Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-24/2026 10.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və cavabdeh3 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli e-*-*(***)-**/**** saylı qətnaməsindən iddiaçı və cavabdehlərdən cavabdeh3 tərəfindən, Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-**/**** saylı əlavə qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı “xxxx” ASC cavabdehlər cavabdeh2 MMC, cavabdeh1 ASC və cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ****/ƏKM nömrəli, ##.##.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış ****/K nömrəli, ##.##.2021-ci tarixli Əlavə Kredit Müqaviləsi üzrə 69704,49 manat əsas, 6835,07 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu və 1851,04 manat manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 78390,60 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 52,48 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, eyni zamanda 410 manat ödənilmiş mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan cavabdeh3 məxsus ünvan 4 ünvanında yerləşən 87.9 kv.metr ümumi sahədən ibarət olan mənzilə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: 1121117587, qeydiyyat tarixi: ##.##.2021) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı sonradan bir-neçə dəfə tələbin həcmini artıraraq yekunda ##.##.2025-ci il tarixli ərizə ilə ****/ƏKM nömrəli, ##.##.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış ****/K nömrəli, ##.##.2021-ci tarixli Əlavə Kredit Müqaviləsi üzrə 69704.49 manat əsas, 7330,75 manat müqavilə müddəti ərzində (##.##.2023-cü il tarixinədək) ödənilməmiş faiz borcu, 7367,38 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 20167,84 manat cərimə olmaqla, cəmi 104570,46 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 52.48 manat dövlət rüsumunun və xidmət haqqının, eyni zamanda 410 manat ödənilmiş mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh3 məxsus ünvan 4 ünvanında yerləşən 87.9 kv.metr ümumi sahədən ibarət mənzilə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: 1121117587, qeydiyyat tarixi: ##.##.2021) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə cavabdeh2 MMC arasında bağlanmış ****/ƏKM nömrəli, ##.##.2021-ci il tarixli Əsas Kredit Müqaviləsinə əsasən Bank tərəfindən Borc alana 60 ay müddətinə (##.##.2026-cı il tarixinədək) 350000 manat ekvivalenti məbləğində bərpa olunan kredit litimi açılmışdır. Borc alan isə ona bu kredit limiti çərçivəsində təqdim olunmuş krediti müvafiq əlavə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, kreditə hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Sözügedən əsas kredit müqaviləsinin 1.1.2-ci bəndinə əsasən “əlavə kredit müqaviləsi” dedikdə əsas kredit müqaviləsinin tərkib hissəsi olan və onun 2.1-ci bəndində müəyyən edilmiş müddət və məbləğ çərçivəsində bağlanılan hər hansı kredit müqaviləsi, kredit xətti müqaviləsi, overdraft müqaviləsi, qarantiya verilməsi şərtləri barədə saziş, akkreditivin açılması baradə saziş və digər müqavilələr nəzərdə tutulur. Eyni zamanda əsas kredit müqaviləsinin təminatı kimi bankla cavabdeh3 arasında ****/Z-* nömrəli, ##.##.2021-ci il tarixli, cavabdeh1 ASC ilə isə ****/Z-* nömrəli, ##.##.2021-ci il tarixli zaminlik müqavilələri bağlanılmışdır. Həmin Müqavilələrin 1.1-ci bəndlərinə əsasən zaminlər əsas kredit müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsdində bağlanan müqavilələr üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Həmçinin sözügedən müqavilələrin 6.1-ci bəndlərindən görünür ki, zaminlik müqavilələrinin tərəfləri onun imzalandığı tarixdən qüvvəyə minməsi və ##.##.2029-cu il tarixədək qüvvədə olması barədə razılığa gəlmişlər. Bundan başqa, yenə əsas kredit müqaviləsinin təminatı kimi bankla cavabdeh2 MMC və cavabdeh3 arasında bağlanılmış ****/İ nömrəli, ##.##.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh3 məxsus ünvan 4 ünvanında yerləşən 87.9 kv.metr ümumi sahədən ibarət mənzil (yüklülük çıxarışının qeydiyyat nömrəsi: 1121117587, qeydiyyat tarixi: ##.##.2021) ipoteka ilə yüklü edilmişdir. Həmçinin üçüncü şəxs olan cavabdeh3 arvadı Maraqlı şəxs sözügedən mənzilin ipotekaya qoyulmasına etiraz etmədiyinə dair notarial qaydada ərizə verərək, borc ödənilmədiyi təqdirdə tutmanın qeyd edilən ipoteka predmetinə yönəldilməsinə razılıq vermiş və həmin mənzili hər hansı şərtsiz könüllü olaraq boşaldacağını öhdəsinə götürmüşdür. Habelə ****/ƏKM nömrəli, ##.##.2021-ci il tarixli əsas kredit müqaviləsinin 7.2-ci bəndində müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş müddət və kredit limiti çərçivəsində borc alana neçə dəfə kredit verilməsindən asılı olmayaraq, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla borc alana verilən bütün kreditlər üzrə öhdəliklər yuxarıda göstərilən əmlakın ipotekası və zaminliklərlə təmin edilməsi öz əksini tapmışdır. Daha sonra yuxarıda sözügedən əsas kredit müqaviləsi çərçivəsində “xxxx” ASC ilə cavabdeh2 MMC arasında bağlanmış ****/K nömrəli, ##.##.2021-ci tarixli əlavə kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik 16 faiz ödəmək şərtilə 120000 (bir yüzi yirmi min) manat məbləğində kredit verilmişdir. Borc alan kreditdən istifadə etmiş, lakin müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri borc verənə vaxtında və müəyyən edilmiş məbləğdə qaytarmayaraq, müqavilə şərtlərini pozmuşdur. Əsas kredit müqaviləsi çərçivəsində bağlanılmış əlavə kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borc alana, zaminlərə və ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş ##.##.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsində qeydə alınmışdır. Həmin bildirişin qeydə alınması üçün ümumilikdə 52,48 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. Bildirişin qeydə alınması barədə məktub və dövlət rüsumu və xidmət haqqının ödənilməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilir. Həmçinin mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra Cəbrayıl * saylı Mediasiya Təşkilarına müraciət edilmiş, lakin mediasiyada razılıq əldə edilmədiyindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdiriməməsi qərara alınmışdır və bu səbəbdən də mediator tərəfindən ##.##.2023-cü il tarixli, M.Ş.C/MT***/***** nömrəli arayış təqdim edilmişdir. Həmçinin ilkin mediasiyanın keçirilməsi üçün “xxxx” ASC tərəfindən 410 manat mediasiya xərci mediatorun hesabına ödənilmişdir. Bundan başqa, cavabdehlərə kreditlərin qaytarılması haqqında ##.##.2023-cü il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) Elektron Məhkəmə Sistemi, poçt, hüquqi şəxs olan cavabdehlərə isə əlavə olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinet (Vergi Xidmətində olan onlayn kargüzarlıq) vasitəsi ilə göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Poçt vasitəsi ilə göndərilən bildirişlərin qəbulundan cavabdehlər tərəfindən imtina edilmişdir. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün məhkəmə qaydasında hesablanmış kredit borcunun cavabdehlərdən tələb edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlaka ilkin satış qiymətinin (likvid qiymətinin) müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və əldə olunmuş vəsaitin kredit borcuna ödənilməsi zərurəti yaranmışdır. Bundan başqa, kommersiya qurumunun dövlət reyesrindən çıxarışın surətindən və internet vergi idarəsindən əldə edilən məlumatdan müəyyən edilmişdir ki, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Xalfərəddin ünvanı cavabdeh cavabdeh2 MMCnin hüquqi ünvanıdır. Həmçinin, yenə kommersiya qurumunun dövlət reyesrindən çıxarışın surətindən və internet vergi idarəsindən əldə edilən məlumatdan müəyyən edilmişdir ki, ünvan 2 ünvanı cavabdeh cavabdeh1 ASC-nin hüquqi ünvanıdır. Bundan başqa, Azərbaycan Respublikası DIN-in BPQMI-nin MAPS şöbəsindən alınan arayışa əsasən müəyyən edilmişdir ki, cavabdeh cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli e-*-*(***)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər ”xxxx” MMC, cavabdeh1 ASC və cavabdeh3 müştərək qaydada ##.##.2021-ci il tarixli ****/KM nömrəli kredit müqaviləsi üzrə 68141,65 manat əsas borc, 5797,23 manat məbləğində gecikdirmə faizi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 manat dövlət rüsumu və xidmət haqqı, 410 manat mediasiya xərci olmaqla, cəmi 74401,36 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, tələbin cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 87.9 kv.metr olan mənzilə ilkin satış qiyməti 133110 manat müəyyən edilməklə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən təmin edilmiş iddianın qiymətinə uyğun hissəsinin “xxxx” ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər cavabdeh2 MMC, cavabdeh1 ASC və cavabdeh3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-**/**** saylı əlavə qətnaməsi ilə cavabdehlər ”xxxx” MMC, cavabdeh1 ASC və cavabdeh3 müştərək qaydada ##.##.2021-cü il tarixli ****/KM nömrəli kredit müqaviləsi üzrə 1000 manat məbləğində cərimə borcunun tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin əsas borc, müqavilə müddətinə hesablanmış faiz borcu və illik 5 faiz hissəsində faiz borcu hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və apellyasiya şikayəti üçün ödənilmiş 192.58 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)- **/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi əsas borc, müqavilə müddətinə hesablanmış faiz borcu və illik 5 faiz borcu hissələrdə ləğv edilib, tam həcmdə təmin edilməlidir. Məhkəmə gedişatında müxtəlif tarixlərdə məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmiş və ekspert rəyləri məhkəməyə təqdim edilmişdir. ##.##.2024-cü il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025ci il tarixli ekspert rəylərinə əsasən əsas borc, müqavilə müddətinə hesablanmış faiz borcu və illik 5 faiz hissəsində faiz borcu əsassız səbəbdən azaldılmışdır. Belə ki, təqdim edilmiş maliyyə arayışlarına əsasən ödənilmiş cərimə borclarını ekspert əsas borc və faiz borcuna nisbətdə ödəniş kimi qəbul etmiş və bu səbəbdən əsas borc, müqavilə müddətinə hesablanmış faiz borcu və illik 5 faiz hissəsində faiz borcunu əsassız olaraq azaltmışdır. Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdən sonra ümumilkdə cəmi 6000 manat məbləğində kredit ödənişi həyata keçirilmişdir və həmin məbləğin əksər hissəsi istifadə faizinin tam ödənilməsinə yönəldilmiş və ekspert rəyində göstərilən hallar əsaslı şəkildə nəzərə alınaraq düzgün nəticəyə gəlimişdir. Qətnamədə məhkəmənin yalnızca ekspertiza rəyinə istinad etməklə düzgün nəticəyə gəlindiyi qeyd edilmişdir. Halbuki məhkəmə Mülki Məcəllənin 432.4-cü madddəsini nəzərə almadan qərar qəbul etmişdir. Həmin maddəyə əsasən, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Bundan əlavə ****/ƏKM saylı, ##.##.2021-ci il tarixli əsas kredit müqaviləsinin 4.4-cü bəndinə əsasən əlavə kredit müqaviləsində ayrı qayda nəzərədə tutulmayıbsa, borc alanın xeyrinə həyata keçirilən ödəniş borc alanın borc verən qarşısında cari tarixə müvafiq əlavə kredit müqaviləsi üzrə mövcud bütün borc öhdəliklərinin icrası üçün kifayət etmədikdə, müvafiq pul vəsaitləri borc alanın borc verən qarşısında həmin əlavə kredit müqaviləsi üzrə mövcud bütün borc öhdəliklərinin ödənilməsinə aşağıdakı ardıcıllıqla yönəldilir. 1-ci növbədə məhkəmə və ya məhkəmədənkənar qaydada tələbin irəli sürülməsi və bu müqavilə və /və ya müvafiq əlavə kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasına nail olmaq üçün borc verənin xərcləri, 2-ci növbədə cərimə, penya, 3-cü növbədə hesablanmış faizlər, 4-cü növbədə əsas borc, bu bəndədə qeyd olunan ardıcıllıq borc verən tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Ekspert müqavilənin bu bəndini nəzərə almadan rəyi tərtib etmişdir. Belə ki, cərimə borcunu faiz və əsas borcundan silinmə kimi qəbul etmiş və əsas və faiz borcunu azaltmışdır. Bununla da məhkəmə ekspert rəyini əsas götürərək qərar qəbul edilmişdir. Ikinci hal olaraq onu qeyd etmək olar ki, ****/ƏKM saylı, ##.##.2021-ci il tarixli əsas kredit müqaviləsinin 8.2-ci bəndinə əsasən, əlavə kredit müqaviləsində başqa qayda nəzərdə tutulmadıqda, borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, borc verən tərəfindən borc alana gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müvafiq əlavə kredit müqaviləsində kreditdən istifadəyə görə müəyyən olunmuş illik faiz dərəcəsinin 1 (bir) misli miqdarında illik faiz dərəcəsi ilə penya hesablana bilər. Lakin, məhkəmə qətnamədə cərimə hissəsinə toxunmamışdır. Həmçinin əlavə qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin əsas borc, müqavilə müddətinə hesablanmış faiz borcu və illik 5 faiz hissəsində faiz borcu hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və apellyasiya şikayəti üçün ödənilmiş 192.58 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə qətnamədən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli əlavə qətnaməsi əsassızdır və ləğv edilib, tam həcmdə təmin edilməlidir. Belə ki, məhkəmə e-*-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli əlavə qətnamədə ##.##.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizəyə münasibət bildirməmiş təmin edilib-edilməməsi məsələsinə baxmamışdır. Iddiaçı tərəfindən ##.##.2025-ci il il tarixli iddia tələbinin artırılması ərizəsində bank tərəfindən əsas borc tələbi və faiz tələbi artrılmasına baxmayaraq, məhkəmə tərəfindən bu tələbə qiymət verməmiş və qətnamədə əsaslandırmamışdır. Bundan əlavə məhkəmə tərəfindən təmin edilən cərimə məbləğinin hansı qaydada, nəyə istinadla və nə qədər cərimə məbləğindən 1000 manat cərimə borcunun təmin edilməsi əlavə qətnamədə qeyd edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə cərimə borcunu tələbdə göstərilən məbləğə mütənasib nisbətdə təmin edilir. Lakin məhkəmə cərimənin hansı nisbətə təmin edilmədiyini qeyd etməmişdir. Belə ki, ****/ƏKM saylı, ##.##.2021-ci il tarixli əsas kredit müqaviləsinin 8.2-ci bəndinə əsasən, əlavə kredit müqaviləsində başqa qayda nəzərdə tutulmadıqda, borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, borc verən tərəfindən borc alana gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçn müvafiq əlavə kredit müqaviləsində kreditdən istifadəyə görə müəyyən olunmuş illik faiz dərəcəsinin 1 (bir) misli miqdarında illik faiz dərəcəsi ilə penya hesablana bilər. Lakin, məhkəmə bankın müqavilənin bu bəndindəki hüququnun realizəsini əhəmiyyətli dərəcədə azaldaraq, cərimə üzrə bankın 8911.74 manat tələbinə baxmayaraq, yalnız 1000 manat cərimə məbləği nəzərdə tutulmuşdur. Şirvan Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli e-*-*(***)-**/**** saylı qətnaməsindən həmçinin cavabdehlərdən cavabdeh3 apellyasiya şikayəti verərək ləğv edilməsini, əsas borc və gecikdirmə faizinin azaldılmasını, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 manat dövlət rüsumunun və xidmət haqqının, 410 manat mediasiya xərcinin ləğv edilməsini, tələbin yönəldiyi mənzili obyektiv qiymətləndirmək üçün təkrar ekspertiza keçirərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız qətnamə qəbul etmiş qət etdiyi halları isə heç bir mötəbər sübutla təsdiq etməmişdir. Ona görə də qətnamə ləğv edilməlidir. Belə ki, məhkəmə iş üzrə müvafiq ekspertiza və qiymətləndirmə ilə bağlı rəylərdə təsbit olunan real likvid dəyərindən aşağı absurd qiymətləri əsas götürərək faktiki olaraq mülkiyyətinin itirlməsinə və əmlak müstəqilliyinin məhdudlaşdırılmasına səbəb olan qətnamə qəbul etmişdir. Halbuki, hər iki hal üzrə 2-ci ekspertiza təyin olunsa idi həm mülkiyyəti və əmlak müstəqilliyi qorunar həmdə iş üzrə obyektiv həqiqət təsbit edilərdi. Əsas borcu və gecikdirmə faizinin müəyyən edilməsi və əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertiza rəyləri absurd qiymətlər müəyyən etsə də, məhkəmə təkrar ekspertiza təyin etmək əvəzinə həmin rəylərin qüvvəsini öncədən müəyyən etmişdir. Lakin məhkəmə əsas borcu və gecikdirmə faizini hesablayarkən yalnız bir ekspertiza ilə kifayətlənimiş, obyektiv həqiqəti ortaya çıxarmaq üçün təkrar eksperiza etməmiş və ilk ekspertizanın absurd rəyini sübut kimi qiymətləndirmişdir. Bundan başqa, əmlakı qiymətləndirilərkən məhkəmə yalnız bir MMC-nin rəyini əsas götürmüş əlavə olaraq təkrar əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Hansı ki, həmin MMC-nin absurd qiymətləndirməsi faktiki olaraq həmin əmlakın likvid dəyərini yansıtmır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmədə üzürlü səbəblər olmadan iştirak emtəmiş, nümayəndələri vasitəsilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakları olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda məzmun etibarı ilə qətnaməni iddiaçı müəyyən olunan borc məbləği, cavabdehlərdən cavabdeh3 isə həm borc məbləği, həmdə ipoteka predmetinin müəyyən olunan ilkin satış qiyməti hissələrdə mübahisələndirdiklərindən, kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyindən çıxış edib iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsinin əsaslılığının apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam hərtəfli araşdırılmadan, prosessual hüquq normaları pozulmaqla qətnamə və əlavə qətnamə çıxarıldığından apellyasiya şikayətləri qismən təmin olunmalı, qətnamələr ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. “xxxx” ASC ilə cavabdeh cavabdeh2 MMC arasında bağlanmış ##.##.2021-ci il tarixli ****/ƏKM nömrəli kredit limitinin ayrılmasına dair əsas kredit müqaviləsindən görünür ki, cavabdeh2 MMCyə 60 ay müddətinə 350000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən əsas kredit müqaviləsi çərçivəsində borc alana kreditlərin verilməsi əlavə kredit müqavilələrinin bağlanması ilə rəsmiləşdirilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən hr bir kreditin müddəti, məbləği, valyutası, qaytarılma şərtləri, ona hesablanan faizlərin miqdarı və ödənilməsi şərtləri, məqsədi (təyinatı) və digər xüsusi şərtləri müvafiq əlavə kredit müqaviləsi ilə tənzimlənir. Əlavə kredit müqaviləsi üzrə təqdim ediləcək kreditdən istifadəyə görə illik faiz dərəcəsi 30 faizdən çox ola bilməz. Əsas kredit müqaviləsinin təminatı kimi bankla cavabdeh3 arasında bağlanılmış ****/Z-* nömrəli, ##.##.2021-ci il tarixli, cavabdeh1 ASC ilə bağlanmış ****/Z-* nömrəli, ##.##.2021-ci il tarixli zaminlik müqavilələrin 1.1-ci bəndlərinə əsasən zaminlər əsas kredit müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsdində bağlanan müqavilələr üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Ipoteka saxlayan “xxxx” ASC ilə ipoteka qoyan cavabdeh3 və borc olan cavabdeh2 MMC arasında bağlanmış ##.##.2021-ci il tarixli, ****/İ nömrəli ipoteka müqaviləsindən görünür ki, cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 87.9 kv.m ümumi sahədən ibarət olan mənzil “xxxx” ASC ilə cavabdeh cavabdeh2 MMC arasında bağlanmış ##.##.2021-ci tarixli ****/K nömrəli kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Ipoteka müqaviləsinin 1.7-ci bəndinə əsasən “xxxx” MMC qiymətləndirmə şirkətinin ****/IBAR saylı rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 130000 manat, likvid qiyməti isə 110000 manat məbləğində müəyyən edilmişdir. Ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınmaz əmlakın rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 87.9 kv.m ümumi sahədən ibarət olan mənzilin “xxxx” ASC qarşısında ipoteka ilə yüklülüyü dövlət qeydiyyatına alınmışdır. Kreditor “xxxx” ASC ilə borc alan cavabdeh2 MMC arasında bağlanmış ##.##.2021-ci tarixli ****/K nömrəli kredit müqaviləsindən görünür ki, cavabdeh2 MMC-yə illik 16 faiz dərəcəsi ilə 24 ay müddətinə 120000 manat məbləğində kredit verilmişdir. “Ödəniş planı”nın surətindən görünür ki, ##.##.2021-ci tarixli ****/K nömrəli kredit razılaşması üzrə son ödəniş tarixi ##.##.2023-cü il kimi müəyyən edilmişdir. Iddiaçının cavabdehlərə ünvanladığı ##.##.2023-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, “xxxx” ASC ilə cavabdeh cavabdeh2 MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun “xxxx” ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e *-*(***)-****/**** nömrəli qərardadı ilə ipoteka predmeti daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuşdur və həmin MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair ##.##.2024cü il tarixli qiymətləndirmə hesabatı ilə cavabdeh3 məxsus ünvan 4 ünvanında yerləşən 87.9 kv.m ümumi sahədən ibarət olan mənzilin bazar dəyəri 156600 manat, likvid dəyəri 133110 manat məbləğində müəyyən olunmuşdur. Apellyasiya baxışı zamanı Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cü il tarixli, e *-*(*- *)-**/**** nömrəli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin olunmuş və ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə olunmuşdur. Həmin MMC-nin ##.##.2026-cı il tarixli ****/** saylı hesabatından görünür ki, ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən 87.9 kv.m ümumi sahədən ibarət olan mənzilin bazar dəyəri 158000 (yüz əlli səkkiz min) manat, likvid dəyəri isə 142200 (yüz qırx iki min iki yüz) manat təşkil edir. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e *-*(***)-****/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının */***** nömrəli, ##.##.2025-ci il tarixli rəyindən görünür ki, “xxxx” ASC ilə cavabdeh cavabdeh2 MMC arasında bağlanmış ##.##.2021ci tarixli ****/K saylı kredit müqaviləsinə əsasən cavabdeh2 MMC ##.##.2023-cü il tarixə əsas borcu 69734,32 manat, faiz borcu 4407,33 manat və ##.##.2024-ci il tarixə əsas borcu 68141,65 manat, faiz borcu 00,00 manat, illik 5 faizlə hesablanan faiz borcu 1349,09 manat müəyyən olunur. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e *-*(***)-****/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının */**** nömrəli, ##.##.2025-ci il tarixli rəyindən görünür ki, “xxxx” ASC ilə cavabdeh cavabdeh2 MMC arasında bağlanmış ##.##.2021ci tarixli ****/K saylı kredit müqaviləsinə əsasən cavabdeh2 MMC-nin ##.##.2023-cü il tarixə əsas borcu 69734,32 manat, faiz borcu 4407,33 manat və ##.##.2024-ci il tarixə əsas borcu 68141,65 manat, faiz borcu 00,00 manat, illik 5 faizlə hesablanan faiz borcu 5797,23 manat müəyyən olunur. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e *-*(***)-**/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının */**** nömrəli, ##.##.2025-ci il tarixli rəyindən görünür ki, “xxxx” ASC ilə cavabdeh cavabdeh2 MMC arasında bağlanmış ##.##.2021ci tarixli ****/K saylı kredit müqaviləsinə əsasən cavabdeh2 MMC-nin ##.##.2023-cü il tarixə əsas borcu 69734,32 manat, faiz borcu 4407,33 manat və ##.##.2024-cü il tarixə əsas borcu 68141,65 manat, faiz borcu 00,00 manat, illik 5 faizlə hesablanan faiz borcu 5797,23 manat müəyyən olunur Apellyasiya baxışı zamanı Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)- **/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2026-cı il tarixli **/**** saylı rəyindən görünür ki, iş materiallarında olan çıxarış məlumatları, tərəflər arasında ****/ƏKM nömrəli, ##.##.2021-ci il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış ****/K nömrəli, ##.##.2021-ci tarixli əlavə kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixə, yəni ##.##.2023-cü il tarixə müəyyən edilmiş 69734,32 əsas borc məbləğinə sonradan edilmiş ödənişlər nəzərə alınmaqla ##.##.2025-ci il il tarixinə illki 5 faizlə hesablanmış faiz məbləğinin miqdarı 7226,31 manat məbləğində olduğu müəyyən edilir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Insan Hüquqlarının və X2 haq0qında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34-cü maddəsində nəzərdə tutulmuşdur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti Qapalı bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ** saylı, ##.##.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında verilmiş şərhə görə, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3- cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 229.1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsində həcmi artırılmış tələb üzrə 15458,91 manat cərimənin tutulması hissədə iddianı rədd etmiş, sonradan ##.##.2025-ci il tarixli əlavə qətnamə ilə artırılmış formada istənilən 20167,84 manat cərimə borcunun tutulması tələbinə yenidən baxaraq həmin hissədə iddianı qismən təmin edərək cavabdehlərdən müştərək qaydada 1000 manat cərimə tutmuşdur. Iş materiallarından görünür ki, ##.##.2025-ci il tarixdə qətnamə çıxarıldığı zaman iddia tələbi ##.##.2025-ci il tarixli ərizəyə uyğun 98389,99 manat təşkil etmişdir, bura 15458,91 manat cərimə borcu da daxildir. Qətnamənin nəticə hissəsində istifadə edilmiş "iddia qalan hissədə təmin edilməsin" bəndi, konkret təmin edilən tələblərdən kənarda qalan bütün digər tələb elementlərini, o cümlədən cərimə tələbini əhatə etmişdir. Deməli, cərimə tələbi barədə qətnamə artıq çıxarılmışdır. Bunun əsaslandırıcı hissədə ayrıca təhlil olunmaması əsaslandırma qüsuru olsa da, tələbin "həll edilməməsi" demək deyil və MPM-in 229.1.1-ci maddəsinin tətbiqi üçün əsas yaratmır. Işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq kollegiya bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçı “xxxx” ASC cavabdeh cavabdeh2 MMC-yə borc (kredit) verməyi, cavabdeh cavabdeh2 MMC isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Iddia tələbinin maddi hüquqi əsasını ## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh cavabdeh2 MMC həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının cavabdeh cavabdeh2 MMCyə kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin iş materiallarından, o cümlədən maliyyə arayışından və hesabdan çıxarışdan müəyyən olunur ki, cavabdeh cavabdeh2 MMC öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. cavabdeh2 MMC-nin əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə kollegiyası, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh cavabdeh2 MMC tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Kollegiya irəli sürülmüş iddia tələbini mahiyyəti üzrə qanuni hesab etməklə yanaşı, kredit müqaviləsi üzrə tələb olunan əsas, müqavilə müddəti üçün müqavilədə nəzərdə tutulan qaydada hesablanmış faiz borcu, müqavilə müddəti bitdikdən sonra isə tələbin həcminin sonuncu dəfə artırıldığı ##.##.2025 tarixinə illik 5 faiz dərcəsi ilə hesablanan faiz borcunun məbləği ilə bağlı bu qənaətə gəlir ki, həmin məbləğlər iş üzrə təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri əsas götürülməklə müəyyən edilməlidir. Ekspert rəylərinə əsasən müqavilə müddətinin bitdiyi ##.##.2023-cü il tarixinə kredit müqaviləsi üzrə əsas borcun qalığı 69734,32 manat, müqavilədə nəzərdə tutulan qaydada hesablanan faiz borcunun qalığı 4407,33 manat təşkil etmişdir. Müqavilə müddəti bitdiyi tarixdən sonra borc alan tərəfindən ümumilikdə 6000 manat məbləğində ödəniş edilmiş, həmin ödənişin 4407,33 manatı faiz borcuna, 1592,67 manatı isə əsas borca silinmişdir. Beləliklə kredit müqaviləsi üzrə əsas borcun qalığı 68141,65 manat, müqavilə müddəti üçün hesablanmış faiz bocu 00,00 manat, müqavilə müddəti bitdikdən sonra ##.##.2025-ci il tarixinə illik 5 faizlə hesablanan faiz borcunun məbləği 7226,31 manat müəyyən olunur. Məhkəmə kollegiyası, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda kredit üzrə cərimə ödəmək öhdəliyini cavabdeh ”xxxx” MMC öz üzərinə götürmüşdür. Işin halları ilə cavabdeh ”xxxx” MMC tərəfindən kreditin və ona hesablanmış faizin ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Əsas Kredit Müqaviləsinin 8.2-ci bəndinə əsasən, əsas borcun qaytarılması müddətləri pozulduqda, borc verən gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müvafiq əlavə kredit müqaviləsində nəzərdə tutulmuş illik faiz dərəcəsinin 1 misli miqdarında penya hesablaya bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu öhdəliyin lazımınca icra edilmədiyi halda borclunun ödəməli olduğu məbləğdir və kreditor zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, kreditor həm cərimənin, həm də öhdəliyin icrasının tələb edilməsi hüququna malikdir. Bununla belə, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını, kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq tənasübsüz dərəcədə yüksək dəbbə pulunu azalda bilər. Apellyasiya instansiyası hesab edir ki, cərimənin hesablandığı faiz dərəcəsi həddindən artıq yüksəkdir və borcludan tələb edilən məbləğin qeyri-mütənasib dərəcədə artmasına səbəb olur. Cərimənin təminat funksiyası ilə kreditorun əsassız varlanmasının yolverilməzliyi prinsipi arasında tarazlıq gözlənilməlidir. Cavabdeh tərəfindən əsas borc və faiz öhdəliklərinin əhəmiyyətli hissəsi (78402,65 manat) artıq ödənilmişdir. Göstərilən halları əsas götürərək, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərdən tələb edilə bilən cərimənin ədalətli və mütənasib miqdarı 1000 manat təşkil edir. Qətnamənin əsaslılığı tam yoxlanıldığından tələbi zaminlərə aid hissədə araşdıran kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Iş materialları ilə müəyyən olunur ki, əsas kredit müqaviləsində kreditin verilmə müddəti, maksimum məbləği və illik faiz dərəcəsinin yuxarı həddi göstərilmişdir. Zamin olaraq cavabdehlərin kreditor qarşısında məsuliyyətlərini istisna edən hal işdə yoxdur, odur ki, zaminlər də borc alanla birgə kreditor qarşısında öhdəliyin lazımınca icrası üçün məsuliyyət daşımalıdırlar. Məhkəmə kollegiyası, iddianın “tələbin ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Məhkəmə, kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı “xxxx” ASC ilə cavabdehlər iptoka qoyan cavabdeh3 və borc olan cavabdeh2 MMC arasında etibarlı şəkildə ipoteka müqaviləsi bağlanmışdır və ipoteka hüququ müvafiq rəsmi reyestrdə qeydiyyata alınmışdır. Ipoteka müqaviləsi ilə təminat verilmiş kredit müqaviləsindən irəli gələn əsas öhdəlik lazımınca icra edilmədiyinə görə, ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka saxlayan iddiaçının tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Buna görə də, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Iddiaçının tələbinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Birinci instansiya məhkəməsindəki icraat dövründə "xxxx" MMC-nin təqdim etdiyi ##.##.2024cü il tarixli qiymətləndirmə hesabatını, apellyasiya baxışı zamanı alınan "xxxx" MMC-nin qiymətləndirmə hesabatı ilə müqayisəli tədqiq edən kollegiya hesab edir ki, sonuncu hesabat özündə real vəziyyəti əks etdirdiyinədən, tərəflərin heç biri həmin hesabatı mübahisələndirmədiyindən, əvvəlki qiymətləndirmədən sonra keçən müddət ərzində əmlak bazarının qiymət yüksəlişi dəyişikliyini əks etdirdiyindən, kollegiya onu etibarlı sübut kimi qəbul edir. Bu baxımdan, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 142200 manat məbləğində müəyyən edilməlidir. Kollegiya iddianın 410 manat mediasiya xərcinin tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh cavabdeh2 MMC imzaladığı müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsinin əsaslarıdır. Beləliklə məhkəmə kollegiyası işdə olan sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamələr qəbul edilərkən edilən prosessual pozuntuların iş üzrə qəbul edilmiş hər iki məhkəmə aktının məcmusuna aid olması, habelə tələblərin bir-biri ilə bilavasitə bağlılığı (əsas borc, faiz, cərimə və gecikdirmə faizinin vahid öhdəlik münasibətindən irəli gəlməsi) nəzərə alınaraq hər iki məhkəmə aktı ləğv edilməli, iddia tələbinin bütün elementlərinə yenidən və vahid qaydada baxılması yolu ilə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatlarının ümumi dəyərini təşkil edən 350 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi və ##.##.2025-ci il tarixli e-*-*(***)-**/**** nömrəli əlavə qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. Cavabdehlər cavabdeh2 MMC, cavabdeh1 ASC və cavabdeh3 müştərək qaydada ##.##.2021-ci il tarixli ****/KM nömrəli kredit müqaviləsi üzrə 68141,65 manat əsas borc, 7226,31 manat gecikdirmə faizi, 1000 manat cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 manat dövlət rüsumu və xidmət haqqı, 410 manat mediasiya xərci olmaqla, cəmi 76830,44 manat məbləğində pul tutularaq iddiaçı "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olmaqla cavabdeh3 məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 87.9 kv.metr olan mənzilə ilkin satış qiyməti 142200 manat müəyyən ediləklə yönəldilsin, əmlak açıq hərracdan satılsın və satışından əldə edilən vəsaitdən təmin edilmiş iddianın qiymətinə uyğun hissəsi "xxxx" ASC-yə ödənilsin. Əmlakın satışından əldə edilmiş vəsaitin artıq qalan hissəsi ipoteka qoyan cavabdeh3 qaytarılsın. Iddia qalan hissələrdə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 350 manat xərc cavabdehlər cavabdeh2 MMC, cavabdeh1 ASC və cavabdeh3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Ilham Əsədov
Məhkəmə qərarları › İş №2-2(3-9)-24/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-24/2026
10.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver