Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-65/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), X5 və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı İddiaçı, nümayəndəsi (vəkil) Vəkil, cavabdeh Cavabdeh, nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, Işin halları
1. Dövlət Əmlakı Komitəsi Dövlət Əmlakının Inventarlaşdırılması Idarəsi tərəfindən verilmiş qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportundan görünür ki, Bərdə rayonu H.Aslanov küçəsində yerləşən Ağac emalı sexi Bərdə Təmir-Tikinti Idarəsinin tabeçiliyində olmuşdur.
2. ##.##.1999-cu il tarixli Auksion Protokolundan görünür ki, Bərdə rayonu H.Aslanov küçəsində yerləşən Ağac emalı sexi ilə bağlı keçirilən auksiounun qalibi Cavabdeh olmuşdur.
3. ##.##.1999-cu il tarixli müəssisənin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Dövlət Əmlakı Komitəsi tərəfindən Bərdə rayonu H.Aslanov küçəsində yerləşən Ağac emalı sexi auksiondan satış qiyməti ilə 671800 manata Cavabdeh satılmışdır.
4. Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında ##.##.1999-cu ill tarixli ****** nömrəli Şəhadətnaməsinin surətindən görünür ki, Bərdə rayonu H.Aslanov küçəsində yerləşən Ağac emalı sexinin üzərində sahiblik hüququ Cavabdeh, X6, X3 və X10 məxsusudur.
5. “xxxx” Firmasının 1999-cu il tarixli Təsis müqaviləsindən görünür ki, Cavabdeh, X11, X3 və X10 müqavilə bağlayaraq Bərdə rayonu Ağac emalı sexinin əmlakına ifadə olunan paylarını birləşdirərək “xxxx” Firmasını təsis etmişlər.
6. Bərdə rayon Icra Hakimiyyətinin ## #### 2004-cü il tarixli *** nömrəli Sərəncamının surətindən görünür ki, Cavabdeh məxsus ağac emalı sexinin tərkibində olan çayxana və köməkçi oturacaqların sökülərək cənubdan küçə səkisi, şərqdən həyətyanı sahə, qərbdən təmirtikinti idarəsinə gedən yol, şimaldan isə ağac emalı sexinin ərazisi ilə həmsərhəd olan 18,4 x 9 m sahədə müasir tipli istehsal və satış binası tikilməsinə icazə verilməsi qərara alınmışdır.
7. Azərbaycan Kredit Bürosunun çıxarışından görünür ki, borcalan Cavabdeh haqqında kredit tarixçəsi ##.##.2006-cı il tarixdə açılmışdır və Ləğv Prosesində olan Gəncəbank SKB tərəfindən ##.##.2020-ci il tarixdə 9499 manat, LPO Gəncəbank SKB tərəfindən ##.##.2015-ci il tarixdə 9500 manat, LPO Gəncəbank SKB tərəfindən ##.##.2012-ci il tarixdə 15000 manat, LPO Dəmirbank ASC tərəfindən ##.##.2012-ci il tarixdə 1080 ABŞ dolları, LPO Dəmirbank ASC tərəfindən ##.##.2012-ci ci il tarixdə 1080 ABŞ dolları kredit verilmişdir.
8. Ödəniş qəbzlərindən görünür ki, kreditlərin ödənişi Cavabdeh tərəfindən edilmişdir.
9. “X8” MMC-nin ##.##.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi rəyindən görünür ki, Bərdə şəhəri, Bakı küçəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 320 kv.m olan qeyri-yaşayış binasının bazar dəyəri 160000 manat məbləğində, likvid dəyəri 140000 manat dəyərində müəyyən edilmişdir.
10. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli **/**** saylı ekspertiza rəyindən görünür ki, Bərdə şəhəri, Bakı küçəsində yerləşən 2 mərtəbəli qeyriyaşayış binasında aparılmış müxtəlif növ tikinti-təmir və yenidən qurma işlərinə 96000 manat dəyərində vəsaitin sərf olunduğu müəyyən edilir. Bərdə şəhəri, Bakı küçəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin hazırki orta bazar dəyəri 192000 manat məbləğində müəyyən edilir.
11. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli **/***-*/*** saylı ekspertiza rəyindən görünür ki, Bərdə şəhəri, Bakı küçəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasında aparılmış müxtəlif növ tikinti-təmir və yenidən qurma işlərinə 96000 manat dəyərində vəsaitin sərf olunduğu müəyyən edilir. Bərdə şəhəri, Bakı küçəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin hazırki orta bazar dəyəri 192000 manat məbləğində müəyyən edilir.
12. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Bərdə ərazi idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, cavabdeh Cavabdeh iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmişdir. Cavabdehin naturada istifadə etdiyi və göstərdiyi mişar daşından inşa edilmiş 2 (iki) mərtəbəli 166 kv.m ölçüdə qeyri yaşayış tikilisinin 62,1 kv.metri, məhkəmə məktubuna əlavə edilmiş Dövlət Əmlakının Hüquqi və Fiziki şəxslərə satılması haqqında Azərbaycan Respubliaksı Dövlət Əmlak Komotəsinin ## #### 1999-cu il tarixli ****** nömrəli şəhadətnaməsinə və ##.##.1998-ci il tarixli N ***** nömrəli texniki pasporta əsasən B literli tikilinin * nömrəli mətbəx və ** nömrəli çayxana otaqları. 9m x6.9m ölçüdə olmaqla tikinti altı torpaq sahəsinin sərhədləri daxilində yerləşir.
13. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, **-***/** nömrəli mütəxəssis rəyindən görünür ki, X1 proqramının arxiv görüntülərinin təhlili zamanı müəyyən edilmişdir ki, sözügedən qeyriyaşayış sahəsinin yerləşdiyi ərazi üzrə mövcud olan ən erkən peyk görüntüsü 2004-cü ilin noyabr ayına aiddir. Həmin görüntünün təhlili nəticəsində müəyyən olunmuşdur ki, mübahisəli iki mərtəbəli qeyri-yaşayış binası artıq həmin tarixdə mövcud olmuş və onun yerləşmə vəziyyəti hazırkı vəziyyəti ilə eynilik təşkil etmişdir. Bu hal binanın ən azı 2004-cü ilin noyabr ayına qədər inşa edildiyini göstərir. Arxiv görüntülərində binanın ölçülərində və xarici konturlarında sonrakı dövrlərdə əhəmiyyətli dəyişikliklərin müşahidə olunmaması da həmin tikilinin göstərilən tarixdən əvvəl mövcud olmasını təsdiq edən amillərdən biri kimi qiymətləndirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
14. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 160000 manat pulun və ödənilmiş 450 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh onun qaynıdır. 1999cu ildə cavabdeh özəlləşdirmə proqramı əsasında Bərdə rayonu H.Aslanov küçəsində (indiki Bakı küçəsi) ağac emalı sexinin əmlakını özəlləşdirmiş və ona bu barədə şəhadətnamə verilmişdir. Həmin sex istifadəsiz qalırdı. O bir qohum kimi cavabdehə təklif etdi ki, həmin sexi işlək vəziyyətə salıb işlətsin, cavabdeh də onun işi ilə pul qazansın. Bu zaman cavabdeh təklif etdi ki, bu köhnə sexə vəsait qoymaqdansa, sexin həyətində boş torpaq sahəsində yeni bina tiksin, o daha çox xeyir gətirər. O da onunla razılaşmışdır. Özəlləşmiş sex cavabdehin adına olduğu üçün onun yerləşdiyi ərazidə bina tikintisi üçün cavabdehin adından Icra Hakimiyyətinə müraciət etmiş, IH başçısının ## #### 2004-cü il tarixli *** saylı sərəncamı ilə cavabdehə 18,4 x 9 m sahədə müasir tipli istehsal və satış binası tikilməsinə icazə almışdır. Bundan sonra tikilinin layihəsi tərtib edilmiş, həmin layihə və smeta ilə bina tikilmiş və fəaliyyətə başlamışdır. Həmin vaxtdan həmin tikilini o, idarə etmişdir, orada mebel sexi işlətmiş, bəzi sahələrini isə icarəyə vermişdir. 2019-cu ildə belə qərara gəlmişlər ki, o cavabdehə torpağa görə 60 kv.metrlik sahə verir, qalan binanı isə özü işlədir. Həmin vaxtdan ayrıca işləməyə başlayıblar. Lakin 2022ci ildə cavabdeh binaya dair qanunsuz iddialarını irəli sürməyə başlamışdır, binanın və torpağın ona məxsus olduğunu bildirərək onu binanın idarə edilməsindən, icarəsindən uzaqlaşdırmışdır. O, indi belə vəziyyətə düşmüşdür ki, cavabdeh sərəncam və smetanın onun adına olmasından istifadə edərək onun vəsaiti ilə tikilmiş binanı əlindən almışdır. Bu isə onun həmin binada olan hüquqlarını pozur, onu vəsaiti hesabına tikilmiş binadan məhrum edir. Həmin tikili onun vəsaiti hesabına tikilmiş, bina tikintisində işləmiş ustaların, binanın tikintisinə sərf edilmiş bütün materialların pulunu o vermişdir. Cavabdeh isə binanın onun sexinin yerləşdiyi torpaq sahəsində olmasını, sərəncamın da onun adına olmasını əsas götürərək onu binadan və idarəetməsindən uzaqlaşdırmışdır. Bu halda cavabdeh həmin binanın tikintisinə sərf edilmiş vəsaitini ona verməmişdir, çünki cavabdeh bu binanın tikintisinə bir manat da vəsait sərf etmədən hazırda, həmin binaya sahib olmuşdur və potensial mülkiyyətçidir. Beləliklə, cavabdeh hazırda 2004-cü ildəki razılıqları pozaraq həmin bina onun vəsaiti hesabına tikildiyi halda sərəncamın onun adına almasından istifadə etməklə, onu binadan istifadə edib qazanc əldə etməkdən məhrum edərək binaya təkbaşına yiyələnmiş, əsassız olaraq varlanmış, bir manat da vəsait sərf etmədiyi binaya potensial mülkiyyət hüququ qazanmışdır. Bu halda cavabdeh əsassız varlanmış şəxs, o isə mərhum olandır. Belə olan halda binanın tikintisinə və təmirinə onun tərəfindən sərf edilmiş pul vəsaiti cavabdeh tərəfindən ona qaytarılmalıdır.
16. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, məhkmə-tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 200 manatın iddiaçıdan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına ödənilməsi qət edilmişdir.
17. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi tamamilə ləğv edilərək baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alımışdır.
19. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 2001-ci ildə sözügedən yerdə mebel sexi düzəldib fəaliyyətə başlamaq qərarına gəlmişlər. Həmin vaxtlar Cavabdeh bankda kassir işləmiş, maddi vəziyyəti yaxşı olmamışdır. 2002-ci ildə onlar mebel işinə başlamışlar. O Fazil adlı şəxsi dəvət etmişdir. Sonra belə qərara gəlmişlər ki, mebel sexi köhnə olduğuna görə onun yerində və qabaqdakı köməkçi sahənin yerində yeni bina tiksinlər və fəaliyyətlərinə davam etsinlər. Torpaq sahəsi də rəhmətlik qaynatasının olmuşdur. 2004-cü ilin avqsut ayında bina tam tikilmiş və təhvil verilmişdir. Binanı Sübhan adlı şəxs tikmişdir. Binanın ümumi sahəsi 200 km-dən çox olmuşdur. Bütün xərcləri də o çəkmişdir. Mebel sexinə də bütün avadanlıqları onun qardaşı alıb yığmışdır. Qardaşı Rauf pulu ona vermişdir ki, ömürlük çörək yeri olsun. Elçini də onun qardaşı yanına çağırmışdır ki, onunla birlikdə qaynatasının köhnə sexinin yerində işləsinlər. O vaxt Zərifə Əliyeva adına məktəb də tikilirdi. Oradan materillar gətirilirdi, onların binasına istifadə olunurdu. Özəlləşdirmə üçün ilk dəfə pulu Vüqar adlı şəxs vermişdir, daha sonra Cavabdeh gəlib ona bildirmişdir ki, Vüqar pulunu istəyir, o da cavabdehə 3000 dollar pul vermişdir. Binada mebel istehsalı ilə məşğul olmuşdur. Binanı arada icarəyə də vemişdir. Sonuncu dəfə binanı 2020-ci ildə icarəyə vermişdir. Icarə haqqları sənədlər cavabdehin adına olduğuna görə cavabdehin kartına köçürdülürdü, lakin kart onun qızında olmuşdur. 2019-cu ildə bir-birindən aralaşmaları barədə qərara gəlmişlər. Lakin cavabdeh torpaq sahəsinin cavabdehin olduğuna görə ordan onun da payı olduğunu bildirmişdir. 2022-ci ildə cavabdeh məsələ qaldırmışdır ki, bina onundur, xərcin yarısını o çəkmişdir, sənədlər onun adınadır, iddiaçının həmin binada heç nəyi yoxdur. Hazırda o da iddianı ona görə qaldırmışdır ki, heç olmasa onun binaya çəkdiyi xərc qaytarılsın. Binanın bugünki dəyəri 160000 manatdır.
21. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, bina iddiaçı tərəfindən tikilmişdir. Cavabdeh 2022-ci ilədək binanın iddiaçının faktiki mülkiyyətində olmasına, ondan istifadə etməsinə etiraz etməmiş, hər hansı iddia qaldırmamışdır. Susmaq formasında həmin əmlakın iddiaçının olmasını etiraf etmişdir. Bərdə Rayon Icra Hakimiyyətinin ## #### 2024 tarixli 102 nömərli sərəncamından görünür ki, tikintiyə icazə Cavabdeh verilmişdir, ona görə sənədləşmə onun adına aparılmışdır. Sadəcə olaraq 2022-ci ildə mülkiyyət sənədlərinin olmasından istifadə etmişdir. Şahid ifadələrindən də aydın olur ki, binanı tikintisində Sübhan adlı şəxs iştirak etmişdir. Qarşı tərəfin vəsatəti əsasında gələn şahid sadəcə Elçinin ona bildirdiklərini qeyd etmişdir, iddiaçı tərəfindən çağırılan şahidlər isə bilavasitə hadisənin iştirakçılarıdırlar, onlar binanın kim tərəfindən tikildiyini, çertiyoju kimin verdiyini, vəsaiti kimin verdiyi barədə məhkəmədə ətraflı məlumat təqdim etmişdir, bütün bunlar Xalidin binanı tikdirdiyini təsdiq edir.
22. Iddiaçının nümayəndəsi Vəkil məhkəməyə yazılı çıxışını təqdim edərək bildirmişdir ki, hazırkı məhkəmə prosesi üzrə, həm Bərdə Rayon Məhkəməsində araşdırılmış işin halları və təqdim edilmiş sənədlər əsasında iddianın əsaslı və təmin olunmalı olması tam sübuta yetirilmişdir. Iddiaçının mövqeyi, şahid ifadələrinin və maddi sübutların məntiqi və xronoloji təhlili üzərində aşağıdakı arqumentlərə əsaslanır: İ. MPM-in 77-ci Maddəsi və "kredit yalanı"nın ifşası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh Cavabdeh israrla iddia edir ki, "Binanı mən tikdirmişəm, kredit götürmüşəm". Lakin bu iddia rəsmi sənədlərlə darmadağın edilir: 1. Zaman paradoksu: Işin mübahisəsiz halıdır ki, bina 2004-cü ildə tikilib. Lakin cavabdehin kredit tarixçəsi (Kredit bürosu çıxarışı) 2006-cı ildə açılıb, real kreditlər isə 2012-ci ildə götürülüb. 2004-cü ilin binasını 2012-ci ilin pulu ilə tikmək mümkün deyil. 2. Sübutsuzluq: Cavabdeh tikinti xərclərini təsdiq edən bir dənə də olsun qəbz, smeta və ya müqavilə təqdim etməmişdir. Nəticə: Cavabdeh MPM-in 77-ci maddəsini pozaraq, sübut olunmamış faktlara əsaslanıb məhkəməni aldatmağa çalışmışdır. II. Şahid ifadələrinin təhlili (MPM maddə 88) Bərdə Rayon Məhkəməsi şahidləri "eşidən şahid" adlandırmışdı. Lakin məhkəmədə dindirilən şahidlər hadisəni birbaşa görən və iştirak edən şəxslərdir: 1. Usta Sübhan (icraçı şahid): Binanı tikən usta birbaşa bəyan etdi: "Mənə pulu Rauf və Xalid ödəyib. Elçin mənə tikinti üçün bir manat da verməyib". Bu ifadə cavabdehin "mən tikmişəm" iddiasını tam təkzib edir. 2. şahid7 (qohum şahid): Cavabdehin doğma dayısı təsdiq etdi ki, "Elçinin bina tikməyə imkanı yox idi, binanı Rauf tikdirib". 3. Şücaət Baxşəliyeva (istifadəçi şahid): Təsdiq etdi ki, 2005-2012-ci illərdə obyekti mağaza kimi işlədib, o da həmin binada işləyib, orada satıcı olub və onu işə Xalid götürüb, əmək haqqını Xalid veribdir. 4. Quliyev Sərxan (cavabdehin əsgər yoldaşı) həmin binanın məhz iddiaçının qardaşı Rauf tərəfindən tikildiyini, həmin binada mebel satıldığını və Xalidə məxsus obyekt kimi olduğunu bildirmişdir. Nəticə: MPM-in 88-ci maddəsinə əsasən, bu şahidlərin ifadələrinin məcmusu sübut edir ki, investisiya iddiaçı (Rauf və Xalid) tərəfindən qoyulub və həmin bina Xalidin obyekti kimi istifadə edilibdir. III. Faktiki sahiblik zənciri və iddianın "Zərurət Tarixi" (iyun 2022) Cavabdeh iddia edir ki, bina 18 il onun istifadəsində olub. Sual olunur: Əgər bina həmişə onun idisə, iddiaçı niyə 2005, 2010 və ya 2015-də yox, məhz 2022-ci ilin iyun ayında məhkəməyə müraciət etdi? Bu tarixin seçilməsi zərurətdir: 1. Sentyabr 2021 - iyun 2022: Bina "Kontakt Home"da icarədə olub, lakin icarə haqqının daxil olduğu bank kartı iddiaçının qızı Dilgüşədə olub (SMS sübutları). Yəni iddiaçı faktiki olaraq mülkiyyət hüququndan istifadə edib.
2. Iyun 2022 (qırılma nöqtəsi): Cavabdeh banka gedib kartı bloklayaraq iddiaçının gəlirini mənimsəyib. Iddiaçının məhz 2022-ci ilin iyununda müraciət etməsi sübut edir ki, həmin tarixə qədər sahiblik hüququ məhz iddiaçıda olub və tərəflər arasında mübahisə olmayıb. Mübahisə cavabdehin xəyanəti və iddiaçının istifadəsində olan kartı ləğv edib, yeni kart götürməsi ilə başlayıb. IV. Cavabdehin məntiqi təzadları (paradokslar) cavabdehin davranışı onun səmimi olmadığını sübut edən iki böyük ziddiyyətlə doludur: 1. Iddia müddəti paradoksu: "Mülkiyyətçiyəm və haqlıyam" deyən şəxs faktlara əsaslanar. Lakin cavabdeh faktlarla (kredit, sənəd) qalib gələ bilməyəcəyini bildiyi üçün iddia müddətinin tətbiqini xahiş edir. Bu, dolayısı ilə iddiaçının haqlı olduğunun, lakin vaxtın keçdiyinin etirafıdır. 2. Ekspert paradoksu: Tikintini aparan şəxs xərcləri bilər. Cavabdeh ekspert rəyinə (96000 AZN) etiraz edir, amma qarşısına qoymağa heç bir alternativ rəqəmi və sənədi yoxdur. Bu kor-koranə etiraz onun tikintidən xəbərsiz olduğunu sübut edir. Həmçinin təkrar ekspertiza keçirilməsi barədə vəsatət verməklə əslində həmin məbləğin azaldılmasına nail olur. V. Etimaddan sui-istifadə və sənədlərin əsli maddi sübut: Sənədlərin əsli (layihə, sərəncam) 18 il iddiaçıda olub. Cavabdeh bunu özü etiraf edir. Hansı mülkiyyətçi orijinal sənədləri 20 il "yad" adamda saxlayar? Tərəflər yaxın qohumdurlar. Iddiaçı 2004-cü ildə qaynına etibar edərək sənədləşməni onun adına rəsmiləşdirmiş, lakin faktiki investisiyanı özü qoymuşdur. Iddiaçının 20 il sonra qaynının xəyanət edəcəyini proqnozlaşdıra bilməməsi onun hüququnu əlindən almamalıdır. Cavabdeh bu etimaddan sui-istifadə edərək (abuse of trust) əsassız varlanmağa çalışır. Mənzərə tam aydındır: 1. Maliyyə iddiaçı tərəfindən qoyulub (sübut: usta Sübhan, kredit bürosu çıxarışı). 2. Sahiblik 2022-ci ilin iyununa qədər iddiaçıda olub (Sübut: bank kartı, SMS-lər, sənədlərin əsli).
3. Pozuntu iyun 2022-də baş verib (iddia müddəti ötürülməyib). Bu hallar sübut edir ki, cavabdeh Cavabdeh, iddiaçının vəsaiti hesabına tikilmiş binanı mənimsəməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən səbəbsiz zənginləşmişdir. Ona görə də iddianın təmin edilməsi, 160000 manat məbləğində vəsaitin səbəbsiz zənginləşmə kimi cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Məhkəmə iclaslarında iştirak edən cavabdeh Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, hazırda mübahisələndirilən binanın tikildiyi yerdə çayxana, mağaza və gözətçi binası olmuşdur. Qeyd edilən binalar onun özünün adına olmuşdur. Həmin binalar qismən sökülmüş və onların yerində yeni bina tikilmişdir. Bina əvvəlki binalara dair torpaq sahəsindən kənara çıxmamışdır, başqa torpaq sahəsinə həmin binanın hər hansı sahəsi düşməmişdir. Binanı şirkət tikmiş, həmin şirkətlə onun müqaviləsi olmamışdır. Bina onun mülkiyyətindədir və binanın tikintisinə vəsaiti o özü vermişdir. Təxminən 50000 manat pul vermişdir. Həmin binanı iddiaçı tikdirməmişdir. 2004-ci ilin iyun-iyul aylarında tikinti başlamış və 2006-cı ildə tikinti bitmişdir, lahiyə smetanı almışdır. Mebel sexini quranda bir neçə dəfə kredit götürmüşdür. 90000 manat kredit götürüb binanın tikintisinə də sərf etmişdir, qaynından götürdüyü borcu da qaytarmışdır. Sübhan müəllimlə onun qohumluğu olmuşdur. O vaxt rayonda bina tikən bir adam o idi. Tikintiyə icazə alandan sonra Sübhan müəllimlə o özü gedib daşımışdır. Binanın tikintisinə Sübhan müəllim rəhbərlik etmiş, Azər Sübhan müəllimin briqadiri olmuşdur. Pullar onun tərəfindən Sübhana verilmiş, Xalid tərəfindən, yaxud qardaşı tərəfindən pul verilməmişdir. Rauf vəfat edəndən sonra icraya məktub göndərilmiş, cavab gələndən sonra tikinti başlanılmışdır. Yaşar Zamanov rayonda tikinti işlərinə baxırdı və lahiyəni binanı tikib qutarana yaxın Yaşar Zamanov ona təqdim etmişdir. Smetanın dəyəri işçilik haqqı ilə birlikdə idi. Binanın tikintisinə Azər müəllim nəzarət etmiş, pul ancaq Sübhana verilmişdir. 2006-ci ildə tikinti başa çatmışdır. Əvvəlcədən olduğuna görə binaya yeni kommunal xətlər çəkilməmişdir. Rauf müəllim Sübhan müəllimə pul verməmişdir. Sübhan müəllimə pulu o vermişdir. Nə qədər vəsait xərclədiyini xatırlamır. Iş yekunlaşanda 54000 manat pul vermişdir. Axırıncı dəfə 5000 manat kredit götürüb tikinti ilə bağlı xərci yekunlaşdırmışdır. İddiaçı tərəfindən orada hər hansı tikinti-söküntü işi aparılmamışdır. Iddiaçı və ya qardaşı tərəfindən həmin binanın tikintisinə pul ayrılmamışdır. Iddiaçı həmin bina tikiləndən sonra bir gün belə istifadə etməmişdir. 2006-cı ildən də həmin binanı özü istifadə etmişdir. O, iddiaçıya icarəyə yer verməmişdir. Sözügedən binada deyil, həyətdə başqa yer, anbar hissəsini iddiaçının gətirdiyi Fazil adlı şəxsə icarəyə vermişdir. Xalidgildən icarə haqqı almamışdır. Mebel sexi kimi istifadə etmişdir. Mebel sexi tikilən binadan ayrıdır. Binadan özü də istifadə etmiş, icarəyə də vermişdir. Xalidin təklif etdiyi yeri o tikdirmişdir. İddiaçı heç bir sex tikməmişdir. O Fazilə yer vermişdi, Xalid də onun yanında gəlmişdir. Xalidlə onun şərikliyi olmamışdır. Obyektin içində Xalid işləməmişdir. İddiaçı Fazillə birlikdə ancaq sexdə işləmişdir. Sexdə mebelleri sifariş əsasında düzəldib aparırdılar. Tikdirdiyi binada Xalid heç bir iş görməmişdir. Xalidgil sifariş əsasında mebel yığırdılar. Ikimərtəbəli binada mebellər satılmışdır. Bina boş olduğundan Xalidgil istehsal etdiyi mebeli qoyurdular onun binasına, satırdılar, o isə ondalardan pul istəmirdi. Iddiaçı həmin binadan heç istifadə etməmişdir, ancaq sexdə işləmişdir. Binanın ikinci mərtəbəsində özü otururdu. Ikinci mərtəbədə iş görmürdü. Xalidgili çıxarda bilmədiyi üçün özü iş görə bilməmişdir. Iddiaçı sexdən münasibəti pisləşməmişdən qabaq çıxmışdı. Iddiaçı yeznə kimi binada onun yanına gedib-gəlmişdir. Iddiaçı binanı heç kəsə icarəyə verməmişdir. Binada əvvəl “Kontakt Home” fəaliyyət göstərirdi. Icarəyə 2020-ci ildən qabaq vermişdir. Iddiaçı onun bacısının yoldaşıdır, kartı bacısına o özü vermişdir. Həmin karta “Kontakt Home” icarə haqqını köçürürdü. Kart bacısıgildə 3-4 ay qalmışdı. O çörək pulu olaraq onu bacısıgilə vermişdi.
24. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, binanı cavabdeh Cavabdeh tikdirmişdir. Iddiaçı tərəf qeyd etdiyi məbləğləri, onun həqiqətən verilməsini, kimə verilməsini, tikinti ilə bağlı xərc çəkilmişsə razılşamların kiminlə olduğunu sübut etməlidir. Iddiaçı heç bir sübut təqdim etməmişdir.
25. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid7 ifadəsində göstərmişdir ki, o əvvəllər Rusiyada yaşamış, ancaq Azərbaycana gəlib-getmişdir. Ildə bir dəfə gəlib 1-2 ay qalıb getmişdir. Rusiyadan daimi gələndən sonra özü Yevlaxda yaşasa da Cavabdeh və İddiaçı yanına tez-tez gəlib getmişdir. Bina tikiləndə İddiaçı işi var idi, lakin Cavabdeh işsiz idi. Rauf Aslanov demişdir ki, gəlin bilikdə işləyin. Əvvəl mübahisə edilən yerdə balaca bir sex var idi, lakin içində alətlər yox idi. Həmin bina isə İddiaçı qardaşının köməkliyi, yəni pulu ilə tikilmişdir. X2, yəni İddiaçı qardaşı vermişdir. Rauf Aslanov pulu İddiaçı bağışlamışdır. Yəni X2 vermişdir İddiaçı, o da binanı tikdirmişdir. Həyətdə olan sexdəki mebel hazırlama alətləri də Rauf Aslanovun pulu ilə alınmışdır. Bina tikiləndən sonra oranı İddiaçı işlətmişdir. Tikinti zamanı da o əraziyə getmişdir. Orda olanda tikintiyə rəhbərliyi İddiaçı həyata keçirmiş, göstərişləri o vermişdir. O, danışıqlarda iştirak etməmişdir, tikintini Rauf Aslanov aparırdı, vəsaiti o xərcləyirdi. Həmin vaxt Cavabdeh binanı tikdirməyə vəsaiti yox idi. Rauf Aslanovun pul verdiyini görməmiş, danışıqlardan bilmişdir ki, X2 vermişdir. Uzun müddət birlikdə işlədilər. Ancaq nə vaxt ayrıldıqlarını bilmir. Özü İddiaçı binada görmüşdür. Tikinti gedən vaxt İddiaçı dövlət qurumunda işlədiyi üçün sənədləşmə onun adına aparılmadı. Sənədlərin Cavabdeh adına olduğunu sonradan məhkəmə ərəfəsində bilmişdir. Banka İddiaçı və Cavabdeh birlikdə getmişdi. Dəqiq olaraq bankdan pulu kimin adına verdiklərini bilmirdi. Yəqin ki, krediti Cavabdeh öz adına götürdü. Ona verilən pulu 600 dollar ayda ödəyirdi. Götürülən kredit məbləğindən binaya xərclənmədi, çünki binanın tikintisi başa çatmışdı. Başqa bankdan pul götürülübgötürülməməsini bilmir. Binanın tikintisindən bir neçə il sonra kredit götürülmüşdü.
26. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid5 ifadəsində göstərmişdir ki, Cavabdehlə qohumluqdan başqa əsgərlikdə də bilrikdə olmuşdur. Torpaq Cavabdeh atasının idi, lakin tikən adam Rauf Aslanov olmuşdur. O Sankt peterbuqda çox olmuşdur, bütün Leninqrad xalqı deyirdi ki, X4 bina tikdirir. Bərdədə də hamı bilirdi ki, tikintini Rauf Aslanov maliyyələşdirir. O, danışıqlar əsnasında bilmişdir ki, bina Rauf Aslanovun pulu ilə tikilir, binanı Rauf Aslanov maliyyələşdirdiyini Cavabdeh özündən eşitməmişdir. Binanın tikintisini görmüşdür. Orada çox olmuşdur. Həmin bina yolunun üstündə yerləşir. Sübhan müəllimin dəstəsi binanı tikirdi. Binaya İddiaçı nəzarət etdiyini görmüşdür. Rauf Aslanov vəfat edəndə binada tikinti gedib-getməyini bilmir. Cavabdeh maddi gücü həmin binanı tikdirməyə çatmazdı.
27. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vuhar Beilarau ifadəsində göstərmişdir ki, o, Belarusiyada olanda bilirdi ki, Elçin nəsə bina tikdirir. Elçin ona deməmişdir ki, həmin binanı Xalid tikir, yaxud başqası tikdirir. Ona demişdir ki, iş görür, tikinti ilə məşğuldur, pul lazımdır. O da dəqiqliyi ilə pulu nəyə görə istədiyini soruşmurdu. Vəsaiti dəqiq olaraq nə vaxt verdiyini bilmir. Pulları köçürmə vasitəsi ilə də, şəxsən özü də gələndə gətirib əlbəəl vermişdir. Elçinə də, bacısına da pul vermişdir. Həmin yerin alınması zamanı Elçinin atasına da pul vermişdir. Həmin vaxt Xalid polisdə işləyirdi, tikintidə isə Elçin işləyirdi. Bir dəfə 3000 dollar göndərmişdir. Ilk vaxtlar 4000-4500 dollar pul vermişdir. Binanın neçəyə başa gəldiyini maraqlanmamışdır. Alqısatqı zamanı, həmçinin özəlləşdirmə zamanı 4500 dollar pul vermişdi, 3000 dolları isə bina tikilən vaxtı Elçin ondan istəmişdir. Alqı-satqı və özəlləşdirmə zamanı Xalid müəllim yox idi. O Belarusiyadan gələndə demək olar ki, bina hazır idi. Tikililərdə Elçini görmüş, Xaliq müəllim Elçinlə birlikdə işlədiyini eşitmişdir, deyəsən mebel düzəldirdilər. Bərdə Rayon Məhkəməsində Xalid özü onun tərəfindən verilən 3000 dollar pulun qaytarıldığını qeyd etmişdir. 3000 dolları ona bacısı qaytarmışdır, gedib evlərindən götürmüşdür. İddiaçı pula aidiyyətindən xəbəri olmamışdır, o gəlib bacısının evindən pulu götürüb getmişdir. Onun pulu bina tikilib qutarandan sonra ona qaytarılmışdır. Xalidin binada olub olmadığını o deyə bilməz. Hər dəfə Azərbaycana gəlib-gedəndə binaya getmiş, orada Elçini görmüşdür. Xalidi də orada görmüşdür. Xalidin nəyə görə orada olduğunu Elçindən soruşmamışdır. Binanın tikintisində Xalidinin pulunun istifadə edilməsi, onun tikintidə iştirak etməsini eşitməmişdir.
28. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir ki, binaya nə qədər xərc çəkildiyini bilmir, ancaq ilk ödənişi Rauf onun yanında etmişdir, ancaq nə qədər məbləğdə pul verdiyini bilməmişdir. Binanı Sübhanın heyəti tikmişdir. Tikinti barədə sövdələşmə təxminən 2002-ci ilin yay aylarında edilmişdi. Tikili müddətində orada olmamışdır, özü rayonda qıraqda işləyirdi. Sübhanın işçisi Azər onun briqadiri idi. Azər Sübhan müəllimin qohumudur. Sübhan demişdir ki, ən yaxşı briqadiri Azərdir, tikintini ona tapşırmışdır. Rauf vəfat edən zaman Sübhanla danışanda ona demişdir ki, indiyədək bütün pulları vaxtında ödəyirdilər. Sübhan eləcə demişdir ki, pul ödənilirdi. Rauf müəllim vəfat edəndə binanın ikinci mərtəbəsində iş gedirdi. Bina 2004-cü ildən sonra təhvil verildi. Vəsaitin kim tərəfindən ödənildiyini bilməmişdir. Binanın çertiyojunu görmüşdür, çertiyoju Sübhan müəllim hazırlamışdı. Həmin çertiyoju Rauf müəllimə təqdim etmişdi. Mövcud tikili Rauf müəllimin seçdiyi çertiyoja uyğundur. Qalan işlər Rauf müəllim vəfat edəndən sonra görüldü. Rauf müəllim rəhmətə gedəndən sonra qalan işləri Xalid gördürmüşdür. Binaya getmişdir, lakin binanın açılışında iştirak etməmişdir. Ikinci mərtəbədə Xalidin ofisi var idi. Binada əsasən mebel istehsalı ilə məşğul idilər. Tərəflər arasında məhkəmə mübahisəsi yaranana qədər bir yerdə olmuşdurlar. Həmin bina Xalidə məxsus obyekt kimi tanınırdı. Əvvəl Elçin pensiya paylamaq ilə məşğul idi. Binanın tikintisinə hər hansı şəkildə Elçinin pul verməsini eşitməmişdir. Elçini də binada görmüşdür. Xalid ona demişdir ki, Elçin artıq bankda işləmir, yanına gətirmişdir. Otaq Xalidin otağı idi, o orda olanda elə olurdu ki, Elçin də yanlarında gəlib otururdu. Elçin də orada işçi kimi işləyirdi. Tikintiyə başlama haqqında qərardan məlumatı yoxdur.
29. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, 2010cu ildən Bakıya köçmüşdür, 2010-cu ilə kimi həmin obyekti atasına məxsus olduğunu bilirdi. Həmin obyekti əmisi tikdirmişdir ki, qardaşının qazanc yeri olsun. Kontakt Home Ticarət mərkəzinin icarəyə götürdüyü yerə görə icarə haqqının köçürüldüyü kartdan pulları 2021-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayına kimi almışdır. Icarə pulu xxxxnın bank kartına köçürülürdü. Kart Elçin müəllimin adına idi, kartın üstündəki ad Elçin müəllimin adı idi, çünki sənədləşmə onun adına aparılmışdı, kart isə onda idi, çünki evin kommunal xərclərini o həmin kart vasitəsi ilə onlayn şəkildə edirdi. Bank kartını ona atası təqdim etmişdi. Dayısı kartı atasına təqdim edib, atası da ona təqdim etmişdir. Hətta bir dəfə Elçin müəllim ona demişdi ki, 200 manat kartdan vergi borcu çıxılacaq, o daha sonra o pulu onlara verəcək. Obyekt onların olduğu üçün icarə haqqını onlar alırdılar. Kart Elçin müəllimin adına olduğuna görə onlayn alış-veriş zamanı kodlar da onun nömrəsinə gedirdi, daha sonra banka getdilər həmin nömrəni onun nömrəsi ilə dəyişdilər. Iyun ayında tərəflər arasında mübahisə yarandı, Elçin müəllim həmin kartı da bağlatdırdı. Kontak Home ilə icarə münasibətləri sonradan da davam etdi. Kontak Home müqaviləni Elçin müəllimlə bağlamışdı. Karta pul icarə haqqına görə köçürülürdü. Obyekt bir neçə yerə bölünmüşdü, obyektin alt hissəsində kiçik bir icarəyə veriləsi hissə var idi, Elçin müəllim hətta onun anasına demişdi ki, Xalid nəyə görə oranı icarəyə vermir. Elçin müəllim maddi kömək üçün həmin kartı onlara verməmişdir. Əmisinin Bakıda bibisinin adına tikdirdiyi obyeklt bibisinin adına olmuşdur. Sənədi gözü ilə görməsə də Bərdə də obyektlərinin tikildiyi torpaq sahəsi babasının torpağı olmuşdur.
30. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, o 2005-ci ildə mebel salonunda isçi tələb olunduğuna görə ora işə girdi, orada qeyri-rəsmi işləyirdi, yəni əmək müqaviləsi yox idi. Obyekt açılandan 2-3 ay sonra orada işləməyə başlamışdır. O, işə başlayanda həmin obyekt artıq tikili idi. Obyektin tikildiyi vaxtı görməmişdir. Mebel salonunun adı Omega idi. Ona demişdilər ki, oranın müdiri Xalid müəllimdi. Onu Xalid müəllim işə götürmüşdür. Xalid müəllimi o müdir bilmiş, maaşını ondan almışdır. Obyekt mebel salonu kimi fəaliyyət göstərirdi. Obyekt iki mərtəbəli idi. 18 nəfər təxminən içşi var idi. Xalid müəllim oranı idarə edirdi. Elçin müəllim müavin kimi köməklik edirdi. Obyekti Xalid müəllim qardaşının tikdirdiyini eşitmişdir. Elçin müəllimin maaş verməsini görməmişdir. Feyruz adlı şəxs həmişə deyirdi ki, Xalid müəllimin qardaşı oranı tikdirmişdir. Həmin obyekti həmişə Xalid müəllimə məxsus obyekt kimi bilmişdir. Xalid müəllimin qardaşını tikinti vaxtı və ya mebel salonunda işləyən vaxtı orada görməmişdir.
31. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid6 ifadəsində göstərmişdir ki, o vaxtı cavabdeh Cavabdeh və iddiaçı İddiaçı onun yanına gələrək ondan onlara mağaza tikintisi üçün çertiyoj çəkilməsini xahiş etdilər. O da çertiyoju çəkib onlara vermişdir. Sonra ona dedilər ki, smeta çıxardıb bu binanın tikintisini həyata keçirə bilərmi. O da bu tikintinin qeyri-rəsmi olduğunu bildirdi və onlara usta və briqadir verdi. Sonra iddiaçı İddiaçı qardaşı gəldi, çertiyoja baxdı, smeta dəyərinə baxdı və avans verdi. Lakin həmin avans məbləği onun yadında qalmamışdır. Həmin avansı o briqadirə verdi və bundan sonra onun heç bir şeydən məlumatı olmamışdır. Bina bünövrədən tikildi. Dəqiq yadında qalmayıb ancaq deyəsən təmirini də onlar etdilər. Binanın tikintisi üçün iddiaçı və cavabdehin ikisi birlikdə gəlmişdilər. Ondan çertiyoj çəkməyini xahiş etdilər, sonra dedilər ki qiymətləndirmək lazımdır. Sonradan isə ondan xahiş etdilər ki, binanı tikə bilərmi. O da köməklik etmiş, briqadir vermişdir. Avansdan sonra o rəhmətlik Raufu görməmiş və binanın tikintisinə kimin xərc çəkdiyini bilmir. Avans olaraq nə qədər pul verildiyi yadında qalmamışdır. Birinci dəfə avansı Rauf müəllim vermişdi. Rauf müəllimi o qiyabı tanıyırdı, Rusiyada müəllim işlədiyini bilirdi. Sonradan tikintiyə kimin xərc çəkdiyini bilmir. O, özü tikintiyə nəzarət etməmişdir. Binaya briqadir nəzarət etmişdir. Həmin binanın kimə məxsus bina olduğunu bilməmişdir. Tikinti ilə bağlı vəsaitin avansdan sonra kimin tərəfindən verildiyini bilmir. Smetanın verilməsini Elçin və Xalid xahiş etmişdir. Lahiyəni Xalid müəllimin qardaşı Raufa təqdim etmişdi. Lahiyəni bəyənib-bəyənməməsi üçün Rauf müəllimə təqdim etmişdi, o gəlib bəyənmişdi. Başqa ödənişlərlə bağlı yadında heç bir şey qalmamışdır. Onun hər hansı qazanc məqsədi olmamışdır, o sadəcə köməklik göstərmişdir. Bina tikiləndən sonra orada kimin fəaliyyət göstərməsi barədə məlumatı olmamışdır.
32. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Gülnaz Quliyeva) ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməsi, iş üzrə məhkəmətikinti-texniki ekspertizalarının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X13, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE00000000000002088501) ödənilməsi qət edilmişdir.
33. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı həmin iki mərtəbəli qeyri-yaşayış sahəsinin mərhum qardaşı Rauf Aslanovun pul vəsaiti əsasında tikildiyini, qardaşının həmin binanı onun istifadəsinə vermək üçün xərc çəkdiyini, cavabdehin həmin binanın tikintisinə hər hansı xərc çəkmədiyini, 2022-ci il tarixədək həmin qeyri-yaşayış sahəsi onun istifadəsində olduğunu, bununla belə sənədləşmə işləri cavabdehin adına olmasından istifadə edərək xərc çəkərək tikdiyi binadan istifadə etməsinə maneə yaratdığını, bununla da cavabdehin əsassız varlandığını qeyd etmiş, qeyri-yaşayış sahəsinin dəyəri olan 160000 manat pulun cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir.
34. Məhkəmə bildirmişdir ki, mülki qanunvericilik öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir və bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin əsassız varlanma ilə əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur. Əsassız varlanma hüquqi əsas – bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan və ya həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənərək başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsidir. Mülki hüquq nəzəriyyəsində məhrum olanın əsassız əldə edilmiş və ya saxlanılmış əmlakı qaytarmaq barədə varlanmış şəxsə verdiyi tələb kondikasiya iddiası adlanır və bu növ iddiada bir neçə şərtin mövcudluğu sübut edilməlidir. Belə ki, kondikasiya iddiasının sübutetmə predmetinə (1) varlanmanın baş verməsi, (2) bu varlanmanın hüquqi əsasa malik olmaması, (3) varlanmanın məhrum olanın hesabına formalaşması daxildir. Bu şərtlərdən hər hansı birinin mövcudluğunun sübut edilməməsi kondikasiya iddiasının rəddi üçün əsasdır. Varlanma şəxsin əmlak aktivlərinin artmasında (lucrum emergens) və ya əmlak passivlərinin azalmasında (damnum cessans) özünü göstərə bilər. Əmlak şəxsə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur - bu baxımdan şəxsin əmlakı dedikdə, əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə kreditor borcu da daxil olmaqla borc və öhdəliklər aiddir.
35. Məhkəmə şahid ifadələrinə qiymət verərək göstərmişdir ki, qeyd edilən şahidlər bilavasitə gördüklərinə deyil, eşitdiklərinə görə qeyri-yaşayış sahəsinin Rauf Aslanovun vəsaiti hesabına İddiaçı tərəfindən tikilməsini qeyd etmişlər. Həm iddiaçı tərəfin, həm də cavabdeh tərəfin izahatları, şahid ifadələri ilə müəyyən edilir ki, qeyri-yaşayış sahəsinin layihəsini, smeta xərclərini şahid6 tərtib edərək hesablamış, tikintiyə rəhbərliyi o etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid6 ifadəsində göstərdi ki, o, qeyri-yaşayış sahəsinin layihəsini, smeta xərclərini tərtib edərək hesablamış, avans olaraq iddiaçının qardaşı Rauf Aslanov tərəfindən ona avans verilmişdir. Həmin avansı tikinti üçün vermiş, ondan sonra ona pul verilməmişdir. Verilən avansın isə məbləğini xatırlamır. Avansdan başqa tikintinin kimin vəsaiti hesabına başa gəldiyini bilmir. Göründüyü kimi, tikintini həyata keçirən şəxs şahid6 və digər şahid şahid4 ifadəsi ilə iddiaçının qardaşı tərəfindən qeyri-yaşayış sahəsinin tikilməsi üçün avans verildiyi təsdiq edilsə də, avansın məbləği, habelə avans istisna olmaqla qeyri-yaşayış sahəsinin iddiaçının vəsaiti hesabına tikilməsi ilə bağlı iddaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
36. Bundan başqa məhkəmə bildirmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində olması, icarə haqlarının iddiaçının qızı tərəfindən alınması həmin qeyri-yaşayış sahəsinin iddiaçının vəsaiti hesabına tikilməsi anlamına gəlmir.
37. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 21, 1091.1, 1092.1 və 1095-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
38. Iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinic instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh yaxın qohumluq münasibətində olmaqla onun qayını, həyat yoldaşının qardaşıdır. 1999-cu ildə cavabdeh özəlləşdirmə proqramı əsasında Bərdə rayonu H.Aslanov küşəsində (indiki Bakı küşəsi) Ağacemalı sexinin əmlakını özəlləşdirmiş və ona bu barədə şəhadətnamə verilmişdir. Bundan sonra iddiaçı sonuncuya bir qohum kimi cavabdehə təklif etmişdir ki, həmin özəlləşdiriyi ərazidə olan həmin sexi işlək vəziyyətə salıb şərikli işlətsilər, lakin cavabdeh təklif əsasında bu köhnə sexə vəsait qoymaqdansa, sexin həyətində boş torpaq sahəsində hazırkı mübahisəli sexi tikib şərikli işlətmək barədə razılaşmışlar. Bundan sonra həmin ərazidə iddiaçı tərəfindən mübahisəli sexin tikməyə başlamış və tikinti başa çatdıqdan sonra özəlləşmiş sex cavabdehin adına olduğu üçün onun yerləşdiyi ərazidə bina tikintisi üçün onun adından Icra Hakimiyytinə müraciət etmiş, IH başçısının ## #### 2004-cü il tarxili *** saylı Sərəncamı ilə cavabdehin adına müvafiq icarə və sənədləşmə işlərini aparmışdır. Müvafiq sənədləşmə işlərini həyata keçirəndən sonra həmin vaxtdan faktiki olaraq həmin tikilini o, idarə etmiş, orada mebel sexi işlətmişdir, bəzi sahələrini isə icarəyə vermişdir. Cavabdeh isə onunla formal olaraq şərik kimi olmuş, onun ərazisində olduğu üçün müvafiq olaraq cavabdehə müəyyən ödənişlər iddiaçı tərəfindən edilimişdir. Sonradan təxminən 2019-cu ildə cavabdeh sexin torpaq sahəsinin ona məxsus olduğunu bildirdiyindən belə tərəflər razılaşmışdır ki, ona torpağa görə 60 kv.metrlik sahə verir, qalan binanı isə iddiaçı özü işlətsin və həmin vaxtdan cavabdehin həmin əmlaka münasibətdə heç bir iddia və tələbi olmayacaqdır. Bundan sonr tərəflər faktiki ayrılmış, ayırca giriş-çıxışı olan həmin hissəni cavabdehə təhvil vermişdir. Daha sonra həmin onda qalan hissəsində hissəsini icarəyə vermiş, lakin 2-ci qarabağ müharibəsi zamanı həmin obyektə roket düşmüş və obyektin böyük hissəsi yararsız olmuşdur. Həmin obyektin istər dağıldıqdan sonra, istərsə də, bərpası zamanı komisiyya ilə bütün danışıqları o aparmış və həmin obyektin sahibi kimi bütün məsələlərdə o iştirak etmişdir. Mübahisəli obyekt bərpa olunub əvvəlki vəziyyətdə onlara təhvil verildikdən sonra isə o həmin “kontakt home” həmin obyektə dair 2021-ci ilin oktabrayında yazılı icarə müqaviləsi bağlamış və həmin vaxt sənədlər cavabdehin adına olduğu üçündə məhz müqavilə cavabdehin tərəfindən imzalanmışdır. Lakin həmin obyekt üzrə müvafiq ödənişlərin ödədiyi kart iddiaçının qızı Dilgüşənin faktiki istifadəsində 2022-ci ilin iyun ayına qədər olmuş, daha sonra səbəbsiz şəkildə cavabdeh qəflətən kartı bloklamış və binanın kağız üzərində sənədlərinin onun adında olmasından sui-istifadə edərək, onun xərci hesabına əmələ gəlmiş obyekti qəsb edərək səbəbsiz zənginləşmişdir. Işə baxan birinci instansiya məhkəməsi isə işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək, təqdim edilmiş şahid ifadələrini və tərəflərin izahatlarını əlaqləli şəkildə qiymətləndirməyərək, hazırkı mübahisəyə baxmışdır. Hansıki, iddiaçılar mübahisəli obyektin onun tərəfindən tikildiyini və 2022-ci ilin payızına qədər onun istifadəsində olmaqla idarə edilməsini bildirmiş, həmin obyektin sənədlərinin əsilləri iddaçıda olmaqla həmişə onun istifadəsində olmuş, cavabdeh isə bunu əksini bildirmişdir. Nəzərə alınsa ki, iddiaçının həmin obyekti tikməsi və həmin boyektin çəkdiyi bütün xərclərlə bağlı kifayət qədər aydın, ardıcılıl və bir birini tamamlayan ifadələri, eləcədə, cavabdehin həmin obyektin tikilməsi ilə bağlı iştirakını təsdiq edən hər hansı bir halın olmamasını, mübahisəli obyektin öz adına olmasını əsas götürməklə məhz obyektin onun tərəfindən tikildiyini idda etmişdir. Hansıki, işin mübahisəsi halı kimi həmin obyektin cavabdehin adına olmasımübahisəsiz olmaqla iddiaçı tərəfindən mübahisələndirilmir. Iddiaçıtərəfindən həmin tikilinin tikilməsi işdə olan şahid ifadələri və həmin obyektin tikintisinə dair kifayət qədər aydın və ardıcıl izahat bildirməklə bərabər, iddiaçının həmin tikilinin tikintisi üçün hər hansı bir maddi imkanın olmadığını, həmin obyektin tiktikdən sonra 2004-cü il tarixdən 2022-ci il tarixə kimi istifadəsində olmaqla həmin obyekti öz əmlakı kimi sərbəst və maneəsiz şəkildə istifadə edib, müxtəlif dövrlərdə icarəyə verməsi ilə əsaslandırmış və işin bu halları cavabdeh tərəfindən inkar edilməmişdir. Hətta cavabdeh tərəfindən iş materiallarında olan ##.##.2023-cü il tarixli ərizəsində bildirmişdir ki, həmin tikilini sonuncu “Aqro Kredit” və xxxxdan müvafiq kreditlər götürməklə tikilini başa çatdırdığını bildirsə də, bunla bağlı həqiqətən sözgüdən dövrdə hər hansı bir kredit götürməsinə dair sübut məhkəməyə təqdim etməmiş, hətta evinin hazırdada bankda girov olduğunu bildirsə də, ipotekada olmasını təsdiq edən hər hansı bir sübut yoxdur. Eyni mövqe cavabdeh tərəfindən Kommersiya məhkəməsində təkrarlanmış, lakin məhkəmə həmin hallara ümumyyətlə qiymət verməyərək, məhz həmin obyektin kimin istifadəsində və sahibliyində olmasını və faktiki olaraq kim tərəfindən idarə edilməsini, hansı səbəbdən ötən müdət ərzində cavabdehin buna etiraz etməməsi kimi əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. Digər tərəfdən iddiaçının özünün birinci instansiya məhkəməsində verdiyi ifadədə obyektin onun tərəfindən tikildiyini bildirsə də, həmin tikintinin hansı ildə tikilməsini bilmədiyini qeydə etməklə ziddiyətli izahatlar vermişdir. Iş üçün digər önəm kəsb edən vacib bir məqam isə məhz cavabdehin həmin tikintini “Aqro Kredit” və xxxxdan kredit götürərərək, tamamladığını bildirsə də, məhkəməyə təqdim etdiyi kreditin götürüldüyü bank, tarixləri, məbləğləri tamamı ilə həmin obyektin tikintisindən təxminən 8 il sonrakı dövürə düşür.Həmin kredit tarixçəsində cavabdehin 20024-cü il tarixdə kredit götürməsi müəyyən edilmir. Belə ki, məhkəmə tərəfindən həmin obyektin tikilməsi isə 2004-cü il tarix olduğu müəyyən edilməklə işin bu halı məhz iddiaçının verdiyi izahatla tam üs-üstə düşmüşdür. Digər tərəfən isə iş üzrə cavabdehinhəmin sexin icarə haqqı verməkdənsə tərəflərin şərikli formada razılşaraq, yeni sexin tikilməsi barədə iddiaçə və cavabdeh tərəflərin izahatları üst-üstə düşsədə, cavabdehin həmin sexdən əvvəl mebel sexini işlətməyə başladığını bildirmiş, lakin ona çatası payın hər dəfə ödənmədiyi bildirməklə, digər halda təkrar iddiaçının təklifi əsasında yenidən öz vəsaiti hesabına mübahisəli binanı tikib, təkrar iddiaçını ora şərik etməsi inandırıcı olmamaqla, həmin binanın onun tərəfindən tikilməsi barədə dəlilləri ilə tam ziddiyət təşkil edir.Həmçinin cavabdehin iddia müddətinin tədbiqi barədə ərizəsidə iş məhz iş üzrə iddianın etirafının bir forması olmaqla cavabdeh hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən həmin əmlakla bağlı çəkdiyi xərcə münasibətdə iddia müddəti ötmüşdür. Lakin məhkəmə işin bu hallarını nəzərə almamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi isə iddiaçıların qeyd edilən mübahisəli sexin onun tərəfindən tikilərək 2022-ci il tarixə qədər mübahisəsiz şəkildə öz əmlakı kimi idarə edib, istifadə etməsinə dair dəlillərini müzakirə etmədən iddianı rədd etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsində iddiaçılar tərəfdən çoxsaylı şahidlər dindirilsə də, birinci instansiya məhkəməsi həmin şahidlərin ifadələrinə qiymət verməmiş, şahid ifadələrini nəyə görə qəbul etməməsini əsaslandırmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə isə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi: “şahidlər bilavasitə gördüklərinə deyil, eşitdiklərinə görə ifadə vermişlər” , “iddiaçının vəsaiti hesabına tikilməsi ilə bağlı sübut təqdim edilməmişdir” və “icarə haqlarının iddiaçının qızı tərəfindən alınması binanın iddiaçının vəsaiti hesabına tikilməsi anlamına gəlmir” kimi qənaətlərini tamamilə rədd edir. Bu qənaətlər işin materiallarına, şahid ifadələrinə və iqtisadi məntiqə ziddir. Maddi Sübutların Iddiaçıda Olması: Məhkəmə binanın tikintisi ilə bağlı bütün orijinal sənədlərin (Layihə və Sərəncamın) 18 il ərzində məhz onun əlində olmasını və cavabdehin bu sənədləri yalnız 2022-ci ildə mübahisə yarandıqdan sonra tələb etməsi faktını araşdırmamışdır. 2. Zaman Paradoksu (Kredit yalanı): Bina 2004-cü ildə tikildiyi halda, cavabdehin “binanı kreditlə tikdim” iddialarının Azərbaycan Kredit Bürosunun rəsmi çıxarışı ilə (kreditlərin 2012 və 2015-ci illərdə götürülməsi faktı) açıq-aşkar ziddiyyət təşkil etməsi araşdırılmamış və buna hüquqi qiymət verilməmişdir. 3. Hüquqdan sui-istifadə və 18 illik sahiblik: Məhkəmə 18 il ərzində (2004-2022) binanın iddiaçı tərəfindən istismar edilməsi, gəlirinin götürülməsi və cavabdehin yalnız 2022-ci ilin iyununda (kartı bloklayaraq) hərəkətə keçməsi kimi uzun müddətli konkludent davranışları aydınlaşdırmamışdır. Lakin məhkəmə sözü gedən qətnaməni qəbul etməklə mülki Məcəllənin 329, 337, 339-cu və 560-cı, 1095-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddələrin tələbləri ilə bağlı mövqeyləri aşağı şikayətin bölmələrində əlaqəli şəkildə qeyd edirlər. Məhkəmə əsassız varlanma institutunun hüquqi təbiətini tamamilə səhv təfsir etmişdir. Əsassız varlanma institutunun hüquqi təbiətini qətnamədə nəzəri cəhətdən yazsa da, tətbiqində fəlakətlisəhvə yol vermişdir. Səbəbsiz zənginləşmədə məntiq yalnız zərərçəkənin “qəbz təqdimetməsi” deyil, həmdə əmlakı əldə edənin bunu hansı qanuni əsasla və hansı vəsaitlə əldə etdiyidir. Hakim qətnamədə təsdiq edir ki, binanın tikintisinə ilkin avansı iddiaçının qardaşı Rauf vermişdir. Hakim həmçinin təsdiq edir ki, icarə gəlirlərinin daxil olduğu bank kartıiddiaçının qızı Dilgüşədə olmuşdur. Əgər məhkəmə avansın iddiaçı tərəfindən verildiyini və gəlirlərin iddiaçı tərəfindən götürüldüyünü qəbul edirsə, o zaman yüksək dəyərdə olan hazır binanın tamamilə cavabdehə məxsus olması qənaətinə necə gələ bilər? Cavabdeh tikintiyə 1 manat belə xərclədiyini sübut etməmiş, əksinə, “kreditlə tikdim” yalanı elə məhkəmənin qətnaməsindəki rəqəmlərlə (kreditlərin 2012-ci ildə alınması) ifşa olunmuşdur. Hakim MM 1091-i pozaraq, heç bir xərc çəkməyən cavabdehin əsassız varlanmasına qanuni don geyindirmişdir. Bununla belə, torpaq sahəsinin mülkiyyətçisi öz hüququna əsaslanıb binan tikmiş şəxsin həmin binadan çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla təmir işlərini aparmış şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Çünki, iddiaçının həmin obyektdən çıxarılacağı halda mülkiyyətçinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, hazırki mübahisənin qanuni həlli baxımından mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında ədalətli balansın təmin olunması vacib əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. Həmçinin qeyd edir ki, şəxsin qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən həmin obyektdən çıxarılmasını tələb etməsi dürüstlük qaydasına da uyğun gəlməmişdir. Belə ki, cavabdeh hazırkı vəziyyətdə həmin əmlaka münasibətdə olan mülkiyyət hüquqlarından istifadə edərək, həmin binanı tikmiş və 20 ildən çox istifadəsində olan əmlakından məhrum etmişdir. Iddiaçı ərizəsindən və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan da görünür ki, onun iddiasının əsasını məhz onun həmin binanın tikilməsi ilə bağlı qoymuş olduğu xərc təşkil edir. Belə olan halda iddia tələbinə qoyulmuş xərcin mülkiyyətçidən tələb edilməsi kimi baxılmalıdır. Bu mənada həmin halları aydınlaşdırdıqda yuxarıda qeyd edilən qanunverciliyin tələbinə uyğun olaraq iddia tələbi əsaslıdır və təmin edilməlidir. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosialədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir» (Konstitusiya Məhkəməsinin X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ######## 2021-ci il tarixli qərarı). Məhkəmə tərəflər arasındakı qohumluq (qayın-yeznə) münasibətlərinin spesifikasını və bundan irəli gələn qarşılıqlı etimadı ümumiyyətlə diqqətə almamışdır. Mülkiyyətçinin (cavabdehin) razılığına və qohumluq rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikintiişlərini aparmış iddiaçının əmlak mənafeləri qorunmamışdır. Hüquqdan dürüstlük qaydasına zidd istifadə edilməsi qanunla qadağandır. Binaya dair bütün mühüm sənədlərin (layihə, sərəncam) əslinin düz 18 il iddiaçının (mənim) əlində qorunub saxlanması, aralarındakı şifahi etimadın və real investorunmən olduğumnn ən böyük maddi sübutudur. Hansı real mülkiyyətçi 96.000 manat xərcləyib obyekt tikdirər, amma orijinal sənədlərini 18 il “yad”adamda saxlayar? Cavabdeh 18 il onun faktiki sahibliyinə və gəlir götürməyinə etiraz etməmiş, lakin məhz 2022-ci ildə həm kartı bloklayıb, həm də sənədləri ondan tələb edərək sahibliyinə qəsd etmişdir. Məhkəmə cavabdehin bu hərəkətini “hüquqdan sui-istifadə” (abuse of trust) və digər tərəfin (mənim) güvəndiyi əvvəlki rəftara zidd davranış kimi qiymətləndirməmiş, vicdanlılıq prinsipinə kobud şəkildə zidd qərar çıxarmışdır. Qanunvericiliyin hazırkı işə tədbiqi baxımından qeyd edək ki, sözögedən bina məhz iş üzrə mülkiyyətçi olan cavabdehin razılığı olmadan və ya onun iradəsi əleyhi nə başqası tərəfindən təmir-tikinti işləri aparııldıqda, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin təmir işlərinin dayandırılmasını və iddiaçının bağ evindən çıxmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə təmir işlərinin aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Fərz etsək ki, qətnamədə qeyd olunduğu kimi, torpağın mülkiyyətçisi cavabdehdir. Lakin işin mübahisəsiz halları sübut edir ki, o 2004-cü ildən 2022-ci ilə qədər həmin ərazidə açıq, fasiləsiz və etirazsızşəkildə fəaliyyət göstərmiş, yəni vicdanlısahib olmuşdur. Həmin boş torpaq sahəsində 96.000 AZN dəyərində olan 2 mərtəbəli binanın tikilməsi, ərazinin əsaslı şəkildə yaxşılaşdırılmasıdır (əşyadan ayrıla bilməyən tərkib hissəsidir – MM 135.10). Məhkəmə MM-in 157.7-ci maddəsini tətbiq edərək, cavabdeh əmlakı geri aldıqda, vicdanlı sahib kimi onun tərəfindən (və ya onun xeyrinə qardaşı tərəfindən) çəkilmiş 96.000 AZN yaxşılaşdırma məsrəfinin mülkiyyətçi (cavabdeh) tərəfindən ona ödənilməsinə qərar verməli idi. Məhkəmənin bunu etməməsi sosial ədalətə və qanunun imperativ tələblərinə ziddir. Məhkəmə sübutlara obyektiv baxmaq əvəzinə, işin nəticəsinə birbaşa təsir edən canlı şahidləri qəsdən “eşidən şahid” adlandırmış, vacib məhkəmə iclas protokolunu işdən kənarda saxlamış, iddiaçının 18 illik faktiki sahibliyini təsdiq edən iqtisadi məntiqi və ən mühüm maddi sübutları qətnamədə təhrif edərək faktiki hallara zidd nəticəyə (MPM 217.3 pozuntusu) gəlmişdir. 1. Şahidlərin təhrifi: Məhkəmə birbaşa hadisənin iştirakçılarını əsassız olaraq “eşidən şahid” adlandırıb rədd etmişdir. Halbuki: Şücaət Baxşəliyeva obyektdə fəaliyyətə başladığı 2005-ci il tarixdən 2012-ci il tarixə kimi satıcı işlədiyini, onu işə iddiaçının götürdüyünü və maaşını onun verdiyini bildirmişdir. Dilgüşə Əliyeva icarə haqlarının daxil olduğu bank kartının özündə olduğunu, kodların ona gəldiyini və pulları özü çıxardığını bildirmişdir . şahid6 (Usta) ilkin avansı şəxsən iddiaçının qardaşı Raufdan nağdaldığını bəyan etmişdir. Prosesin fiziki iştirakçıları olan bu şəxslər “eşidən şahid” hesab edilə bilməz. 2. Məhkəmə iclas protokolunun (MPM 272) olmaması: Birinci instansiya məhkəməsi tərəfindən aparılan yerli baxış və ondan sonra dindirilmiş şahidlərin (Qarayev Rafayel, şahid9, Əliyev Fuad, Aslanova Elmira) iştirak etdiyi ## ###### 2023-cü il tarixli iclas protokolu iş materiallarında yoxdur. Mühüm sübutları özündəehtiva edən protokolun itirilməsi və ya gizlədilməsi məhkəmə baxışının natamamlığını sübutedir. 3. Iqtisadi məntiqin rəddi və əsaslandırmanın yoxluğu: Məhkəmə qeyd edir ki, “icarə haqlarının iddiaçının qızı tərəfindən alınması binanın iddiaçının vəsaiti hesabına tikilməsi anlamına gəlmir”. Bu, “ağlabatanlıq” prinsipinə ziddir. Hansı mülkiyyətçi 96.000 AZN xərcləyib obyekt tikdirər, lakin 18 il ərzində obyekti “Kontakt Home”a icarəyə verdikdən sonra gəlir kartını təmənnasız olaraq qarşı tərəfə (iddiaçının ailəsinə) təslim edər? Kartın 2022-ci ilin iyun ayınadək iddiaçıda olması faktı məhkəmə tərəfindən əhəmiyyətsiz sayılmışdır. 4. Həlledici maddi sübutun gizlədilməsi: Binanın tikintisi və istismarı ilə bağlı bütün orijinal sənədlər (Layihə, Sərəncam) düz 18 il ərzində iddiaçıda qorunub saxlanılmışdır. Lakin hakim MPM 88-i pozaraq, iddiaçının mülkiyyətçiliyini təsdiq edən bu həlledici maddi sübutun adını belə qətnamədə çəkməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
41. Iddiaçı ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, Elçin onun arvadının qardaşıdır. Onun rəhmətlik qardaşı uzun müddət Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayıb və 2001-ci ildə Bərdəyə gələrək ona demişdir ki, nəsə bir iş qurmaq istəyir. Özü də uzun müddət universitetdə müəllim, zam-dekan kimi işləmişdir. Qardaşı ona demişdir ki, “iş qurmaqla bağlı nə təklif verə bilərsən”, O da demişdir ki, mebel sexi açmaq istəyir. O vaxtı bir işçi var idi. Görüşüb razılaşmışlar ki, bütün işləri qursun. Daha sonra onun qohumu Elçini də dəvət edərək üçü birlikdə söhbət etmişlər. Demişdir ki, rəhmətlikdən bir sex qalıb, o sexi mebel sexi edib işlədək. O DYP-də işləyirdi, 2002-ci ildə təqaüdə çıxmışdır. 2001-ci ildə onlar bu fəaliyyətə başlamışlar. Rəhmətlik də öz vəsaiti hesabına sexə avadanlıqlar gətirdi. O vaxtı o, orda polisdə işləyəndə 2 mərtəbə idi, özlərinin ofisi orda idi. Sonra gəlib demişdir ki, o məzuniyyətdədir işə gəlmək lazımdır. Vəsaiti ona vermişdir, onlar onu Bakıdan biryerdə alıb gətirmişlər. Demişdir ki, vəsait onda var, buranı genişləndirək, geniş ikimərtəbəli bina tikək. Sübhan müəllim layihəsini də hazırlayıb təhvil vermiş, özü ilə də behləşmişlər və sonra binanın tikilişinə başlanılmışdır. 2004-cü ilin avqustunda bina istifayə verilib. 2015-ci ilə kimi də Elçinlə onların fəaliyyətləri olub. Işçilərə nəzarət edirdi, onların işlərini paylaşdırırdı, əmək haqqılarını verirdi. Sonra onların münasibətləri pozulanda Cavabdeh ona demişdir ki, “mənə heç olmasa 60kv yer ver”. 2015-ci ildə, yəni belə pozuldu ki, ayrı ayrı işləri edirdilər. Bina iki mərtəbəli bir binadır. Gəliri o götürürdü. Maya onda olduğuna görə materialı o Bakı şəhərindən gətirirdi. Işləri qardaşı görürdü. O binanı onun qardaşı çəkib, bütün xərcini qardaşı ödəmişdir. Elçinin isə pulu çıxmayıb. Gəlirin müəyyən faizini mayaya saxlayırdılar qalanını isə bölürdülər. Mebel istehsalı üçün alınan materialı ortaq alırdılar amma binanın tikilməsinə xərclənən pulu onun qardaşı çəkib Elçin isə heç nə ödəməyib. 2016-cı ildə belə qərara gəlib demişdir ki, “ona 60 kv.m yer ver”. O da Elçinə aşağıdan 60 kv.m yer vemişdir. 2020-ci ildə Ikinci Qarabağ müharibəsi vaxtı Bərdə şəhərinə bomba atdılar və onların binası da çox zərər çəkmişdir. Həmin gün bomba atılandan sonra Elçin çıxıb Bakı şəhərinə getmişdir. 1 ay binada qaldı, heç binadan xəbəri olmadı necə oldu kim gəldi kim getdi. Müəyyən avadanlıqlar var idi hansı ki, istehsala ehtiyac deyildi onları satmışdır. Eyni avadanlıqlarda ikisi də işlədirdi. Sonra 2023-cü ildə müharibə dövründən sonra o yuxarı mərtəbəni icarəyə vermişdir. Aşağı mərtəbədə də bir hissəsində o oturmuşdu verdiyi 60kv.m-lik yerdə, bir hissəsində də o oturub sifarişləri qəbul edirdi. 2023-cü ildə “Kontakt Home”a yuxarı mərtəbəni icarəyə vermişdir. Özünə ayrılan yeri özü istifadə edirdi. Elçinə də verdiyi 60 kv.m onun özündə idi. Bir il icarədə qalmış sonra özünün oturduğu aşağı hissəni də icarəyə vermişdir. 2022-ci ildə Elçin gəlib demişdir ki, buranın hamısı mənimdir. Xalidin burada heç nəyi yoxdur. Qardaşı 2004-cü ildə vəfat etmişdir. Həmin o icarəçini də ordan çıxartdı, ona dedi ki hər şey mənimdir, burda sənin heç bir şeyin yoxdur, səni polislə hədələyərəm sənin burda yerin yoxdur. “Kontakt Home”un müqavilə bağlayanını o tapdmışdır. Amma binanın sənədləri Cavabdeh adına olduğu üçün müqaviləni onun adına bağlamışlar. 2022-ci ildən 2023-cü ilə qədər “Kontakt Home”da icarədə olub. 2023-cü ildə Elçin hər kəsi çıxartmışdır. O heç bir şeydən istifadə etmir, hər şey onun nəzarəti altındadır. Hazırda aşağı mərtəbə praflaktoriya kimi fəaliyyət göstərir, yuxarı mərtəbəni isə mediasiuyaya icarəyə vermişdir. Icarə pulunu da özü alır. Orada, rəhmətlik qayınatasının sexi olmuşdur. Amma sənəd Elçinin adına olduğuna görə Icra Hakimiyyət binanın tikilməsi haqqında qərar onun adına verilmişdir. Həmin sənədlər bir müddət onda qalmış sonra özünə vermişdir. Obyektin sənədləri 3-4 il onda qalmış sonra “Kontakt Home”-la müqavilə bağlayanda cavabdehin bacısı sənədləri gəlib evdən götürmüşdür. Bundan on gün sonra Elçin polisə müraciət etmişdir ki, “mənim sənədlərimi evdən oğurlayıblar”. Onun qızı cavabdehin adına kart açmışdı. “Kontakt Home” icarə haqqını həmin karta köçürürdü. Icarə haqqı isə aylıq 500 manat olmuşdur. Bina fəaliyyətə başlamamışdan əvvəl sex fəaliyyət göstərəndə Fazil onlarda bir növ dizayner kimi işləyirdi. Daha sonra Fazil rəhmətə getmişdir. Fazildən sonra onların şahid9 adlı işçiləri var idi. Sənlər Səbuhinin adına açılmışdır. Bir müddətdən sonra cavabdeh sənədləri öz adına keçirtmişdir. Səbuhi onların işçiləri idi. VÖEN də onun adına idi. Tikintiyə rəhbərliyi Sübhan həyata keçirmişdir.
42. Iddiaçının nümayəndəsi (vəkili) ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli binanın tikintisiylə bağlı əvvəlki məhkəmələrdə verilmiş hər iki tərəfin izahatlarına baxılsa, hamısında cavabdeh tərəf binanın Sübhan yox Azər tərəfindən tikildiyini qeyd etmişdir. Lakin, onlar sübutları təqdim etdikdən sonra cavabdeh tərəf boynuna almışdır ki, həmin bina həqiqətən də şahid6 tərəfindən tikilib. Cavabdeh tərəf binanın şahid6 tərəfindən tikildiyini də inkar edirdi. Həmçinin, digər bütün məsələləri də inkar edirdi. Daha sonra onların vəsatətləri əsasında Gəncə Kommersiya Məhkəməsinin üçüncü iclasında cavabdeh boynuna almışdır ki, şahid6 tərəfindən həmin bina tikilib. Ona qədər isə deyirdi ki, həmin binanı Azər adlı şəxs tikib, daha sonra Azərin yazdığı izahatı Bərdə Rayon Məhkəməsinə teleqram formasında göndərmişdir. Daha sonra o Azər adlı şəxslə əlaqə saxlamış, məhkəməyə gəlib izahat verməsini istəmışdir. Ona demişdir ki, “binanı mən tikməmişəm, Sübhan tikib”. Yəni, şahid6 tərəfindən tikildiyi artıq işin şübhəsiz halıdır. şahid6 birinci instansiya məhkəməsinə gəlib demişdir ki, həmin binanın ilkin avansı və layihəsi iddiaçının qardaşı Rauf tərəfindən verilmişdir. Onun tapşırığı əsasında layihə sənədləri hazırlanıb. Hətta iş üzrə digər şahid olan Bəxşeyş adlı şəxs də ikinci məhkəmə iclasında gəlmiş və demişdir ki, “həmin binanın sifarişi iddiaçının qardaşı Rauf tərəfindən mənim iştirakımla mənə dedi ki, mən qardaşımgilə iş qurmaq istəyirəm nə edə bilərik, necə edə bilərik, bildiyin usta varmı?” Bəxşeyş də demişdir ki, “Sübhan var, mən isə Sübhanın ifadəsindən elə başa düşdüm ki Sübhan tikinti işləri ilə məşğul olur və bu sahəni yaxşı bilir.” Bəxşeyş demişdir ki, “biz daha sonra getdik Sübhana dedik, ki belə bir fikrimiz var və bizə çertyoj gətir”. Bəxşeyş müəllimin ifadəsindən görünür ki, Sübhan Raufa 3 ədəd layihə gətirib. Daha sonra Bəxşeyş demişdir ki, “Rauf həmin layihələrdən birinə barmağını qoydu, seçdi və cibindən bir miqdar pul çıxartdı Sübhana verdi və dedi ki, tikintiyə başla.” Cavabdeh tərəf bundan sonra etiraf etmişdir ki, binanı Sübhan tikib. Daha sonra Sübhan gəlmiş və demişdir ki, “ilkin layihəni və ilkin vəsaiti mənə Rauf verib və binanı mən tikmişəm”. Hakim nə qədər pul vəsaiti aldığını soruşduqda Sübhan isə xatırlamadığını qeyd etmişdir. Iş materiallarında cavabdehin ərizəsi var və həmin ərizədə binanın tikilməsinə dair etiraflar vardır. ## ###### 2023-cü il tarixli ərizədir. Ərizə həm bir birini təsdiq edən ifadələrlə həm də ziddiyətlərlə doludur. Şahid Bəxşeyş və şahid6 ifadəsində qeyd olunub ki, binanın tikilməsiylə bağlı vəsait iddiaçının qardaşı tərəfindən verilib. Cavabdehin ərizəsinin axır hissəsində yazılıb ki, “sözügedən dövrdə mən AqroKredit və xxxx-dan müvafiq kredit götürməklə tikintini başa çatdırdım”. Iş materiallarına əlavə edilmiş kredit sənədlərinə baxış keçirtdikdə, ordakı kredit sənədləri 2012-2015-ci illərə aiddir, hətta cavabdeh orda yazıb ki “evimi girov qoymuşam”. Ümumiyyətlə evin girov qoyulması və.s ilə bu mülk əldə oluna bilməz. Bu avtomobil və.s deyil ki ev girov qoyularaq əldə edilsin. Ekspertizada sübut olunub ki bu əmlakın dəyəri 320.000 manatdır. Və aydın məsələdir ki, bu əmlakın tikilməsiylə bağlı verilmiş avans da böyük bir məbləğdir. Qeyd edilən ərizədə yazılıb ki, “binanı mən AqroKredit və xxxxdan kredit əldə edərək tikmişəm”. Bununla bağlı sənəd tələb edildikdə cavabdeh sənədlərin olmadığını, əldə etmək üçün banka müraciət etdiyini qeyd etmişdir. Lakin banka müraciətiylə bağlı hər hansı sənəd təqdim edə bilmədi. Məhkəmənin diqqətinə çatdırmaq istədiyi iki məqam var. Birincisi, binanın tikintisiylə bağlı şahid və ustanın ifadələriylə məlum olur ki, binanın tikintisi iddiaçının qardaşının verdiyi vəsait hesabına həyata keçirilib. Ikincisi, cavabdeh tərəfin ## ###### 2023-cü il tarixində verdiyi ərizədə qeyd olunub ki, AqroKredit və BankRespublikadan aldığı kreditlə tikdiyini deyir amma ordakı sənədlər 2012-2015-ci illərə aiddir, və cavabdeh tərəf tikintini özünün həyata keçirdiyini də sübut edə bilmir. Cavabdeh binanı necə tikdiyini sübut edə bilmir, kredit götürdüyünü deyir amma həmin kreditin götürüldüyü il binanın tikildiyi illə uyğun gəlmir. Həmçinin, götürdüyü kreditlə bağlı sənədlər mövcud deyil həmin sənədləri əldə etmək üçün müraciətini təsdiq edən sənəd də mövcud deyildir. şahid6 isə ifadə verərkən cavabdeh tərəfindən ona sual verərək demişdir ki, “sənə pul vəsaiti vermişdim”. şahid6 isə elə bir şey xatırlamadığını demişdir. Yəni, cavabdehin tikintini başa çatdırmasıyla bağlı heç bir sənəd sübut təqdim edə bilməmişdir. Cavabdeh deyir ki, iddiaçı pulu vermir. Amma necə olur ki pulunu vermədiyi halda yenidən onun təklifi ilə bina tikir. Digər bir şahid Şücaət xanımın da ifadəsi də vardır. Bu xanım həmin bina açıldığı gündən o həmin obyektdə mebel satıcısı kimi işləyən işçi olub, o obyektin müdiri kimi İddiaçı tandığını deyib həmçinin oranın kommunal xəclərini, əmək haqqılarını İddiaçı verdiyini demişdir. İddiaçı əqli qabiliyyəti olan bir adamdır. Bu adam məcbur deyil ki, 22 il sonra gəlib kiməsə şər atsın ki, bu binanı mən tikmişəm. Və 2021-ci ildə “Kontakt Home”-la icarə müqaviləsi bağlanılıb. 2021-ci ilin #######ın ##22-ci ilin iyununa qədər qüvvədə olub və kart alındığı gündən verilib İddiaçı. O isə öz qızına vermişdir. Qızı isə Bakı şəhərində yaşadığı üçün hər dəfə ona “3D secruty” kodu gəlirmiş deyə axırda deyib ki, “əziyyət çəkirsən bunu dəyişək mənim edək”. Qeyd edilən obyektlə bağlı cavabdeh polisə ərizə yazıb ki, “sənədlərin əsli məndə deyildir”. Mübahisəli obyekt 2002-ci ildə artıq tikilmişdir. Mütəxəssis rəyi ilə müəyyən olunur ki, tikili artıq 2004-cü ilin noyabr ayına qədər tikilib başa çatmışdır.
43. Cavabdehin ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinin dəlilərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Xalid onun bacsının əridir. Onun özünə aid həmin yerdə çayxanası olmuşdur. O, 2004-cü ilin iyun-iyul ayında Icra Hakimiyyətinə məktub yazmışdır ki, binanın tikintisiylə bağlı icazə versinlər. Icra Hakimiyyəti isə icazə vermişdir. O zaman isə iddiaçının qardaşı rəhmətə getmişdir. Binanın tikintisi 2004-cü ildə başlanılmışdır. Iddiaçının qardaşı 2004-cü ildə rəhmətə getmişdir. Oraya birinci Fazil gəlmişdir. Xalidlə şərik idi. Ona demişdir ki, “sən o yeri mənə icarəyə ver bizim evə də yaxındır”. Gördüm Xalidlə gəlib, heç Xalidlə onun söhbəti olmayıbdır. O da demişdir ki, gedin işləyin. Ona isə demişlər ki, “yox, səni mebel sexinə şərik edərik”. O da həmin vaxt bankda kassada işləyirdi. Rauf Xalidin qardaşı idi pul göndərirdi dolandırırdı. Sübhan müəllimin şirkəti falan yox idi. Sübhan müəllim Zərifə Əliyeva adına orta məktəb tikirdi. Sübhan müəllimə də behi aparıb o vermişdir. Sübhan müəllim deyir ki, “heç mən tikməmişəm. Sadəcə məsləhət vermişəm”. Azər binanı tikmişdir. Indi isə Azər Bakı şəhərində yaşayır. Amma o behi Sübhan müəllimə vermişdir. Hamısının pulunu da özü aparıb verdiyi yerə qədər bilir. Axırıncı 5.000 manatı da otaqda lüstr söhbəti var idi demişdir ki, “Sübhan müəllim mənim lüsturumu da bağla ondan sonra pulunu verim.” “Aqro Bank”dan 5.000 min manat kredit götürüb axırıncı qalan pulu da Sübhan müəllimə gətirib vermişdir. Onlar da lüsturu bağlayıb getmişlər. “xxxx” ASC-dən 90.000 manat kredit götürmüşdür. Kredit ilə bağlı arayış almağa getmişdir. Onlar isə müddətin 10 il olduğunu demişlər və kredit almağına dair sənəd verməmişlər. Qaynı Rusiya Federasiyasında yaşayırdı və ona borc olaraq pul göndərirdi. O da bununla işini görürdü. “Azercell”-lə 2012-ci ildə müqavilə bağlamışdır. Bina fəaliyyətə başlamamışdan əvvəl sex fəaliyyət göstərəndə Fazil onlarda bir növ dizayner kimi işləyirdi. Daha sonra Fazil rəhmətə getmişdir. Fazildən sonra onların şahid9 adlı işçiləri var idi. Sənədlər Səbuhinin adına açılmışdır. Bir müddətdən sonra iddiaçı sənədləri öz adına keçirtmişdir. Səbuhi onların işçiləri idi. VÖEN də onun adına idi. Transformatoru özəlləşdirmiş, sayğacı özəlləşdirmişdir. Binanı icarəyə o vermişdir. Lakin bacısı gil dolana bilmədiklərindən icarə haqqını onlara dayı kimi kömək etmək üçün vermişdir. Kart bacısı qızında olmuşdur. Tikintiyə rəhbərliyi Sübhan həyata keçirmişdir.
44. Cavabdehin nümayəndəsi (vəkili) ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinin dəlilərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd olunduğu kimi sözügedən tikili ## #### 2004-cü ildə tikinti üçün icazə alınmış və tikintiyə başlanmışdır. Özü də qeyd edir ki, iddiaçı özü vəsaitə malik olmayıb, qardaşı ona kömək edib. Əgər onun qardaşı da 2004-cü ilin iyulunda rəhmətə gedibsə bu müddət ərzində qardaşı iddiaçıya necə kömək edə bilmişdir. Bu məsələnin sübut edilməsini istəyir. Əgər həmin dövrdə şəxsin qardaşı rəhmətə gedibsə, şəxs tikintini necə başa çatdıra bilərdi.
45. Iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh tərəf mübahisəli əmlakın 2006-cı ildə tikilməsini bildirdiyindən yaranmış zərurətlə əlaqədar mütəxəssi rəyi alınmışdır. Həmin rəydə isə tikilinin 2006-cı ildə tikilmədiyi öz təsdiqini tapır. Peyk görüntülərində həmin hal sübuta yetir. Azərbaycan Kredit Bürosundan alınmış cavabdan görünür ki, kredit tarixçəsi cavabdehin dediyi zamandan sonra açılmışdır və həmin dövrdə kredit götürülməmişdir. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, **-***/** nömrəli mütəxəssis rəyi birinci instansiyası məhkəməsində aparılan icraat zamanı mövcud olmamışdır. Rəy apellyasiya icraatında alındığından apellyasiya icraatı zamanı təqdim edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.
46. Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.
47. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilərini əsassız hesab edərək, izahatında göstərdi ki, o, kredit götürməsi barədə banklara ərizə ilə müraciət etmişdir. Ona şifahi olaraq bildirmişlər ki, məlumatlar beş il müddətinə saxlanılır daha sonra isə sistemdə mövcud olmur. Ötən məhkəmə iclasından sonra yenidən müraciət etmiş və ona eyni cavabı vermişlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə iclasında apellyasiya şikayətinin dəlilərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyinin mötəbərliyi sübuta yetməlidir. Belə ki, onun özü də “Google Earth” proqramından 2004cü ilə48. tarixə mübahisəli əmlaka baxış keçirtmiş və təqdim etdiyi şəkildən də görünür ki, tikilinin üstü vurulmamışdır. Bu da mütəxəssis rəyini özü-özlüyündə təkzib edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
49. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;
50. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir;
“Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya
51. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
52. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
53. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
54. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.
55. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
56. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
57. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
58. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
59. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
60. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: ... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; ...
61. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
62. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
63. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli Qərar
64. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.“
“R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli Qərar
65. “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.”
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarı
66. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
67. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
68. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
69. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
72. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
73. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
74. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
75. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
76. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
77. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
78. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
79. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
80. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
81. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
82. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
86. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilməsini xahiş edərək qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
87. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
88. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
89. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Bərdə rayonu H.Aslanov küçəsində yerləşən Ağac emalı sexi Təmir-tikinti idarəsinin tabeçiliyində olmuşdur. ##.##.1999-cu il tarixdə həmin əmlak auksiouna çıxarılmış, Cavabdeh qalib olmuş, ##.##.1999-cu il tarixdə Dövlət Əmlak Komitəsi ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Əmlakın üzərində sahiblik hüququnun Cavabdeh, X6, X3 və X10 məxsus olması ilə bağlı dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında ##.##.1999-cu ill tarixli şəhadətnamə verilmişdir. Həmin şəxslər əmlakda ifadə olunan paylarını birləşdirərək “xxxx” Firmasını təsis etmişlər. Bərdə Rayon Icra Hakimiyyəti Başçısının ##.##.2004-cü il tarixli *** nömrəli sərəncamı ilə Cavabdeh məxsus Ağac emalı sexinin tərkibində olan çayxana və köməkçi oturacaqların sökülərək müasir tipli istehsal və satış binası tikilməsinə icazə verilməsi qərara alınmışdır. 62,1 kv.metri Dövlət Əmlak Komitəsinin ## #### 1999-cu il tarixli şəhadətnaməsinə və ##.##.1998-ci il tarixli texniki pasporta əsasən B literli tikilinin * nömrəli mətbəx və ** nömrəli çayxana otaqlarının tikinti altı torpaq sahəsinin sərhədləri daxilində olmaqla 166 kv.metr ölçüdə mişar daşından iki mərtəbəli qeyri yaşayış binası inşa edilmişdir. Qeyri-yaşayış binası cavabdeh Cavabdeh istifadəsindədir
90. Işin mübahisə edilən hallarından görünür ki, iddiaçı həmin iki mərtəbəli qeyri-yaşayış sahəsinin mərhum qardaşı Rauf Aslanovun pul vəsaiti əsasında tikildiyini, qardaşının həmin binanı onun istifadəsinə vermək üçün xərc çəkdiyini, cavabdehin həmin binanın tikintisinə hər hansı xərc çəkmədiyini, 2022-ci il tarixədək həmin qeyri-yaşayış sahəsi onun istifadəsində olduğunu, bununla belə sənədləşmə işləri cavabdehin adına olmasından istifadə edərək xərc çəkərək tikdiyi binadan istifadə etməsinə maneə yaratdığını, bununla da cavabdehin əsassız varlandığını qeyd etmiş, qeyri-yaşayış sahəsinin dəyəri olan 160.000 manat pulun cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir.
91. Cavabdeh isə həmin qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu, onun öz vəsaiti hesabına tikildiyini, iddiaçının həmin əmlaka vəsait sərf etmədiyini bildirməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
92. Iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
93. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
94. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
95. Qeyd edilməlidir ki, mülki qanunvericilik öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir və bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin əsassız varlanma ilə əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur. Əsassız varlanma hüquqi əsas – bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan və ya həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənərək başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsidir. Mülki hüquq nəzəriyyəsində məhrum olanın əsassız əldə edilmiş və ya saxlanılmış əmlakı qaytarmaq barədə varlanmış şəxsə verdiyi tələb vindikasiya iddiası adlanır və bu növ iddiada bir neçə şərtin mövcudluğu sübut edilməlidir. Belə ki, vindikasiya iddiasının sübutetmə predmetinə (1) varlanmanın baş verməsi, (2) bu varlanmanın hüquqi əsasa malik olmaması, (3) varlanmanın məhrum olanın hesabına formalaşması daxildir. Bu şərtlərdən hər hansı birinin mövcudluğunun sübut edilməməsi vindikasiya iddiasının rəddi üçün əsasdır. Varlanma şəxsin əmlak aktivlərinin artmasında (lucrum emergens) və ya əmlak passivlərinin azalmasında (damnum cessans) özünü göstərə bilər. Əmlak şəxsə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur - bu baxımdan şəxsin əmlakı dedikdə, əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə kreditor borcu da daxil olmaqla borc və öhdəliklər aiddir.
96. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun ##.##.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
97. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
98. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
99. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
100. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
101. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
102. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Hazırkı mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından – mübahisəli qeyriyaşayış103.sahəsinə nə qədər xərcin çəkilməsi və xərclərin kim tərəfindən çəkilməsi iddiaçı tərəfindən sübut etməlidir.
104. Bu baxımdan hazırki mübahisə araşdırılan zaman iddiaçı iddiasının əsası kimi, şahid ifadələri və mütəxəssis rəylərinini təqdim etmişdir.
105. Məhkəmə ilk növbədə təqdim edilmiş şahid ifadələrinə qiymət verərək aşağıdakı halları qeyd edir.
106. MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
107. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş şahid ifadələrini əsasən onların müəyyən hissəsinin bilavasitə müşahidə edilməyən hallara söykəndiyini göstərməklə sübut kimi qəbul etməmiş və həmin ifadələrin iş üzrə digər sübutlarla qarşılıqlı əlaqəsini lazımi qaydada araşdırmamışdır. Halbuki MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə heç bir sübutun əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik hesab etmədən bütün sübutları onların məcmusu üzrə, obyektiv, hərtərəfli və tam qiymətləndirməlidir. Bu baxımdan şahid ifadələrinin yalnız müəyyən hissəsinin eşitmə xarakterli olmasına istinad edilməklə onların tamamilə sübut əhəmiyyətindən məhrum edilməsi prosessual qanunvericiliyin göstərilən tələblərinə uyğun hesab edilə bilməz.
108. Apellyasiya instansiyası məhkəməsi müəyyən edir ki, iddiaçı tərəfindən təqdim olunmuş şahidlərin ifadələri ayrı-ayrılıqda deyil, bir-birini tamamlayan, eyni faktların müxtəlif aspektlərini təsdiq edən və tərəflərin öz izahatları, habelə iş üzrə mövcud digər yazılı sübutlarla uyğunluq təşkil edən ardıcıl sübutlar sistemini təşkil edir.
109. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş və binanın şahid6 bildirmişdir ki, mübahisəli binanın layihəsinin hazırlanması, smetasının tərtib olunması və tikintinin təşkili ilə bağlı ilkin müraciət həm iddiaçı, həm də cavabdeh tərəfindən birlikdə edilmiş, sonradan layihə iddiaçının mərhum qardaşı Rauf Aslanova təqdim olunmuş, həmin şəxs layihəni bəyəndikdən sonra tikintinin başlanılması üçün avans ödənişi etmişdir. Şahid eyni zamanda göstərmişdir ki, layihənin hazırlanması və tikintinin başlanması təsadüfi deyil, tərəflərin birgə təşəbbüsü nəticəsində həyata keçirilmişdir. Bu ifadə hər şeydən əvvəl cavabdehin mübahisəli tikintinin yalnız onun təşəbbüsü və yalnız onun maliyyəsi hesabına aparılması barədə mövqeyi ilə uzlaşmır. Əksinə, həmin ifadə tərəflər arasında tikintinin həyata keçirilməsi barədə qarşılıqlı razılığın mövcud olduğunu və iddiaçı tərəfin tikintinin təşkilində əvvəldən iştirak etdiyini təsdiq edir.
110. Bununla paralel olaraq da bildirilməlidir ki, mübahisəli qeyri-yaşayış sahəsinin tikintisinin icrasının şahid6 tərəfindən aparılmasını cavabdehin özü də təsdiq etmiş və qeyd edilən faktı təkzib etməmişdir.
111. Şahidin layihənin məhz Rauf Aslanova təqdim olunması, ilkin maliyyələşmənin də onun tərəfindən həyata keçirilməsi barədə ifadəsi ayrıca götürüldükdə yalnız tikintinin başlanğıc mərhələsini əks etdirsə də, həmin hal digər şahid ifadələri ilə birlikdə qiymətləndirildikdə tikintinin maliyyə mənbəyi barədə vahid məntiqi zəncir yaradır.
112. Belə ki, şahid şahid4 da məhkəmədə ifadə verərək tikintinin həyata keçirilməsi üçün ilk ödənişin məhz Rauf Aslanov tərəfindən edildiyini, tikintinin Sübhan müəllimin briqadası tərəfindən aparıldığını və tikinti layihəsinin də Rauf Aslanov tərəfindən seçildiyini göstərmişdir. Həmin şahid tikintinin bütün mərhələlərində iştirak etmədiyini bildirsə də, ilk maliyyələşmənin Rauf Aslanov tərəfindən həyata keçirilməsi barədə verdiyi məlumat şahid6 ifadəsini tam şəkildə təsdiq edir.
113. Məhkəmə hesab edir ki, bir-birindən asılı olmayan iki şahidin eyni faktı – tikintinin ilkin maliyyələşdirilməsinin Rauf Aslanov tərəfindən həyata keçirilməsini təsdiq etməsi təsadüfi uyğunluq kimi qiymətləndirilə bilməz və həmin hal iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə xüsusi sübut əhəmiyyətinə malikdir.
114. Bundan başqa, şahid şahid7 ifadəsində göstərmişdir ki, mübahisəli bina tikildiyi dövrdə cavabdehin kifayət qədər maliyyə imkanı olmamış, tikintinin əsas maliyyələşdirilməsi iddiaçının qardaşı Rauf Aslanov tərəfindən həyata keçirilmiş, tikinti prosesinə isə iddiaçı İddiaçı rəhbərlik etmişdir. Şahid eyni zamanda bildirmişdir ki, tikinti başa çatdıqdan sonra həmin obyekt faktiki olaraq iddiaçının istifadəsində olmuşdur.
115. Həmin ifadə öz növbəsində iddiaçının məhkəmə iclasında verdiyi izahatlarla uyğunluq təşkil edir. Belə ki, iddiaçı da bildirmişdir ki, mərhum qardaşı Rauf Aslanov tikintinin maliyyələşdirilməsini öz üzərinə götürmüş, özü isə tikintinin təşkilini, gündəlik nəzarəti və sonradan obyektin idarə edilməsini həyata keçirmişdir. Beləliklə, şahid ifadəsi tərəfin izahatını təkrarlamaqla kifayətlənmir, onu müstəqil sübut vasitəsi kimi təsdiq edir.
116. Şahid şahid5 da ifadəsində göstərmişdir ki, mübahisəli binanın maliyyələşdirilməsinin Rauf Aslanov tərəfindən həyata keçirilməsi barədə məlumat həm rayon sakinləri, həm də tikinti prosesində iştirak edən şəxslər arasında məlum olmuş, tikinti zamanı iddiaçının daim obyektə nəzarət etdiyini şəxsən müşahidə etmişdir. Şahid həmçinin cavabdehin həmin dövrdə belə iri həcmli tikintini maliyyələşdirəcək iqtisadi imkanlara malik olmadığını bildirmişdir.
117. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, bu ifadələr yalnız maliyyə imkanlarına dair subyektiv mülahizə kimi deyil, iş üzrə digər obyektiv sübutlarla birlikdə qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Kredit Bürosunun məlumatlarından da görünür ki, cavabdehin kredit tarixçəsi yalnız sonrakı illəri, yəni 2006-cı ildən sonrasını əhatə etmiş, tikintinin həyata keçirildiyi dövrə aid hər hansı kredit öhdəliyi müəyyən edilməmişdir. Bu hal şahidlərin cavabdehin həmin dövrdə maliyyə imkanlarının məhdud olması barədə ifadələrini dolayı yolla dəstəkləyən obyektiv yazılı sübut kimi çıxış edir.
118. Şahid şahid1 ifadəsində göstərmişdir ki, 2005-ci ildən etibarən mübahisəli obyektdə işləmiş, onu işə qəbul edən, əmək haqqını ödəyən və obyektin fəaliyyətini idarə edən şəxs məhz iddiaçı olmuşdur. O, cavabdehi isə idarəçi kimi deyil, iddiaçıya kömək edən şəxs kimi tanımışdır.
119. Həmin ifadə iddiaçının qızı şahid2 ifadəsi ilə də uzlaşır. Sonuncu göstərmişdir ki, uzun müddət “Kontakt Home” tərəfindən ödənilən icarə haqları cavabdehin adına açılmış bank kartına köçürülsə də, həmin kart faktiki olaraq iddiaçı ailəsinin istifadəsində olmuş, bütün ödənişlər iddiaçı tərəfindən qəbul edilmiş, yalnız 2022-ci ildə tərəflər arasında mübahisə yarandıqdan sonra cavabdeh kartı birtərəfli qaydada bağlatdırmışdır. Bu hal, yəni icarəyə aid bank kartının bacısı qızı olan iddiaçının qızında olmasını inkar etmir və bu halı onunla əsaslandırmağa çalışır ki, bacısı gil dolana bilməıdikləri üçün icarə kartını onlara vermişdir. Cavabdehin bildirdikləri isə sübutetmə standarlarına cavab veməyərək hər hansı sübutla təsdiq olunmur.
120. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, bu iki ifadə birlikdə qiymətləndirildikdə mühüm hüquqi nəticəyə gəlməyə imkan verir. Belə ki, əgər cavabdeh iddia etdiyi kimi, tikintinin yeganə maliyyələşdiricisi, faktiki sahibi və istifadəçisi olmuşdursa, uzun illər ərzində obyektin idarə edilməsinin, işçilərin işə qəbul edilməsinin, əmək haqlarının ödənilməsinin və icarədən əldə olunan gəlirlərin faktiki olaraq iddiaçı tərəfindən həyata keçirilməsinin ağlabatan izahı təqdim edilməmişdir.
121. Digər tərəfdən, cavabdehin özü də izahatında iddiaçının uzun illər həmin ərazidə fəaliyyət göstərdiyini, mebel istehsalı ilə məşğul olduğunu, obyektə gəlib-getdiyini, hətta “Kontakt Home” tərəfindən ödənilən icarə haqlarının müəyyən müddət ərzində bacısının ailəsinin istifadəsində olan özünü adına olan bank kartına köçürüldüyünü etiraf etmişdir. Bu etiraflar iddiaçının uzun illər obyektlə faktiki bağlılığını təsdiq edən mühüm prosessual əhəmiyyətli hallardır.
122. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş şahid ifadələri ayrı-ayrılıqda deyil, tərəflərin izahatları, yazılı sübutlar və iş üzrə müəyyən edilmiş digər faktlarla birlikdə qiymətləndirildikdə mübahisəli binanın tikintisinin təşkilində, maliyyələşdirilməsində və sonrakı faktiki idarə edilməsində iddiaçı tərəfin həlledici iştirakını təsdiq edən ardıcıl və bir-birini tamamlayan sübutlar sistemi yaradır. Birinci instansiya məhkəməsi isə həmin ifadələri təcrid olunmuş şəkildə qiymətləndirməklə, onların qarşılıqlı əlaqəsini, biri digərini tamamlayan məzmununu və iş üzrə digər sübutlarla uyğunluğunu nəzərə almamış, nəticədə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin şahid ifadələrinin sübut əhəmiyyətinə dair gəldiyi nəticə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslı hesab edilmir.
123. Bununla paralel olaraq, cavabdehin müxtəlif mərhələlərdə verdiyi izahatlar və təqdim etdiyi yazılı ərizələr arasında işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mühüm ziddiyyətlər mövcuddur.
124. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (MPM-in 106.1-ci maddəsi).
125. Belə ki, cavabdeh məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, mübahisəli binanın tikintisi 2004-cü ilin iyun-iyul aylarında başlanmış, 2006-cı ildə başa çatmış, həmin tikinti işlərinin maliyyələşdirilməsi məqsədilə mebel sexini qurarkən bir neçə dəfə kredit götürmüşdür. Bundan əlavə, iş materiallarında olan (İ cild, 207&) cavabdeh tərəfindən birinci instansiya məhkəməsində verilmiş ##.##.2023-cü il tarixli ərizəsində də göstərmişdir ki, satış seximağazasının tikintisini başa çatdırmaq məqsədilə “Aqro Kredit” və “xxxx” banklarından kredit vəsaitləri əldə etmişdir.
126. Cavabdehin həm ərizəsində, həm də məhkəməyə verdiyi izahatlarda tikintinin əsas maliyyə mənbəyi kimi məhz bank kreditlərinə istinad etməsi onun müdafiə mövqeyinin əsas elementlərindən birini təşkil etmişdir.
127. Lakin, həmin izahatların iş materiallarında olan obyektiv yazılı sübutlarla müqayisəli təhlili göstərir ki, cavabdehin bu barədə verdiyi məlumatlar təsdiqini tapmır.
128. Belə ki, Azərbaycan Kredit Bürosunun rəsmi çıxarışından görünür ki, Cavabdeh haqqında kredit tarixçəsi yalnız ##.##.2006-cı il tarixindən etibarən mövcuddur və həmin çıxarışda onun adına yalnız ##.##.2012-ci il, ##.##.2012-ci il, ##.##.2012-ci il, ##.##.2015-ci il və ##.##.2020-ci il tarixlərində müxtəlif kredit öhdəliklərinin yaranması öz əksini tapmışdır. Çıxarışda cavabdehin istinad etdiyi tikinti dövründə, yəni 2004-2006-cı illərdə hər hansı bank krediti əldə etməsi barədə məlumat mövcud deyildir. Eyni zamanda cavabdehin ərizəsində göstərdiyi “Aqro Kredit” və “xxxx” ASC banklarından tikinti məqsədilə kredit götürməsi faktı da iş materiallarında hər hansı mötəbər sübutla təsdiq olunmur. Əksinə, Kredit Bürosunun rəsmi məlumatlarında belə kreditlərin mövcudluğu öz əksini tapmamışdır. Məhkəmənin təklifinə baxmayaraq cavabdeh iddia etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
129. Məhkəmə hesab edir ki, cavabdehin tikintinin maliyyələşdirilməsinin bank kreditləri hesabına həyata keçirildiyi barədə izahatı onun özünün istinad etdiyi faktlarla belə uzlaşmır. Çünki, cavabdeh bir tərəfdən binanın 2006-cı ildə tam başa çatdığını bildirdiyi halda, digər tərəfdən tikinti xərclərinin əsas hissəsinin sonrakı illərdə əldə edilmiş kreditlər hesabına ödənildiyini iddia edir. Halbuki, tikinti işlərinin başa çatmasından altı, doqquz və hətta on dörd il sonra götürülmüş kreditlərin əvvəllər artıq inşa olunmuş binanın tikinti xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunması həyatın adi gedişinə və iqtisadi məntiqə uyğun hesab edilə bilməz.
130. Üstəlik, cavabdeh məhkəmə iclasında bildirmişdir ki, tikintinin yekununda Sübhan müəllimə 54.000 manat ödəmiş, müxtəlif vaxtlarda kreditlər götürmüş, sonuncu dəfə isə 5.000 manat kredit alaraq tikinti işlərini yekunlaşdırmışdır. Lakin həmin ödənişlərin hansı tarixdə həyata keçirildiyi, hansı kredit hesabına maliyyələşdirildiyi, kredit vəsaitlərinin tikinti işlərinə yönəldilməsini təsdiq edən hər hansı müqavilə, ödəniş sənədi, bank çıxarışı, pul köçürməsi və ya digər maliyyə sənədi məhkəməyə təqdim edilməmişdir. Belə olan halda cavabdehin tikinti xərclərinin məhz kredit vəsaitləri hesabına ödənilməsi barədə izahatı yalnız mülahizə xarakteri daşıyır və obyektiv sübutlarla təsdiq olunmur.
131. Digər tərəfdən, cavabdehin tikintini tamamilə öz hesabına aparması barədə verdiyi izahatlar onun iş üzrə digər etirafları ilə də uzlaşmır. Belə ki, cavabdeh özü də etiraf etmişdir ki, iddiaçı uzun illər həmin ərazidə fəaliyyət göstərmiş, mebel istehsalı ilə məşğul olmuş, “Kontakt Home” tərəfindən ödənilən icarə haqları müəyyən müddət ərzində onun adına olan bank kartına köçürülsə də, həmin kart faktiki olaraq iddiaçının ailəsinin istifadəsində olmuşdur. Cavabdeh həmin vəziyyəti izah edərkən kartı maddi kömək məqsədilə bacısına verdiyini bildirsə də, uzun müddət davam edən bu faktiki münasibətin hansı hüquqi əsasla mövcud olmasına ağlabatan izah verə bilməmişdir.
132. Məhkəmə hesab edir ki, əgər cavabdehin iddia etdiyi kimi mübahisəli obyekt tamamilə onun şəxsi vəsaiti hesabına inşa edilmiş və yalnız ona məxsus olmuşdursa, bu halda uzun illər ərzində obyektin idarə edilməsinin, işçilərin işə qəbul edilməsinin, mebel salonunun fəaliyyətinin təşkil edilməsinin, icarə münasibətlərinin faktiki olaraq iddiaçı tərəfindən həyata keçirilməsinin və icarədən əldə olunan gəlirlərin iddiaçı ailəsinin istifadəsinə verilməsinin ağlabatan iqtisadi və hüquqi izahı təqdim edilməmişdir. Cavabdehin bu barədə verdiyi izahatlar iş üzrə müəyyən edilmiş digər hallarla uzlaşmır və ardıcıllıq təşkil etmir.
133. Əksinə, iddiaçının izahatları həm şahid ifadələri, həm tikintinin təşkili ilə bağlı müəyyən edilmiş hallar, həm də mübahisəli obyektdən uzun illər ərzində faktiki istifadə olunmasına dair sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirildikdə daha ardıcıl və inandırıcı görünür. Xüsusilə, cavabdehin tikintinin maliyyələşdirilməsini kreditlərlə əsaslandırmağa çalışmasına baxmayaraq, bu barədə istinad etdiyi kreditlərin nə tikinti dövrünə, nə də göstərdiyi banklara uyğun gəlməməsi onun müdafiə mövqeyinin etibarlılığını ciddi şəkildə zəiflədir.
134. Beləliklə, məhkəmə MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq tərəflərin izahatlarını iş üzrə digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının izahatları iş materiallarında olan sübutlar və şahid ifadələri ilə təsdiq olunduğu halda, cavabdehin tikintinin yalnız öz vəsaiti, o cümlədən bank kreditləri hesabına maliyyələşdirilməsi barədə izahatları iş materiallarında olan obyektiv sübutlarla təsdiq edilmədiyindən və öz daxilində mühüm ziddiyyətlər ehtiva etdiyindən inandırıcı hesab edilə bilməz. Bu səbəbdən birinci instansiya məhkəməsinin tərəflərin izahatlarını eyni sübut qüvvəsinə malik hesab etməsi və həmin ziddiyyətlərə hüquqi qiymət verməməsi işin faktiki hallarının düzgün müəyyən edilməməsinə səbəb olmuşdur.
135. Bundan əlavə, iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, **-***/** nömrəli mütəxəssis rəyindən görünür ki, mütəxəssis tərəfindən X1 proqramının arxiv peyk görüntüləri tədqiq edilmiş, sözügedən ərazi üzrə mövcud olan ən erkən peyk görüntüsünün 2004cü ilin noyabr ayına aid olduğu müəyyən edilmişdir. Həmin görüntünün təhlili nəticəsində mübahisəli iki mərtəbəli qeyri-yaşayış binasının artıq həmin tarixdə tam şəkildə mövcud olduğu, yerləşmə vəziyyətinin hazırkı vəziyyəti ilə eynilik təşkil etdiyi, sonrakı illərə aid arxiv görüntülərində isə binanın ölçülərində və xarici konturlarında hər hansı əhəmiyyətli dəyişikliklərin müşahidə edilmədiyi müəyyən olunmuşdur. Mütəxəssis həmin araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlmişdir ki, mübahisəli tikili ən geci 2004-cü ilin noyabr ayına qədər inşa edilmişdir.
136. Məhkəmə qeyd edir ki, həmin mütəxəssis rəyi iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə mühüm sübut əhəmiyyəti kəsb edir. Belə ki, sözügedən rəy hər hansı şəxsin subyektiv mülahizəsinə deyil, müasir rəqəmsal texnologiyaların imkanlarından istifadə edilməklə əldə olunmuş obyektiv peyk görüntülərinin təhlilinə əsaslanır. Bu baxımdan həmin rəy mübahisəli binanın mövcud olduğu dövrün müəyyən edilməsi baxımından iş üzrə digər sübutları tamamlayan obyektiv texniki sübut hesab edilməlidir.
137. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mütəxəssis rəyində müəyyən edilmiş hallar ilk növbədə cavabdehin öz izahatları ilə müqayisəli şəkildə qiymətləndirilməlidir. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mübahisəli binanın tikintisi 2004-cü ilin iyun-iyul aylarında başlanmış və yalnız 2006-cı ildə başa çatmışdır. Bununla yanaşı, cavabdeh tikinti işlərinin tamamlanmasının müxtəlif dövrlərdə əldə etdiyi bank kreditləri hesabına maliyyələşdirildiyini göstərmişdir.
138. Lakin mütəxəssis rəyindən görünür ki, artıq 2004-cü ilin noyabr ayında çəkilmiş peyk görüntülərində mübahisəli iki mərtəbəli qeyri-yaşayış binası tam həcmdə mövcud olmuş, onun yerləşmə vəziyyəti və xarici konturları sonrakı dövrlərdə də dəyişməz qalmışdır. Başqa sözlə, obyektiv texniki araşdırma nəticəsində müəyyən edilmişdir ki, cavabdehin iddia etdiyi kimi binanın tikintisi 2006-cı ildə deyil, ən geci 2004-cü ilin noyabr ayınadək başa çatdırılmışdır.
139. Məhkəmə hesab edir ki, bu hal cavabdehin izahatlarında mövcud olan mühüm ziddiyyəti bir daha təsdiq edir. Belə ki, əgər bina artıq 2004-cü ilin noyabr ayında tam şəkildə mövcud olmuşdursa, həmin tikintinin 2005 və 2006-cı illərdə davam etdirilməsi barədə cavabdehin izahatı obyektiv texniki sübutla təkzib olunur. Cavabdeh həmin ziddiyyətin səbəblərini izah edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
140. Digər tərəfdən, mütəxəssis rəyində arxiv görüntülərinin müqayisəli təhlili nəticəsində sonrakı illərdə binanın xarici ölçülərində və konturlarında əhəmiyyətli dəyişikliklərin müşahidə edilmədiyi müəyyən edilmişdir. Bu hal da cavabdehin satış sexinin tikintisinin yalnız 2006-cı ildə başa çatdırılması barədə mövqeyini təsdiqləmir. Əksinə, həmin texniki nəticə göstərir ki, bina artıq 2004-cü ilin sonlarında hazır vəziyyətdə olmuş, sonrakı dövrdə yalnız adi istifadə və daxili təyinatla bağlı dəyişikliklər baş vermiş, tikilinin əsas konstruksiyası dəyişməz qalmışdır.
141. Bundan başqa, mütəxəssis rəyində müəyyən edilmiş bu hallar cavabdehin tikinti işlərinin bank kreditləri hesabına başa çatdırılması barədə izahatlarının da inandırıcılığını şübhə altına alır. Belə ki, iş materiallarında olan Azərbaycan Kredit Bürosunun rəsmi məlumatlarından görünür ki, cavabdehin kredit tarixçəsi ##.##.2006-cı il tarixindən etibarən formalaşmış, onun adına müəyyən edilmiş kredit öhdəlikləri isə əsasən 2012, 2015 və 2020-ci illərə aid olmuşdur. Halbuki, mütəxəssis rəyinə əsasən bina həmin tarixlərdən xeyli əvvəl, yəni ən geci 2004-cü ilin noyabr ayında artıq mövcud olmuşdur. Bu baxımdan cavabdehin sonrakı illərdə əldə etdiyi kreditlərin əvvəllər tam şəkildə inşa edilmiş binanın tikintisinə sərf olunması barədə izahatı nə texniki araşdırmanın nəticələri, nə də iş üzrə digər obyektiv sübutlarla təsdiq edilir.
142. Məhkəmə həmçinin nəzərə alır ki, mütəxəssis rəyində müəyyən edilmiş tikintinin başa çatma tarixi iddiaçının və onun tərəfindən təqdim olunmuş şahidlərin ifadələri ilə də uyğunluq təşkil edir. Belə ki, iddiaçı ardıcıl olaraq bildirmişdir ki, mübahisəli bina 2004-cü ildə tikilərək istifadəyə verilmiş, bundan sonra uzun illər ərzində həmin obyekt onun tərəfindən idarə edilmiş və kommersiya məqsədləri üçün istifadə olunmuşdur. Şahidlərin əksəriyyəti də tikintinin qısa müddətdə başa çatdırıldığını, sonrakı illərdə isə həmin obyektdə mebel istehsalı və satışı fəaliyyətinin həyata keçirildiyini göstərmişlər. Mütəxəssis rəyində müəyyən edilmiş obyektiv texniki nəticələr həmin ifadələrin zaman baxımından ardıcıllığını və həqiqətə uyğunluğunu dəstəkləyən əlavə sübut kimi çıxış edir.
143. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mütəxəssis rəyi iş üzrə digər sübutlardan təcrid olunmuş qaydada deyil, onların məcmusunda qiymətləndirildikdə, cavabdehin tikintinin müddəti, maliyyələşmə mənbəyi və başa çatma tarixi ilə bağlı izahatlarının obyektiv məlumatlarla uzlaşmadığını, əksinə, iddiaçının tikintinin başa çatdırılması və sonrakı istifadə dövrünə dair verdiyi izahatların isə iş materiallarında olan digər sübutlarla qarşılıqlı surətdə təsdiq olunduğunu göstərir.
144. Beləliklə, məhkəmə “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli mütəxəssis rəyini iş üzrə şahid ifadələri, tərəflərin izahatları, Azərbaycan Kredit Bürosunun rəsmi məlumatları və müəyyən edilmiş digər faktiki hallarla qarşılıqlı əlaqədə qiymətləndirərək belə nəticəyə gəlir ki, həmin rəy mübahisəli binanın ən geci 2004-cü ilin noyabr ayına qədər inşa edilməsini obyektiv texniki vasitələrlə təsdiq edir, cavabdehin tikintinin 2006-cı ildə başa çatması və sonrakı dövrlərdə götürdüyü kreditlər hesabına maliyyələşdirilməsi barədə izahatlarının inandırıcılığını aradan qaldırır və iddiaçının mübahisəli tikilinin inşa olunma vaxtına və sonrakı faktiki istifadəsinə dair irəli sürdüyü halların həqiqətə uyğun olduğunu təsdiq edən mühüm sübutlardan biri kimi qiymətləndirilir.
145. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin bir-birini tamamlayan ifadələri, tərəflərin izahatları, “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, **-***/** nömrəli mütəxəssis rəyi, Azərbaycan Kredit Bürosunun təqdim etdiyi məlumatlar, eləcə də iş üzrə müəyyən edilmiş digər faktiki hallar birlikdə qiymətləndirildikdə müəyyən olunur ki, mübahisəli tikili iddiaçının dəstəyi və qardaşının ona bağışladığı pulu ilə inşa edilmiş, tikinti başa çatdıqdan sonra isə uzun illər faktiki olaraq iddiaçı ilə cavabdeh tərəfindən idarə edilmiş və kommersiya məqsədi ilə istifadə olunmuşdur.
146. Məhkəmə hesab edir ki, iş üzrə təqdim edilmiş sübutların heç biri ayrıca götürüldükdə mübahisənin həlli üçün kifayət etməsə də, onların qarşılıqlı əlaqədə qiymətləndirilməsi nəticəsində vahid, ardıcıl və bir-birini tamamlayan sübutlar sistemi formalaşmışdır. Həmin sübutlar sistemi cavabdehin tikintini öz vəsaiti hesabına həyata keçirməsi barədə izahatlarını təkzib etdiyi halda, iddiaçının mübahisəli tikilinin maliyyələşdirilməsi və sonrakı faktiki istifadəsi barədə verdiyi izahatların doğruluğunu təsdiq edir.
147. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, **- ***/** nömrəli mütəxəssis rəyi apellyasiya icraatı zamanı təqdim olunmuşdur.
148. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 380.1-ci maddəsinə əsasən, tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
149. Iddia tərəfi apellyasiya icraatı zamanı “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, **-***/** nömrəli mütəxəssis rəyini məhkəməyə sübut kimi təqdim etmiş və məhkəmə iclasında bunun onunla əsaslandırmışdır ki, “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, **-***/** nömrəli mütəxəssis rəyi birinci instansiyası məhkəməsində aparılan icraat zamanı mövcud olmamışdır. Rəy apellyasiya icraatında alındığından apellyasiya icraatı zamanı təqdim edilmişdir.
150. Iddia tərəfinin yeni sübutun apellyasiya icraatında verilməsinin mümkünlüyü ilə bağlı əsaslandırmasını məhkəmə qəbul edir və bildirir ki, qeyd edilən rəy birinci instansiyası məhkəməsində aparılan icraat zamanı mövcud olmadığından apellyasiya icraatında qəbul ediləndir.
151. Bu səbəbdən də məhkəmə MPM-in 380.1-ci maddəsinin tələblərindən çıxış edərək apellyasiya icraatı zamanı yaranmış və təqdim olunmuş mütəxəssis rəyini sübut kimi qəbul etmişdir.
152. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh tikintinin öz vəsaiti hesabına aparıldığını bildirsə də, həmin iddiasını təsdiq edən hər hansı obyektiv maliyyə sənədini, tikinti materiallarının alınmasına dair hesab-fakturaları, podrat müqavilələrini, bank ödənişlərini və ya digər yazılı sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, onun tikintinin bank kreditləri hesabına maliyyələşdirilməsi barədə verdiyi izahatların Azərbaycan Kredit Bürosunun rəsmi məlumatları ilə təkzib edilməsi, həmçinin mütəxəssis rəyində binanın artıq 2004-cü ilin noyabr ayında tam şəkildə mövcud olduğunun müəyyən edilməsi cavabdehin müdafiə mövqeyinin obyektiv sübutlarla təsdiq olunmadığını göstərir.
153. Digər tərəfdən, iddiaçının tikintinin maliyyələşdirilməsi, tikinti prosesinin təşkili, sonrakı uzunmüddətli faktiki istifadə və idarəetmə barədə izahatları şahid ifadələri, mütəxəssis rəyi, icarə münasibətlərinə dair müəyyən edilmiş hallar və cavabdehin öz etirafları ilə qarşılıqlı surətdə təsdiq olunmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli tikiliyə əhəmiyyətli həcmdə maddi vəsait qoyması ehtimallar səviyyəsində deyil, sübutetmə standartına uyğun şəkildə müəyyən edilmiş faktdır.
154. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Eyni zamanda Mülki Məcəllənin 425.1-ci maddəsi də öhdəlik münasibətlərində vicdanlı davranış prinsipini mülki dövriyyənin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir.
155. Vicdanlılıq prinsipi mülki hüququn əsas başlanğıclarından biri olmaqla, hüquq münasibətlərinin formal hüquqi vəziyyətinə deyil, tərəflərin faktiki davranışına və onların hüquqi dövriyyədə yaratdıqları etimada əsaslanır. Iş üzrə müəyyən edilmiş hallar göstərir ki, iddiaçı uzun illər ərzində mübahisəli tikilini maliyyələşdirmiş, faktiki idarə etmiş, kommersiya fəaliyyəti göstərmiş və həmin əmlakı öz təsərrüfat fəaliyyəti üçün istifadə etmiş, cavabdeh isə bütün bu müddət ərzində həmin vəziyyətə etiraz etməmiş, əksinə, belə istifadəyə faktiki razılıq vermişdir.
156. Lakin sonradan cavabdehin yalnız əmlakın hüquqi sənədlərinin öz adına rəsmiləşdirilməsinə istinad etməklə iddiaçının həmin tikiliyə qoyduğu vəsaiti tamamilə inkar etməsi, uzun illər ərzində formalaşmış faktiki münasibətləri nəzərə almadan həmin əmlakın bütün iqtisadi nəticələrini yalnız özü üçün mənimsəməyə çalışması vicdanlı davranış prinsipi ilə uzlaşmır.
157. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən hüquqdan başqa şəxsə ziyan vurmaq məqsədilə istifadə edilməsinə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1 və 560.2-ci maddələrinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan sui-istifadəyə yol verilməməlidir. Eyni Məcəllənin 560.3.4-cü maddəsində hüquqdan sui-istifadə halları sırasında digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd olaraq hüququn həyata keçirilməsi ayrıca göstərilmişdir.
158. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş faktiki hallar məhz həmin hüquqi vəziyyəti xarakterizə edir. Belə ki, cavabdeh uzun illər ərzində iddiaçının mübahisəli obyekti maliyyələşdirməsinə, idarə etməsinə, ondan kommersiya məqsədilə istifadə etməsinə və iqtisadi fəaliyyət göstərməsinə etiraz etməmiş, həmin davranışı ilə iddiaçıda obyektə qoyduğu vəsaitin və çəkdiyi xərclərin hüquqi cəhətdən qorunacağı barədə əsaslı inam yaratmışdır. Sonradan yalnız formal mövcud sənədlərə istinad etməklə iddiaçının çəkdiyi bütün xərcləri inkar etməsi isə əvvəlki davranışına zidd olmaqla hüquqdan vicdansız istifadə forması kimi qiymətləndirilməlidir.
159. Bundan əlavə, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliklər yalnız müqavilədən deyil, qanunda nəzərdə tutulmuş digər əsaslardan, o cümlədən əsassız varlanmadan da əmələ gələ bilər. Bu baxımdan tərəflər arasında yazılı müqavilənin olmaması cavabdehin iddiaçının hesabına əldə etdiyi əmlak dəyərini özündə saxlamaq hüququ yaratmır.
160. Iş üzrə müəyyən edilmiş hallar göstərir ki, iddiaçı tərəfindən çəkilmiş xərclər nəticəsində cavabdehin adına olan torpaq sahəsində yeni əmlak yaradılmış, həmin əmlak cavabdehin əmlak kompleksinin iqtisadi dəyərini əhəmiyyətli dərəcədə artırmış, cavabdeh isə həmin artımdan hazırda tam həcmdə faydalanmaq imkanına malik olmuşdur. Beləliklə, cavabdehin əmlak sferasında artım baş verdiyi halda, həmin artımın iqtisadi yükü iddiaçının üzərində qalmışdır.
161. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əsassız varlanmış hesab edilir. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə isə belə varlanma yalnız qanuni və ya müqavilə əsası olmadıqda mövcud olur. Iş üzrə müəyyən edilmiş hallardan görünür ki, cavabdehin iddiaçı tərəfindən maliyyələşdirilmiş tikiliyə görə hər hansı ödəniş etməsini, yaxud tərəflər arasında həmin xərclərin cavabdeh tərəfindən əvəzsiz qəbul edilməsinə dair razılaşmanın mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Deməli, cavabdehin əldə etdiyi iqtisadi üstünlük hər hansı qanuni və ya müqavilə əsasına deyil, iddiaçının hesabına yaranmış faktiki vəziyyətə əsaslanmışdır.
162. Belə olan halda Mülki Məcəllənin 1092.1-ci maddəsinin imperativ tələbinə uyğun olaraq varlanmış şəxs əldə etdiklərini və ya bunun dəyərini məhrum olan şəxsin tələbi ilə ona qaytarmalıdır. Iş üzrə müəyyən edilmiş hallara əsasən cavabdehin iddiaçının hesabına əldə etdiyi iqtisadi fayda mübahisəli qeyri-yaşayış binasının dəyərində ifadə olunduğundan, həmin əmlaka çəkilmiş vəsaitin iddiaçıya ödənilməsi əsassız varlanma institutunun məqsədinə, mülki hüququn vicdanlılıq və ədalət prinsiplərinə, habelə tərəflər arasında pozulmuş əmlak balansının bərpasına xidmət edir.
163. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən mübahisəli əmlakın inşa edilməsinə çəkilmiş xərclərin sübuta yetirildiyi, cavabdehin həmin xərclər hesabına hüquqi əsas olmadan əmlak dəyəri əldə etməklə əsassız varlandığı müəyyən olunduğundan, iddia tələbi əsaslı hesab edilməli və mübahisəli qeyri-yaşayış binasına çəkilmiş vəsaitin müəyyən edilmiş dəyəri deyil onun hazırki dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bu hüquqi nəticə həm Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinin, həm də vicdanlılıq, hüquqdan sui-istifadənin yolverilməzliyi və pozulmuş əmlak balansının bərpasını nəzərdə tutan ümumi mülki hüquq prinsiplərinin tələblərinə tam uyğundur. Apellyasiya instansiyası hesab edir ki, iş üzrə toplanmış sübutlarla mübahisəli qeyriyaşayış164.binasının tikintisi və həmin tikiliyə çəkilmiş xərclərin iddiaçı tərəfindən həyata keçirilməsi sübuta yetirildiyindən, cavabdehin həmin vəsait hesabına hüquqi əsas olmadan əmlak əldə etməsi nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanma münasibətləri yaranmışdır. Belə olan halda, məhrum olan şəxsə ödənilməli məbləğin müəyyən edilməsi zamanı məhkəmə yalnız xərclərin mövcudluğunu deyil, həmin xərclər nəticəsində cavabdehin faktiki əldə etdiyi əmlak üstünlüyünün həddini də nəzərə almalıdır.
165. Belə ki, iş materiallarında olan “X8” MMC-nin ##.##.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi rəyindən görünür ki, Bərdə şəhəri, Bakı küçəsində yerləşən ümumi sahəsi 320 kvadratmetr olan iki mərtəbəli qeyri-yaşayış binasının həmin tarixə bazar dəyəri 160.000 manat, likvid dəyəri isə 140.000 manat məbləğində müəyyən edilmişdir.
166. Sonradan iş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli, **/**** saylı və ##.##.2024-cü il tarixli, **/***-*/*** saylı ekspertiza rəylərində isə müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış binasında müxtəlif növ tikinti, təmir və yenidənqurma işlərinə 96.000 manat məbləğində vəsait sərf edilmiş, həmin əmlakın ekspertiza tarixində orta bazar dəyəri isə 192.000 manat təşkil etmişdir.
167. Məhkəmə qeyd edir ki, göstərilən ekspertiza rəylərində müəyyən edilmiş 96.000 manat məbləği mübahisəli tikiliyə müxtəlif dövrlərdə aparılmış tikinti, təmir və yenidənqurma işlərinin dəyərini ifadə edir. Həmin məbləğ tikilinin bütövlükdə bazar dəyərini deyil, ekspertiza aparıldığı tarixdə müəyyən edilmiş tikinti-təmir işlərinin hesablanmış dəyərini əks etdirir. Bu səbəbdən həmin rəylərdə göstərilən 96.000 manat məbləği iddiaçının cavabdeh hesabına yaranmış əsassız varlanmanın son həddini müəyyən edən göstərici kimi qəbul edilə bilməz.
168. Digər tərəfdən, ekspertiza rəylərində müəyyən edilmiş 192.000 manat bazar dəyəri isə ekspertiza tarixində, yəni mübahisəli tikilinin uzun illər istifadə olunmasından, daşınmaz əmlak bazarında qiymət dəyişikliklərinin baş verməsindən və iqtisadi şəraitin dəyişməsindən sonrakı dövrə aid bazar qiymətini əks etdirir. Həmin məbləğin formalaşmasına tikintinin başa çatdırılmasından sonra keçən uzun müddət ərzində daşınmaz əmlak bazarında baş vermiş qiymət artımları, inflyasiya prosesləri və digər iqtisadi amillər təsir göstərmişdir. Bu baxımdan, həmin dəyərin tam həcmdə cavabdehdən tutulması əsassız varlanma institutunun məqsədinə uyğun sayılmalıdır.
169. Belə ki, əsassız varlanma nəticəsində cavabdeh artıq tikintiyə sərf olunmuş dəyər həcmində deyil, əmlakın bazar dəyərində varlanmış sayılır. Mülki Məcəllənin 1091-ci maddəsi varlanmış şəxsin yalnız hüquqi əsas olmadan əldə etdiyi əmlak üstünlüyünün qaytarılmasını nəzərdə tutmur.
170. Lakin iddiaçı 160.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etmiş, işə baxılması zamanı iddia tələbinin həcmini artıraraq sonradan ekspertiza ilə müəyyən edilmiş 192.000 manat bazar dəyərinin tutulmasını tələb etməmişdir. MPM-in 218.3cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmənin cavabdehdən iddia tələbini aşan məbləğin tutulmasına dair qərar qəbul etməsi mümkün deyildir ki, iddia tələbi həcmində 160.000 manat pul cavabdehdən tutulmalıdır.
171. Bu səbəbdən məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş faktiki hallar, qiymətləndirmə və ekspertiza rəyləri, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, cavabdehin iddiaçının hesabına hüquqi əsas olmadan əldə etdiyi əmlak üstünlüyünün dəyəri 160.000 manat məbləğində müəyyən edilməli və həmin məbləğ əsassız varlanmanın nəticələrinin aradan qaldırılması məqsədilə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə nəticə həm tərəflər arasında pozulmuş əmlak tarazlığının bərpasına, həm də vicdanlılıq, ədalətlilik və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə uyğun olmaqla, əsassız varlanma institutunun məqsəd və mahiyyətinə tam cavab verir.
172. Göründüyü kimi, iddia tələbi əsaslı iddia tələbi olmuşdur. Lakin cavabdeh eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizə vermişdir.
173. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
174. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan münasibətlər 2021-2022-ci il tarixlərdə pozulmuş və iddiaçı hazırki tələblə Bərdə Rayon Məhkəməsinə ##.##.2022-ci il tarixdə müraciət etmişdir. Belə olan halda iddiaçı iki illik müddəti ötürməmiş və vaxtında məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir.
175. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi də məhz düzgün cavabdehə qarşı yönəlmişdir.
176. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi Bərdə rayonu H.Aslanov küçəsində yerləşən Ağac emalı sexi Cavabdeh, X6, X3 və X10, bununla bağlı onlara Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında ##.##.1999-cu ill tarixli ****** nömrəli Şəhadətnaməsinə verilmiş və sonuncular emal sexində olan paylarını birləşdirərək “xxxx” Fimasını təsis etmişlər.
177. Lakin mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin tikintisinə icazə Bərdə rayon Icra Hakimiyyətinin ## #### 2004-cü il tarixli *** nömrəli Sərəncamı ilə Cavabdeh verilmişdir ki, emal sexinin digər mülkiyyətçilərinin və ya “xxxx” Firmasının mübahisə predmeti olan qeyriyaşayış sahəsinə aidiyyətləri olmamışdır.
178. Göründüyü kimi qeyri-yaşayış sahəsinin tikintisinə icazə cavabdehə verilmişdir ki, ilkin sənədlərə istinadən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair gözlənilən mülkiyyət hüququ da məhz cavabdehə məxsusdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəlmişdir.
179. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
180. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
181. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
182. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
183. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
184. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.
185. Eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qiymətinə münasibətdə 450 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
186. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
187. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddia təmin edilsin. Cavabdeh Cavabdeh 160.000 (yüz altmış min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 450 (dörd yüz əlli) manat məbləğində pul olmaqla, cəmi 160.450 (yüz altmış min dörd yüz əlli) manat alınaraq iddiaçı İddiaçı verilsin. Iş üzrə məhkəmə-tikinti-texniki ekspertizalarının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X13, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE00000000000002088501) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.