Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-66/2026 23.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbi Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Ilk iddia üzrə iddiaçı İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və cavabdeh Cavabdeh iştirakı ilə, Ilk iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. X3 ##.##.2021-ci il tarixdə ərizə ilə Şəmkir rayon Polis Şöbəsinə müraciət edərək, özünə məxsus 3 ədəd boyunbağı, 5-6 ədəd üzük, 2 ədəd qızıl dəsti və 3-4 cür sırğanı 12150 manat müqabilində Cavabdeh satdığını, lakin sonuncunun qızıl-zinət əşyalarının dəyərini ödəmədiyini bildirmiş, həmin pulun alınmasında ona köməklik göstərilməsini xahiş etmişdir.
2. Müraciət üzrə aparılan araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, qonsusu Mətanət təxminən 1 il əvvəl uşaqlarının müalicəsi üçün ona qızıl vermişdir. Qızıllar ona pul müqabilində hissə-hissə ödəməklə verilmişdir. Həmin vaxtdan hazırkı tarixədək Mətanətə 3000 manat civarında pul ödəmişdir. Hazırda Mətanətə 12000 manat borcu vardır.
3. Cavabdeh Cavabdeh tərəfindən ## ###### 2021-ci il tarixdə tərtib edilmiş əlyazma qəbzdə qeyd edilmişdir ki, o, qonşusu X3 12150 manat dəyərində qızıl-zinət əşyası götürmüş, ona borcu qalmışdır.
4. Cavabdeh Cavabdeh tərəfindən ## #### 2022-ci il tarixdə tərtib edilmiş əlyazma qəbzdə qeyd edilmişdir ki, o, İddiaçı qızıl-zinət əşyası almış və ona 2900 manat borcu olmuşdur.
5. Iddiaçı X1 cavabdehlər X2, X3 və Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər X2 qızıl-zinət əşyaları, yəni 1 ədəd tros sep 21 qram, 1 ədəd bruq sep 12 qram, 1 ədəd moruq sep 50 qram, 1 ədəd şarik sep 36 qram, 1 ədəd sep 11 qram, 1 ədəd yakır sep 9 qram, 1 ədəd moruq sep 20 qram, 1 ədəd tros sep 24 qram, 1 ədəd tros sep 20 qram, 1 ədəd rekert sep 10 qram, 1 ədəd moruq sep 41 qram, 1 ədəd tros sep 27 qram, 1 ədəd zincir sep 17 qram, 1 ədəd paxlava sep 29 qram, 1 ədəd bismark sep 20 qram, 1 ədəd paxlava üzük, 1 ədəd yaşıl üzük, bir ədəd zümrüd dəst, onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri, 24931(iyirmi dörd min doqquz yüz otuz bir) manat və X3 qızıl-zinət əşyaları, yəni 1 ədəd badam karnitur, 1 ədəd gül dəst, 1 ədəd sallama sırğa, 1 ədəd rubin ləçək dəst, 1 ədəd samovar zümrüd klon, 1 ədəd ayulduz saat, 1 ədəd baxçasaray dəst, 1 ədəd yakır sırğa,1 ədəd paxlava üzük, 1 ədəd gül sırğa, 1 ədəd safir qolbağ, 1 ədəd zümrüd qolbağ, 1 ədəd üç qaşlı dəst, 1 ədəd zümrüd dəst, 1 ədəd buz klon, 1 ədəd samovar klon, 1 ədəd gül üzük,1 ədəd zümrüd dəst, 1 ədəd paxlava üzük, 1 ədəd yeddi gözəl sırğa, 1 ədəd moruq sep 33 qram, 1 ədəd moruq sep 36 qram, 1 ədəd silsilə sep, 1 ədəd paxlava sep 48 qram, 1 ədəd tros sep 29 qram, 1 ədəd tros sep 19 qram, 1 ədəd 11 qram sep, 1 ədəd 23 qram qolbağ, 1 ədəd 28 qram midas sep, 1 ədəd 59 qram moruq sep, 1 ədəd ulduz dəst, 1 ədəd tək qaşlı dəst, 1 ədəd sallama sırğa, 1 ədəd nal klon, 1 ədəd paxlava safir üzük, üzük puklu, 1 ədəd qırmızı klon onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri, 62000 (altmış iki min) manat alınaraq, iddiaçı X1 verilməsi qət edilmişdir. Məhkəmənin ## #### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə işin faktik halları kimi müəyyən edilmişdir ki, iddiaçı X1 62000 manat dəyərində qızıl-zinət əşyalarını X3, 24931 manat dəyərində qızıl-zinət əşyalarını X2 vermişdir (bu hal iş materialları və cavabdehlərin izahatları ilə öz təsdiqini tapmışdır). Cavabdehlər X3 və X2 isə həmin qızıl-zinət əşyalarını Cavabdeh satması üçün vermişlər (Cavabdeh özü izahatında bildirmişdir ki, həmin qızıl-zinət əşyalarını X2 və X3 almışdır).
6. Şəmkir Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 xeyrinə 35000 manat, iddiaçı X3 xeyrinə 62000 manat borc məbləği və məhkəmə xərci qismində 340 manat dövlət rüsumu cavabdeh Cavabdeh tutulması qət edilmişdir.
7. Iddiaçı İddiaçı tərəfindən fləşkarta əlavə edilmiş audio səs yazıları məhkəməyə təqdim edilmişdir. Həmin səs yazıları məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş və danışıqların hazırkı iş üzrə tərəflər arasında qeydə alındığı müəyyən edilmişdir. Qeydə alınmış danışıqlarda tərəflər arasındakı münasibətlər üzrə cavabdeh Cavabdeh iddiaçı İddiaçı yaranmış borcundan, həmin borcun qaytarılmamasından bəhs edilir, Cavabdeh İddiaçı möhlət istəyərək borcunu qaytaracağını bildirir. Belə ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ünvanladığı səsli mesajlardan birində «9000-dirmi borcum, verəcəm dedim, səbr elə» deyə bildirir (cavabdeh Cavabdeh həmin səs yazısının ona məxsus olduğunu etiraf etmişdir).
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 10.960 (on min doqquz yüz altmış) manat pulun, eləcə də ödədiyi 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi uzun illərdir tanıyır. Cavabdeh ondan 2022-ci ildə 2 dəfəyə 12000 manat və 2900 manat dəyərində qızıl əşyası götürüb tez bir zamanda evlərinin satılıb borcunu ödəyəcini bildirmiş və bu barədə yazılı qəbz yazıb özü imza etmişdir. Hal-hazırda cavabdeh ona 14900 manat borcdan cəmi 3940 manat qaytarmışdır. Hal-hazıradək cavabdeh ona olan 10960 manat borcun qalan hissəsini ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur.
10. Şəmkir Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddianın təmin edilməməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 123 (bir yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir
11. Iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
13. Cavabdeh Cavabdeh da iddiaçı İddiaçı qarşılıqlı iddia verərək, cavabdeh İddiaçı olan əlyazma ilə qeyd etdiyi 2900 manat məbləğində borcun ödənilməsi zamanı onun pensiya kartından borcdan əlavə olaraq 1040 manat məbləğində artıq əldə etdiyi vəsaitin ona geri qaytarılması və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 30,40 (otuz manat, 40 qəpik) manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq ona ödənilməsi, ilkin iddia üzrə İddiaçı iddiası əsassız olduğu üçün rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh Cavabdeh məhkəməyə yazılı qaydada etiraz göndərərək bildirmişdir ki, o, yazılı qaydada İddiaçı dəyəri 2900 olan qızıl almışdır. İddiaçı iddia ərizəsində də bunu qeyd etmişdir. Həmçinin həmin borcdan onun tərəfindən iddiaçıya 3940 manat pulun ödənilməsini də iddiaçı öz iddia ərizəsində təsdiq etmişdir. Buradan da aydın görünür ki, o, iddiaçıya 1040 manat artıq pul ödəmişdir. X3 ilə onun arasında olan 12000 manat borcu təsdiq edən ərizəni iddiaçı İddiaçı məhkəməyə sübut kimi təqdim edərək özünün xeyrinə istifadə etməyə çalışır. Buradan sual yaranır ki, niyə X3 ona qarşı ayrıca iddia qaldırıb həmin 12000 (on iki min) manat borcu ondan tələb etmir? Çünki, X3 üçün aldığı ümumi dəyəri 65000 manat olan qızılların pulunun ondan geri alınmasına dair Şəmkir Rayon Məhkəməsində idda qaldırmışdır. Hazırda bununla bağlı Şəmkir Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli 2(076)-1526/2022-saylı yekun qətnaməsi vardır. Bu gün sözügedən 12000 manat borc həmin 65000 manat məbləğin içərisində olan borclara aiddir. Bu səbəbdən də Mətanət Novruzova ona qarşı eyni tələb üzrə iddia qaldıra bilməz. Mətanət Novruzova isə həmin qızılları X1 almışdır. Bununla bağlı isə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı yekun qətnaməsi mövcuddur. Belə ki, X4 alaraq ona satmaq üçün vermişdir. Iradə Tağıyeva qızılın pulunu geri almadığı üçün Mətanət Novruzovya qarşı Gəncə şəhər Nizami Rayon Məhkəməsində iddia qaldırmış və idda tələbi təmin edilmişdir. Bundan sonra Mətanət Novruzova da ona qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. O, məhkəmədə Mətanət Novruzovadan hissə-hissə aldığı bütün borcu etiraf etdiyi üçün, borcu təsdiq edən sənədlərə və həmin sözügedən 12000 manat olan borc barədə sənədə ehtiyac qalmamışdır. Bu səbəbdən də Mətanət 12000 manat olan borc barədə sənədi Şəmkir Rayon Məhkəməsinə təqdim etməmişdir. Indi isə həmin əlyazmadan sui-istifadə edərək yenidən ondan təkrar olaraq həmin pulu tələb etməyə cəhd edirlər. O, İddiaçı 2900 manat dəyərində qızıl almış, əvəzində isə 3940 manat ödəmişdir. Onun uşağının pensiya kartı iddiaçıda olduğu üçün borc bağlandıqdan sonra da uşağın pensiya kartını ona qaytarmamışdır. Buna görə də ondan əlavə olaraq 1040 manat artıq pul almışdır.
15. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı İddiaçı mütəmadi olaraq qızıl əşyaları almış və sonra özü həmin qızılları başqa şəxslərə satmışdır, yəni qızıl alveri ilə məşğul olmuşdur. Elnarə xanımın da Inayət xanımdan qızıl aldığını görmüşdür. Təsadüfən bir dəfə də özü Inayət xanımdan qızılı götürüb Elnarə xanıma vermişdir. Elnarə xanıma verdiyi qızılın dəyəri təxminən 12000 manat olmuşdur.
16. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ramiq Qələndərzadə) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiasının rədd edilməsi; Ödənilmiş dövlət rüsumunun ilk iddiaçı İddiaçı aid edilməsi; Iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi; Ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir.
17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.2, 6.2, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 567.1, 598.1 və 600.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.1, 217.3 və 217.5-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri
18. Ilk iddia üzrə iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Ilk iddia üzrə iddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qızıl-zinət əşyalarını Mətanət Novruzovaya cavabdeh Cavabdeh xahişi ilə, ona çatdırılması üçün vermişdir. Bu səbəbdən də iddianı haqlı olaraq Cavabdeh qarşı qaldırmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
20. Cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, X3 (iş üzrə şahid) X2 ilə əlbir olaraq Iradə adlı qadının etibarından sui-istifadə edərək nisyə şəkildə ondan aşağı qiymətə qızıl alaraq ona və başqa şəxslərə yüksək qiymətə satması üçün vermişdir. Bununla bağlı Gəncə şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı yekun qətnaməsi mövcuddur. Qətnamə üzrə Mətanətdən 62000 manat, Səhanədən 24931 manat tutularaq iddiaçı Tağıyeva Iradəyə qaytarılması qət edilmişdir. Həmin iş üzrə o da məhkəmədə dindirilərək ifadə vermişdir. Sonradan Səhanə 35000 manat, Mətanət isə 65000 manat vəsaitin tutulmasına dair Şəmkir Rayon Məhkəməsində ona qarşı iddia qaldırmışlar. Səhanə və Mətanət onun savadsızlığından istifadə edərək, yalançı vədlər verərək onu aldatmışlar ki, “bütün borcları sən öz üzərinə götür, gələcəkdə özləri o pulları həll edəcəklər, yoxsa onların ailəsi dağılacaqdır, sən sadəcə boynuna al ki, bütün qızılları guya sən (yəni Elnarə) satmaq məqsədi üçün almışdır”. Bununla bağlı məhkəməyə təqdim edilməsi üçün ondan yazılı sübutlar almışlar. Onlardan biri də ##.##.2021-ci il tarixdə yazılan 12000 manat dəyərində qızılın kimlərəsə satmaq məqsədilə ona Mətanət tərəfindən verildiyini və ifadəsində qeyd olunan tarixdə (##.##.2021) Mətanətə borclu qaldığını bildirən əlyazmadır. Onların ailəsi dağılmasın deyə Şəmkir Rayon Məhkəməsində bütün qızılların onun tərəfindən alındığı barədə ifadə vermişdir. Bu zaman Mətanətin ona yazdırdığı əlyazmalara ehtiyac olmamışdır. Bu səbəbdən də Mətanət 12000 manat olan borc barədə sənədi Şəmkir Rayon Məhkəməsinə təqdim etməmişdir. Indi isə həmin əlyazmadan sui-istifadə edərək yenidən ondan təkrar olaraq həmin pulu tələb etməyə cəhd edirlər. Onun əl yazmasına diqqət yetirilsə görünər ki, savadı yoxdur. 90000-100000 manat vəsait mənimsəmiş olsaydı, bu gün mərasim evlərində qabyuyan işləməzdi. Mətanət o borcun hamısını bağlamasa, onun barəsində prokurorluğa şikayət edəcəkdir. ##.##.2021-ci il tarixdə yazılan, dəyəri 12000 manat olan qızıl barədə Mətanətin ona yazdırdığı əlyazma sübut İddiaçı əlinə keçmiş və sonuncu, bundan istifadə edərək həmin pulu hazırkı iddia tələbi üzrə ondan tələb etmişdir. Iddiaçı İddiaçı apellyasiya şikayətində (işin haları hissədə) qeyd etmişdir ki, guya ondan 2022-ci ildə 14900 manat dəyərində qızılları götürmüşdür. Guya iddiaçı həmin qızılların 12000 manat dəyərində olan hissəsini Mətanətin vasitəsi ilə ona göndərmişdir. Halbuki, həmin əlyazma 2021-ci ilə aiddir. Buradan açıq aşkar görünür ki, Inayət ona şər böhtan atır. Sual yaranır ki, onun Mətanət və Səhanəyə cəmi 90000 manat borcu olması barədə 2021-ci ildə qətnamə çıxarıldığı halda nə üçün sonradan 2022-ci ildə Mətanət gedib Inayətə 12000 manat dəyərində qızılı alıb ona gətirib versin. Bildirir ki, İddiaçı yalnız ##.##.2022-ci il tarixdə yazılı qaydada dəyəri 2900 manat olan qızıl aldığını etiraf etmiş və onun əvəzində İddiaçı 3940 manat qaytarmışdır. İddiaçı iddia ərizəsində bunu etiraf edtmişdir. Buradan da aydın görünür ki, iddiaçıya 1040 manat artıq pul ödəmişdir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, qızıl alveri ilə məşğuldur, bu barədə sertifikatı da var. Bir neçə nəfərlə, həmçinin cavabdehlə və qonşu Mətanətlə də qızıl alveri etmişdir. Cavabdehin ona 3000 manat borcu qalmışdır. 2022-ci ildə cavabdeh mənə zəng etmiş və xahiş etmişdir ki, Mətanət vasitəsilə ona qızıl göndərsin, o da Mətanət vasitəsilə ona 12000 manat dəyərində qızıl göndərmişdir. Lakin, cavabdeh qızılların dəyərini ona ödəməmişdir. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, qızılı verəndə cavabdehdən heç bir qəbz, yaxud başqa sübut istətəmişdir. Çünki, cavabdeh onda inam hissi yaratmışdır. Iş matariallarına əlavə edilmiş qəbzi isə polisə müraciət etdikdən sonra cavabdehin evində ona yazdırmışdır.
22. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının Şəkmir rayonunda qızıl mağazası var, lisenziyası var, artıq 40 ildir ki, qızıl alqısatqısı ilə məşğul olur. Qarşı tərəf də iddiaçıdan qızıl alıb özü satmışdır, onun da VÖEN-i var. Uzun illər tərəflər bir-biri ilə işləyiblər, 60000-70000 manatlıq alverləri olub, cavabdeh iddiaçıdan qızıl alıb, satıb pulunu gətirib. Lakin son illərdə cavabdeh həmin qızılların pulunu geri qaytarmır, həmin pul ilə torpaq alıb, özünə mülklər alıb, başqa məqsədlərə xərcləyib. Həmin şəxslə bağlı başqa-başqa iddiaçıların tələbi ilə Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələri var. Cavabdeh iddiaçıdan 14900 manat dəyərində qızıl götürüb. Belə ki, o, iddiaçıya zəng edərək onun iş gördüyü qonşusu Mətanətlə ona qızıl göndərməyini xahiş edib, həmin qızılları satıb pulunu qaytaracağını bildirib. Iddiaçı isə artıq uzun müddət onunla iş gördüyünə görə ona inanıb və 14900 manat dəyərində qızılı Mətanətlə göndərib. Cavabdeh həmin qızılların dəyərindən 3940 manat ödəniş etmiş, qalıq məbləği isə ödəməmişdir. Cavabdehin qəbzdə Mətanətin adını yazmağına səbəb qızılların Mətanət vasitəsilə ona göndərilməsi olub. Mətanət adlı qadın birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş və o ifadəsində bildirmişdir ki, qızılları Inayətdən alıb Elnarəyə çatdırıb. Həmin şəxs polis şöbəsində araşdırma zamanı da bu məzmunda izahat vermişdir.
23. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehə brilyant üzüklər, boyunbağı və komplektlərdən ibarət olan 12000 manat dəyərində qızılı nisyə satmışdır. Cavabdeh ona üvnanladığı səsli mesajda da borcunu etiraf etmişdir.
24. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh iddiaçıdan mütəmadi olaraq nisyə qızıl-zinət əşyası almış, aldığı qızılları başqa şəxslərə satmışdır. Yəni, cavabdeh qızıl alveri ilə məşğul olmuşdur. Qəbzdə adı göstərilən Mətanət adlı qadın da cavabdehin iddiaçıdan nisyə qızıl aldığını görmüşdür. Əslində, Mətanət də qızıl alveri ilə məşğul olan şəxsdir. Iddiaçı 12150 manat dəyərində qızılı Mətanət adlı şəxs vasitəsilə cavabdehə çatdırmışdır. Buna görə də cavabdeh tərtib etdiyi əlyazma qəbzdə həmin məbləğdə qızılı Mətanətdən aldığını göstərmişdir.
25. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh 12000 manat dəyərində qızılları ondan nisyə alan zaman qızılların dəyərini ödəyəcəyini bildirsə də, lakin o, vədinə əməl etməmişdir. Cavabdeh həmin qızılları sələmə qoyaraq pul götürmüş, sələmi isə ödəyə bilməmişdir. Sədrlik edənin sualına cavb olaraq İddiaçı bildirmişdir ki, 12000 manat dəyərində qızılı 2022-ci ildə cavabdehə nisyə satmışdır.
26. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı ona 12000 manat dəyərində qızıl-zinət əşyası vermiş və həmin qızılları cavabdeh Cavabdeh aparmasını tapşırmışdır. O da həmin qızılları aparıb Elnarəyə təhvil vermişdir. Qızıllar içərisində sep, qolbağı, üzüklər və s. var mövcud olmuşdur. Özü də Cavabdeh qızıl satmışdır. Lakin, cavabdeh ondan aldığı qızılların dəyərini ödəmədiyindən aralarında mübahisə yaranmış və cavabdehə qarşı qızılların dəyərinin ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Sədrlik edənin suallarına cavab olaraq şahid bildirmişdir ki, onun Iradə Tağıyevadan alıb Cavabdeh satdığı qızıllara görə sonuncunun ona 65000 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir. Ancaq, həmin alqı-satqı münasibətlərinin cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçı arasındakı hazırkı borc mübahisəsinə heç bir aidiyyəti yoxdur. Çünki, Cavabdeh ona borclu olduğu 65000 manat dəyərində qızıl-zinət əşyalarını, o, iddiaçı İddiaçı deyil, qızıl alverçisi olan Iradə Tağıyevadan alıb cavabdeh Cavabdeh satmışdır. Həmin 65000 manat dəyərində qızıllara görə o Iradə Tağıyevaya, cavabdeh Cavabdeh isə ona borclu qalmışdır.
27. Hazırkı məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 12000 manat dəyərində qızıl-zinət əşyasını Mətanət vasitəsilə cavabdehə göndərmişdir. Mətanət isə ona bildirmişdir ki, qızılları cavabdehə təhvil verib. Cavabdeh ona olan 12000 manat borcundan 3940 manat ödəniş etmişdir. Uşağının pensiya kartını ona verməklə cavabdeh bu ödənişi etmişdir. Cavabdehlə aralarında qeydə alınmış səs yazıları da mövcuddur. Həmin səs yazılarından birində cavabdeh ona 9000 manat borcu qaldığını etiraf edib. Iddiaçı İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
28. Hazırkı məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında qeydə alınmış səs yazısı mövcuddur. Həmin səs yazısında cavabdeh özü etiraf edir ki, iddiaçıya 9000 manat borcu vardır və həmin vəsaiti ödəyəcəkdir. Lakin, cavabdeh bu borcunu iddiaçıya ödəməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
29. Hazırkı məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıya olan borcunu ödəmək üçün öz uşağının pensiya kartını və həmin uşağa baxdığı üçün dövlətin ona ödədiyi təqaüd kartını iddiaçıya vermişdir ki, sonuncu həmin kartlara köçən pulları çıxarmaqla əldə etdiyi vəsaiti onun borcundan silsin. Bu qayda ilə iddiaçıya 3940 manat ödəmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli 2(076)-1526/2022-saylı yekun qətnaməsi vardır. Bu gün sözügedən 12000 manat borc həmin 65000 manat məbləğin içərisində olan borclara aiddir. Iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi fləşkartdakı «9000-min manatdırmı borcum, verəcəm dedim, səbr elə» barədə səs yazısı ona məxsusdur və həmin səs yazısını iddiaçıya ünvanlamışdır. Qızılların nisyə alqı-satqısından dolayı onun Mətanət Novruzovaya borcu olmuşdur. Mətanətin isə Inayətə borcu olduğundan Matanət bildirmişdir ki, ona borclu olduğu pulu Inayətə versin. O da Mətanətin bu təklifi ilə razılaşmışdır. Ona görə Inayətlə aralarında gedən danışıq zamanı borcunu verəcəyini və səbr etməsini bildirmişdir. Cavabdeh Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
32. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
33. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
43. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
44. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
Apellyasiya baxışının hədləri
45. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
48. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.
49. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, ilk və qarşılıqlı iddia təmin edilməmiş, qarşılıqlı iddiaçı da birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiişdir. Yalnız ilk iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin qarşılıqlı iddianın təmin edilmədiyi və qarşılıqlı iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmədiyi nəzərə alınaraq, hazırkı apellyasiya baxışı çərçivəsində ilk iddiaya dair hissədə qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılmalıdır.
50. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.
51. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiasının rədd edilməsi; Ödənilmiş dövlət rüsumunun ilk iddiaçı İddiaçı aid edilməsi» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, ilk iddia qismən təmin edilməli, 9000 (doqquz min) manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 110 (bir yüz on) manat, cəmi 9110 (doqquz min bir yüz on) manat cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməlidir.
53. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər qızıl-zinət əşyalarının nisyə alqı-satqısı barədə razılığa gəlmişlər. Bu razılaşma çərçivəsində cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda, müxtəlif növ qızıl-zinət əşyalarını nisyə almışdır. Cavabdeh Cavabdeh iddiaçıdan nisyə aldığı qızılzinət əşyalarının dəyərindən ödənişlər etmişdir. Iddiaçı İddiaçı cavabdehin ondan nisyə aldığı qızılların dəyərini ödəmədiyini əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Həmçinin, cavabdeh də iddiaçıya artıq pul vəsaiti ödədiyini əsas gətirərək məhkəməyə pul tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir.
54. Məhkəmə kollegiyası ilk iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
55. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
56. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
57. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
58. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb iddiaçının cavabdehə nisyə satmış olduğu qızıl-zinət əşyalarının dəyərinin ondan (cavabdehdən) tutularaq iddiaçıya qaytarılması barəsindədir.
59. Bu mənada, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin nisyə alqı-satqı münasibətləri ilə bağlı müddəaları nəzərdən keçirilməlidir.
60. Qanunun mənasına görə, alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir.
61. Işin mübahisəsiz halına görə, tərəflər qızıl-zinət əşyalarının nisyə alqı-satqısı barədə razılığa gəlmişlər. Bu razılaşma çərçivəsində cavabdeh Cavabdeh iddiaçı İddiaçı müxtəlif vaxtlarda, müxtəlif növ qızıl-zinət əşyalarını nisyə satın almışdır.
62. Işin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, cavabdeh Cavabdeh iddiaçıdan nisyə aldığı qızıl-zinət əşyalarının dəyərindən ödənişlər etmişdir
63. Iddiaçı İddiaçı iddia ərizəsinə əlavə etdiyi, cavabdehin adından tərtib edilmiş əlyazma qəbzlərə istinadən sonuncuya 2900 manat, daha sonra isə 12150 manat dəyərində qızıl-zinət əşyasını nisyə satdığını iddia etmişdir. Iddiaçı bildirir ki, 12150 manat dəyərində qızıl-zinət əşyası onun tərəfindən cavabdehə nisyə satılmış, sadəcə olaraq həmin qızılları Mətanət adlı qadına təhvil vermişdir ki, qızılları cavabdehə çatdırsın. Mətanət adlı qadın da həmin qızılları cavabdehə təhvil vermişdir.
64. Cavabdeh Cavabdeh tərəfindən ## #### 2022-ci il tarixdə tərtib edilmiş əlyazma qəbzdə qeyd edilmişdir ki, o, İddiaçı qızıl-zinət əşyası almış və ona 2900 manat borcu olmuşdur; cavabdeh tərəfindən ## ###### 2021-ci il tarixdə tərtib edilmiş digər əlyazma qəbzdə isə qeyd edilmişdir ki, o, qonşusu X3 12150 manat dəyərində qızıl-zinət əşyası götürmüş, ona borcu qalmışdır.
65. Cavabdeh Cavabdeh həmin əlyazma qəbzlərin onun tərəfindən icra edildiyini inkar etməməklə, iddiaçı İddiaçı 2900 manat dəyərində qızıl-zinət əşyasını nisyə aldığını etiraf etmiş, lakin digər ## ###### 2021-ci il tarixli əlyazma qəbzin onunla iddiaçı arasındakı nisyə alqı-satqı münasibətləri üzrə deyil də, Mətanət adlı şəxslə arasındakı alqı-satqı münasibətləri üzrə tərtib edildiyini bildirmişdir.
66. Kollegiyanın qənaətinə görə, cavabdeh Cavabdeh tərəfindən ## ###### 2021-ci il tarixdə tərtib edilmiş əlyazma qəbz hazırkı iş üzrə tərəflər arasında yaranmış nisyə alqı-satqı münasibətləri üzrə borcun etirafı kimi qiymətləndirilə bilməz. Ona görə ki, həmin qəbzin məzmununda cavabdehin hazırkı iş üzrə iddiaçıdan deyil də, başqa bir şəxsdən qızıl-zinət əşyasını nisyə almış olduğundan və həmin şəxsə olan borcundan bəhs edilir.
67. Sözügedən əlyazma qəbzlə bağlı diqqət yetirilməli məqamlardan biri də odur ki, iddiaçı İddiaçı iddia ərizəsinin məzmununda 12000 manat dəyərində qızıl-zinət əşyasını 2022ci ildə nisyə şəkildə cavabdehə satdığını qeyd etmişdir. Bu hal apellyasiya məhkəməsinin iclasında da iddiaçı tərəflə müzakirə edilmiş və o, bir daha qeyd etmişdir həmin qızıllar məhz 2022-ci ildə cavabdehə nisyə satılmışdır (§ 24). «qonşusu X3 12150 manat dəyərində qızılzinət əşyası götürməsi» barədə cavabdeh Cavabdeh tərəfindən verilmiş əlyazma qəbz isə ##.##.2021-ci il tarixdə, yəni iddiaçının 12000 manat dəyərində qızıl-zinət əşyasını cavabdehə satdığını iddia etdiyi vaxtdan bir il əvvəl tərtib edilmişdir.
68. Işin bu halı da ağlabatan mühakimə əsasında bir daha onu deməyə əsas verir ki, cavabdeh Cavabdeh tərəfindən ## ###### 2021-ci il tarixdə tərtib edilmiş əlyazma qəbz hazırkı iş üzrə tərəflər arasında yaranmış nisyə alqı-satqı münasibətləri üzrə borcun etirafı kimi qəbul edilə bilməz.
69. Digər tərəfdən, X3 apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş və o, ifadəsində bildirmişdir ki, iddiaçı ona 12000 manat dəyərində qızıl-zinət əşyası vermiş və həmin qızılları cavabdeh Cavabdeh aparmasını tapşırmışdır. O da həmin qızılları aparıb cavabdehə təhvil vermişdir. Qızıllar içərisində sep, qolbağı, üzüklər və s. var mövcud olmuşdur. Özü də Cavabdeh qızıl satmışdır. Lakin, cavabdeh ondan aldığı qızılların dəyərini ödəmədiyindən aralarında mübahisə yaranmış və cavabdehə qarşı qızılların dəyərinin ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
70. Bununla yanaşı, iddiaçı İddiaçı tərəfindən fləşkarta əlavə edilmiş audio səs yazıları məhkəməyə təqdim edilmişdir. Həmin səs yazıları məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş və danışıqların hazırkı iş üzrə tərəflər arasında qeydə alındığı müəyyən edilmişdir. Qeydə alınmış danışıqlarda tərəflər arasındakı münasibətlər üzrə cavabdehin iddiaçıya olan borcundan, həmin borcun qaytarılmamasından bəhs edilir, cavabdeh Cavabdeh iddiaçı İddiaçı möhlət istəyərək borcunu qaytaracağını bildirir. Belə ki, cavabdeh iddiaçıya ünvanladığı səsli mesajlardan birində «9000-manatdırmı borcum, verəcəm dedim, səbr elə» deyə bildirir (cavabdeh Cavabdeh həmin səs yazısının ona məxsus olduğunu bildirmişdir).
71. Beləliklə, işin müəyyən edilmiş və faktiki hallarına əsasən müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı nisyə aldığı qızıl-zinət əşyalarının dəyərinə görə ödənilməmiş 9000 manat borcu qalmışdır.
72. «Qızılların nisyə alqı-satqısından dolayı onun Mətanət Novruzovaya borcu olmuşdur. Mətanətin isə Inayətə borcu olduğundan Matanət bildirmişdir ki, ona borclu olduğu pulu Inayətə versin. O da Mətanətin bu təklifi ilə razılaşmışdır. Ona görə Inayətlə aralarında gedən danışıq zamanı borcunu verəcəyini və səbr etməsini bildirmişdir» barədə cavabdeh tərəfin arqumenti isə kollegiya tərəfindən əsaslı hesab edilməmişdir. Ona görə ki, o, bu arqumentini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmiş, Mülki prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmişdir. Digər tərəfdən, şahid qismində dindirilmiş X3 da ifadəsində bildirmişdir ki, onun Iradə Tağıyevadan alıb Cavabdeh satdığı qızıllara görə sonuncunun ona 65000 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir. Ancaq, həmin alqısatqı münasibətlərinin cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçı arasındakı hazırkı borc mübahisəsinə heç bir aidiyyəti yoxdur. Çünki, Cavabdeh ona borclu olduğu 65000 manat dəyərində qızıl-zinət əşyalarını, o, iddiaçı İddiaçı deyil, qızıl alverçisi olan Iradə Tağıyevadan alıb cavabdeh Cavabdeh satmışdır. Həmin 65000 manat dəyərində qızıllara görə o Iradə Tağıyevaya, cavabdeh Cavabdeh isə ona borclu qalmışdır.
73. Cavabdehin bu arqumentinin əsassız olduğu qənaətinə gələrkən kollegiya həmçinin onu da nəzərə almışdır ki, iddiaçı X1 cavabdehlər X2, X3 və Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə işin faktik halları kimi müəyyən edilmişdir ki, iddiaçı X1 62000 manat dəyərində qızıl-zinət əşyalarını X3, 24931 manat dəyərində qızıl-zinət əşyalarını X2 vermişdir (bu hal iş materialları və cavabdehlərin izahatları ilə öz təsdiqini tapmışdır). Cavabdehlər X3 və X2 isə həmin qızıl-zinət əşyalarını Cavabdeh satması üçün vermişlər (Cavabdeh özü izahatında bildirmişdir ki, həmin qızıl-zinət əşyalarını X2 və X3 almışdır).
74. Işin bu halı da onu deməyə əsas verir ki, qızıl-zinət əşyalarının alqı-satqısı fəaliyyəti ilə məşğul olan Iradə Tağıyeva tərəfindən 62000 manat dəyərində qızıl-zinət əşyaları bu növ fəaliyyətlə məşğul olan Mətanət Novruzovaya satılmış, sonuncu da həmin dəyərdə qızıl-zinət əşyalarını hazırkı iş üzrə cavabdeh Cavabdeh satmışdır. Yəni, Mətanət Novruzova tərəfindən cavabdeh Cavabdeh satılmış 62000 manat dəyərində qızılla, hazırkı iş üzrə iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh satılmış qızıllar eyni qızıl əşyası olmamışdır. Eyni zamanda, Mətanət Novruzovanın cavabdeh Cavabdeh satmış olduğu 62000 manat dəyərində qızıla görə borc öhdəliyi İddiaçı qarşısında yaranmamışdır ki, həmin öhdəliyi bilavasitə öz üzərinə götürməsini cavabdehdən xahiş etmiş olsun.
75. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, tərəflər arasında Mülki Məcəllənin 601-ci maddəsinə uyğun olaraq bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə mallar cavabdehə satılmış, lakin sonuncu həmin malların qiymətini satıcıya tam ödəmək öhdəliyini yerinə yetirməmişdir.
76. Odur ki, cavabdeh Cavabdeh satılmış mallara görə ödənilməyən 9000 manat vəsaitin iddiaçı İ. Dəmirovanın xeyrinə ödənilməsi qanuni və əsaslıdır.
77. Kollegiya həmçinin göstərir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ona olan borcunun 10960 manat təşkil etdiyini iddia etsə də, lakin qalıq borcun məhz həmin məbləğdə olmasını sübuta yetirə bilməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə öhdəliyinin öhdəsindən gələ bilməmişdir.
78. Birinci instansiya məhkəməsi isə ilk iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibəti və tətbiq edilməli hüquqla bağlı yanlış nəticəyə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddia qismən təmin edilməlidir.
79. Bundan əlavə, iddia ərizəsi verilməsi üçün 123 manat dövlət rüsumu ödənilmişdir. Kollegiyanın qənaətinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 110 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan dövlət rüsumu məbləği isə iddiaçıya aid edilməlidir.
80. Məhkəmə kollegiyası həmçinin izah edir ki, MPM-nin 403-cü maddəsinin tələbləri nəzərə alınmaqla qətnamənin yoxlanılan, yəni ilkin iddiaya dair hissədə iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilə biləcək hissəsi üzrə iddianın qiyməti MPM-nin 402-ci maddəsində nəzərdə tutulmuş (10000 manat) iddia qiymətindən az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Ilk iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi «iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiasının rədd edilməsi; Ödənilmiş dövlət rüsumunun ilk iddiaçı İddiaçı aid edilməsi» hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və ilk iddia qismən təmin edilsin. 9000 (doqquz min) manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 110 (bir yüz on) manat, cəmi 9110 (doqquz min bir yüz on) manat cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Ilk iddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.