Məhkəmə qərarları › İş №2-2(3-7)-61/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-7)-61/2026

20.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-61/2026 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: pul tələbi Işin halları

1. Iddiaçı ##.##.2024-cü il tarixli ərizə ilə Gəncə Şəhər Prokurorluğuna və Gəncə şəhər Baş Polis Idarəsinə müraciət edərək bildirmişdir ki, o, qızıl alğı-satqısı ilə məşğul olur. Əvvəllər tanıdığı Cavabdeh müxtəlif vaxtlarda müxtəlif çeşiddə ondan qızıl əşyaları götürmüş və sonradan pulunu qaytarmışdır. Bundan sonra ondan 56000 manat dəyərində qızıl əşyalarını götürsə də pulunu verməmişdir. Sonradan öyrənmişdir ki, Cavabdeh həmin qızılları lombarda qoyub pul götürmüşdür. Cavabdeh onun etibarını qazandıqdan sonra 56000 manat dəyərində qızıl əşyalarını aldıqdan sonra qaytarmamışdır. Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir.

2. Gəncə şəhər BPI-nin ITI-nin HK-*/*** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2024-cü il tarixli qərarından görünür ki, materaial üzrə hər hansı şəxsin əməlində CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin əlamətləri olmaması qeyd edimiş, müəyyən edilmişdir ki, 2023-cü ilin sentyabr ayından başlayaraq İddiaçı ilə Cavabdeh arasında qeyri-rəsmi olaraq qızıl alğı-satqısı aparılmağa başlanmış, Cavabdeh qazanc əldə etmək məqsədilə İddiaçı müxtəlif vaxtlarda və müxtəlif məbləğdə nisyə qızıllar götürərək aldığı qiymətin üstünə pul qoymaqla həmin qızılları X5 nisyə vermişdir. 2024-cü ilin yanvar ayına qədər olan müddətdə nisyə götürdüyü qızıllara görə Cavabdeh İddiaçı 56000 manat, A.Hüseyovanın Cavabdeh isə 68000 manat borcu yaranmışdır. A.Hüseyova nisyə götürdüyü qızıllara görə Cavabdeh olan 68000 manat borcu qaytara bilmədiyi üçün ##.##.2024-cü il tarixdə Sumqayıt şəhərində yerləşən notariusda Cavabdeh ilə Ağanazın oğlu X6 arasında 68000 manat məbləğində borc müqaviləsi bağlanmışdır. Araşdırma zamanı İddiaçı, Cavabdeh, şahid7, X2, X7, X8, X4, X5 izahatları alınmışdır. Iddiaçı verdiyi izahatda göstərmişdir ki, o təxminən 10 il olar ki, Gəncə şəhər sakini X9 tanıyır. 2023-cü ilin sentyabr ayında Səlimi Əhmədova iş yerinə gələrək ondan xahiş etmişdir ki, ona nisyə qızıl versin, o, da həmin qızılın üstünə müxtəlif məbləğdə pul qoyub satsın və qazanc əldə etsin. Belə ki, o qızılın qramını 85 manatdan alaraq Səlmiyə qramını 88 manata nisyə, bir aya bağlamaq şərti ilə verirdi, Səlmi isə qızılın qramını 115-120 mantdan nisyə verirdi. O Cavabdeh inananraq ilk dəfə ona təxminən 2 min 50 manat dəyərində nisyə qızıl-zinət əşyaları vermişdir. Bundan bir ay sonra Səlimi gətirib 2 min 50 manat borcunu vermiş və yenidən ondan 1025 manat dəyərində nisyə qızıl-zinət əşyaları götürmüşdür. Bundan sonra Səlimi başladı onunla mütamadi olaraq alver etməyə Səlmi ona deyirdi ki, həmin qızılları öz qohumlarına və ya yaxın tanışlarına nisyə verərək daha sonra pullarını alır. 2024-cü ilin yanvar ayının 25-də o, Səlmiyə zəng edərək demişdir ki, nisyə götürdüyü qızıllara görə 56 min manat ümumi borcundan bu günə ödəməli olduğu 36 min manatı gətirib ödəsin. Səlmi demişdir ki, narahat olma özü onu yığacaq. Bundan sonra o dəfələrlə Səlmini yığsa da o, cavab vermədiyi üçün qardaşı Elvinlə birlikdə onun ünvan 1 ünvanına getmişlər. Evin qapısını Səlminin anası Iradə açmış və onları evə dəvət etmişdir. Evdə Səlmi, qızı Iradə, bacısı Xəyalə və anası Iradə olmuş, Səlmi ona demişdir ki, 56 minlik qızılı bir nəfər tanışı Lənkarandan olan və Bakı şəhərində yaşayan Ağanaz adlı xanıma nisyə verib, həmin qadının yaşadığı yeri tanımır, Ağanaz telefonuna cavab vermir. O Səlmiyə demişdir ki, sən nəyə görə onu aldatmısan, sən ondan nisyə qızıl götürəndə hər dəfə yalandan deyirdin ki, qızılları bir nəfarə yox müxtəlif tanışlarına və qohumlarına nisyə verirsən. Həmin günü o və Səlmi razılaşmışlar ki, sabah Bakı şəhərinə gedərək Ağanazı tapıb görək nəyə görə cavab vermir. Həmin gecə saat 02 radələrində Səlmi ona zəng edərək demişdir ki, Ağanazla danışıb ki, sabah onunla Bakıya gəlir, lakin Ağanaz deyib ki, malın sahibini gətirmə, özünüz gəlin danışaq. Sabahsı günü onun səhətində problem olduğu üçün Səlmi, bacısı Xatirə, anası Iradə, Səlminin qızı Iradə və qardaşı Elvin Bakıya getmişlər. Onlar gedib Ağanazın Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, X1 küçəsi, döngə 1, ev 31-ri tapmışlar, evə Salimi, Xatirə, Səliminin anası Iradə və qızı Iradə gediblər, qardaşı maşında qalıb. Onlar gedib gəldikdə demişlər ki, Ağanaz Səlmiyə deyib ki, o, qızılı Bakı şəhərində 4-5 lombarda qoyaraq pul götürüb. Qardaşı bu barədə ona telefonla demişdir. Elə həmin günü Səlmi Ağanazdan pulunu tələb etdi və məcbur etdi ki, Ağanaz onunla borc müqaviləsi bağlasın. Müqavilə bağlanması üçün ortada pul olmalı olduğundan o, onları Sumqayıt şəhərinə tanış nataryusa göndərmişdir. Ağanazın yaşı çox olduğu üçün onun yerinə oğlu X6 ilə Cavabdeh arasında 68000 manat məbləğində borc müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında Ağanaz hər ay 8500 manat pul ödəməli idi. Həmin pulun 56 min manatı onun idi, 12 min manatı isə Səlminin qazanc pulu idi. Bundan bir neçə gün sonra o Gəncə şəhərində yerləşən “Azər-Türk-Bank”-dan qardaşı Elvinin adına 40 min manat kreditə pul götürmüşdür və öz şəxsi avtomobilini satmışdır. O qardaşı Elvin və Səlminin anası Iradəni götürərək Bakı şəhərinə gedib oradan Ağanazla görüşmüşlər və o, Ağanaza demişdir ki, qızılları qoyaraq pul götürdüyü lombbardları göstərsin pulu ödəyib qızılları geri götürsün. O təxminən Ağanazın qızılları verdiyi 4-5 lombarda 18 min 645 manat pul ödəyərək 273,3 qram qızılı geri götürmüşlər. O qızılları satdığı qiymətə geri götürdüyü üçün Ağanazın ona olan 56 min manat borcdan 10 min manatını sildiyini demişdir. Ağanaz hər ay 8500 manat ödəməli olsa da hər ay cəmi 1000 manat pul Səlmini kartına atırdı, Səlmi də ona verirdi. Ağanaz təxminən 4-5 ay aya 4 min 700 manat pul ödəmişdir. Bundan sonra o bir iki dəfə Ağanaza zəng vurub nəyə görə pulu ödəməməsini soruşduqda o, başladı ona hədə-qorxu gəlməyə. O pulunu Səlmidən istəyəndə o, ona dedi ki, nə vaxt Ağanaz pulu ödəyəndə o, da onun pulunu ödəyəcək. Bildirir ki, hal-hazırda Səlminin ona 41 min 300 manat borcu vardır. Qardaşı Elvinin adına götürdüyü kreditin hesabatından çıxarışı izahatına əlavə etmişdir.

3. Material üzrə izahatı alınmış cavabdeh izahatında göstərmişdir ki, o, iddiaçıdan 56000 manatlıq qızıl götürməmişdir. Vüsalə kimi tanıdığı Ağanaz qızıl alveri ilə məşğul olduğunu bildirdiyindən Füzuli ilə Ağanazı tanış etmişdir. Bundan sonra Füzuli Ağanazla qızıl alveri etməyə başlamışlar. Bir müddət sonra Füzuli ona demişdir ki, Ağanaz pul ödəmir. O, Ağanazla danışmış və razlaşmışlar ki, Ağanaz Fizuliyə olan qızıllara görə borcunu ona ödəyəcək və oda həmin pulları Fizuliyə ödəyəcəkdir. Razılaşmaya uyğun Ağanaz elə ay olurdu ki, pulu Fizuliyə və elə ay olurdu ki ona ödəyirdi və oda Ağanazdan aldığı pulları Fizuliyə verirdi. Bir müddət sonra Füzuli ona demişdir ki, Ağanaz pulları ödəmir. O, Ağanazla danışmış və Ağanaz ona demişdir ki, qızıllar lombarddadır, qısa müddətdə qızılları lombarddan çıxarıb satıb Fizulinin borcunu ödəyəcəkdir. Füzuli ona Ağanazla danışmağı və onu qızılları lombarddan çıxardıb Fizulinin borcunu bağlamağa məcbur etməyi bildirmişdir. O, Ağanaza qızılları indi çıxardıb Fizulinin borcunu bağlamağı demişdir. Ağanaz onun və Fiulinin təklifi ilə razılaşmış və bildirmişdir ki, Füzuli gedib borcunun qarşılığında qızılları götürsün. Füzuli bir necə gün sonra Ağanazla danışaraq lombardda olan qızılları borcun qarşılığında götürmüş və bildirmişdir ki, borc bağlanmışdır. X6 ondan 68000 manat borc almış və aralarında müqavilə bağlanmışdır. X6 ilə aralarında bağlanmış ##.##.2024-cü il tarixli borc müqaviləsi ilə Füzuli ilə Ağanaz arasında olan qızıl alverinin əlaqəsi olmamışdır.

4. ##.##.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh ilə X6 arasında borc müqaviləsi bağlanmış, borc verən borc alana 68000 manat borc verməyi, borc alan borcu ##.##.2024-cü il tarixinədək borc verənə 8 ay ərzində hər ay 8500 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür.

5. Gəncə şəhər prokurorluğunun ##.##.2025-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər BPI-nin ITI-də HK-*/*** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, material araşdırma aparılması üçün Gəncə şəhər BPI-nin ITI-ə göndərilmişdir.

6. Audio və fotoşəkillərin diskinin tədqiqindən görünür ki, İddiaçı Cavabdeh səs göndərərək şahid9 borcu ödəmədiyini bildirir.

7. Leobank vasitəsi ilə ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ##.##.2024-cü il tarixdə 900 manat, ##.##.2024-cü il tarixdə 700 manat, ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 500 manat pul ödənilmişdir.

8. Köçürülən pul vəsaitlərinin qəbzlərindən görünür ki, ##.##.2024-cü il tarixdə 3418 manat, ##.##.2024-cü il tarixdə 1496 manat, 1800 manat, ##.##.2024-cü il tarixdə 600 manat, ##.##.2024-cü il tarixdə 510 manat, ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2025-ci il tarixdə 500 manat, ##.##.2025-ci il tarixdə 500 manat, tarixi müəyyən edilməyən vaxtda 1000 manat, 100 manat, 600 manat məbləğində qəbzlər vardır.

9. Xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 39300 manat məbləğində pulun və 207 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhərində yeləşən “Univermaq” adlı yerdə qızıl alqı-satqısı ilə məşğul olur. Əvvələr tanıdığı Cavabdeh ondan müxtəlif vaxtlarda və müxtəlif çeşidlərdə qızıl-zinət əşyaları götürmüş və qızılları satıb pulunu vermişdir. Onlar daha sonra başlamışlar mütəmadi olaraq alver etməyə və nəticədə Səlmi ondan 56000 manat miqdarinda qızıl-zinət əşyalarını satmaq üçün almış, aldığı qızılların bir hissəsinin pulunu qaytarsa da, hazırda Səlminin ona 39300 manat məbləğində borcu qalmışdır. Borcun qaytarılmasını tələb etdikdə isə müxtəlif arqumentlər gətirərək borcu verməkdən yayınmaqdadır. Belə ki, Səlmi borcunun olmasını ##.##.2024-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarda dolayısı yolla etiraf edərək bildirmişdir ki, “O pulun 56662 manatını yanvar ayınadək Ağanaz və digər şəxslər Cavabdeh vasitəsi ilə bağlamışlar. Yerdə 42300 manat pul qalmışdır” ifadəsində yerdə 42300 manat məbləğində pulun qaldığını bildirən Cavabdeh həmin borcun qaldığını etiraf edir, lakin həmin borcun ona məxsus olması ilə hazırda razılaşmır. Səbəb kimi də onu qeyd edir ki, o qızılları götürüb başqa adama vermiş və borcu həmin adam ödəməlidir. Qızıl-zinət əşyalarını o, satması üçün cavabdeh Cavabdeh vermiş, Səlmi qızılları kimə verib, kimdən pulunu ala bilmirsə ona bir aidiyyəti yoxdu. Cinayət işinin rədd edilməsi haqqında qərarda etiraf etdiyi 42.300 manat məbləğindəki puldan müxtəlif vaxtlarda ödənişlər etmiş və hazırda həmin borc 39.300 manat qalmışdır. Borcun olduğunu vatsap yazışmalarından edilən çıxarışlar da təsdiq edir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onun Lalə kimi tanıdığı Cavabdeh təxminən iki il qabaq ondan qızıl götürmüş, sonra götürdüyü qızılların pulunu ona tam qaytarmamışdır. Cavabdeh tərəfindən ona ödənilməli məbləğ 39300 manatdır. Qızıl əşyalarını məhz Səlmiyə vermiş, Səlmi ona qızılları satacağını bildirmişdir. Təxminən 90000 manatdan artıq dəyərdə qızılı Səlmiyə vermişdir. Səlmi qızılları satıb ödənişi ona etməli idi. Səlmi qızılları Gəncə Univermağında ondan hissə-hissə götürmüş, qızılları Gəncə şəhərinə satacağını, dəyərini bir ay müddətinə ödəyəcəyini bildirmişdir. Cavabdeh qızılları verərkən işçiləri onun yanında olmuşdur. Şahidlər də təsdiq edə bilər ki, Səlmi ondan qızıl almışdır. Cavabdehin qızılı kimə aparıb verəcəyini bilməmiş, bununla bağlı ona hər hansı məlumat verməmiş, qızılları verdiyi şəxsi isə tanımamışdır. Ağanaz xanımı sonradan tanımış, bir-iki dəfə görmüş, lakin onunla alış-verişi olmamış, Ağanaza qızıl satmamışdır. Ağanaz xanımla hər hansı danışıqları, habelə borcla bağlı danışıqları olmamışdır. Ağanaz ona hər hansı ödəniş etməmişdir. Səlmi ona demişdir ki, qızıllar Ağanazdadır. Lakin özü Ağanaza heç vaxt qızıl verməmişdir. Səlminin qızılları sırf Ağanaz üçün götürdüyünü bilməmiş, başqa-başqa adamların adını ona çəkmişdir. Sadəcə olaraq cavabdeh onun qızıllarını həmin şəxsə vermiş, o da qızıllarını lombarda qoyub pul götürmüşdür. Belə ki, Səlminin ən son 56000 manat borcu qalmış, qızıllar lombardda olmuş, Bakı şəhərində yerləşən 4-5 yerdən lombarddan eyni gündə qızılları götürmüş, həmin qızıllara görə öz pulunu vermiş, borcdan 10000 manat çıxmış, 46000 borcdan 5700 manat ödəniş edilmiş və 39300 manat borcu qalmışdır. Lombarddakı qızıllar və lombarddakı borc Ağanazın adına olmuşdur. Səlmi ilə danışmış, Ağanazın razılığı ilə onun və Səlmini anasının iştirakı ilə qızılları lombarddan çıxartmışdır. Bundan başqa Ağanaz ilə danışmamışdır. Lombarddan qızılları götürüb pullarını ödəyərkən qardaşı yanında olmuşdur. 500 qram qızılın pulu qədər alacağı qalmışdı. Lombarddan qızılları götürmək üçün təxminən 40000 manat pul ödəmişdir. Ödəniş qəbzlərini isə saxlamamışdır. Səlmiyə verdiyi qızıllarla bağlı dəftərində qeyd aparmış, lakin dəftəri Səlmi imzalamamışdır. Borclu olmasını təsdiq edən Səlmi ilə aralarında olan telefon yazışmaları vardır. Telefon yazışmaları sırf Səlmi ilə onun arasında aparılmışdır. Telefon yazışmalarında cavabdehin borcu barədə məlumatlar var.

13. Həmçinin iddiaçı izahatında göstərmişdir ki, Səlmi xanımı əvvəldən tanıdığı üçün ona etibar etmiş, təxminən ümumikdə 110000 manat dəyərində qızılı cavabdehə vermişdir, verdiyi qızılların müəyyən hissəsi ödənilmiş, 56000 manatlıq 636 qram qızılın pulu qalmış, hazırda da 39300 manat borcu qalmışdır. Səlmi ilə Ağanaz öz aralarında alqı-satqı etmişlər. Səlmi ondan malları götürüb Ağanaza vermişdir. Səlmi ona bildirmişdir ki, Ağanaz qızılları lombarda qoymuşdur. Səlmiyə verdiyi qızılların Ağanazda olmasını ## ###### 2024-cü ildə bilmişdir. Bununla bağlı Səlmigilə getmiş, həmin vaxt evdə anası və qızı olmuşdur. Səlmigilə getdiyi gün Səlmi ona ödəniş etməli olmuş, Səlmiyə zəng etmiş, mesaj yazmış, cavab vermədiyi üçün, o da məcbur qalıb qardaşı ilə onlara getmişdir. Səlmi ondan kart nömrəsi istəmiş, onu Ağanaza atmış, ödənişlər 2024-cü ilin fevral ayından başlamış ## ###### 2024-cü ildə sonuncu dəfə ona ödəniş edilmişdir. Fevralda ödənişə başlmamışdan qabaq Səlmi xanımın ona 46000 manat borcu var idi. Qızıllar lombarda qoyulmuşdur, lombarddan qızılları çıxartmışdır. 10000 manat pulu isə həmin vaxt borcundan silmişdir. Həmin məbləğdə borcu sildiyini Səlmiyə bildirmişdir. Lombardlardan təxminən 383 qram 585 əyyar qızıl götürmüş, qızılları götürəndə qızılın dəyəri 88 manat olmuş, ona görə həmin dəyərlə hesablayıb borcdan çıxmışdır. Lombarda qızılları 72 manatla qoymuşdular. O malları 88 manata satmış və 88 manata geri götürmüşdür. Qızılları Səlmiyə satdığı məbləğdə borcdan silmişdir. Götürdüyü qızılların siyahısı cavabdehlə olan yazışmalarında vardır. Götürdüyü qızılları özü satmışdır. Lombardan sonra ona 5700 manat pul ödənilmişdir. Ağanaz 5700 manatı Səlmiyə ödəmişdir, Səlmi də həmin pulu ona ödəmişdir. Səlmi ilə Ağanazın oğlu arasında bağlanmış borc müqaviləsinin qızılla əlaqəsi vardır. Səlmi demişdir ki, Ağanazdan pulu almağının ancaq bir yolu odur ki, onunla borc müqaviləsi bağlamalıdır. Ağanaz Səlmiyə pulu Səlmiyə verəcəyini, Səlminin də pulu ona ödəməsini bildirmişdir. Ağanaz bununla bağlı ona da demişdir. Səlmi çekləri ona atmışdır. Ödənişləri Səlmi, ya da başqası etdiyini bilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında göstərmişdir ki, hazırda qadın paltarı alqı-satqısı edir. Füzuli ilə özü alqı-satqı etmişdir. Sonradan Ağanaz gəlmiş, Ağanazı o müştəri kimi tanımış, ondan mal aldığına görə tanımışdır. Ağanaz onun bir tanışı vasitəsilə ondan paltar almağa gəlmişdi. Ağanazla tanış olan ərəfədə o qızıl alveri etməmişdir. O belə bir adam olduğunu, qızıl alveri ilə məşğul olduğunu bildirmişdir. Onlar, yəni Fizuli ilə Ağanaz öz aralarında alqı-satqı etmişlər. Həmin şəxsləri o tanış etsə də qızıl söhbəti onların öz aralarında olmuşdur. Belə ki, Ağanaz ona qızına qızıl almaq istədiyini bildirmiş, onda o Ağanazı Füzuli ilə tanış etmişdir. Ağanaz qızına qızılı Füzulidən almışdı. Həmin borc Ağanaza məxsusdur. Ağanazın isə ona borcu yoxdur. Ağanazın oğlunun ona borcu vardır. Ağanazın oğlu ilə o borc müqaviləsi bağlamış, oğluna iş qurmaq istədiyinə görə borc vermişdir. Ağanazın oğlunun 45636 manat ona borcu qalmışdır. Verdiyi pul 68000 manat olmuş, ödəniş etmişdir və 45636 manat borcu qalmışdır. Həmin borc qızıl ilə bağlı deyildir. Ağanaz borcunu ödəyib qutarmışdır. Keçən il Füzuli onunla danışanda demişdir ki, Ağanaz barəsində polisə müraciət etsinlər, pulunu ondan alsın. O Füzuli ilə polisə getməmişdir. Lombarda qoyulan qızıllar Ağanazın qızılları idi. Lombarddan qızılları götürəndə o orda olmamışdır, Ağanaz ilə özü-öz aralarında danışmışlar. O Ağanaza qızıl satmamışdır. Füzuli gəlib ona Ağanazın onun telefonuna cavab vermədiyini bildirmiş, o da Ağanaza zəng etmişdir. Ağanaz ona borcunu ödəməyə pulu olmadığını, 383 qram qızılın lombardda olduğunu, Füzulinin gəlib lombarddan götürməsini bildirmişdir. Füzuli qızılları çıxardandan sonra 6600 manat borc qaldığını bildirmişdir. Lombarda pulu dediyinə görə Füzuli ödəmişdir. Lakin o bunu dəqiq bilmir. Lombarda Ağanaz və onun oğlu, Füzuli və qardaşı, onun anası getmişdir. Füzuli özü ona 6600 manat borc qalır, Ağanaz onu ödəsin borc qutarsın demişdir. Füzuli onlara gələndə anası, qızı, Yeganə, Turanə və Həlimə xanım evdə olmuşdur. 604-24-54 nömrəsini o təxminən 2 ildir ki, istifadə etmir. nömrəni satmışdır. 24-54 rəqəmli nömrəsini 1 il yarımdan çoxdur ki, istifadə etmir, kimin işlətdiyini bilmir. Ödənişləri Ağanaz ona atmış, o da Füzuliyə göndərmişdir. Füzuliyə ödənişlə bağlı qəbzləri 24-54 rəqəmli nömrəsi ilə atmışdır. Ağanaz ödənişləri birbaşa Füzuligilin kartına atmışdır. O, Füzulini və Ağanazı tanış etdiyinə görə Ağanaz ona ödəniş qəbzlərini atmışdır ki, ödənişləri etdiyi barədə məlumatı olsun. 24-54 rəqəmli nömrəsi ilə “whatsapp” tətbiqi işlətmir. 24-54 rəqəmli nömrə ilə Füzuliyə borcu olması ilə bağlı o səs atmamışdır. Səs yazılarını Füzuli ona 24-54 rəqəmli nömrəsinə göndərmişdir. O, Füzuliyə elə bir səs atmamışdır ki, bu qədər borcu vardır. Füzuli demişdir ki, qızılı 140 manatla vermiş, 140 manatla da hesablayıb götürəcək. Ancaq qızılları götürəndə 56 manatla hesablamışdır. Ağanazla danışanda o bilmişdir ki, qızılları 140 manatla vermişdir. Ağanazla Füzulinin arasında olan söhbətdən bilmişdir ki, Füzuli qızılları 52-56 manatla hesablamışdır.

15. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, Səlmi ilə Füzuli arasında olan səs yazısından görünür ki, Füzuli Səlmiyə zəng etmişdir ki, onun pulunu qaytarsın, Səlmi isə ona demişdir ki, o Ağanazla alver etmiş, Ağanaz onun pulunu qaytarmır. Səlmi həmin səs yazısında qızılları Ağanaza satdığını qeyd edir. Lakin qarşı tərəf səs yazısında özlərinə xeyir edən yerləri kəsib təqdim ediblər. Səlmi məhkəmədə Füzulidən qızıl almadığını qeyd etsə də Füzuliyə göndərdiyi səs qeydində 109000 manatlıq alqısatqı etdiyini bildirir. Bundan başqa Ağanazın polisdə verdiyi izahatına uyğun olaraq səs yazısı vardır. Ağanazın şahid kimi dindirilməsi nəzərə alınsa da o məhkəmə iclasına gəlməkdən imtina etmişdir, lakin onun səs yazıları vardır, həmin səs yazıları iş üçün əhəmiyyət kəsb edir, bu səs yazıları məhkəmədə iş davam edəndə göndərilmişdir. Polis orqanın qərarında qeyd edilənlər Səlminin izahatında dəyişdirilmişdir. Həmçinin qərarın ləğv edilməsi səbəbi kimi izahatlarda hər hansı səhv olması qeyd edilməmişdir. Polisin qərarında olan izahatlar əsl izahatlardır, məhkəmə tərəfindən onlar nəzərə alınmalıdır. O cümlədən “whatsapp” yazışmalarında Səlmi nə qədər borcu qalmasını qeyd edir. Əgər onun borcu yox idisə, Füzuli ona nə qədər borcu qalması ilə bağlı yazanda o Füzuliyə irad bildirə bilərdi. X3 borcunun olmaması barədə nəsə yazmamışdır. Qarşı tərəf Səlmi tərəfindən ödənilmiş əvvəlki qəbzləri təqdim edirlər. Iddiaçı tərəf ödənişlərə etiraz etmir. Çünki tərəflər arasında 109000 manatlıq alq-satqı olmuşdur, lakin fevral ayından başlayaraq borcun ödənilməsindən dolayı problemlər yaranmışdır. Bundan başqa cavabdeh tərəf ancaq bir tərəfli səs yazılarını məhkəməyə təqdim etmişdir, lakin həmin səs yazlarına cavab olaraq göndərilən səs yazılarını məkəməyə təqdim etməmişdir. Həmçinin bu səs yazıları təqdim edilməmişdən qabaq polis orqanının qərarı da ləğv edilməmişdir.

16. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil izahatında həmçinin göstərmişdir ki, Səlmi belə mərhəmətli insan oldu ki, 100000 manatlıq qızılın alverində vasitəçi olmuşdur. Onun özünün burda xeyri yox idisə nəyə görə Ağanaz pulları Səlmiyə atırdı. Elə birbaşa Füzuliyə göndərərdi. Füzuli ilə Ağanaz arasında hər hansı yazışma yoxdur, pul gələndə Füzuli Səlmiyə mesaj yazırdi ki, “sağol pul gəldi”. Yəni, Səlminin burda marağı nədir ki, gedib borc müqaviləsi bağlamışdır. Füzuli qızılları Səlmiyə verdiyi üçün Səlminin anası lombarddan qızılları götürməkdə iştirak etmişdir. Ağanazın səs yazısı vardır ki, onun evində dava düşməsin deyə oğlunu göndərib məcbur qalmışdır ki, borc müqaviləsi bağlasın. Səlmi öz nömərisini işlətmədiyi qeyd etsə də şahid həmin nömrə ilə Səlmi ilə əlaqə saxladığını qeyd etdi. Səlmi özü bilir ki, o səs yazılarında borcunu etiraf etmişdir, bunu inkar etmək üçün nömənin işlətmədiyini qeyd etmişdir. Onların dəvət etdiyi şahidlər də ifadə verərək Səlmi xanımın Univermaqdan qızıl aldığı barədə ifadə vermişlər. Iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

17. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 izahatında göstərmişdir ki, cavabdeh tərəfin təqdim ediyi disk yazısı Səlmi və Füzuli arasında olan danışığın səs yazısıdır. Borcun kimə məxsus olduğunu, alqı-satqının reallıqda kimlər arasında olduğunu təsdiq edir. Birinci iddiaçı əsaslandırmalıdır ki, borc nəyə görə, nəyə əsasən, nədən yaranmışdır. Iddiaçı bunları izah edə bilmir. Birinci əsaslandırılmalıdır ki, iddiaçı həqiqətən qızıl vermişdirmi, nə qədər vermişdir. Səlmi polisdə izahat verərkən iddiaçıya borcu olması barədə izahat verməmiş, polis orqanının qərarında təhrif olunmuş izahat olmuşdur. Səlmi ilə Ağanazın oğlu arasında bağlanmış borc müqaviləinin bu işə aidiyyəti yoxdur, Ağanazın oğlu ilə Səlmi arasında olan məsələdir. Füzulinin qardaşı izahatında Füzulinin izahatında qeyd etdiklərini təsdiq etmişdir. Füzulinin izahatından belə sual yaranır ki, Ağanızın ona borcu yox idisə o niyə məcbur idi ki, Səlmiyə pul tapıb borc müqaviləsi bağlatdırsın. Hesab etmişdir ki, Ağanazın ona borcu vardır, pulu itməsin deyə belə bir müqavilə bağlanmasını tələb etmişdir. Cavabdeh tərəf öz izahatında Füzuliyə borcu olması barədə hər hansı ifadə işlətməmişdir. Izahatlardan borcun Ağanaza məxsus olması aydın olur. Lombarddan qızılları götürəndə qızılın qramının dəyəri 140 manat olmuşdur, 383 qram qızıl 56000 manat pul edir, iddiaçı 11000 manat lombarda pul ödəmişdir, lombarddan götürülən qızıllar mövcud borcu ödəyir. Ağanazın polisdə olan izahatından da aydın olur ki, borc Ağanaza məxsus olmuşdur. Təqdim olunmuş “whatsapp” yazışmaları sübut deyildir, sübut olması üçün ən azından orada hansı qızılların olması qeyd edilməli idi. Müəyyən edilməlidir ki, hansısa yazışma ordan silinmişdirmi, hansısa düzəliş aparılmışdırmı. Həmçinin həmin yazışmalarda Səlminin Füzuliyə borcu olması qeyd edilməmişdir. Polisdə verilmiş izahatlardan da müəyyən edilmişdir ki, Ağanaz pulu ödəyəcəkdir Səlmiyə, Səlmi də həmin pulu Füzuliyə ödəyəcəkdir. Ona görə Ağanaz ödəniş edəndə Füzuli Səlmiyə nə qədər borc qalmasını yazmışdır, lakin Səlmi həmin borcun ona məxsus olmasını qeyd etməmişdir. Azərbaycanda çox sahibkarların bir-biri ilə alış-verişi mövcuddur, o demək deyildir ki, kiminsə kiminlə alqı-satqı etməsi kiminsə borclu qalmasına dəlalət edir. Iddianın predmeti qızıl alqı-satqısıdır, guya iddiaçı Səlmi ilə qızıl alqı-satqısı etmişlər və 39300 manat borc formalaşmışdır. O Füzulidən dəfələrlə soruşmuşdur ki, o hansı miqdarda Səlmiyə qızıl satıb, Füzuli buna dəqiq cavab verə bilmədi, həmçinin verdiyi qızılları öz dəftərində qeyd etdiyini desə də Səlminin həmin dəftərə imza çəkmədiyini dedi. Verdiyi qızılların miqdarının sonrdan təxminən 683 qram olduğunu bildirdi. Təxminən verilən iddia əsaslı ola bilməz. Yəni iddiaçı borcun nədən yarandığını göstərə bilmir. Bundan başqa, Füzuli birinci iclasda dedi ki, Ağanazın adına olan qızılları lombarddan götürməmişdir. Onların təqdim etdiyi sübutlardan sonra lombarddan qızıl götürdüyünü etiraf etdi, 383 qram qızıl götürdüyünü bildirdi və borcdan 10000 manat çıxdığını bildirdi. Nəyə görə borcdan 10000 manat çıxır, burda nəyin mübahisəsi gedə bilər, əgər verilən qızılları geri götürmüşdürsə, ancaq lombarda verdiyi pulları tələb edə bilərdi. Şahidlər də ifadə verdi ki, Füzuli lombarddan qızılları götürdükdən sonra 6600 manat Ağanazın ona borcu qalmışdır. O cümlədən 13200 manat Fizuliyə pul ödənilməsini qəbzlər sübut edir. Iddia ərizəsində iddiaçı özü qeyd etmişdir ki, 56000 manat Səlmi ondan qızıl almış, sonrdan 39300 manat borcu qalmışdır. 56000 maantdan 13200 çıxanda 42800 manat borc qalır, lombarddan isə qızılları götürdükdən sonra necə ola bilər ki, 39300 manat pul qalmışdır. 383 qram qızıl isə həmin vaxtda qızılın dəyərinə əsasən 53000 manat edir. 53000 manat pulun üzərinə də 13200 gələndə 66300 manat pul edir. Bundan başqa Füzuli polisdə Səlminin 4700 manat ödədiyini bildirsə də məhkəmədə Səlminin ona 5700 manat ödədiyini bildirmişdir. Bu Füzulinin olan daxili inamı zəiflədir. Şahidlərinin məhkəmədə verdiyi ifadə ilə polisdə verdiyi ifadələr eynilik təşkil etmişdir. Bundan başqa iddia tələbi səhv adama qarşı qaldırılmışdır, X10 tanış etmişdir. Səs yazılarında Füzuli özü bildirmişdir ki, “arvad” pulları ödəmir, hansıki məhkəmə müəyyən etdi ki, həmin şəxs Ağanazdır. Füzuli bunu bildiyi üçün Ağanazla borc müqaviləsi bağlatdırmışdır, yoxsa həmin müqaviləni özü Səlmi ilə bağladardı ki, Səlminin ona borcu vardır. Füzuli polisdə bildirmişdir ki, Səlmi qızılları aparıb lombarda qoymuşdur, ancaq qızılları lombarda qoyan Ağanaz olmuşdur. Polis orqanı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən biri olan raportdan aydın olur ki, 8 ay qabaq Füzuli lombarddan qızıllarını götürsədə polisə müraciət edərək Səlminin qızılları lambarda qoyduğunu bildirmişdir. Səlmiyə qarşı belə bir iddianın qaldırılması absurddur. Polisə verdikləri izahatlarında Füzuli və onun qardaşı bildirir ki, “Ağanaza dedim niyə borcumu ödəmirsən və lombarddan qızılları götürüb dedim ki, sənin borcundan 10000 manat sildim”. Əgər qızılları Səlmi vermişdirsə qızılları gedib Səlmi tələb edərdi, nəyə görə Füzuli Ağanazdan qızılları tələb edirdi. Füzulidən Səlmi pulu o vaxt tələb edərdi ki, işin faktiki halları ilə müəyyən edilərdi ki, Səlmi Füzulu qarşısında cavabdehlik daşıyır. Qarşı tərəfin şahidləri məhkəmə iclasında ifadə verərkən bildirdilər ki, Səlmi Füzulidən qızıl götürmüşdür, miqrdarını soruşanda isə 20000 manat miqdarında verdiklərini dedilər. Füzuli bəyin satıcısı isə Səlmiyə nə qədər qızıl verdiklərini bilmədi. Həmçinin şahidlər Füzuli ilə Səlminin qızıl salqı-satqı etməsinə dair fərqli müddətlər bildirdilər. Sübutları onu təsdiq edir ki, Səlminin borcu yoxdur, Səlmi bu işdə cavabdehlik daşımır. Füzuli pulunu gedib Ağanazdan tələb edərdi. Yazışmalarda isə Səlmi Füzuliyə borcunun olmasını etiraf etməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid8 ifadəsində göstərmişdir ki, Cavabdeh onun xalası nəvəsidir, onların həyətində oturarkən İddiaçı qızılları şahid9 verdiyini görmüşdür. şahid9 2 dəfə qızıl verəndə orada olmuşdur. şahid9 İddiaçı qızıl götürmüşdür. Cavabdeh qızıl isə verdiyini görməmişdir. Bildiyinə görə şahid9 ilə İddiaçı arasında borc məsələsi vardır. şahid9 da olan pulunu almaq üçün İddiaçı Cavabdeh kömək istədiyini eşitmişdir.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, Füzuli ilə onun qızıl satdığı yer bir birinə yaxındır. Səlmini o Lalə kimi tanımışdır. Səlmi 10 ildən artıqdır ki, qızıl alıb-satırdı. Səlmi Füzulidən həmişə qızıl alırdı. Səlmini qızıl almağa gələndə görmüşdür. Səlminin Füzulidən qızıl aldığına şahid olmuşdur. Gah bir aydan bir, gah on beş gündən bir, elə olurdu bir həftədən bir gəlib-gedirdi. Gələndə tək gəlirdi. Səlmi onlardan da qızıl alırdı. Onlardan qızılları nisyə alırdı. Füzulidən də qızılları nisyə alırdı. Səlmi hər dəfə fərqli dəyərlərdə qızıl alırdı. O bildiyi qədəri ilə Füzuliyə 40000 manata yaxın borcu vardır. Səlmi az-az borcundan ödəyirdi. Ondan da qızıl almışdır. Səlmi qızılları satmaq üçün alırdı. Ondan aldığı qızılları özünə alırdı. Axırıncı dəfə nə vaxt gəldiyini bilmir. Səlmini pul verəndə görməmişdir.

20. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid5 ifadəsində göstərmişdir ki, satış etdiyi yer Füzuliyə yaxındır, ancaq bir az kənardadır. Səlmi ilə Füzulinin həmişə alver etdiyini görmüşdür, sonradan bilmişdir ki, Səlmi mal götürmüş lakin pulunu vermir. Dəfələrlə Səlmini qızıl alanda görmüşdür. Uzun müddətdir ki, Səlmi ilə Füzuli alver edirlər. Dəqiq neçə il olduğunu bilmir. Qızıl almağa gələndə tək də gəldiyini, arada bir xanımla da gəldiyini görmüşdür. Aıxırıncı dəfə nə vaxt gəldiyini xatırlamır. Nə qədər qızıl alqı-satqı etdiklərini bilmir. Səlminin dəqiq nə qədər borcu olduğunu bilmir. 20000 manat ətrafında borc olmalıdır. Füzulinin Bakıya gedib lombarddan qızıl götürüb gəldiyini bilmir. O ancaq mal alıbsatanda görmüş, pulu veriləndə görməmişdir. Onların hamısı nisyə mal satışı edirdilər. Səlmi ondan qızıl almamışdır.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, əmək müqaviləsi ilə 3-4 ildir ki, Füzuli müəllimin yanında satıcı işləyir. Əvvəlcə də başqa şəxslərlə işləmişdir. Səlmi həmişə gəlib onlardan nisyə mal alırdı. Füzuli müəllimlə işləməmişdən qabaq da Səlmi qızıl almağa gələndə görmüşdür. Səlmi 2022-ci ildən nisyə qızıl almışdır. Səlmi xanım ilə Füzuli müəllim uzun müddətdir alqı-satqı edirdilər. Səlmini alverçi kimi bilir, o qızıl alqı-satqısı edirdi. Elə olurdu ki, Səlmi iki gündən bir gəlirdi, elə olur ki, hər gün gəlirdi. Qızıl götürəndə hansısa sənədə qol çəkmirdi. Səlmiyə qızılları Füzuli müəllim olmayanda o verirdi, özü olanda özü verirdi. Qızıl verəndə çəkisi ölçülüb verilirdi. Verilən qızılın çəkiləri fərqli olurdu. Qızılı qramla verirdilər, o məbləğini bilməmişdir. Neçə min manatlıq qızıl aldığını bilmir. Gələndə tək də gəlirdi, anası ilə də gəlirdi. Səlminin anasının adını bilmir. Səlmi xanım Füzuli müəllimə nə qədər pul verməli idi bilmir. Ümumilikdə nə qədər qızıl verildiyini bilmir. Füzuli müəllimin lombarddan gedib qızılları çıxardıb-çıxartmadığını bilmir. Füzuli müəllim Səlmi xanımın borcunun çox olduğunu demişdi, ancaq məbləğini deməmişdi.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir ki, Səlmi xanımla onlar alver edirlər, ondan paltar alırlar, onu elə tanımışdır. Günlərin birində yenə paltar alan zaman səs-küy eşitmiş, Füzuli bəy və yanında başqa bir oğlanı görmüşdür. Füzuli bəy Səlmi xanıma Ağanaza zəng etdiyini, telefonunu götürmədiyini, pulunu vermədiyini, onu Ağanazla onun tanış etdiyini. onun zəng etməsini bildirdi. Səlmi xanım da Ağanaza zəng etdi, Ağanaz xanım ona dedi ki, pulu yoxdur, lombarda 11000 manat borcu var, versinlər qızılları lombarddan çıxarsınlar. Füzuli bəy Səlmi xanıma dedi ki, lombarddan qızılları özü çıxardacaq, verdiyi qiymətə qızılları hesablayacaqdır. Qalan pulu Ağanazadan Səlmi alıb Füzuliyə verər. Təxminən 383 qram qızıl olmalı idi. Həmin qızılları lombarda Ağanaz qoymuşdu. Səlmi xanım Ağanaz xanımla telefon vasitəsi ilə danışırdı. Telefon danışığı bitdikdən sonra Səlmi ilə Füzuli arasında olan söhbətdən Ağanazla telefonda nə danışıldığını bildi. Füzuli dedi ki, qızılları 140 manatdan vermişdir, elə də geri götürəcək. Füzuli Səlmi xanıma dedi ki, qızılları lombarddan götürəndən sonra 6600 manat pul qalır, Ağanazdan həmin pulu alar, məsələ bitər. Həmin vaxt evdə anası, o, Səlmi xanımın qızı, anası, bacısı və Həlmə xanım var idi. Füzuli bəy qardaşı ilə gəlmişdir. Füzuli öz dili ilə Səlmi xanıma dedi ki, Ağanazla onu Səlmi tanış etmişdir. Səlmi xanım Füzuliyə dedi ki, Ağanazla onu tanış etmişdir, ona deməmişdir ki, onun pulunu verməsin. Səlminin borcunun olması barədə nəsə deyilmədi. Söhbət Ağanaz xanımın üzərindən gedirdi. Dəqiq nə qədər puldan söhbət getdiyi yadında qalmayıb. Ağanazla telefon danışığını o eşitmədi, Səlmi xanım Ağanazla telefonla danışdığını Füzuliyə deyirdi.

23. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, Səlmi xanım gilə getmişlər, iki nəfər kişinin gəlib evə girdiyini görmüşdür. Gələn kişilər Səlmi xanıma Ağanazın zəngi götürmədiyini bildirdi. Səlmi xanım da zəng etdi Ağanaza, o da dedi ki, 11000 manat lombarda borcu var. Səlmi xanımla Ağanaz telefonda danışırdı, danışdıqlarını da Füzuliyə deyirdi. Füzuli yanında qardaşı ilə gəlmişdi. Bu hadisə olanda təxminən qış fəsli idi. Evdə həmin vaxt, o, qızı, Səlmi xanım, anası və uzunboy bir xanım var idi. Füzuli bəyi tanıyır, onu Səlmi xanım gildə görmüşdür. Iradə xanım Səlmi xanımın anasıdır. Həlimə də Səlmi xanımdan alver edən şəxsdir. O Səlmi xanımdan həmişə alver edir, ondan mal alır. Həmin vaxt da mala baxmağa getmişdi. Füzuli də dedi ki, o lombarddan qızılları götürəcək, yerdə qalan borcu ödəyərlər. Eşitdiyinə görə də yerdə qalan borc 6600 manat idi. Füzuli də Səlmiyə dedi ki, həmin pulu Ağanazdan alıb ona verər. Lombarddakı qızılların çəkisi 383 qram idi. Eşitdi ki, ordakı qızılları 140 manatdan hesablayacaq. Bakıya getməkləri barədə nəsə bilmir. Füzuli Səlmiyə dedi ki, 6600 də ona verəndən sonra onların məsələsi qutaracaq. Səlmi xanım Ağanazın qızılları almasında vasitəçi olmuşdur. Füzuli Səlmi xanıma demədi ki, onun pulu Səlmi xanımdadır, dedi ki, onun qızılları Ağanazdadır. Füzuli Səlmi xanıma dedi ki, özü gedəcək, qızılları lombarddan çıxardacaq, yerdə 6600 manat pul qalacaq, həmin pulu da Ağanazdan alıb ona verər. Füzulinin qızılları neçədən satdığını bilmir. Səlmi xanım Ağanazın dilindən deyirdi ki, qızılları lombarda qoymuş, 11000 manat borcu var, gərək o pul ödənilsin, qızıllar götürülsün, onun həmin qızılları götürməyə pulu yoxdur. Füzuli də dedi ki, o götürər. O Səlmi xanımdan soruşdu ki, nə məsələdir, o da elə eyni şeyləri ona dedi. Səlmi xanımın satdığı qızıllara 1-2 dəfə baxmışdır, imkanı çatmadığı üçün almamışdır. Səlminin qızılları kimdən aldığını bilmir.

24. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid7 ifadəsində göstərmişdir ki, Səlmi onun qızıdır, Səlmi ilə Füzuli arasında əvvəllər qızıl alqı-satqısı olmuşdur. Səlmi əvvəllər qızıl alveri edirdi, indi qızıl alveri ilə məşğul olmur. Uzun illər əvvəl qızıl alveri etmişdir. Səlmi ilə Ağanazı da başqa bir adam tanış etmişdir. Müştəri onların evinə gələndə Ağanaz da yanında gəlmişdi. Ağanazı onların evdə bir dəfə paltar alanda görmüşdür. Ağanaz Səlmiyə demişdi ki, qızıl da almaq istəyir, həmin vaxt Səlmi Ağanaza demişdir ki, Füzuli adlı tanış var, o qızıl alveri edir. O Ağanazla Füzulinin tanış olmasında vasitəçi olmuşdur. Ağanazla Füzuli arasında birinci dəfə deyildi ki, alver edirdilər, bir neçə dəfə Ağanazla Füzuli qızıl alqısatqısı etmişdilər, lakin axırınci dəfə Ağanaz pulunu vermədiyi üçün Füzuli qardaşı ilə onlara gəldi. Füzuli onlara gələndə, qızı, o, Həlmə, Yeganə və Turanə var idi. Qızı evdə paltar satdığı üçün Yeganə və Turanə də evlərində idilər. Füzuli Səlmiyə dedi ki, Ağanaz onun pulunu vermir. Səlmi də zəng etdi Ağanaza, Ağanaz ona dedi ki, Füzuli gözləsin, gözləyə bilmirsə qızılları lombarda qoymuşdur, gəlsin çıxartsın. Həmin vaxt Səlmi Ağanazla telefonda danışdı. Füzuli Səlmiyə dedi ki, getsin qızılları lombarddan götürsün, Səlmi də Füzuliyə dedi ki, pulu yoxdu, götürür getsin özün götürsün. Füzuli də dedi ki, onda bir nəfər onlardan Füzuli ilə gəlsin, o da Füzuli ilə Bakıya getmişdir. Səlmi xəstələndiyi üçün o, Füzuli ilə Bakıya getmişdir. Bir neçə lombarda getdilər, Füzuli qızılları lombarddan çıxardı, dedi 6600 manat pul qaldı, Səlmiyə dedi ki, 6600 manatı Ağanazdan alıb ona verər. Füzulidən qızılları Ağanaz özü gəlib götürürdü. Ağanaz Bakıdan gəlib qızılları götürürdü, ya da qızıllar maşınla da göndərilirdi. Ağanaz və Füzuli danışanda bilmişdir ki, qızılları maşınla da Füzuli Bakıya Ağanaza göndərir. Ona bunları Səlmi demişdi. Ağanaz pulu Füzulinin telefonuna və ya işçilərinə göndərirdi. Qızılları lombarddan Füzuli özü götürdü, o qıraqda durmuşdu, üç-dörd yedə lombarda getdilər. Ağanazla Füzuli qızılları təhvil alırdılar. Füzuli 11000 manat pul ödədi, 383 qram qızıl götürdü. Dedi ki, qızılları 140-dan hesbalayacaq, borcundan çıxacaq. Yerdə 6600 manat borc qaldı. Sonradan Səlminin 6600 manatı Ağanazdan alıb verdiyini bilmədi. X10 tanış etdiyi üçün Füzuli Səlmiyə onunla Bakıya, lombarda gəlməsini dedi. X10 tanış etdiyi üçün Füzuli ona Ağanaz pul verəndə, ödəniş edəndə Səlmiyə deyirdi.

25. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid6 ifadəsində göstərmişdir ki, Səlmi xanım onun müştərisidir, o da Səlminin müştərisidir. Belə ki, Səlmi xanımı çoxdan tanıyır, onun müştərisi idi, sonrdan bilmişdir ki, paltar satır, o da onun yanına getmişdir. O mal almaq üçün Səlmigilə gedib-gəlirdi, Füzulinin qardaşını Səlmigildə görmüşdür. Füzuli bəyin yanında gələn şəxsi tanımır. Ondan başqa Səlminin digər müştəriləri də var idi, onları ancaq müştəri kimi tanıyır, yaxından tanımır. Həmin vaxt mal almağa getmişdi. Təxminən qış ayları idi. Füzulinin qardaşı Səlmiyə deyirdi ki, zəng edirik cavab vermir, pulu ödəmir. Səlmi zəng etdi danışdı. Zəng etdiyi adamın adı ya Vüsalə, ya da ki, Ağanaz idi. Sonra Səlmi telefonla danışdı, danışan adam dedi ki, pulu ödəyə bilmir, gəlsinlər lombarddan qızılları götürsünlər. Səlmi telefonda eşitdiyi sözləri Füzuliyə deyəndə o eşitmişdir. Eşitdiyinə görə 11000 manat pul ödəyib qızlları götürməli idi. O Bakıya gedəndə Səlminin anası da onunla getmiş, yolda Füzulinin Bakıda lombarddan qızıl çıxardacağını eşitmişdir. O elə eşitmişdir ki, borc məsələsi Vüsalə ilə Füzuli arasındadır. Səlmi xanımla “whatsapp” tətbiqində 604-24-54 nömrəsi ilə əlaqə saxlayır. 604-24-54 nömrəsi ilə telefonla da danışır.

26. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Gülnaz Quliyeva) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

27. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Gəncə şəhər prokurorluğunun ##.##.2025-ci il tarixli qərarı ilə Gəncə şəhər BPI-nin ITI-nin HK-*/*** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərarı ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Gəncə şəhər BPI-nin ITI-nə göndərilmişdir. Məhkəmə tərəfindən Gəncə şəhər BPI-nin ITI-nin HK-*/*** nömrəli material üzrə araşdırma materialları alınmışdır. Həmin materiallarda olan cavabdehin izahatından görünür ki, o İddiaçı 56000 manat qızıl-zinyət əşyaları götürməmiş, iddiaçı ilə şahid9 tanış etmiş, onlar öz aralarında alver etməyə başlamışlar. Bir müddət sonra isə iddiaçı ona şahid9 pulu ödəmədiyini bildirmiş, o da sonuncudan İddiaçı aldığı qızılların pulunu tələb etmiş, razılaşmaları belə olmuşdur ki, şahid9 pulunu ona, o isə İddiaçı ödəyəcək. Məhkəmə iclasında da cavabdeh Cavabdeh iddiaçıya borcu olmadığını, sadəcə olaraq iddiaçı İddiaçı ilə digər şəxs şahid9 tanış etdiyini, iddiaçının həmin şəxsə qızıl verdiyini, onları tanış etdiyi üçün ödənişlərlə bağlı qəbzi şahid9 ona göndərdiyini, o isə qəbzləri iddiaçıya göndərdiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, məhz borcun dollayı yolla cavabdeh tərəfindən etiraf edilməsi ilə bağlı iddiaçının göstərdikləri təsdiq edilmir.

28. Bundan başqa məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş telefon vasitəsi ilə yazışmaların fotoşəkillərinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı cavabdehin göndərdiyi pul məbləğlərini borcdan çıxmaqla yerdə qalan borcu yazdığını bildirmişdir. Həmin yazışmaların cavabdehin ***-***-**-** nömrəli telefonu ilə aparıldğını bildirmişdir. Cavabdeh isə həmin mobil nömrədən əvvəllər istifadə etdiyini, hazırda istifadə etmədiyini bildimişdir. Iddiaçı tərəfindən təqdim edilən yaışmaların onunla iddiaçı arasında aparılmadığını bildirmişdir.

29. Lakin məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə eyni zaman da cavabdeh tərəfindən təqdim edilən yazışma fotoşəkili, habelə ödənişlərlə bağlı qəbzlər həmin yazışmaların iddiaçı ilə cavabdeh arasında aparılmasından xəbər verir. Həmin yazışmalarda “41.300 ma-500 man = 40.800 man qaldı, 40800-500=40300 man qaldı, salam hə gəldi 39800 man-500 man =39300 man qaldı” kimi yazılar vardır. Lakin həmin yazılarda məhz borc məbləğinin cavabdehə aid olması müəyyən edilmir.

30. Məhkəmə həmçinin bildirmişdir ki, iddiaçının digər sübutu şahid ifadələridir. Iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər şahid1, şahid5 və şahid3 Cavabdeh İddiaçı qızıl almasına şahid olduqlarını, lakin hansı məbləğdə, hansı çəkidə qızıl verilməsini bilmədiklərini, tərəflər arasında eşitdiklərinə görə borcla bağlı mübahisə yarandığını bildirmişlər.

31. Həmçinin, iddiaçı cavabdehin borcu etiraf etdiyini bildirməklə məhkəməyə səs yazısı təqdim etsə də məhkəmə sübutu məhkəmə baxışında verildiyindən tədqiq etməmişdir.

32. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 448.1, 448.2 və 567-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

33. Iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

34. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cinayət işinin rədd edilməsinə dair qərarda cavabdeh özü hər şeyi etiraf etmiş, hətta bacısı da borcun Səlmiyə aid olduğunu bildirmişdir. Qeyd etmək zəruridir ki, hər şey planlı şəkildə həyata keçirilmişdir. Belə ki, öncə həmin qərardan şikayət verilmişdir və qərar Gəncə Şəhər prokuroru tərəfindən ləğv edilmişdir. Daha sonra məhkəmənin sorğusuna əsasən iş materialları tələb edilmiş və həmin materiallarda izahatlar fərqli şiriftlərlə və başqa izahat ortaya çıxmışdır. Lakin, məhkəmə həmin qərarın hansı əsaslarla ləğv edilməsi və qərardan verilmiş şikayətin məzmununa nəzər yetirməmişdir. Çünki, iki əsas şəxsin izahatında bu qədər yanlışlıq ola bilməzdi. Bir cümlə və ya iki cümlədə yanlışlıq ola bilərdi, yoxsa bütün izahatın qərardan fərqli olması absurddur. Həmçinin, şriflərində fərqli olması onu göstərir ki, izahatlar sonradan dəyişdirilmişdir. Bununla bağlı aidiyyatı orqanlara da tərəflərindən şikayətlər ünvanlanmışdır. Bundan başqa dəfələrlə vəsatət vermişlər ki, cavabdehin iddiaçı ilə arasında olan Whatsap səs yazışmaları məhkəmə iclasında tədqiq edilsin, lakin məhkəmə həmin vəsatətləri məhkəmə baxışında təqdim etdiklərini əsas gətirib təmin etməmişdir. Lakin nəzərə almadı ki, izahatlar sonradan dəyişdirildiyinə görə və qərarda başqa, iş materiallarında başqa izahatlar olması onu göstərirdi ki, cavabdeh qərarda dolayısı ilə etiraf edir və iddiaçı həmin qərarı əsas götürüb məhkəməyə müraciət etmişdir. Lakin sonradan həmin fərqli və dəyişidirlmiş izahatları nəzərə alıb məhkəmə səs yazılarını tədqiq edə biləcəyi halda, vəsatətlərini təmin etməmişdir. Qeyd edir ki, onlar həmin vəsatətlərdə səs yazılarının mətnini də vəsatətlərində qeyd etmişdir. Apellyasiya şikayətində də qeyd etməyi zəruri hesab edir. Belə ki, Whatsap mobil tətbiqi vasitəsiilə Füzuliyə səs ataraq ona bildirmişdir ki, “yaxşı bunu heç kimin yanında demə tu tu tu maşallah prosta az işləyirəm də, yəni biyveclərlə işləsəm, yəni hər yazana mal versəm bu bunun iki qatı olar, dünən oturub hesablamışam elə bil biz səninlə alverə başlamışıq 26-sı 9-u aydan, həmin vaxtdan bu günə qədər 108 min, 109 min deyək, 109 minlik mal satmışam onun 53 mini ödənilib, indi də yerdə 51 min nə qədər pul qalıb, onunda inşallah 27-28 minini bu ay bağlasam, qələn aya 26 min nə qədər ödənişim qalır”. Göründüyü kimi cavabdeh hər zaman iddiaçı ilə alış-veriş edəndə ona səs ataraq daha çox qızıl istəmişdir və satışla bağlı ona məlumat vermişdir. Bundan başqa səs yazısında da Füzuli ilə Səlminin qızıl alveri etdikləri aşkardır. Lakin, məhkəmə bu xüsusatlar nəzər yetirməmişdir. Həmçinin, bir çox belə səs yazısı olmasına baxmayaraq məhkəmə vəsatətlərini təmin etməyərək iddiaçının sübut təqdim etmə hüququnu məhdudlaşdırmışdır. Bundan başqa cavabdehin nümayəndəsi vəsatət verərək şahid9 şahid kimi dindirilməsini xahiş etmişdir. Lakin, şahid9 dəfələrlə çağrılsa da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə gedişində Ağanaz Füzuliyə səs ataraq onunla Füzuli arasında hər hansı alverin olmadığını və Səlmi ilə arasında alver olduğunu bildirmişdir. Həmin səs yazılarının da məhkəmə iclasında dinlənilməsi zəruri idi. Çünki, şahid kimi dəvət olunan Ağanaz məhkəmə iclasına gəlməkdən boyun qaçırmışdır və belə olan halda onun Füzuliyə vatsapla göndəriyi səslər məhkəmə tərəfindən tədqiq edilməli idi. Çünki həmin səslərdə Ağanaz hər şeyi açıq-aydın bildirmişdir. Bundan başqa Ağanazın oğlu ilə Səlmi arasında bağlanan borc müqaviləsi əslində Ağanazın Səlmiyə olan borcuna görə bağlanmışdır. Nəzərə almaq lazımdır ki, Səlmi ilə Ağanazın oğlu arasında hər hansı alver olmamışdır. Məhkəmə isə həmin borcun hansı əsasla yarandığını müəyyən etməmişdir. Yuxarıda qeyd etdiyi hallar onu göstərir ki, Füzuli ilə Səlmi arasında qızıl alveri olmuş, yəni Səlmi Füzulidən qızıl almış və fərqi şəxslərə, o cümlədən də Ağanaza satmışdır. Daha sonra Ağanazın külli miqdarda borcu yarandıqda oğlu ilə borc müqaviləsi bağlamışdır. Məhkəmədə isə bildirmişdir ki, guya Səlmi ilə Füzuli arasında heç bir qızıl alveri olmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş telefon vasitəsi ilə yazışmaların fotoşəkillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehin göndərdiyi pul məbləğlərini borcdan çıxmaqla yerdə qalan borcu yazdığını bildirmişdir. Həmin yazışmaların cavabdehin ***-***-**-** nömrəli telefonu ilə aparıldğını bildirmişdir. Cavabdeh isə həmin mobil nömrədən əvvəllər istifadə etdiyini, hazırda istifadə etmədiyini bildimişdir. Iddiaçı tərəfindən təqdim edilən yaışmaların onunla iddiaçı arasında aparılmadığını bildirmişdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı ilə eyni zaman da cavabdeh tərəfindən təqdim edilən yazışma fotoşəkili, habelə ödənişlərlə bağlı qəbzlər həmin yazışmaların iddiaçı ilə cavabdeh arasında aparılmasından xəbər verir. Həminyazışmalarda “41.300 ma-500 man = 40.800 man qaldı, 40800-500=40300 man qaldı, salam hə gəldi 39800 man-500 man =39300 man qaldı” kimi yazılar vardır. Lakin həmin yazılarda məhz borc məbləğinin cavabdehə aid olması müəyyən edilmir. Iddiaçının digər sübutu şahid ifadələridir. Iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər şahid1, şahid5 və şahid3 Cavabdeh İddiaçı qızıl almasına şahid olduqlarını, lakin hansı məbləğdə, hansı çəkidə qızıl verilməsini bilmədiklərini, tərəflər arasında eşitdiklərinə görə borcla bağlı mübahisə yarandığını bildirmişlər. Həmçinin iddiaçı cavabdehin borcu etiraf etdiyini bildirməklə məhkəməyə səs yazısı təqdim etsə də məhkəmə sübutu məhkəmə baxışında verildiyindən tədqiq etməmişdir. Bununla bağlı bildirir ki, göründüyü kimi cavabdehin dəlilləri formal xarakter daşıyır. Belə ki, məhkəmə iclasında cavabdeh qeyd etmişdir ki, 055-604-24-54 nömrəsini əvəllər işlətmiş, lakin hazırda işlətmir. Bununla bağlı qeyd edirəm ki, cavabdehin vəsatəti əsasında dindirilən şahid şahid2 və şahid4 məhkəmə iclasında soruşdum ki, siz Səlmi ilə hazırda hansı nömrə ilə əlaqə saxlayırsız, onlar bildirdilər ki, biz Səlminin 055-604-24-54 nömrəsi vasitəsi ilə əlaqə saxlayırıq. Bu da nömrənin hazırda cavabdeh tərəfindən işlətməməsi dəlilinin yalan olduğunu ortaya çıxarır. Bundan başqa məhkəmənin iddiaçı cavabdehin borcu etiraf etdiyini bildirməklə məhkəməyə səs yazısı təqdim etsə də məhkəmə sübutu məhkəmə baxışında verildiyindən tədqiq etməmişdir xüsusiatı ilə bağlı yuxarıda da qeyd etmişik. Belə ki, məhkəmə baxışında cinayət işinin rədd olunmasına dair qərarının ləğv edilməsi ortaya çıxmışdır və həmin qərarda dolayısı ilə etiraf etsə də, materiallarda başqa izahatlar ortaya çıxmışdır. Bu da onu göstərir ki, məhkəmə bizim vəsatətləri təmin etməli və səs yazılarını tədqiq etməli idi. Hansı ki, vəsatətlərimiz kifayət qədər əsaslandırılmışdır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə eyni zaman da cavabdeh tərəfindən təqdim edilən yazışma fotoşəkili, habelə ödənişlərlə bağlı qəbzlər həmin yazışmaların iddiaçı ilə cavabdeh arasında aparılmasından xəbər verir. Həmin yazışmalarda “41.300 ma-500 man = 40.800 man qaldı, 40800-500=40300 man qaldı, salam hə gəldi 39800 man-500 man =39300 man qaldı” kimi yazılar vardır. Lakin həmin yazılarda məhz borc məbləğinin cavabdehə aid olmasımüəyyən edilmir. Bununla bağlı qeyd edirəm ki, əgər Füzuli ilə Səlmi arasında hər hansı alver yoxdursa Səlmi hansı borcu hesablayıb qeyd edirdi. HəmçininSəlmi nəyə görə hər dəfə Ağanazdan pulu alıb Füzuliyə göndərirdi? Ağanaz özü qızılı əgər Füzulidən götürürdüsə, onda pulu niyə onun özünə yox, Səlmiyə göndərir, Səlmi isə haqq hesab edib Füzuliyə verirdi? Yəni Səlminin burda qazancı nə idi ki, arada belə vasitəçilik edirdi və bu qədər pula cavabdehlik daşıyırdı? Bütün bunlar onu göstərir ki, Səlmi Ağanazında məhkəməyə gəlməsinə mane olmuşdur və cinayət işinin rədd olunması qərarına və həmin materiallara nəzər yetirilsə Ağanaz bildirmir ki, Füzuli ilə qızıl alverini şəxsən etmişdir. Həmçinin, qeyd edir ki, yuxarıda qeyd olunan geniş və əhatəli məsələlərə məhkəmə hüquqi qiymət vermədən sadəcə bir neçə cümlə ilə kifayətlənmişdir. Ona görə də, qeyd olunan qətnamə tamamilə qanunsuz və əsassız qətnamə olmaqla formal mülahizələrə əsaslanmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, cavabdeh Səlmi ilə aralarında yalnız qızıl alış verişləri olmuşdur. O kiminsə yanında işçi kimi işləmiş və cavabdehi də elə tanımışdır. Əvvəllər cavabdehə də qızıllar vermişdir və aralarında 110.000 manatlıq dövriyyə olmuşdur. Cavabdeh əvvəllər aldığı qızılların dəyərini ödəmişdir. O Ağanazı tanımamışdır və malları Cavabdeh vermişdir. Ona pul verməli və həmin günə 30.000 manat ödəniş etməli idi. Lakin, ayın tarixi isə yadında deyildir. Səlmiyə zəng edən zaman isə telefonunu açmamışdır. Qardaşı ilə onun evinə getmişlər ki pulu alsın. Həmin vaxt evdə Səlminin anası, bacısı və qızı olmuş, evdə başqa şəxs olmamışdır. Səlmi isə ona demişdir ki, “qızılları Bakı şəhərində yaşayan Ağanaz adlı şəxs var və qızılları onu vermişəm”. O cavabdehdən malları kimə satdığını soruşan zaman isə ona müxtəlif adamların adlarını çəkmişdir. Səlmi ona demişdir ki, qızıllar hazırda lombarddadır. Səlmi daha sonra gedib qardaşı ilə danışmış və qızılların lombardan çıxartmağın lazım olduğunu bildirmişlər. O da qızılların çıxardılması üçün pul düzəldərək cəmi 23.700 manat pulu lombarda vermişdir və qızılları çıxartmışlar. Qızılı isə təxminən 2024-cü ilin birinci və ikinci ayında qramı 88 manat qiymətə cavabdehə vermişdir. Alış-veriş etmişlər və daha sonra isə pulu qaytarmışdır. Onların hazırki problemi isə 56.000 manatlıq qızılla bağlıdır. Səlmiyə hardasa cəmi 1.250 kq qızıl vermişdir. Qızılların lombarddan dəqiq hansı vaxtda götürdükləri tarixi dəqiq bilmir. Lakin, həmin vaxt 23.700 manat pul ödəmişdi, qramı 88 manat ilə hesablayan zaman isə 33.700 manat eləmiş, həmin məbləğdən isə 10.000 manatını çıxdıqdan sonra əvvəlki məbləğ qalmışdır. Qızılları lombarddan təxminən 2024-cü ilin fevral ayında götürüblər, lakin qızıllara görə lombarda ödədiyi pulların qəbzini saxlamamışdır. ##.##.2023-cü il tarixdən alış-verişləri başlamış və təxminən 6 ay müddət davam etmişdir. Qızılları Səlminin özünə satmışdır. Səlmi də pulu vermədiyi üçün qızılları lombardan götürmüşdür. Qızıllar Ağanazın adından lombarda qoyulmuşdur və Ağanazda qızılları götürüb ona vermiş, qiyməti isə 23.700 manat eləmişdir. Ağanazı tanımamış və onunla alış-verişi olmamışdır. Səlmi ona məxsus karta pulları vurmuşdur. Bununla bağlı sübutları da vardır. Səlmi ilə yazışmalar və ona məxsus səs yazıları mövcuddur. Səlmi pulunu ala bilmədiyi üçün ona pulun qaytarılması barədə demişdir ki, “mənə səs göndər”. Lalə və Səlmi eyni adamdırlar. Çünki, Səlmini əvvəllər Lalə adı ilə tanımışdır. Səlmi qardaşı ilə birlikdə pulun arxasınca getmək üçün Bakı şəhərinə Ağanazın yanına getmişlər. Bundan sonra ona demişlər ki, pullar lombarda qoyulmuşdur və pulun alınması yalnız aralarında borc müqaviləsi bağlanmaqla geri qaytara bilərlər. Səlmi özü ilə Ağanazın arasında borc müqaviləsi bağlayacağını və pulu o yolla geri alaraq bununla da pulu ona ödəməli idi. Lakin, borc müqaviləsinin bağlanması nağd şəkildə notariusa pul mədaxil etmək lazımdır. Buna görə də Sumqayıt şəhərində yerləşən Azər adlı dostu 68.000 manat pul vermiş və bunun əsasında borc müqaviləsi bağlanmışdır. Özü isə orda olmamış qardaşı orda olmuşdur. Səlmi ilə Ağanazın oğlu arasında bağlanmış borc müqaviləsinin qızılla əlaqəsi vardır. Səlmi demişdir ki, Ağanazdan pulu almağının ancaq bir yolu odur ki, onunla borc müqaviləsi bağlamalıdır. Ağanaz Səlmiyə pulu Səlmiyə verəcəyini, Səlminin də pulu ona ödəməsini bildirmişdir. Ağanaz bununla bağlı ona da demişdir. Səlmi çekləri ona atmışdır. Qızılların Səlmiyə verilməsi ilə bağlı qəbz olmamışdır və heç yerdə qeydiyyat apararaq Səlmiyə qol çəkdirməmişdir. Amma qızılları “Univermaq” ticarət mərkəzində onun yanına gəlib götürən zaman yanındakı şəxslər görürdü. Qızıllar 100 qram, 200 qram və s. vermişdir. Ayın əvvəli, ortası və axırı gəlib qızıl götürürdü. Bu zaman ayın axırı qızılı götürən zaman ayın əvvəlində götürdüyünün pulunu verirdi və bu cür işləyirdilər. Onun polis qurumunda verdiyi izahatları dəyişdirilmiş və təhrif edilmişdir. Hadisələrin necə olması istintaqda verdiyi izahatda qeyd edilmişdir. Lakin, daha sonra başqa cür yazılmışdır. Birinci instansiya məhkəməsində vəkili sübut qismində ibtidai istintaq orqanının qərarı kifayət etdiyini bildirdiyi üçün digər sübutları məhkəməyə təqdim etməmişdir. Telefon yanında olmadığı üçün pulların verilməsi və qızılların miqdarı ilə bağlı fərqli izahatlar vermişdir. Çünki, bununla bağlı məlumatlar telefonunda olmuşdur və yadında qalmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

37. Iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, birinci instansiya məhkəməsi onlar tərəfindən verilmiş sübutlar qəbul edilməmişdir. Belə ki, məhkəmə icraatında işin baxış mərhələsində qoşulmuşdur və buna görə də sübutlar məhkəmə baxışında təqdim edilmişdir. Bununla bağlı dəfələrlə vəsatət verilsə də sübutlar məhkəmə tərəfindən qəbul edilməmişdir. Iddiaçı əvvəllər sübut qismində ibtidai istintaq orqanının qərarını təqdim etmiş və bu sübut növünün kifayət etdiyini düşünmüşdür. Çünki, həmin qərarda tərəflərin izahatları mövcud olmuşdur. Lakin, məhkəmə gedişində cavabdehin vəkili qeyd edilən istintaq orqanının qərarından şikayət verildiyini və prokurorluq orqanı tərəfindən ləğv edildiyini bildirmişdir. Belə olan halda isə işin mövcud halı dəyişmişdir. Həmin qərara nəzər salınan zaman izahatların düzgün alınmadığı görünür və ümumi olaraq izahatlar verilmişdir. Həmin qərarla bağlı düşünürlər ki, izahatlar təhrif edilmişdir. Çünki, yazı şriftləri dəyişdirilmiş və bir başa sual-cavab mərhləsinə keçid edilmişdir. Iddiaçı Füzuli cavabdeh Səlmiyə qızıllar vermiş və aralarında al-ver olmuşdur. Iddiaçı Ağanazı birbaşa olaraq tanımamışdır. Izahatların fərqli olması ilə bağlı prokurorluğa məlumat verilən zaman onlara texniki səhv getdiyi bildirilmişdir. Lakin, bir səhifə olan izahatın texniki səhv getməsi isə ağlabatan deyildir. Tərəflər arasında whatsapp vasitəsilə aparılmış yazışmalar və flashkarta əlavə edilmiş səs yazıları mövcuddur. Bunlar isə qarşılıqlı olaraq araşdırılmalıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

38. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında bildirdi ki, iddiaçı məhkəmədə verdiyi izahatında 23.700 manat lombarda pul verdiyini, lakin polis orqanında isə 18.000 manat pul verdiyini bildirmişdir. Həmçinin, birinci instansiya məhkəməsində iddiaçı izahatında Ağanaza pulu borcundan çıxıram dediyini demişdir. Lakin, daha sonra isə Ağanazı tanımadığını bildirmişdir. Bundan əlavə, iddiaçı Ağanazla danışmadığını qeyd etmişdir. Amma onlar tərəfindən təqdim edilmiş səs yazısında iddiaçı bildirir ki, “Ağanaza zəng edirəm, telefonu açmır. Bu bizi zibilə salacaq”. Iddiaçı Ağanazı tanımadığını bildirsə də, verdiyi izahatda Ağanaza demişdir ki, – sənin borcundan 10.000 çıxdım. Bu barədə də polisə belə izahat vermişdir. Iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatda 383 qram qızıl lombardan götürdüyünü, lakin polis orqanında verdiyi izahatda isə 273 qram qızıl götürdüyünü bildirmişdir. Səlminin iddiaçı ilə Ağanaz arasında olan münasibətlərlə əlaqəsi olmamışdır. Polisin cinayət işinin başlanması barədə qərarında Səlminin izahatı təhrif edilmiş və həmin qərar prokurorluq tərəfindən ləğv edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

39. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

41. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

44. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

45. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

46. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

47. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

48. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

49. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

50. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

51. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

52. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

53. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

56. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

62. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

63. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

64. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

65. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

66. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

67. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

69. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilməsini xahiş edərək tam olaraq mübahisələndirmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

70. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

71. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Məhkəmənin qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılması iddia olunan əşyaların dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

74. Iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

75. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

76. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.

77. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

78. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

79. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

80. Mübahisənin predmeti cavabdehin nisyə qaydasında əldə etdiyi mallara görə yaranmış pul öhdəliyinin icra edilməməsi ilə bağlıdır. Işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı cavabdehə müxtəlif çeşidlərdə nisyə qızıl-zinət əşyaları verdiyini və bunun nəticəsində cavabdeh 56.000 manat miqdarinda qızıl-zinət əşyalarını satmaq üçün aldığını, aldığı qızılların bir hissəsinin pulunu qaytarsa da, hazırda Səlminin ona 39300 manat məbləğində borcunun qaldığını iddia edir.

81. Məhkəmə sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır.

82. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun ##.##.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

83. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

84. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

85. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

86. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

87. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

88. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

89. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cari iş üzrə iddiaçı cavabdehə nisyə qızıl əşyaları satdığını və bununda müqabilində cavabdehin ona 39.300 manat məbləğində borcunun qaldığını iddia etmiş, lakin bu nisyə alqı-satqının faktiki həyata keçirildiyini təsdiqləyən hər hansı bir yazılı sübut – qızılların cavabdehə təhvil verilməsini təsdiqləyən akt, borcun etirafına dair hər hansı yazılı sənəd, nə də ki müqavilə təqdim etməmişdir.

90. Iddiaçı tələbini sübut etmək üçün sübut kimi ibtidai istintaq orqanının qərarını və şahidləri təqdim etmişdir.

91. Belə ki, iddiaçı apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında cavabdeh ilə arasında uzun müddət qızıl alqı-satqısı münasibətlərinin olduğunu, tərəflər arasında təxminən 110.000 manat məbləğində dövriyyə baş verdiyini, cavabdehin əvvəlki vaxtlarda götürdüyü qızılların dəyərini ödədiyini, hazırkı mübahisənin isə təxminən 56.000 manatlıq qızıl partiyası ilə bağlı yarandığını bildirmişdir. Iddiaçı qeyd etmişdir ki, qızılları birbaşa cavabdehə vermiş, Ağanaz adlı şəxsi əvvəllər tanımamış, həmin şəxslə hər hansı alqı-satqı münasibəti olmamışdır. Eyni zamanda iddiaçı göstərmişdir ki, sonradan cavabdeh ona qızılların Ağanaz adlı şəxsdə olduğunu, qızılların lombarda qoyulduğunu bildirmiş, daha sonra isə lombarddan qızılların çıxarılması üçün özü tərəfindən pul ödənilmişdir.

92. Lakin iş materiallarında olan izahatlar, iddiaçının müxtəlif mərhələlərdə verdiyi məlumatlar və tərəflərin məhkəmə iclaslarında səsləndirdikləri xüsusatlar müqayisəli şəkildə təhlil edildikdə müəyyən olunur ki, iddiaçının iş üzrə əsas faktiki hallarla bağlı mövqeyi ardıcıl, sabit və daxili baxımdan uzlaşan xarakter daşımamışdır.

93. Ilk növbədə məhkəmə qeyd edir ki, iddiaçı bir tərəfdən Ağanaz adlı şəxsi tanımadığını, onunla heç bir hüquqi münasibətinin olmadığını, bütün qızılları yalnız cavabdehə verdiyini bildirsə də, digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı həmin şəxslə birbaşa əlaqə saxlamış, onunla telefon əlaqəsi yaratmış, borcun ödənilməsi ilə bağlı ona müraciət etmiş və həmin şəxslə münasibətləri çərçivəsində müəyyən hesablaşmalar apardığını özü də etiraf etmişdir.

94. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatda iddiaçının “Ağanaza zəng edirəm, telefonu açmır, bu bizi zibilə salacaq” məzmunlu ifadələr işlətməsi, habelə iddiaçının izahatında “Ağanazın borcundan 10.000 manat çıxmışam” məzmununda məlumat verməsi göstərir ki, iddiaçının Ağanaz adlı şəxslə münasibətləri yalnız dolayısı və təsadüfi xarakter daşımamışdır.

95. Məhkəmə hesab edir ki, əgər iddiaçının bildirdiyi kimi mübahisəli münasibət yalnız onunla cavabdeh arasında yaranmış olsaydı, iddiaçının üçüncü şəxs olan Ağanaza qarşı borc münasibətinə uyğun davranışlar nümayiş etdirməsi, ona zəng edib ödəniş tələb etməsi, borcun müəyyən hissəsini həmin şəxsin adına hesablaması və həmin şəxslə bağlı hesablaşma aparması məntiqi və adi kommersiya münasibətləri baxımından inandırıcı hesab edilə bilməz.

96. Məhkəmə kollegiyası iş materiallarında olan Gəncə şəhər BPI-nin ITI-nin HK-*/*** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, həmin material üzrə alınmış izahatları, tərəflərin birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində verdikləri izahatları, habelə tərəflərin təqdim etdikləri digər sübutları qarşılıqlı əlaqədə təhlil edərək hesab edir ki, iddiaçının müxtəlif mərhələlərdə verdiyi məlumatlar arasında mühüm və aradan qaldırılması mümkün olmayan ziddiyyətlər mövcuddur.

97. Belə ki, iddiaçı polis orqanına verdiyi ilkin şikayət ərizəsində göstərmişdir ki, cavabdeh Cavabdeh ondan nisyə 56000 manat dəyərində qızıllar götürərək həmin qızılları qazanc əldə etmək məqsədilə lombarda qoydmuş, daha sonra izahatında Səlminin qızılları ondan gütürüb digər şəxslərə, o cümlədən Ağanaz adlı şəxsə nisyə verdiyini bildirmişdir. Həmin izahatda iddiaçı münasibətlərin inkişaf mexanizmini ardıcıl şəkildə təsvir etmiş, qızılların sonradan lombardlara qoyulduğunu, həmin lombardlardan qızılların geri götürülməsi üçün müəyyən məbləğlər ödədiyini və son nəticədə cavabdehin ona 41.300 manat borclu qaldığını bildirmişdir.

98. Lakin iddiaçının sonradan həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı verdiyi izahatlar polis materiallarında olan məlumatlarla tam uyğunluq təşkil etməmişdir.

99. Iddiaçının münasibətlərin subyektləri ilə bağlı verdiyi məlumatlar bir-biri ilə ziddiyyət təşkil etmişdir. Belə ki, polis materiallarında olan izahatında iddiaçı Ağanaz adlı şəxslə bağlı münasibətləri ətraflı şəkildə təsvir etmiş, onunla bağlı hesablaşmalar aparıldığını, borcun müəyyən hissəsinin onun adına silindiyini və onun ödənişlər etməli olduğunu bildirmişdir. Lakin məhkəmə iclaslarında isə iddiaçı bir sıra hallarda Ağanaz adlı şəxsi tanımadığını, onunla hər hansı alqı-satqı münasibətinin olmadığını və bütün münasibətlərin yalnız cavabdehlə arasında yarandığını qeyd etmişdir. Kollegiya hesab edir ki, həmin izahatlar arasında olan bu fərq təsadüfi və ikinci dərəcəli məsələ deyil, mübahisənin mahiyyətinə birbaşa təsir edən əsas faktiki haldır.

100. Bununla yanaşı, iddiaçının lombard münasibətləri ilə bağlı verdiyi məlumatlar da ardıcıl olmamışdır. Belə ki, polis orqanına verdiyi izahatda iddiaçı lombardlara ümumilikdə 18.645 manat pul ödəyərək 273,3 qram qızılı geri götürdüyünü göstərmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında isə lombarda 23.700 manat pul ödədiyini və təxminən 383 qram qızılı geri götürdüyünü bildirmişdir. Kollegiya hesab edir ki, söhbət iri məbləğli maliyyə münasibətlərindən və qiymətli əmlak olan qızıllardan getdiyi halda, lombarda ödənilmiş məbləğ və geri götürülmüş qızılın miqdarı kimi əsas faktiki göstəricilər barədə bu cür fərqli məlumatların verilməsi iddiaçının hesablamalarının və ümumilikdə mövqeyinin etibarlılığına ciddi şübhə yaradır.

101. Iddiaçı məhkəmə iclasında ona verilən suallara cavab olaraq müxtəlif izahatlar verməsinin səbəbinin telefonunun yanında olmaması ilə əsaslandırmağa çalışmışdır ki, belə məlumatlar telefonla deyil, qeydlər, qəbzlər və sair sübutlarla təsdiq olunur.

102. Eyni zamanda, iddiaçı müxtəlif mərhələlərdə cavabdehin ona olan borcunun məbləği ilə bağlı da fərqli məlumatlar vermişdir. Istintaq orqanına şikayət ərizəsində 56000 manat, polis orqanının araşdırma materiallarında cavabdehin ona 41.300 manat və digər izahatında 42.300 manat borclu qaldığını göstərdiyi halda, sonradan məhkəmədə 39.300 manat, bəzi hallarda isə 56.000 manatlıq qızıl münasibətlərindən danışmışdır. Kollegiya hesab edir ki, borcun konkret məbləği mübahisənin əsas predmetini təşkil etdiyi halda, iddiaçının həmin məbləğin hesablanması mexanizmini sabit və ardıcıl şəkildə izah edə bilməməsi onun tələb etdiyi məbləğin mötəbər əsaslara söykənmədiyini göstərir.

103. Bundan başqa, iddiaçının qızılların ümumi miqdarı ilə bağlı verdiyi məlumatlar da birbirini tamamlamamışdır. Belə ki, apellyasiya baxışı zamanı iddiaçı cavabdehə ümumilikdə təxminən 1 kiloqram 250 qram qızıl verdiyini bildirmişdir. Lakin həmin qızılların konkret hansı tarixlərdə, hansı hissələrlə, hansı şəxslərin iştirakı ilə verildiyi, onların dəyərinin necə hesablandığı və qaytarılan hissələrin hansı qaydada nəzərə alındığı barədə dəqiq, ardıcıl və sənədlərlə təsdiq olunan məlumat təqdim edilməmişdir.

104. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçı bir tərəfdən tərəflər arasında uzun müddət davam edən, müntəzəm və iri həcmli qızıl alqı-satqısı münasibətlərinin olduğunu bildirsə də, digər tərəfdən belə münasibətləri təsdiq edən hər hansı yazılı müqavilə, təhvil-təslim aktı, qəbz, borc etirafı və ya maliyyə sənədi təqdim etməmişdir. Iddiaçı qızılların “Univermaq” ticarət mərkəzində hissə-hissə verildiyini bildirsə də, həmin qızılların konkret çəkisini, dəyərini və tarixlərini təsdiq edən obyektiv sübutlar mövcud deyildir.

105. Bundan əlavə, iddiaçı polis materiallarında göstərmişdir ki, cavabdeh ona əvvəllər götürdüyü qızılların pullarını mütəmadi qaytarmış, sonradan isə münasibətlər böyümüşdür. Lakin məhkəmədə verdiyi bəzi izahatlarda münasibətlərin xarakteri, qızılların kimlərə verilməsi və hesablaşmaların aparılması qaydası ilə bağlı fərqli təsvirlər vermişdir. Bir halda cavabdehin qızılları müxtəlif qohum və tanışlarına verdiyini bildirdiyini qeyd etdiyi halda, digər halda qızılların əsasən bir nəfərə verildiyini göstərmişdir.

106. Məhkəmə hesab edir ki, mübahisənin predmetini külli miqdarda qızıl və pul münasibətləri təşkil etdiyi, iddiaçının özünün də həmin münasibətlərin peşəkar və davamlı xarakter daşıdığını bildirdiyi halda, əsas faktiki hallarla bağlı bu cür ziddiyyətli və qeyri-sabit məlumatların verilməsi təsadüfi yaddaş yanılması kimi qiymətləndirilə bilməz. Xüsusilə də iddiaçı tərəfindən həm qızılın ümumi miqdarı, həm lombarda ödənilən məbləğ, həm də borcun hesablanması mexanizmi ilə bağlı müxtəlif rəqəmlərin göstərilməsi onun təqdim etdiyi hesablamaların və ümumilikdə iddia tələbinin dəqiq və mötəbər əsaslara söykənmədiyini göstərir.

107. Bundan əlavə, iddiaçı bildirmişdir ki, cavabdehə ümumilikdə təxminən 1 kiloqram 250 qram qızıl vermiş, tərəflər arasında münasibətlər təxminən altı ay davam etmiş, cavabdeh ay ərzində müxtəlif vaxtlarda qızıl götürmüş və əvvəlki borclarını hissə-hissə qaytarmışdır. Lakin bu qədər iri həcmli və davamlı kommersiya münasibətlərinə baxmayaraq, iş materiallarında qızılların təhvil verilməsini, onların çəkisini, dəyərini, verilmə tarixlərini və öhdəliklərin konkret olaraq cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı yazılı müqavilə, qəbz, təhviltəslim aktı, borc etirafı və ya digər mötəbər maliyyə sənədi mövcud deyildir.

108. Iddiaçı tərəf tərəfindən təqdim edilmiş şahid ifadələri də kollegiya tərəfindən qiymətləndirilmişdir. Həmin şahidlər əsasən tərəflər arasında müəyyən qızıl alış-verişinin olduğunu eşitdiklərini və ya müəyyən hallarda qızıl verilməsini gördüklərini bildirsələr də, onlar qızılın konkret miqdarı, hansı şəxs tərəfindən götürülməsi, borcun hansı şəxsə aid olması, tələb edilən məbləğin necə formalaşması və tərəflər arasında hüquqi münasibətin məhz hansı əsaslarla yaranması barədə birbaşa və qəti məlumat verməmişlər. Həmçinin, şahid ifadələri işin faktiki halları ilə uzlaşan hər hansı sübut(lar) ilə öz təqsdiqini tapmamışdır.

109. Iddiaçı tərəfindən təqdim edilmiş şahidlər şahid1, şahid5 iddiaçının fəaliyyət göstərdiyi ticarət mərkəzində onun iş yoldaşları, şahid3 isə onun işçisidir.

110. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şahid iş üçün əhəmiyyəli hallar barədə məlumatlı olan və işin həllində marağı olmayan şəxsdir.

111. Iddiaçının təqdim etdiyi şahid şahid3 ifadəsinin mötəbərliyi ilə bağlı məhkəmə qeyd edir ki, şahid iddiaçının işçisi olduğundan onun lehinə ifadə verməyi labüddür. Bundan başqa onun ifadəsi iddiaçının cavabdehə məhz iddia olunan qızıl əşyalarını verdiyini təsdiq etmir ki, qeyd edilən şahidin ifadəsi əsasında hazırki mübahisənin həlli mümkün deyildir və şahidin ifadəsi sübut kimi qəbul edilə bilməz.

112. Şahidlər şahid1 və şahid5 izahatlarında eşitdiklərinə görə cavabdehin iddiaçıya 40000, 20000 manat qızıla görə borcunun olduğunu bildirsələr də bu məlumatı haradan, kimdən və hansı şəraitdə əldə etdiklərini təsdiq edə bilməmiş və özləri bu hala şahid olduqlarını bildirməmişlər. Şahidlərin məhkəməyə verdiyi məlumatlar mötəbər olmamaqla yanaşı, iddiaçı ilə eyni ticarət mərkəzində eyni işlə məşğul olmaları onlarında təqdim etdiyi məlumatlar birtərəfli iddiaçının xeyrinə hərəkətlər etməyə yönəlmişdir ki, onlarında verdiyi məlumatların da hazırki işin həllinə təsiri yoxdur və sübut növü kimi qəbul edilə bilməz.

113. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən şahidlərin ifadələri iddiaçının tələbini tam və mübahisəsiz şəkildə təsdiq edən sübut kimi qəbul edilə bilməz.

114. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş şahidlərin izahatları ilə bağlı qeyd edilməlidir ki, həmin şahidlərdə cavabdehin anası, qohumu və tanışlarıdır.

115. Cavabdehin anasının və qohumunun ifadəsi cavabdehin maraqlarına uyğundur ki, bu ifadələr qohumluq amili baxımından sübut qismində qəbul edilə bilməz.

116. Digər tanışlarının ifadələri isə qiymətləndirilərkən həm şəxsi münasibətləri, həmdə həmin şəxslərin qeyd edilən tarixdə həmin yerdə olmalarını təsdiq edən sübutlar olmadığından sübut kimi qəbul edilə bilməz.

117. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, polis orqanının cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında cavabdehin izahatı bir cür, araşdırma materialında olan izahatı isə başqa cür olmuş, qərarda izahatın əsl məzmunu təhrif edilmişdir.

118. Iddiaçı tərəf bunu onunla əsaslandırmışdır ki, araşdırma materialında olan izahatlar sonradan dəyişdirilmişdir. Məhkəmə iddiaçı tərəfin ibtidai araşdırma materiallarında olan izahatların sonradan dəyişdirilməsi və təhrif olunması barədə dəlillərinə münasibətdə qeyd edir ki, həmin xüsusatla bağlı iş materiallarında bunu təsdiq edən hər hansı ekspertiza rəyi, prosessual qərar və ya aidiyyəti orqan tərəfindən verilmiş rəsmi təsdiqedici sənəd mövcud deyildir. Təkcə sənədlərdə müxtəlif şriftlərin olması həmin izahatların saxtalaşdırılması və ya məzmununun dəyişdirilməsi qənaətinə gəlmək üçün kifayət deyildir. Əks yanaşma məhkəmənin ehtimallara əsaslanaraq nəticəyə gəlməsi ilə nəticələnə bilər ki, bu da mülki prosesin sübutetmə standartlarına uyğun deyildir.

119. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallar bütövlükdə onu göstərir ki, mübahisəli münasibətlər yalnız iddiaçının təqdim etdiyi formada sadə borc münasibəti kimi xarakterizə oluna bilməz. Iş materiallarından görünür ki, münasibətlərdə üçüncü şəxslər iştirak etmiş, qızıllar lombarda başqa şəxsin adına qoyulmuş, müəyyən ödənişlər üçüncü şəxslər vasitəsilə həyata keçirilmiş və tərəflərin özləri də münasibətlərin mahiyyəti barədə müxtəlif mərhələlərdə fərqli məlumatlar vermişlər.

120. Bundan əlavə, məhkəmə qeyd edir ki, işin faktiki halları mübahisəli nisyə alqı-satqı münasibətlərinin yalnız iddiaçı ilə cavabdeh arasında formalaşması qənaətinə gəlməyə kifayət etmir.

121. Əksinə, iş materiallarından görünür ki, mübahisəli münasibətlərdə Ağanaz adlı şəxsin iştirakı formal və təsadüfi xarakter daşımamış, həmin şəxs münasibətlərin faktiki iştirakçılarından biri olmuşdur. Belə ki, iddiaçının öz izahatlarından görünür ki, qızılların lombarda qoyulması məhz Ağanaz adlı şəxsin adı ilə həyata keçirilmiş, lombarddan qızılların çıxarılması prosesi də həmin şəxslə bağlı olmuş, borcun qaytarılması məsələləri ilə əlaqədar iddiaçı tərəfindən birbaşa olaraq Ağanazla əlaqə saxlanılmış, ona zəng edilmiş, ödəniş tələb olunmuş və Ağanaz tərəfindən ödənilərin bir qismi birbaşa Ağanaz tərəfindən iddiaçının kart hesabına köçürülmüşdür.

122. Məhkəmə hesab edir ki, əgər iddiaçının bildirdiyi kimi bütün hüquq münasibəti yalnız onunla cavabdeh arasında yaranmış olsaydı, qızılların üçüncü şəxsin adına lombarda yerləşdirilməsi, həmin şəxslə birbaşa hesablaşmalar aparılması, borcun müəyyən hissəsinin onun adına hesablanması və ödənişlərin onun vasitəsilə həyata keçirilməsi adi mülki dövriyyə baxımından məntiqli izah olunmazdı.

123. Bundan əlavə, iddiaçının öz izahatlarında Ağanaz adlı şəxsin ona borclu olması ilə bağlı ifadələr işlətməsi, məhkəmə iclasında “Ağanaza qızılları götürəndən sonra borcundan 10000 manat silinəcəyini” bildirməsi, “Ağanazın borcundan müəyyən məbləğin çıxılması” barədə məlumat verməsi, habelə həmin şəxslə birbaşa əlaqə yaratmağa çalışması göstərir ki, iddiaçının özü də faktiki olaraq münasibətlərin müəyyən hissəsini Ağanaz adlı şəxslə birbaşa bağlıdır və onun qızıllarla münasibətlərinin məhz Ağanazla yaranması anlamına gələ bilər. Bu hal isə iddiaçının sonradan həmin şəxsi ümumiyyətlə tanımadığını və onunla heç bir hüquqi münasibətinin olmadığını bildirməsi ilə ziddiyyət təşkil edir.

124. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçının təqdim etdiyi izahatlara əsasən qızılların bir hissəsi məhz Ağanaz tərəfindən götürülmüş, sonradan həmin qızıllar lombarda yerləşdirilmiş və onların geri qaytarılması ilə bağlı danışıqlar aparılmışdır. Bu isə onu göstərir ki, mübahisəli münasibətlərdə qızılların son faktiki istifadəçisi və ya əldə edəni qismində Ağanaz adlı şəxsin iştirakı iş materialları ilə istisna olunmur.

125. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə müəyyən edilmiş hallar ən azı mübahisəli nisyə alqı-satqı münasibətlərinin iddiaçı ilə Ağanaz adlı şəxs arasında yaranması ehtimalını istisna etmir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı özü də Ağanaz adlı şəxslə bağlı hesablaşmalar aparıldığını, müəyyən ödənişlərin onun adına hesablandığını və qızılların lombarda həmin şəxsin adı ilə yerləşdirildiyini təsdiq etmişdir.

126. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı mövcud hesab etdiyi borc münasibətlərini və öhdəlik məsələlərini hüquqi baxımdan birbaşa münasibətdə olduğu və iş materiallarında faktiki iştirakçı kimi görünən Ağanaz adlı şəxslə də mübahisələndirmək imkanına malik olmuşdur. Lakin iddiaçı tərəfindən mübahisəli münasibətlərin bütün hüquqi nəticələrinin yalnız cavabdehin üzərinə yönəldilməsi, münasibətlərdə iştirak etdiyi görünən digər şəxslərin isə tam şəkildə kənarda saxlanılması iş üzrə faktiki halların tam və birmənalı müəyyən edilməsinə mane olmuşdur.

127. Məhkəmə hesab edir ki, iş materiallarında mövcud olan ziddiyyətli məlumatlar, üçüncü şəxslərin münasibətlərdə iştirakı, qızılların başqa şəxsin adına və başqa şəxs tərəfindən lombarda qoyulması, ödənişlərin müxtəlif şəxslər vasitəsilə həyata keçirilməsi və iddiaçının özünün müxtəlif mərhələlərdə fərqli izahatlar verməsi şəraitində cavabdehin mübahisəli məbləğ üzrə yeganə və müstəsna borclu şəxs olması qənaətinə gəlmək mümkün deyildir.

128. Bunlardan başqa iddiaçı Ağanazda olan qızıllara görə Ağanazın oğlu ilə cavabdehin borc müqaviləsi bağlaması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

129. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, ##.##.2024-cü il tarixdə Cavabdeh ilə X6 arasında borc müqaviləsi bağlanmış, borc verən borc alana 68000 manat borc verməyi, borc alan borcu ##.##.2024-cü il tarixinədək borc verənə 8 ay ərzində hər ay 8500 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür.

130. Bu münasibət notariat orqanı tərəfindən rəsmləşdirilmiş və cavabdeh 68000 manat borcun Ağanazla iddiaçı arasında yaranmış qızıl münasibətinə aid olmadığını, iddiaçı isə bunun əksini iddia edir. Belə ki, iddia tərəfi müqavilədə qeyd edilmiş 68000 manat olan borcun məhz Ağanazın Səlmiyə qızıllara görə olan borcunu əks etdirdiyini iddia edir və cavabdeh bu halı qəbul etmir.

131. Iddiaçının iddiasını təsdiq edəcək mötəbər sübut mövcud deyildir, yalnız polis orqanında cavabdehin qohumları tərəfindən verilmiş zahatlar mövcuddur.

132. Həmin izahatlarda cavabdehin anası şahid7, qızı X2, bacısı X7, bacısı X8 cavabdehin idiaçıya borcunun olmadığını, iddiaçının cavabdehin vasitəsi ilə Ağanazla alver etdiyini, iddiaçının cavabdehə zənd edərək və evlərinə qardaşı ilə gələrək Ağanazın borcunu ödəmədiyini, cavabdehin Ağanazla danışdığını, sonra Bakı şəhərinə gediklərini və 68000 manatlıq borc müqaviləsinin bağlandığı qeyd edilmişlər.

133. Eyni zamanda polis orqanı tərəfindən alınmış şahid9 izahatında göstərilmişdir ki, o, Səlmi ilə qızıl alveri etmiş və aldığı qızılların pulun müəyyən vaxtlarda ödəmişdir. Lakin sonradan problemləri olmuş, Səlmi ona zəng edərək Füzulinin Türkiyədə olduğunu və ona pul lazım olduğunu bildirmiş və o, qızılları lombarda qoyub 7500 manat Səlmiyə göndərmişdir. Onun Səlmiyə 42000 manat borcu qalmış, Füzuli Səlmini, Səlmi isə onu sıxışdırmağa başlamışdır. Sonra Səlmi, onun anası, qızı və bacısı Bakıya gəlmiş, sonradan ona məlum olmuşdur ki, Füzuli və qardaşı Elvində gəlmişdir. Səlmi ona demişdir ki, 68000 manat borcu vardır və borca görə borc müqaviləsi bağlmalıdırlar. Füzuli demişdir ki, onun dostu var ondan pul götürə bilər ki, notariusa qoyulsun. Sonra Füzulinin qardaşı ona demişdir ki, bu nə oyundur başımıza açırsan. Sonradan Füzuli ona zəng etmiş və qızılları lombarddan çıxarmaq istədiyini, qızılları götürdükdən sonra borcunnan çıxacağını bildirmiş və o, razılaşmışdır. Füzuli qızılları götürüb 68000 manat borcundan (cümlənin ardı yoxdur). Bu aylar ərzində bircə ay pul göndərə bilməmişdir. Onun hazırda Səlmiyə müqavilədən 50000 manat borcu qalmışdır.

134. Eyni zamanda şahid9 müstəntiqin “Cavabdeh bildirir ki, 68000 manatın içində Füzulinin borcundan əlavə sizin Səlmiyə şəxsi borcunuz vardır, Füzuli isə bildrir ki, onun qızıllardan 56000 manat alacağı vardır” sualına cavab olaraq qeyd edilmişdir ki, o, oğlanlarının problemə düşməməyindən ötrü onların dediyi ilə razılaşmışdır. Cünki Səlmi dəfələrlə ona bildirmişdir ki, Füzulinin ətrafında elə adamlar vardır ki, onlar baş kəsəndir. O, qorxduğu üçün demişdir ki, söhbət böyüməsin. Bir sözlə onlar ona hədə-qorxi gəldiyi üçün o, qorxub onların dediklərinə razı olmuşdur.

135. Polis orqanı tərəfindən aparılmış araşdırma materiallarında iddiaçının iki izahatı mövcuddur. ##.##.2024-cü il tarixdə iddiaçı izahatında ümumi məlumatlarla yanaşı bildirmişdir ki, borc müqaviləsi bağlandıqdan sonra o, 18645 manat verərək 273,3 qram qızılı geri götürmüş, Ağanaz təxminən 4-5 ay aya 4700 manat pul ödəmişdir. Bundan sonra o, bir iki dəfə Ağanaza zəng vurub nəyə görə pulu ödəmədiyini soruşduqda o, ona hədə-qorxu gəlməyə başlamışdır. O, pulunu Səlmidən istədikdə isə Səlmi ona demişdir ki, nə vaxt Ağanaz pulu ödəsə oda onun pulunu ödəyəcəkdir. Hazırda Səlminin ona 41300 manat borcu vardır.

136. Iddiaçının polis orqanına verdiyi ikinci ##.##.2024-cü il tarixli izahatında müstəntiqin “izahatı alınmış Cavabdeh göstərmişdir ki, sizinlə ümumilikdə 98962 manat dəyərində alver etmiş, sizə 56662 manat pul verib, borcu isə 42300 manat qalmışdır” sualına iddiaçı “Səlminin hal-hazırda ona 42300 manat borcu vardır” cavabını verdiyi qeyd olunmuşdur.

137. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istər tərəflərin məhkəmə iclasında verdiyi izahatlar, istərsə də müvafiq qurumlarda verdiyi izahatlar onların şəxsi mülahizələri olmaqla yanaşı izahatı alaraq tərtib edən qurumlar onları təhrif etməməlidir.

138. Bu səbəbdən həmin izahatlara qiymət verilən zaman işin həqiqi hallarını və biləvasitə məhkəmə iclasında alınmış izahatlarla müqayisədə qiymətləndirilməsi həyata keçirilərkən məhkəmə bu izahatlara qanunvericiliyin tələblərinə uyğun yanaşmalıdır.

139. Yuxarıda qeyd edilən izahatlarla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, artıq ləğv olunmuş cinayət işinin başlanmasının rədd olunması haqqında qərarda cavabdehin izahatı təhrif olunmuş və digər izahatlarda da uyğunsuzluq vardır.

140. Belə ki, şahid9 müstəntiq tərəfindən “Cavabdeh bildirir ki, 68000 manatın içində Füzulinin borcundan əlavə sizin Səlmiyə şəxsi borcunuz vardır, Füzuli isə bildrir ki, onun qızıllardan 56000 manat alacağı vardır” sualı verilmişdir.

141. Halbu ki, cavabdehin polis orqanında verdiyi izahatında Ağanazın 68000 manatın içində Füzulinin borcundan əlavə Ağanazın ona şəxsi borcunun olmasına dair ifadəsi mövcud deyildir.

142. Bundan başqa iddiaçının polis orqanına verdiyi ikinci ##.##.2024-cü il tarixli izahatında müstəntiq tərəfindən “izahatı alınmış Cavabdeh göstərmişdir ki, sizinlə ümumilikdə 98962 manat dəyərində alver etmiş, sizə 56662 manat pul verib, borcu isə 42300 manat qalmışdır” sual verilmişdir.

143. Lakin cavabdehin polis orqanında verdiyi izahatında onun iddiaçıya 42300 manat məbləğində borcunun olmasına dair etirafı mövcud deyildir və ona bu məzmunda sual verilməmişdir. Əksinə izahatda müstəntiqin “iddiaçının ərizəsində ondan 56000 manat dəyərində qızılları götürüb lombarda qoyması və pulu qaytamadığı” barədə sualına cavabdeh onun tərəfindən iddiaçıdan 56000 manatlıq qızıllar götürülmədiyini bildirmişdir.

144. Bunlardan başqa Ağanazın oğlu ilə cavabdeh arasında bağlanmış borc müqaviləsi ilə bağlı qeyd edilməlidir ki, həmin müqavilənin bağlanması iddiaçının tələb etdiyi borcun məhz cavabdehə məxsus olması anlamına gəlmir. Belə ki, cavabdehin iddiaçıya olan borcuna görə cavabdehin Ağanazın oğlu ilə borc müqaviləsinin bağlaması ağlabatan deyildir.

145. Iddiaçı qızıl əşyalarını cavabdehə satmış olsaydı borc müqaviləsini də onunla bağlamalı idi ki, borcun ödənilməsini təminat altına almış olsun. Hətta, borc müqaviləsinin predmeti olan 68000 manat pul Ağanazın qızıl borcunu əks etdirməsi bu proseslərdə iddiaçının və onun qardaşının yaxından iştirakı, iddia tərəfinin iddiasına görə 68000 manat pulun iddiaçı tərəfindən tapılması halı qızılla bağlı münasibətlərin cavabdehlə deyil, digər şəxslə yaranmasını dolayısı ilə təsdiq edə bilər.

146. Belə ki, iddiaçının iddia etdiyi kimi cavabdehin qızıllara görə yaranmış borcu cavabdehdən almaq yerinə cavabdeh üçün 68000 manat borc müqaviləsinin bağlanması üçün pul verməsi ağlabatan deyildir və hər hansı mötəbər sübutlarla təsdiq olunmur.

147. Bundan başqa şahid9 polis orqanında verdiyi izahatın məzmunu ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, polis orqanı tərəfindən alınmış izahatlarda və qərarda uyğunsuzluqlar çox olduğundan hüquq münasibətlərinin həmin izahata əsaslanaraq Ağanazla cavabdeh arasında yaranmasını təsdiq etmək mümkün deyildir.

148. Məhkəmə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (MPM – 76.1).

149. Mülki Prosessual Məcəlləsinin 104-cü maddəsinə əsasən isə şahid ifadələri sübut növü hesab olunur ki, məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

150. Göründüyü kimi, tərəflərin tələb və etirazlarını əsaslandıran sübutlar məhkəmə icraatı iştirakşıları tərəfindən məhkəməyə təqdim edilməli və məhkəmənin öz təşəbbüsü ilə sübutların torlanması prosessual qanunvericiliyin tələblərinə ziddir.

151. Lakin buna baxmayaraq şahid9 şahid qismində dindirilməsi üçün məhkəməyə təqdim olunmasa da birinci instansiyası məhkəməsi xidməti vəzifəsi olmayaraq həqiqəti üzə çıxarmaq məqsədi ilə şahid9 dəfələrlə məhkəmə iclasına şahid qismində dindirilməsi üçün dəvət etmiş, sonuncu məhkəmənin çağırışlarına cavab verməmişdir.

152. Məhkəmə MPM-in 82.4-cü maddəsinə istinadən qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

153. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir ki, hazırki iş üzrə məcburilik xüsusiyyətinə malik məhkəmə hökmü və ya cinayət orqanın yekun qərarı mövcud deyildir.

154. Iş üzrə polis orqanı tərəfindən alınmış izahatlar isə MPM-in 82.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərə aid olmadığından işə mülki və ya kommersiya mübahisəsinə baxan baxan hazırki məhkəmələr üçün hər hansı preyudisial əhəmiyyətə malik deyildir və məhkəmə iclasında alınmış izahatlarla müqayisədə əhəmiyyətli hesab olunmur.

155. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin birinci instansiya məhkəməsində səs yazıları, mobil tətbiq vasitəsilə aparılmış yazışmalar və digər elektron məlumatların sübut qismində qəbul edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

156. MPM-in 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməlidir. Həmin normaya görə, məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə yalnız iki halda yol verilir: birincisi, həmin sübutların təqdim edilməsinə əsas verən hallar məhkəmə baxışı zamanı yaranmış olsun; ikincisi isə, işdə iştirak edən şəxs sübutların daha əvvəl təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

157. Prosessual qanunvericiliyin qeyd edilən tələblərinin məqsədi mülki mühakimə icraatında tərəflərin prosessual intizamını təmin etmək, sübutların vaxtında təqdim edilməsini təşviq etmək, məhkəmə araşdırmasının səmərəliliyini qorumaq və digər tərəfin müdafiə hüququnun pozulmasının qarşısını almaqdan ibarətdir. Bu baxımdan tərəflər mübahisənin predmetinə aid olan və istinad etdikləri halları təsdiq edən sübutları mümkün olan ən erkən mərhələdə təqdim etməyə borcludurlar.

158. Iş materiallarından görünür ki, iddiaçı tərəf tərəfindən istinad edilən səs yazıları, whatsapp yazışmaları və digər elektron məlumatlar birinci instansiya məhkəməsində işin mahiyyəti üzrə baxışı zamanı təqdim edilmişdir. Halbuki, iddiaçı həmin sübutların mövcudluğundan əvvəlcədən xəbərdar olmuş, onların özünün istifadəsində olduğunu bildirmiş və həmin məlumatların iş üzrə iddia tələbinin əsas sübutlarından biri olduğunu özü də etiraf etmişdir. Belə olan halda həmin sübutların işin məhkəmədə baxılmağa hazırlanması mərhələsi başa çatanadək təqdim edilməməsinin obyektiv səbəblərlə bağlı olması iş materialları ilə təsdiq edilmir.

159. Iddiaçı və onun nümayəndəsi tərəfindən bu xüsusatla bağlı verilmiş izahatlarda göstərilmişdir ki, onlar əvvəlcə ibtidai araşdırma orqanının qərarını kifayət qədər sübut hesab etdiklərindən əlavə sübutların təqdim edilməsinə zərurət görməmiş, sonradan isə həmin qərarın ləğv olunması və materiallarda olan izahatların fərqli olması səbəbindən digər sübutların təqdim edilməsinə ehtiyac yaranmışdır. Kollegiya hesab edir ki, qeyd edilən hallar MPM-nin 78.1-ci maddəsinin mənasında “sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmaması” kimi qiymətləndirilə bilməz.

160. Belə ki, tərəfin öz sübutetmə strategiyasını müəyyən etməsi, müəyyən sübut növünü kifayət hesab etməsi və ya sonradan həmin mövqeyini dəyişməsi prosessual qanunvericilik baxımından obyektiv maneə hesab edilmir. Sübutların vaxtında təqdim edilməməsinin əsaslı hesab edilməsi üçün həmin sübutların tərəfin sərəncamında olmaması, onların əldə edilməsinin mümkün olmaması və ya sübutların mövcudluğunun sonradan məlum olması kimi hallar müəyyən edilməlidir. Hazırkı iş üzrə isə iddiaçı tərəf özü təsdiq etmişdir ki, səs yazıları və yazışmalar əvvəldən onun istifadəsində olmuş, lakin həmin sübutları təqdim etməyə ehtiyac duymamışdır.

161. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçı tərəf məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə əsas verən yeni halların yarandığını bildirsə də, iş materialları ilə müəyyən olunur ki, təqdim edilən səs yazıları və yazışmalar mübahisənin başlanğıcından etibarən iddiaçıya məlum olmuş və onun özündə saxlanılmışdır. Həmin sübutların sonradan əldə olunması və ya məhkəmə baxışı gedişində yeni yaranmış hallar nəticəsində ortaya çıxması müəyyən edilmir.

162. Birinci instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı işitrak etmiş, məhkəmənin əlavə sübut və vəsatətlərin olub-olmamasına dair müraciətinə əlavə sübut və vəsatətlərinin olmadığı bildirərək işin məhkəmə baxışına təyin edilməsinə etiraz etməmişdir.

163. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən sübutların prosessual müddətlər pozulmaqla təqdim edilməsi nəzərə alınaraq onların qəbul edilməməsi MPM-in 78.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, əks yanaşma tərəflərin sübutları istənilən mərhələdə təqdim etməsinə şərait yaratmaqla prosessual qaydaların formal xarakter almasına, məhkəmə baxışının əsassız uzanmasına və digər tərəfin müdafiə hüququnun pozulmasına səbəb ola bilərdi.

164. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi gecikmiş sübutları qəbul etməməkdə haqlı olmuş və birinci instansiyası məhkəməsinin hərəkətləri prosessual qanunvericiliyin tələblərinə uyğun olduğundan apellyasiya instansyası məhkəməsi tərəfindən qeyd olunan materiallar sübut kimi araşdırmamışdır.

165. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisə predmeti olan qızıl əşyalarını məhz cavabdehə satması, bu münasibətdən cavabdehin məhz 39.300 manat məbləğində borclu olması, həmin borcun birbaşa cavabdehin öz öhdəliyindən yaranması və cavabdehin həmin öhdəliyi lazımınca icra etməməsi mülki prosessual qanunvericiliyin tələb etdiyi sübutetmə standartı səviyyəsində təsdiq edilməmişdir.

166. Sonda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mübahisə predmeti olan qızıl əşyalarını lombarddan çıxartdığını və qızılları götürmək üçün vəsait ödəməsini bildirir.

167. Lakin iddiaçının ilkin və məhkəmə iclasında olan izahatlarında qızılların çəkisi və ödənilmiş pul məbləğinə münasibətdə ziddiyətli ifadələri mövcuddur. Məhkəmə iclasında lombarddan götürdüyü qızılların çəkisinin 383 qram olduğunu, buna görə 23700 manat pul ödədiyini bildirsə də bununla bağlı sübutlar təqdim etməmiş və məhkəmə iclasında qəbzləri saxlamadığını bildirmişdir.

168. Belə olan halda iddiaçının 383 qram qızılın onun tərəfindən geri alınması ən azından öz izahatı ilə təsdiq olunsa da bu qızılların lombarddan götürülməsi üçün lombardın borcunun kim tərəfindən və hansı məbləğdə ödənilməsi sübut olunmur.

169. Iddiaçının mübahisə predmeti olan qızılların geri alınması və sonradan onların dəyərinin alınması ilə bağlı iddiaları normal mühakimə yürüdülməsi anlayışı ilə uzlaşmır. Həm qızıl əşyalarının özünə qatarılması, həm də onların dəyərinin tələb edilməsi sonda əsassız varlanma halına gətirib çıxara bilər.

170. Bu səbəbdən kollegiya birinci instansiya məhkəməsinin sübutları düzgün qiymətləndirməsi, işin faktiki hallarını düzgün müəyyən etməsi və iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

171. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

172. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

173. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

174. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar