Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-695/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs qarşı maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X9 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. Hüquqi şəxs haqqında məlumat ilə müəyyən edilir ki, “xxxx” MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmaqla (VÖEN: **********) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Əsas fəaliyyət istiqaməti elektrik mühərriklərinin, generatorların və transformatorların təmiri fəaliyyəti ilə bağlıdır.
2. Hüquqi şəxs haqqında məlumat ilə müəyyən edilir ki, “xxxx” MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmaqla (VÖEN: ***********) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Əsas fəaliyyət istiqaməti kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə sair fəaliyyəti ilə bağlıdır.
3. “xxxx” MMC-yə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, onun ##.##.2026cı il tarixə cəmi ödənməli borcu 221,82 manat təşkil edir.
4. “xxxx” MMC-yə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, onun ##.##.2026cı il tarixə sonuncunun hazırda Dövlət Sosial Müdafiə Fonduna 10.115,77 manat, İcbari Tibbi Sığorta Fonduna 1.945,82 manat, İşsizlikdən Sığorta Fonduna isə 486,56 manat məbləğində borcu vardır.
5. Ərizəçi tərəfindən hüquqi şəxslərə ünvanlanmış ##.##.2025-ci il tarixli 2550021929025600, ##.##.2025-ci 2550021982866000, ##.##.2025-ci il tarixli 2550020269544000, ##.##.2025-ci il tarixli 2550021938634800, ##.##.2025-ci il tarixli 255002191396960027, ##.##.2025-ci il tarixli 2550020269543300, ##.##.2025-ci **************** nömrəli bildirişlər ilə borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir, lakin borc ödənilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. Ərizəçi hüquqi şəxslər tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 10115,76 manat, İşsizlikdən sığorta fonduna olan 486,56 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1945,78 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir.
7. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin(VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0 manat, İşsizlikdən sığortafonduna 0 manat, Dövlət Sosial Müdafiə Fonduna 0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 10115,76 manat, İcbari Tibbi Sığorta Fonduna 1945,78 manat, İşsizlikdən sığorta fonduna 486,56 manat olmaqla, ümumilikdə 12548,1 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli 2550021929025600, 2550021982866000, 2550020269544000, ##.##.2025-ci ##.##.2025-ci ##.##.2025-ci il tarixli 2550021938634800, ##.##.2025-ci il tarixli 2550021913969600##.##.2025-ci il tarixli 2550020269543300, ##.##.2025-ci il il il tarixli tarixli tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.
8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş ##.##.2026-cı il tarixli çıxarışdan görünür ki, ərizədə göstərilən hüquqi şəxslərin icra orqanının rəhbəri maraqlı şəxs Maraqlı şəxs deyildir. Belə ki, “xxxx” MMC-nin icra orqanının rəhbəri X1 (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AA0648270, FİN kodu: 2KN6TD4), “xxxx” MMC-nin icra orqanının rəhbəri isə X2r (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AA1375215, FİN kodu: 60LE9DT). MPM-nin 355-5.1-ci maddəsindən də göründüyü kimi vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında məqsəd vergi və qanunla müəyyən edilmiş digər məcburi ödənişlər ödənilməni təmin etməkdən ibarətdir. Şərh edilənlərdən də görünüb ki, maraqlı şəxs məhkəmə prosesi gedişində onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün ərizənin verilməsinə əsas olmuş hüquqi şəxsin icra orqanının rəhbəri olmadığından onun ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti aradan qalxmışdır. Belə olan halda maraqlı şəxsin ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması qanunvericiliyə uyğun olmamaqla bərabər onun konstitusion hüququnu pozmuş olur. Məhkəmə qeyd edib ki, sərbəst hərəkət etmək hüququ həm də, İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərədə tutulan əsas hüquqlardan biridir (Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Konvensiyanın * saylı Protokolunun 2-ci maddəsinin 2-ci bəndi). Beləliklə, məhkəmə vergi borcu ilə əlaqədar şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının yalnız müvafiq məqsədə - borcun ödənilməsinin təmin edilməsinə istiqamətləndiyini, maraqlı şəxs isə hüquqi şəxsin icra orqanının rəhbəri olmadığından onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hüquqi şəxs tərəfindən mövcud borcun ödənilməsinin təmin edilməsinə yönəlmədiyindən hesab edib ki, ərizə təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1, 355-7.4, 121.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
11. Ərizəçi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə inzibati orqanın maraqlı şəxs barədə barədə tətbiq olunmasını istədiyi məhdudiyyət tədbiri qanuni olmaqla yanaşı, həm də çatmaq istədiyi məqsədə mütənasibdir. Belə ki, maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edərkən iki mühüm amil əhəmiyyət kəsb edir. Hüquqi şəxsin və vergi ödəyicisi olan fiziki şəxsin dövlət büdcəsinə borcunun olması; maraqlı şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri olması və ya vergi ödəyicisi olması. Qanunvericiliyin tələbi baxımından qeyd olunan halların mövcudluğu şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsasdır. Bildirilir ki, “xxxx” MMC-nin icra orqanının rəhbəri X1 olsa da, “xxxx” MMC-nin icra orqanının rəhbəri X2 deyil Maraqlı şəxsdur. Hal-hazırda "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 10115,76 manat, İcbari Tibbi Sığorta Fonduna 1945,78 manat, İşsizlikdən Sığorta Fonduna486,56 manat olmaqla, ümumilikdə dövlət büdcəsinə 12548,1 manat məbləğində borcu vardır. Məhkəmə qərarında “xxxx” MMC-nin icra orqanının rəhbərinin X2 olduğunu qeyd etsə də, bu hal sənədlərlə təsdiq edilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya hüquqi şəxslərin dövlət reyestri məlumatlarına əsasən, “xxxx” MMC-nin qanunitəmsilçisi (icra orqanının rəhbəri) məhz Maraqlı şəxsdur. Məhkəmənin istinad etdiyi “Elektron məhkəmə” informasiya sistemindəki texniki qüsur və ya məlumat yenilənməməsi, rəsmi dövlət reyestrinin hüquqi qüvvəsini üstələyə bilməz. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcləsinin (MPM) 88-ci maddəsinin tələblərini pozaraq, sübutları obyektiv, hərtərəfli və tam araşdırmamış, formal çıxarışa əsaslanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanunvericiliklə birbaşa təsbit olunmuşdur. Maraqlı şəxs “xxxx” MMC-nin icra orqanının rəhbəri olduğu üçün, müvafiq vergi borcunun ödənilməsini təmin etmək birbaşa onun vəzifə öhdəliyinə daxildir. Məhkəmənin “məhdudlaşdırma borcun ödənilməsinə yönəlməyib” tezisi yalnız rəhbər olmayan şəxslərə aid edilə bilər. Maraqlı şəxs rəhbərlik statusu faktiki olaraq mövcud olduğu üçün, onun barəsində tətbiq ediləcək məhdudlaşdırma qanunun ali məqsədinə – yəni dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsinə birbaşa xidmət edir. Bundan sonra bildirilib ki, vergi orqanı yaranmış vergi borcununödənilməsi ilə bağlı vergi ödəyicisinə Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli 2550021929025600, ##.##.2025-ci 2550021982866000, ##.##.2025-ci il tarixli 2550020269544000, ##.##.2025-ci il tarixli 2550021938634800, ##.##.2025-ci il tarixli 255002191396960027, ##.##.2025-ci il tarixli 2550020269543300, ##.##.2025-ci **************** nömrəli bildirişlər göndərmişdir. Bu bildirişlər vergi orqanının ərizə ilə məhkəməyə müraciət etməsindən əvvəl göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən nəzərə alınmamış, vergi borcu ödənilməmişdir. Eyni zamanda bildirilib ki, hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs istifadəsində olan +************ mobil nömrəyə ##.##.2025-ci il saat 18:09-da borc ödənilmədikdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə biləcəyi barədə SMS bildiriş göndərilmişdir. Bundan sonra da maraqlı şəxs tərəfindən ödəniş edilmədiyindən vergi borclarının 15 gün müddətində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” *-**-*-*/*-***/**** nömrəli ##.##.2026-cı il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Göründüyü kimi, vergi orqanı konstitusion hüquqların qorunmasının əhəmiyyətini nəzərə alaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməmişdən öncə, öz təşəbbüsü ilə qanunvericiliklə tələb olunmayan bir çox tədbirləri həyata keçirmişdir. Qeyd olunan tədbirlər nəticəsiz qaldığından vergi ödəyicisinin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilmişdir. Vergi orqanı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilənədək Maraqlı şəxs dövlət büdcəsindən yayındırılan borcun ödənilməsi barədə kifayət qədər vaxt ərzində dəfələrlə məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs tərəfindən ödənişlər tam şəkildə həyata keçirilməmişdir. Qeyd edilib ki, ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün məhkəməyə ərizə ilə müraciət etmək üçün Vergi Məcəlləsində məbləğ həddi nəzərdə tutulmamışdır. Vergi orqanı vergi borclarının ödənilməsinin təmin edilməsi məqsədi ilə əlində olan vasitələrindən hər birini birlikdə və ya ayrılıqda tətbiq edə bilər. Borc məbləği ödənildiyi təqdirdə isə həmin tədbirlərin icrası dayandırılır. Odur ki, burada məqsəd maraqlı şəxsə məhdudiyyətin tətbiqi yox, məhdudiyyət tətbiq edərək borcun ödənilməsinə yönələn addımların atılmasıdır ki, məhkəmə qətnaməni qəbul edərək vergi orqanını bu hüququn realizəsindən məhrum etmişdir. Beləliklə, məhkəmə ətraflı araşdırma aparmayaraq, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olmaması qənaətinə gəlməklə yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə almamış, tətbiq edilməli olduğu halda tətbiq etməmiş, nəticədə əsassız olaraq ərizəçinin tələbi təmin edilməmişdir. Məhkəmə işdə olan ziddiyyəti (ərizəçinin təqdim etdiyi şəxsi hesab məlumatı ilə Elektron Məhkəmə sistemindəki məlumat arasındakı fərqi) aşkar etdiyi halda, MPM-nin 9.1 (ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi prinsipləri əsasında həyata keçirilməsi) və 14-cü maddələrinin tələblərini pozmuşdur. Məhkəmə bu ziddiyyəti aydınlaşdırmaq üçün tərəflərə sual verməmiş, vergi orqanından yenilənmiş reyestr məlumatını tələb etməmiş, birtərəfli və yanlış faktiki mülahizə yürütmüşdür. Məhkəmə tərəfindən qərar qəbul edilərkən MPM-in tələbləri pozulmuş, işdəolan sübutlar düzgün, hərtərəfli araşdırılmamış, ərizəçi tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
13. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət- ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
17. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. -24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
18. AR MPM-in: -355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Apellyasiya baxışının hədləri:
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməlidir.
21. Belə ki, vergi ödəyicisi olan hüquqi şəxslər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədikləri üçün onların Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna, İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Vergi ödəyicilərinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncular tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Sözügedən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həmin hüquqi şəxslərin icra orqanının rəhbəri qismində maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüquququn məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir.
22. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən “Elektron məhkəmə” informasiya sisteminin məlumatlarına əsasən yuxarıda göstərilən hüquqi şəxslərin hazırkı qanuni təmsilçilərinin (icra orqanının rəhbəri) maraqlı şəxs deyil, başqa şəxsin (olmamasına istinad etmişdir.
23. Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətində “xxxx” MMC-nin icr orqanının rəhbərinin maraqlı şəxs olmaması təsdiq edilsə də, “xxxx” MMC-nin icra orqanının rəhbərinin maraqlı şəxs olması iddia olunur.
24. Apellyasiya şikayətində mübahisələndirilən hallar kontekstində araşdırma aparan apellyasiya instansiyası məhkəməsi İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi barədə çıxarışa əsasən müəyyən etmişdir ki, “xxxx” MMC üzrə dövlət reyestrindən sonuncu çıxarış ##.##.2025-ci il tarixində verilmiş və həmin çıxarışda cəmiyyətin qanuni təmsilçisinin (icra orqanının rəhbərninin) Maraqlı şəxs olması qeyd edilmişdir.
25. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən iş materiallarına çıxarışdan da müəyyən edilmişdir ki, “xxxx” MMC-nin əvvəlki qanuni təmsilçisi X2 olmuş, hazırkı qanuni təmsilçisi isə Maraqlı şəxsdur. Həmin çıxarışın verilmə tarixi də ##.##.2025-ci ildir.
26. Digər tərəfdən, elektron məhkəmə informasiya sistemində mövcud olan məlumatlara əsasən “xxxx” MMC-nin icra orqanının rəhbəri kimi X2 qeyd edildiyi müəyyən olunur.
27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə informasiya sistemində hüquqi şəxslər barədə məlumatların əks olunması müvafiq dövlət orqanlarından, o cümlədən vergi orqanlarından ötürülən məlumatlara əsaslanır. Bu məlumatların dövlət reyestrində edilmiş son dəyişiklikdən sonra elektron məhkəmə informasiya sistemində dərhal yenilənməməsi mümkündür. Odur ki, birinci instansiya məhkəməsi isə yalnız elektron məhkəmə informasiya sistemində əks olunan məlumata əsaslanmış, həmin məlumatı İnternet Vergi Məlumatlarınan uyğunluğunu yoxlamamış, məlumatlarda mövcud ziddiyyətlərə aydınlıq gətirilməsi məqsədilə Dövlət Vergi Xidmətinə sorğu verməmiş, nəticədə maraqlı şəxsin “xxxx” MMC-nin icra orqanının rəhbəri olmaması əsası ilə ərizənin rədd edilməli olması barədə səhv nəticəyə gəlmişdir.
28. Digər tərəfdən “xxxx” MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, sonuncunun hazırda Dövlət Sosial Müdafiə Fonduna 10.115,77 manat, İcbari Tibbi Sığorta Fonduna 1.945,82 manat, İşsizlikdən Sığorta Fonduna isə 486,56 manat məbləğində borcu vardır.
29. Beləliklə, kollegiya hesab edir ki, hazırkı halda borclu hüquqi şəxsin məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə mövcud borclarının ödənilməsinin təmin edilməsi məqsədilə, həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.
30. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 10115,76 manat, İcbari Tibbi Sığorta Fonduna 1945,78 manat, İşsizlikdən sığorta fonduna 486,56 manat borcun ödənilməsinin təmin edilməsi üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri – ##.##.1977-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
31. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən MPM-in 119.2-ci maddəsinə əsasən ərizənin və apellyasiya şikayətinin verilməsi üçün 150 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ləğv edilsin. Ərizə təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 10115,76 manat, İcbari Tibbi Sığorta Fonduna 1945,78 manat, İşsizlikdən sığorta fonduna 486,56 manat məbləğində olan borcun ödənilməsinin təmin edilməsi üçün hüquqi şəxsin icra orqanının rəhbəri – ##.##.1977-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə və apellyasiya şikayətinin verilməsinə görə ödənilməli olan 150 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov