Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-2(3-8)-27/2026 20.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə İsax oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 22000 (iyirmi iki min) manat məbləğində pulun, qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə hesablanan pul vəsaitinin və 156 (yüz əlli altı) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, № *-2(119)- ****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 19000 (on doqquz min) manat məbləğində pul və 147 (yüz qırx yeddi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 19147 (on doqquz min yüz qırx yeddi) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsinin qismən, cavabdeh Cavabdeh 19000 (on doqquz min) manat məbləğində pul və 147 (yüz qırx yeddi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 19147(on doqquz min yüz qırx yeddi) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi, cavabdeh Cavabdeh 3248 (üç min iki yüz qırx səkkiz) manat məbləğində pul və 52, 48 ( əlli iki manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3300,48 (üç min üç yüz manat qırz səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən tərəflər razılığa gəldiklərini, buna görə barışıq sazişinin hazırlanması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və bununla əlaqədar məhkəmə iclasları təxirə salınmışdır. ## ### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında işdə iştirak edən şəxslər barışıq sazişini məhkəməyə təqdim etmiş və mübahisə ilə bağlı müəyyən razılığa gəldiklərini bildirərək, buna görə barışıq sazişini qəbul etməyi və təsdiqləməyi xahiş etmişlər. ## ### 2026-cı il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: “Biz aşağıda imza edənlər: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olan *-*(*-*)-**/**** saylı iş üzrə iddiaçı İddiaçı bir tərəfdən, həmin iş üzrə cavabdeh Cavabdeh digər tərəfdən hər iki tərəfin biri-birinə qarşı iddia tələbi və apellyasiya şikayəti barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3cü maddəsinə müvafiq olaraq aşağıdakı şərtlərlə və qaydada X1ni bağladıq.
1. Tərəflər bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər.
2. Tərəflər bəyan edirlər ki, Barışıq Sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir. X1 tərəflərin könüllü iradə ifadəsini əks etdirir.
3. Hər iki tərəf Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olan *-*(*-*)-**/**** saylı iş üzrə biri-birinə qarşı iddialardan və şikayətlərdən imtina edir və iş üzrə icraata xitam verilməsi üçün hazırki Barışıq Sazişini məhkəməyə təqdim edir.
4. Hər iki tərəf razılığa gəlir ki 19000( on doqquz min) manat qarşılığında cavabdeh Cavabdeh iddiaçı İddiaçı Barışıq Sazişinin 5-ci bəndində göstərilən qaydada 10000 (on min) manat ödəyir. İddiaçı da yerdə qalan 9000( doqquz min) manat tələbindən imtina edir. Cavabdeh 500 ( beş yüz) manat Barışıq Sazişi imzalanan gün yəni ## ### 2026cı il tarixdə,
5. qalan 9500 ( doqquz min beş yüz) manatı hər ayın 20-si tarixində 500 (beş yüz) manat ödəməklə 19 ay ərzində İddiaçı ödəməsini öhdəsinə götürür.
6. Hər iki tərəf sazişin tələblərini sazişə imza etdiyi vaxt icra edir.
7. Barışıq Sazişi ## ### 2026-cı il tarixində imzalanmışdır.
8. Barışıq Sazişi 3 nüxsədən ibarət eyni hüquqi qüvvəyə malik tərtib edilmişdir, nüxsələrdən biri imzalanan kimi məhkəməyə təqdim edilmişdir, tərəflərdə də bir nüxsə saxlanılmaqdadır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, kommersiya işi üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraat xitam verilməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, tərəflər barışıq sazişi bağladıqları üçün və barışıq sazişi qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.5, 370, 384.0.5, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış ## ### 2026-cı il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəflər bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər.
2. Tərəflər bəyan edirlər ki, Barışıq Sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir. X1 tərəflərin könüllü iradə ifadəsini əks etdirir.
3. Hər iki tərəf Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olan *-*(*-*)-**/**** saylı iş üzrə biri-birinə qarşı iddialardan və şikayətlərdən imtina edir və iş üzrə icraata xitam verilməsi üçün hazırki Barışıq Sazişini məhkəməyə təqdim edir.
4. Hər iki tərəf razılığa gəlir ki 19000( on doqquz min) manat qarşılığında cavabdeh Cavabdeh iddiaçı İddiaçı Barışıq Sazişinin 5-ci bəndində göstərilən qaydada 10000 (on min) manat ödəyir. İddiaçı da yerdə qalan 9000( doqquz min) manat tələbindən imtina edir.
5. Cavabdeh 500 ( beş yüz) manat Barışıq Sazişi imzalanan gün yəni ## ### 2026cı il tarixdə, qalan 9500 ( doqquz min beş yüz) manatı hər ayın 20-si tarixində 500 (beş yüz) manat ödəməklə 19 ay ərzində İddiaçı ödəməsini öhdəsinə götürür.
6. Hər iki tərəf sazişin tələblərini sazişə imza etdiyi vaxt icra edir. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.