Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-54/2026 04.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ** saylı X3 Mərkəzinin cavabdeh İbrahimov Ceyhun Ziyad oğluna qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ** saylı X3 Mərkəzinin nümayəndəsi X1 və cavabdeh İbrahimov Ceyhun Ziyad oğlunun iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ** saylı X3 Mərkəzinin (bundan sonra –iddiaçı) cavabdeh İbrahimov Ceyhun Ziyad oğluna (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğv edilməsi, tikililərin sökülməsi və ərazinin boşaldılması” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. X2 Təsərrüfat Mərkəzi (hazırda ** saylı X3 Mərkəzi) ilə İbrahimov Ceyhun Ziyad oğlu arasında bağlanmış ## ###### 2022-ci il tarixdə təsdiq edilmiş ## ###### 2022-ci il tarixli ** nömrəli meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqavilədən görünür ki, istifadəçi İbrahimov Ceyhun Ziyad oğluna Hacıkənd meşəbəyliyinin 2-ci kvartalının 6a bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahətrekreasiya məqsədi ilə 3 il müddətinə 0.20 ha sahə ayrılmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən istifadəçi istifadə üçün müəyyən olunmuş sahədə onun əhatəsində heç bir əsaslı tikinti aparmadan meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyen qaydalarına əməl etmək, çirkab suların təmizləyici qurğular vasitəsi ilə axıdılmasını, məişət tullantılarının toplanmasını və daşınmasını təmin etməklə ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən, istifadəçi yüngül konstruksiyalı qurğuların abadlaşdırma, yaşıllaşdırma işlərinin və təyinatına uyğun olaraq nəzərdə tutulan digər işlərin layihəsini Departament, İstifadəyə verən və aidiyyəti qurumlarla razılaşdıraraq təsdiq etdirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən 0.20 ha sahə üçün 110 manat illik istifadə (icarə) haqqı nəzərdə tutulmuşdur.
2. ** saylı X3 Mərkəzi tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli ** nömrəli aktdan görünür ki, Gəncə şəhəri, B.Əliyev küçəsi, ev-56 ünvanda yaşayan İbrahimov Ceyhun Ziyad oğlu ilə Mərkəzin Hacıkənd meşəbəyliyinin 2-ci kvartalında istirahət-rekreasiya məqsədi ilə ##.##.2022-ci il tarixli *** qeydiyyat nömrəli 0.20 ha sahədə 2 il müddətinə bağlanmış müqavilənin qüvvədən düşməsinə baxmayaraq ərazidə 3.0x3.0m ölçüdə mişar daşından inşa edilmiş 1 ədəd sanitariya qovşağı, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində 9 ədəd söhbətgah , 5.2x3.1m ölçüdə 1ədəd mətbəx, 5.8x3.0m ölçüdə 1 ədəd yemək otağı , 6x3.2m ölçüdə 1 ədəd talvar, 13.2x4.3 m ölçüdə dəmir dirəklər üzərində yanları plastik pəncərələrlə bağlanmış 1 ədəd banket talvar, 3.0x3.0m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində quraşdırılmış manqalxana, 3.1x3.1 m ölçüdə 3 ədəd yemək otağı, 3.0x3.0m ölçüdə 1 ədəd taxtadan düzəldilmiş kətəxana, 6.0x18.0 ölçüdə dəmir dirəklər üzərində taxtadan düzəldilmiş bir-birinə bitişik şəkildə 5 ədəd yemək otağı mövcuddur.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə ünvan 1 ünvanda yaşayan İbrahimov Ceyhun Ziyad oğlunun Hacıkənd meşəbəyliyinin 2-ci kvartalında özbaşına tikdiyi 3.0x3.0m ölçüdə mişar daşından inşa edilmiş 1 ədəd sanitariya qovşağının, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində 9 ədəd söhbətgahın, 5.2x3.1m ölçüdə 1ədəd mətbəxin, 5.8x3.0m ölçüdə 1 ədəd yemək otağının , 6x3.2m ölçüdə 1 ədəd talvarın, 13.2x4.3 m ölçüdə dəmir dirəklər üzərində yanları plastik pəncərələrlə bağlanmış 1 ədəd banket zalının, 3.0x3.0m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində quraşdırılmış manqalxananın, 3.1x3.1 m ölçüdə 3 ədəd yemək otağının, 3.0x3.0m ölçüdə 1 ədəd taxtadan düzəldilmiş kətəxananın, 6.0x18.0 ölçüdə dəmir dirəklər üzərində taxtadan düzəldilmiş bir-birinə bitişik şəkildə 5 ədəd yemək otağının cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və ##.##.2022-ci il tarixli *** qeydiyyat nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ** saylı X3 Mərkəzinin Hacıkənd meşəbəyliyinin ərazisində Dövlət Meşə fondu torpaqlarından istifadə vəziyyəti araşdırlarkən, Gəncə şəhəri, B.Əliyev küçəsi, ev-56 ünvanda yaşayan İbrahimov Ceyhun Ziyad oğlu ilə Mərkəzin Hacıkənd meşəbəyliyinin 2-ci kvartalında istirahət-rekreasiya məqsədi ilə ##.##.2022ci il tarixli *** qeydiyyat nömrəli 0.20 ha sahədə 2 il müddətinə bağlanmış müqavilənin qüvvədən düşməsinə baxmayaraq ərazidə 3.0x3.0m ölçüdə mişar daşından inşa edilmiş 1 ədəd sanitariya qovşağı, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində 9 ədəd söhbətgah , 5.2x3.1m ölçüdə 1ədəd mətbəx, 5.8x3.0m ölçüdə 1 ədəd yemək otağı , 6x3.2m ölçüdə 1 ədəd talvar, 13.2x4.3 m ölçüdə dəmir dirəklər üzərində yanları plastik pəncərələrlə bağlanmış 1 ədəd banket talvar, 3.0x3.0m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində quraşdırılmış manqalxana, 3.1x3.1 m ölçüdə 3 ədəd yemək otağı, 3.0x3.0m ölçüdə 1 ədəd taxtadan düzəldilmiş kətəxana, 6.0x18.0 ölçüdə dəmir dirəklər üzərində taxtadan düzəldilmiş bir-birinə bitişik şəkildə 5 ədəd yemək otağı mövcuddur. Həmin fakt əsasında Mərkəzin əməkdaşlarının iştirakları ilə ##.##.2025-ci il tarixdə müvafiq akt tərtib edilmişdir.. Mərkəz tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahədə tikilən tikililərin sökülməsi barədə vətəndaşın ünvanına ##.##.2025-ci il tarixli *-**-**- **/*-***/**** nömrəli məktubun göndərilmiş, lakin bu günədək məktubda göstərilən nöqsanlar aradan qaldırılmamışdır.
5. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
6. Məhkəmənin ##.##.2025-ci il tarixli iclasında iştirak edən cavabdeh İbrahimov Ceyhun Ziyad oğlu izahatında bildirmişdir ki, MDB oyunları başlamamışdan əvvəl həmin ərazidəki obyektlərin bəzisi sökülmüşdür. Obyekt hal-hazırda fəaliyyət göstərir. Müqavilənin müddəti hələ bitməyib. Oranı icarəyə götürdükdən sonra tikinti işləri aparmışdırlar. Daş kərpiclə sanitar qovşaqdan başqa heç bir tikinti yoxdur. Onu da MDB oyunlarından sonra sökərək taxta materialdan yenidən tikmişlər.
7. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
8. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Ramiq Qələndərzadə) ilə, iddianın qismən təmin edilməsi, cavabdeh İbrahimov Ceyhun Ziyad oğlu tərəfindən Hacıkənd meşəbəyliyinin 2-ci kvartalında tikilən 3.0x3.0m ölçüdə mişar daşından inşa edilmiş 1 ədəd sanitariya qovşağı, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində 9 ədəd söhbətgah, 5.2x3.1m ölçüdə 1ədəd mətbəx, 5.8x3.0m ölçüdə 1 ədəd yemək otağı , 6x3.2m ölçüdə 1 ədəd talvar, 13.2x4.3 m ölçüdə dəmir dirəklər üzərində yanları plastik pəncərələrlə bağlanmış 1 ədəd banket zalı, 3.0x3.0m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində quraşdırılmış manqalxana, 3.1x3.1 m ölçüdə 3 ədəd yemək otağı, 3.0x3.0m ölçüdə 1 ədəd taxtadan düzəldilmiş kətəxana, 6.0x18.0 ölçüdə dəmir dirəklər üzərində taxtadan düzəldilmiş bir-birinə bitişik şəkildə 5 ədəd yemək otağı cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılması, iddianın qalan hissədə rədd edilməsi, cavabdeh İbrahimov Ceyhun Ziyad oğlundan 100 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında icarə müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən icarə müqaviləsində qeyd olunan torpaq sahəsi cavabdehin istifadəsinə verilmiş, lakin cavabdeh müqavilə şərtlərini yerinə yetirməyərək meşə ilə örtülü torpaq sahəsində müvafiq olaraq çadır tipli və ya sökülübyığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi öhdəsinə götürməsinə baxmayaraq, həmin torpaq sahəsində əsaslı tikintilər aparmaqla icarə müqaviləsinin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, torpaq sahəsinin icarəyə verildiyi müddət qurtarmaqla torpaq sahəsi üzrə istifadə (icarə) hüququna xitam verildiyindən, o cümlədən torpaq sahəsi hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, cavabdeh tərəfindən həmin ərazi boşaldılmalıdır.
10. Həmçinin, məhkəmə iddia tələbinin ## ###### 2022-ci il tarixdə təsdiq edilmiş ## ###### 2022-ci il tarixli ** nömrəli müqavilənin ləğv edilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia həmin hissədə rədd edilməlidir. Tərəflər arasında bağlanılmış ## ###### 2022-ci il tarixli müqavilədən görünür ki, sözügedən müqavilə 3 il müddətinə bağlanılmışdır. Müqavilənin müddəti ##.##.2025-ci il tarixdə bitmiş və müqavilə müddəti uzadılmamışdır. Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 20-ci maddəsinin tələbinə əsasən müqavilə ilə müəyyən edilmiş istifadə hüququnun müddəti başa çatdığından cavabdehin meşə fondu sahəsindən istifadə hüququna xitam verilmişdir. Tərəflər arasında olan hüquq münasibətlərinə müddətin başa çatması əsası ilə xitam verildiyindən və müqavilə hal-hazırda qüvvədə olmadığından artıq xitam verilmiş müqaviləyə yenidən xitam verilə bilməz.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 389.1, 390.1, 390.2, 421.1, 423.1, 423.2, 424.2, 424.3, 697.1, 700.1, 700.2, 700.3, 706.1 və 719.1-ci maddələrinə, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndinə, 16-cı maddəsinin 1-ci bəndinə, 17-ci maddəsinin 1-ci bəndinə və 20-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 58 və 73-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
12. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə mübаhisənin məğzini аrаşdırmаmış, mеşə və icаrə münаsibətlərini tənzimləyən nоrmаlаrа bigаnə qаlmış, yекun qərаr çıхаrmаğа əsаsvеrən аrаşdırmаlаr апаrmаmışdır. Müqаvilə müddətinin bitməsi, müqаvilənin mütləq ləğvi üçün əsаs dеyil, tоrpаğı ondan аlıb, bаşqаsınа vеrməklə qаnunsuz vаridаt əldə еtmək üçündür. Müqаvilənin «qоrхmа, vахtı uzаdаcаğаm» vədəsi ilə yаlnız 3 illiyə bаğlаnmаsı vахt gələndə isə icаrəçinin sıхmа-bоğmаyа sаlınmаsı icаrəyə vеrənin əsаssız хеyri üçündür. Аiləsinin məhv оlаcаğını düşünməmiş, dəhşətli günlər yаşаyаcаğını nəzərə аlmаmışdır. Məhkəmə işə birtərəfli yаnаşmış, onun prosesdə iştirаkını təmin еtməmiş, işin həqiqi hаllаrını аrаşdırmаmışdır. Hаlbuki göstərilən пrоsеssuаl hüquq nоrmаlаrınа görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, icarəyə götürdüyü ərazidə daşdan sanitar qovşağı tikmişdir. Təqdim etdiyi şəkillərdə görünür ki, həmin sanitar qovşağını sökmüşdür. Sanitar qovşağını məhkəmənin qətnaməsi qəbul olunduqdan sonra könüllü özü sökmüşdür. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
16. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında bildirdi ki, daşdan tikilmiş sanitar qovşağı Kommersiya Məhkəməsinin qətnaməsindən sonra cavabdeh tərəfindən sökülmüşdür. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
19. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
20. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu (Azərbaycan Respublikasının ## ###### 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
21. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
23. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır.
24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
28. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
29. Maddə 31. Hissə 1. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Hissə 2. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Hissə 6. Meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Hissə 9. Meşə fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının Meşə Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyən edilir.
30. Maddə 58. Hissə 1. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Hissə 2. Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.
31. Maddə 58. Hissə 1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: ... torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; ...
32. Maddə 84. Hissə 1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
33. Maddə 111. Hissə 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Hissə 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikası Meşə Məcəlləsi
34. Maddə 14. Meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir.
35. Maddə 16. Hissə 2. Meşə istifadəçisi Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və şərtlərlə istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən istifadə hüququnu özünün hüquqi varisi olmayan şəxsə müqavilə əsasında verə bilər.
36. Maddə 20. Hissə 1. Meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
43. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
46. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, iddianın təmin edilmiş hissəsini mübahisələndirir. İddianın təmin edilməyən hissəsi onun mənafeyinə toxunmur. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
51. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
52. Lakin apellyasiya şikayəti qismən təmin edilməli və Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi – “cavabdeh İbrahimov Ceyhun Ziyad oğlu tərəfindən Hacıkənd meşəbəyliyinin 2-ci kvartalında tikilən 3.0x3.0m ölçüdə mişar daşından inşa edilmiş 1 ədəd sanitariya qovşağı, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində 9 ədəd söhbətgah, 5.2x3.1m ölçüdə 1ədəd mətbəx, 5.8x3.0m ölçüdə 1 ədəd yemək otağı, 6x3.2m ölçüdə 1 ədəd talvar, 13.2x4.3 m ölçüdə dəmir dirəklər üzərində yanları plastik pəncərələrlə bağlanmış 1 ədəd banket zalı, 3.0x3.0m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində quraşdırılmış manqalxana, 3.1x3.1 m ölçüdə 3 ədəd yemək otağı, 3.0x3.0m ölçüdə 1 ədəd taxtadan düzəldilmiş kətəxana, 6.0x18.0 ölçüdə dəmir dirəklər üzərində taxtadan düzəldilmiş bir-birinə bitişik şəkildə 5 ədəd yemək otağı cavabdehin hesabına sökülməsi və ərazi boşaldılması” hissəsində dəyişdirilməli, cavabdeh İbrahimov Ceyhun Ziyad oğlunun Hacıkənd meşəbəyliyinin 2-ci kvartalının 6a bölməsindən icarəsinə verilmiş meşə fonduna aid olan 0.20 ha torpaq sahəsində inşa edilmiş 1 ədəd sanitariya qovşağı, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində 9 ədəd söhbətgah, 5.2x3.1m ölçüdə 1ədəd mətbəx, 5.8x3.0m ölçüdə 1 ədəd yemək otağı, 6x3.2m ölçüdə 1 ədəd talvar, 13.2x4.3 m ölçüdə dəmir dirəklər üzərində yanları plastik pəncərələrlə bağlanmış 1 ədəd banket zalı, 3.0x3.0m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində quraşdırılmış manqalxana, 3.1x3.1 m ölçüdə 3 ədəd yemək otağı, 3.0x3.0m ölçüdə 1 ədəd taxtadan düzəldilmiş kətəxana, 6.0x18.0 ölçüdə dəmir dirəklər üzərində taxtadan düzəldilmiş bir-birinə bitişik şəkildə 5 ədəd yemək otağı tikililəri cavabdeh İbrahimov Ceyhun Ziyad oğlunun hesabına sökülməli və ərazi boşaldılmalı, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
53. Belə ki, işin halları ondan ibarətdir ki, Meşələrin İnkişafı Xidmətinin X2 Təsərrüfatı Mərkəzi (hazırda ** saylı X3 Mərkəzi) ilə İbrahimov Ceyhun Ziyad oğlu arasında ## ###### 2022ci il tarixli ** nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən istifadəçiyə X2 X6 meşəbəyliyinin 2-ci kvartalının 6a bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahət-rekreasiya məqsədi ilə 3 il müddətinə 0.20 ha sahəsi istifadəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən istifadəçi həmin sahədə əsaslı tikinti aparmamaq, yalnız çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etmək öhdəliyini üzərinə götürmüşdür.
54. Eyni zamanda, ##.##.2025-ci il tarixli, ** nömrəli aktla həmin ərazidə müxtəlif təyinatlı müvəqqəti tikililərin və qurğuların mövcudluğu müəyyən edilmişdir. Halbuki tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən istifadəçi yalnız çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi, meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməməyi və ətraf mühitə zərər vurmamağı öhdəsinə götürmüşdür.
55. Belə ki, müqavilə müddətinin başa çatmasına baxmayaraq cavabdeh tərəfindən həmin tikililərin sökülməməsi və torpaq sahəsinin boşaldılmaması birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməsi üçün əsaslı hüquqi nəticə çıxarmasına səbəb olmuşdur.
56. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilədən irəli gələn öhdəlik münasibətləri, habelə meşə fondu torpaqlarından istifadə ilə bağlı torpaq və meşə qanunvericiliyi normaları kontekstində qiymətləndirilməlidir.
57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr mülki hüquq və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin əmələ gəlməsi üçün, qanunda başqa hal nəzərdə tutulmamışdırsa, tərəflər arasında müqavilə olmalıdır. Bu baxımdan, tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilə cavabdehin meşə fondu torpaqlarından istifadə hüququnun və eyni zamanda həmin istifadədən irəli gələn vəzifələrinin hüquqi əsasını təşkil etmişdir.
58. Mülki Məcəllənin 5.3-cü və 425.1-ci maddələrinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməli, öhdəliklərini lazımi qaydada və müqavilənin şərtlərinə uyğun icra etməlidirlər. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir. Deməli, müqavilə ilə verilmiş istifadə hüququnun hüdudlarından kənara çıxmaq, müqavilə müddəti başa çatdıqdan sonra hüquqi əsas olmadan torpaq sahəsini istifadə etmək və ya orada tikililəri saxlamaq hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
59. Hazırkı mübahisə həmçinin torpaq və meşə qanunvericiliyi çərçivəsində qiymətləndirilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31-ci maddəsinin 1-ci və 2ci hissələrinə əsasən meşə bitkiləri ilə örtülü və ya örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan torpaqlar meşə fondu torpaqları hesab edilir və əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi məqsədləri üçün istifadə olunur. Həmin maddənin 6cı və 9-cu hissələrinə görə meşə fondu torpaqlarının icarəyə verilməsi və istifadəsi qaydaları torpaq və meşə qanunvericiliyi ilə müəyyən edilir.
60. Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq istifadəçisi və ya icarəçisi müvafiq normativ-hüquqi aktların tələblərinə riayət etməklə torpaq sahəsində tikinti aparmaq hüququna malikdir. Lakin həmin maddənin 2-ci hissəsində birbaşa göstərilmişdir ki, qanunvericilikdə və ya icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, icarə müddəti başa çatdıqdan sonra istifadəçi tərəfindən ucaldılmış müvəqqəti tikililər onun hesabına sökülməlidir. Bundan əlavə, Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən torpaq sahəsinin icarəyə verildiyi müddət qurtardıqda istifadə hüququna xitam verilir.
61. 111-ci maddəsinə görə torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağandır və özbaşına tutulmuş torpaq sahələri aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu norma dövlət mülkiyyətində olan torpaqların, o cümlədən meşə fondu torpaqlarının hüquqi rejiminin təmin olunmasına yönəlmişdir.
62. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 14-cü maddəsinə əsasən meşə fondu sahələrindən istifadə müqavilə əsasında həyata keçirilir və bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda mülki və torpaq qanunvericiliyinin normaları tətbiq edilir. Həmin Məcəllənin 20-ci maddəsinin 1-ci hissəsinə əsasən isə istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisinin meşə fondu sahələrindən istifadə hüququna xitam verilir.
63. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək tikililərin sökülməsi və ərazinin boşaldılması barədə nəticəyə gəlmişdir. Lakin, apellyasiya instansiyası hesab edir ki, birinci instansiya məhkəməsi nəticə etibarilə düzgün mövqe tutsa da, mübahisə predmetinin konkretləşdirilməsi baxımından qeyri-dəqiqliyə yol vermişdir.
64. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində “cavabdeh İbrahimov Ceyhun Ziyad oğlunun tikdiyi” tikililərin sökülməsi barədə qərar qəbul etmiş, lakin həmin tikililərin məhz icarə müqaviləsi ilə cavabdehin istifadəsinə verilmiş Hacıkənd meşəbəyliyinin 2-ci kvartalının 6a bölməsindən meşə fondu torpaqlarına aid 0.20 ha sahədə inşa edilməsini ayrıca və konkret şəkildə göstərməmişdir.
65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 6.8-ci maddəsinə görə, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.
66. Apellyasiya instansiyası qeyd edir ki, mübahisənin predmeti məhz icarə müqaviləsi ilə cavabdehin istifadəsinə verilmiş meşə fondu torpaqlarıdır. Müqavilənin predmetini təşkil edən sahə konkret olaraq 0.20 ha ölçüdə meşə fondu torpağıdır və tərəflərin hüquq və vəzifələri də məhz həmin sahə ilə məhdudlaşır. Buna görə də məhkəmə aktında sökülməsi tələb edilən tikililərin hüquqi taleyi yalnız həmin 0.20 ha meşə fondu torpaq sahəsi çərçivəsində qiymətləndirilməlidir.
67. Apellyasiya şikayətində cavabdeh tərəfindən irəli sürülmüş dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası həmin arqumentləri əsassız hesab edir.
68. Apellyasiya şikayətində cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmayaraq işə iştirakının olmadan baxılması dəlili ilə bağlı kollegiya qeyd edir ki, bu dəlil əsassızdır.
69. Çünki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixə, saat: 16:00-a təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehin qeydiyyatda olduğu ünvan 2 ünvanına göndərilmiş və sonuncu bu barədə məhkəmə bildirişini ##.##.2025-ci il tarixdə qəbul edərək poçt xəbərnaməsinə imza etmişdir (iş materialları – 34 səh).
70. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
71. Bununla belə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tikililərin yerləşdiyi ərazi ümumi şəkildə “cavabdeh İbrahimov Ceyhun Ziyad oğlunun tikdiyi” kimi göstərilmiş, halbuki mübahisə predmeti konkret olaraq cavabdehin icarəsinə verilmiş Hacıkənd meşəbəyliyinin 2-ci kvartalının 6a bölməsində yerləşən meşə fondu torpağına aid 0.20 ha sahədir. Hüquqi müəyyənlik və gələcəkdə məhkəmə aktının icrasının mümkünlüyü baxımından bu halın dəqiq göstərilməsi zəruridir.
72. Bundan başqa məhkəmə, cavabdeh tərəfindən apellyasiya icraatında təqdim edilmiş sanitar qovşağın sökülməsinə dair fotoşəkillərə münasibətdə qeyd edir ki, həmin fotoşəkillərdə mişar daşından inşa edilmiş sanitar qovşağının sökülməsi öz əksini tapır. Lakin tərəflərin izahatı müəyyən edilmişdir ki, həmin sanitar qovşağı birinci instansiyası məhkəməsinin qəbul etdiyi yekun məhkəmə aktından sonra sökülmüşdür.
73. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsinin mövqeyi əsaslı olduğundan məhkəmə aktı həmin hissədə ləğv edilməməli və bu hal məhkəmə aktının icrası zamanı nəzərə alınmalı olan haldır.
74. Bundan başqa qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin dördüncü bəndində müqaviləyə xitam verilməsinin əsasları müıəyyən edilmişdir. Müqavilənin müddətinin başa çatması və müqavilənin tələblərinə əməl edilməməsi müqaviləyə xitam verilməsinin əsasları kimi nəzərdə tutulmuş, müqavilənin müddətinin uzadılması ilə bağlı müqavilədə şərt mövcud deyildir.
75. Cavabdeh həm müqavilə şərtlərini pozmuş, həm də hazıda müqavilənin müddəti bitmişdir ki, hazırki vəziyyətə cavabdehin meşə fondu torpaqlarından istifadəsi qanuni əsasa söykənmir.
76. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi nəticə etibarilə düzgün olsa da, mübahisə predmetinin konkretləşdirilməsi və icarə müqaviləsinin predmetinə uyğunlaşdırılması məqsədilə dəyişdirilməlidir.
77. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
78. Yuxarıda göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi – “cavabdeh İbrahimov Ceyhun Ziyad oğlu tərəfindən Hacıkənd meşəbəyliyinin 2-ci kvartalında tikilən 3.0x3.0m ölçüdə mişar daşından inşa edilmiş 1 ədəd sanitariya qovşağı, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində 9 ədəd söhbətgah, 5.2x3.1m ölçüdə 1ədəd mətbəx, 5.8x3.0m ölçüdə 1 ədəd yemək otağı, 6x3.2m ölçüdə 1 ədəd talvar, 13.2x4.3 m ölçüdə dəmir dirəklər üzərində yanları plastik pəncərələrlə bağlanmış 1 ədəd banket zalı, 3.0x3.0m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində quraşdırılmış manqalxana, 3.1x3.1 m ölçüdə 3 ədəd yemək otağı, 3.0x3.0m ölçüdə 1 ədəd taxtadan düzəldilmiş kətəxana, 6.0x18.0 ölçüdə dəmir dirəklər üzərində taxtadan düzəldilmiş bir-birinə bitişik şəkildə 5 ədəd yemək otağı cavabdehin hesabına sökülməsi və ərazi boşaldılması” hissəsində dəyişdirilməli, cavabdeh İbrahimov Ceyhun Ziyad oğlunun Hacıkənd meşəbəyliyinin 2-ci kvartalının 6a bölməsindən icarəsinə verilmiş meşə fonduna aid olan 0.20 ha torpaq sahəsində inşa edilmiş 1 ədəd sanitariya qovşağı, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində 9 ədəd söhbətgah, 5.2x3.1m ölçüdə 1ədəd mətbəx, 5.8x3.0m ölçüdə 1 ədəd yemək otağı, 6x3.2m ölçüdə 1 ədəd talvar, 13.2x4.3 m ölçüdə dəmir dirəklər üzərində yanları plastik pəncərələrlə bağlanmış 1 ədəd banket zalı, 3.0x3.0m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində quraşdırılmış manqalxana, 3.1x3.1 m ölçüdə 3 ədəd yemək otağı, 3.0x3.0m ölçüdə 1 ədəd taxtadan düzəldilmiş kətəxana, 6.0x18.0 ölçüdə dəmir dirəklər üzərində taxtadan düzəldilmiş bir-birinə bitişik şəkildə 5 ədəd yemək otağı tikililəri cavabdeh İbrahimov Ceyhun Ziyad oğlunun hesabına sökülməli və ərazi boşaldılmalı, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
79. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilər.
80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.3, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh İbrahimov Ceyhun Ziyad oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi – “cavabdeh İbrahimov Ceyhun Ziyad oğlu tərəfindən Hacıkənd meşəbəyliyinin 2-ci kvartalında tikilən 3.0x3.0m ölçüdə mişar daşından inşa edilmiş 1 ədəd sanitariya qovşağı, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində 9 ədəd söhbətgah, 5.2x3.1m ölçüdə 1ədəd mətbəx, 5.8x3.0m ölçüdə 1 ədəd yemək otağı, 6x3.2m ölçüdə 1 ədəd talvar, 13.2x4.3 m ölçüdə dəmir dirəklər üzərində yanları plastik pəncərələrlə bağlanmış 1 ədəd banket zalı, 3.0x3.0m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində quraşdırılmış manqalxana, 3.1x3.1 m ölçüdə 3 ədəd yemək otağı, 3.0x3.0m ölçüdə 1 ədəd taxtadan düzəldilmiş kətəxana, 6.0x18.0 ölçüdə dəmir dirəklər üzərində taxtadan düzəldilmiş bir-birinə bitişik şəkildə 5 ədəd yemək otağı cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılması” hissəsində dəyişdirilsin. Cavabdeh İbrahimov Ceyhun Ziyad oğlunun Hacıkənd meşəbəyliyinin 2-ci kvartalının 6a bölməsindən icarəsinə verilmiş meşə fonduna aid olan 0.20 ha torpaq sahəsində 3.0x3.0m ölçüdə mişar daşından inşa edilmiş 1 ədəd sanitariya qovşağı, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində 9 ədəd söhbətgah, 5.2x3.1m ölçüdə 1ədəd mətbəx, 5.8x3.0m ölçüdə 1 ədəd yemək otağı , 6x3.2m ölçüdə 1 ədəd talvar, 13.2x4.3 m ölçüdə dəmir dirəklər üzərində yanları plastik pəncərələrlə bağlanmış 1 ədəd banket zalı, 3.0x3.0m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində quraşdırılmış manqalxana, 3.1x3.1 m ölçüdə 3 ədəd yemək otağı, 3.0x3.0m ölçüdə 1 ədəd taxtadan düzəldilmiş kətəxana, 6.0x18.0 ölçüdə dəmir dirəklər üzərində taxtadan düzəldilmiş bir-birinə bitişik şəkildə 5 ədəd yemək otağı cavabdehin hesabına sökülsün və ərazi boşaldılsın. Qətnamədə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.