Məhkəmə qərarları › İş №e-2-2(3-1)-36/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №e-2-2(3-1)-36/2026

23.09.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2-2(3-1)-36/2026 23.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Ərizəçi Ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri maraqlı şəxs Maraqlı şəxs qarşı iş üzrə QƏTNAMƏ Açar sözlər: hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər - X3 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi Ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri maraqlı şəxs Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli 20**-cı il ## #### tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə aşıq məhkəmə içlasında şifahi icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Hüquqi şəxs haqqında məlumata görə “xxxx” MMC vergi ödəyicisi kimi ********** nömrəli VÖEN-lə 2019-cu il # ### tarixdə Naxçıvan Şəhər Vergilər Idarəsində qeydiyyatdan keçmişdir və onun əsas fəaliyyət növü “elektrik-məişət mallarının topdan satışı”dır. Mülkiyyət növü xarici mülkiyyətdir. Həmin MMC-nin rəhbəri Maraqlı şəxsTürkiyə vətəndaşıdır.

2. Şəxsi hesab vərəqəsindən görünür ki, “xxxx” MMC-nin ##.##.20**-cı il tarixə dövlət büdcəsinə vergilər üzrə 1.160.749,54 manat və faizlər üzrə 130.082,25 manat; ##.##.20**-cı il tarixə: muzdlu işlə əlaqədar işsizlikdən sığorta haqqı üzrə 583,62 manat və 104,49 manat penya, muzdlu işlə əlaqədar məcburi dövlət sosial sığorta haqqı üzrə 13.912,18 manat və 2.425,22 manat penya; ##.##.20**-cı il tarixə icbari tibbi sığorta üzrə 2.134,01 manat və 568,55 manat faiz olmaqla, cəmi 1.310.559,86 manat borcu yaranmışdır, ##.##.20**-cı il yazılma tarixinə görə cəmi ödənilməli borc 1.302.599,04 manat təşkil edir.

3. Icbari tibbi sığorta haqları üzrə borcun (2.704,64 manat) ödənilməsinə dair ##.##.20**-cı il tarixli *-**-*-**-*/*-*****/**** nömrəli, işsizlikdən sığorta haqqı üzrə borcun (688,11 manat) ödənilməsinə dair ##.##.20**-cı il tarixli *-**-*-**-*/*-*****/**** nömrəli və vergi borcunun (1.291.485,52 manat) ödənilməsinə dair ##.##.20**-cı il tarixli *-**-*-**-*/*- *****/**** nömrəli bildirişlərlə “xxxx” MMC-yə müraciət olunaraq göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb edilmişdir.

4. *-**-*-**-*/*-*****/**** nömrəli ##.##.20**-cı il tarixli xəbərdarlıqla “xxxx” MMC-nin rəhbəri Maraqlı şəxs borcun (1.309.489,96 manat) 15 gün müddətində ödənilmədiyi halda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə rəsmi xəbərdar olunmuşdur.

5. “Vergi odəyicisinin bank hesabları barədə məlumat” hissəsində “xxxx” MMCnin “xxxx” ASC-nin Naxçıvan filialında, “xxxx” ASC-nin Naxçıvan filialında və “xxxx” ASC-nin Naxçıvan filialında bank hesablarının olması göstərilmişdir.

6. Vergi orqanı “xxxx” MMC-nin pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması (alınması) haqqında bank əməliyyatları üzrə *********** nömrəli ##.##.20**cı il tarixli (1.323.600,91 manat); **005669333, **005669336 və *********** nömrəli ##.##.20**-cı il tarixli (16.337,40 manat); **005669342, **005669345 və *********** nömrəli ##.##.20**-cı il tarixli (688,11 manat); **007203241, **007203244 və *********** nömrəli ##.##.20**-cı il tarixli (13.987,74 manat); **007203250, **007203253 və *********** nömrəli ##.##.20**-cı il tarixli (2.704,64 manat) alınmalı sərəncamlar göndərmişdir. Iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat

7. Ərizəçi (bundan sonra - “ərizəçi”) 20**-cı il # #### tarixdə ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” MMC tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1.**5.823,11 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 13.702,75 manat, Işsizlikdən Sığorta Fonduna olan 578,64 manat, Icbari Tibbi Sığorta Fonduna olan 2.349,63 manat borcun ödənilməsinin təmin olunması üçün həmin şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (bundan sonra maraqlı şəxs) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi (bundan sonra Vergi Məcəlləsi) ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.20**-cı il tarixə vergi ödəyicisi olan “xxxx” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 13.702,75 manat, Icbari Tibbi Sığorta Fonduna 2.349,63 manat, dövlət büdcəsinə 1.**5.823,11 manat (o cümlədən, vergilər üzrə 653.610,23 manat, faizlər üzrə 105.239,62 manat, maliyyə sanksiyası üzrə 506.973,** manat), Işsizlikdən Sığorta Fonduna 578,64 manat olmaqla, ümumilikdə 1.282.454,13 manat borcu vardır.

9. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.20**-cı il tarixli **************** nömrəli, ##.##.20**-cı il tarixli **************** nömrəli, ##.##.20**-cı il tarixli **************** nömrəli, ##.##.20**-cı il tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

10. Reyestr məlumatlarına əsasən qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.

11. Ərizəçi ərizədə Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 60 və 73-cü maddələrinin İ hissələrinə, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 65, 77.1, 77.3 və 78.1-ci, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin (bundan sonra Miqrasiya Məcəlləsi) 9.3.6-1 və 17.1.6-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 4.1, **.1, **.2, 305.1.12, 355-5, 355-5.2, 355-6 və 355-7-ci maddələrinə istinad etmişdir.

12. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli 20**-cı il ## #### tarixli qətnaməsi ilə ərizəçinin "xxxx” MMC-nin icra orqanının rəhbəri maraqlı şəxs Maraqlı şəxs(şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi - ******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi MYI: 0771365, qeydiyyatda olduğu yer - ünvan 1) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsinin təmin edilməsi, "xxxx” MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ərizəçinin ödəməkdən azad edildiyi 100 (bir yüz) manat dövlət rüsumunun maraqlı şəxsdən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. (hakim Qabil Məmmədov)

13. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsi məhdudiyyətin qoyulması üçün əsasları özündə əks etdirir. Belə ki, vergi ödəyicisinin dövlət büdcəsinə və ya müvafiq fonda vergi borcu olmalıdır, həmin borc vaxtında ödənilməmiş vergi borcu olmalıdır, hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri (qanuni təmsilçisi) olmalıdır. Göründüyü kimi, qeyd edilən hər 3 halın mövcudluğu şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsasdır.

14. Belə ki, öncə hazırkı məhkəmə icraatının məqsədi müəyyən edilməlidir. Bu mövzuda, qanunverici göstərir ki, vergi ödəyicisinin ödənilməmiş vergi borcu yaranarsa, bu borcun ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisinin ölkədən getmək hüququ müvəqqəti olaraq (borc ödənilədək) məhdudlaşdırıla bilər. Göründüyü kimi, hazırkı məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır.

15. Məhkəmə tərəfindən müəyyən edilir ki, "xxxx” MMC-nin icra orqanının rəhbəri olan maraqlı şəxsin borcunun olması xüsusi icraat üzrə iddia ərizəsinə əlavə edilmiş şəxsi hesab vərəqəsi ilə öz təsdiqini tapır.

16. Məhkəmə bildirir ki, iş üzrə maraqlı şəxs tərəfindən onun barəsində qaldırılan xüsusi icraat üzrə iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilmədiyindən məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlarla əsaslandırmaqda haqlıdır.

17. Belə olduğu təqdirdə, məhkəmə "xxxx” MMC-nin icra orqanının rəhbəri olan maraqlı şəxsin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməmiş borcunun olduğu qənaətinə gəlir.

18. Qanunverici konstitusion əhəmiyyətli dəyərlərdən irəli gələn vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə bir sıra tədbirlər müəyyən etmiş və həmin tədbirlərdən biri kimi də vergi ödəyicisi olan fıziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunu nəzərdə tutmuşdur. Diqqətə alınmalıdır ki, qanunvericilik aktlarında vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas kimi nəzərdə tutulmuşdur.

19. Ərizə təmin olunmalı olduğundan və ərizəçi xüsusi icraat üzrə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad olduğuna görə ərizəçinin ödəməkdən azad edildiyi 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutularaq dövlət gəlirlərinə alınması qanunamüvafiqdir.

20. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Konstitusiyanın 72-ci maddəsinin İ hissəsinə, 73-cü maddəsinin İ və II hissələrinə, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 20.3, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci, Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 108.1.3, 119.1, 119.2, 305.1.12, 355-5.1, 355-7.4-cü, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Dövlət rüsumu haqqında Qanun) 8.2-ci maddələrinə, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamənin 8.20.2-ci bəndinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il ## #### tarixli Qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının ##.##.2021-ci il tarixli Qərarına istinad etmişdir.

21. Maraqlı şəxs apellyasiya şikayəti verərək 20**-cı il ## #### tarixli e-*-*(*-**)- ***/**** nömrəli qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

22. Işin halları üzrə - "xxxx” MMC cavabdeh Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli, **************** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. Ərizəçi "xxxx” MMC vəkili və nümayəndəsi vasitəsilə iddia ilə eyni vaxtda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, Naxçıvan MR Prokurorluğu ##.##.2025 tarixdə təsisçisi və direktoru Maraqlı şəxsolan "xxxx” MMC-yə ********* saylı cinayət işi üzrə səyyar vergi yoxlamasının aparılması barədə qərar qəbul etmişdir. Həmin qərar əsasında Naxçıvan MR Vergi Xidməti yoxlama başlatmışdır. Sonradan Naxçıvan MR Vergi Xidməti akt tərtib etmiş, həmin aktın əsasında Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəisi Tural Abdulzadə "xxxx” MMC barəsində **************** saylı qərar qəbul etmişdir. Vergidən yayınma, 1.156.917,89 barədə qeyd isə "xxxx” MMC-nin şəxsi hesab vərəqəsinə Dövlət Vergi Xidməti tərəfindən işlənmişdir. Vergi yoxlamalarının aparılması barədə prokurorluğun qərarı bu günə qədər onlara təqdim edilməmişdir və onların təkidlə tələblərinə baxmayaraq, prokurorluq həmin qərarı təqdim etməməkdədir. Hazırda rəhbəri olduğu "xxxx” MMC barəsində Naxçıvan MR Inzibati Məhkəməsində məhkəmə prosesi davam etməkdədir.

23. Konstitusiyanın 28-ci maddəsinin İ-IV hissələri üzrə - Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan yalnız ərizəçi vergi orqanının təqdim etdiyi sənədlərlə kifayətlənmiş, həmin sənədlərin düzgünlüyünü, mötəbərliyini və hüquqi qüvvəsini lazımi qaydada qiymətləndirməmişdir. Qətnamədə göstərilən vergi borcunun həqiqətən mövcud olubolmaması, həmin borcun qəti şəkildə müəyyən edilməsi, onun hüquqi əsasları və hesablanmasının qanuniliyi araşdırılmamışdır. Məhkəmə yalnız şəxsi hesab vərəqəsinə istinad etməklə borcun mövcudluğunu sübuta yetirilmiş hesab etmişdir. Halbuki şəxsi hesab vərəqəsi borcun yaranmasının hüquqi əsasını təsdiq edən yekun sübut hesab edilə bilməz. Borcun yaranmasına səbəb olan vergi yoxlaması aktları, qərarlar, bildirişlərin qanunvericiliyin tələblərinə uyğun qaydada təqdim edilməsi və onların hüquqi qüvvəyə minməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Qətnamədə onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının zəruriliyi və mütənasibliyi də əsaslandırılmamışdır. Azərbaycan Respublikası Konstitusiyası ilə təmin edilmiş sərbəst hərəkət etmək və ölkədən çıxmaq hüququ yalnız zəruri və proporsional hallarda məhdudlaşdırıla bilər. Məhkəmə isə bu müdaxilənin demokratik cəmiyyətdə zəruri olmasını, daha yüngül təminetmə tədbirlərinin niyə kifayət etmədiyini, habelə məhdudiyyət tətbiq edilmədiyi halda dövlət mənafeyinə hansı real təhlükənin yaranacağını müəyyən etməmişdir. Iş materiallarından görünmür ki, onun borcun ödənilməsindən qəsdən yayındığını, ölkəni tərk etməklə icranı mümkünsüz edəcəyini və ya dövlət qarşısında öhdəliklərin yerinə yetirilməsinə mane olacağını təsdiq edən hər hansı sübut mövcuddur. Belə halların müəyyən edilmədən ən ağır təminetmə tədbirlərindən biri olan ölkədən getmək hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipinə ziddir.

24. Mülki Prosessual Məcəllənin 76.1,76.2, 77.1, 77.3-cü maddələri, “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli qərarı üzrə - Məhkəmə maraqlı şəxsin məhkəmə iclasında iştirak etməməsini onun ərizədə göstərilən hallarla razılaşması kimi qiymətləndirmişdir.

Halbuki Mülki Prosessual Məcəllənin sübutetmə prinsiplərinə əsasən, etirazın təqdim edilməməsi ərizəçinin irəli sürdüyü halların avtomatik sübuta yetirilməsi anlamına gəlmir. Hər bir hal məhkəmə tərəfindən müstəqil şəkildə araşdırılmalı və qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə yalnız qanun normalarını sadalamaqla kifayətlənmiş, həmin normaların işin konkret hallarına necə tətbiq olunduğunu kifayət qədər əsaslandırmamışdır. Bu isə qətnamənin motivləndirilməsi ilə bağlı prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Qeyd olunun 2023-cü il # ####### tarixli, ** nömrəli Qərarın 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mğvcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi **. Apellyasiya baxışında məhkəmə iclasları 20**-cı il 2 və 23 sentyabr tarixlərə təyin olunaraq maraqlı şəxs işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi və ya mümkünsüzlüyü barədə kollegiyaya heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

27. Ərizəçinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, apellyasiya şikayətini qəbul etmir. “xxxx” MMC # ######## 2019-cu il tarixdə elektrik-məişət mallarının topdan satışı fəaliyyəti üzrə ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. Həmin cəmiyyət barəsində yaranmış vergi borcunun səbəbi Naxçıvan MR Prokurorluğundan daxil olmuş ## ###### 2025-ci il tarixli məktub əsasında vergi orqanına verilmiş tapşırıqla keçirilmiş səyyar vergi yoxlaması olmuşdur. Həmin yoxlama Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən hüquq mühafizə orqanının qərarı əsasında aparılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə ## ####### 2025-ci il tarixli qərar qəbul edilmiş və “xxxx” MMC vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. Nəticədə vergi ödəyicisinin 1.156.917 manat vergi borcu yaranmış, həmin borcun ödənilməsi təmin edilmədiyindən borca faiz hesablanması başlanmışdır. Vergi borcunun tutulmasının təmin edilməsi məqsədilə vergi orqanı tərəfindən “xxxx” MMC-nin bank hesablarına sərəncamların göndərilməsi və hesablar üzrə vəsaitlərin alınması və dondurulması ilə bağlı tədbirlər görülmüş, habelə borclunun siyahıya alınmış əmlaklarının satılması məqsədilə ## ### 20**-cı il tarixdə Naxçıvan MR Inzibati Məhkəməsinə iddia ərizəsi verilmişdir. Lakin həyata keçirilmiş tədbirlər nəticəsində borcun ödənilməsi təmin olunmamışdır. Siyahıya alınmış əmlakın dəyəri təxminən 21.000 manat təşkil etdiyindən, bu məbləğ 1.156.917 manat vergi borcunun ödənilməsi üçün kifayət etməmişdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi hüquqi şəxsin icra orqanının rəhbəri maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Birinci instansiya məhkəməsi vergi borcunun məbləğini, borcun ödənilməsi üçün əvvəlki tədbirlərin nəticəsiz qalmasını və borclunun hərəkətsizliyini nəzərə alaraq ərizəni təmin etmişdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması vergi borcunun ödənilməsini təmin etməyə yönəlmiş və müvəqqəti xarakter daşıyan tədbirdir. Borc ödənildikdə həmin məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulur. “xxxx” MMC barəsində keçirilmiş səyyar vergi yoxlaması Naxçıvan MR Prokurorluğundan daxil olmuş məlumatlar əsasında başlanmış və təxminən ## ###### 2025ci ildən ## ###### 2025-ci ilədək davam etmişdir. Yoxlama zamanı vergi ödəyicisinin təsərrüfat fəaliyyəti, elektron qaimə-fakturaları və digər əməliyyatları araşdırılmışdır. Yoxlama zamanı, o cümlədən, vergi ödəyicisinin təxminən bir milyon manat dəyərində malları elektron qaimə-faktura olmadan satması, habelə elektron qaimə-fakturalarda göstərilən bəzi malların anbarda faktiki mövcud olmaması müəyyən edilmiş və vergi borcunun hesablanmasının əsaslarından biri də bu hallar olmuşdur. Qeyd olunan hallar yalnız səyyar vergi yoxlaması çərçivəsində aparılmış daha geniş araşdırma nəticəsində müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrləri də araşdırıla bilər və yoxlamanın əhatə etdiyi dövrlər onun başlanması barədə qərarda müəyyən edilir. “xxxx” MMC-nin səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı inzibati məhkəmədə mübahisə açılmışdır və həmin mübahisənin əsas predmetini səyyar vergi yoxlamasının aktı təşkil edir. Maraqlı şəxs barəsində Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırması Idarəsində cinayət işi üzrə araşdırma aparılır və o, ## ###### 20**-cı il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məlumat vergi orqanında olmamışdır. Həmçinin qeyd olunan müddət ərzində maraqlı şəxs tərəfindən vergi borcunun ödənilməsi istiqamətində hər hansı ödəniş həyata keçirilməmişdir. “xxxx” MMC-nin bank hesablarına sərəncamların qoyulması və əmlakının satılması ilə bağlı görülmüş tədbirlər vergi borcunun ödənilməsini təmin etməmiş, siyahıya alınmış əmlakın dəyəri isə mövcud borcla müqayisədə cüzi olmuşdur. Bu səbəbdən vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanunla nəzərdə tutulmuş və vergi borcunun ödənilməsinin təmin edilməsinə yönəlmiş tədbir kimi tətbiq edilmişdir. Bu əsaslarla apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

28. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.

29. Apellyasiya baxışında ərizəçinin nümayəndəsi tərəfindən təqdim olunmuş; 20**-cı il ## ### tarixli ərizənin surətindən görünür ki, ərizəçi tərəfindən “xxxx” MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbi ilə Naxçıvan MR Inzibatı Məhkəməsinə müraciət edilərək vergi ödəyicisi olan “xxxx” MMC-nin ümümilikdə 1.195.493,76 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cəmi 21.000 manat məbləğində dəyərləndirilən siyahıya alınmış əmlaklarının (dəyəri 17.000 manat olan JAC T6 minik markalı, ** AF *** dövlət qeydiyyat nişanlı və dəyəri 4.000 manat olan Tofaş Şahin minik markalı, ** YT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul olunması xahiş edilmişdir.

30. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında 15/** qeydiyyat nömrəli 20**-cı il ## #### tarixli qərarın surətindən məlum olur ki, Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Idarəsinin Istintaq və Təhqiqat Şöbəsinin icraatında olan ********* nömrəli cinayət işindən “xxxx” MMC-nin vəzifəli şəxslərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başqa cinayət işinin ayrıca icraata ayrılması, cinayət işinə **2920001 nömrəsinin verilməsi və ibtidai istintaqının davam etdirilməsi üçün icraata qəbul edilməsi qərara alınmışdır.

31. 20**-cı il ## ###### tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Maraqlı şəxsIbrahim oğlunun Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan olunması barədə qərar qəbul edilmişdir.

32. 20**-cı il ## ###### tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə qərarın surətindən bəlli olur ki, ********* nömrəli cinayət işi üzrə “xxxx” MMC-nin təsisçisi və rəhbəri Maraqlı şəxsIbrahim oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının Konstitusiyası; Maddə 28. Azadlıq hüququ III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

34. Vergi Məcəlləsi; Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1-16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1 və 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Maddə 65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. 65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1. vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; ... Maddə 77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Maddə 89. Əmlakın siyahıya alınması 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. ... 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. ...

35. Mülki Prosessual Məcəllə; Maddə 11. Məhkəmə icraatının aparıldığı dil 11.3. Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. ... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: ... 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; ... Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə 406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

36. Kollegiya Mülki Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apellyatorun apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

38. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanuniliyini və əsaslılığını, apellyasiya şikayətinin dəlillərini və ərizəçinin nümayəndəsinin izahatını Mülki Prosessual Məcəllənin 372, 384 və 385-ci maddələrinin tələblərinə uyğun yoxlayaraq aşağıdakı hüquqi qiymətləndirməni aparır.

39. Mübahisə vergi ödəyicisi olan “xxxx” MMC-nin vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş qaydada yerinə yetirməməsinə görə hesablanmış vergi borcu və faizlərin, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının ödənilməsinin təmin edilməsi üçün ərizəçinin hüquqi şəxsin icra orqanının rəhbəri olan maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi ilə bağlıdır. Maraqlı şəxs Türkiyə vətəndaşı olan Maraqlı şəxs Azərbaycanda qeydiyyatdan keçmiş qeyd olunan hüquqi şəxsin icra orqanının rəhbəridir və kommersiya fəaliyyəti həyata keçirmişdir. Başqa sözlə, mübahisənin predmeti vergi, dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının mövcudluğu deyil, həmin borcun icrasının təmin olunması məqsədilə Konstitusiya ilə təmin edilmiş hərəkət azadlığı hüququna müvəqqəti müdaxilənin qanuni əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsindən ibarətdir.

40. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, bu növdən olan işlərə baxılarkən məhkəmə iki mühüm hüquqi dəyər arasında balans yaratmalıdır. Bir tərəfdən, dövlətin Konstitusiyanın 73-cü maddəsindən irəli gələn vergilərin və başqa dövlət ödənişlərinin toplanmasına dair legitim ictimai marağı, digər tərəfdən isə fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin Konstitusiyanın 28-ci maddəsi ilə təmin edilmiş sərbəst hərəkət və ölkədən getmək hüququ nəzərə alınmalıdır. Məhz bu səbəbdən ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizəyə baxılarkən məhkəmənin vəzifəsi yalnız vergi borcunun mövcudluğunu müəyyən etmək deyil, həm də həmin müdaxilənin qanuniliyi, legitim məqsədə xidmət edib-etməməsi, zəruriliyi və mütənasibliyini qiymətləndirməkdən ibarətdir.

41. Mülki Prosessual Məcəllənin 355-5-ci maddəsinin məzmunundan görünür ki, vergi ödəyicisi hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması müstəqil sanksiya və ya cəza tədbiri deyil. Bu institutun hüquqi mahiyyəti dövlət büdcəsinə hesablanmış vergilərin, faizlərin və digər icbari ödənişlərin ödənilməsinin təmin edilməsinə xidmət edən prosessual təminat vasitəsi olmaqdan ibarətdir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının formalaşdırdığı hüquqi mövqeyə görə, bu qəbildən olan işlər üzrə məhkəmələr hər bir konkret halda müdaxilənin mütənasiblik prinsipinə uyğunluğunu qiymətləndirməli, xüsusilə aşağıdakı halları araşdırmalıdırlar: borcun məbləği və ödənilməməsinin müddəti; ödənilməmənin səbəbləri; ödəyicinin borcla bağlı mövqeyi, bildirdiyi diqqətəlayiq maraqları, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; borcun ödənilməsinin təmin edilməsi ilə bağlı vergi orqanı tərəfindən həyata keçirilmiş tədbirlər; vergi orqanının tətbiq edə biləcəyi digər üsul və vasitələrin mövcudluğu, habelə onların real şəkildə effektiv nəticə verə bilməsinin mümkünlüyü; maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılmasının onun şəxsi və ailə həyatında, habelə sahibkarlıq fəaliyyətində yarada biləcəyi nəticələr.

43. Həmin hüquqi yanaşma Avropa Insan Hüquqları Məhkəməsinin “Gochev Bolqarıstana qarşı” və “Ignatov Bolqarıstana qarşı” işlərində isə belə ifadə olunmuşdur ki, ölkədən çıxış hüququnun məhdudlaşdırılması avtomatik xarakter daşımamalı, hər bir konkret iş üzrə borcun xarakteri, məbləği, borclunun davranışı, tətbiq edilən tədbirin davametmə müddəti, alternativ vasitələrin mövcudluğu və müdaxilənin şəxsin həyatına təsiri ayrıca qiymətləndirilməlidir.

44. Iş materiallarında olan şəxsi hesab vərəqəsində “xxxx” MMC-nin ##.##.20**-cı il tarixə dövlət büdcəsinə vergilər üzrə 1.160.749,54 manat və faizlər üzrə 130.082,25 manat; ##.##.20**-cı il tarixə: muzdlu işlə əlaqədar işsizlikdən sığorta haqqı üzrə 583,62 manat və 104,49 manat penya, muzdlu işlə əlaqədar məcburi dövlət sosial sığorta haqqı üzrə 13.912,18 manat və 2.425,22 manat penya; ##.##.20**-cı il tarixə icbari tibbi sığorta üzrə 2.134,01 manat və 568,55 manat faiz olmaqla, cəmi 1.310.559,86 manat borcunun, ##.##.20**-cı il yazılma (çap) tarixinə görə cəmi ödənilməli borcunun 1.302.599,04 manat olması göstərilmişdir. (İ cild, i/v. 35-93)

45. Ərizəçinin ##.##.20**-cı il tarixli ərizəsinə görə isə ##.##.20**-cı il tarixə vergi ödəyicisi olan “xxxx” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 13.702,75 manat, Icbari Tibbi Sığorta Fonduna 2.349,63 manat, dövlət büdcəsinə 1.**5.823,11 manat (o cümlədən, vergilər üzrə 653.610,23 manat, faizlər üzrə 105.239,62 manat, maliyyə sanksiyası üzrə 506.973,** manat), Işsizlikdən Sığorta Fonduna 578,64 manat olmaqla, ümumilikdə 1.282.454,13 manat borcu vardır. (İ cild, i/v. 2-3)

46. Maraqlı şəxs birinci instansiya məhkəməsində, eləcə də apellyasiya baxışında iştirak etmədiyi üçün hüquqi şəxsin vergi borcunun ödənilməməsinin səbəblərini, ödəyicinin borcla bağlı mövqeyini, icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifini, maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılmasının onun şəxsi və ailə həyatında, habelə sahibkarlıq fəaliyyətində yarada biləcəyi nəticələri müəyyən etmək mümkün olmamışdır.

47. Vergi orqanı tərəfindən “xxxx” MMC-yə icbari tibbi sığorta haqları üzrə borcun (2.704,64 manat) ödənilməsinə dair ##.##.20**-cı il tarixli, işsizlikdən sığorta haqqı üzrə borcun (688,11 manat) ödənilməsinə dair ##.##.20**-cı il tarixli və vergi borcunun (1.291.485,52 manat) ödənilməsinə dair ##.##.20**-cı il tarixli bildirişlərlə müraciət edilərək göstərilən borcların 5 gün müddətində ödənilməsi rəsmi qaydada tələb olunmuş, ##.##.20**-cı il tarixli xəbərdarlıqla maraqlı şəxs borcun (1.309.489,96 manat) 15 gün müddətində ödənilmədiyi halda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə rəsmi xəbərdar olunmuşdur. (İ cild, i/v. 30, 32-34)

48. Həmçinin vergi orqanı “xxxx” MMC-nin pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması (alınması) haqqında bank əməliyyatları üzrə ##.##.20**-cı il tarixli (1.323.600,91 manat); ##.##.20**-cı il tarixli (16.337,40 manat); ##.##.20**-cı il tarixli (688,11 manat); ##.##.20**-cı il tarixli (13.987,74 manat); ##.##.20**-cı il tarixli (2.704,64 manat) alınmalı sərəncamlar göndərmişdir (İ cild, i/v. 5-17).

49. Bundan başqa, ərizəçi “xxxx” MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbi ilə Naxçıvan MR Inzibatı Məhkəməsinə müraciət edərək “xxxx” MMCnin siyahıya alınmış əmlaklarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul olunmasını xahiş etmişdir - bax §29. Ərizəçinin nümayəndəsinin izahatına görə həmin iş hazırda qeyd olunan məhkəmənin icaatındadır.

50. Maraqlı şəxsin Vergi Məcəlləsinin 65.2.2, 65.2.3-2 və 65.2.3-3-cü maddələrində müəyyən edilmiş vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət vermək hüququ olduğu halda isə belə bir şikayətin verilməsi iş materialları ilə müəyyən olunmur.

51. Kollegiya hesab edir ki, maraqlı şəxsin belə passiv davranışı onun hüquqi şəxsin vergi öhdəliyinin könüllü icrasına yönəlmiş iradəsinin müəyyən edilməsinə imkan vermir və bu hal mütənasiblik qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan mühüm meyarlardan biridir.

52. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il ## #### tarixli Qərarında göstərilən hüquqi mövqeyinə görə, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1ci maddəsində göstərilmişdir ki, dövlət büdcəsinin gəlirləri dövlət vergilərindən ibarətdir. Həmin Qanunun 8-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin bu Qanunun 9.2-ci maddəsinə əsasən, dövlət büdcəsi gəlirlərinin yığımı Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Vergi Məcəlləsinin 11-ci maddəsində müəyyən edilmişdir ki, vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Qanunun tələblərindən göründüyü kimi, fiziki və hüquqi şəxslər tərəfindən ödənişin məcburiliyi, onun fərdiliyi və əvəzsizliyi vergiləri digər icbari ödənişlərdən fərqləndirən əsas əlamətlərdir”.

53. Kollegiya həmin hüquqi mövqeni nəzərə alaraq hesab edir ki, vergi ödəyicisi hüquqi şəxsin icra orqanının rəhbəri olan maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanunla nəzərdə tutulduğu və dövlət büdcəsinə daxilolmaların təmin edilməsinə yönəldiyi üçün legitim məqsəd daşıyır.

54. Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il ## ### tarixli Qərarında göstərilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində təsbit olunmuş ölkədən sərbəst getmək hüququ mütləq xarakter daşımır və qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Bununla yanaşı, belə məhdudiyyət qanuni məqsədə xidmət etməli, demokratik cəmiyyətdə zəruri olmalı, mütənasib xarakter daşımalı və hüququn mahiyyətini dəyişməməlidir.

55. Kollegiya hesab edir ki, həmin hüquqi mövqe hazırkı iş üzrə birbaşa tətbiq edilməlidir. Çünki vergi borcunun uzun müddət könüllü qaydada ödənilməməsi, vergi orqanının əvvəlcədən xəbərdarlıq etməsi, alternativ icra tədbirlərinin nəticəsiz qalması və ya obyektiv səbəblərdən tətbiq edilə bilməməsi şəraitində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qarşıya qoyulmuş legitim məqsədlə müqayisədə qeyri-mütənasib müdaxilə kimi qiymətləndirilə bilməz. Əks yanaşma vergi ödəyicisinin qanunla müəyyən edilmiş öhdəliyinin uzun müddət icra edilməməsinə baxmayaraq dövlətin qanunla nəzərdə tutulmuş təsir vasitələrindən istifadə imkanını əsassız şəkildə məhdudlaşdırmış olardı ki, bu da Konstitusiyanın 73-cü maddəsində təsbit edilmiş vergi ödəmək vəzifəsinin səmərəli həyata keçirilməsi məqsədi ilə uzlaşmır.

56. Göstərilənlərlə yanaşı kollegiya qeyd edir ki, Avropa Insan Hüquqları Məhkəməsi “Riener Bolqarıstana qarşı” işində vurğulamışdır ki, dövlətin fiskal maraqlarının təmin edilməsi məqsədilə ölkədən çıxış hüququnun məhdudlaşdırılması prinsip etibarilə Konvensiyaya zidd deyildir. Lakin belə müdaxilə yalnız qanuni əsaslara söykəndiyi, legitim məqsədə xidmət etdiyi və fərdin hüquqları ilə dövlətin maraqları arasında ədalətli tarazlığı (fair balance) qoruduğu halda Konvensiyanın tələblərinə uyğun hesab edilə bilər. Belə şəraitdə kollegiya hesab edir ki, vergi orqanının məhkəməyə müraciət etməsi son çarə xarakteri daşımış və dövlətin fiskal maraqlarının müdafiəsi baxımından zəruri hüquqi vasitə olmuşdur.

57. Kollegiya həmçinin nəzərə alır ki, hazırkı iş üzrə tətbiq olunması tələb edilən məhdudiyyət daimi xarakter daşımır. Həmin tədbir yalnız vergi borcu ödənilənədək qüvvədə qalır və vergi öhdəliyi yerinə yetirildikdən sonra hüquqi qüvvəsini itirir. Bu rakursdan kollegiya hesab edir ki, hazırkı işdə dövlətin vergilərin toplanmasına yönəlmiş legitim maraqları ilə maraqlı şəxsin hərəkət azadlığı hüququ arasında qorunmalı olan ədalətli tarazlıq pozulmur. Əksinə, vergi ödəyicisinin uzun müddət vergi öhdəliyini könüllü yerinə yetirməməsi və vergi orqanının qanunla nəzərdə tutulmuş tədbirlərinin nəticəsiz qalması şəraitində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması mütənasib və zəruri hüquqi müdaxilə kimi qiymətləndirilməlidir.

58. Apellyasiya baxışında təqdim olunmuş 20**-cı il ## #### tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi, 20**-cı il ## ###### tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək və həmin tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə qərarlara münasibətdə kollegiya qeyd edir ki, həmin qərarlarda göstərilən məsələlər cinayət prosessual qanunvericiliyi ilə tənzimlənir. Cinayət işi üzrə “xxxx” MMC-nin təsisçisi və rəhbəri Maraqlı şəxsIbrahim oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi isə təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və yaşayış yerini dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəliyindən ibarətdir (Cinayət Prosessual Məcəllənin 165.1-ci maddəsi).

59. Iş materiallarından aydın olur ki, ərizəçi ##.##.20**-cı il tarixdə vergi ödəyicisi hüquqi şəxsin icra orqanının rəhbəri olan maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət etmiş, ##.##.20**-cı il tarixdə məhkəmənin qətnaməsi ilə həmin ərizənin təmin edilməsi, "xxxx” MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmiş və həmin qətnamədən maraqlı şəxs tərəfindən ##.##.20**-cı il tarixdə apellyasiya şikayəti verilmişdir.

60. ##.##.20**-cı il tarixdə isə Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Idarəsinin Istintaq və Təhqiqat Şöbəsinin icraatında olan cinayət işindən “xxxx” MMC-nin vəzifəli şəxslərinin barəsində Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə başqa cinayət işinin ayrıca icraata ayrılması, ##.##.20**-cı il tarixdə “xxxx” MMC-nin təsisçisi və rəhbəri Maraqlı şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməsi və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə qərarlar qəbul edilmişdir.

61. Göründüyü kimi, hazırkı iş üzrə tələbin (mübahisənin) predmetini hesablanmış vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi ödəyicisi hüquqi şəxsin icra orqanının rəhbəri maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təşkil edir, bu cəza tədbiri deyil və həmin məsələnin həll olunması mülki prosessual qanunvericiliklə tənzimlənir.

62. “xxxx” MMC-nin vəzifəli şəxslərinin barəsində cinayət təqibinin aparılması üzrə Maraqlı şəxs vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə cinayət məsuliyyətinə cəlb edilməsi isə onun barəsində cinayət-hüquqi xarakterli tədbirlərin görülməsini nəzərdə tutur və qeyd olunduğu kimi həmin məsələyə baxılması cinayət və cinayət prosessual qanunvericiliyi ilə tənzimlənir.

63. Apellyasiya şikayətinin qətnamənin 22-ci bəndində göstərilən dəlili ilə bağlı kollegiya bildirir ki, həmin arqumentlər hazırkı xüsusi icraat işinin predmeti ilə hüquqi əlaqəyə malik deyildir. Maraqlı şəxs vergi orqanının qərarının qanunsuz olduğunu hesab edirsə, həmin inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə ayrıca müdafiə vasitələri nəzərdə tutulmuşdur və hazırkı iş çərçivəsində həmin məsələlərə hüquqi qiymət verilə bilməz.

64. Kollegiya tərəfindən apellyasiya şikayətində göstərilən digər dəlillər subyektiv mülahizələr kimi dəyərləndirilir.

65. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı xüsusi icraat işi üzrə yeni formalaşmış məhkəmə təcrübəsinə əsaslanmasa da, ümumən maddi və prosessual hüquq normalarına riayət etmiş, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin maraqlı şəxsə münasibətdə ləğvinin və ya dəyişdirilməsinin əsasını təşkil edə bilməz.

66. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyi üçün Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin şikayətin verilməsinə görə maraqlı şəxs tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu onun özünə aid edilməlidir.

67. Beləliklə, məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq aşağıdakı nəticələrə gəlir: - maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməməli, - e-*-*(*-**)-***/**** nömrəli 20**-cı il ## #### tarixli qətnamə dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə

68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0-384.0.1, 392, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli 20**-cı il ## #### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu maraqlı şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay müddətində elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar