AzərbaycanǝRespublikasıǝadından Qətnamə Sumqayıtǝşəhəri İşǝ№ǝ2-2(3-8)-106/2026 02.09.2026 SUMQAYITǝAPELLYASIYAǝMƏHKƏMƏSI SumqayıtǝApellyasiyaǝMəhkəməsininǝKommersiyaǝKollegiyasının iddiaçıǝİddiaçıǝAçıqǝSəhmdarǝCəmiyyətininǝcavabdehlərǝcavabdeh2ǝvəǝcavabdeh1ǝqarşıǝiş üzrə QƏTNAMƏSİ SədrlikǝedənǝvəǝməruzəçiǝhakimǝDəmirovǝİlqar Kamal oğlu, hakimlərǝMəmmədovǝZahidǝTahirǝoğluǝvəǝXəlilovǝRaminǝAdilxanǝoğlundanǝibarətǝtərkibdə, məhkəməǝiclasǝkatibiǝSəlimǝGünayǝAsifǝqızının katibliyi, cavabdeh cavabdeh2ǝiştirakıǝilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 09 iyun 2026- cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəməǝiclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. Borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan cavabdeh2 arasında bağlanmış ## #### 2024-cü il tarixli ***micADJ/**-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsinin 1.1ci bəndinə əsasən borcverən borcalana 300000 (üç yüz min) manat məbləğində, illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, ##.##.2034-ci il tarixinədək müddət ərzində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı açır. Borcalan isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Əlavə kredit müqavilələri üzrəǝkreditdənǝistifadəyəǝgörəǝillikǝfaizǝdahaǝazǝmüəyyənǝolunaǝbilər.ǝ
2. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kreditin məbləğinə hesablanmuş faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri bu müqavilə çərçivəsində bağlanan əlavə kredit müqavilələrıǝiləǝtənzimlənir.ǝ
3. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən əsas kredit müqaviləsi çərçivəsində borcalana verilən kreditlər əlavə kredit müqavilələrinin bağlanması ilə rəsmiləşdirilir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi faktiki illik faiz dərəcəsi, təyinatı və digər spesifik şortlar əlavə kredit müqavilələriǝiləǝtənzimlənir.ǝ
4. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin borcalan tərəfindən borcverənə qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş cədvəli ilə və ya əlavə kredit müqavilələrində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Həminǝödənişǝcədvəliǝəlavəǝkreditǝmüqaviləsininǝayrılmazǝtərkibǝhissəsidir.ǝ
5. Borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan cavabdeh2 arasında bağlanmış ## #### 2024-cü il tarixli ***micADJ/** nömrəli əlavə kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcverən 15 ay müddətinə, ##.##.2025-ci il tarixinədək illik 22 faiz ödəmək şərtilə 15290 (on beş min iki yüz doxsan) manat məbləğdə krediti 2 ay güzəşt müddəti ilə borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürur. Bu müqavilə üzrə kreditin faktikiǝillikǝfaizǝdərəcəsiǝ22ǝfaizǝtəşkilǝedir.ǝ
6. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditin va kreditdən istifadəyə görə faizlərin borcalan tərəfindan borcverənə qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödənişǝşərtləriǝiləǝmüəyyənǝolunur.
7. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kreditin va kreditdən istifadəyə görə hesablanmış faizlərin tam və ya qismən borcverənin hesabına köçürüldüyü tarix kredit və kreditdən istifadəyə görə faizlərin müvafiq olaraq tam və ya qismən borcverǝnə qaytarıldığı tarix hesab olunur.
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, borclu cavabdeh2 və zamin cavabdeh1 arasında bağlanmış ## #### 2024-cü il tarixli ***micADJ/** saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin kreditor qarşısında borclunun ## #### 2024-cü il tarixli ***micADJ/** saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq özǝüzərinəǝgötürür.ǝ
9. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən zamin borclunun kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin (dəbbə pulu), borcun tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzininǝödənilməsinəǝgörəǝkreditorǝqarşısındaǝborcluǝiləǝeyniǝhəcmdəǝməsuliyyətǝdaşıyır.
10. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditor borclu tərəfindən kredit müqaviləsinin icra etmədiyi və ya lazımınca icra etmədiyi halda həm borclu, həm də zaminə qarşı kreditǝmüqavilələriǝüzrəǝözǝtələbləriniǝirəliǝsürəǝbilər.ǝ
11. ## ###### 2025-ci il tarixli BANK/PİKMD/1301291 nömrəli maliyyə arayışından görünür ki, borclu cavabdeh2 ## #### 2024-cü il tarixli ***micADJ/** nömrəli əlavə kredit müqaviləsi üzrə ## ###### 2025-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 10520,73 manat məbləğində əsas bоrc, 459,21 manat məbləğində faiz bоrcu və 344,44 manat məbləğində cərimə borcu olmaqla, cəmiǝ11324,38ǝmanatǝməbləğindəǝborcuǝvardır.
12. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh2 ## ##### 2025-ci il tarixli xəbərdarlıq məktubları göndərilərək ## #### 2024-cü il tarixli ***micADJ/** nömrəli əlavə kredit müqaviləsi üzrə 10520,73 manat məbləğində əsas bоrc, 595,78 manat məbləğində faiz bоrcu və 171,55 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11288,06 manat məbləğində borcun 3 iş günü müddətində ödənilməklə kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilmiş xərclərin tam olaraq qaytarılması üçün məhkəməyə müraciət ediləcəyiǝbildirilmişdir.ǝ
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ## ### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyində göstərilir ki, ## #### 2024-cü il tarixli ***micADJ/** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ## ##### 2025-ci il tarixə borcu 10597,29 manat əsas borc, 505,14 manat faiz borcu olmaqla, cəmi 11102,43 manat, ## ###### 2025-ci il tarixə 10225,76 manat əsas borc, 299,96 manatǝfaizǝborcuǝolmaqla,ǝcəmiǝ10525,72ǝmanatǝmüəyyənǝedilir.
Birinci instansiya məhkəməsində icraat
14.İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 10520,73 (on min beş yüz iyirmi manat yetmiş üç qəpik) manat məbləğində əsas borc, 459,21 (dörd yüz əlli doqquz manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu, 344,44 (üç yüz qırx dörd manat qırx dörd qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 11324,38 (on bir min üç yüz iyirmi dörd manat otuz səkkiz qəpik) manat məbləğində borcun və 124,38 (yüz iyirmi dörd manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinəǝtutulmasıǝbarədəǝqətnaməǝçıxarılmasınıǝməhkəmədənǝxahişǝetmişdir. 15.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ## #### 2024-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 15 ay müddətinə illik 22% ödəmək şərtilə 15290 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ## ###### 2025-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 10520,73 manat məbləğində ǝsas, 459,21 manat məbləğində faiz, 344,44 manat məbləğində cərimə olmaqla, cəmi 11324,38 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etməkǝqərarınaǝgəlmişdir. 16.Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə həmin işin aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsiǝqəraraǝalınmışdır. 17.Sumqayıt Kommersiya Məhkəməsinin 09 iyun 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdеhlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada ## #### 2024-cü il tarixli ***micADJ/** nömrəli əlavə kredit müqaviləsi üzrə 10225,76 (on min iki yüz iyirmi beş manat yetmiş altı qəpik) manat məbləğində əsas bоrc, 299,96 (iki yüz doxsan doqquz manat doxsan altı qəpik) manat məbləğində faiz borcu, 344,44 (üç yüz qırx dörd manat qırx dörd qəpik) manat məbləğində cərimə və 122,61 (yüz iyirmi iki manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10992,77 (on min doqquz yüz doxsan iki manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaitinin cavabdeh2 və cavabdeh1 müştərək qaydadaǝtutularaqǝX2ǝödənilməsiǝqətǝedilmişdirǝ(hakimǝHəliməǝAlıyeva).
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni ## #### 2024-cü il tarixli ***micADJ/** nömrəli əlavə kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini borcalan cavabdeh2 vermişdir. Lakin cavabdeh2 ## #### 2024-cü il tarixli ***micADJ/**-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsini və ## #### 2024- cü il tarixli ***micADJ/** nömrəli əlavə kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmişdir. Bununla da, cavabdeh iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ## #### 2024-cü il tarixli ***micADJ/** nömrəli əlavə kredit müqaviləsi üzrə ## ###### 2025-ci il tarixə 10520,73 (on min beş yüz iyirmi manat yetmiş üç qəpik) manat məbləğində əsas borc, 459,21 (dörd yüz əlli doqquz manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu hesablayaraq tələb etsə də, həmin məbləğ ## ### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyi ilə təsdiq olunmur. Buna görə məhkəmə hesab edir ki, əsas və faiz borcun məbləği müəyyən edilərkən məhkəmə-mühasibatlıq ekspertizasının ## ### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilərək həmin rəydə gəlinmiş nəticəyə uyğun müəyyənləşdirilməlidir. Odur ki, ## #### 2024-cü il tarixli ***micADJ/** nömrəli əlavə kredit müqaviləsi üzrə iddiaçının xeyrinə 10225,76 (on min iki yüz iyirmi beş manat yetmiş altı qəpik) manat məbləğində əsas borc və 299,96 (iki yüz doxsan doqquz manat doxsan altı qəpik) manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi ## #### 2024-cü il tarixli ***micADJ/** nömrəli əlavə kredit müqaviləsi üzrə “344,44 (üç yüz qırx dörd manat qırx dörd qəpik) manat məbləğində cərimənin tutulması” hissəsində əsaslı olduğundan təmin olunmalıdır. ## #### 2024-cü il tarixli ***micADJ/** nömrəli zaminlik müqaviləsinə əsasən zamin cavabdeh1 kreditor qarşısında borclunun ## #### 2024-cü il tarixli ***micADJ/** saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. Buna görə məhkəmə hesab etmişdir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçünǝəsaslarǝmövcuddur.
19. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 743.1, 385.1, 425.1, 427.3, 442.1, 462.1, 465.2, 470.1, 472.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.3-cü maddələrininǝtələbləriǝiləǝəsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 09 iyun 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi, iş üzrə təkrar və ya əlavə ekspertizanın təyin edilməsi, bankın kredit üzrə hesablamaları, faizlərin hesablanması, əsas borcun müəyyən edilməsi və kredit üzrə bütün maliyyə əməliyyatlarının yenidən tam və obyektiv araşdırılması, iş üzrə yeni qanuni və əsaslandırılmışǝqətnaməǝqəbulǝedilməsiniǝxahişǝetmişdir.
21. Cavabdeh cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasında yalnız yekun məbləğ göstərilmiş, lakin bankın ilkin hesablamalarının hansı hissəsinin səhv olduğu, faizlərin hansı qayda ilə yenidən hesablandığı və yekun məbləğin hansı metodologiya ilə müəyyən edildiyi əsaslandırılmamışdır. Buna baxmayaraq, məhkəmə ekspert rəyini əlavə araşdırma aparmadan sübut kimi qəbul etmişdir. Bundan başqa, bankın ilkin iddiasında tələb olunan məbləğlə məhkəmənin təmin etdiyi məbləğ arasında əhəmiyyətli fərq olmasına baxmayaraq, bu fərqin səbəbləri qətnamədə əsaslandırılmamışdır. Həmçinin kredit alanın başına gəlmiş hadisə ilə əlaqədar bank tərəfindən 3 ay güzəşt ediləcəyi şifahi şəkildə bildirildiyi halda, sonradan həmin dövr üzrə yeni kredit borcunun hesablanması barədə irəli sürdüyü arqumentlər məhkəmə tərəfindən araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir. Başına gəlmiş hadisə ilə əlaqədar bank əməkdaşları tərəfindən 3 ay müddətinə güzəşt ediləcəyi və həmin dövrdə az məbləğdə ödəniş edilməsinin kifayət edəcəyi bildirildiyindən həmin məbləğlər ödənilmişdir. Sonradan isə aşkar olundu ki, həmin ##.##.2023-cü il tarixində verilən 25000 manat kredit borcu bağlanmışdır və yenidən ##.##.2024-cü il tarixində 15290 manat məbləğində kredit verilmişdir. Bu yeni verilən kredit borcu ona və zamin duran cavabdeh1 Hacıhəbil oğluna bildirilməmişdir. Həmin müddətdə bank onu güzəşt sənədləri üçün çağırmış və o, yaralı halda banka yaxınlaşmışdır. Ona təqdim edilən sənədlərdə güzəştlə bağlı sənədlərin olduğu bildirilmişdir. Kameralara baxılsa, aydın şəkildə görünər ki, onun o halda ağrıları və sarıqlı halda olduğu və növbədən kənar olaraq ağrıları səbəbindən işi tezləşdirmək üçün sənədləri tez bir şəkildə imzalatmışdılar. Məhkəmə bu halı araşdırmamış, bankın həmin hərəkətlərinin müqaviləyə və qanunvericiliyə uyğun olub-olmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə həmçinin ekspert rəyinin əsaslandırılmış olub-olmamasını yoxlamadan onu olduğu kimi qəbul etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə qətnaməsi yalnız tam araşdırılmış sübutlara əsaslanmalı və qanuni, əsaslı olmalıdır. İş materiallarından görünür ki, bankın ilkin tələb etdiyi məbləğ ekspertizadan sonra müəyyən dərəcədə azalmışdır. Bu isə bankın ilkin hesablamalarının düzgün olmadığını göstərir. Lakin məhkəmə qərarında bu fərqin səbəbləri izah edilməmiş, bankın hansı hesablamalarının səhv olduğu göstərilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən iş üzrə əlavə və ya təkrar ekspertizanın təyin olunması zərurəti qiymətləndirilməmişdir. Halbuki təqdim edilmiş ekspert rəyi tam və əsaslandırılmış hesab edilə bilməz.
Apellyasiya şikayətinə etiraz
22. Apellyasiyaǝşikayətinəǝetirazǝdaxilǝolmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, iddiaçı Bank tərəfindən borc 2700 manat artıq hesablanıb.Ona görə hazırki apellyasiya şikayətində həmin məbləği mübahisə edir.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq:
25. ǝAzərbaycanǝRespublikasınınǝMülkiǝMəcəlləsinin:
743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərinǝödənilməsiǝşərtiləǝborcverənəǝqaytarmağıǝöhdəsinəǝgötürür.ǝ 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasınıǝtələbǝetməkǝhüququǝvardır.ǝ 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.ǝ 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cürǝdövrǝərzindəǝistənilənǝanǝicraǝedilməlidir.ǝ 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmişǝdigərǝşərtləriǝpozmaqlaǝicraǝedilməsi)ǝbaşaǝdüşülür.ǝ 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulununǝödənilməsiǝtələbiǝüzrəǝkreditorǝonaǝzərərǝvurulduğunuǝsübutaǝyetirməyəǝborcluǝdeyildir.ǝ 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cəriməninǝödənilməsiniǝvəǝöhdəliyinǝicrasınıǝtələbǝedəǝbilər.
26. AzərbaycanǝRespublikasıǝMülkiǝProsessualǝMəcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıǝvəǝonlardanǝistifadəǝetməlidir.ǝ 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmişǝprosessualǝhüquqlardanǝvicdanlaǝistifadəǝetməyəǝborcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyiǝhallarıǝsübutǝetməlidir.ǝ 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədarǝolanǝməsrəflərdənǝibarətdir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuşǝsübutlarlaǝəsaslandırır.ǝ 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimiǝişəǝişdəǝolanǝvəǝəlavəǝtəqdimǝolunmuşǝsübutlarǝəsasındaǝmahiyyətiǝüzrəǝbaxır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görəǝmümkünǝolmadığınıǝəsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq,ǝməhkəməninǝmaddiǝvəǝprosessualǝhüquqǝnormalarınaǝriayətǝetməsiniǝyoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən,ǝapellyasiyaǝşikayətiniǝtəminǝetmədənǝsaxlayaǝbilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiyaǝşikayətiǝveriləǝbilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədənǝsaxlanılmalıdır.
28. İş üzrə müəyyən edilmiş hallardan görünür ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə banka əsas borc və faiz borcu yaranmışdır. Birinci instansiya məhkəməsində ekspertiza tyin edilmiş, ekspert rəyinə əsasən ## ###### 2025-ci il tarixinə əsas borc 10 225,76 manat, faiz borcu isə 299,96 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi bankın tələb etdiyi əsas və faiz borcunun məbləğini ekspert rəyinə uyğunǝolaraqǝazaltmışdır.
29. Apellyasiya şikayətində cavabdeh ekspert rəyinin kifayət qədər əsaslandırılmadığını, bankın ilkin hesablamaları ilə ekspert tərəfindən müəyyən edilmiş məbləğlər arasında fərqin səbəblərinin açıqlanmadığını, habelə əlavə və ya təkrar ekspertizanın keçirilməsinin zəruri olduğunu bildirmişdir. Cavabdeh isə bank tərəfindən ona güzəşt verilməsi, həmin müddətdə başqa ödənişǝqaydasınınǝrazılaşdırılmasıǝtəsdiqǝedənǝmötəbərǝsübutlarǝtəqdimǝetməmişdir.
30. Bundan əlavə cavabdeh birinci instansiya məhkəməsində əlavə və ya təkrar ekspertiza təyin edilməli olmasını əsaslandırmamışdır.Məhkəmə kollegiyasının iclasında bunu onunla izah etmişdir ki, məhkəmə iclasına gecikdiyindən qətnamə birinci instansiya məhkəməsi tərəfindən onun iştirakı olmadan elan edilmişdir.Apellyasiya şikayətinin yuxarıd qeyd olunan dəlili yeni sübutunun əldə edilməsi ilə bağlıdır. Bu isə MPM-in yuxarıda qeyd ounan 372.2-ci maddəsinin tələbinəǝəsasənǝyolverilməzdir.
31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh cavabdeh2 məhkəmə iclasında iddiaçı Bank tərəfindən borcun 2.700 manat artıq hesablandığını və həmin məbləği mübahisələndirdiyini qeyd etmişdir.Buna görə hazırki qətnamədən kassasiya şikayət verilməsi MülkiǝProsessualǝMəcəlləninǝ402.1-ciǝmaddəsinəǝəsasənǝnəzərdəǝtutulmamışdır.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri formal xarakter daşımaqla birinci instansiya məhkəməsinin qətnaməsininǝləğvǝedilməsiǝüçünǝəsasǝhesabǝediləǝbilməz.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ciǝmaddələriniǝrəhbərǝtutaraq,ǝməhkəməǝkollegiyası QƏT ETDİ:
Cavabdehǝcavabdeh2ǝtərəfindənǝverilmişǝapellyasiyaǝşikayətiǝtəminǝedilməsin. Sumqayıt Kommersiya 09 iyun 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi apellyasiyaǝşikayətiǝiləǝmübahisələndirilənǝhissədəǝdəyişdirilmədənǝsaxlanılsın. Qətnaməǝelanǝedildiyiǝandanǝqanuniǝqüvvəyəǝminir. Qətnamədənǝkassasiyaǝşikayətiǝveriləǝbilməz.