Məhkəmə qərarları › İş №2-2(3-9)-188/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-9)-188/2026

10.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-2(3-9)-188/2026 10.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-**/**** saylı qərardadından (hakim Rəmzi Nəbiyev) iddiaçı ləğv prosesində olan İddiaçı Kommersiya Bankı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı ləğv prosesində olan İddiaçı Kommersiya Bankı ASC cavabdeh “xxxx” firmasına qarşı “kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə borcunun və hesablanmış faizlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə ## ###### 2014-cü ildə Şirvan Inzibati-Iqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ## ###### 2014-cü il tarixli *-*(**)-***/**** saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və işin məhkəməbə baxılmağa hazırlanması ## ###### 2014-cü il tarixinə saat 15:00-a təyin edilmişdir. Qərardad cavabdeh “xxxx” firmasının tək təsisçisi, eyni zamanda qanuni təmsilçisi X1 yaşayış ünvanı üzrə ünvan 1nə göndərilmiş, poçt xəbərnaməsinə (1-ci cild, iş/v-35) əsasən # ###### 2014-cü ildə “xxxx” firmasına təqdim olunmuşdur. Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ## ###### 2014-cü il tarixli *-*(**)-***/**** saylı qərardadı ilə iş üzrə məhkəmə baxışı ## #### 2014-cü il tarixinə saat 10:00-a təyin edilmişdir. Həmin qərardad cavabdeh “xxxx” firmasının tək təsisçisi, eyni zamanda qanuni təmsilçisi X1 yaşayış ünvanı üzrə ünvan 1nə göndərilmiş, poçt xəbərnaməsinə (1-ci cild, iş/v-43) əsasən # #### 2014-cü ildə “xxxx” firmasına təqdim olunmuşdur. Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2014-cü il tarixli *-*(**)-***/**** saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Qiyabi qətnamə də, cavabdeh “xxxx” firmasının tək təsisçisi, eyni zamanda qanuni təmsilçisi X1 yaşayış ünvanı üzrə ünvan 1nə göndərilmiş, poçt xəbərnaməsinə (1-ci cild, iş/v-73) əsasən # ##### 2014-cü ildə “xxxx” firmasına təqdim olunmuşdur. # ### 2014-cü ildə qətnamə icraya yönəldilmiş, Kürdəmir rayon icra qrupunun icra məmuru Vüqar Verdiyev tərəfindən ## ### 2014-cü ildə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Məhkəmənin sorğusuna Kürdəmir rayon icra qrupu tərəfindən ## ###### 2015-ci ildə verilən cavab məktubunda (1-ci cild, iş/v-85) bildirilir ki, icraata başlamaq haqqında qərarın surəti tərəflərə, tələbin 10 gün ərzində könüllü icrasının təmin olunması barədə bildiriş borclu təşkilata göndərilmişdir. Lakin borclu təşkilat tərəfindən tələb müəyyən olunan vaxt ərzində təmin edilməmişdir. Borclunun əmlak və maliyyə gəlirlərinin axtarışı ilə bağlı 7 orqana sorğular verilmiş, alınan cavablarda ## ###### 2015-ci il tarixədək borclunun adına əmlak aşkar edilməmişdir. Icra tədbirləri davam etdirilir. Cavabdeh “xxxx” firmasının etibarnamə əsasında nümayəndəsi (etibarnamə direktor Əlbala Rzayev tərəfindən imzalanıb, müəssisənin möhürü ilə təsdiqlənib) X2 ## ###### 2016-cı ildə ərizə ilə Şirvan Inzibati-Iqtisadi Məhkəməsinə müraciət edərək ## #### 2014-cü il tarixli *-*(**)- ***/**** saylı qiyabi qətnamənin surətinin təqdim olunmasını xahiş etmiş və həmin tarixli məhkəmə qəbzinə əsasən qətnamənin surəti ona təqdim olunmuşdur. ## ###### 2016-cı ildə cavabdeh “xxxx” firması (direktor Əlbala Rzayevin timsalında) ərizə ilə Şirvan Inzibati-Iqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək qiyabi qətnamənin ləğvini, işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “xxxx” firmasının hüquqi ünvanı Kürdəmir rayonu Sor-sor kəndidir, Muradxanlı kəndində faktiki fəaliyyət göstərməmişdir. Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin # ###### 2017-ci il tarixli *-*(**)-***/**** saylı qərardadı ilə ## #### 2014-cü il tarixli qiyabi qətnamə ləğv edilmiş, iş üzrə növbəti məhkəmə baxışı ## ###### 2017-ci il tarixinə saat 15:40-a təyin edilmişdir. Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ## ###### 2017-ci il tarixli *-*(**)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamə cavabdehin hüquqi ünvanı olan Kürdəmir rayonu Sor-sor kəndinə göndərilmiş, firmanın fəaliyyət göstərməməsi qeydi ilə poçt zərfi geri qaytarılmışdır. ## #### 2017-ci il tarixdə qətnamə icraya yönəldilmiş, icra vərəqəsində borclunun ünvanı kimi Kürdəmir rayonu Sor-sor kəndi göstərilmişdir. # #### 2017-ci il tarixdə Kürdəmir rayon Icra şöbəsinin icra məmuru Hikmət Abbasov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. ## ###### 2026-cı il tarixdə cavabdeh xxxx” firmasının vəkili ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin icraatında olmuş *-*(**)- **/**** saylı işin materialları ilə tanış olub, kserosurətlərinin çıxarılmasına şərait yaradılmasını xahiş etmiş, həmin tarixdə buna şərait yaradılmış, qətnamənin surəti təqdim edilmişdir. ## ##### 2026-cı il tarixdə cavabdeh “xxxx” firması qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *-*(***)-**/**** saylı qətnaməsinin mövcudluğu barədə yalnız ##.##.2026-cı il tarixdə Kommersiya işi ilə tanış olarkən məlumat əldə edilmişdir. Həmin Kommersiya işi üzrə mülki işlə tanışlıq zamanı qətnamənin çıxarıldığı məlum olmuş, eyni zamanda mülki iş materiallarında ##.##.2017-ci il tarixli, *-*(**)-**/**** saylı qətnamənin Cavabdeh firmasına çatdırılmasını təsdiq edən hər hansı sübutun mövcud olmadığı müəyyən edilmişdir. Halbuki, MPM-in 227.2-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamə 10 iş günü müddətində tərtib edilməli, MPM-in 227.3-cü maddəsinə əsasən isə işdə iştirak edən şəxslərə 3 gün ərzində rəsmi qaydada təqdim olunmalıdır. Həmin dövrdə Şirvan Kommersiya Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq edilmədiyindən qətnamə yalnız kağız daşıyıcısında tərəflərə təqdim edilməli idi. X3 Məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsi cavabdeh Cavabdeh firmasına təqdim edilməmiş və bunu təsdiq edən hər hansı sübut mövcud olmamışdır. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsi əsasında həmin müddəti bərpa edir. MPM-in 133.2-ci maddəsinə əsasən isə buraxılmış müddətin bərpası barədə ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir və ərizə ilə eyni zamanda buraxılmış prosessual hərəkət də yerinə yetirilməlidir. Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-**/**** saylı qərardadı ilə ərizə təmin edilmişdir. Qərardaddan iddiaçı ləğv prosesində olan İddiaçı Kommersiya Bankı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayət verərək ləğv olunmasını, buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizənin rədd edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadın müəyyən etdi hissəsinin ikinci abzasında cavabdeh Cavabdeh firması tərəfindən ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə apellyasiya şikayəti və eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə verildiyi bildirilmişdir. Həmin qərardadın ikinci səhifəsinin birinci abzasında ərizəçinin əsaslandırmasında göstərilmişdir ki, ##.##.2017-ci il tarixli qətnamədən cavabdeh tərəf ##.##.2026-cı il tarixdə kommersiya işi ilə tanış olarkən məlumat əldə etmişdir, altıncı abzasında isə sözügedən qətnamənin ##.##.2026-cı il tarixdə cavabdehin nümayəndəsinə rəsmi qaydada təqdim edildiyi göstərilmişdir. Hazırda mübahisələndirilən qərardadda ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək, yəni rəsmi qaydada qətnaməni əldə etdikdən 2 ay 6 gün sonra buraxılmış müddətin hansı əsasla üzrlü hesab edilərək təmin edilməsi əsaslandırılmamışdır. Həmçinin qərardadın ikinci abzasında apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verildiyinin qeyd edilməsinə baxmayaraq, ikinci səhifənin yeddinci abzasında işin elektron qeydiyyatı olmadan müvafiq apellyasiya şikayətinin MPM-in tələblərinə müvafiq olaraq elektron qaydada verilməsinin mümkün olmadığı göstərilmişdir. Bu ziddiyyət məhkəmənin halları tam və hərtərəfli araşdırmadığını, qərardadın isə əsassız təxminlərə əsaslandığını göstərir. Yuxarıda qeyd edilənlərdən başqa bildirilir ki, Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli *-*(***)-**/**** saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi 2017-ci ildən ##.##.2024-cü il tarixədək Kürdəmir rayon Icra və probasiya şöbəsinin icraatında olmuşdur və 7 il müddətində icra şöbəsi tərəfindən müvafiq tədbirlər görülmüşdür. Məhkəmə hazırkı qərardadı qəbul edərkən Kürdəmir rayon Icra və probasiya şöbəsindən icra işini tələb etməmiş, həmin iş materiallarında Cavabdeh firmasına icra vərəqəsinin təqdim edilib-edilməməsi faktına hüquqi qiymət verməmişdir. Bundan başqa məhkəmənin diqqətinə çatdırılır ki, nə cavabdehin ərizəsi, nə də həmin ərizəyə baxış iclası barədə məhkəmə bildirişi şikayətçiyə təqdim edilməmişdir. Məhkəmə qərardadının özündə də qeyd edildiyi kimi, işin elektron qeydiyyatı olmamışdır, elə bu səbəbdən də məhkəmə iclası barədə bildirişlər elektron kabinetdə görsənməmişdir. Yəni tərəf olaraq məhkəmə iclasında şikayətçinin iştirakı məhkəmə tərəfindən təmin edilməmişdir. Bununla da, prosessual qanunvericiliyin tələblərində nəzərdə tutulan çəkişmə prinsipi pozulmuşdur. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, iş materialları ilə birlikdə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, *-*(**)-**/**** nömrəli iş arxivdə olduğuna görə və eləcə də, cari ilin ilk aylarında yeni elektron sistemin istifadəyə verilməsi ilə əlaqədar sistemdə baş vermiş nasazlıqlar səbəbindən, 2-2(86) **/**** nömrəli iş ##.##.2026-cı il tarixdə (mübahisələndirilən qərardadda həmin tarix səhvən ##.##.2026-cı il kimi qeyd olunmuşdur) elektron sistemdə qeydə alınmışdır. Mülki prosessual qanunvericilikdə kommersiya mübahisələrinə dair işlər üzrə sənədlərin, o cümlədən apellyasiya şikayətinin yalnız elektron qaydada verilə bilməsi nəzərdə tutulduğuna görə, cavabdeh tərəfindən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə iş elektron qaydada qeydə alındıqdan dərhal sonra, ##.##.2026-cı il tarixdə sistemə yüklənmişdir. Buna görə də, məhkəmə haqlı olaraq belə hesab etmişdir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət cavabdehdən asılı olmayan səbəblərə görə ötürülmüşdür. Şikayətin digər dəlili ilə bağlı məhkəmə qeyd edir ki, müddətin bərpasına dair ərizəyə baxılarkən məhkəmə tərəfindən sorğu verilərək ##.##.2026-cı il tarixdə Kürdəmir rayon Icra və probasiya şöbəsindən icra işinin surəti alınmışdır və icra işi üzrə müvafiq araşdırma aparılaraq qətnamənin, icra sənədinin və digər zəruri sənədlərin cavabdehə təqdim edilmədiyi, eləcə də cavabdehin izahatının alınmadığı müəyyən olunmuşdur. Iş apellyasiya instansiyası məhkəməsinin icraatında olan zaman iddiaçı tərəfindən şikayətə əlavə verilmişdir. Əlavədə qeyd olunur ki, cavabdeh Cavabdeh firmasının nümayəndəsi Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli *-*(***)-**/**** saylı qətnaməsini ##.##.2026-cı il tarixində qəbzə imza atmaqla əldə etdikdən sonra ##.##.2026-cı il tarixinədək apellyasiya şikayətini təqdim etməli idi. Məlum olduğu kimi “Elektron məhkəmə” informasiya sistemi ##.##.2026-cı il tarixinədək (daxil olmaqla) tam işlək idi. Məhkəmə tərəfindən qeyd edilən nasazlıq isə ##.##.2026-cı il tarixdən etibarən “Elektron məhkəmə” informasiya sisteminin yeni versiyası və yenilənmiş “Elektron kabinet” istifadəyə verilməsi ilə bağlı olmuşdur. Halbuki “Elektron məhkəmə” informasiya sisteminin yeni versiyasında olduğu kimi əvvəlki versiyasında da “Şikayət” verilməsi ilə bağlı hissəni seçdikdən sonra “E-imza ilə imzalanmış məhkəmə aktından şikayət” və “Əl imzası ilə imzalanmış məhkəmə aktından şikayət” seçimlər görsənir. Qeyd edilən seçim “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməyən və ya “Elektron məhkəmə” informasiya sistemi istifadəyə verilməmişdən qabaqkı illərə aid qətnamə və qərardadlardan şikayət verilməsi üçün nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh yeni sistem istifadəyə verilməmişdən qabaq müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Məhkəmə həmçinin qeyd edir: “cavabdeh tərəfindən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə iş elektron qaydada qeydə alındıqdan dərhal sonra, ##.##.2026-cı il tarixdə sistemə yüklənmişdir”. Halbuki işin ##.##.2026-cı il tarixdə elektron qaydada qeydə alındığı ilə bağlı heç bir sübut mövcud deyildir. Bundan əlavə qətnamənin ##.##.2026-cı il tarixində alındıqdan sonra cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə cəhd edilməsi, lakin texniki səbəblərdən mümkün olmaması və məhkəmə tərəfindən qeyd edilən səbəblərdən qəbul edilməməsinə dair heç bir sübut iş materiaalrında mövcud deyildir. Bu da məhkəmə tərəfindən cavabdehə müddət bərpa üçün şərait yaratması və bərabər olmayan münasibət göstərməsi anlamına gəlməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllə məhkəmə aktlarından şikayət vermək yolu ilə mülki-hüquq münasibətlərinin apellyasiya və yaxud kassasiya qaydasında yenidən araşdırılmasını şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun mühüm elementi kimi təsbit edir. Doğrudan da, məhkəmə qərarlarından şikayəi vermək hüququnun təmin edilmədiyi şəraitdə məhkəmə müdafiəsinin tamlığından və səmərəliliyindən danışmaq yersizdir. Çünki bu hüquqi mexanizm vasitəsi ilə apellyasiya və kassasiya inslansiyası məhkəmələrinə verilmiş səlahiyyətlər çərçivəsində aşağı instansiya məhkəmələrində buraxilmış səhvlərin düzəldilməsi təmin olunur, məhkəmələrə müraciət etmiş şəxslərin hüquqları və qanuni mənafeləri qorunur. Məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata kcçirilməsini təmin etməkdən ötrü qanunverici kifayət qədər böyük - 1 aylıq müddət müəyyən etmiş (MPM, maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (MPM, maddə 133). MPM-in 133-cü maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş, bir çox hallarda isə icraya yönəldilmiş və uzun illər ərzində icra hərəkətləri həyata keçirilmiş (hazırki işdə olduğu kimi) məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, MPM-in 133cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları uzun müddət ərzində icra məmurunun icraatında olmuş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilməyən və yaxud kifayət qədər təmin edilməyən hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə sikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə «hüquqi müəyyənlik» prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, MPM-in məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzibedilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş və icrası istiqamətində uzun illər ərzində icra hərəkətləri həyata keçirilmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə akllarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, icra məmurunun icraatında olmuş və icrası istiqamətində zəruri icra tədbirləri həyata keçirilmiş məhkəmə aktına illərlə hesablanan müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. “Cavid Nurəddin oğlu Ismayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2007-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Odur ki, yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsində buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə mülki mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil. «V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə» ## ####### 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirdi ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnrz fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü hənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanm 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əiaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). MPM-in 360-cı maddəsi, işə cəlb olunmuş şəxsə heç MPM-in 133-cü maddəsinin köməyinə müraciət etmədən də qanuni qüvvəyə minmiş məhkəmə aktına təkrar baxılmanı başlatmaq imkanı verir (hər halda həmin normanın hərfi mənasından çıxış etdikdə bu cür təsəvvür yaranır). Belə ki, MPM-in 360-cı maddəsində təsbit edilir ki, apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 237-ci maddəsi isə məhkəmənin üzərinə məhkəmə qətnaməsinin surətini işdə iştirak edən şəxslərə göndərmək vəzifəsini qoyur. Beləliklə, işdə iştirak etməyə cəlb olunmuş, lakin qətnaməni vaxtında almamış şəxslər tərəfindən sonradan qətnamənin alınması və buna qədər sürən müddətin davamı (deməli həm də şikayət vermək vaxtının təyin edilməsi) yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. Istisna etmək olmaz ki, həmin şəxs sui-islifadəyə yol verib uzun müddət qətnaməni almaqdan yayınsın və yaxud səhlənkarlığı nəticəsində məhkəmə aktından illər keçdikdən sonra xəbər tutsun, yaxud yenə də səhlənkarlığı üzündən qətnaməni almaq üçün gec müraciət etsin. Işə cəlb olunmuş şəxsin gostərilən və yaxud digər səbəblər üzündən məhkəməyə gəlib, qətnamənin surətini almasına qədər olan müddət ancaq həmin şəxsin iradəsindən asılı olaraq qeyri-müəyyən vaxt çəkə bilər. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyrimüəyyənlik vəziyyəti, yuxarıda göstərilən presedentlər və həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz. Bu şərtlərdən əsası, cavabdehin qətnamənin qanuni qüvvəyə minməsinədək və icra hərəkətləri həyata keçirilən dövr ərzində məhkəmə aktını mübahisələndirməməsinin, onun öz səhlənkarlığından irəli gəlib, gəlməməsidir. Iş materiallarından görünür ki, cavabdeh hüquqi şəxsin işə baxılan dövrdə nizamnamə kapitalındakı 100% paya sahib tək təsisçisi və icra orqanının rəhbəri X1 olmuş, müəssisənin hüquqi ünvanı Kürdəmir rayonu Sor-sor kəndi, təsisçi və icra orqanının rəhbərinin yaşayış ünvanı isə ünvan 1 olmuşdur. Iddia ərizəsində cavabdeh “xxxx” firmasının ünvanı kimi ünvan 1 göstərilmişdir. Həmin ünvana “xxxx” firmasının adına göndərilən məhkəmə bildirişləri, o cümlədən ## #### 2014-cü il tarixli qiyabi qətnamə poçt xəbərnamələrinə əsasn çatdırılmışdır. Sonrakı mərhələdə cavabdeh “xxxx” firması qiyabi qətnamənin ləğvinə dair ərizə verərək müəssisənin hüquqi ünvanının Kürdəmir rayonu Sor-sor kəndi olduğunu bildirib, yazışmaların həmin ünvan üzrə aparılmasını xahiş etmiş, bununla belə, həmin ünvana göndərilən məhkəmə bildirişləri və ## ###### 2017-ci il tarixli qətnamə “köçüb”, “fəaliyyət göstərmir” qeydləri ilə poçt tərəfindən geri qaytarılmışdır. Qətnamədən qanunla müəyyən olunan müddət ərzində şikayət verilmədiyindən qüvvəyə minmiş və ## #### 2017-ci ildə icraya yönəldilmişdir. Kürdəmir rayon Icra və probasiya şöbəsi tərəfindən icraata qəbul etmə haqqında qərar qəbul olunaraq, borclu müəssisəyə tələbin 10 gün müddətində könüllü icrasının təmin edilməsi barədə bildiriş göndərilmiş, maliyyə və əmlak vəziyyəti yoxlanılmış, o cümlədən ## ### 2024-cü ildə borclunun ünvanına əmlakının siyahıya alınması məqsədilə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir (icra sənədinin qaytarılması haqqında qərar 4-cü abzas, iş mat 1-ci cild iş/v-233). Qətnamənin rəsmi qaydada cavabdeh təşkilata təqdim olunmasına dair iş materiallarında sübutların olmaması bir yana, ən azından icra icraatı çərçivəsində icra məmuru tərəfindən ünvanda əmlak vəziyyətinin yoxlanılması zamanından cavabdeh qətnamə əsasında məcburi icra hərəkətlərinin həyata keçirilməsindən məlumatlı olmuşdur. Belə olan halda sonuncu məlumatı əldə etdiyi vaxtdan bir il doqquz ay keçdikdən sonra qətnamədən şikayət vermək məqsədilə onun surətini almaq üçün məhkəməyə müraciət etməsi, məhkəmə kollegiyasının fikrincə, cavabdehin özünün öz hüquqlarına və prosessual normalara münasibətdə səhlənkarlığa yol verdiyini göstərir. Ümumiyyətlə, məhkəmə kollegiyası belə hesab edir ki, MPMin 133-cü maddəsinə uyğun olaraq, müddətin bərpa edilməsi məsələsi həll olunarkən, buraxılmış müddətin nə qədər sürməsini də nəzərdən qaçırmaq olmaz. Həmin müddətin davamiyyəti, məsələyə baxan məhkəmə tərəfindən, prosessual müddətin buraxılmasına səbəb olan halın üzürlü və yaxud üzürsüz sayılmasına birbaşa təsir göstərən hal kimi qiymətləndirilməlidir. Əgər 1 ay təşkil edən prosessual müddət illərlə ölçülən dövr ərzində ötürülürsə və bunun səbəbini müstəsna hallarla, mötəbər şəkildə əsaslandırmaq mümkün olmursa, həmin müddət özü-özlüyündə şəxsin səhlənkarlığına dəlalət edən fakt kimi qiymətləndirilməli və müddətin bərpasından (yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə müdaxilə üçün prosessual əsasın yaradılmasından) imtina edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin istinad edilən presedentinə və yuxarıda göstərilən hallar üzrə çıxardığı nəticələrə söykənərək belə qənaətə gəlir ki, hazırki işdə qanuni qüvvəyə minmiş ## ###### 2017-ci il tarixli qətnamənin mübahisələndirilməsi və apellyasiya qaydasında təkrar baxılması üçün prosessual imkanların yaradılmasına əsas verən, yəni Insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında X7 və 6-cı maddəsinin əhatə etdiyi «hüquqi müəyyənlik» prinsipinin pozulmasına bəraət qazandıran müstəsna hallar olmamışdır. Qeyd olunanları nəzərə alan kollegiya şikayətdə gətirilən digər dəlillər üzərində hüquqi dəyərləndirmə aparılmasına da, zərurət görmür. MPM-in 398.0.3.-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bütün yuxarıda sadalananları ümumiləşdirərək kollegiya hesab edir ki, şikayətin dəlilləri aparılan araşdırmanın nəticəsi olaraq öz təsdiqini tapdığından təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunaraq, ərizənin rədd edilməsinə dair yeni qərardad qəbul edilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.3, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-**/**** saylı qərardadı ləğv edilsin. Cavabdeh “xxxx” firmasının Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *-*(***)-**/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Iş materialları apellyasiya şikayətinin qaytarılması məsələsinə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar