Məhkəmə qərarları › İş №2-2(3-7)-93/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-7)-93/2026

28.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-93/2026 28.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə, cavabdeh Cavabdeh MMC-nin LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə dair Gəncə Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Iddiaçı ASC ilə cavabdeh MMC arasında bağlanmış ## ###### 2020-ci il tarixli 016- *******DKX******-** nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə illik faiz dərəcəsi 7,5% olmaqla, 11 ay müddətinə 29.500 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Iddiaçı ASC ilə X15 arasında bağlanmış 2020- ci il 7 fevral tarixli **-D-******-**** nömrəli güvən əmanət müqaviləsinə əsasən, bank əmanətçi A.Bayraməliyevdən 17.600 ABŞ dolları məbləğində pul vəsaitini AZ**AMRA***************U***** nömrəli hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 2,5% dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə 12 ay müddətinə, 2021-ci il # ###### tarixinədək bağlanır.

3. Iddiaçı ASC ilə X4 arasında bağlanmış 2020-ci il # ###### tarixli **-D-******-**** nömrəli güvən əmanət müqaviləsinə əsasən, bank əmanətçi L.Şahbazovadan 17.600 ABŞ dolları məbləğində pul vəsaitini AZ**AMRA***************U***** nömrəli hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 2,5% dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə 12 ay müddətinə, 2021-ci il # ###### tarixinədək bağlanır.

4. Girovqoyan A.Bayraməliyev 2020-ci il ## ###### tarixli kredit xətti müqaviləsi üzrə öz öhdəliklərinin icrasının təminatı olaraq ASC-nin Sumqayıt filialında 16-D-000008-0220 depozit müqaviləsi AZ**AMRA**************U***** nömrəli depozit hesabında saxlanılan ona məxsus və girov predmeti kimi çıxış edən 17.600 ABŞ dolları məbləğində pul vəsaitini və həmin hesaba daxil olacaq artım məbləğini girov qoyur. Müqavilənin 3.1.3- cü bəndinə əsasən kredit xəttinin açılması barədə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi halda girov saxlayana girov qoyulmuş hesabdan girov saxlayanın tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitlərinin akseptsiz qaydada silinməsi üçün hüquq verir (ASC, MMC və A.Bayraməliyev arasında bağlanmış 2020-ci il ## ###### tarixli ***-*******DKX******-**/G nömrəli əmanət girovu müqaviləsi).

5. Girovqoyan L.Şahbazova 2020-ci il ## ###### tarixli kredit xətti müqaviləsi üzrə öz öhdəliklərinin icrasının təminatı olaraq ASC-nin Sumqayıt filialında 16-D-000009-0220 depozit müqaviləsi AZ**AMRA**************U***** nömrəli depozit hesabında saxlanılan ona məxsus və girov predmeti kimi çıxış edən 17.600 ABŞ dolları məbləğində pul vəsaitini və həmin hesaba daxil olacaq artım məbləğini girov qoyur. Müqavilənin 3.1.3- cü bəndinə əsasən kredit xəttinin açılması barədə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi halda girov saxlayana girov qoyulmuş hesabdan girov saxlayanın tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitlərinin akseptsiz qaydada silinməsi üçün hüquq verir (iddiaçı ASC, cavabdeh MMC və L.Şahbazova arasında bağlanmış 2020-ci il ## ###### tarixli 016-7271274DKX240220- **/G nömrəli əmanət girovu müqaviləsi).

6. Cavabdeh MMC tərəfindən ASC-nin Sumqayıt filialına hesabdan 57.021,10 ABŞ dolları məbləğində vəsaitin OOO “xxxx”-ya Volqoqradsakaya Oblast. Svetliy Yar. Russia ünvanına köçürülməsinə dair ##.##.2020-ci il tarixdə tapşırıq verilmişdir (ASC-nin Sumqayıt filialı tərəfindən təsdiq edilmiş 2020-ci il ## ##### tarixli köçürmə tapşırığı).

7. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il ## ##### tarixli *-*(***)-***/**** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “ƏSF”) ləğvedici təyin edilmişdir.

8. 2020-ci il ## ###### tarixli kredit müqaviləsinə əsasən, MMC-nin hesabına 2020-ci il ## ###### tarixdə 295.000 ABŞ dolları mədaxil edilmiş, 2020-ci il ## #### tarixində 19.754,90 ABŞ dolları və 215,10 ABŞ dolları (33.949 manat) MMC-nin hesabından götürülmüşdür ( 2024-cü il ## ###### tarixli MMC-nin 2020-ci il # ###### - 2021-ci il ## ### tarixləri üzrə hesabdan çıxarış). 9. 2020-ci il ## #### tarixdə sifarişə əsasən 33.949 manat (kurs=1,7025) konvertasiya edilmişdir. Həmçinin 2020-ci il ## ##### tarixinə qalıq olaraq 226.355,56 manat göstərilmişdir (MMC-nin 2020-ci il # ###### - 5 may tarixləri üzrə hesabdan çıxarış).

9. L.Şahbazovaya 17.628,09 ABŞ dolları (30.086,60 manat) 2020-ci il # #### tarixində kompensasiya edilmişdir (2024-cü il ## #### tarixli L.Şahbazovanın 2020-ci il ## ##### - 2021- ci il 27 may tarixləri üzrə hesabdan çıxarışı).

10. A.Bayraməliyevə 17.628,09 ABŞ dolları (30.086,60 manat) 2020-ci il # #### tarixində kompensasiya edilmişdir (2024-cü il ## #### tarixli A.Bayraməliyevin 2020-ci il ## ##### - 2021-ci il ## ### tarixləri üzrə hesabdan çıxarışı).

11. 57.021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57.109,18 ABŞ dolları (97.081,27 manat) məbləğində vəsait 2020-ci il ## ##### tarixində MMC-nin hesabına qaytarılmışdır (2020-ci il ## ###### tarixli MMC-nin 2020-ci il ## ##### - 24 avqust tarixləri üzrə hesabdan çıxarışı).

12. MMC-nin kredit müqaviləsi üzrə 2023-cü il # ###### tarixinə banka 9.745 ABŞ dolları əsas, 1.343,96 ABŞ dolları faiz və 1.328,40 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 12.417,46 ABŞ dolları məbləğində bоrcu vardır (2023-cü il # ###### tarixli maliyyə arayışı).

13. Borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyət barədə xəbərdarlıq edilmişdir (2023-cü il ## ###### tarixli xəbərdarlıq məktubunun surəti).

14. MMC-nin ƏSF-ya ünvanladığı 2020-ci il ## ###### tarixli, 2020-ci il ## ###### tarixində ləğv prosesində olan ASC-yə daxil olmuş ərizəsindən görünür ki, MMC-nin ASC-nin Sumqayıt filialındakı hesabında 2020-ci il ## ##### tarixinə 226.355,56 manat, 57.107 ABŞ dolları və kart hesabında 1.352,94 manat vəsait olması və 2020-ci il ## ###### tarixli müqavilə üzrə 29.500 ABŞ dolları kredit götürüldüyü qeyd edilmiş, hüquqi şəxsin cari hesab qalığının lazım olan hissəsini bankda olan kredit borcundan silinməsi xahiş edilmişdir.

15. MMC-nin 2020-ci il ## ###### tarixli ərizəsinə baxılmış, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən, müflis bankla onun kreditoru arasında öhdəliklərin əvəzləşdirilməsi yalnız Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərti ilə aparıla bilməsi izah edilmişdir (ƏSF-nın MMC-yə 2020-ci il ## ######## tarixli müraciətinə cavab məktubu).

16. 2020-ci ildə ASC bağlanan zaman MMC-nin ASC-nin Sumqayıt filialındakı hesabında 226.355,56 manat, kart hesabında 1.352,94 manat və 57.107 ABŞ dolları vəsait olmuşdur. Qeyd olunanların nəzərə alınmasını, kredit borcunun MMC-nin ASC-də olan vəsaitindən silinməsini xahiş etmişlər (MMC-nin ƏSF-ya ünvanladığı 2023-cü il ## ###### tarixli məktubu).

17. Bank hesablarında qalıq vəsaitin mövcud kredit borcu ilə əvəzləşdirilməsi barədə müraciətə baxılmış, MMC-nin qeydə alınmış kreditor tələbinin ödənilməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəyi, həmin Qanunun 78 və 82-ci maddələrinin tələblərinə əməl etmək şərti ilə müflis bankla kreditorlar arasında öhdəliklərin əvəzləşdirilməsinin aparıla bilməsi bildirilmişdir (ƏSF-nın MMC-yə 2023-cü il ## ###### tarixli müraciətinə cavab məktubu).

18. Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının ##.##.2025-ci il tarixli, *-*-**/*-*****/**** nömrəli məktubla bildirmişdir ki, Mülki Məcəllənin 959-cu maddəsinin tələblərinə müvafiq olaraq müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sərəncamının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın. Qeyd olunanları nəzərə alaraq, ödəniş tapşırığının icrası ilə bağlı müddətlər tərəflər arasında imzalanmış müqavilə şərtləri əsasında müəyyən edilir. X1 Heyətinin ##.##.2020-ci il tarixli, ** saylı qərarı ilə Banka müvəqqəti inzibatçı təyin olunmuş, bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə “Banklar haqqında” Qanunun 57.8-ci maddəsinə müvafiq olaraq Bank kapitalının itirilməsi səbəbilə müvəqqəti inzibatçı təyin olunduğu dövrdə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişlərinə moratorium tətbiq edilmişdir. Eyni zamanda, “Banklar haqqında” Qanunun 73-cü maddəsində qeyd edir ki, bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun. Ödəniş tapşırığı bankın müflis elan olunmasına qədər, yəni ##.##.2020-ci il tarixinə qədər verilərək Bankın aralıq hesabına düşmüşdür və SWIFT sistemində yığılmadığına görə gerigötürülən hesab edilir. Odur ki, Cəmiyyətin cari hesabından silinən məbləğ moratorium çərçivəsində məxaric əməliyyatlarının dayandırılması və tapşırığın gerigötürülən hesab edilməsi ilə əlaqədar aralıq hesabdan geri qaytarılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

19. Iddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il ## ###### tarixli 016- *******DKX******-** nömrəli kredit müqaviləsi üzrə 2023-cü il ## ###### tarixinə banka ödənilməmiş 9.745,10 ABŞ dolları əsas borc, 1.343,96 ABŞ dolları faiz borcu, 1.328,40 ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin 2014-cü il ## ###### tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun, ödənilmiş 153,33 manat dövlət rüsumunun və ödənilmiş 210 manat mediasiya xərcinin cavabdeh MMC-dən tutularaq iddiaçı LPO ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ASC-nin Sumqayıt filialı ilə MMC arasında bağlanmış 2020-ci il ## ###### tarixli ***-*******DKX******-** nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 11 ay müddətinə, illik 7,5 faiz dərəcəsi ilə 29.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən, MMC müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən MMC-yə dəfələrlə şifahi müraciətlər olunmasına və 2023-cü il ## ###### tarixli ************* nömrəli bildirişlə isə yazılı qaydada müraciət etməsinə baxmayaraq MMC kredit borcunun banka qaytarılmasını təmin etməmişdir.

21. Cavabdeh MMC 2024-cü il ## ###### tarixində qarşılıqlı iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsini, ASC-nin təqsiri ucbatından 2020-ci il ## ###### tarixli köçürmə ərizəsi üzrə köçürülməmiş 57.109,18 ABŞ dollarının və ödənilmiş 383 manat dövlət rüsumunun ASCdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiada istinad edilmiş kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndləri yoxdur. ƏSF onların kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürdüyünü, öhdəliyi yerinə yetirmədiklərini yazdığı halda, verdiyi 29.500 ABŞ dolları məbləğindən onlardan cəmi 12.417,46 ABŞ dolları tələb etdiyini bildirmiş, qalan 17.082,54 ABŞ dollarının harada, kimdə, nə üçün qalmasına aydınlıq gətirməmişdir. Həmçinin ƏSF borcun ödənilməsi ilə bağlı dəfələrlə onlara müraciət etdiklərini göstərsə də şifahi müraciətlər olunmasının mahiyyətini izah etməmiş, bunu sübut etməmiş, bu müraciətin nədə ifadə olunmasına aydınlıq gətirməmişdir. MMC ASC-nin Sumqayıt filialında 2017-ci il ## ####### tarixində bank hesabı açmışdır. MMC-nin ASC ilə 2020-ci il ## ###### tarixində kredit müqaviləsi bağlayaraq 11 ay müddətinə götürmüş olduğu 29.500 ABŞ dolları məbləğində kreditin 19.754,10 ABŞ dollarını müqavilə bağlanmasından 1 ay 5 gün sonra, 2020-ci il ## #### tarixində ASC-nin Sumqayıt filialı cəmiyyətin dollar hesabından artıq silmişdir. Bundan başqa, 2020-ci il ## ##### tarixində MMC-nin ASC-də manat hesabında 226.355,56 manat dollar hesabında 57.109,18 ABŞ dolları vəsait, biznes kartında 1.352,94 manat pul olmuşdur. Ən başlıcası isə, ASC-nin Sumqayıt filialı ilə 2020-ci il # ###### tarixli güvən əmanət müqavilələri bağlanılan əmanətçiləri A.Bayraməliyevin və L.Şahbazovanın hər birinin filialda 17.600 ABŞ dolları vəsaitləri olmuşdur. Bankın bağlanmasından qısa bir müddət sonra sözügedən mübahisəli kredit müqaviləsi üzrə zaminlərə əmanətləri qaytarılarkən həmin kredit borclarını müqavilələrin şərtləri çərçivəsində həmin əmanətçilərin dollar hesablarında olan vəsaitlərdən çıxmaq, silmək, əvəzləşdirmək olardı. Göründüyü kimi, ASC 2020-ci il ## #### tarixində müqavilə bağlanmasından 1 ay 5 gün sonra cəmiyyətin dollar hesabından 19.754,10 ABŞ dollarını sildiyi halda, sonrakı dövrlərdə, yəni gələn bir ay müddətində qalan 17.082,54 ABŞ dollarını cəmiyyətin hesablarından silməməsi, götürməməsi, əmanətçilərin hesablarından silməmələri, əvəzləşdirməmələri müəammalıdır. Eyni zamanda, bütün bu proseslərdə hər hansı bir idarəetmə rəhbərliyi mövcud olmamışdır. Bunlardan başqa, onlar kreditin silinməmiş qalan hissəsini şəxsi təşəbbüsləri ilə ödəmək istəmişlər. Ancaq bank filialının harada olmasını, hansı qaydada kreditin qalan hissəsini ödəməli olmalarını bilməmişlər, bankın əməkdaşları ilə əlaqə saxlaya bilməmişlər. Ünvanları, telefon nömrələri bank filialının əməkdaşlarında olduğu halda bu illər ərzində, yəni 3,6 il müddətində bankın, bank filialının hər hansı əməkdaşı onlarla maraqlanmamış, onlarla əlaqə saxlamamışlar. Hazırkı iddia ərizəsini alandan sonra 2023-cü il ## ###### tarixində ƏSF-ya müraciət etmiş, bildirmişlər ki, bank bağlanan zaman cəmiyyətin 9.745,10 ABŞ dolları kredit borcu, MMCnin ASC-nin Sumqayıt filialındakı hesablarında isə 226.355,56 manat, 1.352,94 manat, 57.107 ABŞ dolları vəsaiti olmuşdur. Yəni, həmin vaxt kreditin ödənilməməsinin səbəbi, bankın bağlanması ilə bağlı, bank filialının hesablarının, hesabdakı pulların dondurulması olmuşdur. Ona görə də xahiş etmişlər ki, MMC-nin kredit borcunu, cəmiyyətin ASC-nin Sumqayıt filialındakı hesablarından silinsin. Ona görə də iddiaçının faizlərlə bağlı hesablamaları əsassızdır və məhkəmə tərəfindən təmin edilə bilməz. Həmçinin, qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki, 2020-ci il ## ##### tarixində köçürmə ərizəsi ilə ASC-nin Sumqayıt filialına müraciət edərək MMC-nin bağlamış olduğu müqavilə əsasında 57.021,10 ABŞ dollarını OOO “xxxx”-ya (Rusiya Federasiyası Volqaqrad vilayəti) ASC-nin Sumqayıt filialındakı AZ29AMRA00401608401627127401 hesabından köçürülməsini filiala həvalə etmişdir. ASCnin Sumqayıt filialının 2020-ci il ## ##### tarixli möhürlə qəbul etdiyi sənədə əsasən 57.021,10 ABŞ dolları guya, Rusiya Federasiyasının Volqaqrad vilayətində yerləşən OOO “xxxx”-ya məxsus banka göndərilmişdir. Bir müddət keçmiş, Rusiya Federasiyasının Volqaqrad vilayətindən onlara məlumat verilmişdir ki, danışdıqları halda onlara göndərməli olduqları 57.021,10 ABŞ dolları onlara göndərilməmişdir. Bu səbəbdən onlarla əməkdaşlıqlarına xitam verirlər və bütün işgüzar əlaqələrini kəsirlər. Onlar ASC-nin Sumqayıt filialına gəlib cəmiyyətin bankda olan hesabından göndərilmiş 57.021,10 ABŞ dollarının hansı səbəbdən sahibinə çatmamasını aydınlaşdırmışlar. Onlara bildirmişlər ki, bank 2020-ci il ## ##### tarixində bağlanmışdır. Halbuki onlar 57.021,10 ABŞ dollarını 2020-ci il ## ##### tarixində göndərmişlər və bank onlara pulların 2020-ci il ## ##### tarixində qəbuluna dair təsdiqedici sənədlər vermişdir. Beləliklə, cəmiyyətə məxsus 57.021,10 ABŞ dolları ASC-nin Sumqayıt filialının təqsiri ucbatından itirilmişdir. Ona görə də MMC-nin ASC-nin Sumqayıt filialındakı bank hesabında olan 226.355,56 manat pulla bərabər ASC-nin təqsiri ucbatından itirdiyi, ünvana çatmayan, cəmiyyətə maddi ziyan vurulmasına səbəb olmuş 57.109,18 ABŞ dolları hazırkı iş üzrə iddiaçı ASC-nin ləğvedicisi ƏSF-dan məhkəmə qaydasında tələb olunmalıdır.

23. Cavabdeh MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsini, cavabdeh İddiaçı ASC-nin təqsiri ucbatından ##.##.2020-ci il tarixli köçürmə ərizəsi üzrə köçürülməmiş 57.109,18 ABŞ dollarının və ödənilmiş 383 manat dövlət rüsumunun cavabdeh İddiaçı ASC-dən tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Ilkin iddia tələbində həmçinin müqavilə müddətinə hesablanmış 1.343,96 ABŞ dolları faiz borcu, həmçinin müqavilə müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış 1.328,40 ABŞ dolları faiz borcunun ilkin iddia üzrə cavabdeh MMC-dən tutulması xahiş edilmişdir.

25. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il ## ### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi (hakim Gülnaz Quliyev) ilə, ilkin iddianın qismən təmin edilməsi, ASC ilə MMC arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 9.745,10 ABŞ dolları kredit borcunun, 1.343,96 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11.089,06 ABŞ dolları borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 210 manat mediasiya xərcinin və 123,17 manat dövlət rüsumunun MMC-dən tutularaq ASC-yə ödənilməsi, ilkin iddianın qalan hissəsinin təmin edilməməsi; qarşılıqlı iddianın qismən təmin edilməsi, ASC-dən 57.109,18 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 381,26 manat dövlət rüsumunun tutularaq MMCyə ödənilməsi, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi qət olunmuşdur.

26. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, MMC ilə ASC arasında 2020-ci il ## ###### tarixində kredit müqaviləsi bağlanmış, borcalana illik faiz dərəcəsi 7.5% olmaqla 11 ay müddətinə 29.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin ASC ilə A.Bayraməliyev və L.Şahbazova arasında ayrı-ayrılıqda 2020-ci il # ###### tarixində güvən əmanət müqaviləsi bağlanılmış, bank hər birinin hesabına 17.600 ABŞ dolları məbləğində vəsaiti qəbul etmişdir. MMC ilə ASC arasında 2020-ci il ## ###### tarixində bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq bank, kredit alan və əmanətçilər arasında 2020ci il ## ###### tarixində əmanət girovu müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə əsasən verilmiş kreditin 19.754,90 ABŞ dolları hissəsi 2020-ci il ## #### tarixində konvertasiya edilmiş, müqavilə üzrə MMC-nin 9.745,10 ABŞ dolları əsas borcu qalmışdır. ASC məhkəmə qərarı ilə 2020-ci il ## ##### tarixində müflis elan edilmiş, ƏSF ləğvedicisi təyin edilmişdir. MMC-nin LPO ASC-yə 9.745,10 ABŞ dolları əsas kredit borcunun olması iş materialları və tərəflərin nümayəndələrinin izahatları ilə təsdiq edilir. Ona görə də ilkin iddia üzrə iddiaçının əsas borcun ilkin iddia üzrə cavabdehdən tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Ilkin iddia tələbində həmçinin müqavilə müddətinə hesablanmış 1.343,96 ABŞ dolları faiz borcu, həmçinin müqavilə müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış 1.328,40 ABŞ dolları faiz borcunun ilkin iddia üzrə cavabdeh MMC-dən tutulması xahiş edilmişdir. Məhkəmə müqavilə üzrə hesablanmış faiz borcunun da ilkin iddia üzrə cavabdehdən tutulması hissəsini əsaslı hesab etmiş və təmin olunmalı olması qənaətinə gəlmişdir. Belə ki, MMC-nin nümayəndələri əsas borcun böyük qisminin onların bankda olan hesabından kredit müqaviləsi bağlandıqdan qısa bir müddət sonra silinməsini, həmin silinmə aparılarkən bankın borcun tam hissəsini silmək səlahiyyətində olduğunu, habelə əmanətçilərin hesabda olan vəsaitlərindən silmək səlahiyyətində olduğunu, lakin silmədiyini, sonradan isə ləğvediciyə borcun onların bank hesabında olan vəsaitlərlə əvəzləşdirilməsi üçün müraciət etdiyini, lakin əvəzləşdirilmədiyini bildirmişdir. 32. Məhkəmə qeyd edilənlərlə bağlı bildirmişdir ki, kredit müqaviləsi 2020-ci il ## ###### tarixində illik faiz dərəcəsi 7,5% olmaqla 11 ay müddətinə bağlanılmış, həmin müddətdə tərəflər verilmiş kredit məbləğinin və ona hesablanacaq faizlərin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Kredit müqaviləsi üzrə kredit məbləğinin tam və ya hər hansı hissəsinin borcalanın bankda olan hesabından silmək bankın hüququ olmuşdur ki, bank 19.754,90 ABŞ dolları hissəsini silmiş, 9.745,10 ABŞ dolları hissəsi isə qalmışdır. Borcun qalması MMC-yə məlum idi, ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə əsasən faiz məbləğinin hesablanacağını bilirdi. Həmçinin MMC-nin nümayəndəsi bank ləğv olunmamışdan qabaq yəni, kredit məbləğinin bir hissəsinin silinməsi vaxtı, 2020-ci il ## #### tarixində məbləğin məhz borcalanın bankda hesabında olan vəsait hesabına ödənilməsi ilə bağlı banka özü müraciət etdiyini qeyd etmişdir. Lakin borc məbləğinin tam olaraq və ya qismən əvəzləşdirilməsi üçün müraciət etdiyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, müqavilə müddətinə hesablanmış 1.343,96 ABŞ dolları faiz borcu da ilkin iddia üzrə cavabdehdən tutulmalıdır və bu hissədə də ilkin iddiaçının tələbi əsaslıdır. Ilkin iddianın müqavilə müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış 1.328,40 ABŞ dolları faiz borcunun tutulması ilə bağlı məhkəmə bildirmişdir ki, borc alan MMC-nin həmin məbləğdə zərərin yaranmasında və ya artmasında hər hansı təqsiri olmamışdır. Yuxarıda da qeyd edildiyi kimi, bank verdiyi kredit məbləğinin böyük bir qismini krediti verdiyi vaxtdan qısa bir müddət sonra, yəni 2020-ci il ## #### tarixində borc alanın bankda olan hesabından silmiş, borcun qalan hissəsinin də eyni qaydada silmək ixtiyarı olmuş, lakin silməmişdir. Belə ki, iş materiallarında olan borcalanın hesabdan çıxarışından görünür ki, 2020-ci il ## #### tarixindən bankın ləğv edildiyi 2020-ci il ## ##### tarixinədək bank hesabında qalan borc məbləği həddində vəsait olmuşdur. Bundan başqa, kreditin təminatı olaraq əmanətçilərin bank hesabında girov qoyulmuş vəsaiti olmuşdur. Girov saxlayan tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitlərinin akseptsiz qaydada silinmək hüququ olmuşdur. Əmanətçilərin bank hesabında olan və girov qoyulmuş vəsaitləri isə 2020-ci il # #### tarixində əmanətçilərin özlərinə ödənilmişdir. Girov qoyulmuş məbləğləri girov qoyanlara qaytararkən girov saxlayan kredit borcunun bir hissəsinin ödənilməməsini nəzərə almamış, həmin məbləğdən borcu silmək hüququ olsa da, bunu etməmişdir. Bundan başqa, borcalan qalan borc məbləğinin bankda dollar, manat və kart hesabında olan vəsaitlərlə əvəzləşdirilməsi üçün dəfələrlə ləğvediciyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, müqavilə müddəti bitəndən sonra zərərin yaranmasında və ya artmasında borcalanın hər hansı təqsiri olmamışdır. Həmin hissədə ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli, bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara isə iddia icraatı qaydasında baxılmalıdır. Işdə olan sənədlərdən görünür ki, MMC tərəfindən ASC-nin Sumqayıt filialına 2020-ci il ## ##### tarixində 57.021,10 ABŞ dolları məbləğində vəsaitin OOO “xxxx”-ya Volgogradskaya oblast, Svetliy Yar, Rusiya ünvanına köçürülməsinə dair tapşırıq verilmiş, bank tapşırığı qəbul etmiş, həmin tapşırıq icra edilməmiş və vəsait ünvana çatdırılmamışdır. 2020-ci il ## ##### tarixində köçürülməsi nəzərdə tutulan 57.021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57.109,18 ABŞ dolları (97.081,27 manat) məbləğində vəsait MMC-nin hesabına qaytarılmışdır. Hazırkı mübahisə məhz 2020-ci il ## ##### tarixdə verdiyi ödəniş tapşırığının bank tərəfindən icra edilməməsi ilə bağlı yaranmışdır. Yəni, MMC ASC-yə bankın Sumqayıt filialında dollar hesabındakı 57.021,10 ABŞ dollarının 2020-ci il ## ##### tarixində OOO “xxxx”-ya köçürülməsi ilə bağlı olmuş, bank köçürməni qəbul etmiş, lakin köçürmələri yerinə yetirməmişdir. ASC Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il ## ##### tarixli qərarı ilə müflis elan olunmuş, iflas proseduruna başlanılması qərara alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı məlum köçürmə tapşırıqlarını verərkən (2020-ci il ## ##### tarixində) ASC hələ müflis elan olunmamışdır. Bu baxımdan, iddiaçının həmin vəsaitin geri qaytarılmasına dair tələbinin qanuni əsasını “Banklar haqqında” Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinin məzmunundan aydın olur ki, bu Qanunun 72.1-ci maddəsinin (bankın müflis elan olunmasının nəticələri) müddəalarından asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun. 37. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, MMC 57.109,18 ABŞ dolları vəsaiti ləğv prosesində olan ASC-dən tələb etməkdə haqlıdır və qarşılıqlı iddia həmin hissədə təmin edilməlidir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 567, 739.1, 739.2-ci; “Banklar haqqında” Qanunun 73.1, 76-82 və 87-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”” 2017-ci il ## #### tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.3 və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

28. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il ## ### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*- *(***)-***/**** saylı qətnaməsinin qismən ilkin iddia tələbinin təmin edilməmiş illik 5 (beş) faiz hissəsində ləğv edib, ilkin iddia tələbinin həmin hissədə tam təmin edilməsi, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının isə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli qərarında göstərmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göründüyü kimi, borclunun kreditorun pul vəsaitlərini özündə saxlamasından və ya istifadə etməsindən asılı olmayaraq illik 5 faiz üçün əldən çıxmış faiz məbləğini də ödəməyə borcludur. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qanunvericiliyin mövqeyindən də aydın olur ki, gecikdirilmiş kredit borcuna görə, borclu illik minimum faiz məbləğini kreditora ödməyə borcludur. Qeyd olunanlardan aydın olur ki, əldən çıxmış faiz məbləğinin kreditor təşkilatın aktiv və ya passiv fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur və borclunun statusu dəyişməz olaraq qaldığı üçün kredit öhdəliyində də hər hansı üstünlükdən söhbət gedə bilməz. Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. Maddənin məzmunundan aydın olur ki, qanunvericilik ləğvedicinin üzərinə yalnız təminatlı kreditor tələblərini növbədənkənar ödənilməsi öhdəliyini qoyub. Yəni, digər tələblər müvafiq növbəlilik cədvəli əsasında Bakı Apellyaisya Məhkəməsinin Inzibati Kollegiyasının təsdiq etdiyi bankın müvafiq ləğv planına əsasən həyata keçirilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Nəzərə almaq lazımdır ki, ləğv prosesində olan bankların işinə baxan aidiyyətli məhkəmənin Cavabdeh MMC-yə aid bankın hesablarında olan vəsaitlərin növbəlilik əsasında verilməsi barədə müvafiq qərarın olması, tərəfin ayrıca iddia tələbi əsasında məhkəmə mübahisəsi açmağı əsassız və qanuna ziddir. Məhkəmə iş materiallarında olan kredit və maliyyə sənədlərinə əsasən, borclunun kreditor qarşısında əldən çıxmış faydanın hüquqi mahiyyətini nəzərə almamış və illik 5 (beş) faiz üçün sübutların mövcudluğu baxımından iddianın əsaslılığına düzgün qiymət verməmişdir. Yəni, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2-2(115)- ***/**** saylı qətnaməsinin ilkin iddia tələbinin təmin edilməyən illik 5 (beş) faiz hissəsində, eləcə də qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirildiyi üçün, qətnamə qismən ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməklə, ilkin iddia tələbi tam təmin edilməli, qarşılıqlı iddia tələbi isə tamamilə əsassız olduğu üçün rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

31. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, yəni, kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış 1.328,40 ABŞ dolları faiz borcunun tutulması tələbinə dair ilk iddianın təmin edilmədiyi və qarşılıqlı iddianın təmin edildiyi hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – A.Bayramov, hakimlər – A.Isgəndərova və R.Mamedov).

32. Iddiaçı ASC kassasiya şikayəti və sonradan ona əlavə ilə kassasiya instansiyası məhkəməsinə müraciət edərək qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin tam təmin edilməsi (təmin edilməmiş illik 5 faiz), qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya instansiya məhkəməsində birinci icraat

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarı ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi qismən – qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, iş həmin hissədə yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat 34.Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci tarixli *- *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə) iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin mübahisələndirilən hissədə təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsinin qismən – qarşılıqlı iddianın qismən təmin edilən “LPO İddiaçıASC-dən 57.109,18 ABŞ dollarının ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 381,26 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi” hissəsində ləğv edilməsi və həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

35. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli 2-2(104)- **/**** nömrəli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir.

Kassasiya instansiya məhkəməsində ikinci icraat

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi X3 izahat verib bildirmişdir ki, pul hesabdan silinib və aralıq hesaba düşüb. X1 Heyətinin qərarı var ki, əgər pul hesabdan silinibsə məbləğ geri götürülmüş hesab olunur. Kollegiyanın sualına cavab olaraq bildirmişdir ki, bank müflis elan olunduğundan pulu hesabdan götürə bilməmişlər. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

38. Iddiaçıya məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirərək, işə onların iştirakı olmadan baxılmasını və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: (##.##.2023-cü il tarixədək olan redaksiyada)

39. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

40. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

42. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

43. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

44. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

45. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

46. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

47. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

48. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

49. Maddə 959.1. Bank müştərinin hesabına daxil olmuş pul vəsaitini həmin əməliyyat günündən (bankın müştəri sərəncamlarının qəbulu və bank əməliyyatlarının aparılması üçün müəyyən etdiyi iş vaxtından) gec olmayaraq hesaba salmalıdır, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.

50. Maddə 959.2. Müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sərəncamının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanunu:

51. Maddə 8.1. Ödəniş sisteminə göndərilən ödəniş sərəncamı ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilən andan gerigötürülməz hesab olunur.

52. Maddə 28.2. Ödəniş xidməti istifadəçisi ödəniş xidməti təchizatçısı ilə ödəniş sərəncamının icra olunması üçün müəyyən günü razılaşdırdıqda, ödəniş xidməti istifadəçisi ödəniş sərəncamını ən geci razılaşdırılmış gündən əvvəlki iş gününün sonunadək geri götürə bilər. Maddə 28.3. Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı halda, ödəyici vasitəçiyə ödəniş əməliyyatının başladılmasına razılıq verdikdən sonra ödəniş sərəncamını geri götürə bilməz. Maddə 28.4. Birbaşa debitləşmə alətindən istifadə edildikdə ödəyici ən geci pul vəsaitinin ödəniş hesabından silinməsi üçün müəyyən etdiyi gündən əvvəlki iş gününün sonunadək ödənişin həyata keçirilməsi üzrə verdiyi sərəncamı geri götürə bilər. Maddə 28.5. Bu Qanunun 28.2-ci və 28.3-cü maddələrində nəzərdə tutulmuş müddətlərdən sonra ödəniş sərəncamı yalnız ödəniş xidməti təchizatçısı ilə ödəniş xidməti istifadəçisi arasında bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda və pul vəsaiti vəsait alanın ödəniş hesabına mədaxil edilmədiyi təqdirdə geri götürülə bilər.

53. Maddə 46. Ödəniş sistemi tərəfindən qəbul edilmiş ödəniş sərəncamı ödəniş sisteminə dair qaydalarla müəyyən olunmuş andan ödəniş sisteminin iştirakçısı və ya digər şəxs tərəfindən geri götürülə bilməz.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanunu:

54. Maddə 73. Ödəniş sistemlərində hesablaşmaların qətiliyi 73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: Maddə 73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun;

Azərbaycan Respublikası Mərkəzi X7 2024-cü il ## #### tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”:

55. Maddə. 8.7. Ödəyici pul köçürməsi üzrə pul vəsaitinin vəsait alan tərəfindən alındığı ana qədər pul köçürməsi üzrə sistemin qaydaları ilə dəyişdirilməsinə icazə verilən rekvizitlərdə dəyişiklik edə və ya geri götürə bilər.

Azərbaycan Respublikası Mərkəzi X7 2013-cü il ## ######## tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat” (zamana görə qüvvədə olan)

56. Maddə 4.5. Kağız və ya elektron formada təqdim olunan ödəniş sənədlərinin geri götürülməsi ödəniş sisteminin qaydaları nəzərə alınmaqla bank hesabı müqaviləsi ilə tənzimlənir.

Azərbaycan Respublikası Mərkəzi X7 2016-ci il ## #### tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”:

57. 2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. iştirakçı - AZIPS, XÖHKS və AÖS-də (bundan sonra birlikdə - sistemlər) ödəniş əməliyyatları həyata keçirən bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən bank hesablarına xidmət göstərilən digər hüquqi şəxs və AZIPS-ə qoşulmuş bank vasitəsilə likvidliyin təmin edilməsi yolu ilə AÖSdə əməliyyatların həyata keçirilməsində iştirak edən hüquqi şəxs;

58. 3.3. Iştirakçı tərəfindən göndərilən ödəniş sənədi iştirakçının hesabından vəsaitin silindiyi andan etibarən gerigötürülməz və onun şərtsiz tapşırığı kimi qəbul edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

64. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

65. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

66. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

67. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

68. Hazırkı apellyasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən ilkin iddia tələbinin təmin edilməmiş illik 5 (beş) faiz hissəsində və qarşılıqlı iddia üzrə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarı ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi qismən – qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, iş həmin hissədə yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanıldığından və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə yenidən həmin hissədən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)- **/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarıldığından birinci instansiyası məhkəməsinin aktı qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

70. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2020-ci il ## ###### tarixli ödəniş tapşırığı üzrə 57.109,18 ABŞ dollarının geri qaytarılmasına dair tələbinin qanuni əsasını “Banklar haqqında” Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir. Həmin normaların tələbinə görə bankın müflis elan olunmasının nəticələrindən asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun.

71. Hazırkı iş üzrə kassasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının 2020-ci il ## ###### tarixli ödəniş tapşırığı üzrə 57.109,18 ABŞ dollarının geri qaytarılmasına dair tələbinin qanuni əsasını “Banklar haqqında” Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir. Həmin normaların tələbinə görə bankın müflis elan olunmasının nəticələrindən asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin məhz hansı maddi hüquqi əsasa görə ödəyici (müştəri) tərəfindən verilmiş ödəniş tarşırığının ödəniş sistemlərinə daxil edilməmiş tapşırıq olması və bu səbəbdən «gerigötürülməz» hesab olunması qətnamədə əsaslandırılmamışdır. Bununla bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ## ###### 2025-ci il tarixli, 6-1-31/2- *****/**** nömrəli məktubunda da sözügedən ödəniş tapşırığının geri götürülməz olması qeyd olunsa da, həmin nəticəyə gəlməyə əsas olan heç bir normativ hüquqi əsas göstərilməmişdir. Məhkəmə kollegiyası, kassasiya instaniyası məhkəməsinin əvvəlki qərarındakı hüquqi mövqeləri təkrarlamadan § 66-67 göstərilən normativ aktlarının tələblərinə əsaslanaraq qeyd etməyi zəruri hesab edir ki, ödəniş tapşırığına gerigötürülməzlik statusunun verilməsində əsas məqsəd, sərəncamı vermiş ödəyicinin hansı vaxtadək, verdiyi sərəncamı geri götürmək, onda müəyyən dəyişikliklər etmək imkanının olmasını tənzimləməkdən ibarətdir. Anoloji tənzimləmələr tərəflər arasında mübahisə yarandıqdan sonra qüvvəyə minmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində də nəzərdə tutulmuşdur. Baxılan işdə 2020-ci il ## ##### tarixindən sonra ödəyicisi tərəfindən ödəniş tapşırığının geri götürülməsi ilə bağlı ona xidmət edən Banka müraciətinə dair hər hansı sənəd işin materiallarına əlavə edilməmiş, əksinə işin müəyyən edilən hallarına görə vəsait ödəyicinin hesabından silinmişdir. Ödəyicinin hesabından silinmiş həmin vəsaitin ünvan üzrə çatmaması, xidmət edən Bankın hesabında qalması məsələsinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Bankın lisenziyanının 2020-ci ilin ## ##### tarixində ləğv edilməsi nəzərə alınmaqla, həftənin cümə günü- 2020-ci il ## ##### tarixli sərəncamın, bazar ertəsi 2020-ci ilin ## ##### tarixində icra edilməməsinə bank qanunvericiliyinin və tərəflər arasında bağlanmış bank hesabı müqaviləsinin tələbləri baxımından hüquqi qiymət verilməmişdir.

72. Iş materialları müəyyən olunur ki, ## ##### 2020-ci il tarixli köçürmə tapşırığına əsasən Cavabdehxxxx“MMC”) tərəfindən İddiaçıxxxx“ASC”) Sumqayıt filialına hesabdan 57.021,10 ABŞ dolları məbləğində vəsaitin OOO “xxxx”-ya Volgogradsakaya Oblast. Svetliy Yar. Russia ünvanına köçürülməsinə dair tapşırıq verilmişdir.

73. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il ## ##### tarixli *-*(***)-***/**** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “ƏSF”) ləğvedici təyin edilmişdir.

74. Azərbaycan Respublikası Mərkəzi Bankının ## ###### 2025-ci il tarixli, 6-1-31/2- *****/**** nömrəli məktubunda göstərilmişdir ki, X1 Heyətinin ##.##.2020-ci il tarixli, ** saylı qərarı ilə Banka müvəqqəti inzibatçı təyin olunmuş, bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə “Banklar haqqında” Qanunun 57.8-ci maddəsinə müvafiq olaraq Bank kapitalının itirilməsi səbəbilə müvəqqəti inzibatçı təyin olunduğu dövrdə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişlərinə moratorium tətbiq edilmişdir. Cəmiyyət tərəfindən ## ##### 2020-ci il tarixdə verilmiş ödəniş tapşırığı yalnız bankın aralıq hesabına daxil edilmiş, lakin SWIFT sisteminə ötürülməmişdir. Bu səbəbdən ödəniş tapşırığı ödəniş sistemlərinin qaydalarına əsasən gerigötürülməz status qazanmayıb və “gerigötürülən” hesab edilmişdir. Bunun nəticəsində ödəniş tapşırığı icra edilməmiş, bank hesabından silinmiş vəsait isə moratorium şəraitində aralıq hesabdan geri qaytarılmışdır.

75. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC ## ##### 2020-ci il tarixli 57.021,10 ABŞ dolları məbləğində vəsaitin OOO “xxxx”-ya Volgogradsakaya Oblast. Svetliy Yar. Russia ünvanına köçürülməsinə köçürmə tapşırığı vermiş və həmin məbləğ İddiaçı ASC-nin Sumqayıt filialının hesabından yalnız bankın aralıq hesabına daxil edilmiş, lakin SWIFT sisteminə ötürülməmişdir. 57.021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57.109,18 ABŞ dolları (97.081,27 manat) məbləğində vəsait 2020-ci il ## ##### tarixində MMC-nin hesabına qaytarılmışdır (2020-ci il ## ###### tarixli MMC-nin 2020-ci il ## ##### - 24 avqust tarixləri üzrə hesabdan çıxarışı). MM-nin 959.2-ci maddəsinə əsasən, müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sərəncamının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın.

76. Göründüyü kimi, köçürmə tapşırığı ## ##### 2020-ci il tarixdə verilsə də, ödəniş tapşırığının verildiyi 2020-ci il ## ##### tarixinin cümə gününə, yəni həftənin sonuncu iş gününə təsadüf etdiyi, bundan cəmi üç gün sonra, yəni növbəti həftənin ilk iş gününə təsadüf edən 27 aprel tarixində banka müvəqqəti inzibatçı təyin edilərək qanuna əsasən bütün idarəçiliyin həmin şəxsə keçdiyi, növbəti gün, yəni 28 aprel tarixində isə bankın lisenziyasının ləğv edilməsi qeyd edilərək 57.021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57.109,18 ABŞ dolları (97.081,27 manat) məbləğində vəsait 2020-ci il ## ##### tarixində MMC-nin hesabına qaytarılmışdır.

77. Məhkəmə kollegiyası qeyd edir ki, X1 Heyətinin ##.##.2020-ci il tarixli, ** saylı qərarı ilə Banka müvəqqəti inzibatçı təyin olunmuş, bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçmiş və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə “Banklar haqqında” Qanunun 57.8-ci maddəsinə müvafiq olaraq Bank kapitalının itirilməsi səbəbilə müvəqqəti inzibatçı təyin olunduğu dövrdə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişlərinə moratorium tətbiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2020-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir.

78. Azərbaycan Respublikası Mərkəzi Bankının ## ###### 2025-ci il tarixli, 6-1-31/2- *****/**** nömrəli məktubunda görünür ki, qarşılıqlı iddia tələbində mübahisələndirilən məbləğ məbləğ bankın aralıq hesabına daxil edilsə də, SWIFT sisteminə ötürülmədiyindən ödəniş tapşırığı ödəniş sistemlərinin qaydalarına əsasən gerigötürülməz status qazanmayıb və “gerigötürülən” hesab edilmişdir. Bunun nəticəsində ödəniş tapşırığı icra edilməmiş, bank hesabından silinmiş vəsait isə moratorium şəraitində aralıq hesabdan geri qaytarılmışdır.

79. Məhkəmə kollegiyası hazırkı iş üzrə kassasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73.1.1-ci maddəsinə əsasən, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun. Qanunun tələbinə əsasən, ödəniş sistemlərinə daxil edilmiş və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilmiş hesablaşmalar üzrə ödəniş tapşırıqlarının bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvəsini itirməsinin yeganə şərti ödəniş tapşırığının bankın müflis elan olunmasına dair qərarın qüvvəyə minənədək gerigötürülməz olmasıdır.

80. Köçürmə tapşırığının ## ##### 2020-ci il tarixdə verildiyini nəzərə alsaq, MM-nin 959.2-ci maddəsinin tələblərinə uyğun olaraq müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sərəncamının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməli idi. Növbəti gününü qeyri-iş günü olduğunu nəzərə alsaq, ##.##.2020-ci il tarixində qarşılıqlı iddiaçının köçürmə tapşırığı icra edilməli idi. Köçürməni gerigötürülən hesab edən bank qərarını X1 Heyətinin ##.##.2020-ci il tarixli, ** saylı qərarı ilə Banka müvəqqəti inzibatçı təyin olunmuş, bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçməsi və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə “Banklar haqqında” Qanunun 57.8-ci maddəsinə müvafiq olaraq Bank kapitalının itirilməsi səbəbilə müvəqqəti inzibatçı təyin olunduğu dövrdə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişlərinə moratorium tətbiq edilməsi ilə əlaqələndirmişdir.

81. Kollegiya hesab edir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73.1.1-ci maddəsi, ödəniş sistemlərinə daxil edilən hesablaşmalar üzrə ödəniş tapşırıqlarının qüvvədə olub-olmamasını bankın müflis elan olunmasına dair qərar qəbul edilməsi və həmin qərarın qanuni qüvvəyə minməsi ilə əlaqələndirmişdir. Hazırkı iş üzrə isə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2020-ci il ## ##### tarixli *-*(***)-***/**** nömrəli qərarından görünür ki, bank müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu banka müvəqqəti inzibatçı təyin edilmişdir, halbuki bank ##.##.2020-ci il tarixdə artıq ödəniş tapşırığını icra etməli idi və həmin müddət ərzində Cavabdeh MMC-nin ödəniş tapşırığının geri götürülməsi barədə banka hər hansı müraciəti daxil olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən, yəni İddiaçı ASC-dən 57.109,18 ABŞ dollarının ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə tutularaq Cavabdeh MMC-yə ödənilməsi ilə düzgün nəticəyə gəlmişdir.

82. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gəncə Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar