Məhkəmə qərarları › İş №2-2(3-9)-12/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-12/2026

22.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-12/2026 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X4, cavabdehlərdən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və X2 vəkili, eyni zamanda nümayəndəsi Cavadov Habil Azad oğlunun iştirakları ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, X2, cavabdeh3, X3 və cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin # ###### 2025-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsindən (hakim Zaur Abbasov) cavabdehlərdən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə “xxxx” MMC), X2, cavabdeh3 (bundan sonra mətndə cavabdeh3 MMC), X3 və cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ## ####### 2022-ci il tarixli № *-SME-*-***-**/* saylı kredit müqaviləsi üzrə 688652,73 manat əsas borc, 30148,11 manat faiz, 80,69 manat cərimə olmaqla ümumilikdə 718881,53 manat kredit borcunun, # #### 2023-cü tarixli № *-SME-*-***-**/* saylı kredit müqaviləsi üzrə 264477,61 manat əsas borc, 8555,96 manat faiz, 57,77 manat cərimə olmaqla ümumilikdə 273091,34 manat kredit borcunun, ## #### 2023-cü tarixli № *-SME-*-***- **/* saylı kredit müqaviləsi üzrə 228383,99 manat əsas borc, 5277,24 manat faiz, 34,61 manat cərimə olmaqla ümumilikdə 233695,84 manat kredit borcunun və 1402,83 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 75 manat dövlət rüsumunun və 600 manat xidmət haqqının cavabdehlər “xxxx” MMC, X2, cavabdeh3 MMC, X3 və cavabdeh2 müştərək qaydada tutularaq xeyrinə ödənilməsi, tutmanın cavabdeh2 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyri-yaşayış sahəsinə, cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyri-yaşayış sahəsinə, “xxxx” MMC-nin mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 617.2 kv.m olan qeyri-yaşayış binasına, “xxxx” MMC-nin mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan qeyri-yaşayış binasına, X2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-yə ## ### 2022-ci il tarixli № *-SME-*-***-** saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən İddiaçı ASC-nin Sumqayıt filialından illik 29 faizlə 120 ay müddətinə 2000000 manat məbləğində kredit limiti ayrılmışdır. ## ####### 2022-ci tarixli № *-SME-*-***-**/* saylı kredit müqaviləsinə əsasən xxxx” MMC İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 14 %-lə 36 ay müddətinə 900000 manat məbləğində kredit götürmüşdür. ## ####### 2022-ci tarixli № *-SME-*-***-**/* saylı kredit müqaviləsinə ## ###### 2023-cü il tarixli əlavə sazişə əsasən kredin müddəti ## ####### 2026 tarixədək təyin edilmişdir. # #### 2023-cü tarixli № *-SME-*-***-**/* saylı kredit müqaviləsinə əsasən “xxxx” MMC İddiaçı ASC-nin Sumqayıt filialından illik 14 %-lə 36 ay müddətinə 300000 manat məbləğində kredit götürmüşdür. # #### 2023-cü tarixli № *-SME-1-620- **/* saylı kredit müqaviləsinə ## ###### 2023-cü il tarixli əlavə sazişə əsasən kredin müddəti ## ####### 2026 tarixədək təyin edilmişdir. ## #### 2023-cü tarixli № *-SME-*-***-**/* saylı kredit müqaviləsinə əsasən “xxxx” MMC İddiaçı ASC-nin Sumqayıt filialından illik 14%-lə 24 ay müddətinə 250000 manat məbləğində kredit götürmüşdür. ## #### 2023-cü tarixli № *-SME-1-620-22/5 kredit müqaviləsinə ## ###### 2023cü il tarixli əlavə sazişə əsasən kredin müddəti ## ####### 2026 tarixədək təyin edilmişdir. Borcun təminatı olaraq cavabdeh2 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyri-yaşayış sahəsi ## ### 2022-ci il tarixli DA/*****/** saylı ipoteka müqaviləsi ilə, cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyriyaşayış sahəsi ## ### 2022-ci il tarixli DA/*****/** saylı ipoteka müqaviləsi ilə, “xxxx” MMC-nin mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 617.2 kv.m olan qeyri-yaşayış binası ## #### 2022-ci il tarixli DA/*****/** saylı ipoteka müqaviləsi ilə, “xxxx” MMC-nin mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan qeyri-yaşayış binası ## #### 2022ci il tarixli DA/*****/** saylı ipoteka müqaviləsi ilə, X2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsi ## #### 2023-cü il tarixli DA/*****/** saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş, X2 ilə ## ### 2022-ci tarixli № Z/*****/** saylı, cavabdeh3 MMC ilə ## ### 2022-c il tarixli № Z/*****/** saylı, X3 ilə ## ####### 2022-ci il tarixli № Z/*****/** saylı, cavabdeh2 ilə ## ####### 2022-ci il tarixli № Z/*****/** saylı zaminlik müqaviləsi bağlanmış, “xxxx” MMC-yə məxsus ## ### 2022-ci il tarixli, DOV/*****/** saylı girov müqaviləsinə * saylı əlavədə göstərilmiş tikinti materialları ## ### 2022-ci il tarixli, №DOV/*****/** saylı girov müqaviləsi ilə və “xxxx” MMC-nin hesabına gələcəkdə mədaxil olunacaq girov predmeti olan 7800000 manat pul vəsaiti, o cümlədən pul vəsaitinin qəbul edilməsinin əsasını təşkil edən müqavilədə nəzərdə tutulmuşdursa hesablanan faizlər ## ### 2022-ci il tarixli №GV/*****/** saylı girov müqaviləsi ilə banka girov qoyulmuşdur. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Zaminlər kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşlər. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il ####ın #-dək borcalan “xxxx” MMC-nin banka ## ####### 2022-ci il tarixli № *-SME-*-***-**/* saylı kredit müqaviləsi üzrə 688652,73 manat əsas borc, 30148,11 manat faiz, 806,86 manat cərimə olmaqla, ümumilikdə 719607,7 manat “xxxx” MMC-nin ## ####### 2022-ci il tarixli № *-SME-*-***-**/* saylı kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 806,86 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10%-i miqdarında olmaqla, yəni 80,69 manat məbləğində tələb olunur. 2024-cü il ####ın ##-dək borcalan “xxxx” MMC -nin banka # #### 2023-cü tarixli № *-SME-*-***-**/* saylı kredit müqaviləsi üzrə 264477,61 manat əsas borc, 8555,96 manat faiz, 577,68 manat cərimə borcu olmaqla, ümumilikdə 273611.25 manat borcu vardır. “xxxx” MMCnin # #### 2023-cü tarixli № *-SME-*-***-**/* saylı saylı kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 577,68 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10%-i miqdarında olmaqla, yəni 57,77 manat məbləğində tələb olunur. 2024-cü il ####ın #-dək borcalan “xxxx” MMC-nin banka ## #### 2023-cü tarixli № *-SME-*-***-**/* saylı kredit müqaviləsi üzrə 228383,99 manat əsas borc, 5277,24 manat faiz, 346,14 manat cərimə olmaqla, ümumilikdə 234007.37 manat borcu vardır. “xxxx” MMC-nin ## #### 2023-cü tarixli № *-SME-*-***-**/* saylı kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 346,14 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10%-i miqdarında olmaqla, yəni 34,61 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq “xxxx” MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi X4 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdehlər “xxxx” MMC, X2 və cavabdeh3 MMC-nin vəkili, eyni zamanda nümayəndəsi Cavadov Habil Azad oğlu kredit müqavilələri üzrə borcu qismən, ekspertiza rəyində müqavilə müddətlərinin bitdiyi tarixlərə hesablanmış həcmdə qəbul etdiklərini bildirmiş, ipoteka qoyulmuş əmlakların ilkin satış qiymətinin təqdim etdikləri rəy əsas götürülərək müəyyən edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin # ###### 2025-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər “xxxx” MMC, X2, cavabdeh3 MMC, X3 və cavabdeh2 müştərək qaydada ##.##.2022-ci il tarixli, *-SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə 688652,73 manat əsas borc, 15893,26 manat faiz borcu, 5 manat cərimə, ##.##.2023-cü il tarixli, *-SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə 264477,61 manat əsas borc, 8320,01 manat faiz borcu, 5 manat cərimə, ##.##.2023-cü il tarixli, *-SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə 228383,99 manat əsas borc, 4203,76 manat faiz borcu, 5 manat cərimə, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 75 manat məbləğində rüsum, 600 manat xidmət haqqı və ödənilmiş 1402,83 manat dövlət rüsumu olmaqla, cəmi 1212024,19 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, tələbin cavabdeh2 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 186507 manat, cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 74934 manat, “xxxx” MMC-nin mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 617.2 kv.m olan qeyri-yaşayış binasına ilkin satış qiyməti 210000 manat, “xxxx” MMC-nin mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan qeyri-yaşayış binasına ilkin satış qiyməti 222615 manat, X2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsinə ilkin satış qniyməti 123500 manat müəyyən edilməklə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən 1212024,19 manat məbləğində pulun “xxxx” ASC-yə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması, ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 250 manat ekspertiza xərcinin cavabdehlər “xxxx” MMC, X2, cavabdeh3 MMC, X3 və cavabdeh2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlər “xxxx” MMC və cavabdeh1 birgə apellyasiya şikayəti verərək qətnmənin ##.##.2022-ci il tarixli, *-SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə 688652,73 manat məbləğində əsas borcun tutulması, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 186507 manat, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 74934 manat, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 617.2 kv.m olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 210000 manat, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan qeyriyaşayış binasının ilkin satış qiymətinin 222615 manat, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsinin ilkin satış qiymətinin 123500 manat məbləğində müəyyən edilməsi hissələrdə ləğv edilməsi, ##.##.2022-ci il tarixli, *-SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə 671834.33 manat məbləğində əsas borcun tutulması, əmlakların yeni likvid qiymətinin müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə MPM-in 102.2-ci maddəsində göstərilən prosessual hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə tərəfindən ##.##.2024-cü il tarixində ekspertiza təyin edilmiş, ipoteka ilə yüklü edilmiş əmlakların real bazar və hazırki likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuşdur. ##.##.2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəs, Malik Mustafayev küçəsi 17B, qapı 6-da 90.1 kv.m. qeyri yaşayış sahəsinə 207230 manat bazar, 186507 manat likvid qiymət qoyulmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəs Malik Mustafayev küçəsi 17B, qapı 5-də 36.2 kv.m. qeyri yaşayış sahəsinə 83260 manat bazar, 74934 manat likvid qiymət qoyulmuşdur. ünvan 3ndə 2.5 ha torpaq sahəsində yerləşən 617.2 kv.m. sahədən ibarət restorana 219106 manat bazar, 210000 manat likvid qiymət qoyulmuşdur. ünvan 3ndə 0.045 ha torpaq sahəsində yerləşən 824.5 kv.m. sahədən ibarət marketə 247350 manat bazar, 222615 manat likvid qiymət qoymuşdur. Məhkəmə prosesində tərəflərindən əmlaklara çox aşağı qiymət qoyulması səbəbindən təkrar qiymətləndirmə təyin olunması barədə şifahi vəsatət verilmiş, məhkəmə bununla razılaşaraq ## ###### 2025-ci il tarixində məhkəmə tikinti-texniki (əmtəəşünaslıq) ekspertizası təyin etmiş, aparılmasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Lakin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertiza keçirilməmiş, icrasız geri qaytarılmışdır. Bununla bağlı ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmənin keçirilməsi üçün yazılı vəsatət verilmiş, lakin məhkəmə tərəfindən vəsatət təmin edilməmiş, əsaslandırılmış qərardad qəbul edilməmişdir. Məhkəmə bununla kifayətlənməyərək heç bir təkrar qiymətləndirmə aparmadan daha əvvəl qəbul etmədiyi “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən əmlaklara qiymət qoymuşdur. Beləliklə məhkəmə “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli qiymətləndirmə hesabatını qəbul etməyərək ##.##.2025-ci il tarixində məhkəmə tikinti-texniki (əmtəəşünaslıq) ekspertizası təyin etmiş, lakin rəy verilmədiyinə görə yenidən qiymətləndirmə təyin etmək əvəzinə, əmlaklara daha əvvəl qəbul etmədiyi hesabatlara uyğun ilkin satış qiyməti təyin etmiş, bununla da prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Məhkəmə MPM-in 103.2ci maddəsinin tələblərinin pozulmasına yol verərək təqdim edilmiş “xxxx” MMC-nin ##.##.2024cü il tarixli qiymətləndirmə hesabatlarını nəzərə almamış, hətta buna heç bir münasibət bildirməmişdir. Halbuki, həmin hesabatlarda əmlaklara real bazar və likvid qiymətlər qoyulmuşdur. Hətta bankın 2022-ci il tarixində ipoteka ilə yüklü edilmiş əmlaklara qoyduğu bazar dəyəri 2 il sonra “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli qiymətləndirmə hesabatında əks olunmuş dəyərdən artıq idi. Beləliklə hazırki iş üzrə ipoteka ilə yüklü edilmiş əmlaklara 4 (dörd) müxtəlif qiymətlər qoyulmuşdir. Birincisi 2022-ci il tarixində ipoteka müqaviləsində, ikincisi ##.##.2024-cü il tarixində “xxxx” MMC tərəfindən, üçüncü ##.##.2024-cü il tarixində “xxxx” MMC tərəfindən, dördüncü isə ##.##.2025-ci il tarixində "xxxx" MMC tərəfindən. Məhkəmə isə heç bir əsaslandırma aparmadan daha əvvəl verimiş qiymətləndirməni qəbul etmədiyi halda, qətnamədə məhz həmin qiymətləri əsas götürmüşdür. Məhkəmə qətnaməsində ##.##.2022-ci il tarixli, *-SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə 688652,73 manat əsas borc, 15893,26 manat faiz borcu, 5 manat cərimə borcunun tutulmasını qət edərkən nəzərə almamışdır ki, ekspert rəyində bildirişin verildiyi ##.##.2024-cü il tarixə cavabdehin banka olan əsas borcu 695214.33 manat, faiz borcu 15893.26 manat göstərilmişdir, lakin həmin tarixdən sonra ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək olan dövr ərzində “xxxx” MMC tərəfindən ödənilmiş 23380 (iyirmi üçmin üç yüz səksən) manat vəsait nəzərə alınmaqla əsas borc 695214.33 manat – 23380 manat = 671834.33 manat məbləğində tutulmalı idi. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadına əsasən hazırki iş üzrə məhkəmə tikinti-texniki (əmtəəşünaslıq) ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli, "17" lyun 2025-ci il tarixli rəyinə əsasen ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyri-yaşayış sahəsinə, ünvan 1 ünvanında yerləşən ümumisahəsi 36.2 kv.m olan qeyri-yaşayış sahəsinə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji qeyri-yaşayış sahələrinin satışına və qiymətinə dair məlumat olmadığından tədqiqat apanılmamış, bu səbəbdən ekspert qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmamamışdır. İddiaçı tərəfindən sadalanan əmlakların qiymətləndirilməsinə dair "xxxx" MMCnin ## ####### 2025-ci il tarixli hesabatları təqdim edilmişdir. Eyni zamanda tərəfimizdən də sadalanan əmlakların qiymətləndirilməsinə dair ##.##.2024-cü il tarixli mütəxəssis rəyləri təqdim edilmişdir. Aşağıda göstərilən cədvəldə əmlaklara qoyulmuş qiymətlər müqayisə edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəs. Malik Mustafayev küçəsi 17B, qapı 6-da 90.1 kv.m QYS xxxx ##.##.2024-Bazar–207230 manat, Likvid-186507 manat, xxxx ##.##.2024 - Bazar 310000 manat, Likvid – 279000 manat, xxxx ##.##.2025 Bazar - 209000 manat, Likvid – 188000 manat; Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəs., Malik Mustafayev küçəsi 17B, qapı 5-də 36.2 kv.m. QYS xxxx ##.##.2024 - Bazar – 83260 manat, Likvid - 74934 manat, xxxx ##.##.2024 - Bazar - 123000 manat, Likvid – 110700 manat, xxxx ##.##.2025 Bazar – 85000 manat, Likvid – 76000 manat; ünvan 3ndə 2.5 ha torpaq sahəsi və üzərində olan 617.2 kv.m. QYŞ – restoran xxxx ##.##.2024 - Bazar – 219106 manat, Likvid – 210000 manat, xxxx ##.##.2024 - Bazar - 366000 manat, Likvid – 329400 manat, xxxx ##.##.2025 Bazar – 222000 manat, Likvid–211000 manat; ünvan 3ndə 0.945 ha torpaq sahəsi və üzərində olan 824.5 kv.m. QYS–Market - xxxx ##.##.2024 - Bazar- 247350 manat, Likvid – 222615 manat, xxxx Bazar ##.##.2024 – Bazar 434000 manat, Likvid – 390000 manat, xxxx ##.##.2025 Bazar - 249000 manat, Likvid – 224000 manat. Müqayisəli cədvəldən də göründüyü kimi, "xxxx" MMC-nin hesabatları 2025-ci ilin oktyabr ayının 14-də verilsə də, # ######## 2024-cü il tarixində "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabtlarında əks olunmuş bazar qiymətləri cüzi, birinci halda 1770 manat, ikinci halda 1740 manat, üçüncü halda 2894 manat, dördüncü halda 1650 manat və beşinci halda isə 2000 manat fərqlə təkrarlayır. Eyni vəziyyət likvid qiymətlərində birinci halda 1493 manat, ikinci halda 1066 manat, üçüncü halda 1000 manat, dördüncü halda 1385 manat və beşinci halda isə 650 manat fərqlə təkrarlanır. Halbuki, hələ bir il bundan əvvəl “xxxx” MMC tərəfindən verilmiş qiymət həqiqəti əks etdirmədiyinə görə məhkəmə tərəfindən ##.##.2025-ci il tarixində Məhkəmə tikinti-exniki (əmtəəşünaslıq) ekspertizası təyin edilmişdir. Ötən bir il ərzində isə daşınmaz əmlak bazarında qiymətlərdə ən azı 20-30 faiz artım müşahidə olunmuşdur. Əlavə olaraq bildiririk ki, tərəfimizdən də keçən il mütəxəssis rəyləri alınmışdır, cədvəldən də göründüyü kimi, orada əks olunan qiymətlər həm “xxxx” MMC-nin verdiyi qiymətlərdən, həm də bir il sonra “xxxx" MMC-nin verdiyi qiymətlərdən kəskin şəkildə fərqlənir. Bununla yanaşı, “xxxx" MMC ünvan 3 ünvanında 2.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 617.2 kv.m olan qeyriyaşayış binasını qiymətləndirərkən Analoq 1-dən istifadə etmişdir. Həmin analoq ümumi tikilisi 500 kv.m. olan 6000 kv.m. torpaq sahədən ibarət qeyri-yaşayış sahəsidir, dəyəri isə 735000 manatdır, sözügedən əmlak isə 617.2 kv.m. olan 25000 kv.m. torpaq sahəsində yerləşir, qiymətləndirici 222000 manat, yəni 3.3 dəfə uzuz qiymət qoymuşdur. Eyni hallar digər əmlaklarda da müşahidə olunur, bu isə həmin qiymətləndirmə hesabatlarının mötəbər olmamasına dəlalət etmişdir. Bundan başqa, “xxxx” MMC tərəfindən qoyulmuş qiymət həqiqəti əks etdirmədiyinə görə məhkəmə tərəfindən ##.##.2025-ci il tarixində məhkəmə tikinti-texniki (əmtəəşünaslıq) ekspertizası təyin edilmiş, lakin ekspertlər əmlaklara qiymət qoymadığına görə cavadehin vəsatəti ilə məhkəmə tikinti-texniki (əmtəəşünaslıq) ekspertizası təyin etmək əvəzinə # ######## 2024-cü il tarixində, yəni 14 ay əvvəl verilmiş qiymətləndirmə hesabatında əks olunmuş qiymətləri əsas götürərək ilkin satış qiyməti qoymuşdur, halbuki yuxarıda göstərildiyi kimi məhkəmə həmin qymətlərlə razı olmadığına görə ##.##.2025-ci il tarixində yenidən ekspertiza təyin etmişdir. Göründüyü kimi, məhkəmə əmlaklara ilkin satış qiymət qoyulması məsələsində ziddiyyətli mövqe sərgiləmişdir. Belə ki, bir tərəfdən # ######## 2024-cü il tarixli qiymətləndirməni mötəbər saymayaraq ##.##.2025-ci il tarixində yenidən əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspertlər rəy vermədiyində görə yenidən ekspertiza təyin etmək əvəzinə əvvəl qəbul etmədiyi qiymətləri əsas götürərək, sanki cavabdehləri “cəzalandıraraq” əmlaklara çox aşağı hesab ediləcək ilkin satış qiyməti qoymuşdur. Cavabdehlər sonradan apellyasiya şikayətinə əlavə verərək, qətnamənin ##.##.2022-ci il tarixli, *-SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə 688652,73 manat məbləğində əsas borcun tutulması, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 186507 manat, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 74934 manat, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 617.2 kv.m olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 210000 manat, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 222615 manat, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsinin ilkin satış qiymətinin 123500 manat məbləğində müəyyən edilməsi hissələrdə ləğv edilməsi, ##.##.2022-ci il tarixli, *-SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə 671834.33 manat məbləğində əsas borcun tutulması, əmlakların bazar qiymətlərinin müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinə əlavənin verilməsi zərurərti yaranmışdır. Belə ki, ## #### 2025-ci il tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət informasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, # ###### 2025-ci il, “Azərbaycan” qəzeti, # ###### 2025-ci il, № ***, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № *, maddə 744) ilə ipoteka haqqında Qanunun 39.3.3-cü maddəsi yeni redaksiyada verilmişdir: ipoteka predmetinin bazar qiyməti tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. Şirvan Kommersiya məhkəməsi qüvvədə olan maddi hüquq normasının tələblərinə əsasən ipoteka predmetinin bazar qiymətini müəyyən etməli idi, məhkəmə isə qüvvədən düşmüş normaya istinad etməklə əmlakın ilkin satış qiymətini müəyyən etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasınə xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində cavabdehlər ##.##.2022-ci il tarixli, *-SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə 671834,33 manat məbləğində əsas borcun tutulması, əmlakların yeni likvid qiymətinin müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Apellyasiya şikayəti tamamilə əsassızdır və ona görə də təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsində ipoteka predmetlərinin ilkin satış və hazırki likvid dəyərinin müəyyən edilməsi ilə bağlı bir neçə məhkəmə əmtəəşünaslıq eskpertizaları keçirilmişdir. İşdə ipoteka predmetlərinin ilkin satış və hazırki likvid dəyərləri ilə bağlı bir neçə rəy vardır. Eyni zamanda, birinci instansiya məhkəməsində borcla bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınaraq işə əlavə edilmişdir. Bütün bunlara baxmayaraq cavabdehlər işi uzatmaq, borcun ödənilməsindən yayınmaq məqsədilə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişlər. Hesab edirlər ki, verilmiş apellyasiya şikayəti hazırki işin əsassız uzadılmasına, qətnamənin vaxtında icrasının qarşısını almağa və bununla da, iş üzrə sürüdürməçiliyə yönəlmiş bir addımdır. Bundan başqa cavabdehlərin vəkili və nümayəndəsi eyni zamanda bank əməkdaşıdır. Vəkil tərəfindən əsassız olaraq iş üzrə məhkəmə aidiyyətinin mübahisələndirilməsi, cavabdehləri kredit borcun ödənilməkdən yayındırmaq, iş üzrə süründürməçiliyə yönəlmiş əsassız şikayətlər verməklə banka ciddi ziyan vurur. Bu hal eyni zamanda məhkəmələrdə iş yükünün artmasına səbəb olmaqla yanaşı, iş üzrə yekun məhkəmə aktının vaxtında çıxarılmasına və qanuni qüvvəsini almasına mane olur. Bləliklə verilmiş apellyasiya şikayətində qeyd edilən halların əsaslılığına dair heç bir tutarlı sübut və dəlil təqdim edilmədiyinə görə, şikayət təmin edilə bilməz və rədd olunmalıdır. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə əlavəyə qarşı yazılı etiraz təqdim edərək işdə olan “xxxx” MMC-nin rəyi ilə müəyyən edilmiş ipoteka predmetləri olan əmlakların bazar qiymətləri nəzərə alınıb əsas götürülməklə, qeyd olunan əmlakların ilkin-satış qiymətlərinin müəyyən edilməsinə etiraz etmədiklərini bildirmişdir. Apellyasiya şikayətinə əlavəyə qarşı yazılı etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi zamanı ipoteka predmetlərinin ilkin satış və hazırki likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq eskpertizası təyin edilmişdir. Həmin ekspertizaya əsasən “xxxx” MMC tərəfindən müvafiq rəy verilmişdir. Məhkəmə tərəfindən ipoteka predmetlərinin ilkin-satış qiymətləri müəyyən edilərkən həmin rəyə istinad edilmişdir. Həmin rəydə ipoteka predmetlərinin bazar qiymətləri də müəyyən edilmişdir. İddiaçı kimi hazırda məhkəmə tərəfindən qanunvericiliyin tətəbiqi ilə bağlı ipoteka predmetlərinin bazar qiymətlərini müəyyən edilərkən sözügedən rəydə qeyd olunan əmlaklarla bağlı müəyyən edilmiş bazar qiymətlərinə istinad edilməsinə etiraz etmirik. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehlər “xxxx” MMC-nin və cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi Cavadov Habil Azad oğlu apllyaisya şikayətini və ona əlavəni müdafiə edib, yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı “xxxx” MMC-dən alınan mütəxəsis rəyi ilə razılaşmırlar, hesab edirlər ki, həmin rəy iddiaçı tərəfindən əvvəl təqdim edilmiş və birinci instansiya məhkəməsi tərəfindən alınan rəydən fərqlənmir. “xxxx” MMC qiymətləndirmə əvəzinə texniki-tikinti ekspertizası keçirilib. Çünki bu sözügedən əmlaklarla bağlı hər hansı analoq obyektlər üzrə müqayisəli təhlillər aparılmayıb. Rəy tərəfindən ətrfaflı incələnmiş və müəyyən edilmişdir ki, ekspert əvvəlki “xxxx” MMC-nin verdiyi rəydəki qiymətlərin üzərinə 10 faiz gəlib qiymət qoyub. Məhkəmədə iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə və ona əlavəyə münasibətində bildirdi ki, ##.##.2022-ci il tarixli, *-SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə müqavilənin birtərəfli qaydada ləğv edildiyi ##.##.2024-cü il tarixindən sonra borc alan “xxxx” MMC tərəfndən edilmiş ödənişlərin həmin kredit üzrə qətnamə ilə müəyyən olunan borcdan çıxılmasına etirazları yoxdur. Bundan başqa apellyasiya baxışı zamanı “xxxx” MMC-nin təqdim etdiyi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair qiymətləndirmə hesabatına qarşı hər hansı bir etirazları yoxdur. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər cavbdehlər məhkəmədə iştirak etməmiş, nümayəndələri vasitəsilə təmsil olunmamışlar. Kollegiya MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlər apellyasiya şikayətində ##.##.2022-ci il tarixli, *-SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə müəyyən olunan borc məbləğinin azaldılmasını, ipoteka predmetilərinin ilkin satış qiymətlərinin bazar qiyməti ilə müəyyən olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən ##.##.2022-ci il tarixli, *-SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə müəyyən olunan borc məbləği və ipoteka predmetlərinin müəyyən olunan ilkin satış qiyməti hissələrdə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin və ona əlavənin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlilləri qətnamənin mübahisələndirilən hissələrdə dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissələrdə iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, qismən düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı ##.##.2022-ci il tarixli, *- SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə müəyyən olunan borc məbləği və ipoteka predmetlərinin müəyyən olunan ilkin satış qiyməti hissələrdə mübahisələndirildiyindən, kollegiya iş materiallarında olan mübahisələndirilən hissələrə aid sübutları tədqiq etməyi zəruri hesab edir. Mübahisələndirilən hissələrdə iş materiallarına əlavə edilmiş sübutlar aşağıdakılardan ibarətdir. İddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (borc alan) “xxxx” MMC arasında bağlanmış ## ### 2022-ci il tarixli № *-SME-*-***-** saylı kredit limitinin ayrılmasına dair müqavilədən görünür ki, borc alana kreditor tərəfindən illik 29 faizlə 120 ay müddətinə 2000000 manat məbləğində kredit limiti ayrılmışdır. ## ### 2022-ci il tarixli № *-SME-*-***-** saylı kredit limitinin ayrılmasına dair müqavilə əsasında rəsmiləşdirilmiş və onun ayrılmaz tərkib hissəsi olan ## ####### 2022-ci tarixli № *- SME-*-***-**/* nömrəli kredit müqaviləsindən görünür ki, borc alan “xxxx” MMC-yə illik 14 faiz dərəcəsi ilə 36 ay müddətinə 900000 manat məbləğində kredit verilmişdir. ## ####### 2022-ci tarixli № *-SME-*-***-**/* nömrəli kredit müqaviləsinə ## ###### 2023cü il tarixli əlavə sazişlə kreditin müddəti ## ####### 2026-cı il tarixədək təyin edilmişdir. ## #### 2024-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, İddiaçı ASC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış ## ####### 2022-ci tarixli № *-SME-*-***-**/* nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun məktub alındığı tarixdən 5 gün ərzində tamamilə ödənilməsi cavabdehlərdən tələb edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının */**** nömrəli, 1# ###### 2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış ## ####### 2022-ci tarixli № * SME-*-***-**/* saylı kredit müqaviləsinə əsasən “xxxx” MMC-nin ## #### 2024-cü il tarixə əsas borcu 695214,33 manat, faiz borcu 15893,26 manat müəyyən olunur. Ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində yer alan ödəniş cədvəlindən görünür ki, ## #### 2024-cü il tarixindən sonra # ##### 2024-cü il tarixindən başlayaraq ## #### 2024-cü il tarixinədək borc alan tərəfindən ümumilikdə 23590 manat məbləğində kredit ödənişləri həyata keçirilmişdir (3-cü cild, iş/v-5). Kreditor, ipoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan X2 və borc alan “xxxx” MMC arasında bağlanmış ## #### 2023-cü il tarixli DA/*****/** nömrəli ipoteka müqaviləsindən görünür ki, X2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı ASC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış ## ### 2022-ci il tarixli № *-SME-1 ***-** saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə kreditin verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səviyyəsinin müəyyən edilməsi üçün əmlakın bazar dəyəri 150000 manat müəyyən edilmişdir. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən dəyər ilkin satış qiyməti deyildir və yalnız kreditin verilməsi və onunla bağlı ölçmələrin həyata keçirilməsində istifadə edilməsi üçün nəzərdə tutulmuşdur. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi zamanı ilkin satış qiyməti 105000 manat məbləğində müəyyənləşdirilir (3-cü cild, iş/v-159-161). Birinci instansiya məhkəməsinin qərardadı əsasında “xxxx” MMC-nin təqdim etdiyi qiymətləndirmə hesabatı ilə ## ######## 2024-cü il tarixinə ipoteka predmeti kimi çıxış edən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha yaşayış məntqələrinin torpaqları təyinatlı torpaq sahəsinin bazar dəyəri 130000 manat, likvid dəyəri 123500 manat məbləğində müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha yaşayış məntqələrinin torpaqları təyinatlı torpaq sahəsinin bazar dəyəri 132000 manat, likvid dəyəri 124000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh tərəfin təqdim etdiyi “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha yaşayış məntqələrinin torpaqları təyinatlı torpaq sahəsinin bazar dəyəri 185000 manat, likvid dəyəri 175750 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya baxışı zamanı məhkəmənin qərardadı əsasında “xxxx” MMC-nin təqdim etdiyi ## #### 2026-cı il tarixli qiymətləndirmə hesabatından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha yaşayış məntqələrinin torpaqları təyinatlı torpaq sahəsinin bazar dəyəri 152200 manat, likvid dəyəri 136980 manat müəyyən edilmişdir. Kreditor, ipoteka saxlayan İddiaçı ACS ilə borc alan, eyni zamanda ipoteka qoyan “xxxx” MMC arasında bağlanmış ## #### 2022-ci il tarixli DA/*****/** nömrəli ipoteka müqaviləsindən görünür ki, “xxxx” MMC-nin mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan qeyri-yaşayış binası, kreditor İddiaçı ASC ilə borc alan “xxxx” MMC arasında bağlanmış ## ### 2022-ci il tarixli № *-SME-*-***-** saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə kreditin verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səviyyəsinin müəyyən edilməsi üçün əmlakın bazar dəyəri 280000 manat müəyyən edilmişdir. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən dəyər ilkin satış qiyməti deyildir və yalnız kreditin verilməsi və onunla bağlı ölçmələrin həyata keçirilməsində istifadə edilməsi üçün nəzərdə tutulmuşdur (3-cü cild, iş/v-170). Birinci instansiya məhkəməsinin qərardadı əsasında “xxxx” MMC-nin təqdim etdiyi qiymətləndirmə hesabatı ilə ## ######## 2024-cü il tarixinə ipoteka predmeti kimi çıxış edən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan qeyri-yaşayış binasının bazar dəyəri 247350 manat, likvid dəyəri 222615 manat məbləğində müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan qeyriyaşayış binasının bazar dəyəri 249000 manat, likvid dəyəri 224000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh tərəfin təqdim etdiyi “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan qeyri-yaşayış binasının bazar dəyəri 434000 manat, likvid dəyəri 390600 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya baxışı zamanı məhkəmənin qərardadı əsasında “xxxx” MMC-nin təqdim etdiyi ## #### 2026-cı il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan qeyri-yaşayış binasının bazar dəyəri 283300 manat, likvid dəyəri 254970 manat müəyyən edilmişdir. Qeyd edilən qiymət torpaq sahəsi nəzərə alınmadan, yalnız qeyri yaşayış binasına şamil edilmişdir. Kreditor, ipoteka saxlayan İddiaçı ASC ilə borc alan, eyni zamanda ipoteka qoyan “xxxx” MMC arasında bağlanmış ## #### 2022-ci il tarixli DA/*****/** nömrəli ipoteka müqaviləsindən görünür ki, “xxxx” MMC-nin mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 617,2 kv.m olan qeyri-yaşayış binası kreditor İddiaçı ASC ilə borc alan “xxxx” MMC arasında bağlanmış ## ### 2022-ci il tarixli № *-SME-*-***-** saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə kreditin verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səviyyəsinin müəyyən edilməsi üçün əmlakın bazar dəyəri 250000 manat müəyyən edilmişdir. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən dəyər ilkin satış qiyməti deyildir və yalnız kreditin verilməsi və onunla bağlı ölçmələrin həyata keçirilməsində istifadə edilməsi üçün nəzərdə tutulmuşdur (3-cü cild, iş/v-180). Birinci instansiya məhkəməsinin qərardadı əsasında “xxxx” MMC-nin təqdim etdiyi qiymətləndirmə hesabatı ilə ## ######## 2024-cü il tarixinə ipoteka predmeti kimi çıxış edən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 617.2 kv.m olan qeyri-yaşayış binasının bazar dəyəri 219106 manat, likvid dəyəri 210000 manat məbləğində müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 617.2 kv.m olan qeyriyaşayış binasının bazar dəyəri 222000 manat, likvid dəyəri 211000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh tərəfin təqdim etdiyi “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 617.2 kv.m olan qeyri-yaşayış binasının bazar dəyəri 366000 manat, likvid dəyəri 329400 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya baxışı zamanı məhkəmənin qərardadı əsasında “xxxx” MMC-nin təqdim etdiyi ## #### 2026-cı il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 617.2 kv.m olan qeyri-yaşayış binasının bazar dəyəri 253400 manat, likvid dəyəri 228060 manat müəyyən edilmişdir. Qeyd edilən qiymət torpaq sahəsi nəzərə alınmadan, yalnız qeyri yaşayış binasına şamil edilmişdir. Kreditor, ipoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan cavabdeh2 və borc alan “xxxx” MMC arasında bağlanmış ## ### 2022-ci il tarixli DA/*****/** nömrəli ipoteka müqaviləsindən görünür ki, cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyriyaşayış sahəsi kreditor İddiaçı ASC ilə borc alan “xxxx” MMC arasında bağlanmış ## ### 2022ci il tarixli № *-SME-*-***-** saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə bazar dəyəri 90000 manat, likvid dəyəri 54000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında “xxxx” MMC-nin təqdim etdiyi qiymətləndirmə hesabatı ilə ## ######## 2024-cü il tarixinə ipoteka predmeti kimi çıxış edən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 83260 manat və likvid dəyəri 74934 manat məbləğində müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyriyaşayış sahəsinin bazar dəyəri 85000 manat, likvid dəyəri 76000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh tərəfin təqdim etdiyi “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 123000 manat, likvid dəyəri 110700 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya baxışı zamanı məhkəmənin qərardadı əsasında “xxxx” MMC-nin təqdim etdiyi ## #### 2026-cı il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 91400 manat, likvid dəyəri 82260 manat müəyyən edilmişdir. Kreditor, ipoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan cavabdeh2 və borc alan “xxxx” MMC arasında bağlanmış ## ### 2022-ci il tarixli DA/*****/** nömrəli ipoteka müqaviləsindən görünür ki, cavabdeh2 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyriyaşayış sahəsi kreditor İddiaçı ASC ilə borc alan “xxxx” MMC arasında bağlanmış ## ### 2022ci il tarixli № *-SME-*-***-** saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə bazar dəyəri 225000 manat, likvid dəyəri 135000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında “xxxx” MMC-nin təqdim etdiyi qiymətləndirmə hesabatı ilə ## ######## 2024-cü il tarixinə ipoteka predmeti kimi çıxış edən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 207230 manat və likvid dəyəri 186507 manat məbləğində müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyriyaşayış sahəsinin bazar dəyəri 209000 manat, likvid dəyəri 180000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh tərəfin təqdim etdiyi “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 310000 manat, likvid dəyəri 279000 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya baxışı zamanı məhkəmənin qərardadı əsasında “xxxx” MMC-nin təqdim etdiyi ## #### 2026-cı il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 227500 manat, likvid dəyəri 204750 manat müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair ## ### 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli südüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Bununla belə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun # #### 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, "Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur". Konstitutsiya Məhkəməsinin qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə, həminçinin qanunvericiliyin tələbinə görə kredit müqaviləsi müddətli olmaqla müəyyən vaxt çərçivəsi ilə məhdudlaşır. Hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən bu hərəkətlərin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. O cumlədən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, ## ####### 2022-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qaytarılması üçün razılaşdırılmış müddətin ## ####### 2026-cı il tarixində bitməsinə rəğmən, borc alan tərəfindən kredit öhdəliklərinin lazımınca icra edilməməsindən dolayı bankın ## #### 2024-cü il tarixində vermiş olduğu bildirişlə öhdəliklərin tam olaraq icrasını tələb etməsini, bununla müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edildiyini nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq təyin etmiş olduğu məhkəmə mühasibatlıq ekspertizası qarşısında ## #### 2024-cü il tarixinə mövcud əsas borc, faiz borcunun müəyyən olunması suallarını qoymuşdur. Bununla belə müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edildiyi ## #### 2024-cü il tarixindən sonra ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində yer alan ödəniş cədvəlinə əsasən borc alan tərəfindən ## #### 2024-cü il tarixinədək 23590 manat məbləğində edilmiş ödənişləri nəzərə almamaqda səhvə yol vermişdir. Belə ki, iddiaçının ## ####### 2022-ci il tarixli № *-SME-*-***-**/* saylı kredit müqaviləsi üzrə tələbi 688652,73 manat əsas borc, 30148,11 manat faiz, 80,69 manat cərimə olmaqla ümumilikdə 718881,53 manat kredit borcunun tutulmasından ibarət olmuşdur. Məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə ## ####### 2022-ci tarixli № * SME-*-***-**/* saylı kredit müqaviləsinə əsasən borc alan “xxxx” MMC-nin ## #### 2024-cü il tarixinə əsas borcu 695214,33 manat, faiz borcu 15893,26 manat müəyyən olunmuşdur. Ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində yer alan ödəniş cədvəlinə əsasən ## #### 2024-cü il tarixindən sonra, # ##### 2024-cü il tarixindən başlayaraq ## #### 2024-cü il tarixinədək borc alan tərəfindən ümumilikdə 23590 manat məbləğində kredit ödənişləri həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi müqavilənin birtərəfli ləğvindən sonra kredit üzrə edilmiş 23590 manat ödənişi nəzərə almadan, MPM-in 218.3-cü maddəsinə (Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) istinadla əsas borcun məbləğini tələbdə olduğu kimi 688652,73 manat, faiz borcunun məbləğini isə ekspert rəyinə uyğun 15893,26 manat məbləğində müəyyən etmişdir. Cavabdehlər apellyasiya şikayətində müqavilənin birtərəfli qaydada ləğvindən sonrakı dövrdə edilən ödənişlərin nəzərə alınmasını və ## ####### 2022-ci il tarixli, *-SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə əsas borcun məbləğinin 671834,33 manat müəyyən olunmasını xahiş etmişlər. İddiaçı bankın nümayəndəsi də, apellyasiya baxışı zamanı buna etirazlarının olmadığını bildirmişdir. Artıq yuxarıda qeyd edildiyi kimi kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğvindən sonra kredit üzrə edilmiş 23590 manat ödənişi yekun borc məbləğini müəyyən edərkən nəzərə almamaqda səhvə yol vermişdir. Odur ki, ekspert rəyi əsas götürülməklə ## #### 2024-cü il tarixinə mövcud 695214,33 manat əsas borcdan sonradan qətnamə çıxarılan tarixədək edilmiş 23590 manat ödəniş çıxılmaqla əsas borcun qalıq məbləği müəyyən edilməlidir ki, bu rəqəm (695214,33-23590=671624,33) 671624,33 manata bərabər olur. Cavabdehlər apellyasiya şikayətində əsas borcun məbləğinin 671834.33 manat müəyyən olunmasını istədiklərindən, iddiaçının nümayəndəsi də bununla razılaşaraq əsas borcun məbləğinin həmin həddə müəyyən olunmasına etiraz etmədiyindən, ## ####### 2022-ci il tarixli, *-SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə əsas borcun məbləği təsdiqini tapan 671624,33 manat məbləğində deyil, 671834.33 manat məbləğində müəyyən edilməlidir. Apellyasiya şikayətinin dəlillərini ipoteka predmetlərinin müəyyən olunan ilkin satış qiymətləri hissədə tədqiq edən kollegiya aşağıdakıları qeyd edir. Cavabdehlər apellyasiya şikayətinə əlavədə ipoteka haqqında qanunda edilmiş dəyişikliklərə əsaslanaraq ipoteka predmetlərinin ilkin satış qiymətlərinin likvid deyil, bazar qiyməti ilə təyin olunmasını xahiş etmişlər. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadı əsasında alınan “xxxx” MMC-nin qiymətləndirmə hesabatı əsas götürülməklə ipoteka predmetlərinin ilkin satış qiymətlərinin bazar qiyməti ilə təyin olunmasına etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 1.2.-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Mülki Məcəllənin vəzifələrindəndir; 5.1.-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər; 5.3.-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu : Maddə 10.4 - İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir; Maddə 34.1.1 - Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardant biridir; Maddə 39.3 - (müqavilə bağlanan zaman qüvvədə olmuş redaksiyada) Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 1.0.9 - (müqavilə bağlanan zaman qüvvədə olmuş redaksiyada) İlkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı və cavabdeh mülki hüquq münasibətlərinin subyektləri olaraq eyni hüquq və vəzifələrə malikdirlər. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman “İpoteka haqqında” Qanunun qüvvədə olan normalarına əsasən ipoteka predmetinin ilkin satış qiyməti deyiləndə, ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin likvid qiyməti anlaşılırdı. Kollegiya iş materiallarında olan ipoteka predmetlərinin likvid qiymətlərini müəyyən edən qiymətləndirmə hesabatlarının müqayisəli təhlilini apararaq hesab edir ki, apellyasiya baxışı zamanı “xxxx” MMC-nin təqdim etdiyi hesabat daha inandırıcı və həqiqi vəziyyəti əks etdirdiyinə görə sübut kimi qəbul edilməli və ipoteka predmetlərinin ilkin satış qiyməti ipoteka müqavilələri bağlanan zaman qüvvədə olan “İpoteka haqqında” Qanunun normaları əsas götürülməklə, həmin hesabatdakı likvid qiymətlər üzrə müəyyən edilməlidir. İddiaçının nümayəndəsinin ipoteka predmetlərinin ilkin satış qiymətinin iş materiallarında olan və birinci instansiya məhkəməsinin daha mötəbər hesab etdiyi “xxxx” MMC-nin mütəxəsis rəyindəki bazar qiymətləri ilə təyin olunmasına razılıq verməsinə baxmayaraq, apellyasiya baxışı zamanı alınan mütəxəsis rəyində müəyyən olunan likvid qiymətlər, iddiaçının razılıq vermək istədiyi bazar qiymətlərindən daha yüksəkdir. Misal üçün X2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin qiyməti, ipoteka müqaviləsinin özündə tərəflərin qarşılıqlı razılığı əsasında bazar dəyəri olaraq 150000 manat, ipoteka predmetinə tutma yönəldilməsi zamanı ilkin satış qiyməti kimi 105000 manat məbləğində müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsinin daha mötəbər hesab etdiyi “xxxx” MMC-nin qiymətləndirmə hesabatında həmin torpaq sahəsinin bazar dəyəri 130000 manat, likvid dəyəri 123500 manat məbləğində müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi “xxxx” MMC-nin qiymətləndirmə hesabatında torpaq sahəsinin bazar dəyəri 132000 manat, likvid dəyəri 124000 manat, cavabdeh tərəfin təqdim etdiyi “xxxx” MMC-nin qiymətləndirmə hesabatında isə bazar dəyəri 185000 manat, likvid dəyəri 175750 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya baxışı zamanı məhkəmənin qərardadı əsasında “xxxx” MMC-nin təqdim etdiyi ## #### 2026-cı il tarixli qiymətləndirmə hesabatında isə həmin torpaq sahəsinin bazar dəyəri 152200 manat, likvid dəyəri 136980 manat müəyyən edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin daha mötəbər hesab etdiyi “xxxx” MMC-nin qiymətləndirmə hesabatında qeyd olunan torpaq sahəsinin bazar dəyəri 130000 manat, apellyasiya baxışında “xxxx” MMC-nin təqdim etdiyi qiymətləndirmə hesabatında isə likvid dəyəri 136980 manat müəyyən edilmişdir ki, sonuncu məbləğ iddiaçının razılıq vermək istədiyi bazar dəyərindən artıqdır. Digər ipoteka predmetlərinə münasibətdə də, mənzərə eynidir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı zamanı ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunması “xxxx” MMC-yə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 9.2.-ci maddəsinə müvafiq olaraq qiymətləndirmə obyektlərinin mülkiyyətçiləri ilə razılaşdırmılaqla həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri aparılan araşdırmanın nəticəsi olaraq qismən öz təsdiqini qismən tapdığından qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi, qətnamənin əsaslandırıcı hissəsində sərgilənən hüquqi mövqeyə uyğun olaraq ## ####### 2022-ci il tarixli, *-SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə əsas borcun məbləği və ipoteka predmetlərinin müəyyən olunan ilkin satış qiyməti hissələrdə dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin # ###### 2025-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi ## ####### 2022-ci il tarixli, *-SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə müəyyən olunan 688652,73 manat əsas borcun məbləği və ipoteka predmetlərinin müəyyən olunan ilkin satış qiyməti hissələrdə dəyişdirilsin. Cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, X2, cavabdeh3, X3 və cavabdeh2 ## ####### 2022-ci il tarixli, *-SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə tutulan əsas borcun məbləği 671834.33 manat, dəyişikliyə müvafiq olaraq tutulmalı olan ümumi borcun məbləği isə 1195205,79 manat müəyyən edilsin. İpoteka predmeti olaraq cavabdeh2 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 204750 manat, cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 82260 manat, “xxxx” MMC-nin mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 617.2 kv.m olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 228060 manat, “xxxx” MMC-nin mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 254970 manat, X2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsinin ilkin satış qiyməti 136980 manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Cahid İmanov Tale Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar