Məhkəmə qərarları › İş №2-2(3-9)-18/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-18/2026

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(3-9)-18/2026 05.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X5 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh nümayəndələri Nümayəndə2 və Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə, Şirvan Kommersiya Məhkəməsinin 7 noyabr 2025-ci il tarixli 2-2(121)-1973/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçıdan hissə-hissə götürmüş olduğu qızıl-zinət əşyalarının dəyəri 50000 manat, girov qoyulmuş hazırda cavabdehə məxsus onda olan müxtəlif çeşidli 2 kq çəkidə olan qızıl-zinət əşyalarının dəyəri 154600 manat məbləğdə pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi və 2 kq çəkidə olan qızıl-zınət əşyalarının cavabdehə qaytarılması ilə cəmi 204600 manat məbləğdə pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinin eyni vaxtda icra olunması və dövlət rüsumu kimi ödənilmiş 496 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Kürdəmir rayonu ərazisində “Təzə Bazar” adlanan yerdə qızıl-zinət əşyalarının alqı-satqısı və lombard fəaliyyəti ilə məşğul olur. Lombardı özü işlətsə də, nəzarəti Elburus Zamanov həyata keçirmişdir. Lombarda girov qoyulan qızıl-zinət əşyalarını yoxlayıb Elburusa vermişdir. Elburus qızıl qarşlılığında vətəndaşlara pul verir. Elburusa qızıl girov qoyarkən hər iş üçün Elburus iddiaçıya pul vermişdir. Cavabdeh Kürdəmir rayon sakini kimi tanımış və o, rayon ərazisində lombard işlədir. İddiaçı Zümrüdlə onun əri Yasər vasitəsi ilə tanış olmuşdur. İddiaçı Zümrüdlə təxminən 2024-cü ilin aprel ayından verdiyi qızılların qarşılığında müxtəlif məbləğdə nağd pul, həmçinin Cavabdeh verdiyi məbləğə görə 2,5 faizlə dəbbə pulu almaq şərti ilə aralarında şifahi razılaşma olmuşdur. Bir müddət Zümrüd iddiaçıya qızıl gətirmiş və əvəzində müxtəlif məbləğdə pul vəsaitini Zümrüdə vermişdir. Zümrüdə iyul ayına qədər 204600 manat dəyərində qızıl vermiş, əvəzində isə 204600 manat hissə-hissə pul almışdır. Zümrüd iyul ayında iddiaçının yanına gəlib verdiyi qızıllardan pul vermədən ümumilikdə 50000 manatlıq qızılı hissə-hissə almış, hər dəfə də qısa zaman ərzində borcunu bağlayacağını demişdir. İddiaçı Zümrüdə inanıb, onunla razılaşıb qızılları hissəhissə ona vermişdir. Zümrüdün götürdüyü qızılların ümumilikdə 50000 manat dəyərdə olduğunu bilmiş və iddiaçıdan qızıl istəyən zaman həmin qızılların pulu tam ödənilməsə, digər qızılları verməyəcəyini bildirmişdir və Zümrüd bununla razılaşmışdır. Zümrüd qızılların pulunu verə bilməmişdir. O, Zümrüddən əlavə pul istəməmiş, sonradan ondan yenə 50000 manat dəyərində qızıl-zinət əşyaları götürdüyünü, lakin həmin pulları ödəmədiyi üçün onunla razılaşmadığını, Zümrüdün iddiaçıda hazırda 154600 manat dəyərində qızıl-zinət əşyalarının olduğunu, 154600 manat pulu və 50000 manat borcu ödənildikdən sonra qızılları verəcəyini, Zümrüdün iddiaçıya 204600 manat borcu olduğunu, həmin pulu nağd şəkildə ödədikdən sonra qızılları tam qaytaracağını bildirmişdir. Eyni zamanda, iddiaçı cavabdehin intihara cəhd etməsi əsasında Kürdəmir RPŞ-nin Təhqiqat bölməsində toplanmış HK-1-1712 va HK-1-1725 nömrəli materiallar araşdırması zamanı vermiş olduğu izahatında göstərmişdir ki, Kürdəmir şəhərində Lombard fəaliyyəti ilə məşğul olur. İddiaçı bu məqsədlə vətəndaşların girov qoyduğu qızılları Cavabdeh təqdim edərək əvəzinə ondan pul vəsaitləri almışdır. Hazırda Zümrüdün iddiaçıda 2 kq 60 qram çəkidə, dəyəri təqribən 154600 min manat olan qızıl-zinət əşyaları vardır. Həmçinin Zümrüd iddiaçıdan 50 min manat dəyərində qızıl-zinət əşyalarının pulunu vermədən götürmüş, bu səbəbdən Zümrüdün iddiaçıya əlavə olaraq 50000 manat borcu vardır. Hazırda Zümrüd iddiaçıda olan qızılları tələb etmiş, lakin bunun əvəzinə ödənişlərini etmək istəməmişdir. İddiaçı bildirir ki, Zümrüdün verdiyi qızılları tam şəkildə geri qaytarmağa hazırdır, bir şərtlə ki, Zümrüd həmin qızıllara görə pulları tam şəkildə ödəsin. Kürdəmir RPŞ-nin İstintaq bölməsinin müstəntiqi X2 icraatında olan HK-1/1912 saylı material üzrə qəbul etdiyi Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cavabdeh intihara cəhd etməsi əsasında RPŞ-nin Təhqiqat bölməsində toplanmış HK-1- 1712 va HK-1-1725 nömrəli materiallar üzrə araşdırma zamanı izahatında göstərmişdir ki, təxminən 2023-cü ilin fevral ayından etibarən Kürdəmir şəhərində Lombard fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi müddətdə vətəndaşlardan qəbul etdiyi qızıl-zinət əşyalarını Kürdəmir şəhər sakini kimi tanıdığı İddiaçı girov qoyaraq ondan aşağı faizlə kredit əldə edib vətəndaşlara pul vermişdir. Bu yolla İsmayıla təxminən 154600 manat dəyərində qızıl-zınət əşyalarını girov qoymuşdur. Lakin hazırda İsmayıl ona girov qoyduğu qızılları tək-tək qaytarmaq istəməmiş və yalnız bütün qızılların dəyəri tam şəkildə ödəniləcəyi halda qızılları qaytarmağa razı olmuşdur. Göründüyü kimi cavabdeh Kürdəmir RPŞ-də vermiş olduğu izahatında iddiaçının qeyd etdiyi əsasları təsdiq etmiş, lakin buna baxmayaraq iddiaçıdan əsassız olaraq şikayətlər etmişdir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıdan ayrı-ayrı vaxtlarda almış olduğu ümumilikdə 204600 manat və həmin pul məbləğinin hər ay 2,5 faizi olaraq 5115 manat məbləğdə pul vəsaitinin iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı tarixə kimi hesablanmaqla cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh təxminən xx.xx.2024-cü il tarixində qızıl-zinət əşyalarını girov qoyaraq iddiaçıdan nağd şəkildə pul almış, həmçinin iddiaçının verdiyi məbləğə görə iddiaçıya hər ay 2,5%-lə dəbbə pulu verməyi öhdəsinə götürmüş və bununla bağlı iddiaçı və cavabdeh arasında şifahı razılaşma olmuşdur. Belə ki, cavabdeh 2 kq 60 qram çəkidə qızıl-zinət əmlakını girov qoymaqla iddiaçıdan 154600 manat məbləğdə pul almış və ancaq hal-hazıra kimi qaytarmamışdır. Bundan əlavə, cavabdeh 2 kq 60 qram çəkidə qızıl-zinət əşyalarından əlavə iddiaçıya vermiş olduğu 50000 manat dəyərində qızıl-zinət əşyalarını da hissə-hissə iddiaçıdan geri götürmüş, lakin hal-hazıra kimi nə həmin qızılları, nə də onların pulunu qaytarmışdır. Eyni zamanda aralarında olan şifahi razılaşmaya görə cavabdeh iddiaçının ona vermiş olduğu 204600 manat pulun qarşılığında iddiaçıya həmin məbləğin 2,5 faizi məbləğində pul verməyi öhdəsinə götürmüş, lakin hal-hazıra kimi həmin pul məbləğini da verməmişdir. Qeyd olunmuş faktiki və hüquqi əsaslara uyğun olaraq cavabdehin iddiaçıdan ayrı-ayrı vaxtlarda almış olduğu ümumilikdə 204600 manat və həmin pul məbləğinin hər ay 2,5 faizi olaraq 5115 manat pulun iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı tarixə kimi hesablanmaqla cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə1 xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin qızıl-zinət əşyalarını girov qoymaqla iddiaçıdan aldığı, ümumilikdə 204600 manat və həmin pul məbləğinin hər ay 2,5 faizi olaraq 5115 manat pulun iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı tarixədək hesablanaraq borcun girov qoyulmuş qızıl-zinət əmlakının pul ilə dəyərinə yönəldilməklə cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İŞİNHALLARİ: “Elektron məhkəmə” informasiya sisteminin məlumatlardan görünür ki, İddiaçı (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmışdır. Kürdəmir rayon prokurorluğu tərəfindən verilmiş arayışdan görünür ki, Kürdəmir rayonu ərazisində lombard fəaliyyəti ilə məşğul olan X1 ayrı-ayrı şəxslər ona kredit götürmək üçün müraciət edərkən onlardan girov götürdüyü qızıl-zinət əşyalarından istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı olmadığı halda həmin əşyaları fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı girov qismində qoyaraq aşağı faizlə borc alıb həmin vəsaiti lombardın kredit dövriyyəsində istifadə etməklə ayrı-ayrı şəxslərə kredit olaraq verməsi, həmin şəxslərin kredit borclarını ödəməsinə baxmayaraq qızıl-zinət əşyalarının İddiaçı girovda saxlanılmasına görə sonuncunun həmin qızılları kredit borclarını tam şəkildə ödəmiş müştərilərə qaytara bilməməsi nəticəsində çoxsaylı şəxslərə mühüm ziyan vurulması faktı ilə bağlı CM-in 179.1-ci maddəsi ilə ********* saylı cinayət işinin istintaqı aparılır. Kürdəmir rayon prokurorluğu tərəfindən təqdim edilmiş Cavabdeh və İddiaçı xx.xx.2024-cü il tarixli izahatlarının mahiyyətindən görünür ki, Cavabdeh, İddiaçıla 1 il 6 ay işlədikdən sonra onda olan 2,5 kq qızıllarını istədiyini və əvəzində ona olan 154000 manat borcu qaytaracağını, lakin İsmayılın ona həmin qızılları verməyəcəyini, 154000 manatdan əlavə 57000 manat da verəcəyini dediyini, onun da İsmayıla 57000 manat verməyəcəyini və İsmayıla 154000 manatdan başqa borcunun olmadığını dediyini bildirmiş, İddiaçı isə izahatında Zümrüdlə aralarında təxminən 2024-cü ilin aprel ayından şifahi formada razılaşdıqlarını, Zümrüdün ona verdiyi qızılların qarşılığında Zümrüdə 2,5 faizlə pul verdiyini, bir müddət Zümrüdün ona qızıl gətirdiyini və həmin qızılları Elburusa verdiyini, əvəzində isə Elburus verdiyi pulları Zümrüdə verdiyini, Zümrüdün 204600 manat dəyərində qızıl verib əvəzində 204600 manat hissə-hissə pul aldığını bildirmişdir. “CD disk”də əks olunan səs qeydlərindən görünür ki, Cavabdeh İddiaçı 30000, 15000 və 5000 olmaqla ümumilikdə 50000 manat əlavə borcu olmasını təsdiq edir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Şirvan Kommersiya Məhkəməsinin 7 noyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rəmzi Nəbiyev) iddia qismən təmin edilərək Cavabdeh 202250 manat və 10230 manat illik 5% ilə hesablanan gecikdirmə faizi olmaqla, cəmi 212480 manat pul vəsaitinin və ödənilmiş 502,48 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə belə əsaslandırılmışdır ki, tərəflər pulun borc verilməsi barədə əqdi şifahi formada bağlamaqla, əqdin formasına dair Mülki Məcəllədə müəyyənləşdirilmiş məcburi şərti pozmuşlar. Belə ki, iş materiallarından göründüyü kimi müqavilə iştirakçılarının hər ikisi fərdi sahibkar statusu olan fiziki şəxs olsa da, aralarındakı borc müqaviləsinin predmeti olmuş pul vəsaitinin məbləği 3000 manatdan çox olduğundan onlar bu müqaviləni yazılı formada bağlamalı olduqları halda, şifahi formada bağlamışlar. Cavabdeh tərəf 204600 manat borcun 154000 manat hissəsini qəbul edir, eyni zamanda iddiaçıya olan borcun 1750 manatını ödədiklərini bildirir, iddiaçı isə 1750 manatın ödənildiyini qəbul edir. Ona görə də, məhkəmə iddianı 154000 manat hissədə əsaslı hesab edir. İşin mübahisəli halı tələb edilən 204600 manat məbləğin cavabdehin qəbul etmədiyi 50600 manat hissəsi təşkil edir. İddiaçı tələbin mübahisəli 50000 manat hissəsini təsdiq edən sübut kimi məhkəməyə “CD disk”də əks olunan cavabdehə məxsus səs qeydlərini təqdim etmiş və həmin səs qeydlərindən cavabdehin iddiaçıya 30000, 15000 və 5000 manat borcunun olmasını təsdiq etdiyi görünür. Lakin cavabdeh tərəf həmin səs qeydini mötəbər dəlil hesab etmir və sübutun əsassızlığına dair dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfin təqdim etdiyi səs qeydlərində cavabdehin bildirdiyi 50000 manatın iddiaçının hazırkı tələbi ilə əlaqəsi yoxdur və iddiaçı həmin səs qeydlərinin hansı tarixə aid olması ilə əlaqədar məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, səs qeydləri cavabdehin şəxsən özü tərəfindən “Whatsapp” tətbiqi vasitəsi ilə iddiaçıya göndərildiyindən və bu tətbiq cavabdehə həmin səsləri qeydlərini nə vaxt və nə məqsədlə göndərdiyini sübut etmək imkanı verdiyindən mötəbərliyi mübahisələndirilən sözügedən səs qeydlərinin, iddiaçının məhz hazırkı tələbi üzrə deyil, başqa dövrdə alınmış pullarla bağlı olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İddiaçının cavabdehə 204000 manat borc verməsi və həmin məbləğin 1750 manatının cavabdeh tərəfindən ödənilməsi və ödənilməmiş qalan pul məbləğin 202250 manat təşkil etməsi işin müəyyən edilən halları ilə təsdiq olunur. İşin faktiki hallarından cavabdehin həmin qızılzinət əşyalarını iddiaçıya verməsi müəyyən edilmir. Mövcud vəziyyətdə cavabdeh sözügedən qızıllar barədə mülkiyyət hüququnu itirməməklə yanaşı, iddiaçının həmin qızıllar üzərində mülkiyyət hüququ əldə etməsindən söhbət gedə bilməz. Cavabdeh öz iradəsi ilə verdiyindən iddiaçı həmin qızıllar üzərində sadəcə faktik sahiblik həyata keçirir. Habelə iddiaçının tələb etdiyi qalan 600 manata gəldikdə, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən və tələb cavabdeh tərəfindən qəbul olunmadığından məhkəmə iddianı həmin hissədə əsaslı hesab etmir. Həmçinin məhkəmə iddianı illik 5% ilə hesablanan 10230 manat gecikdirmə faizinə münasibətdə əsaslı hesab edir. Ona görə ki, tərəflər arasında borclu olduğu pulun qaytarılmasını 2024-cü ilin avqust ayından tələb etmişdir. İddiaçının borcun ödənilməsini tələb etdiyi vaxtdan ərizənin verildiyi tarixədək 13 aylıq müddətin keçdiyi və həmin müddət ərzində cavabdehin borcun qaytarmadığı nəzərə alındıqda illik 5% ilə hesablanan faiz məbləği 11050 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə iddianı həmin hissədə verilmiş tələb daxilində, yəni 10230 manat hissədə əsaslı hesab edir. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Cavabdehin nümayəndəsi Vəkil qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi araşdırarkən Elburus Zamanovu üçüncü şəxs qismində cəlb etməmişdir. İddiaçı qızıl-zinət əşyalarını cavabdehdən girov götürərkən pulun Elburus Zamanova məxsus olması barədə heç bir məlumat verməmişdir. Ümumiyyətlə, ilk öncə cavabdehdən borcu tələb etmək hüququnun iddiaçı, yoxsa Elburus Zamanova aid olması hissəsində qiymət verilməməsi başa düşülən deyildir. İddiaçı tərəfindən təqdim edilmiş səs qeydində 30000, 15000 və 5000 manat borcun cavabdeh tərəfindən etiraf edilməsi ağlabatan deyildir. Belə ki, tərəflər arasında hər iki tərəfin özünün də qeyd etdiyi kimi işgüzar münasibətlər olmuş, qızıl-zinət əşyaları müxtəlif vaxtlarda hissə-hissə cavabdeh tərəfindən girov qoyulmuş, hər girova görə də əvəzində pul verilmişdir. Hər iki tərəf qazanc götürmüş və işgüzar münasibətlər fərqli tarixlərdə davam etmişdir. İddiaçının təqdim etdiyi səs yazıları və digər sübutları birtərəfli olmaqdan əlavə ümumiyyətlə başlanma və bitmə tarixi məlum deyildir. 154600 manat pulun qarşılığında verilmiş qızıl-zinət əşyalarının qaytarılmasını cavabdeh iddiaçıdan tələb etmiş, lakin iddiaçı əvvəlcə qızıl-zinət əşyalarının onda olmamasını və həmin pulun Elburus Zamanova aid olmasını demişdir. Qızıl-zinət əşyalarının hissə-hissə qiymətlərinə uyğun məbləğdə qaytarılmasına məhz cavabdeh maraqlı olmuşdur. İddiaçı qızılların qaytarılmasında maraqlı olmamışdır. Həmçinin borc məbləğinin 3000 manatdan yuxarı olması, borc və ya girov müqaviləsinin yazılı olmaması, tərəflər arasında öhdəliyin hansı vaxtdan yaranması məlum olmadığından iddianı illik 5% ilə hesablanan 10230 manatın cavabdehdən tutulması əsassızdır. Cavabdeh iddianı 154000 manat hissəsində qəbul edir, belə ki, həmin məbləğin qarşılığında 2.6 kq qızıl hissə-hissə iddiaçıya cavabdeh tərəfindən girov qoyularaq müxtəlif məbləğlərdə borc pul götürülmüşdür. TƏRƏFLƏRİNİZAHATLARİ: Cavabdehin nümayəndəsi Vəkil 5 fevral 2026-cı il tarixli məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iddianı yalnız 154000 manat hissədə qəbul edirlər. Tərəflər arasındakı hazırkı mübahisə ilə bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma gedir və həmin işdə zərər çəkmişlərin bəzisinə dəymiş zərər ödənilib. İddiaçı Kürdəmir rayon prokurorluğunda cavabdehə verilmiş pul vəsaitinin Elburus adlı şəxsə məxsus olduğunu bildirmişdir. Hazırda 50000 manat borc və pul vəsaitinin gecikdirilməsinə görə illik 5%-lə hesablanan məbləği mübahisələndirirlər. İş materiallarında yazışmalar və səs yazısı var ki, orada ümumi danışılır. Cavabdeh nümayəndələri Nümayəndə2 və Vəkil hazırkı məhkəmə iclasında əvvəlki izahatlarını təsdiq etdiklərini və əlavələrinin olmadığını bildirdilər. İddiaçının nümayəndəsi vəkil Nümayəndə1 5 fevral 2026-cı il tarixli məhkəmə iclasında izahat verərək bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. Cavabdeh tərəf qətnaməni 50000 manat hissədə mübahisələndirdiyini bildirir. Ancaq tələb həmin hissədə əsaslıdır və bununla bağlı məhkəməyə sübutlar təqdim edilmişdir. Tərəflər arasında telefon danışığı olub və həmin səsyazıda 50000 manat məbləğdə pul vəsaiti cavabdeh tərəfindən aydın şəkildə etiraf edilir. Hazırda isə cavabdeh iddiaçıdan yalnız 154000 manat aldığını etiraf edir ki, onun əvəzində 2 kq 60 qram qızıl-zinət əşyası iddiaçıda qalıb. Qızllardan qazanc əldə etmək mümkün deyil, çünki iddiaçı onları geri qaytaracaq. Pul vəsaitinin gecikdirilməsinə görə illik 5%-lə hesablanan məbləğlə bağlı bildirir ki, bu hal qanunvericilikdə nəzərdə tutulmuş haldır. Cavabdeh 154000 manat pulun dövriyyəsindən uzun müddətdir ki, qazanc əldə edir. 50000 manatla bağlı olan səsyazıları birinci instansiya məhkəməsində tərəflərin iştirakı ilə dinlənilib. İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə1 hazırkı məhkəmə iclasında əvvəlki izahatlarını təsdiq etdiklərini və əlavələrinin olmadığını bildirdilər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 hazırkı məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı ilə dostluq münasibətləri olmuşdur. İsmayıl və Zümrüd arasında yaranmış mübahisə ilə əlaqədar İsmayıl dəfələrlə polis və prokurorluq orqanlarına çağırılmışdır. Polis araşdırması zamanı verdiyi və hazırkı işə əlavə edilmiş izahatlara əsasən Cavabdeh verilmiş pulun İddiaçı deyil, ona məxsus olmasını məhz İsmayıla olan təzyiqlərin aradan qaldırılması üçün demişdir. Belə ki, özü şəhid ailəsinin üzvü olduğu üçün belə addım atmağa iddiaçı ilə birlikdə qərar vermişlər. Əslində isə bəhs olunan pul məbləği tam olaraq İddiaçı özünə məxsusdur. PROSESSUALMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. TƏLƏBİNQANUNİƏSASİ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 324.1-324.3-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. MM-in 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. MM-in 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin sonuncu hazırlıq iclası 7 oktyabr 2025-ci il tarixdə keçirilmiş, işin məhkəmə baxışına hazırlanması mərhələsi başa çatdığından baxış iclası 17 oktyabr 2025-ci il tarixə təyin edilmişdir. “AZEMİS”dən görünür ki, iddiaçının 16 oktyabr 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair yeni ərizəsi sistemə yerləşdirilmişdir. Belə ki, iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə (iddia tələbinin dəqiqləşdirilməsi barədə) müraciət edərək cavabdehin qızıl-zinət əşyalarını girov qoymaqla iddiaçıdan aldığı və qaytarmadığı, ümumilikdə 204600 manat pul və qeyd edilən pul məbləğinin ödənilməsini gecikdirildiyi üçün həmin vaxta görə illik beş faiz olaraq hesablanan 10230 manat, dövlət rüsumu kimi ödənilmiş 506 manat, cəmi 215336 manat məbləğdə pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Beləcə, adıçəkilən ərizə işin məhkəmə baxışı mərhələsində təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 53-cü maddəsinin tələbinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Adıçəkilən normanın məzmunundan da göründüyü kimi məhkəmə baxışı zamanı bu cür dəyişikliklərə yalnız iki halda yol verilə bilər: bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəldikdə, iddiaçı həmin hərəkətlərin hazırlıq mərhələsi başa çatanadək edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdıqda. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş 16 oktyabr 2025-ci il tarixli ərizədə iddia tələbinin dəqiqləşdirilməsinin yuxarıda göstərilən istisna hallardan hər hansı biri ilə şərtləndirildiyi əsaslandırılmamış, ərizədə belə halların mövcudluğu barədə sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan prosessual məhdudiyyətləri nəzərə almadan, iddia tələbinin baxış mərhələsində dəyişdirilməsinə dair ərizəni qəbul etmiş və nəticə etibarilə dəyişdirilmiş hissədə - 204600 manat məbləğdə pul vəsaitinin ödənilməsi gecikdirildiyindən həmin vaxt üçün illik 5% ilə hesablanan gecikdirmə faizi qismində 10230 manat tələbi də təmin etmişdir. Belə olan halda, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu baxımdan da, mübahisələndirilən qətnamə həmin hissədə ləğv edilməlidir. Bununla yanaşı, iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə cavabdehdən 204600 manat pul məbləğinin hər ay 2,5 faizi olaraq 5115 manat pulun iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixədək hesablanaraq borcun girov qoyulmuş qızıl-zinət əmlakının pul ilə dəyərinə yönəldilməklə alınması tələb edilməsinə baxmayaraq məhkəmə tərkibi dispozitivlik prinsipinə əsasən adıçəkilən hissəyə hüquqi qiymət verilməsini düzgün hesab etmir. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutları tədqiq etdikdən sonra onlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verməklə qeyd edir ki, apellyasiya şikayətinin digər (tələb hüququnun kimə aid olması, iddiaçı tərəfindən təqdim edilmiş səs qeydində 30000, 15000 və 5000 manat borcun cavabdeh tərəfindən etiraf edilməsinin ağlabatan olmaması, səs yazıları və digər sübutların başlanma və bitmə tarixinin qeyri-müəyyənliyi və s.) dəlilləri üzrə hesab edir ki, həmin hallar və faktlar birinci instansiya məhkəməsi tərəfindən ətraflı şəkildə araşdırılmış və qəbul edilmiş qətnamədə hərtərəfli əsaslandırılmışdır. Buna görə də, qeyd edilənlər barədə əlavə araşdırma və əsaslandırma aparmağa zərurət yoxdur. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək Şirvan Kommersiya Məhkəməsinin 7 noyabr 2025-ci il tarixli 2-2(121)-1973/2025 saylı qətnaməsi qismən - Cavabdeh 10230 manat illik 5% ilə hesablanan gecikdirmə faizinin tutularaq İddiaçı ödənilməsi hissədə ləğv edilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsi – 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməli, qalan vəsait cavabdehin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 7 noyabr 2025-ci il tarixli 2-2(121)-1973/2025 saylı qətnaməsi qismən - Cavabdeh 10230 manat illik 5% ilə hesablanan gecikdirmə faizinin tutularaq İddiaçı ödənilməsi hissədə ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsi – 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Həmin müddət ərzində şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar