Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-44/2026 07.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması; tutmanın ipoteka predmetinə yönəldilməsi Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Işin halları
1. Kreditor “xxxx” ASC ilə borcalan cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli RBSB-**** saylı baş kredit müqaviləsindən görünür ki, cavabdeh2 60 ay müddətinə illik 30 faiz olmaqla 50000 manat kredit limiti ayrılmışdır.
2. ##.##.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, cavabdeh1 tərəflər arasında bağlanmış baş kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür.
3. ##.##.2022-ci il tarixli RBSB-**** saylı ipoteka müqaviləsindən görünür ki, baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh1 məxsus Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən, ümumi sahəsi 87,3 kv.m, fərdi yaşayış evi və mülkiyyətində olan 0.06 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. ##.##.2022-ci il tarixli RBSB-**** saylı ipoteka müqaviləsindən görünür ki, baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh1 məxsus Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən ümumi sahəsi 87,3 kv.m fərdi yaşayış evi və mülkiyyətində olan 0.06 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
5. Kreditor “xxxx” ASC ilə borcalan cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli kredit razılaşmasından görünür ki, cavabdeh2 36 ay müddətinə illik 18 faiz olmaqla 45000 manat kredit verilmişdir.
6. Kreditor “xxxx” ASC ilə borcalan cavabdeh2 arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit razılaşmasından görünür ki, cavabdeh2 24 ay müddətinə illik 19 faiz olmaqla 10000 manat kredit verilmişdir.
7. Kreditor “xxxx” ASC tərəfindən borcalan və zaminə ünvanlanmış ##.##.2025-ci il tarixli RB-**/PK-*** saylı və ##.##.2025-ci il tarixli RB-02/PK-643 bildirişlərdən görünür ki, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** saylı rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış kredit razılaşmalarına əsasən verilmiş kredit üzrə cavabdeh2 “xxxx” ASC-yə olan ##.##.2023-cü il tarixli kredit razılaşması üzrə əsas borcu 31506,73 manat, faiz borcu 2284,24 manat, ##.##.2024-cü il tarixli kredit razılaşması üzrə əsas borcu 9353,66 manat, faiz borcu 646,70 manat təşkil edir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı “xxxx” ASC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2022-cü il tarixli RBSB-**** nömrəli baş kredit müqaviləsi üzrə ##.##.2023-cü il tarixli razılaşmaya əsasən əsas borca görə 31448,32 manat, faiz borcuna görə 2226,83 manat, cərimə borcuna görə 405,23 manat olmaqla, cəmi 34080,38 manat, ##.##.2024-cü il tarixli razılaşmaya əsasən əsas borca görə 9303,26 manat, faiz borcuna görə 659,39 manat olmaqla cəmi 9962,65 manat məbləğində borcun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 102 manat rüsumun və iddia qaldırılması üçün ödənilmiş 223 manat dövlət rüsumunun cavabdehlər cavabdeh2 və cavabdeh1 tutulması, tələbin cavabdeh1 məxsus Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən, ümumi sahəsi 87,3 kv.m, fərdi yaşayış evi və mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə, əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddiaçı “xxxx” ASC ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə əmlakın qiymətləndirilməsi barədə təyin edilmiş ekspertizanın keçirilməsi üçün “xxxx” MMC-yə xidmət haqqı olaraq 700 manat məbləğində pulun “xxxx” ASC tərəfindən ödənildiyini və həmin məbləğin – 700 manat pulun cavabdehdən “xxxx” ASC-nin xeyrinə tutulması məsələsinin yekun məhkəmə qərarı qəbul edilərkən nəzərə alnması xahiş edilmişdir.
11. Iddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli RBSB-**** saylı baş kredit müqaviləsinə əsasən kreditin maksimal məbləği 50000 manat, maksimal tələb edilə biləcək faiz dərəcəsi 30 faiz, kreditin maksimal qaytarılma müddəti isə 60 ayadək təşkil edir. Müqavilə öhdəliklərinin icrasının təmini üsulu kimi cavabdeh1 məxsus Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən ümumi sahəsi 87,3 kv.m, fərdi yaşayış evi və mülkiyyətində olan 0.06 ha torpaq sahəsi iddiaçı qarşısında ##.##.2022-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Ipoteka predmeti notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Həmçinin müqavilə öhdəliklərinin icrasının təmini üsulu kimi cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit verilməsinə dair * saylı ##.##.2023-cü il tarixli razılaşmaya əsasən illik 18 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 45000 manat, ##.##.2024-ci il tarixli RBSB-****/* saylı razılaşmaya əsasən isə 19 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 10000 manat kredit verilmişdir. Baş kredit müqaviləsinin şərtlərinə görə cavabdeh cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.
12. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Gülnaz Quliyeva) iddia qismən təmin edilərək, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli razılaşmaya əsasən 31448 manat 32 qəpik əsas borc, 2226 manat 83 qəpik faiz borcu, 405 manat 23 qəpik cərimə borcu olmaqla, cəmi 34080 manat 38 qəpik borc, ##.##.2024-cü il tarixli razılaşmaya əsasən 9303 manat 26 qəpik əsas borc, 646 manat 70 qəpik faiz borcu olmaqla cəmi 9949 manat 96 qəpik borc, ümumilikdə 44030 (qırx dörd min otuz) manat 34 (otuz dörd) qəpik məbləğində borc, bildirişlərin qeydə alınması üçün ödənilmiş 102 (bir yüz iki) manat rüsum və iddia qaldırılması üçün ödənilmiş 223 (iki yüz iyirmi üç) manat dövlət rüsumu, 700 (yeddi yüz) manat ekspertiza xərcinin cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; Tələb üzrə tutmanın cavabdeh cavabdeh1 məxsus Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən, ümumi sahəsi 87,3 kv.m, fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldilməsi; Həmin fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması; Həmin fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiymətinin 33200 (otuz üç min iki yüz) manat həddində müəyyən edilməsi; Açıq hərrac keçirildikdən və əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh1 qaytarılması; Ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdehlər cavabdeh2 və cavabdeh1 tutularaq iddiaçı xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; Iddianın qalan hissəsinin təmin edilməməsi; Iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin cavabdehlər cavabdeh2 və cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X3, kodu:210005, VÖEN: 1401555071, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:1700326621, hesab AZ34CTRE00000000000002088501) ödənilməsi qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 470.1, 472.2, 739.1, 739.2, 741 və 743-cü maddələrinə, habelə «Ipoteka haqqında» Qanunun 34.1.1-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3 və 218.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, X1 hal-hazırda cəzaçəkmə müəsisəsindədir və o, xəstə olduğu üçün məhkəmələrdə iştirak edə bilməmişdir. Onu da bildirir ki, ailə üzvləri 6 nəfərdən ibarətdir, az yaşlı uşaqlar var və 6 nəfərin evsiz qalmağı banka maraqlı deyildir. Əl əxsusda öz maraqlarına uyğun olaraq şişirdilmiş fantastik formada onlardan əsas məbləğ, faiz və cərimələr tələb edilir. Hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ekspertizası olmadan qalıq borc düzgün hesablanmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Iddiaçı bank “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasına gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
19. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
20. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
26. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
27. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
28. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
29. Maddə 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
30. Maddə (əvvəlki redaksiya) 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə 59.3. Ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
42. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.
43. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.
44. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
45. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, iddiaçı bank və cavabdeh (borclu) cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər. Bununla belə, cavabdeh cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin iddianın qismən təmin edildiyi və iddiaçı bankın tələbin təmin edilməyən hissəsini mübahisələndirmədiyi nəzərə alınaraq, hazırkı apellyasiya baxışı çərçivəsində iddianın təmin edilmiş hissəsində qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılmalıdır.
46. Həmçinin, nəzərə alınmalıdır ki, qətnamədən borclu apellyasiya şikayəti vermədiyindən qətnamə ona aid hissədə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, zaminin verdiyi apellyasiya şikayətinə əsasən qətnamənin bütünlüklə və digər cavabdehə (borcluya) münasibətdə yoxlanılması onun hüquqlarına toxunan hal kimi qiymətləndirilir.
47. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilmiş hissəsində cavabdeh cavabdeh1 kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor “xxxx” ASC ilə borcalan cavabdeh2 arasında ##.##.2022-ci il tarixli RBSB-**** saylı baş kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh2 60 ay müddətinə illik 30 faiz olmaqla 50000 manat kredit limiti ayrılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə bankla cavabdeh1 arasında ##.##.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, həmçinin ##.##.2022-ci il tarixli RBSB-**** saylı ipoteka müqaviləsinə əsasən cavabdeh1 məxsus Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən ümumi sahəsi 87,3 kv.m, fərdi yaşayış evi və mülkiyyətində olan 0.06 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra ##.##.2023-cü il tarixli kredit razılaşması əsasında cavabdeh2 36 ay müddətinə illik 18 faiz olmaqla 45000 manat, ##.##.2024-cü il tarixli kredit razılaşmasına əsasən də 24 ay müddətinə illik 19 faiz olmaqla 10000 manat kredit verilmişdir. Buna baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmişdir. Borcalana və zaminlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
50. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası olan kreditor və borcalan arasında bağlanmış kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehlərdən əsas, ona hesablanmış faiz və cərimə borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Zamin cavabdeh1 da kredit borcunu inkar etməyərək sadəcə borc məbləğinin düzgün hesablanmamasını mübahisələndirmişlər.
51. Mülki Məcəllənin 421.3-cü maddəsinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
52. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, HYPERLINK "https://e-qanun.az/framework/46944" \o "Azərbaycan Respublikası Mülki Məcəlləsi" \t "_blank" Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
53. Borcalana kredit müqavilələri üzrə borcun tam ödənilməsi barədə son xəbərdarlıq məktubu ##.##.2025-ci il tarixdə göndərilmişdir. Bununla da iddiaçı bank müqavilənin hissəhissə icrasından birtərəfli imtina etmiş, nəticədə isə həmin vaxtdan tərəflər arasında bağlanmış müqavilə ləğv edilmişdir.
54. Nəzərə almaq lazımdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
55. Şərh edilənləri ümumiləşdirərək kollegiyanın qənaəti bundan ibarətdir ki, iddiaçı bank kredit müqavilələrinin qüvvədə olduğu vaxtadək, yəni ##.##.2025-ci il tarixədək faiz və cərimə borcu hesablamaq hüququna malik olmuşdur.
56. Kredit müqavilələrinin qüvvədə olduğu tarixə (##.##.2025-ci il) hansı məbləğdə borcun hesablanmasının aydınlaşdırılması məqsədilə birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və alınmış rəylə müəyyən edilmişdir ki, ##.##.2023-cü il tarixli kredit razılaşması üzrə 31506,73 manat əsas, 2284,24 manat faiz, ##.##.2024-cü il tarixli kredit razılaşması üzrə də 9353,66 manat əsas, 646,70 manat faiz borcu mövcuddur. Birinci instansiya məhkəməsi də tutulan kredit borcu məbləğlərini həmin rəyə əsasən və MPM-nin 218.3-cü maddəsinə uyğun olmaqla iddiaçı bankın tələbləri həddində müəyyən etmişdir.
57. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur; Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə isə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
58. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuşdur. Bu qənaətinə uyğun olaraq kollegiya apellyatorun borcun düzgün hesablanmaması barədə dəlili ilə bağlı göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehin subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Mülki Prosessual Məcəllənin 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir.
59. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə isə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
60. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh cavabdeh1 tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir. Ona görə də məsələnin həlli baxımından təkrarən hər hansı xüsusi biliyin tətbiqinə (mühasibatlıq ekspertizası təyin olunmasına) zərurət yoxdur.
61. Həmçinin cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
62. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
63. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.
64. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
65. Iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsi üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmişdir. Eyni zamanda, məhkəmə tərəfindən müəyyən edilmiş dəbbə pulları işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.
66. Tutmanın ipoteka predmetinə yönəldilməsi məsələsinə gəldikdə isə qeyd edilir ki, işin hallarından göründüyü kimi kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə cavabdeh cavabdeh1 xüsusi mülkiyyətindəki Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən ümumi sahəsi 87,3 kv.m, fərdi yaşayış evi və mülkiyyətində olan 0.06 ha torpaq sahəsi banka ipoteka qoyulmuş və əmlak “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ipoteka ilə təminat altına alınmış öhdəlik vaxtında və lazımi qaydada icra edilmədiyindən kreditorun (ipoteka saxlayanın) tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qanuni və əsaslı tələb hüququ yaranmışdır.
67. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Işə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə cavabdeh cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.