Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-28/2026 07.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması. Şirvan şəhəri, ## ### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh DCLT********-** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 50.000 manat əsas borc, 3.024,17 manat faiz borcu, 6.776,98 manat cərimə borcu olmaqla, cəmi 59.801,15 manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 269,41 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC ilə Cavabdeh arasında ##.##.2023-cü il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun ##.##.2023-cü il tarixli 1.0.* nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE*/******* saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində ##.##.2023-cü il tarixli DCLT********-** saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana ##.##.2024-cü il tarixədək illik faiz dərəcəsi 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 33.5% olmaqla, 50,000 manat məbləğində nağdsız qaydada Sərvan MMC, SƏDƏF MMC və Vektor MMC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədilə kredit açılmışdır. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək gecikmələrə yol vermişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Hazırda Borcalan Cavabdeh ##.##.2025-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir - DCLT********-** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 50,000 manat əsas borc, 3.024,17 manat faiz borcu, 6.776,98 manat cərimə borcu olmaqla, cəmi 59.801,15 manat təşkil edir, gecikmə günlərinin sayı: 14 gün. X2 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: kreditin müddəti bitənədək və kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda ÜŞT-nin Bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrinə dair hissəsinə əsasən Bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını Banka ödəmək müştərinin vəzifəsidir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X2 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. Bank tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 269,41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixli DCLT********-** nömrəli maliyyələşdirmə üzrə ərizəyə əsasən 50000 manat məbləğində əsas borc, 3024,17 manat məbləğində faiz borcu, 500 manat məbləğində cərimə borcu və ödənilmiş 269,41 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 53793,58 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək faiz borcun azaldaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üzrə qətnamə qəbul edilən zaman maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli maliyyələşdirmə ərizəsinə əsasən ##.##.2025-ci il tarixə əsas borc üzrə 50.000 manat, faiz borcu üzrə isə 11.580,65 manat borcun olması müəyyən edilmişdir. Bununla yanaşı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 24% faiz, kreditin müddəti bitdikdən sonra isə illik 33,5% cərimə faiz dərəcəsi ilə 50000 manat kredit verilmişdir. Lakin kredit üzrə heç bir ödəniş edilməməsinə baxmayaraq iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə maliyyə arayışı tərtib edilmiş və məhkəmə tərəfindən də həmin tarixə qədər olan faiz borcları hesablanmış, nəticədə faiz borclarının düzgün hesablanmaması baş vermişdir. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəf əsas borc üzrə hesablanmış faiz borclarının şişməsinə qərəzli yanaşmış, vicdanlılıq prinsipini pozmuş, lakin məhkəmə bu halları cavabdehin xeyrinə qiymətləndirməmiş, süni olaraq yaranmış faiz borclarını nəzərə almamış və ekspertiza qarşısında bu məsələlər üzrə müvafiq suallar qoymamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək faiz borcun azaldaraq yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3-cü maddəsinə əsasən, Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1-ci maddəsinə əsasən, Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 741.1-ci maddəsinə əsasən, Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 742.1-ci maddəsinə əsasən, Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci və 742.5.2-ci maddələrinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında borcverən müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. 743.1-ci maddəsinə əsasən, Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan müqavilənin surətindən görünür ki, İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında ##.##.2023-cü il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun ##.##.2023-cü il tarixli 1.0.* nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC/SE******** nömrəli krеdit razılaşması imzalanmışdır. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, DCLT********-** nömrəli kredit müqaviləsi ilə Cavabdeh illik 24% faiz, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 33.5% olmaqla 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, ##.##.2025-ci il tarixə DCLT********-** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh İddiaçı ASC qarşısında öhdəlikləri 50000 manat əsas, 3.024,17 manat faiz, 6.776,98 manat cərimə borcu olmaqla, cəmi 59.801,15 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, DCLT******** saylı kredit müqaviləsinə əsasən yaranmış borcun 7 iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2- *(***)-****/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının */**** saylı, ##.##.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, DCLT00470380-11 maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh ##.##.2025-ci il tarixə əsas borcu üzrə 50.000 manat, faiz borcu üzrə 11.580,65 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razılaşmaq mümkün deyildir, çünki faiz borcu əsassız şəkildə şişirdilmiş, cavabdehin ödəniş etmək imkanının olmaması barədə bankın ikinci aydan məlumatlı olmasına baxmayaraq müqavilə vaxtında ləğv edilməmiş və nəticədə faiz borcu artmışdır. Bu baxımdan ekspertiza rəyi iş materiallarında olan digər sübutlarla birlikdə obyektiv və hərtərəfli qiymətləndirilməli və ya təkrar ekspertiza təyin edilməli olduğu halda, məhkəmə tərəfindən bu hallar nəzərə alınmamışdır. Həmçinin iş materiallarından aydın olur ki, cavabdehin maliyyə vəziyyəti məlum olduğu halda iddiaçı tərəfindən uzun müddət ərzində hüquqi tədbirlər görülməmiş, bu isə faiz borcunun əsassız şəkildə artmasına səbəb olmuşdur və həmin hallar məhkəmə tərəfindən lazımi qaydada araşdırılmamışdır. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi əldə edilərək işə əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin # ##### 2026-cı il tarixli, **/*** saylı Rəyində aşağıdakılar qeyd edilmişdir: İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, DCLT00470380-11 maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh ##.##.2024-cü il tarixə əsas borcu üzrə 50.000 manat, faiz borcu üzrə 11.580,65 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
1. İş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında əvvəlcə ##.##.2023-cü il tarixli X2 qoşulma barədə razılaşma bağlanmış, daha sonra həmin şərtlər çərçivəsində ##.##.2023-cü il tarixli DCLT********-** nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və cavabdehə illik 24% faiz, kredit müddəti bitdikdən sonra isə 33,5% cərimə faizi ilə 50.000 manat kredit verilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, kredit vəsaiti cavabdehə verilmiş, bu hal mübahisələndirilməmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş və ödənişləri vaxtında həyata keçirməmişdir.
2. Eyni zamanda iş materiallarında olan maliyyə arayışı və hesabdan çıxarışlarla müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixə cavabdehin 50.000 manat əsas, 3.024,17 manat faiz və 6.776,98 manat cərimə borcu yaranmışdır və bu borcun ödənilməməsi faktı sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi həmin sənədləri, həmçinin məhkəməmühasibatlıq ekspertizasının ##.##.2025-ci il tarixli rəyini digər sübutlarla məcmu halda qiymətləndirərək əsaslı olaraq nəticəyə gəlmişdir ki, cavabdeh müqavilə öhdəliklərini pozmuş və kredit borcunu ödəməmişdir.
3. Apellyasiya şikayətində əsasən faiz borcunun şişirdilməsi, bankın cavabdehin maliyyə vəziyyətindən əvvəlcədən xəbərdar olması və müqaviləni vaxtında ləğv etməməsi kimi hallar göstərilmişdir. Lakin kollegiya qeyd edir ki, bu dəlillər hüquqi baxımdan əsassızdır. Belə ki, Mülki Məcəllənin 743.1-ci maddəsinə uyğun olaraq kredit müqaviləsi üzrə borcalan aldığı vəsaiti faizlə birlikdə qaytarmağa borcludur və bu öhdəlik müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində icra edilməlidir. Cavabdehin ödəniş etməməsi bankın müqaviləni dərhal ləğv etməsi öhdəliyini yaratmır və bu hal faiz hesablanmasının qanunsuzluğu kimi qiymətləndirilə bilməz.
4. Apellyasiya instansiyası tərəfindən iş üzrə əlavə araşdırma aparılmış, məhz şikayətdə göstərilən halların yoxlanılması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təkrar təyin edilmiş və ekspert qarşısında yeni suallar qoyulmuşdur. ##.##.2026-cı il tarixli ekspert rəyindən görünür ki, cavabdehin kredit üzrə borcu ##.##.2024-cü il tarixə 61.580,65 manat təşkil etmiş, bunun 50.000 manatı əsas, 11.580,65 manatı isə faiz borcudur və hesablamalar iş materiallarına uyğun aparılmışdır. Bu nəticə əvvəlki ekspert rəyində göstərilən hesablamalarla mahiyyət etibarilə uyğunluq təşkil edir və faiz borcunun əsassız şişirdilməsi barədə apellyasiya şikayətinin dəlillərini təkzib edir.
5. Kollegiya həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb edilən faiz məbləğini ekspert rəyində müəyyən edilən daha yüksək məbləğə uyğun artırmamış, əksinə iddia tələbinin həcmi ilə məhdudlaşaraq daha az məbləği təmin etmişdir ki, bu da cavabdehin maraqlarının qorunması baxımından daha əlverişli yanaşmadır. Prosessual pozuntu iddialarına gəldikdə isə, iş materiallarından görünür ki, məhkəmə sübutları hərtərəfli, obyektiv və tam qiymətləndirmiş, ekspert rəyini digər sübutlarla müqayisəli şəkildə təhlil etmiş və MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hərəkət etmişdir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya etiraz təqdim etməmiş və borcun ödənildiyini və ya ödənilməməsinin əsaslı səbəblərini sübut edə bilməmişdir. Yuxarıda şərh edilənlərə əsasən Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Məhkəmə-mühasibatlıq Ekspertizanın keçirilməsi ilə əlaqədar yaranmış 300 (bir yüz) manat məbləğində ekspertiza xərci cavabdeh Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X4 210005 kodlu, VÖEN 1401555071, müxbir hesabı AZ41NABZ01360100000000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN 1700326621, hesab AZ34CTRE00000000000002088501, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.