Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-46/2026 20.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Tərtər rayon Icra Hakimiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: icarə haqqının ödənilməsi Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı Tərtər rayon Icra Hakimiyyətinin etibarnamə üzrə nümayəndələri X4, X1 və cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı Tərtər rayon Icra Hakimiyyətinin cavabdeh Cavabdeh qarşı icarə haqqının ödənilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Tərtər Rayon Icra Hakimiyyəti Başçısının ## ######## 2013-cü il tarixli ** nömrəli Sərəncamından görünür ki, Tərtər rayon Sarıcalı kənd sakini Cavabdeh Həsənqaya kəndi ərazisindən kənd təsərrüfatı məhsulları əkib-becərmək və heyvandarlığın inkişafı məqsədi üçün 300 hektar torpaq sahəsinin 15 il müddətinə ayrılıb verilməsi qərara alınmışdır.
2. Tərtər rayon Icra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış ## ######## 2013-cü il tarixli, ** nömrəli “Torpaq icarə müqaviləsin”dən görünür ki, Tərtər Rayon Icra Hakimiyyəti Başçısının ## ######## 2013-cü il tarixli ** nömrəli sərəncamı əsasında Tərtər rayon Sarıcalı kənd sakini Cavabdeh Həsənqaya kəndi ərazisindən kənd təsərrüfatı məhsulları əkib-becərmək və heyvandarlığın inkişafı məqsədi üçün 300 hektar torpaq sahəsi 15 il müddətinə icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilmişdir. Həmin müqavilənin 2.4-cü bəndindən görünür ki, torpaq sahəsinin illik icarə haqqı 1620 manat müəyyən olunmuşdur.
3. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş idarəsinin ## ####### 2025-ci il tarixli, *-**-*-**/*-******/**** nömrəli məktubundan görünür ki, vergi ödəyicisi Cavabdeh dövlət büdcəsinə dövlət torpaq sahələrinin icarəsi üzrə ödənilməmiş borcu 14820,40 manat təşkil edir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı Tərtər rayon Icra Hakimiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, icarəçi Cavabdeh 14820,40 manat icarə haqqı borcunun dövlət büdcəsinin X5 Orqanı hesabına ödənilməsi və Tərtər Rayon Icra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış ## ######## 2013-cü il tarixli ** nömrəli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə Tərtər Rayon Icra Hakimiyyəti arasında bağlanmış 23 sentyabrl 2013-cü il tarixli ** nömrəli icarə müqaviləsi ilə rayonun Həsənqaya kəndi ərazisindən dövlət mülkiyyətində olan torpaq sahəsindən 300 hektar kənd təsərrüfatı məhsulları əkib becərmək və heyvandarlığın inkişafı məqsədilə Cavabdeh icarəsinə verilmişdir. Cavabdeh bu müddət ərzində icarəsində olan 300 hektar torpaq sahəsindən istifadə etməklə dövlət büdcəsi vəsaiti hesabına verilən subsidiyaları almış, lakin illik ödəməli olan 1620 manat torpağın icarə haqqını 2018-ci ildən hal-hazırkı dövrədək ödəməmiş və ## #### 2025-ci il tarixə olan ümumi icarə haqqı borcu 14820.40 manat olmuşdur. Cavabdeh ilə Tərtər Rayon Icra Hakimiyyəti arasında bağlanmış ## ######## 2013-cü il tarixli ** nömrəli icarə müqaviləsinin 2.13 bəndində icarəçi torpaq sahəsindən istifadəyə görə icarə haqqını vaxtında ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, Cavabdeh bu öhdəliyə əməl etməmiş, dəfələrlə ona icarə haqqının ödəməsi ilə bağlı şifahi xəbərdarlıqlar və rəsmi bildirişlər göndərilsədə heç bir nəticəsi olmamışdır.
7. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Əbülfəz Məmmədli) iddia təmin edilərək, Tərtər rayon Icra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış ## ######## 2013-cü il tarixli ** №-li “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin ləğv edilməsi; Tərtər rayon Icra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış ## ######## 2013-cü il tarixli ** №-li müqavilə üzrə yaranmış 14820,40 (on dörd min səkkiz yüz iyirmi manat qırx qəpik) manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinin X5 Orqanının hesabına ödənilməsi; Cavabdeh Cavabdeh 134,46 (bir yüz otuz dörd manat qırx altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 675, 684.1, 684.2, 685.2, 700.1, 700.2 və 700.3-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qətnamə qəbul edilən gün məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə bağlı təcili Bakı şəhərinə getdiyini, bu səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini bildirib işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə ilk baxış iclasında ərizəni nəzərə almadan işə baxıb nəticə vermişdir ki, bununla da çəkişmə prinsipi pozulmuşdur. Bundan başqa, proses zamanı da bildirmişdir ki, borcu artıq hesablandığı üçün qəbul etmir və icarə haqqını ödəməyə hazırdır. Hesab edir ki, tələb edilən məbləg düzgün hesablanmamışdır. Belə ki, iddiaçının tələb etdiyi icarə haqqı işdə olan sübutlarla da ziddiyyət təşkil edir. Iddiaçı 14820,40 manat pul tələb edir. Lakin işdə olan ##.##.2023-cü il tarixli icarə haqqı üzrə tədiyyə bildirişindən görünür ki, Cavabdeh ötən illər üçün 10590,40 manat icarə haqqı hesablanmışdır. Nəzərə alınsa ki, iddiaçı məhkəməyə 2025-ci ildə müraciət edib, o 2024cü il üçün 1620 manat icarə haqqı tələb edə bilərdi. Bu da ki, 10590,40+1620=12210,40 manat edir. Hətta 2025-ci il üçü ödənilməli icarə haqqı məbləği də həmin məbləğin üzərinə hesablandıqda, yekunda ödənilməli icarə haqqı məbləği 14820,40 manat deyil, 13830,40 manat təşkil edir. Digər tərəfdən, məhkəmə nəzərə almamışdır ki, 2016-cı ilin aprel döyüşlərindən 2020-ci ilin axrınadək həmin torpaq sahələrinin istifadəsi mümkün olmamışdır və belə olan halda cavabdeh icarə haqqı ödəməkdən azad olunmalı idi. Iddiaçı həmin borcun hansı illər üzrə yığılması barədə araşdırma aparmamışdır. Halbuki, borc son 3 il üçün tələb edilə bilərdi.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Iddiaçı Tərtər rayon Icra Hakimiyyəti iddia ərizəsi ilə eyni məzmun təşkil edən apellyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Əvvəlki məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2016-cı ilə qədər olan icarə haqqı məbləğini tam həcmdə ödəmişdir. 2019-cu ildə sahədən istifadə etmiş, həmin iş üçün icarə haqqını da ödəmişdir. Lakin, erməni silahlı birləşmələri tərəfindən sahəyə mərmi atıldığına görə bəzi vaxtlarda oradan istifadə edə bilməmişdir. Bu səbəbdən də icarə haqqını ödəməmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, 2019-cu ildə torpaq sahəsindən istifadə ilə bağlı subsidiya almışdır. Hazırda da icarəyə verilmiş torpaq sahəsindən istifadə edir. Ümumilikdə, təqribən 10000 manat icarə haqqı ödəmişdir.
13. Əvvəlki məhkəmə iclasında iddiaçı Tərtər rayon Icra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh icarə müqaviləsinə əsasən icarəsinə verilmiş sahədən istifadə etmiş, lakin icarə haqqı məbləğini ödəməmişdir. Hazırda da həmin torpaq sahəsi cavabdehin sahiblik və istifadəsindədir. 2018-ci ilə qədər torpaqdan istifadəyə görə yaranmış borcun bir qismi ödənilmiş olsa da, lakin qalan məbləğ ödənilməmişdir.
14. Əvvəlki məhkəmə iclasında iddiaçı Tərtər rayon Icra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh Cavabdeh icra hakimiyyəti ilə icarə müqavailəsi bağlayaraq mübahisəsi gedən torpaq sahəsini icarəyə götürmüşdür. Həmin torpaqdan istifadə etmiş, lakin müqavilə ilə razılaşdırılmış icarə haqqı məbləğini ödəməmişdir. Borcun ödənilməsi barədə ona xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır.
15. Hazırkı məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ondan asılı olmayan səbəblərdən icarə haqqını vaxtlı-vaxtında və tam ödəyə bilməmişdir. Belə ki, 2016-cı ildən 2020-ci ilə qədər olan müddətdə torpaqdan bir il istifadə etmişdir. Istifadə olunmayan müddətlər üçün ondan icarə haqqı tutulmamalıdır. Ona görə də, hesab edir ki, tələb edilən məbləg düzgün hesablanmamışdır. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, icarə haqqının ödənilməsinə dair qəbzləri məhkəməyə təqdim edə bilmir. Cavabdeh Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
16. Hazırkı məhkəmə iclasında iddiaçı Tərtər rayon Icra Hakimiyyətinin etibarnamə üzrə nümayəndələri X4 və X1 apellyasiya şikayətini qəbul etmədiklərini və əvvəlki məhkəmə iclasında verdikləri izahata əlavələri olmadığını bildirmişlər. Nümayəndələr sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. e) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Gəncə Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-*)-**/**** nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsinin «Tərtər rayon Icra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış ## ######## 2013-cü il tarixli ** №-li “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin ləğv edilməsi» hissədə ləğv edilməsi; həmin hissədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
22. Maddə 445.4. Icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Icraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.
23. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
24. Maddə 710.3. Icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Gəncə Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-*)-**/**** nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi «Tərtər rayon Icra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış ## ######## 2013-cü il tarixli ** №-li “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin ləğv edilməsi» hissədə ləğv edilmiş və həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır.
34. Belə olan halda, hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı qalan hissədə, yəni «Tərtər rayon Icra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış ## ######## 2013-cü il tarixli ** №-li müqavilə üzrə yaranmış 14820,40 (on dörd min səkkiz yüz iyirmi manat qırx qəpik) manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinin X5 Orqanının hesabına ödənilməsi» hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni «Tərtər rayon Icra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış ## ######## 2013-cü il tarixli ** №-li müqavilə üzrə yaranmış 14820,40 (on dörd min səkkiz yüz iyirmi manat qırx qəpik) manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinin X5 Orqanının hesabına ödənilməsi» hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Tərtər rayon Icra Hakimiyyəti Başçısının ## ######## 2013cü il tarixli ** nömrəli Sərəncamı ilə Cavabdeh Həsənqaya kəndi ərazisindən kənd təsərrüfatı məhsulları əkib-becərmək və heyvandarlığın inkişafı məqsədi üçün 300 hektar torpaq sahəsinin 15 il müddətinə ayrılıb verilməsi qərara alınmışdır. Həmin sərəncam əsasında Tərtər rayon Icra Hakimiyyəti ilə Cavabdeh arasında ## ######## 2013-cü il tarixli, ** nömrəli torpaq icarə müqaviləsi bağlanmış, Cavabdeh Həsənqaya kəndi ərazisindən kənd təsərrüfatı məhsulları əkib-becərmək və heyvandarlığın inkişafı məqsədi üçün 300 ha torpaq sahəsi 15 il müddətinə icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilmişdir. Tərəflər torpaq sahəsinin illik icarə haqqını 1620 manat məbləğdə razılaşmışlar. Iddiaçı təşkilat icarə haqqının cavabdeh tərəfindən ödənilmədiyini əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
37. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
38. Işin mübahisəsiz hallarına görə, tərəflər arasında torpaq icarəsi müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, iddiaçı təşkilat Tərtər rayonu Həsənqaya kəndi ərazisindən kənd təsərrüfatı məhsulları əkib-becərmək və heyvandarlığın inkişafı məqsədi üçün 300 ha torpaq sahəsini 15 il müddətə cavabdeh Cavabdeh istifadəsinə vermişdir. Tərəflər torpaq sahəsinin illik icarə haqqını 1620 manat məbləğdə razılaşmışlar. Icarəyə verilmiş torpaq sahəsi 2025-ci ilin iyul ayınadək cavabdehin icarəsində olmuşdur.
39. Cavabdeh Cavabdeh isə ondan tələb edilən icarə haqqı məbləğinin şişirdilmiş rəqəm olması, habelə icarəyə verilmiş sahəyə erməni silahlı birləşmələri tərəfindən mərmi atıldığına görə bəzi vaxtlarda oradan istifadə edə bilməməsi barədə dəlillərlə iddianın təmin olunmasına etiraz etmişdir.
40. Kollegiyanın qənaətinə görə, mübahisənin obyektiv həlli baxımından ilk növbədə sübutetmə yükünün bölgüsünə aydınlıq gətirilməlidir.
41. Sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir.
42. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Bununla belə, ümumi qaydanın bəzi istisnaları vardır.
43. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir.
44. O cümlədən, müqavilədən irəli gələn pul öhdəliyini icra etdiyini, yəni pul məbləğini ödədiyini (pozitiv halı) iddia edən tərəf bunu sübut etməyə borcludur.
45. Çünki, müqavilə üzrə alacağı olan kreditor, borclunun pulu ödəmədiyini (neqativ halı) sübuta yetirməyə məcbur edilə bilməz.
46. Bu mənada, hazırkı işdə iddiaçının tələb etdiyi 14820,40 manat məbləğdə icarə haqqını ödədiyini sübuta yetirmək yükü cavabdehin üzərində olmuşdur.
47. Qanunvericiliyin tələblərinə görə də, bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun ödənilməsinə dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır. Belə ki, Mülki Məcəllənin 433.3-cü maddəsinə görə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
48. Lakin, cavabdeh Cavabdeh sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş, icarə haqqını tam ödəməsi ilə bağlı sübutu məhkəməyə təqdim etməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən edilməmişdir. Əksinə, vergi orqanından alınmış məlumatlar əsasında cavabdeh Cavabdeh dövlət torpaq sahələrinin icarəsi üzrə ödənilməmiş 14820,40 manat borcu olduğu müəyyən edilmişdir.
49. «Icarəyə verilmiş sahəyə erməni silahlı birləşmələri tərəfindən mərmi atıldığına görə bəzi vaxtlarda oradan istifadə edə bilməməsi» barədə cavabdeh tərəfin arqumenti də kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, Mülki Məcəllənin 684.2-ci maddəsinə görə, kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Eyni zamanda, tərəflər arasında bağlanmış icarə müqaviləsində də icarədarın icarəyə verilmiş sahədən istifadə etmədiyi halda, onun icarə haqqı ödəməkdən azad edilməsi barədə şərt nəzərdə tutulmamışdır.
50. Iddia müddətinin buraxılmış olması barədə apellyasiya şikayətində göstərilən arqumenti də kollegiya əsaslı hesab etməmişdir; belə ki, cavabdeh Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclasları barədə məlumatlı olmuş, hətta etibarnamə üzrə nümayəndəsi (vəkil) ilə birgə məhkəmə iclasında iştirak etmiş, lakin məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Halbuki, Mülki Məcəllənin 375.2ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
51. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməklə, mübahisənin faktiki halları, tərəflərin münasibəti və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi yoxlanılan, yəni «Tərtər rayon Icra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış ## ######## 2013-cü il tarixli ** №-li müqavilə üzrə yaranmış 14820,40 (on dörd min səkkiz yüz iyirmi manat qırx qəpik) manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinin X5 Orqanının hesabına ödənilməsi» hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.