Məhkəmə qərarları › İş №2-2(3-9)-124/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-9)-124/2026

15.09.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-2(3-9)-124/2026 15.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Tağızadə Lalə Kazım qızının katibliyi ilə, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər idarəsi (bundan sonra: ərizəçi) tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, dövlət büdcəsinə 9557,58 manat, Dövlət Sosial Müdafiə Fonduna 1,36 manat olmaqla, ümumilikdə 9558,94 manat məbləğdə borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə ərizə rədd edilmişdir. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının # ####### 2025-ci il tarixli *- *(***)-***/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasl Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ## #### 2026-cı il tarixli *-*(***)-***/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Ərizəçi # ######## 2026-cı il tarixdə ərizə ünvanlayaraq mübahisə predmeti aradan qaldırıldığından Maraqlı şəxs hər hansı tələbin olmadığını bildirmişdir. Ərizəçi eynilə ## ######## 2026-cı il tarixdə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş və ərizə mübahisə predmetinin aradan qalxması ilə əsaslandırılmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. MPM-in 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 191-ci maddəsinə görə iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Yuxarıda qeyd olunan mülki prosessual hüquq normalarının hazırkı münasibətə tətbiqi məhkəmə tərkibinə belə nəticəyə gəlməyə əsas verir ki, məhkəməyə ünvanlanmış tələbdən yazılı şəkildə imtina ərizəçinin iradə ifadəsi olmaqla, onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Məhkəmə tərkibi qeyd edir ki, işdə olan telefonoqramdan da göründüyü kimi (##.##.2026-cı il tarixli N ***) ərizəçiyə tələbdən imtinanın hüquqi nəticələri aydındır, hazırkı imtina qanuna zidd deyil və tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, məhkəmə tərkibi belə yekun nəticəyə gəlir ki, ərizəçinin tələbdən imtinası təsdiq edilməli, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 217.2, 191, 370 və 405-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: * saylı Ərazi Vergilər idarəsinin tələbdən imtinası təsdiq edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardadan həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar