Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-2(3-9)-150/2026 28.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qərardadından (hakim: R.Nəbiyev) iddiaçının nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 85915,00 manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 348,00 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən (işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi) iddia ərizəsi baxılmamış saxlanılmışdır. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*- *(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş və ərizəsini ölkə xaricində olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsi ilə əsaslandırmışdır. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı MMC-nin nümayəndəsinin ərizəsi təmin edilməmişdir. Qərardaddan iddiaçı İddiaçı MMC-nin nümayəndəsi şikayət vermişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı MMC tərəfindən verilmiş şikayətin təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cI il tarixli e-*-*(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılaraq, həmin qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin # #### 2026-cı il ltarixli *-*(*-*)-***/**** saylı qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2-2(4-14)- ***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi, iş materialları MPM-in tələblərinin yerinə yetirilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə geri qaytarılmışdır. Iddiaçı İddiaçı MMC # #### 2026-cı il tarixdə Şirvan Kommersiya Məhkəməsinə yenidən şikayətlə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*- **)-***/**** nömrəli qərardadından verilmiş şikayətin təmin edilməsini, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2-2(4-14) ***/**** nömrəli qərardadının ləğv edilərək, MPM-in 260.5-ci maddəsinin tələbləri nəzərə alınaraq, işin mahiyyəti üzrə baxılması üçün icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə MPM-nin 260.5-ci maddəsinə əsasən təqdim etdiyi ərizənin təmin edilməsindən imtina edilmişdir. Həmin qərardadı qanunsuz, əsassız və maddi-prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş məhkəmə aktı hesab etdiyindən aşağıdakı əsaslarla ondan şikayət verir. Məhkəmə MPM-in 260.5-ci maddəsinin məzmununu düzgün tətbiq etməmişdir. Həmin Məcəlləsinin 260.5-ci maddəsinə əsasən: "Məhkəmə iddiaçı və ya cavabdehin ərizəsi üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə öz qərardadını ləğv edir." Normanın məzmunundan açıq şəkildə görünür ki, qanunverici məhkəmənin qarşısında yalnız bir vəzifə qoymuşdur: təqdim edilən sübutlar əsasında iştirak etməməyin və əvvəlcədən məlumat verməməyin üzrlü səbəbdən baş verib-vermədiyini müəyyən etmək. Başqa sözlə, MPM-in 260.5-ci maddəsi məhkəməyə geniş mülahizə sərbəstliyi deyil, konkret hüquqi qiymətləndirmə aparmaq öhdəliyi verir. Əgər üzrlü səbəb sübuta yetirilmişdirsə, həmin maddənin məqsədi iddianın baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsidir. Lakin birinci instansiya məhkəməsi həmin normanı məqsədinə uyğun tətbiq etməmiş, qanunda nəzərdə tutulmayan əlavə meyar formalaşdırmışdır. Mübahisələndirilən qərardadda göstərilmişdir ki, onun ölkə xaricində olmağını onu "Elektron Məhkəmə" informasiya sistemi vasitəsilə əvvəlcədən məhkəməyə məlumat vermək imkanından məhrum etmirdi. Belə yanaşma ilə məhkəmə faktiki olaraq MPM-in 260.5-ci maddəsinə qanunvericilikdə mövcud olmayan yeni şərt əlavə etmişdir. Məcəllənin heç bir normasında ölkə xaricində olan şəxsin hər bir halda elektron kabinet vasitəsilə məhkəməyə müraciət etməyə borclu olduğu nəzərdə tutulmur. Həmçinin MPMin heç bir müddəasında "Elektron Məhkəmə" sistemindən istifadə etməmək avtomatik olaraq üzrlü səbəbi aradan qaldıran hal kimi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə qanunda nəzərdə tutulmayan prosessual öhdəlik yaradaraq MPM-in 260.5-ci maddəsini genişləndirici qaydada tətbiq etmişdir ki, bu da qanunçuluq prinsipinə ziddir. Məhkəmə qərarı ehtimala əsaslanmış, təqdim edilmiş sübutlara isə hüquqi qiymət verilməmişdir. Belə ki, o ərizəsində məhkəmə iclasında iştirak etməməyinin səbəbi kimi ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək Azərbaycan Respublikasının hüdudlarından kənarda olmağını göstərmişdir. Məhkəmə isə ölkə xaricində olmadığını müəyyən etməmişdir. Başqa sözlə, məhkəmə mənim ölkə xaricində olmağımı təkzib etməmişdir. Məhkəmə hesab etmişdir ki, guya o əvvəlcədən Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə məhkəməyə məlumat verə bilərdi. Bu nəticə heç bir sübuta deyil, yalnız fərziyyəyə əsaslanır. Məhkəmə aşağıdakı halları ümumiyyətlə araşdırmamışdır. Məhkəmə işin xarici elementli beynəlxalq kommersiya mübahisəsi olmasını nəzərə almamış, nəticədə prosessual iqtisadiyyat və ədalətli məhkəmə araşdırması prinsiplərini pozmuşdur. Hazırkı mübahisə adi kommersiya mübahisəsi deyil, xarici elementli beynəlxalq kommersiya mübahisəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə prosessual normalar ədalət mühakiməsinin həyata keçirilməsinə xidmət etməli, onların tətbiqi şəxsin məhkəmə müdafiəsi hüququnun mahiyyətini aradan qaldıracaq nəticəyə gətirib çıxarmamalıdır. Həmin hüquqi yanaşma Azərbaycan Respublikasının qoşulduğu Avropa Insan Hüquqları Konvensiyasının 6-cı maddəsinin mahiyyətinə də tam uyğundur. Konvensiyanın 6-cı maddəsi hər kəsə müstəqil və qərəzsiz məhkəmə tərəfindən işinə ədalətli baxılması hüququ verir. Avropa Insan Hüquqları Məhkəməsi çoxsaylı qərarlarında qeyd etmişdir ki, məhkəməyə çıxış hüququ nəzəri və formal deyil, praktik və səmərəli olmalıdır. Bu baxımdan prosessual normaların tətbiqi şəxsin məhkəməyə çıxış hüququnun mahiyyətini aradan qaldıracaq dərəcədə formal xarakter ala bilməz. AIHM-in Walchli v. France işində vurğulanmışdır ki, prosessual qaydaların tətbiqində ifrat formalizm şəxsin məhkəməyə çıxış hüququnun pozulmasına səbəb ola bilər. Eyni hüquqi mövqe Beleş və digərləri Çex Respublikasına qarşı işində də ifadə olunmuş, Məhkəmə qeyd etmişdir ki, milli məhkəmələr prosessual normaları tətbiq edərkən onların məqsədini və ədalət mühakiməsinin ümumi prinsiplərini nəzərə almalıdırlar. Daha sonra Zubac Xorvatiyaya qarşı işində Böyük Palata vurğulamışdır ki, prosessual tələblərin tətbiqi şəxsin məhkəməyə çıxış hüququnun mahiyyətini aradan qaldırmamalı, tətbiq edilən məhdudiyyət qanuni məqsədə xidmət etməli və həmin məqsədlə mütənasib olmalıdır. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsinin yanaşması məhz həddindən artıq formalizmin təzahürüdür. Belə ki, məhkəmə mənim məhkəmə iclasında iştirak etməməyimin obyektiv səbəbinin mövcudluğunu təkzib etməmiş, əksinə, qərardadda həmin səbəbi qəbul etməklə yanaşı yalnız belə nəticəyə gəlmişdir ki, guya Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə əvvəlcədən məlumat vermək mümkün idi. Bu yanaşma aşağıdakı səbəblərə görə hüquqi cəhətdən əsaslı hesab edilə bilməz. Əvvəla, məhkəmə belə imkanın faktiki mövcudluğunu müəyyən etməmişdir. Ikincisi, qanunvericilikdə belə bir öhdəlik nəzərdə tutulmamışdır. Üçüncüsü, həmin ehtimal təqdim edilmiş sübutlardan üstün tutulmuşdur. Dördüncüsü, prosessual norma onun məqsədinə uyğun deyil, yalnız formal şəkildə tətbiq edilmişdir. Nəticədə isə mənim mübahisəmin mahiyyəti üzrə baxılması mümkün olmamış, məhkəmə müdafiəsi hüququm formal mülahizələrlə məhdudlaşdırılmışdır. 5 Məhz belə halların qarşısını almaq üçün MPM-in 260.5-ci maddəsi qəbul edilmişdir. Əgər obyektiv səbəblə məhkəmə iclasında iştirak edə bilməyən şəxsin təqdim etdiyi rəsmi sübutlara baxmayaraq yalnız ehtimal xarakterli arqumentlərlə həmin normanın tətbiqindən imtina olunursa, bu halda həmin maddənin hüquqi əhəmiyyəti faktiki olaraq aradan qalxır. Bu isə nə MPM-in məqsədinə, nə Konstitusiyanın 60-cı maddəsinə, nə də Avropa Insan Hüquqları Konvensiyasının 6-cı maddəsindən irəli gələn hüquqi standartlara uyğun hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin qərardadı məhz bu səbəbdən qanuni və əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. VII. Mübahisələndirilən qərardad qanuni və əsaslandırılmış məhkəmə aktına dair qanunvericiliyin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsindən irəli gələn ümumi hüquqi prinsipə əsasən məhkəmə aktı qanuni və əsaslandırılmış olmalıdır. Məhkəmə aktının əsaslandırılmış hesab olunması üçün yalnız qəbul edilmiş nəticənin göstərilməsi kifayət etmir. Məhkəmə həmin nəticəyə hansı sübutlara, hansı hüquqi normalara və hansı hüquqi mülahizələrə əsasən gəldiyini də aydın şəkildə izah etməlidir. Əks halda məhkəmə aktının qanuniliyinin yoxlanılması mümkün olmur. Hazırkı iş üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardad bu tələblərə cavab vermir. Belə ki, məhkəmə qərardadda yalnız aşağıdakı nəticə ilə kifayətlənmişdir: "iddiaçının xaricdə olması onu qabaqcadan Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə məhkəməyə məlumat vermək və hazırlıq iclasının təxirə salınmasını xahiş etmək imkanından məhrum etmir" Lakin məhkəmə bu nəticəyə gəlməsinin hüquqi və faktiki əsaslarını göstərməmişdir. Qərardadda cavabsız qalan əsas suallar bunlardır: 1) Məhkəmə hansı sübuta əsasən müəyyən etmişdir ki, şikayətçinin Elektron Məhkəmə sisteminə daxil olmaq üçün faktiki imkanı olmuşdur? 2) Məhkəmə hansı sübuta əsasən müəyyən etmişdir ki, ölkə xaricində olduğu müddətdə internetə çıxış imkanı mövcud olmuşdur? 3) Məhkəmə hansı hüquq normasına əsasən belə nəticəyə gəlmişdir ki, xaricdə olan nümayəndə mütləq Elektron Məhkəmə vasitəsilə müraciət etməlidir? 4) Təqdim edilmiş pasport, sərhəd-keçid məlumatları və digər sübutlar niyə üzrlü səbəbi təsdiq edən sübut kimi qəbul edilməmişdir? Bu sualların heç birinə qərardadda cavab verilmir. Belə olan halda qərardadın nəticə hissəsi onun əsaslandırıcı hissəsi ilə hüquqi baxımdan təmin olunmur. Məhkəmə yalnız ehtimal irəli sürmüş, lakin həmin ehtimalı təsdiq edən heç bir sübut göstərməmişdir. Bu isə qərardadın motivasiyasını qeyri-kafi edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən məhkəmə aktlarının əsaslandırılması ədalətli məhkəmə araşdırmasının mühüm elementidir. Əsaslandırma elə səviyyədə olmalıdır ki, tərəf məhkəmənin hansı hüquqi və faktiki səbəblərlə həmin nəticəyə gəldiyini anlaya bilsin və həmin nəticənin qanuniliyini səmərəli şəkildə mübahisələndirə bilsin. Hazırkı qərardadda isə belə əsaslandırma mövcud deyildir. Məhkəmə təqdim olunmuş sübutları qiymətləndirmədən, onların hüquqi nəticəsini izah etmədən və MPM-in 260.5-ci maddəsinin tətbiqindən imtina edilməsinin səbəblərini əsaslandırmadan yalnız ümumi xarakterli mülahizə ilə kifayətlənmişdir. Belə yanaşma məhkəmə aktının qanuniliyinə dair qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. 6 VIII. Məhkəmə MPM-in 260.5-ci maddəsini onun məqsədinə zidd şəkildə tətbiq etmişdir. Hüquq normasının tətbiqi yalnız onun mətninin formal oxunması ilə məhdudlaşmamalıdır. Hüquq normasının məqsədi, qəbul edilməsinin səbəbi və hüquqi funksiyası da nəzərə alınmalıdır. MPM-in 260.5-ci maddəsinin hüquqi məqsədi ondan ibarətdir ki, obyektiv və üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyən şəxsin məhkəmə müdafiəsi hüququ formal prosessual maneələr nəticəsində itirilməsin. Başqa sözlə, həmin norma məhkəməyə təqdim edilən üzrlü səbəbləri qiymətləndirərək əvvəllər qəbul edilmiş "baxılmamış saxlanılma" qərardadını ləğv etmək üçün hüquqi mexanizm yaradır. Birinci instansiya məhkəməsinin yanaşması isə bu normanın məqsədini tamamilə əks nəticəyə yönəldir. Belə ki, məhkəmə təqdim olunmuş obyektiv səbəbi kifayət hesab etməmiş, qanunda nəzərdə tutulmayan əlavə şərt irəli sürmüşdür. Bu yanaşma qəbul ediləcəyi təqdirdə MPM-in 260.5-ci maddəsi praktik əhəmiyyətini itirəcəkdir. Çünki hər bir halda "əvvəlcədən Elektron Məhkəmə vasitəsilə müraciət etmək mümkün idi" arqumenti irəli sürülməklə üzrlü səbəb institutunun tətbiqi mümkünsüz vəziyyətə gətirilə bilər. Qanunvericinin iradəsi isə tam əksinədir. Qanunverici həmin normanı məhz obyektiv səbəblərin mövcud olduğu hallarda məhkəmə müdafiəsi hüququnun bərpası üçün qəbul etmişdir. Birinci instansiya məhkəməsinin hüquqi yanaşması həmin normanı formal xarakterə salaraq onun tətbiq sahəsini əsassız şəkildə məhdudlaşdırmışdır. Bu isə hüquq normalarının məqsədyönlü və sistemli təfsiri prinsiplərinə uyğun hesab edilə bilməz. IX. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi hüquqi müəyyənlik prinsipini və məhkəmə təcrübəsinin vahidliyini də pozur Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsindən, Mülki Prosessual Məcəllənin əsas prinsiplərindən, habelə hüquqi dövlət prinsipindən irəli gələn əsas tələblərdən biri də hüquqi müəyyənlikdir. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, prosessual normalar əvvəlcədən proqnozlaşdırılan qaydada tətbiq edilsin, şəxslər öz hüquq və vəzifələrinin həcmini əvvəlcədən müəyyən edə bilsinlər. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi MPM-in 260.5-ci maddəsinə qanunda mövcud olmayan yeni şərt əlavə etmişdir. Belə ki, məhkəmənin hüquqi mövqeyinə görə ölkə xaricində olan nümayəndə istənilən halda Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə məhkəməyə müraciət etməli, bunu etmədiyi halda isə artıq təqdim etdiyi obyektiv və üzrlü səbəb hüquqi əhəmiyyət daşımamalıdır. Belə hüquqi yanaşma qanunvericilikdə nəzərdə tutulmamışdır. Əgər bu yanaşma qanuni hesab edilərsə, gələcəkdə MPM-in 260.5-ci maddəsinin tətbiq olunduğu bütün işlər üzrə məhkəmələr eyni arqumentdən istifadə etməklə üzrlü səbəb institutunu formal xarakterə sala bilərlər. Bu isə qanunun vahid tətbiqinə deyil, əksinə, onun tətbiq dairəsinin əsassız şəkildə məhdudlaşdırılmasına səbəb olacaqdır. Məhkəmə qərarları hüququ inkişaf etdirməli, lakin qanunvericinin iradəsini dəyişdirməməlidir. Birinci instansiya məhkəməsinin mövqeyi isə faktiki olaraq qanunda nəzərdə tutulmayan yeni prosessual öhdəlik yaratmaqla hüquqyaratma xarakteri daşıyır. X. Məhkəmənin yanaşması MPM-in 260.5-ci maddəsini tətbiqolunmaz vəziyyətə salır 7 Məhkəmənin qəbul etdiyi hüquqi mövqe praktik baxımdan da qəbuledilməz nəticələr doğurur. Belə ki, məhkəmənin məntiqinə əsasən xarici ezamiyyətdə olan şəxs, xəstəxanada müalicə alan şəxs, uzunmüddətli xidməti səfərdə olan şəxs, təbii fəlakət nəticəsində əlaqə imkanları məhdudlaşmış şəxs və sair. Hər bir halda Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə əvvəlcədən məhkəməyə müraciət etməlidir. Əks halda təqdim etdiyi üzrlü səbəb hüquqi əhəmiyyət kəsb etməyəcək. Belə nəticə isə MPM-in 260.5-ci maddəsinin qəbul edilməsinin məqsədi ilə tam ziddiyyət təşkil edir. Çünki həmin norma məhz belə halların hüquqi tənzimlənməsi üçün qəbul edilmişdir. Əgər norma məhkəmənin tətbiq etdiyi formada şərh olunarsa, onun mövcudluğuna ümumiyyətlə ehtiyac qalmır. Normanın tətbiq edilməsinin mümkünsüz vəziyyətə gətirilməsi isə hüququn sistemli təfsiri prinsipi ilə uzlaşmır. XI. Hazırkı iş üzrə formal prosessual yanaşma ədalət mühakiməsinin məqsədlərinə xidmət etmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məqsədi mübahisələrin mahiyyəti üzrə düzgün, obyektiv və ədalətli həll edilməsini təmin etməkdir. Prosessual normalar məqsəd deyil. Onlar yalnız həmin məqsədə çatmaq üçün hüquqi vasitələrdir. Hazırkı iş üzrə isə məhkəmə prosessual normanı məqsədə çevirmişdir. Belə ki, məhkəmə obyektiv səbəbi nəzərə almamış, qanunda nəzərdə tutulmayan əlavə öhdəlik müəyyən etmiş və nəticədə isə iddiaçını artıq başlanmış prosesi yenidən başlamağa məcbur etmişdir. Bu yanaşma nə tərəflərin hüquqlarının səmərəli müdafiəsinə, nə də məhkəmə hakimiyyətinin funksiyasına xidmət edir. Əksinə, belə yanaşma məhkəmə icraatının əsassız uzanmasına, məhkəmə resurslarının təkrar sərf edilməsinə, tərəflərin əlavə xərclərlə üzləşməsinə və məhkəmə müdafiəsi hüququnun formal məhdudlaşdırılmasına səbəb olur. Xüsusilə nəzərə alınmalıdır ki, hazırkı iş beynəlxalq elementli kommersiya mübahisəsidir və belə işlər üzrə prosesin yenidən başlanılması həm tərəflər, həm də məhkəmə üçün əlavə prosessual yük yaradır. Bu baxımdan birinci instansiya məhkəməsinin yanaşması ədalət mühakiməsinin məqsədləri ilə uzlaşmır. Beləliklə: 1. məhkəmə MPM-in 260.5-ci maddəsini düzgün tətbiq etməmişdir; 2. MPM-in 217-ci maddəsinin tələb etdiyi səviyyədə əsaslandırılmış qərardad qəbul etməmişdir; 3. Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunmuş məhkəməyə çıxış hüququnu həddindən artıq formal yanaşma ilə məhdudlaşdırmışdır; 4. qanunda nəzərdə tutulmayan yeni prosessual öhdəlik müəyyən etmişdir; 5. mübahisənin xarici elementli kommersiya mübahisəsi olmasını və bunun doğurduğu prosessual nəticələri nəzərə almamışdır. Bütün bunlar qəbul edilmiş qərardadın qanunsuz və əsassız olduğunu göstərir. Təsəssüf hissi ilə bildirir ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardaddan verdiyim əvvəlki şikayət hazırlanarkən məhkəmə iclasının keçirildiyi tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənarda olmağımı təsdiq edən rəsmi sənədlər texniki səbəbdən şikayətə əlavə edilməmişdir. Hazırkı şikayətə isə həmin halları təsdiq edən bütün sübutlar əlavə olunur. Bu sübutlardan aydın görünür ki, ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşam və məhkəmə iclasında iştirak etməməyim obyektiv və üzrlü səbəblərdən irəli gəlmişdir. 8 Mülki Prosessual Məcəllənin 88 ci maddəsinə əsasən məhkəmə iş üzrə təqdim edilmiş bütün sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməyə borcludur. Prosessual qanunvericilik hər hansı sübutun əvvəlki müraciətə əlavə edilməməsini həmin sübutun sonradan təqdim edilməsinə və məhkəmə tərəfindən qiymətləndirilməsinə maneə kimi nəzərdə tutmur. Buna görə də məhkəmə hazırkı şikayətə əlavə edilmiş sərhəd-keçid məlumatları, pasport qeydləri və digər sübutları məcmu halında qiymətləndirməli, həmin sübutların təsdiq etdiyi obyektiv hallara hüquqi qiymət verməli və MPM-in 260.5-ci maddəsinin məqsədinə uyğun olaraq qərar qəbul etməlidir. Əks yanaşma prosessual normaların həddindən artıq formal tətbiqinə gətirib çıxarar, məhkəməyə çıxış hüququnun mahiyyətini zəiflədər və Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan səmərəli məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olar. MPM-in 260.5-ci maddəsi prosessual hüququn mühüm təminat normalarından biridir və bu norma qanunverici tərəfindən təsadüfi qəbul edilməmişdir. Normanın məqsədi obyektiv səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyən şəxsin məhkəmə müdafiəsi hüququnun formal əsaslarla aradan qaldırılmasının qarşısını almaqdır. Əgər qanunverici hər bir halda əvvəlcədən elektron müraciəti zəruri hesab etsəydi, bunu normada birbaşa göstərərdi. Lakin qanunverici bunu etməmişdir. Əksinə, qanunda "üzrlü səbəb" anlayışından istifadə etməklə məhkəməyə hər konkret iş üzrə təqdim olunan sübutları qiymətləndirmək və həmin səbəbin obyektiv olub-olmamasınımüəyyən etmək vəzifəsi həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin yanaşması isə həmin normanı tətbiqolunmaz vəziyyətə salır. Belə ki, əgər hər dəfə xaricdə olan şəxsə münasibətdə "Elektron Məhkəmə vasitəsilə müraciət edə bilərdi" arqumenti irəli sürüləcəksə, onda MPM-in 260.5-ci maddəsinin tətbiqi üçün praktik olaraq heç bir sahə qalmır. Bu isə hüquq normasının məqsədinə və qanunvericinin iradəsinə ziddir. Norma formal cəza mexanizmi deyil, məhkəmə müdafiəsi hüququnun bərpasına xidmət edən prosessual təminatdır. Hüquq normasının tətbiqi yalnız onun mətninin formal oxunması ilə məhdudlaşmamalıdır. Hüquq normasının məqsədi, qəbul edilməsinin səbəbi və hüquqi funksiyası da nəzərə alınmalıdır. MPM-in 260.5-ci maddəsinin hüquqi məqsədi ondan ibarətdir ki, obyektiv və üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyən şəxsin məhkəmə müdafiəsi hüququ formal prosessual maneələr nəticəsində itirilməsin. Başqa sözlə, həmin norma məhkəməyə təqdim edilən üzrlü səbəbləri qiymətləndirərək əvvəllər qəbul edilmiş "baxılmamış saxlanılma" qərardadını ləğv etmək üçün hüquqi mexanizm yaradır. Birinci instansiya məhkəməsinin yanaşması isə bu normanın məqsədini tamamilə əks nəticəyə yönəldir. Belə ki, məhkəmə təqdim olunmuş obyektiv səbəbi kifayət hesab etməmiş, qanunda nəzərdə tutulmayan əlavə şərt irəli sürmüşdür. Bu yanaşma qəbul ediləcəyi təqdirdə MPM-in 260.5-ci maddəsi praktik əhəmiyyətini itirəcəkdir. Çünki hər bir halda "əvvəlcədən Elektron Məhkəmə vasitəsilə müraciət etmək mümkün idi" arqumenti irəli sürülməklə üzrlü səbəb institutunun tətbiqi mümkünsüz vəziyyətə gətirilə bilər. Qanunvericinin iradəsi isə tam əksinədir. Qanunverici həmin normanı məhz obyektiv səbəblərin mövcud olduğu hallarda məhkəmə müdafiəsi hüququnun bərpası üçün qəbul etmişdir. Birinci instansiya məhkəməsinin hüquqi yanaşması həmin normanı formal xarakterə salaraq onun tətbiq sahəsini əsassız şəkildə məhdudlaşdırmışdır. Bu isə hüquq normalarının məqsədyönlü və sistemli təfsiri prinsiplərinə uyğun hesab edilə bilməz. Hüquq normasının tətbiqi yalnız onun mətninin formal oxunması ilə məhdudlaşmamalıdır. Hüquq normasının məqsədi, qəbul edilməsinin səbəbi və hüquqi funksiyası da nəzərə alınmalıdır. MPM-in 260.5-ci maddəsinin hüquqi məqsədi ondan ibarətdir ki, obyektiv və üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyən şəxsin məhkəmə müdafiəsi hüququ formal prosessual maneələr nəticəsində itirilməsin. Başqa sözlə, həmin norma məhkəməyə təqdim edilən üzrlü səbəbləri qiymətləndirərək əvvəllər qəbul edilmiş "baxılmamış saxlanılma" qərardadını ləğv etmək üçün hüquqi mexanizm yaradır. Birinci instansiya məhkəməsinin yanaşması isə bu normanın məqsədini tamamilə əks nəticəyə yönəldir. Belə ki, məhkəmə təqdim olunmuş obyektiv səbəbi kifayət hesab etməmiş, qanunda nəzərdə tutulmayan əlavə şərt irəli sürmüşdür. Bu yanaşma qəbul ediləcəyi təqdirdə MPM-in 260.5-ci maddəsi praktik əhəmiyyətini itirəcəkdir. Çünki hər bir halda "əvvəlcədən Elektron Məhkəmə vasitəsilə müraciət etmək mümkün idi" arqumenti irəli sürülməklə üzrlü səbəb institutunun tətbiqi mümkünsüz vəziyyətə gətirilə bilər. Qanunvericinin iradəsi isə tam əksinədir. Qanunverici həmin normanı məhz obyektiv səbəblərin mövcud olduğu hallarda məhkəmə müdafiəsi hüququnun bərpası üçün qəbul etmişdir. Birinci instansiya məhkəməsinin hüquqi yanaşması həmin normanı formal xarakterə salaraq onun tətbiq sahəsini əsassız şəkildə məhdudlaşdırmışdır. Bu isə hüquq normalarının məqsədyönlü və sistemli təfsiri prinsiplərinə uyğun hesab edilə bilməz. Belə ki, məhkəmənin məntiqinə əsasən xarici ezamiyyətdə olan şəxs, xəstəxanada müalicə alan şəxs, uzunmüddətli xidməti səfərdə olan şəxs, təbii fəlakət nəticəsində əlaqə imkanlarıməhdudlaşmış şəxs və sair.. hər bir halda Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə əvvəlcədən məhkəməyə müraciət etməlidir. Əks halda təqdim etdiyi üzrlü səbəb hüquqi əhəmiyyət kəsb etməyəcək. Belə nəticə isə MPM-in 260.5-ci maddəsinin qəbul edilməsinin məqsədi ilə tam ziddiyyət təşkil edir. Çünki həmin norma məhz belə halların hüquqi tənzimlənməsi üçün qəbul edilmişdir. Əgər norma məhkəmənin tətbiq etdiyi formada şərh olunarsa, onun mövcudluğuna ümumiyyətlə ehtiyac qalmır. Normanın tətbiq edilməsinin mümkünsüz vəziyyətə gətirilməsi isə hüququn sistemli təfsiri prinsipi ilə uzlaşmır. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən: "Məhkəmə iddiaçı və ya cavabdehin ərizəsi üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə öz qərardadını ləğv edir." Normanın məzmunundan açıq şəkildə görünür ki, qanunverici məhkəmənin qarşısında yalnız bir vəzifə qoymuşdur: təqdim edilən sübutlar əsasında iştirak etməməyin və əvvəlcədən məlumat verməməyin üzrlü səbəbdən baş verib-vermədiyini müəyyən etmək. Başqa sözlə, MPM-in 260.5- ci maddəsi məhkəməyə geniş mülahizə sərbəstliyi deyil, konkret hüquqi qiymətləndirmə aparmaq öhdəliyi verir. Əgər üzrlü səbəb sübuta yetirilmişdirsə, həmin maddənin məqsədi iddianın baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsidir. Lakin birinci instansiya məhkəməsi həmin normanımə qsədinə uyğun tətbiq etməmiş, qanunda nəzərdə tutulmayan əlavə meyar formalaşdırmışdır. Mübahisələndirilən qərardadda göstərilmişdir ki, mənim ölkə xaricində olmağım məni "Elektron Məhkəmə" informasiya sistemi vasitəsilə əvvəlcədən məhkəməyə məlumat vermək imkanından məhrum etmirdi. Belə yanaşma ilə məhkəmə faktiki olaraq MPM-in 260.5-ci maddəsinə qanunvericilikdə mövcud olmayan yeni şərt əlavə etmişdir. Məcəllənin heç bir normasında ölkə xaricində olan şəxsin hər bir halda elektron kabinet vasitəsilə məhkəməyə müraciət etməyə borclu olduğu nəzərdə tutulmur. Həmçinin MPMin heç bir müddəasında "Elektron Məhkəmə" sistemindən istifadə etməmək avtomatik olaraq üzrlü səbəbi aradan qaldıran hal kimi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə qanunda nəzərdə tutulmayan prosessual öhdəlik yaradaraq MPM-in 260.5-ci maddəsini genişləndirici qaydada tətbiq etmişdir ki, bu da qanunçuluq prinsipinə ziddir MPM-in 260.5-ci maddəsi prosessual hüququn mühüm təminat normalarından biridir və bu norma qanunverici tərəfindən təsadüfi qəbul edilməmişdir. Normanın məqsədi obyektiv səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyən şəxsin məhkəmə müdafiəsi hüququnun formal əsaslarla aradan qaldırılmasının qarşısını almaqdır. Əgər qanunverici hər bir halda əvvəlcədən elektron müraciəti zəruri hesab etsəydi, bunu normada birbaşa göstərərdi. Lakin qanunverici bunu etməmişdir. Əksinə, qanunda "üzrlü səbəb" anlayışından istifadə etməklə məhkəməyə hər konkret iş üzrə təqdim olunan sübutları qiymətləndirmək və həmin səbəbin obyektiv olub olmamasınımüəyyən etmək vəzifəsi həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin yanaşması isə həmin normanı tətbiqolunmaz vəziyyətə salır. Belə ki, əgər hər dəfə xaricdə olan şəxsə münasibətdə "Elektron Məhkəmə vasitəsilə müraciət edə bilərdi" arqumenti irəli sürüləcəksə, onda MPM-in 260.5-ci maddəsinin tətbiqi üçün praktik olaraq heç bir sahə qalmır. Bu isə hüquq normasının məqsədinə və qanunvericinin iradəsinə ziddir. Norma formal cəza mexanizmi deyil, məhkəmə müdafiəsi hüququnun bərpasına xidmət edən prosessual təminatdır. Hüquq normasının tətbiqi yalnız onun mətninin formal oxunması ilə məhdudlaşmamalıdır. Hüquq normasının məqsədi, qəbul edilməsinin səbəbi və hüquqi funksiyası da nəzərə alınmalıdır. MPM-in 260.5-ci maddəsinin hüquqi məqsədi ondan ibarətdir ki, obyektiv və üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyən şəxsin məhkəmə müdafiəsi hüququ formal prosessual maneələr nəticəsində itirilməsin. Başqa sözlə, həmin norma məhkəməyə təqdim edilən üzrlü səbəbləri qiymətləndirərək əvvəllər qəbul edilmiş "baxılmamış saxlanılma" qərardadını ləğv etmək üçün hüquqi mexanizm yaradır. Birinci instansiya məhkəməsinin yanaşması isə bu normanın məqsədini tamamilə əks nəticəyə yönəldir. Belə ki, məhkəmə təqdim olunmuş obyektiv səbəbi kifayət hesab etməmiş, qanunda nəzərdə tutulmayan əlavə şərt irəli sürmüşdür. Bu yanaşma qəbul ediləcəyi təqdirdə MPM-in 260.5-ci maddəsi praktik əhəmiyyətini itirəcəkdir. Çünki hər bir halda "əvvəlcədən Elektron Məhkəmə vasitəsilə müraciət etmək mümkün idi" arqumenti irəli sürülməklə üzrlü səbəb institutunun tətbiqi mümkünsüz vəziyyətə gətirilə bilər. Qanunvericinin iradəsi isə tam əksinədir. Qanunverici həmin normanı məhz obyektiv səbəblərin mövcud olduğu hallarda məhkəmə müdafiəsi hüququnun bərpası üçün qəbul etmişdir. Birinci instansiya məhkəməsinin hüquqi yanaşması həmin normanı formal xarakterə salaraq onun tətbiq sahəsini əsassız şəkildə məhdudlaşdırmışdır. Bu isə hüquq normalarının məqsədyönlü və sistemli təfsiri prinsiplərinə uyğun hesab edilə bilməz Məhkəmənin qəbul etdiyi hüquqi mövqe praktik baxımdan da qəbuledilməz nəticələr doğurur. Belə ki, məhkəmənin məntiqinə əsasən xarici ezamiyyətdə olan şəxs, xəstəxanada müalicə alan şəxs, uzunmüddətli xidməti səfərdə olan şəxs, təbii fəlakət nəticəsində əlaqə imkanlarıməhdudlaşmış şəxs və sair.. hər bir halda Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə əvvəlcədən məhkəməyə müraciət etməlidir. Əks halda təqdim etdiyi üzrlü səbəb hüquqi əhəmiyyət kəsb etməyəcək. Belə nəticə isə MPM-in 260.5-ci maddəsinin qəbul edilməsinin məqsədi ilə tam ziddiyyət təşkil edir. Çünki həmin norma məhz belə halların hüquqi tənzimlənməsi üçün qəbul edilmişdir. Əgər norma məhkəmənin tətbiq etdiyi formada şərh olunarsa, onun mövcudluğuna ümumiyyətlə ehtiyac qalmır. Normanın tətbiq edilməsinin mümkünsüz vəziyyətə gətirilməsi isə hüququn sistemli təfsiri prinsipi ilə uzlaşmır. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” ## ###### 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmçinin “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il ## #### tarixli * nömrəli qərarının 17-ci bəndinə əsasən iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müracıət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Bəhs edilən Qərarın 21-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır. Ərizənin baxılmamış saxlanılması haqqında (o cümlədən Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla çıxarılmış) qərardadın qanuni və əsaslı olması yalnız şikayət verilməklə mübahisələndirilə bilər. Şikayətə Azərbaycan Respublikası MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Kollegiya şikayətin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Çünki iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edə bilməməsinin üzürlü səbəblərdən baş verməsinə dair sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qərardadında iddiaçının “Elektron Məhkəmə Informasiya Sistemi”ndə özünə məxsus elektron kabinetinin olduğunu və həmin kabinet vasitəsi ilə iddiaçı tərəfindən nümayəndəsinin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini və yaxud təxirə salınmasını xahiş edə bilmə imkanının olduğunu qeyd etmişdir. Belə ki, iddiaçının hər hansı xarici ölkədə olması onun “Elektron Məhkəmə Informasiya Sistemi”-dən istifadə etməklə məhkəməyə “məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və ya keçirilməməsini və yaxud da iclasın təxirə salınmasını bildirməsi” imkanından məhrum etmir. Bundan başqa Kollegiya qeyd edir ki, iddiaçı bu cür məlumatları xarici ölkəyə getmədən öncə də verə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri öz təsdiqini tapmadığından şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Cahid Imanov Mahir Əsədli
Məhkəmə qərarları › İş №2-2(3-9)-150/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-9)-150/2026
28.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver