Məhkəmə qərarları › İş №2-2(3-9)-180/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-180/2026

22.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-180/2026 22.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X5 və X9 ibarət tərkibdə, məhkəmə katibi Əhmədli Murad İlham oğlunun, iddiaçının nümayəndəsi X2, cavabdehlər cavabdeh4 və cavabdeh1 iştirakı ilə, Şirvan Kommersiya Мəhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC ilə Borcalan cavabdeh4 arasında bağlanmış 2023-cü il # ###### tarixli, RB/SHF-**** saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Borcalana 36 ay müddətinə illik dövriyyə vəsaitinin artımı məqsədilə 300000 manat məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (* saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. 2023-cü il # ###### tarixli RB/SHF-**** nömrəli zaminlik müqaviləsinə əsasən, zamin cavabdeh2 Borc alanın Kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC ilə cavabdeh4 arasında bağlanmış 2023-cü il # ###### tarixli RB/SHF-**** saylı ipoteka müqaviləsinə əsasən Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, 12, Yeni qaydalarla: AZ1800, Şirvan şəhəri, Mahmud İbrahimov küçəsi, giriş 164A ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 250.9 kv.m ümumi hissədən ibarət qeyri-yaşayış binası eyni tərəflər arasında bağlanmış 2023-cü il # ###### tarixli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə cavabdeh4 arasında bağlanmış 2023-cü il # ###### tarixli RB/SHF-****A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Şirvan şəhəri, Mübariz İbrahimov küçəsi, ev 42, Yeni qaydalarla:AZ1803, Şirvan şəhəri, M.İbrahimov küçəsi, ev 187 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi eyni tərəflər arasında bağlanmış 2023-cü il # ###### tarixli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə cavabdeh4 arasında bağlanmış 2023-cü il # ###### tarixli RB/SHF-****B saylı sonrakı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evi eyni tərəflər arasında bağlanmış 2023cü il # ###### tarixli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh4 və cavabdeh2 # ###### 2023-cü il tarixli, RB/SHF-**** saylı kredit müqaviləsi üzrə əsas borca görə 225 636,1 manat, faiz borcuna görə 10 047,57 manat, cərimə borcuna görə 2130,96 manat olmaqla cəmi 237 814,63 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin ** saylı Şirvan Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 321 manat rüsumun və 528 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması; tələbin cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, 12, Yeni qaydalarla: AZ1800, Şirvan şəhəri, Mahmud İbrahimov küçəsi, giriş 164A ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 250.9 kv.m ümumi hissədən ibarət qeyri-yaşayış binasına, cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evinə və cavabdeh3 mülkiyyət hüququ ilə məxsus olan Şirvan şəhəri, Mübariz İbrahimov küçəsi, ev 42, Yeni qaydalarla: AZ1803, Şirvan şəhəri, M.İbrahimov küçəsi,ev 187 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh cavabdeh4 # ###### 2023-cü il tarixli, RB/SHF-**** saylı kredit müqaviləsi üzrə cəmi 237814,63 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 849 manat məbləğində pulun iddiaçı İddiaçı ASC-yə ödənilməsini; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan # ###### 2023cü il tarixli, RB/SHF-**** saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlər cavabdeh4 və cavabdeh2 tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə (borcalana) ## ###### 2023-cü il tarixli, RB/SHF**** saylı kredit müqaviləsinə əsasən illik 15 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 300 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh öhdəliklərini icra edilməmişdir. Maliyyə arayışına əsasən cavabdeh cavabdeh4 # ###### 2023-cü il tarixli kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 225 636,1 manat, faiz borcuna görə 10 047,57 manat, cərimə borcuna görə 2130,96 manat olmaqla cəmi 237 814,63 manat təşkil edir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış # ###### 2023-cü il tarixli, RB/SHF-**** saylı kredit müqaviləsinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqaviləyə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. İddiaçı ##.##.2025-ci il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə vermiş, cavabdehlər cavabdeh4 və cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə əsas borca görə 106.776,61 manat, faiz borcuna görə 26.316,68 manat, dəbbə puluna görə 10.752,63 manat olmaqla, cəmi 143.845,92 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin ** saylı Şirvan Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 321 manat rüsumun və 528 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı ASC-nin xeyrinə tutulması; tələbin cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evinə və cavabdeh3 mülkiyyət hüququ ilə məxsus olan Şirvan şəhəri, Mübariz İbrahimov küçəsi, ev 42, Yeni qaydalarla: AZI803, Şirvan şəhəri, M.İbrahimov küçəsi, ev 187 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin kredit müqaviləsi üzrə cəmi 143 845,92 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 849 manat məbləğində pulun iddiaçı ASC-yə ödənilməsi; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlər cavabdeh4 və cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslanıdırlmışdır ki, məhkəmə gedişatı zamanı cavabdehin müraciəti ilə ipoteka predmetlərindən biri (Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, 12, Yeni qaydalarla: AZ 1800, Şirvan şəhəri, Mahmud İbrahimov küçəsi, giriş 164A ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 250.9 kv.m ümumi hissədən ibarət qeyri-yaşayış binası girovda qalmaqla satılmış və əldə olunan vəsait kredit üzrə əsas borcdan ödənişə (118 859,49 AZN) yönəldildikdən sonra (##.##.2025) sözügedən ipoteka predmeti girovdan azad edilmişdir. Cavabdehin # ###### 2023-cü il tarixli, RB/SHF-**** saylı kredit müqaviləsi üzrə əsas borcu 106 776,61 manat, faiz borcu 26 316,68 manat, dəbbə borcu 10 752,63 manat, cəmi 143 845,92 manat təşkil edir. X11 MMC tərəfindən qiymətləndirmə xərcinin ödənilməsi üçün göndərilmiş ##.##.2025-ci il tarixli hesab faktura əsasında İddiaçı ASC tərəfindən xxxx MMC-nin hesabına 1500 manat məbləğində pul ödənilmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh1 iddia tələbi üzrə əsas borc və faiz borcunu qəbul etdiklərini bildirmiş, cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etmişlər. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh4 və cavabdeh2 müştərək qaydada ## ###### 2023-cü il tarixli, RB/SHF-**** nömrəli kredit müqaviləsi üzrə 75436,1 manat əsas borc, 3421,55 manat faiz borcu, 100 manat cərimə borcu, bildirişlərin qeydə alınması üçün ödənilmiş 321 manat və ödənilmiş 327,84 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 79606,49 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ASC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 200,16 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması, tələbin ünvan 1 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evinə, Şirvan şəhəri, Mübariz İbrahimov küçəsi, ev 42, Yeni qaydalarla: AZ1803, Şirvan şəhəri, M.İbrahimov küçəsi, ev 187 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evinin ilkin satış qiymətinin 82000 manat, Şirvan şəhəri, Mübariz İbrahimov küçəsi, ev 42, Yeni qaydalarla: AZ1803, Şirvan şəhəri, M.İbrahimov küçəsi, ev 187 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 86589 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər cavabdeh4 və cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.7, 307.6, 307.7, 309.1, 317.1, 317.2, 319.4, 385.1, 425.1, 427.3, 442, 445.1, 445.7, 445.2.1, 448.1, 449.1, 462.1, 465.2, 467, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 39.3.3 və 41.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ** saylı, 2020-ci il ## #### tarixli Qərardadına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 77.1, 217.1, 217.3 və 217.5-ci maddələrinə istinad etmişdir. Məhkəmə əsas və faiz borcunun miqdarını azaldarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsaslanmışdır. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti vermişdir. İşə iddiaçının apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər C.İmanov, Q.Əliyev və T.Kərimov) ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşə iddiaçının kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər K.Abiyeva, B.Qəribov və Z.Babayev) ## ### 2026-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində cavabdehlər cavabdeh4 və cavabdeh2 müştərək qaydada tutulan 75436,1 manat əsas borc, 3421,55 manat faiz borcu hissəsində dəyişdirilərək, 106 776,61 manat əsas borcun, 26 316,68 manat faiz borcunun tutularaq İddiaçıASC-yə ödənilməsinə və qətnamənin təmin edilməyən hissəsində qismən ləğv edilməsini, iddiaçı tərəfindən “xxxx” MMC-nin hesabına ödənilmiş 1500 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə mülki iş üzrə sübutları tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə heç bir əsaslandırma olmadan cavabdehlərdən tutulacaq əsas borcu 31.340,51 manat miqdarında azaldılaraq 75.436,1 manat qət edilmişdir. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası xərcinin məhkəmə gedişatında İddiaçı ASC tərəfindən xxxx MMC-nin hesabına ödənildiyini nəzərə almadan, 1500 manat məbləğində pulun cavabdehlərdən tutulması barədə tələblərində qətnamənin əsaslandırıcı və nəticə hissəsində münasibət bildirilməmişdir. İş üzrə qətnamə qəbul edilərkən ekspert rəyində cavabdehin əsas borcunun 8984,25 manat artırılaraq, faiz borcunun 6626,02 manat azaldılması nəzərə alınmadan cavabdehlərdən tutulacaq faiz borcu ekspert rəyindəki faiz borcuna (3421,55 manat) əsasən qət edilmişdir. İzahatlar Prosessual məsələlər İddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, əsas borcun və faiz borcu tələbinin tam təmin edilməsini, məhkəmə xərcinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmiş və izahatında bildirmişdir ki, problemi olan kredit # ###### 2023-cü ildə imzalan müqavilə ilə götürülüb. İpoteka ilə yüklü olan əmlak satılandan sonra ondan 150.000 AZN ödəniş edilib. Həmin əmlak qeyri-yaşayış sahəsi (mağaza) olub, amma filial səhvən problemli olmayan digər kreditdən 30.000 AZN, problemli kreditdən isə 120.000 AZN silib. Birinci instansiya məhkəməsində ekspertiza təyin edilir. Onlar həmin ekspertiza rəyindən narazıdır və düzgün hesab etmir. Yenidən ekspertizanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsində də vəsatət vermiş, lakin vəsatət nəzərə alınmamışdır. Bankın mübahisələndirdiyi hissə ancaq borc məbləğidir. Cavabdeh cavabdeh4 və cavabdeh cavabdeh1 birinci instansiya məhkəməsində və hazırda əsas borcu və faiz borcunu qəbul etdiklərini bildirərək obyektiv qərar qəbul edilməsini xahiş etmişlər. Onlar 2023-cü ildə 300.000 AZN pul götürmüşlər, 18 ay 10.500 AZN-dən ödəmişlər. Daha sonra isə mağazanı 150.000 AZN-ə satmış, həmin pulu da banka ödəmişlər. Digər cavabdehlərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kredit, zaminlik və ipoteka müqavilələrinin mövcudluğu, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətləri, cərimə məbləğinin tutulması hissədə qətnamə mübahisələndirilməmişdir. İddiaçı qətnaməni yalnız əsas borca və faiz borcuna dair hissədə mübahisələndirmiş, eləcə də şikayətində Qiymətləndirmə şirkətinin hesabına ödənilmiş 1500 manat məbləğində pulun cavabdehlərdən tutulması tələbinin təmin edilməsini xahiş etmişdir. Kollegiya işə iddiaçının apellyasiya şikayəti həddində baxılır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələri bağlanmışdır: İddiaçı ASC ilə cavabdeh cavabdeh4 arasında bağlanmış 2023-cü il # ###### tarixli, RB/SHF-**** saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana dövriyyə vəsaitinin artımı məqsədilə 300000 manat məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (* saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür; -2.2-ci bəndinə əsasən, kredit 36 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 300000 manatdan çox olmamalıdır. Kredit Borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. -2.14.2-ci yarımbəndinə əsasən, müqavilənin müddəti ərzində “Kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 faizi (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq) cərimə tətbiq olunur. 2023-cü il # ###### tarixli RB/SHF-**** nömrəli zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən, zamin cavabdeh2 ilə kreditor arasında bağlanmış 2023 cü il 1 avqust tarixli, RB/SHF- **** saylı Kredit müqaviləsinə əsasən kredit almış Borc alanın Kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İddiaçı ASC ilə cavabdeh4 arasında bağlanmış 2023-cü il # ###### tarixli RB/SHF-****A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Şirvan şəhəri, Mübariz İbrahimov küçəsi, ev 42, Yeni qaydalarla:AZ1803, Şirvan şəhəri, M.İbrahimov küçəsi, ev 187 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi eyni tərəflər arasında bağlanmış 2023-cü il # ###### tarixli, RB/SHF-**** nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə cavabdeh4 arasında bağlanmış 2023-cü il # ###### tarixli RB/SHF-****B saylı sonrakı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evi eyni tərəflər arasında bağlanmış 2023cü il # ###### tarixli, RB/SHF-**** nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Məhkəmə gedişatında iddiaçı tələbinin həcmini azaltmış, cavabdehlərdən kredit müqaviləsi üzrə əsas borca görə 106 776,61 manat, faiz borcuna görə 26 316,68 manat, dəbbə puluna görə 10 752,63 manat olmaqla, cəmi 143.845,92 manat tələb etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2025-ci il ## ##### tarixli rəyində kredit müqaviləsinə əsasən cavabdeh4 2024 cü il 2 oktyabr tarixinə əsas borc üzrə 234620,35 manat, faiz borcu üzrə 3421,55 manat, 2024-cü il ## #### tarixə əsas borc üzrə 48989,93 manat, faiz borcu üzrə 1545,90 manat borcunun olması qeyd olunmuşdur. “xxxx” MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair 2024-cü il ## ###### tarixli qiymətləndirmə hesabatına əsasən, Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, 12, Yeni qaydalarla: AZ1800, Şirvan şəhəri, Mahmud İbrahimov küçəsi, giriş 164A ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 250.9 kv.m ümumi hissədən ibarət qeyri-yaşayış binasının ## ###### 2024- cü il tarixinə bazar dəyərinin 225810 manat, likvid dəyərinin 191939 manat; Şirvan şəhəri, Mübariz İbrahimov küçəsi, ev 42, Yeni qaydalarla: AZ1803, Şirvan şəhəri, M.İbrahimov küçəsi, ev 187 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin 2024-cü il ## ###### tarixinə bazar dəyərinin 96.210 manat, likvid dəyərinin 86.589 manat; ünvan 1 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evinin 2024-cü il ## ###### tarixinə bazar dəyərinin 91.140 manat, likvid dəyərinin 82ö000 manat məbləğində olması müəyyən olunmuşdur. İşin hallarından görünür ki, müqavilə üzrə borclu olan cavabdeh borcunu sonuncu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı kredit müqaviləsi üzrə borcun tutulmasını, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönədilməsini xahiş etmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönədilməsi tələbi üzrə məhkəmə aktı mübahisələndirilməmiş, iddiaçı apellyasiya şikayətində müqavilə üzrə tutulan borcun miqdarı hissəsində mübahisələndirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...” “Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ...” “Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. ... 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının MPM-inin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...” “Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” «Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.» Apellyasiya məhkəməsinin mövqeyi Müəyyən edilir ki, məhkəmə icraatı gedişində ipoteka ilə yüklü edilmiş əmlaklardan birinin satışından daxil olmuş vəsaitin 118.859,49 manatı əsas borcun ödənişinə yönəldildikdən sonra, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 106.776,61 manat, faiz borcu 26.316,68 manat, dəbbə borcu 10.752,73 manat olmaqla, cəmi 143.845,92 manat təşkil edir. İddiaçının mübahisələndirdiyi hal ondan ibarətdir ki, aparılan 150.200 manat ödənişin cəmi 118.859,49 manatı baxılan iş üzrə kredit öhdəliyinin icrasına yönəldilmiş, əsas borcdan çıxılmaqla qalıq əsas borc 106.776,61 manat təşkil etmişdir. Bununla bağlı işdə olan hesabdan çıxarış məlumatlarından görünür ki (İ cild, i.v 119), aparılan 150.200 manat ödənişdən 31.140,51 manatı, başqa-KB/SHF-**** saylı kredit borcuna silinmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan hesabdan çıxarışda əks olunan məlumatlar üzrə hər hansı qiymətləndirmə aparmadan ekspertiza rəyi ilə razılaşmışdır. Halbuki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (MPM, maddə 103.1). Ekspertizanın keçirilməsindən sonra iddiaçı tələbini azaltmış və bunu əsaslandırmışdır. Məhkəmə yeni tələb üzrə araşdırma aparmamışdır. Bundan əlavə, işə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarında iddia tələbi üzrə əsas və faiz borcunu qəbul etdiklərini bildirmişlər, yalnız cərimə borcunun azaldılmasını xahiş etmişlər. Lakin birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərin iddia tələbi üzrə etirafları istiqamətində hər hansı hüquqi dəyərləndirmə aparılmamışdır. Apellyasiya baxışında da cavabdehlər iddia tələbi üzrə əsas və faiz borcunu qəbul etdiklərini bildirmişlər. Qanunun tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (MPM, maddə 106.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## ##### tarixli qərarında qeyd edilir ki, vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi . Kollegiya həmçinin qeyd edir ki, iddiaçının «xxxx» MMC-nin hesabına ödənilmiş 1500 manat məbləğində pulun tutulmasına dair dəlillərinə, birinci instansiya məhkəməsi tərəfindən həmin vəsaitin işə baxılma ilə bağlı məsrəf olması nəzərə alınmaqla qiymət verilməmişdir. Halbuki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlər onu deməyə əsas verir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu isə məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, göstərilən əsasla apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə - faiz və cərimə borcunun tutulmasının qismən təmin edilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iddia tam təmin edilməli, ## ###### 2023-cü il tarixli, RB/SHF-**** nömrəli kredit müqaviləsi üzrə cavabdehlər cavabdeh4 və cavabdeh2 müştərək qaydada əsas borca görə 106.776,61 manat, faiz borcuna görə 26.316,68 manat (müvafiq olaraq cəmi tutulması qət edilən məbləğ dəyişdirilməklə), eləcə də qiymətləndirmə şirkətinə ödənilmiş 1500 manatın əvəzi tutulub iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilmlidir. Apellyasiya şikayəti təmin edildiyindən şikayətin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 264 (iki yüz altmış dörd) manat məbləğ də cavabdehlər cavabdeh4 və cavabdeh2 müştərək qaydada tutulub iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: İddiaçı İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Мəhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə- əsas borc və faiz borcunun qismən təmin edilməsinə dair hissədə ləğv edilsin. Həmin hissədə iddia tam təmin edilsin. ## ###### 2023-cü il tarixli, RB/SHF-**** nömrəli kredit müqaviləsi üzrə cavabdeh4 və cavabdeh2 müştərək qaydada əsas borca görə 106.776,61 manat, faiz borcuna görə 26.316,68 manat (müvafiq olaraq tutulması qət edilən cəmi məbləğ dəyişdirilməklə), və qiymətləndirmə şirkətinə ödənilmiş vəsaitə görə 1500 manat tutulub iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə mübahisələndiriləndirilməmişdir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 264 (iki yüz altmış dörd) manat məbləğ də cavabdeh4 və cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ASC-nin hesabına köçürülsün. Qətnamədən Qanunla müəyyən edilmiş qaydada 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar