Məhkəmə qərarları › İş №2-2(3-7)-62/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-7)-62/2026

06.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-62/2026 06.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh1xxxxcavabdeh2 qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edənxxxxməruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğluxxxxHəsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədova Xəzər Natiq oğlunun katibliyi ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) cavabdehlər cavabdeh3, cavabdeh1xxxxcavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “kredit borcu üzrə borcun tutulması” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. “xxxx” KB ASC ilə borclu cavabdeh cavabdeh3 arasında bağlanmış ##.##.2023-cü il tarixli əsas kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 300000 manat kredit limiti ayrılmış, ##.##.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 21% olmaqla 30000 manat məbləğində kredit verilmişdir.

2. ##.##.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər cavabdeh1xxxxcavabdeh2 boralanın ##.##.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən götürdüyü 30000 manat məbləğində kreditin təminatçısı kimi öhdəliyini icrasını öz üzərlərinə götürmüşlər.

3. “Tələb hüququnun satılması haqqında” ##.##.2022-ci il tarixli, 02/22 UB nömrəli müqaviləyə əsasən tələbkar (“xxxx” Kommersiya Bankı ASC) Azərbaycan Respublikasının qanuni qüvvəyə minmiş qərarlarına (qərar, əmr, qətnaməxxxxsair) əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə və/və ya elektron daşıyıcılarda qeyd edilən məbləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını yeni tələbkara (“xxxx”xxxx” ASC) satır.

4. ##.##.2022-ci il tarixli, 02/22 UB saylı tələb hüququnun satılması haqqında müqaviləyə ##.##.2025-ci il tarixli ** nömrəli Əlavədən görünür ki, iddiaçı “xxxx KB” ASC ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə tələb hüququnun “xxxx”xxxx ASC-yə satılması siyahıda əksini tapmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. “xxxx” KB ASC cavabdehə qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh3, cavabdeh1xxxxcavabdeh2 müştərək qaydada 20976,86 manat əsas, 3599,44 manat faiz, 2228,46 manat cərimə olmaqla, cəmi 26804,76 manat borcun, 0,40 manat xidmət haqqınınxxxx170,42 manat dövlət rüsumunun “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” KB ASC ilə borclu cavabdeh3 arasında bağlanmış ##.##.2023-cü il tarixli əsas kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 300000 manat kredit limiti ayrılmış, ##.##.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 21% olmaqla 22728 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdəxxxxfaizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyixxxxmüəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq cavabdeh1xxxxcavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun ## ###### 2024-cü il tarixinə kredit müqaviləsi üzrə «xxxx» KB ASC-yə 20976,86 manat əsas, 3599,44 manat faiz, 2228,46 manat cərimə olmaqla, cəmi 26804,76 manat borcu yaranmışdır.

7. Ağstafa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə (hakim Natiq Abbasov), iddianın təmin edilməsi, cavabdehlər cavabdeh3, cavabdeh1xxxxcavabdeh2 müştərək qaydada 20976,86 manat əsas, 3599,44 manat faiz, 2228,46 manat cərimə olmaqla, cəmi 26804,76 manat borc, 0,40 manat xidmət haqqıxxxx170,42 manat dövlət rüsumu «xxxx» Kommersiya Bankı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

8. Ağstafa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən narazı qalan cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinixxxxişin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə, Ağstafa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- **/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağstafa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsixxxxişin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. İşin Gəncə Kommersiya Məhkəməsində araşdırılması zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək icraatda olan *-*(***)-****/**** nömrəli mülki iş üzrə iddiaçı “xxxx” KB ASC-ni İddiaçı ASC ilə əvəz edilməsini xahiş etmişxxxxməhkəmənin ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının protokol qərardadına əsasən iddiaçı “xxxx” KB ASC əsl iddiaçı qismində İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilmişdir.

11. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermişxxxxməhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir

12. Cavabdehlərə məhkəmə iclasının vaxtıxxxxyeri barədə məlumat verilmiş, cavabdehlər isə məhkəmə iclasına gəlməmişxxxxgəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır.

13. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Ramiq Qələndərzadə) ilə, iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh3, cavabdeh1xxxxcavabdeh2 müştərək qaydada 20976,86 manat məbləğində əsas borc, 1958,69 manat məbləğində faiz borcu, 500 manat məbləğində cərimə borcu olmaqla, cəmi 23435,55 manat borc xxxx160,70 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, 100 manat ekspertiza xərci cavabdehlər cavabdeh3, cavabdeh1xxxxcavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, ödənilmiş 10,12 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

14. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş cədvəlinə əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtındaxxxxtam həcmdə ödəməmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq cavabdeh1xxxxcavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş sübutlarla borc alan cavabdeh3, cavabdeh1xxxxcavabdeh2 20976,86 manat məbləğində əsas borcu olduğu təsdiq edilir. Ona görə də həmin əsas borc məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı kredit razılaşması üzrə əsasxxxxfaiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini ##.##.2024-cü il tarixli bildirişdə ifadə etmiş, faiz borcunun 1958,69 manat təşkil etməsi qeyd edilmişdir. Tərəflər arasında olan müqavilə həmin tarixdən xitam edilmiş hesab edildiyi üçün iddiaçı məhz ##.##.2024-cü il tarixədək hesablanmış faiz ödənişlərini tələb edə bilər. Ona görə də 1958,69 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə həmçinin tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 500 manat həddində təmin edilməsini ədalətlixxxxqanuni hesab etmişdir.

17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 460.1, 462.1xxxx467-ci maddələrinə, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1xxxx739.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3xxxx447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarınaxxxxAzərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 216-220, 227, 233xxxx360-cı maddələrinə istinad etmişdir.

18. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsinixxxxiş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Apellyasiya şikayətininxxxxona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

19. Birinci instansiya məhkəməsi qətnaməsində maddixxxxprosessual hüquq normasının pozulmasıxxxxya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, tələbin güzəşt edilməsi barədə ona heç bir məlumat verilməmişdir. İş materiallarından da bu hal təsdiqini tapmır. Buna görə də hesab edir ki, qeyd edilən iddiaçıya münasibətdə iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüququ yoxdur. Ona görə qətnamə ləğv edilməli ərizə baxılmamış saxlanmalıdır. Lakin, məhkəmə bu halı nəzərə almamışxxxxtələbin güzəşti barədə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Həmçinin, məhkəmə böyük məbləğdə dəbbə pulunu ondan tutmuşdur. Bu isə nə ədalətli nə də qanunidir. Çünki, məhkəmə hazırki vəziyyətdə ondan bu qədər böyük məbləğdə dəbbə pulunun tutulmasını müəyyən edə bilməzdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, həmin qətnamənin dəyişdirilmədən saxlanması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh1xxxxcavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır. Cavabdeh şikayətində İddiaçıxxxx“xxxx KB” ASC arasında bağlanmış Tələb hüququnun satılması barədə müqavilə bağlanarkən ona məlumat verilmədiyini bildirmişdir. Bununla bağlı qeyd edirlər ki, tələb hüququnun ötürülməsi borclunun heç bir qanuni marağını pozmur. Belə ki, edilən ödəniş əgər borca yönəldilmişdirsə, ödənişin hara ödənməsinin borclu üçün əhəmiyyəti yoxdur. AR MM-nin 194.1-ci maddəsinə əsasən, Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasınaxxxxya qanunvericiliyə zidd olmasın. Apellyasiya şikayətində həmçinin dəbbə pulunun azaldılmadığı bildirilmişdir. Bununla bağlı qeyd edirik ki, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində bu məsələyə qiymət verilmişxxxxdəbbə pulu kifayət qədər azaldılmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçıxxxxcavabdehlər məhkəmə iclasının yerixxxxvaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərininxxxxya səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişxxxxbunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquqxxxxvəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməlixxxxi.a.xxxxya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanmaxxxxya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkənxxxxvəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtdaxxxxyerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəxxxxbu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlərxxxxtələblər olmadıqda isə işgüzar adətlərəxxxxya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulmasıxxxxya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdəxxxxxidmətlərdə qüsurlarlaxxxxya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçünxxxxgecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

30. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasınaxxxxqanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il tarixli Qərarı

31. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasınaxxxxqanunlarına uyğunluğunun yoxlanılmasına dair”## #### 2008-ci il tarixli Qərarı

32. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

33. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının buxxxxya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etməkxxxxonların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

34. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikincixxxxüçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüquqununxxxxmüdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tamxxxxobyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquqxxxxvəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıxxxxonlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərininxxxxetirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflixxxxtam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallaraxxxxtərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunuxxxxiddianın təmin olunub-olunmadığını müəyyən edir.

41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamiləxxxxya qismən ləğv edə bilərxxxxbirinci instansiya məhkəməsində müəyyən edilmiş hallarxxxxya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

43. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

44. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuşxxxxya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunuxxxxya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

45. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülkixxxxkommersiya kollegiyalarınınxxxxNaxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülkixxxxkommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

46. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünəxxxxya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdəxxxxya apellyasiya şikayətindəxxxxona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddixxxxprosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1xxxx372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

49. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh cavabdeh3 qətnamənin ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

51. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddixxxxprosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

52. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddiaçı “xxxx” KB ASC ilə borclu cavabdeh3 arasında bağlanmış ##.##.2023-cü il tarixli əsas kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 300000 manat kredit limiti ayrılmış, ##.##.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 21% olmaqla 30000 manat məbləğində kredit verilmişdir.

53. Məhkəmə ilk öncə qeyd edir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

54. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının buxxxxya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etməkxxxxonların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

55. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikincixxxxüçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüquqununxxxxmüdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

56. Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasınaxxxxqanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqaviləxxxxya inzibati akta əsaslananxxxxbaşqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyixxxxya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkətixxxxya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq məhkəmə ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüququn mövcudluğu müəyyən edilmədən müdafiə hüququnun həyata keçirilməsi mümkün deyildir. Başqa sözlə, iddiaçı yalnız özünə məxsus olanxxxxya onunla birbaşa bağlı olan hüquqi münasibətlər üzrə tələb irəli sürə bilər.

58. Məhkəmə iş materiallarında olan ##.##.2022-ci il tarixli, 02/22 UB nömrəli “tələb hüququnun satılması haqqında” müqavilənixxxxhəmin müqaviləyə əlavə edilmiş ##.##.2025-ci il tarixli ** nömrəli Əlavəni hüquqi baxımdan təhlil edərək belə qənaətə gəlir ki, qeyd olunan müqavilə ilə ötürülmüş hüquqların həcmi birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir.

59. Belə ki, qeyd edilən müqavilənin məzmunundan aydın olur ki, “xxxx” KB ASC yalnız Azərbaycan Respublikasının qanuni qüvvəyə minmiş qərarlarına (qərar, əmr, qətnaməxxxxsair) əsaslanan borc öhdəlikləri üzrə irəli sürülə biləcək tələblərinixxxxbu tələblərin icrası ilə bağlı hüquqlarını “xxxx”xxxx ASC-yə ötürmüşdür. Müqavilədə istifadə olunan “qanuni qüvvəyə minmiş qərarlara əsasən” ifadəsi hüquqların ötürülməsinin predmetini konkretləşdirirxxxxhəmin ötürmənin yalnız artıq məhkəməxxxxya digər səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş, yəni hüquqi qüvvə qazanmış tələblərlə məhdudlaşdığını göstərir.

60. Məhkəmə hesab edir ki, bu cür hüquqi formulasiya tərəflərin iradəsini aydın şəkildə ifadə edirxxxxmüqavilənin predmetinin bütün mövcudxxxxya gələcək tələbləri deyil, yalnız artıq hüquqi təsdiqini tapmış (yəni icra sənədi ilə təmin olunmuşxxxxicra mərhələsində olan) tələbləri əhatə etdiyini göstərir. Başqa sözlə, burada söhbət ilkin tələb hüququnun deyil, həmin tələb üzrə artıq əldə edilmiş icra hüququnun ötürülməsindən gedir.

61. Bu baxımdan, ##.##.2023-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəlik üzrə, əgər həmin borc məhkəmə qaydasında təsdiq olunmamışxxxxqanuni qüvvəyə minmiş məhkəmə aktı ilə rəsmiləşdirilməmişdirsə, belə tələb qeyd edilən sesessiya müqaviləsinin predmetinə daxil edilə bilməz.

62. İş materiallarından isə müəyyən olunur ki, mübahisə predmeti olan kredit öhdəliyi üzrə iddia qaldırıldığı tarixədək hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsixxxxya digər icra sənədi mövcud olmamışdır. Bu isə o deməkdir ki, həmin borc münasibəti üzrə tələb hüququ “Tələb hüququnun satılması haqqında” müqavilənin predmetinə uyğun olaraq İddiaçı ASC-yə keçməmişdir.

63. Digər tərəfdən, müqaviləyə əlavə edilmiş ##.##.2025-ci il tarixli ** nömrəli Əlavədə konkret kredit müqaviləsi üzrə tələb hüququnun ötürüldüyü göstərilsə də, bu hal müqavilənin əsas şərtlərindən kənara çıxaraq ayrıcaxxxxmüstəqil hüquqi nəticə doğura bilməz. Belə ki, əlavələr əsas müqavilənin məzmununa uyğun şərh edilməlixxxxonun çərçivəsindən kənara çıxmamalıdır.

64. Məhkəmə qeyd edir ki, müqavilənin şərtləri sistemlixxxxqarşılıqlı əlaqədə şərh edilməlidir. Bu zaman müqavilənin ümumi məqsədixxxxtərəflərin həqiqi iradəsi əsas götürülməlidir. Mübahisəli halda isə müqavilənin ümumi məzmunu göstərir ki, tərəflər yalnız artıq hüquqi qüvvə qazanmış tələblərin icrası ilə bağlı hüquqların ötürülməsi barədə razılığa gəlmişlər.

65. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ASC-yə ötürülmüş hüquq kredit müqaviləsindən birbaşa irəli gələn ilkin tələb hüququ deyil, yalnız qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsaslanan icra hüququ olmuşdur.

66. Bu səbəbdən də, hazırkı mübahisə üzrə – yəni kredit müqaviləsindən irəli gələn borcun tutulması tələbi ilə bağlı iddia qaldırmaq hüququ İddiaçı ASC-yə keçməmişdir. Belə olduğu halda, kredit müqaviləsi üzrə borcun tutulması hüququ qeyd edilən müqavilə üzrə kreditor “xxxx” KB ASC səlahiyyətində olmuşdur.

67. Nəticə etibarilə, iddiaçı mübahisəli hüquq münasibəti üzrə tələb irəli sürmək üçün zəruri olan subyektiv hüquqa malik olmamışdır.

68. Məhkəmə hesab edir ki, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, tələb hüququnun ötürülməsinin həcmixxxxhüquqi nəticələri düzgün qiymətləndirilməmişxxxxnəticədə iddiaçının əvəz edilməsi ilə bağlı hərkətləri qanuni olmamışdır. Halbuki, bu hal iş üzrə düzgün hüquqi nəticəyə gəlmək üçün həlledici əhəmiyyət kəsb edir.

69. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iddiaçının mübahisələndirilən borc tələbi ilə bağlı subyektiv hüququnun olması barədə gəldiyi nəticə işin faktiki hallarınaxxxxtətbiq edilmiş hüquq normalarına uyğun olmamaqla əsassız olmuşdur.

70. “xxxx” KB ASC ilə cavabdeh3 arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ məhz “xxxx” KB ASC-yə məxsus olduğundan “xxxx” KB ASC də borc tələbinə dair iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etməlidir.

71. Bunlardan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının idda irəli sürmək üçün subyektiv hüququnun olmaması iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi üçün yetərlidirxxxxbu səbəbdən də borcun mövcudluğuxxxxsair halların araşdırılması hazırki məhkəmə araşdırması zamanı hüquqi qiymət verilməsini zəruri etmir.

72. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmaqla, iddiaçının hazırki iddianı irəli sürmək üçün subyektiv hüququnun olmaması əsası ilə iddia tələbi rədd edilməlidir.

73. Belə ki, apellyator qətnamənin ləğv olunmasınıxxxxiş üzrə icraata xitam verilməsini xahiş etsə də iş üzrə icraata xitam verilməsi üçün prosessual əsaslar mövcud deyildir.

74. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

75. Yuxarıda göstərilənlərə əsasənxxxxAzərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 392, 393, 402, 404, 404xxxx405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsinxxxxiş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh1xxxxcavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 20976,86 manat əsas, 3599,44 manat faiz, 2228,46 manat cərimə olmaqla, cəmi 26804,76 manat borcun, 0,40 manat xidmət haqqınınxxxx170,42 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar