Məhkəmə qərarları › İş №2-2(3-9)-21/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-21/2026

25.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-21/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, Cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil Soltanağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 # ###### 2022-ci il tarixli, RB/SHF-**** saylı kredit müqaviləsi üzrə əsas borca görə 16 122,93 manat, faiz borcuna görə 1208,25 manat, cərimə borcuna görə 359,47 manat olmaqla cəmi 17 690,65 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin ** saylı Şirvan Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və 144 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun iddiaçıİddiaçı ASC-nin xeyrinə tutulması, 2. Tələbin cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 (Yeni qaydalarla: AZ1800, ünvan 2) ünvanında yerləşən ümumi sahəsi 50.8 kv.m olan mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh cavabdeh2 # ###### 2022-ci il tarixli, RB/SHF-**** saylı kredit müqaviləsi üzrə cəmi 17 690,65 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 195 manat məbləğində pulun iddiaçı İddiaçı ASCyə ödənilməsi, 3. İpoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan # ###### 2022-ci il tarixli, RB/SHF-**** saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlər cavabdeh2 və cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış # ###### 2022-ci il tarixli, RB/SHF-**** saylı kredit müqaviləsinə əsasən illik 18 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 25 000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq # ###### 2022ci il tarixdə İddiaçı ASC ilə digər cavabdeh cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin # ###### 2022-ci il tarixli, RB/SHF-7023saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyırlar. # ###### 2022-ci il tarixli, RB/SHF-**** saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdeh cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdeh cavabdeh2 # ###### 2022-ci il tarixli, RB/SHF-**** saylı kredit müqaviləsi üzrə borcunun məbləğiəsas borca görə 16122,93 manat, faiz borcuna görə 1208,25 manat, cərimə borcuna görə 359,47 manat olmaqla cəmi, 17 690,65 manat təşkil edir. # ###### 2022-ci il tarixli, RB/SHF-**** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 (Yeni qaydalarla: AZ1800, ünvan 2) ünvanında yerləşən ümumi sahəsi 50.8 kv.m olan mənzil iddiaçı İddiaçı ASC qarşısında # ###### 2022- ci il tarixli,İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış # ###### 2022-ci il tarixli, RB/SHF-**** saylı kredit müqaviləsinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqaviləyə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməletməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməletməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ##.##.2024-cü il tarixdə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 # ###### 2022-ci il tarixli, RB/SHF**** saylı kredit müqaviləsi üzrə əsas borca görə 16 122,93 manat, faiz borcuna görə 3481,17 manat, cərimə borcuna görə 3707,65 manat olmaqla cəmi 23311,75 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin ** saylı Şirvan Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və 160 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun iddiaçıİddiaçı ASC-nin xeyrinə tutulması; 2. Tələbin cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 (Yeni qaydalarla: AZ1800, ünvan 2) ünvanında yerləşən ümumi sahəsi 50.8 kv.m olan mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh cavabdeh2 # ###### 2022-ci il tarixli, RB/SHF-**** saylı kredit müqaviləsi üzrə cəmi 23311,75 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 211 manat məbləğində pulun iddiaçıİddiaçı ASCyə ödənilməsi; 3. İpoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan # ###### 2022-ci il tarixli, RB/SHF-**** saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlər cavabdeh2 və cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də onun mövqeyini müəyyən etmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada ##.##.2022-ci il tarixli, RB/SHF-**** nömrəli kredit müqaviləsi üzrə 16047,89 manat əsas borcun, 385,15 manat faiz borcu, 20 manat cərimə borcunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum və ödənilmiş 144 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 16648,04 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ASC-nə ödənilməsi, tələbin ünvan 3 (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən ümumi sahəsi 50.8 kv.m olan mənzilə yönəldilməsi, ünvan 3 (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən ümumi sahəsi 50.8 kv.m olan mənzilin ilkin satış qiymətinin 18288 manat məbləğində müəyyən edilməsi, həmin əmlak açıq hərracdan satılması və satışdan əldə edilən vəsait İddiaçı ASC-nə ödənilməsi, Ekspertiza tədqiqatlarının dəyəri olaraq 250 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər cavabdeh2 və cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil Soltanağa oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar həqiqəti əks etdirmir. Bildirilmişdir ki, cavabdeh kredit götürmək məqsədilə İddiaçı ASC-yə müraciət etmiş, bağlanmış kredit müqaviləsinə uyğun olaraq ilkin dövrlərdə aylıq ödənişləri qrafik üzrə vaxtında həyata keçirmişdir. Lakin sonradan maddi imkanlarının zəifləməsi səbəbindən kredit öhdəliklərini tam icra edə bilməmiş, nəticədə təxminən 11.000 manat məbləğində borc yaranmışdır. Şikayətdə qeyd edilmişdir ki, cavabdeh borcun ödənilməsindən imtina etmir, lakin tələb edilən məbləği birdəfəlik ödəmək imkanında deyil və borcu hissə-hissə ödəməyə hazırdır. Bundan başqa, məhkəmənin şişirdilmiş faiz və gecikdirməyə görə hesablanmış dəbbə pulunu araşdırmadan iddianı təmin etdiyi, ödənilmiş məbləğlərin əsas borca deyil, faiz borcuna silinməsinin hüquqi qiymətləndirilmədiyi iddia olunmuşdur. Həmçinin bildirmişdir ki, mübahisəli ipoteka predmeti olan mənzilin qiyməti çox aşağı qiymətləndirilmişdir. Mənzil Şirvan şəhərinin mərkəzində yerləşir və satış qiyməti 55-60 mindir. Lakin ev 18000 manat qiymətləndirilmişdir. Məhkəmə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, təqdim edilmiş ziddiyyətləri aradan qaldırmamış və nəticədə əsassız qətnamə qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunanlar ilə oxşar məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Kollegiyanın əvvəlki iclasında iştirak edən cavabdeh cavabdeh2 əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etməkdə əsas niyyətlərindən biri də mənzilin ilkin satış qiyməti ilə razılaşmamasıdır. Çünki, mübahisəli ipoteka predmeti olan mənzilin qiyməti çox aşağı qiymətləndirilmişdir. Mənzil Şirvan şəhərinin mərkəzində yerləşir və satış qiyməti 55-60 mindir. Lakin ev 18000 manat qiymətləndirilmişdir. Hazırda həmin evdə oğlu öz ailəsi ilə yaşayır. Mənzil 2 otaqlıdır. Bu yaxınlarda evi 53000 manata almaq istəyən olmuş, lakin qiymətilə razılaşmadığından satmamışdır. İddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin iddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. ## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 466.2.1-ci maddəsinə əsasən Qanunda və ya müqavilədə zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər. 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarında şərh olunan hüquqi mövqe belədir ki, “Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.” “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsində nəzərdə tutulmuşdur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ** saylı, ##.##.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini, apellyasiya şikayətinin dəlillərini və apellyasiya baxışı zamanı əldə edilmiş ekspert rəyini birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır və qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış 0# ###### 2022-ci il tarixli, RB/SHF-**** saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin; 1.1-ci bəndinə əsasən, borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana dövriyyə vəsaitinin artımı məqsədilə 25000 manat məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (* saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən, kredit 24 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 25000 manatdan çox olmamalıdır. Kredit Borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. 2.3-cü bəndinə əsasən, Kreditə görə illik 18 faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 19 faiz təşkil edir. 2.14.2-ci yarımbəndinə əsasən, müqavilənin müddəti ərzində “Kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 faizi (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq) cərimə tətbiq olunur. İş materiallarında olan ##.##.2022-ci il tarixli RB/SHF-**** nömrəli zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən, zaminlər cavabdeh1 (bundan sonra mətndə ismin müvafiq halında Borc alan adlanacaq) ilə Kreditor (Bank) arasında bağlanmış 0# ###### 2022-ci il tarixli, RB/SHF-**** saylı Kredit müqaviləsinə əsasən kredit almış Borc alanın Kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh2 arasında bağlanmış 0# ###### 2022ci tarixli, RB/SHF-**** saylı ipoteka müqaviləsindən görünür ki, ünvan 3 (Yeni qaydalarla: AZ1800, ünvan 2) ünvanında yerləşən ümumi sahəsi 50.8 kv.m olan mənzil İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış 0# ###### 2022-ci il tarixli, RB/SHF-**** nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 (Yeni qaydalarla: AZ1800, ünvan 2) ünvanında yerləşən ümumi sahəsi 50.8 kv.m olan mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. İş materiallarında olan ##.##.2023-cü il tarixli bildirişin surətindən görünür ki, iddiaçı İddiaçı ASC cavabdeh cavabdeh2 “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İş materiallarında olan “Ödəniş cədvəli”nın surətindən görünür ki, 0# ###### 2022-ci il tarixli, RB/SHF-**** nömrəli krеdit sazişi üzrə son ödəniş tarixi ##.##.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı ##.##.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış 0# ###### 2022-ci il tarixli, RB/SHF-**** nömrəli kredit müqaviləsinə əsasən yaranmış 17135,27 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ##.##.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, cavabdeh2 0# ###### 2022-ci il tarixli, RB/SHF-**** nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 16122,93 manat, faiz borcu 1208,25 manat, cərimə borcu 359,47 manat olmaqla, cəmi borc məbləği 17690,65 manat təşkil edir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e*- *(***)-****/**** nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının */**** saylı, ##.##.2024-cü il tarixli rəyində İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış 0# ###### 2022-ci il tarixli, RB/SHF-**** nömrəli kredit müqaviləsinə əsasən cavabdeh2 ##.##.2024-cü il tarixə əsas borc üzrə 16047,89 manat, faiz borcu üzrə 385,15 manat, ##.##.2024-cü il tarixə əsas borc üzrə 16047,89 manat, faiz borcu üzrə 714,13 manat borcunun olması qeyd olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair ##.##.2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən, ünvan 3 (Yeni qaydalarla: AZ1800, ünvan 2) ünvanında yerləşən ümumi sahəsi 50.8 kv.m olan mənzilin ##.##.2024cü il tarixə bazar dəyərinin 20320 manat, likvid dəyərinin 18288 manat məbləğində olması müəyyən olunmuşdur. Apellyasiya baxışında apellyasiya şikayətinin dəlili üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspert rəyi əldə edilərək işə əlavə edilmişdir. “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli, PR/M/***/**** saylı Rəyində aşağıdakılar qeyd edilmişdir. ünvan 3, Yeni qaydalarla: AZ 1800, ünvan 2 ünvanında yerləşən 50,80 m2 ümumi sahəli, 2 otaqlı mənzilin ##.##.2026-cı il tarixinə olan bazar dəyəri 50 000 (əlli min) manat; likvid dəyəri 42 000 (qırx iki min) manat təşkil edir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh cavabdeh2 narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili borcun və ipoteka predmeti olan evin dəyərinin düzgün hesablanmamasıdır. Həmçinin göstərilmişdir ki, məhkəmə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, təqdim edilmiş ziddiyyətləri aradan qaldırmamış və nəticədə əsassız qətnamə qəbul etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. İş materiallarından müəyyən olunur ki, İddiaçı ASC ilə cavabdeh2 arasında 0# ###### 2022-ci il tarixli RB/SHF-**** nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə öhdəliklərin təminatı kimi ünvan 3 (yeni ünvanla: ünvan 1) ünvanında yerləşən, ümumi sahəsi 50,8 kv.m olan mənzil ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə nəticəyə gələrək həmin mənzilin ilkin satış qiymətini 18.288 manat məbləğində müəyyən etmişdir.

2. Apellyasiya şikayətində cavabdeh mənzilin dəyərinin real bazar qiymətindən xeyli aşağı müəyyən edildiyini, bu halın onun mülkiyyət hüquqlarına və gələcək hərrac prosedurunda əmlakın həqiqi dəyərindən aşağı satılması riskinə səbəb olduğunu göstərmiş, birinci instansiya məhkəməsinin əmlakın dəyərinin müəyyən edilməsinə dair nəticəsinin mötəbər sübutlarla təsdiqlənmədiyini bildirmişdir.

3. Həmçinin Kollegiya müəyyən etmişdir ki, ipoteka predmeti olan mənzil tərəflər arasında bağlanmış ipoteka müqaviləsi üzrə razılaşdırılmış qiymətləndirmə təşkilatları tərəfindən deyil, “xxxx” MMC tərəfindən qiymətləndirilmişdir.

4. Kollegiya həmin dəlillərin yoxlanılması məqsədilə məhkəmə qiymətləndirmə ekspertizası təyin etmişdir. İş üzrə təqdim edilmiş “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli ekspert rəyindən görünür ki, ekspert tərəfindən ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 50,8 kv.m sahəli mənzilə baxış keçirilmiş, daşınmaz əmlak bazarındakı analoji obyektlər müqayisə edilmiş, Azərbaycan Milli Qiymətləndirmə Standartlarının tələbləri tətbiq olunmuş və aparılmış hesablamaların nəticəsinə əsasən həmin mənzilin bazar dəyərinin 50.000 manat, likvid dəyərinin isə 42.000 manat olduğu müəyyən edilmişdir.

5. Kollegiya nəzərə alır ki, ekspert rəyi xüsusi bilik tələb edən məsələlər üzrə verilmiş sübut növüdür. İş materiallarında həmin rəyin mötəbərliyini şübhə altına alan, yaxud ekspertin gəldiyi nəticələri təkzib edən hər hansı digər sübut mövcud deyildir. Eyni zamanda birinci instansiya məhkəməsinin müəyyən etdiyi 18.288 manat məbləğində ilkin satış qiymətinin hansı obyektiv qiymətləndirmə meyarlarına əsaslandığı iş materialları ilə təsdiq olunmur. Halbuki ipoteka predmetinin ilkin satış qiyməti əmlakın real bazar dəyərinə uyğun müəyyən edilməli, həm ipoteka saxlayanın, həm də ipoteka qoyanın qanuni mənafeləri arasında balans qorunmalıdır.

6. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiymətinin 18.288 manat müəyyən edilməsinə dair nəticəsi iş üzrə sonradan əldə edilmiş ekspert rəyi ilə təkzib olunur. Buna görə də qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə dəyişdirilməli, mənzilin ilkin satış qiyməti 42.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.3-cü, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*-*(***)-**/**** saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə dəyişdirilsin. ünvan 3 (yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən, ümumi sahəsi 50,8 kv.m olan mənzilin ilkin satış qiyməti 18.288 (on səkkiz min iki yüz səksən səkkiz) manat əvəzinə 42.000 (qırx iki min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar