Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(3-9)-11/2026 29.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(121)-2282/2025 nömrəli qərardadından (hakim. Z.Abbasov) cavabdeh X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı2 cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-2282/2025 nömrəli qətnaməsi ilə İddiaçı2 cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Cavabdeh X2 xx.xx.2025-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(121)-2282/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(121)-2282/2025 nömrəli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)- 2282/2025 nömrəli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti dövlət rüsumunun prosessual iştirakçı olmayan şəxs tərəfindən ödənilməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh X2 şikayət verərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(121)-2282/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan dövlət rüsumu iş üzrə cavabdeh (apelyant) X2 tərəfindən deyil, iş üzrə proses iştirakçısı olmayan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin hesabına ödənilmişdir. Lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, cavabdehə "xxxx" MMC-nin qanuni təmsilçisi və təsisçisidir. Buna görə də o rüsumu "xxxx" MMC adından ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Lakin cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd yüklənmişdir. Dövlət rüsumu isə hər hansı kənar şəxs adına deyil, cavabdehin nümayəndəsi və təsisçisi olduğu MMC hesabından ödənilmişdir. Odur ki, apellyasiya şikayətinin icraata götürülməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(121)-2282/2025 saylı qərardadı ilə cavabdeh X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2282/2025 saylı, 5 yanvar 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə cavabdeh qismində proses iştirakçısı olan X2 ilə onun təsisçisi və qanuni nümayəndəsi olduğu "xxxx" MMC ayrı-ayrı, mülki hüquq və vəzifələrin müstəqil daşıyıcıları olan subyektlərdir. Apellyasiya şikayəti iş üzrə cavabdeh X2 tərəfindən verildiyinə görə, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumu da onun tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Belə ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən müvafiq sənədi öz adından iddia ərizəsinə əlavə etmədiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Kollegiya hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2282/2025 saylı, 5 yanvar 2026-cı il tarixli qərardadı qanunidir və ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması ilə bağlı məsələyə düzgün hüquqi qiymət vermişdir və buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən də, kollegiya hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Şikayətin dəlilləri formal mülahizələrdən ibarətdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(121)-2282/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(3-9)-11/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-9)-11/2026
29.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver