, cavabdehin tikililərin aparılması üçün icazə tələb olunmadığı barədə dəlili hüquqi cəhətdən əsaslı hesab edilə bilməz. Çünki mübahisə yalnız tikinti icazəsinin mövcudluğu məsələsi ilə bağlı deyil, dövlət mülkiyyətində olan meşə fondu torpağından istifadə hüququnun müddətinin başa çatmasına baxmayaraq həmin torpaq sahəsinin boşaldılmaması və üzərində yerləşən tikililərin saxlanılması ilə bağlıdır. Müqavilə müddəti bitdikdən sonra cavabdehin həmin torpaq sahəsindən istifadə etməsi üçün hüquqi əsas mövcud olmamışdır.
71. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində tərəflər razılaşmışlar ki, istifadəçi yüngül konstruksiyalı qurğuların abadlaşdırma, yaşıllaşdırma işlərinin və təyinatına uyğun olaraq nəzərdə tutulan digər işlərin layihəsini Departament, İstifadəyə verən və aidiyyəti qurumlarla razılaşdıraraq təsdiq etdirməlidir.
72. Bu isə hətta yüngül konstruksiyalı işlərin görülməsi zamanı belə istifadəçiyə hərəkət sərbəstliyi imkanını tanımır.
73. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin və Meşə Məcəlləsinin tələblərinə əsasən torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi torpaq sahəsini əvvəlki vəziyyətə qaytarmağa və üzərində ucaldılmış müvəqqəti tikililəri öz hesabına sökməyə borcludur, əgər qanunvericilikdə və ya müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa. İş materiallarında cavabdehə kompensasiya ödənilməsini nəzərdə tutan hər hansı müqavilə şərti və ya hüquqi norma müəyyən edilməmişdir.
74. Cavabdehin ona maddi zərər vurulduğu barədə istinadları da əsassızdır. Çünki o, torpaq sahəsindən istifadə hüququnun müddətli və şərtli xarakter daşıdığını bilə-bilə, müqavilədə nəzərdə tutulmuş çərçivədən kənara çıxaraq tikililər quraşdırmış və müqavilə müddəti başa çatdıqdan sonra da torpaq sahəsini boşaltmamışdır. Bu halda yaranmış nəticələr cavabdehin öz risk dairəsinə aiddir və dövlət orqanının üzərinə kompensasiya öhdəliyi yaratmır.
75. Azərbaycan Respublikasının torpaq və meşə qanunvericiliyinə əsasən dövlət mülkiyyətində olan meşə fondu torpaqları xüsusi hüquqi rejimə malikdir və həmin torpaqlarda əsaslı tikinti yalnız qanunla müəyyən edilmiş qaydada və müvafiq icazə əsasında həyata keçirilə bilər. Müqavilə ilə isə cavabdehə yalnız sökülüb-yığılan yüngül konstruksiyalardan istifadə etmək hüququ verilmişdir. İş materialları ilə müəyyən edilir ki, ərazidə daşdan inşa edilmiş sanitariya qovşağı və digər konstruksiyalar mövcuddur ki, bunlar müqavilə şərtlərinə uyğun deyildir.
76. Cavabdehin yeni icarə müqaviləsinin bağlanması üçün müraciət etməsi faktı da mübahisənin həlli üçün hüquqi əhəmiyyət daşımır. Belə ki, müraciətin edilməsi istifadə hüququnun avtomatik uzadılması və ya torpaq sahəsindən istifadə hüququnun saxlanılması demək deyildir. Yeni müqavilə bağlanmadığı müddətdə cavabdehin torpaq sahəsindən istifadə etməsi qanunsuz hesab olunur.
77. Məhkəmə qeyd edir ki, icarə müddətinin başa çatması və yeni müqavilənin bağlanmaması şəraitində cavabdehin meşə fondu torpağında yerləşən tikililəri saxlamaq və həmin sahədən istifadə etmək üçün hüquqi əsası yoxdur. Bu səbəbdən birinci instansiya məhkəməsinin tikililərin sökülməsi və ərazinin boşaldılması barədə nəticəsi qanuni və əsaslıdır.
78. Bununla belə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tikililərin yerləşdiyi ərazi ümumi şəkildə “Hacıkənd meşəbəyliyinin 13a kvartalı” kimi göstərilmiş, halbuki mübahisə predmeti konkret olaraq cavabdehin icarəsinə verilmiş Hacıkənd meşəbəyliyinin 13a kvartalının 17-ci bölməsində yerləşən meşə fondu torpağına aid 0.30 ha sahədir. Hüquqi müəyyənlik və gələcəkdə məhkəmə aktının icrasının mümkünlüyü baxımından bu halın dəqiq göstərilməsi zəruridir.
79. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi nəticə etibarilə düzgün olsa da, mübahisə predmetinin konkretləşdirilməsi və icarə müqaviləsinin predmetinə uyğunlaşdırılması məqsədilə dəyişdirilməlidir.
80. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
81. Yuxarıda göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-1426/2025 nömrəli qətnaməsi – “Cavabdeh oğlunun Hacıkənd meşəbəyliyinin 13a kvartalında tikdiyi 3.0 x 11.0 m ölçüdə dəmir dirəklər arasında taxtadan quraşdırılmış 1 ədəd mətbəx, 3.0 x 5.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd anbar, 3.0 x 3.0 m ölçüdə taxta dirəklər üzərində 1 ədəd manqalxana, 3.0 x 6.0 m ölçüdə dəmir dirəklər üzərində 2 ədəd söhbətgah, 3.0 x 2.0 m ölçüdə 3 ədəd söhbətgah, 3.0 x 4.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd yeməkxana, önündə 3.0 x 3.0 m ölçüdə talvar, 2.0 x 2.2 m ölçüdə 1 ədəd səyyar söhbətgah, 3.0 x 3.0 m ölçüdə 2 ədəd şüşəbəd qapalı talvar, 3.0 x 3.0 m ölçüdə 1 ədəd söhbətgah, 4.0 x 9.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd plastik pəncərəli zal, 3.0 x 4.0 m ölçüdə 1 ədəd kətəxana, 5.0 m diametrdə çoxbucaqlı şəklində alt hissəsi qaya daşı ilə hörülmüş plastik pəncərələrlə bağlanmış yemək otağı tikililəri Cavabdeh oğlunun hesabına sökülməsi və ərazinin boşaldılması” hissəsində dəyişdirilməli, Cavabdeh Hacıkənd meşəbəyliyinin 13a kvartalının 17-ci bölməsindən icarəsinə verilmiş meşə fonduna aid olan 0.30 ha torpaq sahəsində inşa edilmiş 3.0 x 11.0 m ölçüdə dəmir dirəklər arasında taxtadan quraşdırılmış 1 ədəd mətbəx, 3.0 x 5.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd anbar, 3.0 x 3.0 m ölçüdə taxta dirəklər üzərində 1 ədəd manqalxana, 3.0 x 6.0 m ölçüdə dəmir dirəklər üzərində 2 ədəd söhbətgah, 3.0 x 2.0 m ölçüdə 3 ədəd söhbətgah, 3.0 x 4.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd yeməkxana, önündə 3.0 x 3.0 m ölçüdə talvar, 2.0 x 2.2 m ölçüdə 1 ədəd səyyar söhbətgah, 3.0 x 3.0 m ölçüdə 2 ədəd şüşəbəd qapalı talvar, 3.0 x 3.0 m ölçüdə 1 ədəd söhbətgah, 4.0 x 9.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd plastik pəncərəli zal, 3.0 x 4.0 m ölçüdə 1 ədəd kətəxana, 5.0 m diametrdə çoxbucaqlı şəklində alt hissəsi qaya daşı ilə hörülmüş plastik pəncərələrlə bağlanmış yemək otağı tikililəri Cavabdeh oğlunun hesabına sökülməli və ərazi boşaldılmalı, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
82. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilər.
83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.3, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-1426/2025 nömrəli qətnaməsi – “Cavabdeh oğlunun Hacıkənd meşəbəyliyinin 13a kvartalında tikdiyi 3.0 x 11.0 m ölçüdə dəmir dirəklər arasında taxtadan quraşdırılmış 1 ədəd mətbəx, 3.0 x 5.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd anbar, 3.0 x 3.0 m ölçüdə taxta dirəklər üzərində 1 ədəd manqalxana, 3.0 x 6.0 m ölçüdə dəmir dirəklər üzərində 2 ədəd söhbətgah, 3.0 x 2.0 m ölçüdə 3 ədəd söhbətgah, 3.0 x 4.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd yeməkxana, önündə 3.0 x 3.0 m ölçüdə talvar, 2.0 x 2.2 m ölçüdə 1 ədəd səyyar söhbətgah, 3.0 x 3.0 m ölçüdə 2 ədəd şüşəbəd qapalı talvar, 3.0 x 3.0 m ölçüdə 1 ədəd söhbətgah, 4.0 x 9.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd plastik pəncərəli zal, 3.0 x 4.0 m ölçüdə 1 ədəd kətəxana, 5.0 m diametrdə çoxbucaqlı şəklində alt hissəsi qaya daşı ilə hörülmüş plastik pəncərələrlə bağlanmış yemək otağı tikililəri Cavabdeh oğlunun hesabına sökülməsi və ərazinin boşaldılması” hissəsində dəyişdirilsin. Cavabdeh Hacıkənd meşəbəyliyinin 13a kvartalının 17-ci bölməsindən icarəsinə verilmiş meşə fonduna aid olan 0.30 ha torpaq sahəsində inşa edilmiş 3.0 x 11.0 m ölçüdə dəmir dirəklər arasında taxtadan quraşdırılmış 1 ədəd mətbəx, 3.0 x 5.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd anbar, 3.0 x 3.0 m ölçüdə taxta dirəklər üzərində 1 ədəd manqalxana, 3.0 x 6.0 m ölçüdə dəmir dirəklər üzərində 2 ədəd söhbətgah, 3.0 x 2.0 m ölçüdə 3 ədəd söhbətgah, 3.0 x 4.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd yeməkxana, önündə 3.0 x 3.0 m ölçüdə talvar, 2.0 x 2.2 m ölçüdə 1 ədəd səyyar söhbətgah, 3.0 x 3.0 m ölçüdə 2 ədəd şüşəbəd qapalı talvar, 3.0 x 3.0 m ölçüdə 1 ədəd söhbətgah, 4.0 x 9.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd plastik pəncərəli zal, 3.0 x 4.0 m ölçüdə 1 ədəd kətəxana, 5.0 m diametrdə çoxbucaqlı şəklində alt hissəsi qaya daşı ilə hörülmüş plastik pəncərələrlə bağlanmış yemək otağı tikililəri Cavabdeh hesabına sökülsün və ərazi boşaldılsın. Qətnamədə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.