Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(3-7)-41/2026 16.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdeh(lər)) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1125/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh2 (həmçinin – borcalan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli 040CRLN24000006 nömrəli baş kredit müqaviləsinə əsasən, ona illik faiz dərəcəsi 30%-dən çox olmamaq, kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanması şərti ilə 120 ay müddətinə kredit, 500.000 manat məbləğində kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limiti ayrılmışdır.
2. xx.xx.2024-cü il tarixli 004REAL24000013 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 xx.xx.2024-cü il tarixli 040CRLN24000006 nömrəli baş kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 29 nömrəli fərdi yaşayış evi bankın xeyrinə yüklü edilmiş əmlakın bazar dəyəri “X2” tərəfindən xx.xx.2024-cü il tarixində tərtib edilmiş əmlakın qiymətləndirmə aktına əsasən 180000 manat məbləğində müəyyən edilmişdir. Tərəflər razılığa gəlmişlər ki, qeyd edilən dəyər ipoteka predmetinin ilkin satış qiyməti deyildir.
3. xx.xx.2024-ci il tarixli, 004AUTO24000014 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 xx.xx.2024-cü il tarixli 040CRLN24000006 nömrəli baş kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə özünə məxsus SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGJRDT68CX049615: 2012; 1112D005901, SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGCR2R66CX007061: 2012; 1111K012026, SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGJRDT63CX036190: 2012; 1112D006370 nəqliyyat vasitələri bankın xeyrinə yüklü edilmiş daşınar əmlakların bazar dəyəri "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixində tərtib edilmiş əmlakın qiymətləndirmə aktına əsasən daşınar əmlaklar 128000 manat məbləğində müəyyən edilmişdir. Tərəflər razılığa gəlmişlər ki, qeyd edilən dəyər ipoteka predmetinin ilkin satış qiyməti deyildir.
4. İddiaçı ilə borcalan arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 040CRLN24000006-1 nömrəli əlavə razılaşmaya əsasən borcalana 24 ay müddətinə, illik 14 faiz olmaqla 120000 manat məbləğində kredit verilmişdir.
5. xx.xx.2024-cü il tarixli əlavə razılaşmaya əlavədən görünür ki, kreditin müddəti illik 16 faiz olmaq şərtilə və 2 ay güzəşt müddəti tətbiq edilməklə xx.xx.2026-ci il tarixinədək uzadılmışdır.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 29 nömrəli fərdi yaşayış evi üzərində iddiaçının ipoteka hüququ qeydiyyata alınmışdır.
7. Borcalan kredit müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı xx.xx.2025-ci il tarixli xəbərdalıqla borcalana müraciət edərək xx.xx.2024-cü il tarixli, 040CRLN24000006-1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 95.815,15 manat əsas borcunun, 3.326,72 manat faiz borcunun və 55,13 manat isə gecikdirilməyə görə faiz borcunun olmaqla cəmi 99.197 manat borcunun olduğu barədə ona məlumat verilmiş, 99.197 manat borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş və əks təqdirdə borcun məcburi tutulacağı barədə ona xəbərdarlıq edilmişdir.
8. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli, MEBm280-1025 nömrəli rəyindən görünür ki, Shacman markalı F2000 **-BX-*** yük avtomobilinin bazar dəyəri 26000 manat, likvid dəyəri 22100 manat; Shacman markalı F2000 **-BX-*** yük avtomobilinin bazar dəyəri 26000 manat, likvid dəyəri 22100 manat; Shacman markalı F2000 **-BX-*** yük avtomobilinin bazar dəyəri 26000 manat, likvid dəyəri 22100 manat; ünvan 1 ünvanında yerləşən 29 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 157200 manat, likvid dəyəri isə 141500 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh2 xx.xx.2024-cü il tarixli 040CRLN24000006-1 nömrəli əlavə razılaşma üzrə 95815,15 manat əsas, 4040,09 manat faiz və gecikdirilmiş əsas məbləğə hesablanmış gecikdirilmə faizləri 132,35 manat olmaqla, cəmi 99987,59 manat məbləğində borcun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15,68 manat dövlət rüsumunun və 36,40 manat xidmət haqqının və məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 390,04 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün tutulan 3,12 manat komissiya məbləğinin iddiaçının xeyrinə tutulmasına, tutmanın Cavabdeh2 məxsus SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGJRDT68CX049615: 2012; 1112D005901), SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGCR2R66CX007061: 2012; 1111K012026) və SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGJRDT63CX036190: 2012; 1112D006370) yük nəqliyyat vasitələrinə və Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən 29 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, həmin ipoteka predmetlərinin açıq hərracdan satılmasına və əldə olunan vəsaitin borcunun ödənilməsinə yödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, borcun qalıq hissəsinin Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 040CRLN24000006 nömrəli baş kredit müqaviləsinə əsasən borcalana 500000 manat məbləğində, illik faiz dərəcəsi 30%-dən çox olmamaq, kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanması şərtilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limiti ayrılmışdır. Öhdəliklərin təminatı qismində, xx.xx.2024cü il tarixli 004REAL24000013 nömrəli ipoteka müqaviləsi əsasında Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 29 nömrəli fərdi yaşayış evi bankın xeyrinə yüklü edilmişdir. Həmçinin yaranmış öhdəliklərin təminatı qismində, xx.xx.2024-ci il tarixli, 004AUTO24000014 nömrəli ipoteka müqaviləsi əsasında Cavabdeh2 məxsus SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGJRDT68CX049615: 2012; 1112D005901, SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGCR2R66CX007061: 2012; 1111K012026, SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGJRDT63CX036190: 2012; 1112D006370 nəqliyyat vasitələri bankın xeyrinə yüklü edilmişdir. Baş kredit müqaviləsi daxilində xx.xx.2024-cü il tarixində bağlanmış, 040CRLN24000006-1 nömrəli əlavə razılaşmaya əsasən borcalana 24 ay müddətinə, illik 14 faiz olmaqla 120000 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixində borcalan bankda müraciət edərək, əlavə razılaşmaya aylıq ödənişlərinin hər ayın 15-i tarixinə dəyişdirilməsini xahiş etmişdir. Bu səbəbdən də, bank ilə borcalan arasında yeni ödəniş cədvəli bağlanmış və kredit üzrə aylıq ödəniş tarixi xx.xx.2024-cü il tarixdən dəyişdirilmişdir. Bundan sonra, xx.xx.2024-cü il tarixində borcalanın müraciəti əsasında, xx.xx.2024-cü il tarixində əlavə razılaşmaya əlavə bağlanmışdır. Həmin əlavəyə əsasən, kreditin müddəti, illik 16 faiz olmaq şərtilə və 2 ay güzəşt müddəti tətbiq edilməklə xx.xx.2026-ci il tarixinədək uzadılmışdır. Borcalan baş kredit müqaviləsi və əlavə razılamalar üzrə öhdəliklərini pozmuş və ödənişlərində ciddi və uzunmüddətli gecikmələr olmuşdur. Borcalanın xx.xx.2025-ci il tarixinə banka olan borcu əlavə razılaşma üzrə 95815,15 manat əsas, 4040,09 manat faiz və gecikdirilmiş əsas məbləğə hesablanmış gecikdirilmə faizləri 132.35 manat olmaqla, cəmi 99987,59 manat təşkil edir. Xəbərdarlıq (pretenziya) edilməsinə baxmayaraq, cavabdehlər borclarını ödəməkdən boyun qaçırmışdır. Bank tərəfindən cavabdehlərə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, lakin heç bir nəticə əldə olunmamışdır.
11. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə mürаciət edərək, Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 040CRLN24000006-1 nömrəli əlavə razılaşma üzrə 95815,15 manat əsas, 4040,09 manat faiz və gecikdirilmiş əsas məbləğə hesablanmış gecikdirilmə faizləri 132,35 manat olmaqla, cəmi 99987,59 manat məbləğindən borcun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15,68 manat dövlət rüsumunun və 36,40 manat xidmət haqqının, iddiaçı tərəfindən ödənilmiş 1000 manat məbləğində əmlakların qiymətləndirilməsi ekspertizası xərcinin və məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 391,04 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün tutulan 3,52 manat komissiya məbləğinin iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGJRDT68CX049615: 2012; 1112D005901, SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGCR2R66CX007061: 2012; 1111K012026, SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGJRDT63CX036190: 2012; 1112D006370 nəqliyyat vasitələrinə və Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 29 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, həmin ipoteka predmetlərinin açıq hərracdan satılmasına və əldə olunan borcunun ödənilməsinə yönəldilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, borcun qalıq hissəsinin Cavabdeh2 tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1125/2025 nömrəli qətnaməsi (hakim Gülnaz Quliyeva) ilə, iddianın təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 040CRLN24000006-1 nömrəli əlavə razılaşma üzrə 95815 manat 15 qəpik əsas, 4040 manat 09 qəpik faiz və 132 manat 35 qəpik gecikdirilmiş əsas məbləğə hesablanmış faiz olmaqla, cəmi 99987 (doxsan doqquz min doqquz yüz səksən yeddi) manat 59 (əlli doqquz) qəpik məbləğində borc, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumu və 36 (otuz altı) manat 40 (qırx) qəpik xidmət haqqı və məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 390 (üç yüz doxsan) manat 04 (qəpik) dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün tutulan 3 (üç) manat 12 (on iki) qəpik komissiya məbləği, əmlakın qiymətləndirilməsi üçün çəkilmiş 1000 (bir min) manat ekspertiza xərci Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutma Cavabdeh2 məxsus SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGJRDT68CX049615: 2012; 1112D005901), SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGCR2R66CX007061: 2012; 1111K012026) və SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGJRDT63CX036190: 2012; 1112D006370) yük nəqliyyat vasitələrinə və Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən 29 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi və nəqliyyat vasitələrinin açıq hərracdan satılması, Cavabdeh2 məxsus SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGJRDT68CX049615: 2012; 1112D005901) nəqliyyat vasitəsinin ilkin satış qiyməti 22100 (iyirmi iki min yüz) manat həddində müəyyən edilməsi, Cavabdeh2 məxsus SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGCR2R66CX007061: 2012; 1111K012026) nəqliyyat vasitəsinin ilkin satış qiyməti 22100 (iyirmi iki min yüz) manat həddində müəyyən edilməsi, Cavabdeh2 məxsus SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGJRDT63CX036190: 2012; 1112D006370) yük nəqliyyat vasitəsinin ilkin satış qiyməti 22100 (iyirmi iki min yüz) manat həddində müəyyən edilməsi, Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən 29 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 141500 (bir yüz qırx bir min beş yüz) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən və əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçıAçıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğlər müvafiq olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qaytarılması, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh2 tutularaq İddiaçıAçıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
13. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı verdiyi kredit üzrə əsas borc, faiz borcu və gecikdirilmiş əsas məbləğə hesablanmış faiz borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Ona görədə tərəflər arasında bağlanmış kredit razılaşması üzrə 95815,15 manat əsas borc, 4040,09 manat faiz borcu və 132,35 manat gecikdirilmiş əsas məbləğə hesablanmış faiz borcu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445.1, 448.1 və 448.2-ci maddələrinə, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 743.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 34.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 119.2, 124.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
15. Cavabdeh2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1125/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın tam həcmdə təmin edilmədən rədd edilməsi barədə və ya məhkəmə mühasibatlıq ekspertizasının nəticəllərinə uyğun baxılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin gəldiyi bu nəticə tamamilə şəxsi mülahizədir və sənədlərə, işdə ola süubutlara tərs mütanəasibdir. Göründüyü kimi Gəncə Kommersiya Məhkəməsi sırf şəxsi mülahizəsinə əsaslanmış və ümumiyyətlə iddianı təmin edərkən də heç bir aidiyyatı və tətbiq edilməli maddi hüquq normasına əsaslanmadan qətnamə çıxartmaqla, maddi hüquq normaları tətbiqində, təfsirində və tövsifində kobud pozuntulara yol vermiş olmuşdur. Bu göstərdiyim dəlillər və faktlar təsdiq edir ki, Gəncə Kommersiya Məhkəməsi işin digər tərəfinin xeyrinə həll edilməsini və iddianın təmin edilməsini artıq iclasdan öncə öz şəxsi mülahizəsinə əsasən müəyyən etmişdir. Hesab edirəm Apellyasiya şikayətim əsasında apellyasiya instansiyasıməhkəməsi birinci instansiya məhkməsinin qətnaməsini tamamilə ləğv edəcək və iddianın təmin edilməməsi barədə yeni ədalətli qətnamə qət etmiş olacaqdır. X1 işin həqiqi hallarını araşdırmadan və hüqüqi qiymət vermədən nəticə verməklə qanun pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsi təqdim etdiyimiz dəlil və sübutları hüquqi qiymət vermədən, yalnız öz şəxsi mülahizələri əsasında iddianı təmin etməklə, mövcud imperativ maddi hüquq normalarının tələblərini pozmuş və eyni zamanda iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmədən yalnız iddiaçı təşkilatın verdiyi rəqəmlər və istatik məlumatlar əsasında iddianı təmin etməklə kobud prosessual hüquq normalarının tələbini pozmaqla qanunsuzluğa yol vermişdir. Hesab edirəm ki,birinci istansiya məhkəməsi bir mənalı şəkildə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirtməli idi və iddiaçı təşkilat tərəfindən qoyulmuş faizləri, dəbbə pulunun və ya digər artıq hesablamaların aradan qaldırılması və ya uyğunsuzluğun aradan qaldırılması üçün mühasibatlıq ekspertizanın rəyinə əsasən dəqiqləşdirməli idi. Digər məsələ ondan ibarətdir ki, əsas borcdan onun tərəfindən kifayət qədər ödəniş edilməyinə baxmayaraq, iddiaçı təşkilat ödənilən əsas borcu faiz və dəbbə puluna hesablamaqla əsas məbləğdən azaltma aparmamış və nəticə etibarı ilə onun xeyli miqdarda maddi ziyana düşməyinə və hazırki faiz və dəbbə pulu ilə əsassız şəkildə yüklənməyinə səbəb olmuşdur, bu göstərilən maliyyə yüklərinə isə birinci instansiya məhkəməsi göz yummaqla onun qanunla qorunan məhkəmə müdafiəsi hüquqlarıma pozmuş olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh2 Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-1125/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin hüquqi əsası yoxdur və təmin edilməməlidir. Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə əsasən, müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirməsini, məhkəmə aktının düzgün hesab etməməsi ilə bağlı konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Bildiririk ki, cavabdeh apellyasiya şikayətində işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməmiş, iş materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməmiş, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını göstərməmişdir. Bundan başqa, cavabdeh düzgün tətbiq edilmədiyi iddia etdiyi hər bir maddi hüquq və hüquq normalarının nədən ibarət olduğuna dair mövqeni əsaslandırmamışdır. Belə ki, cavabdeh apellyasiya şikətində birinci instansiya məhkəməsinin təqdim etdiyi dəlil və sübutlara hüquqi qiymət vermədən, yalnız öz şəxsi mülahizələri əsasında iddianı təmin edildiyini göstərmişdir. Lakin, birinci instansiya məhkəməsi dövründə cavabdeh tərəfindən heç bir sənəd və sübut təqdim edilməmiş və cavabdeh keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Bundan başqa, cavabdeh əsas borcdan kifayət qədər ödəniş etdiyini qeyd etsədə, bunu təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh2 Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1125/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxmışdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
20. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
21. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
22. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
23. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
24. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
25. Maddə 317. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
26. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
32. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
33. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
34. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
37. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
38. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
39. Maddə 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.
40. Maddə 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla).
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
41. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
42. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
43. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
44. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
45. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı
46. Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
47. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
48. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
49. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
57. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
58. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
59. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
60. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
62. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
64. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh Sədrəddin Köçərlinski qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, qətnaməni – borcun məbləği hissəsində mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını Cavabdeh2 münasibətdə mübahisələndirilən hissələrində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, kreditor olan iddiaçı ilə borcalan arasında bağlanmış xx.xx.2024-cü il tarixli 040CRLN24000006 nömrəli baş kredit müqaviləsindən görünür ki, ona illik faiz dərəcəsi 30%-dən çox olmamaq, kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanması şərti ilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limiti ayrılmışdır. İddiaçı ilə borcalan arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 040CRLN24000006-1 nömrəli əlavə razılaşmaya əsasən borcalana 24 ay müddətinə, illik 14 faiz olmaqla 120000 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin, borcun təminatı olaraq Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 004REAL24000013 nömrəli saylı ipoteka müqaviləsinə və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 29 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və yüklülük qeydə alınmışdır. Eyni zamanda, xx.xx.2024-cü il tarixli, 004AUTO24000014 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 baş kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə özünə məxsus SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGJRDT68CX049615: 2012; 1112D005901, SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGCR2R66CX007061: 2012; 1111K012026, SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGJRDT63CX036190: 2012; 1112D006370 nəqliyyat vasitələri bankın xeyrinə yüklü edilmiş daşınar əmlakların bazar dəyəri "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixində tərtib edilmiş əmlakın qiymətləndirmə aktına əsasən daşınar əmlaklar 128000 manat məbləğində müəyyən edilmişdir. Tərəflər razılığa gəlmişlər ki, qeyd edilən dəyər ipoteka predmetinin ilkin satış qiyməti deyildir. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, kredit məbləğini borcalana vermiş, borcalan isə kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur
66. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə bağlı müddəalar əsasında hüquqi qiymət verilməlidir.
67. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
68. İddia tələbinin kökündə tələb etmənin əsası kredit və ipoteka müqavilələri dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda borcalandan borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir.
69. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
70. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
71. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
72. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
73. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
74. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.
75. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
76. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə Cavabdeh2 borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.
77. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
78. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında bağlanmış xx.xx.2024-cü il tarixli 040CRLN24000006 nömrəli baş kredit və xx.xx.2024-cü il tarixli, 040CRLN24000006-1 saylı “əlavə razılşama” müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh Sədrəddin Köçərlinski isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur.
79. Belə ki, iş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə borclunun üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
80. Borcalandan faiz borcunun tutulması ilə bağlı kollegiya göstərir ki, iddia tələbi həmin hissədə də əsaslı olmuşdur.
81. Çünki, “Banklar haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
82. Kreditorla borcalan arasında bağlanan kredit razılaşmasının 1.2-ci bəndində qeyd olunmuşdur ki, kredit alan kredit məbləğini və ona hesablanmış faizlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.
83. “Banklar haqqında” Qanunun 36.1-ci maddəsində deyilir ki, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.
84. Həmin Qanunun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.
85. Göründüyü kimi, qanunun tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir.
86. Birinci instansiya məhkəməsi cavabdehin öhdəliklərini yerinə yetirməməsini və iddiaçıya olan əsas borcunu ödəməyindən yaranmış faiz borcunun tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, faiz borcunun məbləğini düzgün müəyyən etməməklə iddianı tam şəkildə təmin etmişdir.
87. Məhkəmə iş materiallarını, tərəflərin təqdim etdiyi sübutları araşdırıb, formalaşmış hüquqi mövqeyə əsaslanaraq belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən borcalana xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu ilə müraciət olunmuş, həmin məktubda kredit müqaviləsi üzrə qalıq əsas və faiz borcunun, o cümlədən gecikdirilməyə görə faiz borcunun qısa müddətdə ödənilməsi tələb edilmişdir. Bu xəbərdarlıqla iddiaçı öz iradəsini açıq şəkildə ifadə edərək müqavilə öhdəliklərinin pozulmasına istinad etmiş və kreditor kimi müqavilədən imtina etmə hüququnu həyata keçirmişdir.
88. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
89. İddiaçının Cavabdeh2 ünvanladığı xx.xx.2025-ci il tarixli yazılı müraciətdə bütöv əsas borc və həmin tarixə hesablanmış faizləri tələb etməklə müqavilədən imtina etmiş və müqavilə bir tərəfli qaydada ləğv edilmişdir.
90. Azərbaycan Respublikası MM-in 421.2-ci maddəsinə görə, müqavilə yalnız qanunda və ya müqavilədə nəzərdə tutulmuş hallarda birtərəfli qaydada ləğv edilə bilər.
91. 421.3-cü maddəsinə əsasən isə, müqavilənin birtərəfli qaydada ləğvi barədə iradə ifadəsi qarşı tərəfə bildirildiyi andan müqavilə ləğv edilmiş hesab olunur.
92. Bununla yanaşı, 447.1-ci maddə kreditorun müqavilə şərtlərinin pozulması halında müqavilədən imtina etmək hüququnu təsbit edir və bu imtina barədə iradə ifadəsi qarşı tərəfə bildirildiyi andan müqaviləyə xitam verilir.
93. Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum Qərarında da açıq şəkildə qeyd edilmişdir ki, müqavilədən imtina mexanizmi məhz iradə ifadəsinin qarşı tərəfə çatdırılması ilə hüquqi nəticə doğurur və bu, məhkəmədən kənar ləğvetmənin ümumi formasıdır. Yəni kreditor xüsusi olaraq “müqaviləni ləğv edirəm” ifadəsini işlətməsə də, müqavilə öhdəliklərinin pozulması əsasında borcun qaytarılmasını tələb etməsi və bu tələbə hüquqi nəticələr bağlaması (tədbirlərin görüləcəyini bəyan etməsi) artıq imtina iradəsi kimi qəbul olunmalıdır.
94. Buna görə də, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu sırf “ödəmə tələbi” yox, həm də müqavilənin bundan sonra qüvvədə saxlanılmayacağına dair açıq iradə ifadəsidir. Bu tarixdən sonra tərəflər arasındakı kredit münasibətləri artıq müqavilə əsasında davam edə bilməz, çünki müqavilə kreditorun birtərəfli imtina hüququnu həyata keçirməsi ilə ləğv olunmuş hesab edilir.
95. Göründüyü kimi, iddiaçı qalıq əsas borcun və faiz borcunun tələbi ilə cavabdehlərə müraciət etməklə müqavilənin ləğvinə dair iradə ifadəsini xx.xx.2025-ci il tarixdə bəyan etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmişdir. Belə olan halda iddiaçı kredit müqaviləsinə istinadən xx.xx.2025-ci il tarixdən sonra faizin hesablanmasını aparmaqda haqlı olmamışdır.
96. Məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən borclana göndərilmiş xx.xx.2025-ci il tarixli yazılı bildirişdə kredit müqaviləsi üzrə əsas borcun məbləği ilə yanaşı, həmin dövrə qədər hesablanmış faiz borcu 3.326,72 manat və Mülki Məcəllənin 745.5-ci maddəsinə əsasən hesablanmış gecikdirilmə faizləri qismində 55,13 manat həddində göstərilmişdir. Bu bildirişlə iddiaçı kreditor kimi öz iradəsini açıq şəkildə ifadə edərək müqavilə öhdəliklərinin pozulmasına istinad etmiş və Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən birtərəfli qaydada imtina etmişdir.
97. Belə olan halda, müqaviləyə xitam verildiyi tarixədək hesablanmış borc məbləği – o cümlədən faiz öhdəliyi və gecikdirilmə faizləri yalnız xx.xx.2025-ci il tarixli bildirişdə qeyd olunmuş məbləğ çərçivəsində hüquqi qüvvəyə malikdir. Birinci instansiya məhkəməsinin həmin bildirişdə göstərilmiş 3.326,72 manat əvəzinə 4.040,09 manat faiz borcunun və 55,13 manat gecikdirilmə faizi əvəzinə 132,35 manat tutulmasına dair nəticəsi qanuni əsaslara söykənmədiyindən, bu hissədə qətnamə dəyişdirilməlidir.
98. Məhkəmə hesab edir ki, iddianın faiz borcu hissəsi 3.326,72 manat, gecikdirmə faizi 55,13 manat məbləğində müəyyən edilməli və bu məbləğ iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Çünki, bundan artıq faiz məbləğinin tutulması həm kreditorun iradəsinə, həm də müqavilədən imtina institutunun mahiyyətinə ziddir və borcluların üzərinə əlavə öhdəlik qoyulması deməkdir ki, bu da Mülki Məcəllənin 6.1.5 və 6.2-ci maddələrinin tələb etdiyi müqavilə azadlığı prinsiplərinə uyğun deyildir.
99. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin 4.040,09 manat həcmində faiz borcunun və 132,35 manat tutulması barədə nəticəsi dəyişdirilməli, həmin məbləğlər müvafiq olaraq 3.326,72 manat və 55,13 manat həddində müəyyən edilməlidir.
100. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə aşağıdakı halları qeyd edir.
101. Apellyatorun apellyasiya şikayətində borcun düzgün hesablanmaması barədə dəlili ilə bağlı kollegiya göstərir ki, iş üzrə ekspertiza təyin edilməsi üçün əsaslar yoxdur. Çünki, borcalan tərəfindən kredit müqaviləsi üzrə ödəniş etdiyinə dair hər hansı bir sübut (ödəniş qəbzləri, mədaxil orderləri və s.) məhkəməyə təqdim etməmişdir.
102. Halbuki, Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
103. Kollegiya hesab edir ki, apellyator tərəfindən borcun düzgün hesablanmaması barədə irəli sürülən dəlillər mücərrəd xarakter daşıyır və konkret faktlarla əsaslandırılmayaraq təsdiq olunmur. Belə ki, apellyasiya şikayətində borcun hesablanmasında nəzərə alınmadığı iddia edilən hər hansı ödənişin tarixi, məbləği və hüquqi əsası göstərilməmiş, habelə həmin halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
104. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında və bank hesabından çıxarışda əks olunmuş məlumatlar müqavilə şərtləri, tərəflər arasında bağlanmış öhdəliklərin icra qaydası və xəbərdarlıq məktubunda göstərilən hallar nəzərə alınmaqla təhlil edildikdə, hesablanmış əsas borc və faiz borcu məbləğinin düzgünlüyünü şübhə altına almağa əsas verən hallar müəyyən edilməmişdir.
105. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməməklə yanaşı ekspertizanın təyin edilməsi barədə əsaslandırılmış vəsatət təqdim etməmiş, o cümlədən ekspertiza təyin edilməsini zəruri edən konkret halları göstərməmiş, borcun hesablanmasında yol verildiyi iddia olunan uyğunsuzluqları əsaslandırmamış və bununla bağlı sübutlar təqdim etməmişdir.
106. Belə olan halda, apellyatorun borcun məbləği ilə bağlı irəli sürdüyü etirazların sübut yükünü üzərinə düşən qaydada yerinə yetirmədiyi qənaətinə gəlinir və bu etirazların təmin edilməsi üçün hüquqi əsaslar mövcud hesab edilmir.
107. Məhkəmə göstərir ki, cavabdehin göstərdiyi dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.
108. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi – “İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 040CRLN24000006-1 nömrəli əlavə razılaşma üzrə 95815 manat 15 qəpik əsas, 4040 manat 09 qəpik faiz və 132 manat 35 qəpik gecikdirilmiş əsas məbləğə hesablanmış faiz olmaqla, cəmi 99987 (doxsan doqquz min doqquz yüz səksən yeddi) manat 59 (əlli doqquz) qəpik məbləğində borcun Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” – hissəsində dəyişdirilməli, Cavabdeh2 95.815,15 (doxsan beş min səkkiz yüz on beş manat on beş qəpik) manat məbləğində əsas bоrc, 3.326,72 (üç min üç yüz iyirmi altı manat yetmiş iki qəpik) manat məbləğində faiz bоrcu və gecikdirilmiş vaxt üçün hesablanmış 55,13 (yüz otuz iki manat otuz beş qəpik) manat faiz borcu olmaqla, cəmi 99.197 (doxsan doqquz min yüz doxsan yeddi) manat məbləğində bоrc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
109. Eyni zamanda, məhkəmə qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilə bilər. Belə ki, hazırki qətnamə ilə cavabdehlərdən tutulan məbləğə münasibətdə azaldılan hissə 790,59 manat təşkil edir ki, bu məbləğdə 10000 (on min) manatdan azdır. Bu baxımdan iddiaçı və birinci instansiyası məhkəməsinin aktından şikayət verməmiş və hazırki qətnamə ilə hüquqlarına daha artıq dərəcədə müdaxilə edilməmiş digər Cavabdeh1 hazırki qətnamədən kassasiya şikayəti vermək hüquqları yoxdur.
110. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.3, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1125/2025 nömrəli qətnaməsi – İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 040CRLN24000006-1 nömrəli əlavə razılaşma üzrə 95815 manat 15 qəpik əsas, 4040 manat 09 qəpik faiz və 132 manat 35 qəpik gecikdirilmiş əsas məbləğə hesablanmış faiz olmaqla, cəmi 99987 (doxsan doqquz min doqquz yüz səksən yeddi) manat 59 (əlli doqquz) qəpik məbləğində borcun Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi – hissəsində dəyişdirilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 040CRLN24000006-1 nömrəli əlavə razılaşma üzrə Cavabdeh2 95.815,15 (doxsan beş min səkkiz yüz on beş manat on beş qəpik) manat məbləğində əsas bоrc, 3.326,72 (üç min üç yüz iyirmi altı manat yetmiş iki qəpik) manat məbləğində faiz bоrcu və gecikdirilmiş vaxt üçün hesablanmış 55,13 (yüz otuz iki manat otuz beş qəpik) manat faiz borcu olmaqla, cəmi 99.197 (doxsan doqquz min yüz doxsan yeddi) manat məbləğində bоrc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.