Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-2(3-9)-101/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İmanov Cahid Fehruz oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi ilə, İddiaçı İddiaçı X1 Səhmdar Cəmiyyətinin Ləğvedicisi “X3” MMC-nin cavabdeh Cavabdeh Firmasına qarşı tələbinə dair Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Firması tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə tərkibi MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı X1 Səhmdar Cəmiyyətinin Ləğvedicisi “X3” MMC cavabdeh Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı KB ASC ilə cavabdeh Cavabdeh firması arasında bağlanmış ##.##.2006-cı il tarixli, ** nömrəli və ##.##.2006-cı il tarixli, İ-01/06 nömrəli kredit müqavilələrinə xitam verilməsi və ##.##.2006-cı il tarixli, ** nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh firmasından ləğvetmədə olan İddiaçı Kommersiya Bankı ASC-nin xeyrinə 850.000 manat əsas borcun, 616.533,33 manat əsas borca hesablanmış faiz borcunun, 185.488,89 manat vaxtı keçmiş kreditə hesablanmış faiz borcunun, cəmi 1.652.022 manat borcun, ##.##.2006-cı il tarixli, İ- 01/06 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh firmasından ləğvetmədə olan İddiaçı KB ASC-nin xeyrinə 88.000 manat əsas borcun, 38.919,65 əsas borca hesablanmış faiz borcunun, 22.647,78 manat vaxtı keçmiş kredit hesablanmış faiz borcunun, cəmi 149.561,43 manat borcun, həmçinin ödənilmiş dövlət rüsumuna görə 30 manatın cavabdeh Cavabdeh firmasından tutulması, tutulmanın ##.##.2005ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş X2 mülkiyyətində olan Kürdəmir rayon DTİ vəMHTİ-si tərəfindən verilmiş ##.##.1994-cü il tarixli, ** nömrəli qeydiyyatvərəqəsinə əsasən Kürdəmir rayonu Şor şor kəndində yerləşən 94 kv.metr inzibati binadan və 870 kv.m. anbar sahəsindən ibarət olan dəyirman binasına yönəldilməsi, dəyirman binasının açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğin borcun təminatı kimi hazırda ləğvetmə prosesində olan İddiaçı KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx" KB ASC ilə Cavabdeh Firması arasında bağlanmış ##.##.2006-cı il tarixli, ** nömrəli və ##.##.2006-cı il tarixli, İ-01/06 nömrəli kredit müqavilələrinə xitam verilməsi, ##.##.2006-cı il tarixli, ** nömrəli kredit müqaviləsi üzrə 850.000 manat əsas borc, 616533,33 manat əsas borca hesablanmış faiz borcu, 185488,89 manat vaxtı keçmiş kreditə hesablanmış faiz borcu, cəmi 1652022,22 manat, 2306.2006-cı il tarixli, İ-01/06 nömrəli kredit müqaviləsi üzrə 5780 manat əsas borc, 37841,65 manat əsas borca hesablanmış faiz borcu, 22647,78 manat vaxtı keçmiş kreditə hesablanmış faiz borcu olmaqla, cəmi 66269,43 manat, həmçinin ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pulun cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı İddiaçı KB ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh Firması ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və eyni zamanda qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Şirvan Kommersiya məhkəməsinə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, cavabdeh Cavabdeh Firmasının Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxması üzrlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş Şirvan Аpellyаsiyа Məhkəməsinə ##.##.2026-cı il tarixində daxil olmuş və Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Şirvan Kommersiya Məhkəməsi ## #### 2026-cı tarixli sorğusu ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, həmin iş üzrə iddiaçı LPO İddiaçı Kommersiya Bankı ASC tərəfindən Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-**/**** saylı qərardadından vermiş olduğu şikayət və buraxılmış prosessual müddətin bərpasına dair ərizənin ##.##.2026-cı il tarixdə daxil olması səbəbindən buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılması üçün *-*(***)-**/**** saylı işin Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər hər hansı bir üzürlü səbəbini bildirmədən məhkəmədə iştirak etməmişlər. Kollegiya MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, Şirvan Kommersiya Məhkəməsinin iddiaçı LPO İddiaçı Kommersiya Bankı ASC-nin şikayətinə münasibət bildirməsi üçün iş baxışdan çıxarılmalı və kommersiya işi Şirvan Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263- 264, 366 və 400-cü mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə tərkibi Qərаrа аldı: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(*-*)-***/**** saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. İş apellyasiya baxışından çıxarılsın və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(3-9)-101/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-9)-101/2026
09.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver