Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-49/2026 02.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Talıbova Sudavər Namaz qızının hüquq varisləri hüquqi varis2 və hüquqi varis1 qarşı iş üzrə Açar sözlər: əsassız varlanma Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, cavabdeh Talıbova Sudavər Namaz qızının hüquq varisi hüquqi varis2 etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Talıbova Sudavər Namaz qızının hüquq varisləri hüquqi varis2 və hüquqi varis1 qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli e-*-*(***)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Talıbova Sudavər Namaz qızından icarə haqqı olaraq 7200 manat tutularaq şahid2 ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2023-cü il tarixli *-*(***)-**/**** saylı qətnaməsi ilə iddiaçı şahid2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni “təbii qazdan istifadəyə görə yaranmış 155400,40 manat borcun cavabdeh Talıbova Sudavər Namaz qızından alınıb iddiaçı şahid2 verilməsinin təmin edilməməsi” hissədə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ######## 2023-cü il tarixli *-*(***)- ***/**** saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## #### 2023-cü il tarixli, *- *(***)-**/**** nömrəli qətnaməsinin “təbii qazdan istifadəyə görə yaranmış 155400,40 manat borcun cavabdehdən alınıb iddiaçıya verilməsinin təmin edilməməsi” hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
4. Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2024-cü il tarixli *-*(***)-**/**** saylı qətnaməsi ilə iddiaçı şahid2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsinin mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin edilmədiyi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməsi, cavabdeh Talıbova Sudavər Namaz qızından istifadə etdiyi təbii qazın dəyərini təşkil edən 155.400,40 (bir yüz əlli beş min dörd yüz manat qırx qəpik) manat pul alınaraq iddiaçı şahid2 ödənilməsi qət edilmişdir.
5. Şəmkir Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı şahid2 Talıbova Sudavər Namaz qızına qarşı icarə müqaviləsinə xitam verilməsi və s. tələbinə dair iddiası rədd olunmuşdur.
6. Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə şahid2 apellyasiya şikayəti təmin edilərək, iddiaçı şahid2 ilə Talıbova Sudavər Namaz qızı arasında bağlanmış ## ##### 2019-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavabdeh Talıbova Sudavər Namaz qızının iddiaçı şahid2 məxsus Şəmkir rayonu, Qaralar kəndində yerləşən 2.0 ha torpaq sahəsindən çıxarılması qət olunmuşdur.
7. Şəmkir rayon icra və probasiya şöbəsinin ## ###### 2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədinə xitam verilmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli *(***)***/**** saylı qətnaməsi ilə iddiaçı Talıbova Sudavər Namaz qızınına cavabdehlər X8, İddiaçı və şahid2 vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd olunmuşdur.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2023-cü il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə iddiaçı Talıbova Sudavər Namaz qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmişdir. Cavabdeh İddiaçı 828.131.11 (səkkiz yüz iyirmi səkkiz min bir yüz otuz bir manat on bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Talıbova Sudavər Namaz qızına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə iddiaçı Talıbova Sudavər Namaz qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ## ###### 2023-cü il tarixli qətnaməsi iddianın digər cavabdehlərə qarşı təmin edilməyən hissəsində ləğv edilərək, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, qətnamə ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)**/**** saylı qətnaməsi ilə iddiaçı Talıbova Sudavər Namaz qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmetində qalaniddianın cavabdehlər X8 və şahid2 qarşı təmin edilməyən hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilmişdir. Cavabdehlər X8 hüquqi varisi X10 və şahid2 müştərək qaydada 617348,33 manat pul iddiaçı Talıbova Sudavər Namaz qızının hüquqi varisləri hüquqi varis2 və hüquqi varis1 xeyrinə tutulması qət edilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə cavabdeh şahid2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın.
13. ## ###### 2014-cü il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı şahid2 Şəmkir rayon Qaralar kəndində yerləşən mülkiyyətində olan 4.7703 ha torpaq sahəsinin 2.77 ha hissəsini 5000 manata alıcı İddiaçı satmışdır.
14. RX Seriyalı, ******* nömrəli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ## ###### 2014-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəmkir rayonu Qaralar kəndində yerləşən 2.77 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.
15. ## ### 2016-cı il tarixli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan Şəmkir rayon Qaralar kəndində yerləşən 2.77 ha torpaq sahəsini idarə etməyi, onun üzərində sərəncam verməyi və həmin torpaq sahəsi ilə bağlı bütün digər işlərin görülməsini Talıbova Sudavər Namaz qızına etibar etmişdir.
16. ## ### 2016-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı Şəmkir rayon Qaralar kəndində yerləşən mülkiyyətində olan 2.77 ha torpaq sahəsini 5000 manata alıcı X1. Müqaviləni İddiaçı adından Talıbova Sudavər Namaz qızı imzalamışdır.
17. RX Seriyalı, ******* nömrəli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ## ### 2016-cı il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəmkir rayonu Qaralar kəndində yerləşən 2.77 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X1 adına qeydiyyata alınmışdır.
18. ## ######## 2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X1 rayon Qaralar kəndində yerləşən mülkiyyətində olan 2.77 ha torpaq sahəsini 4000 manata alıcı Talıbova Sudavər Namaz qızına satmışdır.
19. RX Seriyalı, ******* nömrəli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ## ######## 2017-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəmkir rayonu Qaralar kəndində yerləşən 2.77 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Talıbova Sudavər Namaz qızının adına qeydiyyata alınmışdır.
20. ## ##### 2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Talıbova X13 rayon Qaralar kəndində yerləşən mülkiyyətində olan 2.77 ha torpaq sahəsini 4500 manata alıcı şahid2 satmışdır.
21. RX Seriyalı, ******* nömrəli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ## ##### 2019-cu il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəmkir rayonu Qaralar kəndində yerləşən 2.77 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə şahid2 adına qeydiyyata alınmışdır.
22. Talıbova Sudavər Namaz qızı tərəfindən səlahiyyətli orqanlara ##.##.2016-cı il tarixdə notariat qaydada təsdiq edilməklə verdiyi “Iltizam” adlı sənəddə qeyd olunur ki, “Mən Talıbova X17 Anar Qəzənfər oğluna məxsus olan Şəmkir rayonu Qaralar kəndirdə yerləşən 2.77 ha torpaq sahəsini və onun üzərində inşa olunmuş istixana kompleksini satsam ancaq İddiaçı iştirakı ilə. Əks təqdirdə qanun qarşısında məsuliyyət daşımağa hazıram. Iltizam mənim sözlərimlə komputerdə yazıldı və bunu imzamla təsdiq edirəm.
23. “xxxx” MMC-nin tərtib etdiyi # ####### 2023-cü il tarixli, ƏEM/O *****/** saylı qiymətləndirmə Hesabatı ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən istixananın 2016-2020-ci illər tarixinə xalis mənfəəti 1707 323, 26 (bir milyon yeddi yüz yeddi min üç yüz iyirmi üç manat 26 qəp) manat təşkil etmişdir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
24. Iddiaçı İddiaçı cavabdeh Talıbova Sudavər Namaz qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Talıbova Sudavər Namaz qızından 1707323,26 manat, ödənilmiş dövlət rüsumu məbləğini təşkil edən 1644 manat tutularaq, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Şəmkir rayonu Qaralar kəndində yerləşən 4,7 ha torpaq sahəsində parnik quraşdırılması məqsədilə “xxxx” (Azərbaycan) ASC ilə ## ######## 2012-ci il tarixli ******-*****/* saylı kredit müqaviləsi əsasında 635000 ABŞ dolları kredit götürmüş, həmin kreditin təminatı kimi X8 və şahid2 zaminlik müqaviləsi imzalamış, həmçinin cavabdeh Talıbova Sudavər Namaz qızının mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu Atatürk prospekti 265-də yerləşən qeyri-yaşayış sahəsi və sonuncunun əri Sadıq Talıbovun mülkiyyətdə olan Gəncə şəhəri Nizami rayonu, Mehmandarov küçəsi, 75Ddə yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə borcun qaytarılmasında problemlər yaranmış və bank tərəfindən İddiaçı, zaminlərə və ipoteka qoyanlara qarşı borcun tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia qaldırılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilərək, İddiaçı, Talıbova Sudavər Namaz qızından, X8 və şahid2 müştərək qaydada 427816 ABŞ dolları əsas, 6273,82 ABŞ dolları faiz və 30,50 ABŞ dollar cərimə, cəmi 434120,32 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin 64 manat məbləğində dövlət rüsumu və xidmət haqqının tutularaq “xxxx” (Azərbaycan) ASC-yə ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2016-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin ##.##.2017-ci il tarixli, *(***)****/** saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamə icraya yönəldilmiş, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265 ünvanda yerləşən qeyriyaşayış sahəsi ilkin və təkrar hərraca çıxarmış, “Ipoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 828131,11 manata tələbkar bank tərəfindən əldə edilmişdir. Həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2016-cı il tarixli qətnaməsi qəbul olunduqdan sonra İddiaçı 2016-cı ilin may ayında parniki (istixananı) hazırkı iş üzrə cavabdehin (Talıbova Sudavər Namaz qızının) mülkiyyətinə vermiş, sonuncu 2021-ci ilin iyul ayına kimi həmin parnikdən istifadə edərək, tərəvəz məhsulları yetişdirmiş və külli miqdarda gəlir əldə etmişdir. Istixananı Talıbova Sudavər Namaz qızına verməkdə onun məqsədi, sonuncunun həmin istixananın inşası üçün bankdan götürdüyü kreditin təminatı kimi Talıbova Sudavər Namaz qızının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi və sonradan hərracdan satılması nəticəsində məhrum olduğu əmlakın dəyərinin kompensasiya edilməsi olmuşdur. Iddia ərizəsinə əlavə edilən sənədlər də bunu təsdiq edir. Talıbova Sudavər Qəzənfər qızı parnikin (istixananın) onun mülkiyyətinə verilməsini ##.##.2016-cı il tarixdə notariat qaydada təsdiq edilməklə verdiyi “Iltizam” adlı sənəddə də bunu təsdiq etmişdir: “Mən Talıbova X17 Anar Qəzənfər oğluna məxsus olan Şəmkir rayonu Qaralar kəndirdə yerləşən 2.77 ha torpaq sahəsini və onun üzərində inşa olunmuş istixana kompleksini satsam ancaq İddiaçı iştirakı ilə. Əks təqdirdə qanun qarşısında məsuliyyət daşımağa hazıram. Iltizam mənim sözlərimlə komputerdə yazıldı və bunu imzamla təsdiq edirəm.” Göründüyü kimi, Talıbova Sudavər Qəzənfər qızı hələ ##.##.2016-cı ildə istixananın onun mülkiyyətində olmasını (sərəncam vermək hüququnun olduğunu) təsdiq etmişdir. Talıbova Sudavər Namaz qızı istixananın yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə torpağın mülkiyyətçisi şahid2 tərəfindən ona qarşı Şəmkir rayon Məhkəməsində iddia qaldırılaraq icarə müqaviləsinin ləğv olunması və s. barədə qətnamə qəbul edilməsi xahiş edilmişdi. Şəmkir rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə şahid2 apellyasiya şikayəti təmin edilərək, iddiaçı şahid2 ilə Talıbova Sudavər Namaz qızı arasında bağlanmış ## ##### 2019-cu il tarixli icarə müqaviləsinə xitam verilmiş, Cavabdeh Talıbova Sudavər Namaz qızı iddiaçı şahid2 məxsus Şəmkir rayonu, Qaralar kəndində yerləşən 2.0 ha torpaq sahəsindən çıxarılmışdır. Həmin qətnamədən Talıbova Sudavər Namaz qızı tərəfindən kassasiya şikayəti verilməmiş qətnamə qanuni qüvvəyə minmişdir. Qeyd edilən mülki işə baxılan zaman Talıbova Sudavər Namaz qızı tərəfindən istixananın dəyərinin torpağı icarəyə verəndən (şahid2) tələb edilməsi, yaxud başqa yerə köçürülməsi ilə bağlı hər hansı qarşılıqlı tələb irəli sürülməmiş, bu istiqamətdə hər hansı hüquqi addım atılmamışdır. Talıbova Sudavər Namaz qızı mülkiyyətində olan istixananın yerləşdiyi torpaq sahəsinin icarə haqqını və istifadə etdiyi təbii qazın pulunu ödəmədiyi üçün şahid2 tərəfindən ona qarşı Gəncə Kommersiya Məhkəməsində iddia qaldırılmışdı. Belə ki, istixananın quraşdırıldığı torpaq sahəsinin mülkiyyətçisi şahid2 ilə Talıbova Sudavər Namaz qızı arasında bağlanmış ## ##### 2019-cu il tarixli icarə müqaviləsinə Talıbova Sudavər Namaz qızı torpağın icarəçisi kimi öz təsərrüfatında istifadə etdiyi təbii qazın dəyərini şahid2 ödəməyi öhdəsinə götürmüşdü. “Azəriqaz” Istehsalat Birliyi ilə qazın alqı-satqısına dair müqavilə şahid2 ilə bağlandığından həm ona məxsus, həm də Talıbova Sudavər Namaz qızına icarəyə verilmiş torpaq sahəsində olan istixanada istifadə olunan təbii qaz sərfiyyatına görə yaranmış borc şahid2 tələb edilmişdir. Talıbova Sudavər Namaz qızı isə ona məxsus istixanada sərf edilən təbii qazın dəyərini ödəməmişdir. Bundan əlavə Talıbova Sudavər Namaz qızı mülkiyyətində olan istixananın yerləşdiyi torpaq sahəsinin 24 aylıq icarə haqqını təşkil edən 7200 manatı (hər ay üçün 300 manat) ödəməmişdi. Həmin iş materiallarında olan Talıbova Sudavər Namaz qızının ## ####### 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Şəmkir rayonu Qaralar kəndi ərazisində yerləşən 2.0 ha istixanada mövsümə uyğun olaraq pomidor və xiyar əkib-becərir. Həmin məhsulların becərilməsi üçün o, şahid2 ilə “Azəriqaz” Istehsalat Birliyi arasında bağlanmış müqaviləyə əsasən təbii qazdan istifadə etmişdir. “Azəriqaz” X14 Mehdiyevin adına yaranmış 89637.7 manat borcun 78655 manat hissəsi onun borcudur. Həmin borcu ödəməyi öz öhdəsinə götürür. Yaranmış borc üzrə məhkəmə predmeti yaranarsa məsuliyyəti tam üzərinə götürür.” Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Talıbova Sudavər Namaz qızından icarə haqqı olaraq 7200 manat tutularaq, şahid2 ödənilməsi, iddianın qalan hissəsinin (təbii qaza görə 78655 manatı ödəmək barədə öhdəlik götürməsi nəzərə alınmaqla) təmin olunmaması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2023-cü il tarixli, *-*(***)-**/**** saylı qətnaməsi ilə Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Istinad edilən həmin məhkəmə qətnamələrindən və sənədlərdən də göründüyü kimi, İddiaçı bankdan aldığı kredit hesabına quraşdırılmış istixana ##.##.2016-cı il tarixdən Talıbova Sudavər Namaz qızının mülkiyyətinə verilmişdir, 6 ilə yaxın müddət ərzində həmin istixanadan istifadə edərək, gəlir əldə etmişdir. Talıbova Sudavər Namaz qızının İddiaçı və qeyrilərinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə qəbul edilmiş məhkəmə aktları Talıbova Sudavər Namaz qızı cavabdehlər X8, İddiaçı və şahid2 vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 1300000 manat maddi, 100000 manat mənəvi ziyan dəymişdir. Qeyd edilənləri nəzərə alaraq, maddi ziyan olaraq 1300000 manat, mənəvi ziyan olaraq 100000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehlər İddiaçı, X8 və şahid2 müştərək qaydada tutularaq X6 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdi. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə Talıbova Sudavər Namaz qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş; cavabdeh İddiaçı 828.131.11 (səkkiz yüz iyirmi səkkiz min bir yüz otuz bir manat on bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Talıbova Sudavər Namaz qızına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)****/**** saylı qərarı ilə qərara alınmışdır ki, Iddiaçı Talıbova Sudavər Namaz qızının kassasiya şikayəti qismən təmin edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ## ###### 2023-cü il tarixli qətnaməsi iddianın digər cavabdehlərə qarşı təmin edilməyən hissəsində ləğv edilmişdir. Iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş və qətnamə ona aid hissədə dəyişdirilmədən saxlansın. Göründüyü kimi, Ali Məhkəmənin ##.##.2023-cü il tarixli, *(***)- ****/**** saylı qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi ilə qət edilmiş “İddiaçı 828.131.11 (səkkiz yüz iyirmi səkkiz min bir yüz otuz bir manat on bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Talıbova Sudavər Namaz qızına ödənilsin” hissəsində qanuni qüvvəyə minmişdir. Qeyd etmək lazımdır ki, Talıbova Sudavər Namaz qızı ilə İddiaçı arasında sonuncunun götürdüyü kredit üzrə ipoteka təminatı verilməsindən başqa əvvəllər hər hansı digər mülki münasibətlər olmamışdır və istixananın Talıbova Sudavər Namaz qızının mülkiyyətinə verilməsi və sonuncunun uzun müddət ərzində həmin istixananın fəaliyyətindən gəlir əldə etməsi də yalnız onun ipoteka qoyduğu əmlakdan məhrum olması ilə bağlı ona ödənilən kompensasiya xarakteri daşımışdır. Bununla da Talıbova Sudavər Namaz qızı tərəfindən ona qarşı hər hansı tələb irəli sürülməyəcəyinə söykənən hüquqi gözləntisi olmuşdur. Lakin Talıbova Sudavər Namaz qızı istixanadan əldə etdiyi külli miqdarda gəlirləri nəzərə almadan İddiaçı qarşı iddia qaldıraraq, ipoteka qoyduğu əmlakdan məhrum olması ilə bağlı zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında İddiaçı tələb etmiş, bu mübahisə üzrə məhkəmə işi İddiaçı 828131.11 manat tutularaq Talıbova Sudavər Namaz qızına ödənilməsini qərara almış Ali Məhkəmənin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə yekunlaşmışdır. Şərh edilənlərdən də göründüyü kimi, tərəflərin münasibətində Mülki Məcəllənin 1091-1093-cü maddələrində nəzərdə tutulmuş hal yaranmış və bu hal Ali Məhkəmənin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərarının qəbul edilməsindən sonra öz təsdiqini tapmışdır. Bu səbəbdən Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş 2 illik müddət ##.##.2023-cü il tarixdən hesablanmalıdır. “xxxx” MMC-nin tərtib etdiyi # ####### 2023-cü il tarixli, ƏEM/O **-***/** saylı qiymətləndirmə Hesabatı ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən istixananın 20162020-ci illər tarixə xalis mənfəəti 1707323, 26 manat təşkil etmişdir.
26. Cavabdeh Talıbova Sudavər Namaz qızı ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Onun hüquq varisləri isə - övladları hüquqi varis2 və hüquqi varis1 olmuşlar.
27. Iddiaçı İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, ilk dəfə torpaq şahid2 adına idi, sonra torpaq onun adına olmuşdur. Torpaq 2016-cı ildən etibarnamə ilə Sudavər adlı şəxsin adına keçmiş, 2016-2019-cu illərdə onların istifadəsində olub. Sonra məhkəmə qərarı ilə parniki onlardan alıb, Azər adlı şəxsə vermişlər. Onlar hər mövsümdə 380000 ABŞ dolları götürmüşlər. Təxminən 6-7 il oradan istifadə etdikdən sonra demişlər ki, guya Sudavər adlı şəxs sənədləri imzalayanda anlaqsız vəziyyətdə olub.
28. Iddiaçının İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehin nümayəndəsi iş materiallarında olan təkzibedilməz sübutlara dair də hər hansı münasibət bildirmək iqtidarında olmadığını nümayiş etdirir. Belə ki, Talıbova Sudavər Qəzənfər qızı parnikin (istixananın) onun mülkiyyətinə verilməsini ##.##.2016-cı il tarixdə notariat qaydada təsdiq edilməklə verdiyi “Iltizam” adlı sənəddə də təsdiq etmişdir: “Mən Talıbova X17 Anar Qəzənfər oğluna məxsus olan Şəmkir rayonu Qaralar kəndirdə yerləşən 2.77 ha torpaq sahəsini və onun üzərində inşa olunmuş istixana kompleksini satsa ancaq İddiaçı iştirakı ilə. Əks təqdirdə qanun qarşısında məsuliyyət daşımağa hazırdır. Iltizam mənim sözlərimlə komputerdə yazıldı və bunu imzamla təsdiq edirəm.” Göründüyü kimi, Talıbova Sudavər Qəzənfər qızı hələ ##.##.2016-cı ildə istixananın onun mülkiyyətində olmasını (sərəncam vermək hüququnun olduğunu) təsdiq etmişdir. Cavabdeh bildirir ki, “Icra sənədi ##.##.2016 tarixdən Gəncə Icra Şöbəsinin icraatında idi.” Göründüyü kimi, hələ icra sənədinin verilməsindən əvvəl, yəni, ##.##.2016-cı ildə iddiaçı istixananı Talıbova Sudavər Qəzənfər qızının mülkiyyətinə vermişdi və sonuncu tərəfindən fasiləsiz olaraq istifadə edilərək gəlir əldə edilirdi. Iş materiallarında olan məhkəmə qətnamələrindən də görünür ki, Talıbova Sudavər Qəzənfər qızı torpaq sahəsindən və istixanadan davamlı surətdə istifadə etmiş, tərəf olduğu məhkəmə mübahisəsi üzrə ## ####### 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi ilə təsdiq etmişdir ki, o, Şəmkir rayonu Qaralar kəndi ərazisində yerləşən 2.0 ha istixanada mövsümə uyğun olaraq pomidor və xiyar əkib-becərir. Həmin məhsulların becərilməsi üçün o, şahid2 ilə “Azəriqaz” Istehsalat Birliyi arasında bağlanmış müqaviləyə əsasən təbii qazdan istifadə etmişdir. “Azəriqaz” X14 Mehdiyevin adına yaranmış 89637.7 manat borcun 78655 manat hissəsi onun borcudur. Həmin borcu ödəməyi öz öhdəsinə götürür. Yaranmış borc üzrə məhkəmə predmeti yaranarsa məsuliyyəti tam üzərinə götürür.” Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin tərtib etdiyi # ####### 2023-cü il tarixli, ƏEM/O **-***/** saylı qiymətləndirmə hesabatı ilə istixananın Talıbova Sudavər Qəzənfər qızının mülkiyyətində olduğu dövr üzrə əldə edilən gəlir məbləği müəyyən edilmişdir. Cavabdeh tərəf hesabatda müəyyən edilən məbləğin daha az olmasını təsdiq edə biləcək hər hansı digər rəy, hesabat, yaxud Talıbova Sudavər Qəzənfər qızı tərəfindən hansı miqdarda gəlir əldə etməsi barədə sübut təqdim etmədən deklarativ tərzdə onu şübhə altına almağa çalışır və iddiaçıdan əlavə sübutlar təqdim edilməli olduğunu iddia edir. Iddiaçının “Rizvanla şifahi müqavilə münasibəti olub, bu halda əsassız varlanma iddiası ilə necə çıxış etmək olar” kimi absurd dəlilə münasibətdə isə qeyd etmək lazımdır ki, cavabdeh Rizvanın Talıbova Sudavər Qəzənfər qızının oğlu olması faktını qeyd etmədən onun kənar bir şəxs olması təəssüratını yaratmağa cəhd edir. Halbuki, yaranmış münasibətlərdə Talıbova Sudavər Qəzənfər qızının oğlu Rizvan ilə müəyyən məsələlərin müzakirə edilməsi, Talıbova Sudavər Qəzənfər qızını mülki münasibət subyekti kimi sıradan çıxarmır və ya başqası ilə əvəz etmir. Iddiaçının məhkəmə iclasında parnikin “kredit borcunun bağlanması” məqsədi ilə, iddia ərizəsində isə “kompensasiya kimi verilməsi” ifadələrinin “ziddiyyətli” ifadə kimi təqdim ediləsi cəhdi də əsassızdır. Məlumdur ki, istixananın 2016-cı ildən başlayaraq 6 il ərzində Talıbova Sudavər Qəzənfər qızının mülkiyyətində olması faktı özü də həmin mülkiyyətin verilməsi təyinatını təsdiq edir. Belə ki, iddiaçının özünün də bildirdiyi kimi, icra sənədi ##.##.2016 tarixdən Gəncə Icra Şöbəsinin icraatında idi. Cavabdeh daha sonra bildirir ki, “Parnik Sudavər Talıbova tərəfindən iddiaçı tərəfə qaytarıldıqdan sonra onun icarəyə götürülməsi, icarədə olması hər hansı əsassız varlanmanı istisna edir.” Cavabdehin bu dəlili də tamamilə əsassız olmaqla iddia tələbinə etiraz xarakterli dəlil kimi qəbul edilə bilməz. Belə ki, iddia tələbi parnikin Sudavər Talıbovanın mülkiyyətində olduğu dövrü əhatə edir və ondan sonrakı dövrə heç bir əlaqəsi yoxdur. Cavabdehin hazırkı iş üzrə iddianın təmin edilməsinin İddiaçı 828.131.11 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Talıbova Sudavər Namaz qızına ödənilməsini qət edən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə ziddiyyət təşkil edəcəyi barədə dəlili də hər hansı prosessual norma ilə əsaslandırılmamışdır və əsaslandırılması da mümkün deyildi. Belə ki, həmin məhkəmə qətnaməsi ilə həll olunmuş mübahisənin predmeti hazırkı işdə baxılan mübahisənin predmeti ilə eyni deyil. Cavabdeh bildirir ki, “Ehtimal edək ki, parnik Sudavər xanıma verilmişdi ki, kredit ödənilsin, əmlak qalsın Sudavər xanıma. Ödəyə bilmədi və parniki qaytardı. Başqa borcu qalmadı axı”. Halbuki, Talıbova Sudavər Namaz qızı ilə İddiaçı arasında sonuncunun götürdüyü kredit üzrə ipoteka təminatı verilməsindən başqa əvvəllər hər hansı digər mülki münasibətlər olmamışdır. Istixananın Talıbova Sudavər Namaz qızının mülkiyyətinə verilməsi isə onun istixananın fəaliyyətindən gəlir əldə etməklə ipoteka qoyduğu əmlakdan məhrum olması ilə bağlı itkilərini kompensasiya xarakteri daşımışdır. Iş materiallarına əlavə edilmiş hesabatla da müəyyən olunmuşdur ki, istixananın onun mülkiyyətində olduğu dövr ərzində məruz qaldığı itkilərdən xeyli artıq gəlir əldə etmişdir. Şərh edilənlərdən də göründüyü kimi, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi “Etiraz”-da qeyd edilən dəlillər iddianın əsaslı olmasını şübhə altına ala bilməz, iş materiallarında olan sübutlarla tam təkzib edilir.
29. Cavabdehin hüquqi varisi hüquqi varis2 vəkili və nümayəndəsi vəkil1 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı izahat vermişdir ki, “torpaq sahəsi Sudavər Talıbovaya verilməzdən əvvəl 1 il 6 ay müddətində onda olmuş, lakin gəlir əldə etməmişdir. Çünki həmin ili Rusiya ilə yollar bağlanmış və mal göndərə bilməmişdir. Ona görə də gəliri olmamışdır. Iddiaçının malları Azərbaycanda da satmaq imkanı var idi, malları Rusiyaya göndərmək şərt deyildi. 1il 6 ay müddət ərzində iddiaçı özü parnikdən bəhər götürə bilməyibsə, cavabdehi necə ittiham etmək olar ki, guya o bəhər götürüb? Iddiaçı özü bəhər götürübsə bu haqda sənədləri məhkəməyə verərdi və ya bununla bağlı məhkəmə sorğusunun verilməsinə razı olardı, həmin iclasda sorğu verməyə etiraz etdi ki, zatən gəliri olmayıb. Qaz borcuna gəldikdə isə qeyd etmişdir ki, imkanı çox idi. Çox idisə, niyə kredit ödənilmirdi? Deməli iddiaçı tərəfindən sui-istifadə olub. Iddiaçı danışıqları Rizvanla apardığını bildirir, hazırkı cavadehin bu danışığa münasibəti öyrənmişdimi? Axı bu məhkəmə işində cavabdeh Rizvan yox, Sudavər Talıbovadır. Hazırkı işdə əsassız varlanma əlamətləri yoxdur, çünki parnik cavabdehin qanunsuz sahibliyində olmayıb, mülkiyyətində olub. ##.##.2025 tarixli iclasda iddiaçı iddia ərizəsindən fərqli izahat verdi ki, parniki vermişdim kredit borcu bağlansın, bağlanmadı deyə geri aldım. Iddia ərizəsində yazır ki, kompensasiya şəklində vermişdim. Iddiada nə yazılmasından, məhkəmədə hansı izahat verilməsindən asılı olmayaraq, ortada fakt var - bankdan kredit götürülüb, həmin kreditlə parnik qurulub, həmin parnik hazırkı iddiaçıdadır, lakin kredit borcuna görə cavabdehin əmlaklarını bank alıb, iddiaçı isə zərər görmədən, əmlakı özündə saxlamaqdadır. Məhrum olan yalnız – Sudavər Talıbovadır. Bəhrələnən, həmin kreditlə özünə parnik tikən – hazırkı iddiaçıdır. Bankın borcun tutulması haqda qətnaməsindən belə ididiaçı apellyasiya şikayəti verməyib. Parnik Sudavər Talıbova tərəfindən iddiaçı tərəfə qaytarıldıqdan sonra onun icarəyə götürülməsi, icarədə olması hər hansı əsassız varlanmanı istisna edir. Həmin icarə müqaviləsi etibarsız sayılmayıb, qüvvədə olub. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə cavabdeh İddiaçı 828131.11 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Talıbova Sudavər Namaz qızına ödənilməsi qət edilmişdir. Bu qətnamə və Ali Məhkəmə qərarından iddiaçı konstitusiya məhkəməsinə qədər şikayət verib, lakin icraata qəbul edilməyib. Iddiaçı həmin işdə hazırkı dəlilləri heç vaxt səsləndirməyib. Məhkəmə həmin işə baxarkən müəyyən edib ki, İddiaçı hüququnu pozması səbəbindən Sudavər Talıbova zərərə düşüb. Məhkəmə həmin işə baxarkən hazırkı işdə olan məqamları nəzərə alıb, qətnamə çıxarıb. Həmin dəlillərlə bağlı başqa iddia qaldırmaq yolverilməzdir. Hazırkı iddiaçı həmin işə baxılarkən sübut etməli idi ki, o Sudavər Talıbovanı ziyana salmamış, Sudavər Talıbova onu ziyana salmışdır. Bu baxımdan hazırkı iddia əsassızdır. Bu iddia təmin edilsə, bir münasibət üzrə 2 biri-birinə zidd məhkəmə qərarı olacaq. Ehtimal edək ki, parnik Sudavər xanıma verilmişdi ki, kredit ödənilsin, əmlak qalsın Sudavər xanıma. Ödəyə bilmədi və parniki qaytardı. Başqa borcu qalmadı axı. Diqqətdən yayındırılan başqa bir məqam da var, torpaq sahəsi Sudavər Talıbovanın adına ##.##.2017-ci il tarixdə keçirilib. Həmin tarixdə artıq kredit borcu əmlaka yənəldilmişdi və Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2016-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin ##.##.2017-ci il tarixli, *(***)-****/** saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdı. Icra sənədi ##.##.2016-cı il tarixdən Gəncə Icra Şöbəsinin icraatında idi. Icra sənədinin 2 ilə yaxın idi ki, icraatda olduğu, qətnamənin qanuni qüvvəsini aldığı mərhələdə hansı borcun ödənilməsindən söhbət gedə bilər, borc artıq tutulmuş, əmlaka yönəldilmişdi.
30. Məhkəmənin ## ###### 2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, X3 vətəndaşı olduğu üçün onun bütün əmlakı Sudavər adlı şəxsin adınadır. İddiaçı, Talıbov Rizvan və şahid2 istixana qurmağı planlaşdırırlar. Buna görə Rizvan Anarın adına kredit götürür. Eyni zamanda anası və atasının adına olan qeyri-yaşayış sahələri ipoteka müqaviləsinə əsasən həmin kreditin təminatı kimi ipotekaya qoyulur. Şəriklərin Hər biri müəyyən məbləğdə pul vəsaiti ayırıb istixananı tikmişlər. Təxminən 1400000 manat xərcləmişlər. Lakin işlər başa çatmamışdır. Bankdakı pulunu vermişdir ki, işlər başa çatsın. Şəriklər arasında problem oldu deyə, onun da pulu batmışdır. 2-3 il keçdikdən sonra Rizvanın şikayəti əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə dəvət olunaraq Forma imzalamışlar və buna əsasən, Rizvan istixanadan 2 il ərzində istifadə edərək gəlir götürəcək və kredit borclarını bağlayacaqdır. Lakin Rizvan həmin razılaşmaya əməl etməmiş və banka olan borcu bağlamamışdır. Bundan sonra isə İddiaçı Talıbov Rizvan barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə şikayət etmiş və tərəflər arasında ##.##.2019-cu il tarixli razılaşma protokolu imzalanmışdır. Talıbov Rizvan yenə razılaşmaya əməl etməmiş və torpaq sahəsini geri qaytarmamışdır.
31. Məhkəmənin ## ###### 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, cavabdeh onun həm qohumu, həm də qonşusudur. Anarı işlə əlaqədar tanımışdır. Talıbov Rizvan ona birlikdə iş görməyi və şərik olmağı təklif edib. Anarın şərik olduğunu bilməmişdir. Kredit götürmək istəməmişdir, lakin ona sənədi imzalatdıranda oxumamışdır. 2016-cı ilə kimi istilikxanadan Anar istifadə etmişdir. 2014-cü ildən 2016-cı ilə kimi torpaq sahəsi Anarın adına idi. 2016-cı ildən Rizvanın istifadəsinə verildi. 2016-cı ildə Rizvanın şikayəti əsasında onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə çağırdılar. 2019-cu ilə kimi torpaq sahəsindən Rizvan istifadə etdi. 2019-cu ildə onu görəndə pulu ödəməyini istəmiş, lakin Rizvan ona bildirmişdir ki, heç kimə borcu yoxdur. Mübahisələri yaranmışdır. 1 il vaxt vermişlər ki, borcu ödəsin. 1 ildən sonra dedi ki, istixanada oğurluq olub. Daha sonra dəfələrlə məhkəmə prosesində olmuşlar.
32. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Ramiq Qələndərzadə) iddiaçı İddiaçı cavabdeh Talıbova Sudavər Namaz qızına qarşı pul tələbinə dair iddiasının rədd edilməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
33. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3 və 217.5-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
34. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
35. Iddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini onunla əsaslandırmağa cəhd etmişdir ki, “torpaq sahəsi qanuni əsaslarla Talıbova Sudavər Namaz qızının mülkiyyətində olmuş, o həmin torpaq sahəsindən qanuni əsaslarla istifadə etmişdir. Hazırki halda isə əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün heç bir əsas yoxdur. Iddiaçı öz iddia ərizəsində istixana kompleksini Talıbova Sudavər Namaz qızına verməkdə məqsədinin həmin istixananın inşası üçün bankdan götürdüyü kreditin təminatı kimi Talıbova Sudavər Namaz qızının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi və sonradan hərracdan satılması nəticəsində məhrum olduğu əmlakın dəyərinin kompensasiya edilməsi olduğunu bildirsə də, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir.” Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, məhkəmə, torpaq sahəsinin iddiaçı tərəfindən 5000 manata Talıbova Sudavər Namaz qızına satılmasını elə tərzdə təqdim etməyə cəhd edir ki, guya, həmin qiymətə Sudavər Talıbovaya verilən əmlak yalnız boş torpaq sahəsindən ibarət olmuşdur. Halbuki, qeyd edilən əqdin bağlanmasında tərəflərin əsl niyyəti üzərində 1400000 manatdan artıq qiyməti olan istixanadan Sudavər Talıbovanın gəlir əldə etməklə sonuncunun həmin istixananın inşası üçün bankdan götürülən kreditin təminatı kimi mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi və sonradan hərracdan satılması nəticəsində məhrum olduğu əmlakın dəyərinin kompensasiya edilməsi olmuşdur. Istixananın Sudavər Talıbovanın istifadəsində olduğu bütün müddət ərzində ondan bəhər götürməsi də mübahisə mövzusu ola bilməz. Belə ki, iş üzrə qanuni qüvvədə olan məhkəmə qətnamələri, onun özünün notarial qaydada təsdiqlənmiş birtərəfli iradə ifadəsini əks etdirən ərizə və iltizamları ilə də təsdiq edilir. Kredit müqaviləsi üzrə borcun tutulması və tələbin Talıbova Sudavər Namaz qızına məxsus olanGəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265 ünvanda yerləşən 408,1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2014-cü il tarixli qətnaməsini qüvvədə saxlayan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qətnaməsinin qəbul edilməsindən sonra, ## ### 2016-cı il tarixdə, eyni gündə notarial qaydada iki əqd təsdiqlənir: - İddiaçı ## ### 2016-cı il tarixli etibarnamə ilə mülkiyyətində olan Şəmkir rayon Qaralar kəndində yerləşən 2.77 ha torpaq sahəsini idarə etməyi, onun üzərində sərəncam verməyi və həmin torpaq sahəsi ilə bağlı bütün digər işlərin görülməsini Talıbova Sudavər Namaz qızına etibar edir; - Sudavər Talıbova ## ### 2016-cı il tarixdə notariat qaydada təsdiq edilməklə aşağıdakı məzmunda “Iltizam” adlı sənəddə bildirir ki: “Mən Talıbova X17 Anar Qəzənfər oğluna məxsus olan Şəmkir rayonu Qaralar kəndirdə yerləşən 2.77 ha torpaq sahəsini və onun üzərində inşa olunmuş istixana kompleksini satsam ancaq İddiaçı iştirakı ilə. Əks təqdirdə qanun qarşısında məsuliyyət daşımağa hazıram. Iltizam mənim sözlərimlə komputerdə yazıldı və bunu imzamla təsdiq edirəm.” Bundan sonra da həmin torpaq sahəsi (istixana daxil) ilə bağlı sonrakı əqdlərin də kredit müqaviləsi üzrə borclu, zamin və ipoteka qoyan arasında bağlanması faktının özü də bir daha təsdiq edir ki, istixana Sudavər Talıbovaya bəhər əldə etməklə, məhz onun məhrum olduğu əmlakının kompensasiya edilməsi məqsədilə verilmişdir. Burada həmçinin daha bir fakt da diqqətəlayiqdir ki, Sudavər Talıbova hətta torpaq sahəsini şahid2 satdıqdan sonra da, torpaqdan (istixanadan) icarə əsasında istifadə etməyə və bəhər götürməyə davam etmişdir. Belə ki, Sudavər Talıbova ## ##### 2019-cu il tarixdə torpaq sahəsini şahid2 satsa da, sonuncu öz adına çıxarış alan kimi, yəni ## ##### 2016-cı il tarixdə şahid2lə Sudavər Talıbova arasında icarə müqaviləsi bağlanmışdır. Başqa sözlə, torpaq sahəsi üzərində mülkiyyətçilərin formal dəyişməsi baş versə də, onun üzərində olan istixanadan Sudavər Talıbova fasiləsiz istifadə etmişdir. Birinci instansiya məhkəməsi isə nəzərə almamışdır ki, əgər doğrudan da Sudavər Talıbova istixanadan bəhər götürmürdüsə, - onda hansı səbəbdən 2016-cı ildən başlayaraq, həmin istixananın yerləşdiyi torpaq sahəsini hətta mülkiyyətindən çıxardıqdan dərhal sonra da icarə əsasında istifadə etməyə davam edirdi? - hansı səbəbdən ## ####### 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi ilə təsdiq edirdi ki, “o, Şəmkir rayonu Qaralar kəndi ərazisində yerləşən 2.0 ha istixanada mövsümə uyğun olaraq pomidor və xiyar əkib-becərir. Həmin məhsulların becərilməsi üçün o, şahid2 ilə “Azəriqaz” Istehsalat Birliyi arasında bağlanmış müqaviləyə əsasən təbii qazdan istifadə etmişdir. “Azəriqaz” X14 Mehdiyevin adına yaranmış 89637,7 manat borcun 78655 manat hissəsi onun həmin borcu ödəməyi öz öhdəsinə götürür. Yaranmış borc üzrə məhkəmə predmeti yaranarsa məsuliyyəti tam üzərinə götürür.” və - hansı səbəbdən İddiaçı dəyəri 2 ha torpaq sahəsində yerləşən, 1400000 manatdan artıq qiyməti olan istixananı 6 ildən artıq müddət ərzində Sudavər Talıbovaya vermişdi? Göründüyü kimi, məhkəmənin iddianın rədd edilməsi üçün gəldiyi nəticənin - guya, Talıbova Sudavər Namaz qızının məhrum olduğu əmlakın dəyərinin kompensasiya edilməsi bağlı sübutların məhkəməyə təqdim edilmədiyi barədə nəticəsinin əsassız olduğu və həm işdə olan sübutlar, həm də tərəflərin iradə ifadələrini aydın şəkildə nümayiş etdirdikləri davranışları ilə tam təkzib edilir. Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2016-cı il tarixli qətnaməsi qəbul olunduqdan və Sudavər Talıbovanın ipoteka qoyduğu əmlaka tələb yönəldiləcəyinin qaçılmaz olduğu məlum olduqdan sonra hazırkı iş üzrə iddiaçı (İddiaçı) 2016-cı ilin may ayında istixananı Sudavər Talıbovanın mülkiyyətinə vermiş (torpaq sahəsi üzərində sərəncam vermək hüququ da daxil olmaqla tam səlahiyyətli etibarnamə ilə) və bunun təsdiqi kimi sonuncu tərəfindən notariat qaydada təsdiq edilmiş ##.##.2016-cı il tarixli “Iltizam” adlı sənəd verilməklə bildirilmişdir ki, “Mən Talıbova X17 Anar Qəzənfər oğluna məxsus olan Şəmkir rayonu Qaralar kəndirdə yerləşən 2.77 ha torpaq sahəsini və onun üzərində inşa olunmuş istixana kompleksini satsam ancaq İddiaçı iştirakıilə. Əks təqdirdə qanun qarşısında məsuliyyət daşımağa hazıram.”istixananın onun mülkiyyətinə keçdiyini təsdiq etmişdir; Talıbova Sudavər həmin torpaq sahəsini öz adına keçirmək üçün əvvəlcə X1 da, sonradan ## ######## 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə öz adına rəsmiləşdirmişdir. Hətta ## ##### 2019-cu il tarixdə torpaq sahəsini şahid2 satsa da, sonuncu öz adına çıxarış alan kimi, yəni ## ##### 2016-cu il tarixdə şahid2lə Sudavər Talıbova arasında icarə müqavilə bağlanmış və istixanadan fasiləsiz istifadə etməyə və gəlir götürməyə davam etmişdir. Torpaq sahəsindən icarə əsasında, istixanadan isə təkbaşına mülkiyyətçi kimi istifadə etdiyini notarial qaydada təsdiq edilməklə məhkəməyə göndərdiyi ## ####### 2019-cu il tarixli ərizəsi ilə də təsdiq etmiş və istixananın fəaliyyəti ilə bağlı təbii qazdan istifadəyə görə 78655 manat borcun ona aid olduğunu etiraf etmişdir. Göründüyü kimi, Sudavər Talıbovanın 2016-cı ildən 2021-ci ilə qədər 2 ha torpaq sahəsində olan istixanadan fasiləsiz istifadə etməsi və bu müddət ərzində külli miqdar bəhər götürməsi təkzibedilməz sübutlarla təsdiqləndiyi halda, məhkəmənin həmin sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmədiyi aşkardır. Hazırkı şikayətin 6-cı və 7-ci bölmələrində qeyd edilən dəlillərdən də aydın olur ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar - istixanadan Talıbova Sudavərin fasiləsiz surətdə, yəni torpaq sahəsinin onun mülkiyyətində, həmçinin icarəsində olduğu müddət ərzində istixanadan istifadə etməsi; belə istifadəyə və gəlir götürülməsinə uzun müddət ərzində İddiaçı tərəfindən imkan verilməsi və şərait yaradılması; istixananın Talıbova Sudavərə məhz onun məhrum olduğu əmlakının kompensasiyası məqsədi ilə verilməsi və s. bu kimi hallar aydınlaşdırılmamış, məhkəmə həmin halları sadalamaqla kifayətlənmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
36. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
37. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Qaralar kəndində yerləşən 2.77 ha torpaq sahəsini idarə etməyi, onun üzərində sərəncam verməyi və həmin torpaq sahəsi ilə bağlı bütün digər işlərin görülməsini Talıbova Sudavər Namaz qızına etibar etmişdir. ## ### 2016-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə İddiaçı həmin torpaq sahəsini 5000 manata X1. Müqaviləni İddiaçı adından Talıbova Sudavər Namaz qızı imzalamışdır. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiaçı tərəfindən ## ### 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı məhkəmədə mübahisələndirilməmişdir.
38. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh Talıbova Sudavər Namaz qızının hüquq varisi hüquqi varis2 etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mərhum cavabdehin adına 2000000 milyon manatdan çox dəyərə malik əmlaklar olub. Tərəflər arasındakı şifahi razılaşmaya görə cavabdeh həmin əmlakları banka girov qoyub, Şəmkir rayonunda Qaralar kəndində yerləşən 2,77 ha torpaq sahəsində istixana inşa etdirmişdir. Istixananın tikilib başa çatması üçün vəsait çatışmadığından Talıbova Sudavərin Moskvada yaşayan oğlu X2 500000 ABŞ dolları əlavə pul göndərmişdir. Cavabdeh əmlaklarından məhrum olmuşdur.
39. Hazırkı məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Şəmkir rayonu Qaralar kəndində yerləşən 2.77 ha torpaq sahəsi əvvəlcə şahid2 məxsus olub. şahid2 həmin torpaq sahəsini ona satmışdır. Daha sonra isə cavabdeh Talıbova Sudavər Namaz qızına həmin torpaq sahəsinə dair sahiblik, istifadə və sərəncam hüquqları nəzərdə tutulan etirbarnamə vermişdir. Buna səbəb isə onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə dəvət etmişdilər. Həmin orqandan ona təsir etmələri nəticəsində Talıbova Sudavər Namaz qızının adına etibarnamə vermişdir. Verilmiş suallara cavab olaraq iddiaçı bildirmişdir ki, istixana 2011-2012-ci illərdə istifadəyə verilib. 2016cı ildə istixana Talıbova Sudavər Namaz qızına verilib. Qazandığı ümumi gəlir 425000 ABŞ dolları təşkil etmişdir. Həmin pulla işığa, gübrəyə və digər xərclərə görə olan istixananın borclarını ödəmişdir. Həmçinin 225000 ABŞ dolları banka olan ümumi borcları ödəmişdir. Iddiaçı İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
40. Hazırkı məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında mübahisə əvvəlcədən olmuşdur. Talıbova Sudavər Namaz qızı ##.##.2016-cı il tarixdən istixananın onun qanunsuz sahibliyində olduğunu təsdiq etmişdir. Belə ki, Talıbova Sudavər Namaz qızı həmin torpaq sahəsi üzərində inşa edilmiş istixanadan istifadə etməklə külli miqdarda gəlir əldə etmişdir. Rizvan istixananın tikilməsi üçün heç bir vəsait göndərməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
41. Hazırkı məhkəmə iclasında cavabdeh Talıbova Sudavər Namaz qızının hüquq varisi hüquqi varis2 etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, hazırkı iş üzrə cavabdeh Talıbova Sudavər Namaz qızının ailəsinə məxsus 2000000 manatdan çox dəyərə malik olan qeyri-yaşayış əmlakı girov qoyulub, kredit götürülüb. Həmin kreditlə Şəmkir rayon Qaralar kəndin yerləşən 2.77 ha torpaq sahəsinin üzərində istixana inşa edilib. Bundan sonra həmin ərazidən gəlir əldə edilib. Buna baxmayaraq, iddiaçı İddiaçı kredit borcunu ödəməmişdir. Buna görə də, cavabdeh tərəf Talıbova Sudavər Namaz qızının əslində 2000000 manatdan çox dəyəri olan, lakin ekspertiza tərəfindən 800000 manat dəyərləndirilən qeyri-yaşayış obyektləri bank tərəfindən balansa götürülüb. Mübahisəli torpaq sahəsi ilk şahid2 adına olub. Sonra onun adından 2014-cü ildə İddiaçı, 2016-cı ildə X1, 2017-ci ildə Talıbova Sudavər Namaz qızının adına keçib. 2019-cu ildə isə sözügedən mübahisəli ərazi yenidən şahid2 adına keçib. Bu baxımdan Mülki Məcəllənin 1092-ci maddəsinə əsaslanıb bildirir ki, hər hansı bir əsaslı varlanma əlaməti mövcud deyildir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
43. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
44. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
51. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
53. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, “xxxx” (Azərbaycan) ASC ilə İddiaçı arasında bağlanmış ## ######## 2012-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 635000 ABŞ dolları kredit verilmiş, həmin kreditin təminatı kimi X8, şahid2 və Talıbova Sudavər Namaz qızı ilə zaminlik müqavilələri bağlanılmış, həmçinin Talıbova Sudavər Namaz qızının mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən qeyri-yaşayış sahəsi və sonuncunun əri Sadıq Talıbovun mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədiyindən kreditor bank borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı,Talıbova Sudavər Namaz qızı, X7 və şahid2 müştərək qaydada 427816 ABŞ dolları əsas, 6273,82 ABŞ dolları faiz və 30,50 ABŞ dolları cərimə, cəmi 434120,32 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 64 manat məbləğində dövlət rüsumu və xidmət haqqının tutularaq “xxxx” (Azərbaycan) ASC-yə ödənilməsi, tutmanın X11 tam mülkiyyət hüququ ilə məxsus olan və dəyəri 203700 ABŞ dolları məbləğində qiymətləndirilən Gəncə şəhəri, Nizami rayonu Əbdülkərim Mehmandarov küçəsində 0,05084 ha torpaq sahəsində yerləşən **D nömrəli binanın 4-cü girişinin 1-ci və 2-ci mərtəbəsində 409,8 kv.m ümumi, 399,3 kv.m əsas, 10,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi və Talıbova Sudavər Namaz qızına xüsusi mülkiyyət hüququ ilə məxsus olan dəyəri 764000 ABŞ dolları məbləğində qiymətləndirilən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265 ünvanda yerləşən 408,1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərraca çıxarılması, satışdan əldə olunmuş pul vəsaitinin borcun və dövlət rüsumunun ödənilməsinə yönəldilməsi, borc və dövlət rüsumu kimi ödənilmiş pul ödənildikdən sonra artıq qalan məbləğin İddiaçı qaytarılması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin ## ###### 2016-cı il tarixli qətnaməsi ilə sözügedən qətnamə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2017-ci il tarixli qərarı ilə isə Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hərracın yekunları barədə ##.##.2018-ci il tarixli protokola əsasən Talıbova Sudavər Namaz qızına məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk pr, 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsi satış qiyməti 1299029,20 manat məbləğində, təkrar satış qiyməti isə 1104174,82 manat, 25 faiz aşağı olan qiyməti isə 828131,11 manat məbləğində müəyyən edilərək “xxxx” MMC tərəfindən hərraca çıxarılmışdır. Icra sənədi ##.##.2016-cı il tarixdə Gəncə şəhəri üzrə Icra Idarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraatın başlanması haqqında qərar qəbul edilərək icraata başlanılmışdır. “xxxx” MMC-nin ##.##.2018-ci il tarixli hərracın yekunları barədə protokola əsasən borclu Talıbova Sudavər Namaz qızına məxsus Gəncə şəhəri, Nizami Rayonu, Atatürk prospekti 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 828.131.11 manat məbləğində xxxx ASC-nin nümayəndəsi tərəfindən əldə edilmişdir.
56. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
57. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
58. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
59. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
60. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması barəsindədir və iddiaçının tələbini əsaslandırdığı faktiki hallar nəzərə alındıqda onun tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilməlidir; belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092.1-ci maddəsinə görə isə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
61. Iddiaçı İddiaçı hazırkı iddia ilə məhkəmə müraciət edərək mərhum cavabdeh Sudavər Talıbovanın onun hesabına əsassız varlandığını iddia etmiş və bunu onunla əlaqələndirmişdir ki, cavabdeh Sudavər Talıbovaya məxsus qeyri-yaşayış sahəsinin onun (iddiaçının) bankdan götürdüyü kreditin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilməsi və tutmanın ipoteka predmetinə yönəldilərək əmlakın hərracdan satılması nəticəsində cavabdehin (ipoteka qoyanın) məhrum olduğu əmlakın dəyərinin kompensasiya edilməsi məqsədilə istixana kompleksini onun istifadəsinə vermiş, sonuncu, 2016-2021-ci illər ərzində həmin istixanada əkinçilik fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmişdir. O (iddiaçı) elə zənn etmişdir ki, istixana kompleksini cavabdehin istifadəsinə verməklə, tutmanın ipoteka predmetinə yönəldilərək əmlakın hərracdan satılması nəticəsində cavabdehin məhrum olduğu əmlakın dəyərini tam həcmdə ona ödəmişdir. Sonradan isə, ipoteka qoyan Sudavər Talıbova müqavilə üzrə icra edilmiş öhdəliyin reqres qaydasında qaytarılması barədə iddia irəli sürmüş və Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-***/**** saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə ondan 828131.11 manat tutularaq Talıbova Sudavər Namaz qızına ödənilməsi qət edilmişdir.
62. Iddiaçı İddiaçı mərhum cavabdeh Sudavər Talıbovanın ## ### 2016-cı il tarixdən 2020-ci ilədək Şəmkir rayonu Qaralar kəndində yerləşən 2.77 ha torpaq sahəsindəki istixanadan istifadə edib gəlir əldə etməsi ilə sonuncunun onun hesabına əsassız varlandığını əsas gətirərək, qeyd edilən illər üzrə istixananın fəaliyyətindən əldə edilmiş 1707323,26 manat vəsaitin ona qaytarılması barədə hazırkı tələbi irəli sürmüşdür.
63. Nəzərə alınmalıdır ki, əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü əsassız varlanan əmlak əldə etməli, həmin əmlakı məhrum olanın hesabına əldə etməli və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu zaman zərərçəkənlə əldə edən arasında hər hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edilən razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərərçəkəndən tutulur.
64. Bu baxımdan işin halları tədqiq olunduqda görünür ki, istixana kompleksinin yerləşdiyi 2,77 ha torpaq sahəsi əvvəlcə şahid2 məxsus olmuş, daha sonra o ## ###### 2014-cü il tarixli alqı-satqı müqaviləsi həmin torpaq sahəsini 5000 manat müqabilində iddiaçı İddiaçı satmışdır. Sonuncu da ## ### 2016-cı il tarixdə cavabdeh Sudavər Talıbovaya torpaq sahəsinə dair sahiblik, istifadə və sərəncam səlahiyyətləri nəzərdə tutulan etibarnamə vermişdir. ## ### 2016-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə də iddiaçı İddiaçı torpaq sahəsini 5000 manata Alay Kazımova satmışdır (müqavilə satıcı İddiaçı təmsilçisi Sudavər Talıbova tərəfindən imzalanmışdır). ## ######## 2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında da torpaq sahəsinin mülkiyyətçisi Alay Kazımov həmin əmlakı 4000 manat müqabilində Sudavər Talıbovaya satmışdır. Daha sonra ## ##### 2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında Sudavər Talıbova sözügedən torpaq sahəsini 4500 manata şahid2 satmışdır. Həmin torpaq sahəsi ## ##### 2019-cu il tarixli icarə müqaviləsi əsasında Sudavər Talıbovaya icarəyə verilmişdir.
65. Iddiaçı İddiaçı mərhum cavabdeh Sudavər Talıbovanın ## ### 2016-cı il tarixdən 2020-ci ilədək Şəmkir rayonu Qaralar kəndində yerləşən 2.77 ha torpaq sahəsindəki istixanadan istifadə edib gəlir əldə etməsi ilə sonuncunun onun hesabına əsassız varlandığını iddia etsə də, lakin məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edilmişdir ki, ## ### 2016-cı il tarixdə həmin istixana kompleksinin yerləşdiyi torpaq sahəsi özgəninkiləşdirilərək əmlak Alay Kazımova satılmış, daha sonra həmin şəxs tərəfindən torpaq sahəsi cavabdeh Sudavər Talıbovaya satılmış (sözügedən müqavilə hazırda hüquqi qüvvəsini itirməyib), beləliklə də o, mülkiyyətçi hüquqları əsasında, torpaq sahəsinin mülkiyyətçisi dəyişdikdən sonra isə icarəçi qismində torpaq sahəsinə dair qanuni olaraq sahiblik və istifadə hüquqlarını həyata keçirtmişdir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Sudavər Talıbova ## ### 2016-cı il tarixdən 2021-ci ilin iyul ayınadək olan müddət ərzində (iddiaçının tələbində qeyd etdiyi müddət) Şəmkir rayonu Qaralar kəndində yerləşən mübahisə predmeti olan istixanaya sahiblik və istifadə hüquqlarını qanuni əsaslarla həyata keçirtmişdir, cavabdehin bu fəaliyyəti nəticəsində əldə etdiyi mənfəəti də heç bir halda iddiaçının məhrum olduğu əsassız varlanma obyekti kimi qiymətləndirilə bilməz.
67. Şərh edilənlərin məcmusunu nəzərə almaqla kollegiya vurğulayır ki, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.