Məhkəmə qərarları › İş №2-2(3-8)-32/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-8)-32/2026

30.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2-2(3-8)-32/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “xxxxnın tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İŞİN HALLARI

1. *M-*** nömrəli notariat işindən görünür ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış ## ### 2017-ci il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, ** saylı qeyri-yaşayış sahəsi ünvanında yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsi icarəyəverən İddiaçı tərəfindən icarəçi Cavabdeh Mənzil Tikinti Kooperativinə icarəyə verilmişdir. Həmin müqavilənin 2-ci bəndinə görə icarəyə verilən əmlak ## ### 2017-ci il tarixli AB05M52 qeydiyyat nömrəli müqaviləyə əsasən tam mülkiyyət üzrə icarəyəverənə məxsusdur. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti ## ### 2020-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 4-cü bəndində icarəyə götürən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən icarəyəverənə aylıq 200 manat xxxx ödənilməsi təsbit edilmişdir.

2. *M-*** nömrəli notariat işindən görünür ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh Mənzil Tikinti Kooperativi ## ### 2017-ci il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, ** saylı qeyri-yaşayış sahəsi ünvanında yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsi icarəyəverən İddiaçı tərəfindən icarəçi Cavabdeh Mənzil Tikinti Kooperativinə icarəyə verilmişdir. Həmin müqavilənin 2-ci bəndinə görə icarəyə verilən əmlak ## ### 2017-ci il tarixli AB05M53 qeydiyyat nömrəli müqaviləyə əsasən tam mülkiyyət üzrə icarəyəverənə məxsusdur. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti ## ### 2020-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 4-cü bəndində icarəyə götürən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən icarəyəverənə aylıq 300 manat xxxx ödənilməsi təsbit edilmişdir. Müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.

3. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “icarə müqavilələrinin xitam verilmiş hesab edilməsi, əmlakların boşaldılması və təhvil verilməsi” tələbi barədə iddiasının təmin edilməsi, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə icarəyə verilməsinə dair ## ### 2017-ci il tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsinin və Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolunun 14cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə icarəyə verilməsinə dair ## ### 2017-ci il tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsinin xitam verilmiş hesab edilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin və Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən boşaldılması və iddiaçı İddiaçı təhvil verilməsi qərara alınmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra ## ######## 2025ci il tarixdə müvafiq qaydada icraya yönəldilmiş və Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov ## ######## 2025-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin e-*-*(***)-***/****-*** nömrəli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir.

4. Abşeron rayon İcra və probasiya şöbəsinin rəis müavini, icra məmuru, tələbkar İddiaçı nümayəndəsi, borclu Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi tərəfindən imzalanmış ## ####### 2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsi yeri müəyyən edilərək tələbkara təhvil verilmişdir.

5. Abşeron rayon İcra və probasiya şöbəsinin rəis müavini, icra məmuru, tələbkar İddiaçı nümayəndəsi, borclu Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi tərəfindən imzalanmış ## ####### 2025-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsi ölçülərək tələbkara təhvil verilmişdir.

6. İddiaçı tərəfindən 2025-ci il ## ###### tarixində Cavabdeh Mənzil Tikinti Kooperativinə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı İddiaçı 2025-ci il ## ######## tarixinədək Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində yerləşən Cavabdeh yaşayış kompleksində inşa edilmiş bina 3, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair ## ### 2017-ci il tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 19800 (on doqquz min səkkiz yüz) manat xxxxnın, eləcə də həmin kompleksdə yerləşən bina 1, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair ## ### 2017-ci il tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 29700 (iyirmi doqquz min yeddi yüz) manat xxxxnın ödənilməsini tələb etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı İddiaçı ## ######## 2025-ci il tarixdə cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “xxxxnın tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə icarəyə verilməsinə dair ## ### 2017-ci il tarixində 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 19800 (on doqquz min səkkiz yüz) manat məbləğində xxxxnın, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyriyaşayış sahəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə icarəyə verilməsinə dair ## ### 2017ci il tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 29700 (iyirmi doqquz min yeddi yüz) manat məbləğində xxxxnın və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 239 (iki yüz otuz doqquz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış ## ### 2017-ci il tarixli AB**M** nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı 65000 (altmış beş min) manat ödəyərək, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsini, ## ### 2017ci il tarixli AB**M** nömrəli alqı-satqı müqaviləsi üzrə isə 120000 (yüz iyirmi min) manat ödəyərək Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsini almışdır. Əmlakları aldıqdan sonra Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri X1 xahişi üzrə hər iki əmlakın cavabdehə icarəyə verilməsinə dair müqavilənin müddətli bağlanmasına razılıq vermişdir. Bakı şəhəri ** saylı notariat ofisində tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahələrinin Cavabdeh Mənzil Tikinti Kooperativinə icarəyə verilməsinə dair müvafiq olaraq ## ### 2017-ci il tarixli 3M-*** reyestr nömrəli və ## ### 2017ci il tarixli 3M-*** reyestr nömrəli icarə müqavilələri bağlanılmışdır. Hər iki müqavilədə icarə müddəti ## ### 2020-ci il tarixinədək müəyyən olunmuş, müddətin bitməsinə bir ay qalmış həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürülməzsə, icarə müddətinin bir il müddətinə uzadılmış hesab edilməsi nəzərdə tutulmuşdur. Bu hesabla ## ### 2021-ci il tarixi müqavilənin son müddətidir və müqavilənin sözügedən bəndindən də göründüyü kimi, müqavilənin hər il bir dəfə uzadılması yox, məhz bir dəfə bir il müddətinə uzadılması müəyyən edilmişdir. Hər iki müqavilə üzrə icarə haqları bu günədək İddiaçı ödənilməmiş, sonda bütün icarə haqlarının birlikdə ödəniləcəyi deyilmiş, o da cavabdehə olan inamına, X1 xahişlərinə görə müqavilə müddətində ödəniş edilmədən, sonra ödənilmək şərti ilə ona məxsus əmlaklardan istifadə edilməsinə razılıq vermişdir. Lakin müqavilə müddəti bitdiyi və bir il də uzadıldığı halda, ona heç bir ödəniş edilməmişdir. Uzadılma ilə birlikdə müəyyən edilmiş tarixdən artıq iki ildən çox müddətin keçməsinə baxmayaraq, hazırda heç bir hüquqi qüvvəsi olmayan müqavilədən əsassız şəkildə sui-istifadə edərək cavabdeh onun əmlaklarını boşaldaraq təhvil vermir, ödənişləri də ödəməyərək ona əlavə ziyan vurur. Qeyd olunur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “icarə müqavilələrinin xitam verilmiş hesab edilməsi, əmlakların boşaldılması və təhvil verilməsi” tələbi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciə etmiş və məhkəmənin ## #### 2025-ci il tarixli e-*-*(***)- ***/**** saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Dəfələrlə yazılı, şifahi xəbərdarlıqlara, illər üzrə ödənilməli olan icarə haqqlarının tam şəkildə ödənilməsinin tələb edilməsinə baxmayaraq pozuntuya yol verildiyindən sonuncu dəfə pretenziya məktubu göndərilərək ## ######## 2025ci il tarixinədək Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin “icarəyə verilməsinə dair ## ### 2017-ci il tarixində 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 19800 (on doqquz min səkkiz yüz) manat məbləğində xxxxnın, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair ## ### 2017-ci il tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 29700 (iyirmi doqquz min yeddi yüz) manat məbləğində xxxxnın ödənilməsi tələb edilmişdir.

9. Cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi ## ###### 2025-ci il tarixdə ərizə təqdim edərək bildirmişdir ki, hazırkı iş üzrə iddiaçının iddia tələbi "xxxx" tələbidir. Qeyd edilən tələb üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçının bildirdiyinə görə o, 2017-ci il müqavilələrindən irəli gələn və ödənilməyən icarə haqqlarını tələb edir. Lakin xxxx üzrə iddia müddəti 3 ildir. Buna görə məhkəmədən iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması xahiş edilmişdir.

10. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativindən iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə icarəyə verilməsinə dair ## ### 2017-ci il tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 7200 (yeddi min iki yüz) manat məbləğində xxxx, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı- Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə icarəyə verilməsinə dair ## ### 2017-ci il tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 10800 (on min səkkiz yüz) manat məbləğində xxxx və 144 (yüz qırx dörd) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 18144 (on səkkiz min yüz qırx dörd) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, iddiaçı müqavilələrin bağlandığı tarixlərdən 8 il 3 ay müddətinə hesablanmış xxxx borclarının ödənilməsini tələb edir. İcarə müqaviləsi üzrə ödənilməli xxxx vaxtaşırı ödəmədir. – Bu vaxtaşırılıq günlərlə, həftələrlə, aylarla, rüblərlə və ya illərlə müəyyənləşdirilə bilər. Hazırkı işdə vaxtaşırılıq aylıq olaraq müəyyənləşdirilmişdir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olması nəzərə alınmaqla, cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinin hazırkı mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi qismən əsaslı hesab edilməklə, son üç ildən əvvəlki dövr üçün hesablanaraq tələb olunan xxxx borcuna üç illik iddia müddəti tətbiq edilməli və son üç il ərzində ödənilməmiş icarə haqları – ## ### 2017-ci il tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 7200 manat (aylıq xxxx 200 manat x36 ay (3 il)=7200 manat) və ## ### 2017-ci il tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 10800 (aylıq xxxx 300 manat x36 ay (3 il)=10800 manat) məbləğində xxxx cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 372.1-373.3, 375.2, 385.1, 425.1, 427.3, 442, 675, 700.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

13. Cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış ## ### 2017-ci il tarixli AB**M** nömrəli yaşayış evinin alqısatqısı haqqında müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh MTK Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 1-ci mərtəbə, 130 kvadrat metr ümumi sahəsi olan ** saylı qeyri-yaşayış sahəsini İddiaçı satmağı, İddiaçı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı əmlakın dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən əmlakın dəyərinin 65000 (altmış beş min) manat olması və nağd şəkildə ödənilməsi razılaşdırılmışdır.

15. Bundan başqa Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış ## ### 2017-ci il tarixli AB**M** nömrəli yaşayış evinin alqı-satqısı haqqında müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh MTK Abşeron rayonu, Hökməli qəsəbəsi, BakıŞamaxı yolunun 14cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 1-ci mərtəbə, 240 kvadrat metr olan ümumi sahəsi olan ** saylı qeyri-yaşayış sahəsini İddiaçı satmağı, İddiaçı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı əmlakın dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən əmlakın dəyərinin 120000 (yüz iyirmi min) manat olması və nağd şəkildə ödənilməsi razılaşdırılmışdır.

16. Müqavilələr bağlandıqdan sonra İddiaçı tərəfindən heç bir ödəniş həyata keçirilməmiş, İddiaçı MTK-nın təsisçisi olduğundan onunla olan etimad münasibətlərinə əsasən ondan bu ödənişlər tələb olunmamışdır. Tərəflər arasında olan etimad münasibətlərinə əsasən ödənişin ödənilməməsinə rəğmən həmin qeyri-yaşayış sahələri icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh Mənzil Tikinti Kooperativi ## ### 2017-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı tərəfindən icarəçi Cavabdeh Mənzil Tikinti Kooperativinə icarəyə verilmişdir. Sonradan tərəflər arasında münasibət pozulmuşdur.

17. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmişdir. Qərara əsasən, iddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında ## ### 2017-ci il tarixində bağlanmış, biri 130 kvadrat metr, digəri isə 240 kvadrat metr olmaqla iki ayrı qeyri-yaşayış sahəsinə dair icarə müqavilələri xitam verilmiş hesab olunmuşdur. Həmçinin məhkəmə həmin iki qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsini qət etmişdir.

18. Həmin qətnamənin icrası zamanı İddiaçı göstərişi ilə deyil Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən yerində mütəxəssisin iştirakı ilə qeyri-yaşayış sahələrinin yerləri müəyyən edilərək MTK-nın binalarının altında yerləşən təmirsiz qeyriyaşayış sahələrinindən ikisi İddiaçı təhvil verilmişdir. Göründüyü kimi İddiaçı təhvil verə bilmədiyi əmlakı göstərə bilməmiş bu səbəbdən mütəxəssisin iştirakı ilə obyektlərin yerləri alğısatqı müqavilələrindəki ünvanlara uyğun olaraq müəyyən edilmişdir. Həmin obyektlər təhvil verilərkən təmirsiz halda olmuşdur. Əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İddiaçı təhvil vermədiyi qeyri-yaşayış sahələrinə görə xxxx tələb edir. Bu isə İddiaçı hüquqların sui-istifadə etməsidir. MTK-ya təhvil verilməmiş və MTK-nın istifadəsində olmayan (təmirsiz qeyri-yaşayış sahələri olduğu üçün) qeyri-yaşayış sahələrinə görə xxxxnın tələb edilməsi İddiaçı hüquqların sui-istifadə etməsidir. Məhkəmə qeyd edilən normaları düzgün tətbiq etməyərək maddi normaların tələblərini pozmuşdur.

19. İddiaçı hazırki iddiası ilə “xxxx” tələbidir. Həmin tələb üzrə iddia müddəti keçmişdir. Bu barədə MTK tərəfindən ərizə ünvanlanmış və iddianın rədd edilməsi xahiş edilmişdir. Yalnız bundan sonra iddiaçı İddiaçı tərəfindən məhkəmə baxış iclasında iddia tələbi dəqiqləşdirilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi tələbinin məhkəmə baxış iclasında dəqiqləşdirilməsi qanunvericiliyin tələbinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yəni İddiaçı öz hüquqlarından sui-istifadə edərək tam xxxx tələb etmiş, sonradan ərizənin verildiyini görüb məhkəmə baxış iclasında iddianı dəqiqləşdirmiş və məhkəmə dəqiqləşdirməni icraata qəbul etmişdir. Halbuki iddiaçı öz iddia tələbini əvvəldə dəqiqləşdirmiş formada verə bilərdi. Bu yeni hal deyildir ki, lakin iddiaçının dəqiqləşdirməsi məhkəmə icraata qəbul edilmişdir. Göründüyü kimi məhkəmənin iddia müddətinin tətbiqi barədə ərizəni tam təmin edərək iddianı rədd etməli olduğu halda bunu etməyərək maddi normanın tələbini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəf yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

22. Cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi məhkəmə iclaslarının yeri və tarixi barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edib göstərmişdir ki, qeyd edilən qeyriyaşayış sahələri məhkəmə qətnaməsinin icrası olaraq mütəxəssislərin iştirakı ilə yerləri müəyyən olunaraq İddiaçı təhvil verilmişdir. Yəni həmin qeyri-yaşayış sahələri təmirsiz olmuş və icarə obyekti kimi istifadə olunmamışdır. İcarə obyekti kimi istifadə olunmayan sahəyə görə Cavabdeh MTK-dan hər-hansı xxxxnın tələb edilməsi absurddur. Əgər belə bir hal mövcud olsa idi, yəni icarə obyekti istifadə olunsa idi niyə bugünə kimi xxxx tələb edilməmişdir?!. Göründüyü kimi tələb edilən xxxxnın heç bir faktiki və hüquqi əsası mövcud deyildir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir.

23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 24.Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri (...) 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (...)

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. (...)

Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. (...)

Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (...)

Maddə 427. Öhdəliyin icrası müddəti (...) 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (...)

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...) Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş xxxx ödəməyə borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. İddiaçı İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşaraq iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti verməmişdir.

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

30. Mülki hüquqi mübahisələrin həllində məhkəmənin üzərinə düşən vəzifə “kimin, kimdən, nəyi və hansı əsasla” tələb etməsini aydınlaşdırmaqdır. Bu baxımdan, ilk növbədə bu qayda üzrə ardıcıl yoxlama nəticəsində iddiaçının tələb hüququ, iddianın yönəldiyi şəxsin həmin tələb üzrə cavabdehliyi, iddiaçının tələbinin nədən ibarət olması və sonda həmin tələbin qanuni əsasları tapılmalıdır.

31. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi arasında ## ### 2017-ci il tarixli 3M-*** və *M-*** nömrəli icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçıya məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində yerləşən Cavabdeh yaşayış kompleksindəki 130 kvadrat metr və 240 kvadrat metr sahəyə malik qeyri-yaşayış sahələri cavabdehin istifadəsinə verilmişdir. Müqavilələrdə 130 kv.m sahə üzrə aylıq 200 manat, 240 kv.m sahə üzrə isə aylıq 300 manat xxxx müəyyən edilmişdir.

32. Müqavilələrin müddəti ## ### 2020-ci il tarixinədək müəyyən edilmiş, tərəflərin susması halında yalnız bir dəfəlik olaraq bir il müddətinə uzadılması nəzərdə tutulmuşdur. Bu şərtə əsasən hüquqi münasibətlərin maksimum davametmə müddəti ## ### 2021-ci il tarixi ilə məhdudlaşmışdır. Lakin iş materialları ilə müəyyən olunur ki, cavabdeh həmin əmlaklardan faktiki istifadəni davam etdirmiş, icarə haqlarını isə tam şəkildə ödəməmişdir.

33. Sonradan iddiaçı tərəfindən müqavilə münasibətlərinin xitamı, əmlakların boşaldılması və təhvil verilməsi tələbi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin ## #### 2025-ci il tarixli qətnaməsi ilə icarə müqavilələrinə xitam verilmiş, əmlakların boşaldılması və iddiaçıya qaytarılması qət olunmuşdur. Həmin qətnamə icra olunaraq 2025-ci ilin oktyabr ayında əmlaklar iddiaçıya təhvil verilmişdir.

34. Hazırkı mübahisə isə həmin icarə münasibətlərindən irəli gələn xxxxnın tutulması tələbi ilə bağlıdır. İddiaçı 2017-ci ildən başlayaraq bütün dövr üzrə xxxxnın ödənilmədiyini bildirərək ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsi üçün 19.800 manat və ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsi üçün isə 29.700 manat məbləğlərində icarə haqlarının tutulmasını tələb etmişdir.

35. Cavabdeh isə apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı faktiki olaraq uzun müddət sonra iddia qaldırmış, iddia müddəti ötürülmüş, birinci instansiya məhkəməsi isə iddia müddətinin tətbiqi barədə ərizəni düzgün qiymətləndirməmişdir. Eyni zamanda cavabdeh iddia tələbinin məhkəmə baxışı zamanı dəyişdirilməsini prosessual hüquqlardan sui-istifadə kimi qiymətləndirmişdir.

36. Məhkəmə kollegiyası ilk növbədə mübahisənin mahiyyətini müəyyən edərək qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675ci və 700-cü maddələrinin tələblərinə uyğun olaraq icarə (əmlak kirayəsi) münasibətləridir. Həmin normalara əsasən icarəyə verən əmlakı istifadəyə verməyi, icarəçi isə bunun müqabilində xxxx ödəməyi öhdəsinə götürür. xxxx öhdəliyi pul öhdəliyi olmaqla mütəmadi (vaxtaşırı) icra edilən öhdəlik xarakteri daşıyır.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəlik kreditorun xeyrinə müəyyən hərəkətin edilməsi və ya pul ödənilməsi ilə bağlıdır və kreditor borcludan icranı tələb etmək hüququna malikdir. 442-ci maddəyə əsasən öhdəliyin icra edilməməsi onun pozulması hesab edilir. 425-ci maddəyə görə isə öhdəliklər vicdanlılıq prinsipi əsasında lazımi qaydada və müəyyən edilmiş vaxtda icra edilməlidir.

38. İş materialları ilə müəyyən edilir ki, cavabdeh icarə predmetindən (qeyri-yaşayış sahələrindən) istifadə etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş icarə haqlarını tam və vaxtında ödəməmişdir. Bu səbəbdən iddiaçının xxxxnın tutulması barədə tələbi əsaslıdır.

39. Lakin mübahisənin həllində əsas hüquqi məsələlərdən biri iddia müddətinin tətbiqidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən iddia müddəti hüququn müdafiəsi üçün müəyyən edilmiş vaxtdır. 373.2-ci və 373.3-cü maddələrə əsasən müqavilə tələbləri və vaxtaşırı icra edilən öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. 375.2-ci maddəyə əsasən iddia müddəti yalnız tərəfin ərizəsi olduqda məhkəmə tərəfindən tətbiq edilir.

40. Hazırkı iş üzrə xxxx aylıq öhdəlik olduğundan hər ay üzrə ayrıca tələb hüququ yaranır və hər bir aylıq ödəniş üçün iddia müddəti ayrıca hesablanmalıdır. Bu baxımdan 2017-ci ildən etibarən yaranmış bütün borcun tam şəkildə 2025-ci ildə tələb edilməsi hüquqi baxımdan iddia müddətinin keçmiş hissəsinə şamil edilə bilməz.

41. Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir və bu səbəbdən yalnız son 3 illik dövr üzrə tələblər təmin edilə bilər.

42. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə əsaslı hesab etdikdə son üç ildən əvvəlki dövr üçün hesablanaraq tələb olunan icarə haqları – ## ### 2017-ci il tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 7200 manat (aylıq xxxx 200 manat x 36 ay (3 il)=7200 manat) və ## ### 2017-ci il tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 10800 (aylıq xxxx 300 manat x 36 ay (3 il)=10800 manat) məbləğində müəyyən edərək tutulması təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu yanaşma Mülki Məcəllənin 373-cü maddəsinin mahiyyətinə, iddia müddətinin hüquqi təyinat prinsipinə uyğundur.

43. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq ## ### 2017-ci il tarixli 3M-*** və *M-*** nömrəli müqavilələr üzrə yalnız son 36 ay üçün hesablanmış xxxxnı təmin etmiş, müvafiq olaraq 7200 manat və 10800 manat məbləğlərinin cavabdehdən tutulmasına dair nəticəyə gəlmişdir.

44. Cavabdehin iddia tələbinin məhkəmə baxışı zamanı dəqiqləşdirilməsi ilə bağlı dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 53-cü maddəsi iddia tələbinin dəyişdirilməsi və ya dəqiqləşdirilməsi qaydasını müəyyən edir. Lakin bu məsələ iddia müddətinin tətbiqi institutuna təsir etmir və maddi hüquqi nəticəni dəyişmir. İddia müddəti prosessual deyil, maddi hüquq normasıdır və onun tətbiqi yalnız qanunla müəyyən edilmiş qaydada mümkündür.

45. Eyni zamanda cavabdehin iddia müddətinin tam tətbiq olunmalı olduğu barədə dəlilləri də əsaslı hesab edilə bilməz, çünki xxxx üzrə hər ay ayrıca öhdəlik yaranır və bu öhdəliklərin bir hissəsi üçün iddia müddəti keçmiş, bir hissəsi üçün isə keçməmiş hesab olunur. Bu səbəbdən birinci instansiya məhkəməsinin yalnız son üç il üzrə tələbi təmin etməsi qanunvericiliyə uyğun və düzgün hüquqi yanaşmadır.

46. Bütün sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

47. Bununla yanaşı qətnamənin icrası zamanı qeyri-yaşayış sahələrinin İddiaçı göstərişi ilə deyil, icra məmurları tərəfindən mütəxəssisin iştirakı ilə müəyyən edilərək iddiaçıya təhvil verilməsi, təhvil verilən sahələrin təmirsiz vəziyyətdə olması, icarə müqaviləsinə əsasən kirayəyə verən əmlakı istifadəyə verməli, kirayəçi isə yalnız istifadə etdiyi əmlaka görə xxxx ödəyərək MTK-ya faktiki təhvil verilməmiş və istifadəsində olmayan qeyri-yaşayış sahələrinə görə xxxxnın tələb edilməsi barədə iddiaçının hüquqdan sui-istifadə etməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası nəzərə alır ki, İddiaçı və Cavabdeh Mənzil Tikinti Kooperativi arasında ## ### 2017-ci il tarixli icarə müqavilələrinin mövcudluğu tərəflərin üzərinə qarşılıqlı öhdəliklər qoyur və bu öhdəliklər qüvvədə olduğu müddətdə icrası məcburidir. Mülki qanunvericiliyin tələbinə görə, müqavilə tərəflər üçün qanun qüvvəsinə malikdir və birtərəfli qaydada ondan imtina və ya icrasından yayınma yol verilməzdir. Hazırkı halda tərəflər arasında bağlanmış icarə müqavilələri etibarsız hesab edilməmiş, ləğv olunmamış və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada xitam verilməmişdir. Buna görə də, həmin müqavilələr üzrə öhdəliklər, o cümlədən xxxxnın ödənilməsi öhdəliyi qüvvədə qalır.

48. MTK tərəfindən irəli sürülən “əmlakın təhvil verilməməsi” arqumenti müqavilə öhdəliklərinin icrasından tam azad olunmaq üçün əsas hesab edilə bilməz. Belə ki, əgər kirayəçi əmlakın təhvil verilmədiyini iddia edirsə, bu halda o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilənin ləğvini tələb etməli və ya öhdəliyin icrasının mümkünsüzlüyünü sübuta yetirməlidir. Əks halda, mövcud müqavilə münasibətləri çərçivəsində öhdəliklərin icrasından yayınması kimi qiymətləndirilməlidir.

49. Bundan əlavə, tərəflər arasında əvvəllər formalaşmış münasibətlər, o cümlədən eyni şəxsin həm MTK ilə bağlılığı, həm də müqavilələrin bağlanması zamanı mövcud olan etimad münasibətləri, bağlanmış müqavilələrin hüquqi nəticələrini aradan qaldırmır. Müqavilələrin mövcudluğu və qüvvədə olması faktı əsas götürülməlidir.

50. Beləliklə, icarə müqavilələrinin mövcud olduğu şəraitdə MTK-nın xxxxnı ödəməkdən imtina etməsi müqavilə öhdəliklərinin pozulması kimi qiymətləndirilməlidir və bu hal öhdəliyin icra edilməməsinə əsas verən hüquqi səbəb hesab edilə bilməz.

51. Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

52. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

53. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

54. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

56. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mövcud tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməklə gəldiyi nəticə əsaslı olmuşdur.

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar