Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(3-7)-40/2026 16.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X3 Mərkəzinin Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X3 Mərkəzinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X3 Mərkəzinin (bundan sonra –iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğv edilməsi, tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılması” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-2(115)-1504/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. Meşələrin İnkişafı Xidmətinin Göygöl X3 Mərkəzi (hazırda 10 saylı X3 Mərkəzi) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 01 nömrəli meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqavilədən görünür ki, istifadəçi Cavabdeh Mərkəzin Hacıkənd meşəbəyliyinin 1-ci kvartalının 14-ci bölməsində meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahət-rekreasiya məqsədi ilə 6 ay müddətinə 0.80 ha sahə ayrılmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən istifadəçi istifadə üçün müəyyən olunmuş sahədə onun əhatəsində heç bir əsaslı tikinti aparmadan meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya gigiyena qaydalarına əməl etmək, çirkab suların təmizləyici qurğular vasitəsilə axıdılmasını, məişət tullantılarının toplanmasını və daşınmasını təmin etməklə ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən, istifadəçi yüngül konstruksiyalı qurğuların abadlaşdırma, yaşıllaşdırma işlərinin və təyinatına uyğun olaraq nəzərdə tutulan digər işlərin layihəsini Departament, İstifadəyə verən və aidiyyəti qurumlarla razılaşdıraraq təsdiq etdirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən 0.80 ha sahə üçün 640 manat illik istifadə (icarə) haqqı nəzərdə tutulmuşdur.
2. 10 saylı X3 Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 2 nömrəli aktdan görünür ki, 10 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən Mərkəzin Hacıkənd meşəbəyliyinin 1-ci kvartalında Cavabdeh icarəyə verilmiş 0.80 ha meşə fondu torpağında aparılan araşdırma zamanı, ərazidə 8.0 x 2.5 m ölçüdə mətbəx kimi istifadə edilən 1 ədəd daşına bilən dəmir konteyner və qarşısında 5 m enində talvar, 4.0 x 4.0 m ölçüdə əl damı kimi istifadə olunan dəmir butka, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları taxta və lambrinlə üzlənmiş kətəxana, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 6 ədəd söhbəgah, 6.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 4 ədəd söhbəgah, 12.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd talvar və 1.6 x 2.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd sanitariya qovşağı müəyyən edilmişdir. İstifadə olunan ərazi hal-hazırda 0.80 ha-dır. Baxış zamanı rekreasiya obyekti mövsümlə əlaqədar fəaliyyət göstərmirdi. Yanğın əleyhinə şiti yoxdur. Ərazi təmiz saxlanır, məişət tullantıları gündəlik xüsusi qutulara yığılaraq ərazidən daşınır. Çirkab sularının axıdılması üçün ərazidə şambo quyusu qazılmışdır. Sözügedən ərazidə heç bir ekoloji pozuntuya, qırıntı, ağac kəsmə və digər meşə pozuntusu hallarında rast gəlinməmişdir. Meşə təsərrüfatının təşkili və inkişafı layihəsinə əsasən həmin ərazidə heç bir təsərrüfat işlərinin aparılması nəzərdə tutulmamışdır.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsinə dair daxil olmuş iş materiallarında mövcud olan Google Earth proqramından çıxarış sənədində əks olunmuş 0.80 ha torpaq sahəsinin yerləşdiyini ərazi TEKUİS məlumatlarında Göygöl rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan meşə fondu torpaqları kateqoriyasına aid meşə ilə örtülü sahə olaraq göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh icarəyə verilmiş torpaq sahəsində tikdiyi 8.0 x 2.5 m ölçüdə mətbəx kimi istifadə edilən 1 ədəd daşına bilən dəmir konteyner və qarşısında 5 m enində talvar, 4.0 x 4.0 m ölçüdə əl damı kimi istifadə olunan dəmir butka, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları taxta və lambrinlə üzlənmiş kətəxana, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 6 ədəd söhbəgah, 6.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 4 ədəd söhbəgah, 12.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd talvar və 1.6 x 2.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd sanitariya qovşağının sökülərək icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək iddiaçıya qaytarılması və xx.xx.2024-cü il tarixli 01 nömrəli icarə müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 saylı X3 Mərkəzi ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 32 nömrəli istifadə müqaviləsi bağlamış, Mərkəzin Hacıkənd meşəbəyliyinin 1-ci kvartalında meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən turizm-rekreasiya məqsədi ilə 0.80 ha sahəsi 6 ay müddətinə Cavabdeh verilmişdir. Mərkəzinin əməkdaşları tərəfindən icarəyə verilmiş sözügedən torpaq sahələrinə xx.xx.2025-ci il tarixdə baxış keçirilərkən ərazidə 8.0 x 2.5 m ölçüdə mətbəx kimi istifadə edilən 1 ədəd daşına bilən dəmir konteyner və qarşısında 5 m enində talvar, 4.0 x 4.0 m ölçüdə əl damı kimi istifadə olunan dəmir butka, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları taxta və lambrinlə üzlənmiş kətəxana, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 6 ədəd söhbəgah, 6.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 4 ədəd söhbəgah, 12.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd talvar və 1.6 x 2.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd sanitariya qovşağının olması faktları müəyyən edilmişdir. Aşkar edilmiş faktlar barədə xx.xx.2025-ci il tarixdə 2 saylı akt tərtib edilmişdir. İcarə müqaviləsinə əsasən istifadəçi istifadə üçün ayrılmış meşə fondu sahəsində və onun əhatəsində heç bir əsaslı tikinti aparmadan, meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına əməl etmək, çirkab suların təmizləyici qurğular vasitəsi ilə axıdılmasını, məişət tullantılarının toplanmasını və daşınmasını təmin etməklə ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi öhdəsinə götürür. İstifadəçi yüngül konstruksiyalı qurğuların, abadlaşdırma, yaşıllaşdırma işlərinin və təyinatına uyğun olaraq nəzərdə tutulan digər işlərin layihəsini xidmət, istifadəyə verən və aidiyyəti qurumlarlara razılaşdıraraq təsdiq etməlidir. Meşə fondu sahəsinin zibillənməsinə, istehsalat və məişət tullantıları ilə çirklənməsinə yol verməmək və tullantıların müvafiq qaydada daşınmasını təmin etmək istifadəçinin vəzifələrindəndir.
6. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarəyə götürdüyü torpaq sahəsində tikdiyi 8.0 x 2.5 m ölçüdə mətbəx kimi istifadə edilən 1 ədəd daşına bilən dəmir konteyner və qarşısında 5 m enində talvar, 4.0 x 4.0 m ölçüdə əl damı kimi istifadə olunan dəmir butka, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları taxta və lambrinlə üzlənmiş kətəxana, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 6 ədəd söhbəgah, 6.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 4 ədəd söhbəgah, 12.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd talvar və 1.6 x 2.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd sanitariya qovşağının cavabdehin hesabına sökülməsi, icarəyə verilmiş torpaq sahəsinin boşaldılması və xx.xx.2024-cü il tarixli 01 nömrəli icarə müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
9. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2026-cı il tarixli, 2-2(115)-1504/2025 nömrəli qətnaməsi (hakim – Gülnaz Quliyeva) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh tikdiyi 8.0 x 2.5 m ölçüdə mətbəx kimi istifadə edilən 1 ədəd daşına bilən dəmir konteyner və qarşısında 5 m enində talvar, 4.0 x 4.0 m ölçüdə əl damı kimi istifadə olunan dəmir butka, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları taxta və lambrinlə üzlənmiş kətəxana, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 6 ədəd söhbəgah, 6.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 4 ədəd söhbəgah, 12.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd talvar və 1.6 x 2.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd sanitariya qovşağı tikililəri Cavabdeh hesabına sökülməsi və ərazinin boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Meşələrin İnkişafı Xidmətinin Göygöl X3 Mərkəzi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə 6 ay müddətinə bağlanmış, xx.xx.2025-ci ildə müqavilənin müddəti bitmiş və yeni müqavilə bağlanmamışdır. Müqavilə müddətində icarəçi ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin ərazidə tikililər mövcuddur. Halhazırda ərazi cavabdehin istifadəsində və sahibliyindədir.
11. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsinin icarəyə verildiyi müddət qurtarmaqla torpaq sahəsi üzrə istifadə (icarə) hüququna xitam verildiyindən, buna baxmayaraq hal-hazırda torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olduğundan cavabdeh tərəfindən həmin ərazi boşaldılmalıdır.
12. Həmçinin qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.
13. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddia tələbinin xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilməsi tələbinə gəldikdə məhkəmə qeyd edir ki, istifadə, icarə hüquqlarına xitam verilə bilər, müqaviləyə deyil. Tərəflər arasında müqavilə xx.xx.2024-cü il tarixli olmaqla 6 ay müddətinə bağlanmış, xx.xx.2025-ci il tarixdə müqaviləni müddəti bitmiş, hazırda müqavilə qüvvədə deyildir. Müqavilənin qüvvədən düşməsi ilə cavabdehin istifadə hüquqlarına xitam verilmişdir.
14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Meşə Məcəlləsinin 14, 16-cı maddəsinin 2-ci bəndinə, 20-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 58, 73 və 112-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.
15. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-2(115)-1504/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, nə iddia ərizəsində, nədə ki, qətnamədə müqavilənin ləğv edilməsi barədə konkret faktlar göstərilməmişdir. Belə ki, müqavilə öhdəliklərinə görə onun üzərinə düşən vəzifə borcunu tam şəkildə yerinə yetirmişdir. Pandemiya dövründədə işləmədiyi halda ödənişlər etmişdir. Hər dəfə ödənişlər oluana zaman ödəniş qəbzlərini eləcədə surətlərini saxlamış, hətta həmin ödənişlərin bir çoxlarının orijinallarını iddiaçıya vermişdir. Belə olan halda, müqavilədən əglən hansı öhdəliklərinin pozulmasını məhkəmə qeyd etməmişdir. Bundan əlavə qeyd edir ki, tərəflərin məhkəmədə iştirak etmələrinə çəkişmə prinsipinə risyət edilməmiş, məhkəmə tərəfindən lazımı qaydada məhkəmənin yeri vaxtı və saatı barədə məlumat verilməmişdir. Məkhəmənin keçirlən iclas zalında bu fakt kameralar tərəfindən sübuta yetirilir ki, tərəf olaraq o itirak etməmiş, iştirakının olmamasının səbəbləri yuxarıda qeyd etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin məhkəmə iclasında iştirak etməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
22. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
23. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
24. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır.
27. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
30. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
31. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
32. Maddə 31. Hissə 1. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Hissə 2. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Hissə 6. Meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Hissə 9. Meşə fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının Meşə Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyən edilir.
33. Maddə 58. Hissə 1. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Hissə 2. Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.
34. Maddə 58. Hissə 1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: ... torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; ...
35. Maddə 84. Hissə 1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
36. Maddə 111. Hissə 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Hissə 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikası Meşə Məcəlləsi
37. Maddə 14. Meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir.
38. Maddə 16. Hissə 2. Meşə istifadəçisi Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və şərtlərlə istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən istifadə hüququnu özünün hüquqi varisi olmayan şəxsə müqavilə əsasında verə bilər.
39. Maddə 20. Hissə 1. Meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
46. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
49. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, iddianın təmin edilmiş hissəsini mübahisələndirir. İddianın təmin edilməyən hissəsi onun mənafeyinə toxunmur. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
54. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
55. Lakin apellyasiya şikayəti qismən təmin edilməli və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-2(115)-1504/2025 nömrəli qətnaməsi – “Cavabdeh tikdiyi 8.0 x 2.5 m ölçüdə mətbəx kimi istifadə edilən 1 ədəd daşına bilən dəmir konteyner və qarşısında 5 m enində talvar, 4.0 x 4.0 m ölçüdə əl damı kimi istifadə olunan dəmir butka, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları taxta və lambrinlə üzlənmiş kətəxana, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 6 ədəd söhbəgah, 6.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 4 ədəd söhbəgah, 12.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd talvar və 1.6 x 2.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd sanitariya qovşağı tikililəri Cavabdeh hesabına sökülməsi və ərazinin boşaldılması” hissəsində dəyişdirilməli, Cavabdeh Hacıkənd meşəbəyliyinin 1-ci kvartalının 14-ci bölməsindən icarəsinə verilmiş meşə fonduna aid olan 0.80 ha torpaq sahəsində inşa edilmiş 8.0 x 2.5 m ölçüdə mətbəx kimi istifadə edilən 1 ədəd daşına bilən dəmir konteyner və qarşısında 5 m enində talvar, 4.0 x 4.0 m ölçüdə əl damı kimi istifadə olunan dəmir butka, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları taxta və lambrinlə üzlənmiş kətəxana, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 6 ədəd söhbəgah, 6.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 4 ədəd söhbəgah, 12.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd talvar və 1.6 x 2.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd sanitariya qovşağı tikililəri Cavabdeh hesabına sökülməli və ərazi boşaldılmalı, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
56. Belə ki, işin halları ondan ibarətdir ki, Meşələrin İnkişafı Xidmətinin Göygöl X3 Mərkəzi (hazırda 10 saylı X3 Mərkəzi) ilə X5 arasında xx.xx.2024-cü il tarixli 01 nömrəli nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən istifadəçiyə X7 X1 meşəbəyliyinin 1-ci kvartalının 14-ci bölməsində meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahət-rekreasiya məqsədi ilə 6 ay müddətinə 0.80 ha sahəsi istifadəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən istifadəçi həmin sahədə əsaslı tikinti aparmamaq, yalnız çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etmək öhdəliyini üzərinə götürmüşdür.
57. Eyni zamanda, xx.xx.2025-ci il tarixli aktla həmin ərazidə müxtəlif təyinatlı müvəqqəti tikililərin və qurğuların mövcudluğu müəyyən edilmişdir. Halbuki tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən istifadəçi yalnız çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi, meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməməyi və ətraf mühitə zərər vurmamağı öhdəsinə götürmüşdür.
58. Belə ki, müqavilə müddətinin başa çatmasına baxmayaraq cavabdeh tərəfindən həmin tikililərin sökülməməsi və torpaq sahəsinin boşaldılmaması birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməsi üçün əsaslı hüquqi nəticə çıxarmasına səbəb olmuşdur.
59. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən irəli gələn öhdəlik münasibətləri, habelə meşə fondu torpaqlarından istifadə ilə bağlı torpaq və meşə qanunvericiliyi normaları kontekstində qiymətləndirilməlidir.
60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr mülki hüquq və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin əmələ gəlməsi üçün, qanunda başqa hal nəzərdə tutulmamışdırsa, tərəflər arasında müqavilə olmalıdır. Bu baxımdan, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə cavabdehin meşə fondu torpaqlarından istifadə hüququnun və eyni zamanda həmin istifadədən irəli gələn vəzifələrinin hüquqi əsasını təşkil etmişdir.
61. Mülki Məcəllənin 5.3-cü və 425.1-ci maddələrinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməli, öhdəliklərini lazımi qaydada və müqavilənin şərtlərinə uyğun icra etməlidirlər. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir. Deməli, müqavilə ilə verilmiş istifadə hüququnun hüdudlarından kənara çıxmaq, müqavilə müddəti başa çatdıqdan sonra hüquqi əsas olmadan torpaq sahəsini istifadə etmək və ya orada tikililəri saxlamaq hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
62. Hazırkı mübahisə həmçinin torpaq və meşə qanunvericiliyi çərçivəsində qiymətləndirilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən meşə bitkiləri ilə örtülü və ya örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan torpaqlar meşə fondu torpaqları hesab edilir və əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi məqsədləri üçün istifadə olunur. Həmin maddənin 6-cı və 9-cu hissələrinə görə meşə fondu torpaqlarının icarəyə verilməsi və istifadəsi qaydaları torpaq və meşə qanunvericiliyi ilə müəyyən edilir.
63. Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq istifadəçisi və ya icarəçisi müvafiq normativ-hüquqi aktların tələblərinə riayət etməklə torpaq sahəsində tikinti aparmaq hüququna malikdir. Lakin həmin maddənin 2-ci hissəsində birbaşa göstərilmişdir ki, qanunvericilikdə və ya icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, icarə müddəti başa çatdıqdan sonra istifadəçi tərəfindən ucaldılmış müvəqqəti tikililər onun hesabına sökülməlidir. Bundan əlavə, Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən torpaq sahəsinin icarəyə verildiyi müddət qurtardıqda istifadə hüququna xitam verilir.
64. 111-ci maddəsinə görə torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağandır və özbaşına tutulmuş torpaq sahələri aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu norma dövlət mülkiyyətində olan torpaqların, o cümlədən meşə fondu torpaqlarının hüquqi rejiminin təmin olunmasına yönəlmişdir.
65. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 14-cü maddəsinə əsasən meşə fondu sahələrindən istifadə müqavilə əsasında həyata keçirilir və bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda mülki və torpaq qanunvericiliyinin normaları tətbiq edilir. Həmin Məcəllənin 20-ci maddəsinin 1-ci hissəsinə əsasən isə istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisinin meşə fondu sahələrindən istifadə hüququna xitam verilir.
66. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək tikililərin sökülməsi və ərazinin boşaldılması barədə nəticəyə gəlmişdir. Lakin, apellyasiya instansiyası hesab edir ki, birinci instansiya məhkəməsi nəticə etibarilə düzgün mövqe tutsa da, mübahisə predmetinin konkretləşdirilməsi baxımından qeyri-dəqiqliyə yol vermişdir.
67. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində “Cavabdeh tikdiyi” tikililərin sökülməsi barədə qərar qəbul etmiş, lakin həmin tikililərin məhz icarə müqaviləsi ilə cavabdehin istifadəsinə verilmiş Hacıkənd meşəbəyliyinin 1-ci kvartalının 14-cü bölməsində meşə fondu torpaqlarına aid 0.80 ha sahədə inşa edilməsini ayrıca və konkret şəkildə göstərməmişdir.
68. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 6.8-ci maddəsinə görə, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.
69. Apellyasiya instansiyası qeyd edir ki, mübahisənin predmeti məhz icarə müqaviləsi ilə cavabdehin istifadəsinə verilmiş meşə fondu torpaqlarıdır. Müqavilənin predmetini təşkil edən sahə konkret olaraq 0.80 ha ölçüdə meşə fondu torpağıdır və tərəflərin hüquq və vəzifələri də məhz həmin sahə ilə məhdudlaşır. Buna görə də məhkəmə aktında sökülməsi tələb edilən tikililərin hüquqi taleyi yalnız həmin 0.80 ha meşə fondu torpaq sahəsi çərçivəsində qiymətləndirilməlidir.
70. Apellyasiya şikayətində cavabdeh tərəfindən irəli sürülmüş dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası həmin arqumentləri əsassız hesab edir.
71. Apellyasiya şikayətində cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması dəlili ilə bağlı kollegiya qeyd edir ki, bu dəlil əsassızdır.
72. Çünki, iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində teleqram ünvanlayaraq, xx.xx.2025-ci il tarixdə keçirləcək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyinə görə məhkəmənin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
73. Cavabdehin məhkəməyə ünvanladığı həmin teleqramdan açıq şəkildə müəyyən edilir ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmuşdur. Bu hal cavabdehin məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edildiyini təsdiq edir və onun apellyasiya şikayətində göstərdiyi əks məzmunlu iddiaları təkzib edir.
74. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
75. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlər etməsi barədə göstərdiyi hallar mübahisənin predmetinə təsir edən hüquqi əhəmiyyətli hal hesab edilmir. Belə ki, mübahisə torpaq sahəsindən istifadə müddətinin başa çatmasına baxmayaraq ərazinin boşaldılmaması və həmin sahədə mövcud olan tikililərin sökülməməsi ilə bağlıdır. Bu baxımdan ödənişlərin edilməsi faktı torpaq sahəsinin istifadə müddətinin başa çatmasından sonra cavabdehin həmin əraziyə faktiki sahiblik etməsini qanuniləşdirmir.
76. Bununla belə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tikililərin yerləşdiyi ərazi ümumi şəkildə “Cavabdeh tikdiyi” kimi göstərilmiş, halbuki mübahisə predmeti konkret olaraq cavabdehin icarəsinə verilmiş Hacıkənd meşəbəyliyinin 1-ci kvartalının 14-cü bölməsində yerləşən meşə fondu torpağına aid 0.80 ha sahədir. Hüquqi müəyyənlik və gələcəkdə məhkəmə aktının icrasının mümkünlüyü baxımından bu halın dəqiq göstərilməsi zəruridir.
77. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi nəticə etibarilə düzgün olsa da, mübahisə predmetinin konkretləşdirilməsi və icarə müqaviləsinin predmetinə uyğunlaşdırılması məqsədilə dəyişdirilməlidir.
78. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
79. Yuxarıda göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-2(115)-1504/2025 nömrəli qətnaməsi – “Cavabdeh tikdiyi 8.0 x 2.5 m ölçüdə mətbəx kimi istifadə edilən 1 ədəd daşına bilən dəmir konteyner və qarşısında 5 m enində talvar, 4.0 x 4.0 m ölçüdə əl damı kimi istifadə olunan dəmir butka, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları taxta və lambrinlə üzlənmiş kətəxana, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 6 ədəd söhbəgah, 6.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 4 ədəd söhbəgah, 12.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd talvar və 1.6 x 2.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd sanitariya qovşağı tikililəri Cavabdeh hesabına sökülməsi və ərazinin boşaldılması” hissəsində dəyişdirilməli, Cavabdeh Hacıkənd meşəbəyliyinin 1-ci kvartalının 14-ci bölməsindən icarəsinə verilmiş meşə fonduna aid olan 0.80 ha torpaq sahəsində inşa edilmiş 8.0 x 2.5 m ölçüdə mətbəx kimi istifadə edilən 1 ədəd daşına bilən dəmir konteyner və qarşısında 5 m enində talvar, 4.0 x 4.0 m ölçüdə əl damı kimi istifadə olunan dəmir butka, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları taxta və lambrinlə üzlənmiş kətəxana, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 6 ədəd söhbəgah, 6.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 4 ədəd söhbəgah, 12.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd talvar və 1.6 x 2.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd sanitariya qovşağı tikililəri Cavabdeh hesabına sökülməli və ərazi boşaldılmalı, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
80. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilər.
81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.3, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-2(115)-1504/2025 nömrəli qətnaməsi – “Cavabdeh tikdiyi 8.0 x 2.5 m ölçüdə mətbəx kimi istifadə edilən 1 ədəd daşına bilən dəmir konteyner və qarşısında 5 m enində talvar, 4.0 x 4.0 m ölçüdə əl damı kimi istifadə olunan dəmir butka, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları taxta və lambrinlə üzlənmiş kətəxana, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 6 ədəd söhbəgah, 6.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 4 ədəd söhbəgah, 12.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd talvar və 1.6 x 2.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd sanitariya qovşağı tikililəri Cavabdeh hesabına sökülməsi və ərazinin boşaldılması” hissəsində dəyişdirilsin. Cavabdeh Hacıkənd meşəbəyliyinin 1-ci kvartalının 14-ci bölməsindən icarəsinə verilmiş meşə fonduna aid olan 0.80 ha torpaq sahəsində inşa edilmiş 8.0 x 2.5 m ölçüdə mətbəx kimi istifadə edilən 1 ədəd daşına bilən dəmir konteyner və qarşısında 5 m enində talvar, 4.0 x 4.0 m ölçüdə əl damı kimi istifadə olunan dəmir butka, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları taxta və lambrinlə üzlənmiş kətəxana, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 6 ədəd söhbəgah, 6.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 4 ədəd söhbəgah, 12.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd talvar və 1.6 x 2.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd sanitariya qovşağı tikililəri Cavabdeh hesabına sökülsün və ərazi boşaldılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.