Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-34/2026 18.03.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*- *(***)-****/**** saylı qətnaməsindən (hakim Zaur Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, istifadəsində olan obyektə yanğın nəticəsində vurulmuş 3000 manat məbləğində və həmin ticarət obyektində olan mebellərin yandırılmasına görə dəyən 15000 manat məbləğində zərərin, 3 aylıq 3393 manat kredit pulunun və işçiyə və kassa aparatı üçün ödənilmiş 255 manat pulun, cəmi 21648 manat məbləğində ziyanın cavabdehdən alınıb xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu ərazisində yerləşən ticarət obyektini icarə müqaviləsi ilə ## ### 2020-ci il tarixində X1 icarəyə götürərək orada mebellərin satışını həyata keçirir və məcburi köçkün kimi ailəsini dolandırır. VÖEN-i vardır və sahibkarlıq fəaliyyəti həyata keçirir. ## ###### 2024-cu il tarixdə Cavabdeh məxsus obyektdə qısaqapanmadan yanğın baş vermiş və həmin obyektdən yanğın istifadəsində olan obyektə keçmiş və mağazanın üstü yanaraq çökmüş və mağazada ona məxsus mebellər yanaraq və söndürülən zaman su ilə islanmış mebellər tam yararsız hala düşmüşdür. Qaimələr yazılaraq hansı fabrikin malları olduğu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin təhqiqatçısı Nuruyev Rüfət Babaş oğluna və ekspertlərə təqdim edilmişdir. Beləliklə mağazanın binasının üst hissəsi yanmış, mağazaya 3000 manat və içərisində olan mebellər yanaraq 15000 manat, cəmi 18000 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Fövqaladə Nazirliyi DYNX-i Qarabağ Regional DYNİ-in inspektoru Səyyad Abdullayev tərəfindən yoxlama aparılmış və istintaq aparılması üçün Nazirliyin Əməliyyat İstintaq İdarəsinə göndərilmişdir. Bütün yanan mebellərin siyahısını inspektor Səyyad Abdullayevə təqdim etsə də, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin təhqiqatçısı Nuruyev Rüfət Babaş oğlu istintaqı dolğun aparmamış, ona göndərilmiş təhqiqatın nəticəsinə dair ## ###### 2025-ci il tarixli, **** saylı material üzrə yanan əmlakların siyahısı göstərilməmiş və ona dəyən ziyanın məbləği haqda heç bir məbləğ qeyd edilməmişdir. İddiaçı binanın yanması barədə Beyləqan rayon Polis şöbəsinə müraciət etmiş və təhqiqatçı Əli Hacıyevin ## ######## 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və mülki iddia üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu qərarda da əmlakların yanmasının cavabdehin günahı ucbatından olduğu bir daha öz təsdiqini tapır. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin təhqiqatçısı Nuruyev Rüfət Babaş oğlunun ## ###### 2025-ci il tarixli, **** saylı qərarı ilə təsdiq edilmişdir ki, Cavabdeh məxsus obyektdə yanğın baş vermiş və həmin obyektdən də yanğın iddiaçının istifadəsində olan obyektə keçmiş və bunun nəticəsində də obyekt və içərisində olan mebellər yanmış və islanaraq məhv olmuşdur. Beləliklə, Cavabdeh təqsiri ucbatından iddiaçının əmlakları yanmışdır və ona külli miqdarda ziyan dəymişdir. Qərarda ziyanın ödənilməsi barədə məhkəməyə müraciət edilməsi məqsədə müvafiq hesab edilmişdir. Bir neçə dəfə cavabdehdən əmlaklara vurduğu zərərin ödənilməsi tələb edilsə də, cavabdeh ziyanın əvəzini ödəməkdən imtina etmişdir. Obyekt demək olar ki, tamamilə yararsız hala düşmüşdür. Sonradan təmir etdirilmiş və obyektin təmiri üçün 3000 manat pul xərclənmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın əsassız olduğunu bildirib rədd edilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddia əsassız olmaqla, heç bir sübutla təsdiqini tapmır. İş üzrə iki cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərarlardan biri Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul edilmişdir, həmin qərarı əsassız hesab edərək mübahisələndirmişlər. Eyni zamanda iddiaçı mağazada mebellərin məhv olmasını bildirsə də, həmin mebellərlə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Yanğın zamanı iddiaçının mağazasının 20 kv.metr hissəsində lanbirin yanmışdır, bu hal həmin vaxt hadisə yerinə gələn yanğınsöndürənlərin tərtib etdikləri aktla təsdiqini tapmışdır. Həmin vaxt mağazanın daxilində yanğln olsaydı, aktda bu hal öz təsdiqini tapardı. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh Cavabdeh baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçı İddiaçı istifadəsində olan ticarət obyektinə dəymiş 2511 manat məbləğində və həmin ticarət obyektində olan əmlakların sıradan çıxması nəticəsində vurulmuş 2870 manat məbləğində zərərin əvəzinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, təmin edilmiş iddianın qiymətinə uyğun olaraq iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 73,81 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi və cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, məhkəmə, vurulmuş maddi zərərin həcminin müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı əmlaklara dəymiş zərəri daha yüksək məbləğdə göstərsə də, məhkəmə baxışı zamanı təqdim olunmuş sənədlər, işdə olan yanğın hadisəsindən dərhal sonra çəkilmiş fotoşəkillər və faktiki vəziyyət nəzərə alınaraq, tərəflərin iştirakları ilə aparılmış məhkəmə tədqiqatı nəticəsində iddiaçıya məxsus olan və zərər görmüş mebel avadanlıqları və onların dəyərləri (təqdim olunmuş ekspert rəyinə əsasən) aşağıdakı kimi müəyyənləşdirilmşdir: 6 ədəd stul – 540 manat, “Uğur” dolab – 680 manat, “Uğur” televizor altlığı – 190 manat, Masa – 240 manat, Tumba – 80 manat, Taxt – 460 manat, Beşik – 290 manat, Televizor altlığı – 130 manat, Termo – 260 manat. Göstərilən əmlakların ümumi dəyəri 2870 manat müəyyən edilmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçı İddiaçı istifadəsində olan ticarət obyektinə zərər dəymişdir. İddiaçı həmin zərərin aradan qaldırılması üçün 3000 manat məbləğində xərc çəkdiyini bildirmişdir. Lakin məhkəmə tərəfindən araşdırılmış sənədlərdən və təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı tərəfindən faktiki olaraq çəkilmiş və sənədlərlə təsdiq edilən xərclərin məbləği 2511 manat təşkil edir. Qalan hissə üzrə çəkilmiş xərclər ya müvafiq sənədlərlə təsdiq olunmamış, ya da yanğın hadisəsinin nəticələri ilə birbaşa bağlı olmadığı müəyyən edilmişdir. Məhkəmə ondan yalnız real, əsaslandırılmış və sübuta yetirilmiş zərərin tutulması mümkünlüyü nəticəsinə gəlmiş, iddiaçının ticarət obyektinə dəymiş zərər üzrə tələbinin 2511 manat məbləğində təmin olunması qənaətinə gəlmişdir. Hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, iş materillarında olan heç bir mötəbər sübutla təsdiq olunmur. Mülki-Prosessual Məcəllənin tələbinə görə sübutlar elə bir gücə malik olmalıdır ki, məhkəmə həmin sübutlar əsasında qəti və mötəbər nəticəyə gələ bilsin. Yanğın hadisəsinin baş verməsi danılmaz olsada, dəymiş zərər real deyil. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlər də, həqiqi olmamaqla, sonradan yaradılmış bir vəziyyətdir. Şəkillərin əksəriyyətində mebellər heç bir ziyan çəkməmişdir, əgər həmin mebellər zərərçəkmiş olsaydı, iddiaçı onları bir yerə toplayıb hadisə yerinə gələn inspektorlara və ya görüntüsünü məhkəməyə təqdim edərdi. İddiaçı həmin əmlakıları satdığına görə həmin əmlaklara görə ziyan tələb edə bilməz. Bu ədalət anlamı verə bilməz. Bundan başqa iddiaçıya həqiqətən o qədər ziyan dəymiş olsaydı, o "mən sənə iki min manat ver bitsin deyəndə, sən məni eşitmədin, indi səndən iyirmi mini alacam" deməzdi. Məhkəmə iclasında iddiaçı belə dediyini qəbul edərək, guya hörmət etdiyinə görə belə deyib, qalan ziyandan imtina edirmiş. Hesab edir ki, elə bu sözün özü iddianın nə qədər əsaslı olubolmaması barədə yekun nəticəyə gəlmək üçün əsasdır. Hesab edir ki, qətnamə əsassız olmaqla, apellyasiya qaydasında ləğv edilməlidir. İş materiallarından göründüyü kimi Şirvan Kommersiya Məhkəməsi qanunvericiliyin tələblərinə əməl etməmiş, işi tam obyektiv araşdırmamış, bu isə gəldiyi nəticəyə təsir etmişdir. Məhkəmə tərəflər arasında yaranmış münasibətlərə maddi hüquq normalarını düzgün tətbiq etsədə, sonda səhv nəticəyə gəlmişdir. İş materiallarında iddiaçının istinad etdiyi əmlakların şəkili olsada, həmin əmlaklara zərər dəyməsi və onların keyfiyyətini itirməsi barədə heç bir rəy yoxdur. İddiaçı həmin əmlakları yanğından az vaxt sonra ora gələn Fövqalədə Hallar Nazirliyinin əməkdaşlarına belə təqdim etməmişdir. İddiaçıya ziyan dəyməsi barədə məhkəmənin əlində heç bir mötəbər sübut olmadığı halda, məhkəmə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şirvan Kommersiya Məhkəməsi iddiaçının subyektiv fikirlərini əsas tutaraq iddianın təmin edilməsinə əsas verən heç bir mötəbər sübutun olmamasına baxmayaraq, iddianı qismən etmiş, mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. MPM-in 8-ci maddəsinin mənasına görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bəraərliyi prinsipi əsasında həyata keçirilir. Lakin iş materiallarından da göründüyü kimi Şirvan Kommersiya Məhkəməsi hamının qanun qarşısında bərabərlik prinsipini həyata keçirməmiş, tam obyektiv araşdırma aparmamış, sübutlara düzgün qiymət verməmiş, nəticədə iddiaçının iddia ərizəsində göstərdiklərinə uyğun olaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir ki, bu hal qanunsuz olmaqla, qətnamənin ləğvi üçün əsasdır. Məhkəmə MPMin 76.1-ci maddəsinin tələblərinə əməl etməmiş, toplanmış sübutlar iddianın qismən təmin edilməsinə belə kifayət etməməsinə baxmayaraq, qiymətləndirmə rəyinin olmamasına, həmin əmlakların dəyərinin, mağazanın dam örtüyünə dəyən ziyanın nə ilə müəyyən olunması barədə heç bir sübutun olmasına baxmayaraq, əsassız nəticəyə gəlmişdir. Şirvan Kommersiya Məhkəməsi iddiaçının təqdim etdiyi fotoşəkillərə istinad edərək, iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə həqiqətdə həmin əşyaların hal-hazırda harada olmasını iddiaçıdan soruşmamış, həmin əşyaların satıldığı halda, onun tam dəyərinin tələb edilməsinə münasibət bildirməmişdir. Eyni zamanda iş materiallarında olan rəydən müəyyən olunur ki, iddiaçı özüdə obyektdə elektrik qısa qapanması qaydalarına əməl etməmişdir. Bundan başqa obyekt onun obyektinə birləşdirilməklə, tikinti normalarının tələblərini pozmuş, eyni zamanda obyektin təmirində tezalışan materiallardan istifadə etməklə, yanğının onun mağazasının üstünə yayılmasına şərait yaratmışdır. Şirvan Kommersiya Məhkəməsi iddianı qismən təmin edərkən, zədələnmiş əmlakın dəyərinin nə ilə müəyyən edildiyini əsaslandırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, əslində qətnamədən o da, narazıdır, çünki zərərin məbləği az müəyyən edilib. Cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək ## #### 2026-cı il tarixdə saat 14:45-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində bahşa bir işin baxılmasında iştirak etməsi ilə əlaqədar hazırki məhkəmə baxışının təxirə salınmasını xahiş etmiş, bununla belə, həmin məhkəmədə məhkəmə iclasına dəvət olunmasını təsdiq edən hər hansı bir sənədi ərizəsinə əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işi üzrə cavabdeh tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğvini və həmin hissədə də rəddini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən iddianın təmin olunan hissəsində yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında mübahisələndirilən hissədə ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallaırnda olan sənədlərlə aşağıdakılar müəyyən olunur. # ###### 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla, ## ###### 2024-cü il tarixdə saat 23 radələrində Beyləqan rayonu, RTS qəsəbəsində yerləşən ticarət obyektində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, tərəflərə dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin ## ### 2025-ci il tarixi, *-**/*-M- ****/*-**/**** saylı məktubundan görünür ki, ## ###### 2024-cü il tarixdə, saat 23 radələrində Beyləqan rayonu, RTS qəsəbəsində yerləşən, Cavabdeh məxsus ticarət obyektində yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar FHN Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh məxsus ticarət obyektində yanğın hadisəsinə səbəb obyektin elektrik naqillərində qısa qapanmanın yaranması olduğu müəyyən edilmişdir. Baş vermiş yanğında cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin rəyinə əsasən, Beyləqan şəhəri, RTS qəsəbəsi, Beyləqan-Kebirli yolunun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğın hadisəsi nəticəsində obyektə dəymiş ziyan 2511,00 manat, içində olan mebellərə (əmlaka) dəymiş ziyanın ümumi məbləği 15890,00 manat, ümumi olaraq dəymiş ziyan - 18401,00 manat olaraq müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən daxil olmuş **** saylı materialda olan ##.##.2024-cü il tarixli “Yanğın haqqında Akt”da qeyd olunmuşdur ki, obyektlərdə yanğına qarşı vəziyyət qeyri-kafi olmuşdur. Belə ki, hər üç obyektdə ilkin yanğın xəbərverici siqnalizasiya sistemi mövcud olmamışdır, elektrik xəttləri EQQQ-nə uyğun çəkilməmişdir. Azəbaycan Respublikasının FHN-in Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı, R Nuruyev Rüfət Babaş oğlu tərəfindən qəbul edilmiş **** saylı material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarda göstərilir ki, FHN DYNX-in Qarabağ Regional DYNİ-nin ##.##.2024-cü il tarixli X5 göstərilmişdir ki, ## ###### 2024-cü il tarixdə, saat 23 radələrində Beyləqan rayonu, RTS qəsəbəsində yerləşən, Cavabdeh məxsus ticarət obyektində Yanğın hadisəsinə səbəb obyektin elektrik naqillərində qısaqapanmanın yaranması olmuşdur. Beləliklə, hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, yanğın haqqında aktla və toplanmış digər sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh Beyləqan rayonu, RTS qəsəbəsində yerləşən ticarət obyektinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, "Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları"xxxx"Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları"nın 1.2, 3.5, 3.5.3.1, 3.5.3.3 ve 3.5.3.4-cü bəndlərinin tələblərini pozaraq, yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən ## ###### 2024-cü il tarixdə, saat 23 radələrində ticarət obyektində yanğın hadisəsinə səbəb obyektin elektrik naqillərində qısaqapanmanın yaranması olmuşdur. Lakin yoxlama materialından göründüyü kimi, yanğın hadisəsi nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, dəymiş maddi ziyan ağır nəticə kimi qiymətləndirilmir, hadisə ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. Odur ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilməlidir. Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Qarabağ regional X4 İdarəsinin ## ###### 2024-cü il tarixli məlumatına əsasən, ## ###### 2024-cü il tarixində Beyləqan rayon RTS qəsəbəsində yerləşən X3 məxsus ticarət obyektində yanğın hadisəsi baş vermişdir. “X11” Qanunun 25-ci maddəsinin 11-ci bəndində əsasən tərəflərindən yanğın hadisəsinin tədqiqatı aparmışdır. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional X4 İdarəsinin rəisinə ünvanladığı məktubdan görünür ki, Beyləqan rayonunun RTS qəsəbəsində Cavabdeh məxsus ticarət obyektində baş vermiş yanğın hadisəsinin təbii qazla heç bir əlaqəsi yoxdur. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyaya dair ## #### 1952-ci il tarixli * saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. "Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları" nın 1.10.2, 6.2-ci və 6.5-ci bəndlərinin tələblərinə əsasən, yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində fiziki şəxslər öz mülkiyyətlərində, istifadəsində olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidirlər. Elektrik mühərrikləri, idarə etmə aparatlari işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə da artıq yüklənmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər. Elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək elektrik qurğularının istismarı zamanı qadağandır. "Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları"nın 1.2, 3.5, 3.5.3.1, 3.5.3.3 və 3.5.3.4-cü bəndlərinə əsasən qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ticarət, ictimai iaşə müəssisələrinin, baza və anbarların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri, inzibati heyəti və sahibkarlar (sonradan rəhbərləri) daşıyırlar. Texniki xidmət və təmir işlərinin ixtisaslaşdırılmış təşkilatlar tərəfindən dən aparıldığı zaman bu işlərin keyfiyyətli surətdə yerinə yetirilməsinə nəzarət edilməsini, müəssisədə qurğuların istismarına cavabdehlik daşıyan vəzifəli şəxslər həyata keçirirlər. Elektrik avadanlıqlarının və elektrik şəbəkələrinin vaxtında profilaktiki baxışını və planlı- xəbərdaredici təmirinin təşkili, habelə yanğın və alışma törədə bilən hallarının vaxtında aradan qaldırılmasını təmin etmək, Qısa qapanmalardan, artıq yüklənmələrdən, artıq daxil və atmosfer gərginliklərindən və s. pozuntulardan mühafizə aparatlarının saz olmasına müntəzəm surətdə nəzarət etmək. Bütün elektrik qurğularının yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrdən ibarət olmaqla, qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, iddiaçının sahibliyində olan ticarət obyektindəki mebellərin yanmasına görə dəyən zərərin məbləğini, yanğın hadisəsindən dərhal sonra çəkilmiş fotoşəkillər və faktiki vəziyyət nəzərə alınaraq, ekspert rəyi ilə müəyyən olunan qiymətlərlə müəyyən edən birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Cavabdeh apellyasiya şikayətində zərərə məruz qalmış mebellərin iddiaçı tərəfindən satıldığını bildirsə də, buna dair birinci instansiya məhkəməsinə hər hansı bir sübut təqdim etməmişdir. Bundan savayı cavabdeh iddiaçının sahibliyində olan olan ticarət obyektinə 2511 manat məbləğində zərərin dəyməsi hissədə də, qətnaməni mübahisələndirir, lakin ekspertizanın rəyi ilə müəyyən olunmuş həmin məbləğin həqiqiliyini şübhə altına ala biləcək hər hansı bir sübutlara istinad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan az olduğundan, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilənn hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(3-9)-34/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-34/2026
18.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver