Məhkəmə qərarları › İş №2-2(3-9)-41/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-41/2026

01.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-41/2026 01.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Qətnamə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, cavabdehlərdən Hüseynov Rəşad İlham oğlunun iştirakı ilə, iddiaçı “Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Hüseynov Rəşad İlham oğluna və qeyrilərinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 22 dekabr 2025-ci il tarixli e-2-2(121)-2105/2025 saylı qətnaməsindən (hakim Namidar Misirzadə) cavabdehlərdən Hüseynov Rəşad İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı “Accessbank” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə “AccessBank” QSC) cavabdehlər Hüseynov Rəşad İlham oğlu, Əliyev Məzan Müslüm oğlu, Əliyev Asim Məzan oğlu, Əliyeva Toydə Təyar qızı, Hüseynov Mürsəl Həyat oğlu, Hüseynova Gülçöhrə Yusub qızı, Hüseynova Amilə Məzan qızı, Əliyeva İfadə İlham qızı, Hüseynova Məleykə İlham qızı və Hüseynov Bəhruz Həyat oğluna qarşı "kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 008R2403167570 saylı krеdit razılaşması üzrə 116472,39 manat krеdit bоrcu, 8339,64 manat faiz bоrcu və 5729,45 manat cərimə olmaqla ümumilikdə 130541,48 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 420,54 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının tutulması; tələbin Mercedes Benz Atego Yük 99GT114 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, Əliyev Məzan Müslüm oğlu, Əliyeva Toydə Təyar qızı, Hüseynova Amilə Məzan qızı və Əliyev Asim Məzan oğlunun mülkiyyətində olan Lənkəran rayonu, Şıxıkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 256.9 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evinə və Hüseynova Gülçöhrə Yusub qızı, Hüseynova Məleykə İlham qızı, Əliyeva İfadə İlham qızı və Hüseynov Rəşad İlham oğlunun mülkiyyətində olan Lənkəran rayonu, Şıxıkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 266 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evinə yönəldilməsi, həmin nəqliyyat vasitəsi və torpaq sahəsi və fərdi yaşayış evlərinin açıq hərracdan satılması və 130.541,48 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 420,54 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Hüseynov Rəşad İlham oğluna iddiaçı ilə bağladığı 27.12.2018-ci il tarixli 008L000002422850 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Hüseynov Rəşad İlham oğlu iddiaçı ilə bağladığı 31.01.2024-cü il tarixli 008R2403167570 saylı krеdit razılaşması əsasında 27 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150000 manat məbləğində krеdit götürmüşdür. Hüseynov Rəşad İlham oğlu krеdit razılaşmasının 1.2ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 08.10.2024-cü il tarixdən banka qaytarmamışdır. Hüseynov Rəşad İlham oğlu götürdüyü krеdit bоrcundan 33527,61 manat ödəmiş, onun 116472,39 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Hüseynov Rəşad İlham oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.03.2025-ci il tarixə 195 gün üçün hesablanmış faiz borcu 8339,64 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 21.04.2025-ci il tarixə 195 gün üçün hеsablanmış cərimə 5729,45 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Hüseynov Rəşad İlham oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Əliyev Məzan Müslüm oğlu, Əliyev Asim Məzan oğlu, Əliyeva Toydə Təyar qızı, Hüseynov Mürsəl Həyat oğlu, Hüseynova Gülçöhrə Yusub qızı, Hüseynov Amilə Məzan qızı, Əliyeva İfadə İlham qızı, Hüseynova Məleykə İlham qızı, Hüseynov Bəhruz Həyat oğlu zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Hüseynov Rəşad İlham oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Hüseynov Rəşad İlham oğlunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Hüseynov Rəşad İlham oğlu və bank arasında bağlanılmış 28.12.2018-ci il tarixli, 008M000008826901 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Mercedes Benz Atego Yük 99GT114 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. AR DİN BDYPİ Qeydiyyat imtahan İdarəsi tərəfindən verilmiş AA №136122 saylı çıxarışa əsasən, Hüseynov Rəşad İlham oğluna məxsus Mercedes Benz Atego Yük 99GT114 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Hüseynov Rəşad İlham oğlunun kredit öhdəliklərinin icrasını təmin еtmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyanın arvadı Hüseynova Amilə Məzan qızı Mercedes Benz Atego Yük 99GT114 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçıya ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakın ipoteka qoyulmasına razılıq vermişdir. İddiaçı tərəfindən cavabdeh – ipoteka qoyana 06.03.2025-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 14.03.2025-ci il tarixdə AR DİN BDYPİ Qeydiyyat İmtahan şöbəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Hüseynov Rəşad İlham oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka qoyan Əliyev Məzan Müslüm oğlu, Əliyeva Toydə Təyar qızı, Hüseynova Amilə Məzan qızı və Əliyev Asim Məzan oğlu ilə bank arasında bağlanılmış 01.02.2024-cü il tarixli 008M000023417701 saylı ipoteka müqaviləsi əsasında Əliyev Məzan Müslüm oğlu, Əliyeva Toydə Təyar qızı, Hüseynova Amilə Məzan qızı və Əliyev Asim Məzan oğlunun mülkiyyətində olan Lənkəran rayonu, Şıxıkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 256.9 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05.02.2024-cü il tarixində qeydiyyata alınmış 2224001971 qeydiyyat nömrəli çıxarışla Əliyev Məzan Müslüm oğlu, Əliyeva Toydə Təyar qızı, Hüseynova Amilə Məzan qızı və Əliyev Asim Məzan oğlunun mülkiyyətində olan Lənkəran rayonu, Şıxıkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 256.9 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evi Hüseynov Rəşad İlham oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsianı kimi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdeh – ipoteka qoyan Əliyev Məzan Müslüm oğlu, Əliyeva Toydə Təyar qızı, Hüseynova Amilə Məzan qızı və Əliyev Asim Məzan oğluna 06.03.2025-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə 12.03.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Hüseynov Rəşad İlham oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka qoyan Hüseynova Gülçöhrə Yusub qızı, Hüseynova Məleykə İlham qızı, Əliyeva İfadə İlham qızı və Hüseynov Rəşad İlham oğlu ilə bank arasında bağlanılmış 01.02.2024-cü il tarixli 008M000023414601 saylı ipoteka müqaviləsi əsasında Hüseynova Gülçöhrə Yusub qızı, Hüseynova Məleykə İlham qızı, Əliyeva İfadə İlham qızı və Hüseynov Rəşad İlham oğlunun mülkiyyətində olan Lənkəran rayonu, Şıxıkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 266 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05.02.2024-cü il tarixində qeydiyyata alınmış 2224001970 qeydiyyat nömrəli çıxarışla Hüseynova Gülçöhrə Yusub qızı, Hüseynova Məleykə İlham qızı, Əliyeva İfadə İlham qızı və Hüseynov Rəşad İlham oğlunun mülkiyyətində olan Lənkəran rayonu, Şıxıkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 266 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evi Hüseynov Rəşad İlham oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İddiaçı tərəfindən cavabdeh – ipoteka qoyan Əliyev Məzan Müslüm oğlu, Əliyeva Toydə Təyar qızı, Hüseynova Amilə Məzan qızı və Əliyev Asim Məzan oğluna 06.03.2025- ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə 12.03.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi Ələkbərov Nicat Ələkbər oğlu iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh Hüseynov Rəşad İlham oğlu iddianı borc məbləği hissədə qəbul edərək, qalan hissəsinə etiraz etmiş, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət olmadığını bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin 22 dekabr 2025-ci il tarixli e-2-2(121)-2105/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 008R2403167570 saylı kredit razılaşması üzrə 116472,39 manat əsas borc, 8103,86 manat faiz borcu, 5729,45 manat cərimə olmaqla cəmi 130305,7 manat məbləğində kredit borcunun, 420,31 manat məbləğində dövlət rüsumunun, 30 manat məbləğində ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 72 manat məbləğində xidmət haqqının Hüseynov Rəşad İlham oğlu, Əliyev Məzan Müslüm oğlu, Əliyev Asim Məzan oğlu, Əliyeva Toydə Təyar qızı, Hüseynov Mürsəl Həyat oğlu, Hüseynova Gülçöhrə Yusub qızı, Hüseynov Amilə Məzan qızı, Əliyeva İfadə İlham qızı, Hüseynova Məleykə İlham qızı və Hüseynov Bəhruz Həyat oğlundan müştərək qaydada alınaraq “Accessbank” QSC-yə ödənilməsi, tələbin Hüseynov Rəşad İlham oğlunun mülkiyyətində olan 90 GT 114 qeydiyyat nişanlı, “furqon” tipli, buraxılış ili 1998-ci il olan, ağ rəngli, ban nömrəsi WDB9700131K330652 olan, “Mercedes Benz Atego yük” markalı nəqliyyat vasitəsinə ilkin satış qiyməti 18000 manat; Əliyev Məzan Müslüm oğlu (fərdi yaşayış evi və torpaq sahəsi), Əliyev Asim Məzan oğlu (torpaq sahəsi), Əliyeva Toydə Təyar qızı (torpaq sahəsi) və Hüseynov Amilə Məzan qızının (torpaq sahəsi) mülkiyyətlərində olan Lənkəran rayonu, Şıxəkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 256,9 kv.m. ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evinə ilkin satış qiymətinin 70000 manat, Hüseynov Rəşad İlham oğlu (torpaq sahəsi 1/5 hissə), Əliyeva İfadə İlham qızı (torpaq sahəsi 1/5 hissə), Hüseynova Məleykə İlham qızı (torpaq sahəsi 1/5 hissə) və Hüseynova Gülçöhrə Yusub qızının (fərdi yaşayış evi tam, torpaq sahəsi 2/5 hissə) mülkiyyətlərində olan Lənkəran rayonu, Şıxəkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 266 kv.m. ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evinə ilkin satış qiymətinin 90000 manat müəyyən edilməklə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışından əldə edilən vəsaitdən 31.01.2024-cü il tarixli, 008R2403167570 saylı kredit razılaşması üzrə ümumilikdə 130305,7 manat məbləğində kredit borcunun, 420,31 manat məbləğində dövlət rüsumunun, 30 manat məbləğində ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 72 manat məbləğində xidmət haqqının “Accessbank” QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 10 manatının “Accessbank” QSC-dən, 90 manatının isə Hüseynov Rəşad İlham oğlu, Əliyev Məzan Müslüm oğlu, Əliyev Asim Məzan oğlu, Əliyeva Toydə Təyar qızı, Hüseynov Mürsəl Həyat oğlu, Hüseynova Gülçöhrə Yusub qızı, Hüseynov Amilə Məzan qızı, Əliyeva İfadə İlham qızı, Hüseynova Məleykə İlham qızı və Hüseynov Bəhruz Həyat oğlundan müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Hüseynov Rəşad İlham oğlu apellyasiya şikayəti verərək ləğv edilməsi, əsas və faiz borcu və 5729,45 manat cərimə borcunun azaldılması, cavabdehlər Əliyev Məzan Müslüm oğlu, Əliyev Asim Məzan oğlu, Əliyeva Toydə Təyar qızı, Hüseynov Mürsəl Həyat oğlu, Hüseynova Gülçöhrə Yusub qızı, Hüseynova Amilə Məzan qızı, Əliyeva İfadə İlham qızı, Hüseynova Məleykə İlham qızı və Hüseynov Bəhruz Həyat Hüseynov Rəşad İlham oğlu, Əliyev Məzan Müslüm oğlu, Əliyev Asim Məzan oğlu, Əliyeva Toydə Təyar qızı, Hüseynov Mürsəl Həyat oğlu, Hüseynova Gülçöhrə Yusub qızı, Hüseynova Amilə Məzan qızı, Əliyeva İfadə İlham qızı, Hüseynova Məleykə İlham qızı və Hüseynov Bəhruz Həyat oğlundan pul tutulması hissədə iddianın təmin edilməməsi, iş üzrə təkrar məhkəmə-mühasibatlıq, əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-in 217.2-ci maddəsinin tələbi baxımından tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun qəbul edilməmiş, eyni zamanda 217.3-cü maddənin tələbi baxımından qətnamə iş üzrə müəyyən edilmiş və ya məhkəmə araşdırması zamanı müəyyən edilməli olan hallara uyğun əsaslandırılmamışdır. Şirvan Kommersiya Məhkəməsi tərəfindən mülki iş üzrə 22.12.2025-ci il tarixli qətnamə qəbul edilməklə, Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin tələblərinin pozuntusuna yol verilmişdir. Belə olan halda hesab edir ki, qətnamə ədalətli və əsaslı sayıla bilməz. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2105/2025 saylı, 22.12.2025-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan, maddi və prosessual hüquq normaları pozulmaqla və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan qəbul olunduğundan həmin qətnamə mübahisələndirilən hissədə ləğv edilməlidir. Hesab edir ki, Əliyev Məzan Müslüm oğlu, Əliyev Asim Məzan oğlu, Əliyeva Toydə Təyar qızı, Hüseynov Mürsəl Həyat oğlu, Hüseynova Gülçöhrə Yusub qızı, Hüseynova Amilə Məzan qızı, Əliyeva İfadə İlham qızı, Hüseynova Məleykə İlham qızı və Hüseynov Bəhruz Həyat oğlunun zaminliyinə xitam verilməlidir. Həmçinin əsas və faiz borc həddindən artıq şişirdilmişdir. Məhkəmə faizləri çox hesablamışdır. Bununlada məhkəmə çəkişmə prinsipi pozulmuşdur. Artıq razılaşdırılmış bir məbləğ olduğu halda iddiaçı tərəfin cavabdehdən əlavə faizlər istəməsi razılıq və üzləşmə normalarına ziddir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh Hüseynov Rəşad İlham oğlu apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamış, digər cavabdehlər üzürlü səbəblər olmadan iştirak emtəmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə həmin tərəflərin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Hüseynov Rışad İlham oğlu apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin (borc alan) apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilən sənədlərdən aşağıdakılar müəyyən olunur. İddiaçı (kreditor) “Accessbank” QSC ilə cavabdeh (borc alan) Hüseynov Rəşad İlham oğlu arasında bağlanmış 27.12.2018-ci il tarixli 008L000002422850 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən borc alana illik faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 500000 manat məbləğində 120 ay müddətinə kredit xətti açılmışdır. İddiaçı “Accessbank” QSC ilə cavabdeh Hüseynov Rəşad İlham oğlu arasında bağlanmış 31.01.2024-cü il tarixli 008R2403167570 saylı kredit razılaşmasına əsasən cavabdeh Hüseynov Rəşad İlham oğluna 27 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, 150000 manat məbləğində kredit verilmişdir. 31.01.2024-cü il tarixli köçürmə sənədinin surətindən görünür ki, iddiaçı “Accessbank” QSC tərəfindən cavabdeh Hüseynov Rəşad İlham oğluna 150000 manat məbləğində kredit verilmişdir. “Accessbank” QSC ilə Hüseynova Gülçöhrə Yusub qızı arasında bağlanmış zaminlik müqaviləsinin surətindən görünür ki, Hüseynov Rəşad İlham oğluna “Accеssbank” QSC ilə bağladığı 27.12.2018-ci il tarixli 008L000002422850 saylı zunmüddətli kredit müqaviləsi və kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə Hüseynova Gülçöhrə Yusub qızı ilə 28.12.2018-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. “Accessbank” QSC ilə Hüseynov Amilə Məzan qızı arasında bağlanmış zaminlik müqaviləsinin surətindən görünür ki, Hüseynov Rəşad İlham oğluna “Accеssbank” QSC ilə bağladığı 27.12.2018-ci il tarixli 008L000002422850 saylı uzunmüddətli kredit müqaviləsi və kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə Hüseynov Amilə Məzan qızı ilə 27.09.2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. zaminlik müqavilələrinin surətlərindən görünür ki, Hüseynov Rəşad İlham oğluna “Accеssbank” QSC ilə bağladığı 27.12.2018-ci il tarixli 008L000002422850 saylı uzunmüddətli kredit müqaviləsi və kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə Əliyeva İfadə İlham qızı, Hüseynova Məleykə İlham qızı, Əliyev Məzan Müslüm oğlu, Əliyev Asim Məzan oğlu və Əliyeva Toydə Təyar qızı ilə 01.02.2024-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. “Accessbank” QSC ilə Hüseynov Mürsəl Həyat oğlu və Hüseynov Bəhruz Həyat oğlu arasında bağlanmış zaminlik müqavilələrinin surətlərindən görünür ki, Hüseynov Rəşad İlham oğluna “Accеssbank” QSC ilə bağladığı 27.12.2018-ci il tarixli 008L000002422850 saylı uzunmüddətli kredit müqaviləsi və kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə Hüseynov Mürsəl Həyat oğlu və Hüseynov Bəhruz Həyat oğlu ilə 02.02.2024- cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. “Accessbank” QSC ilə Hüseynov Rəşad İlham oğlu arasında bağlanmış 28.12.2018-ci il tarixli, 008M000008826901 saylı ipoteka müqaviləsinə əsasən, Hüseynov Rəşad İlham oğlunun mülkiyyətində olan Mercedes Benz Atego yük, furqon tip, ağ rəngli, buraxılış ili 1998, 90-GT-114 dövlət qeydiyyat nişanlı, WDB9700131K330652 ban nömrəli nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. DİN DYPİ Qeydiyyat-imtahan şöbəsinin kompüter uçot bazasının məlumatları üzrə 28.12.2018-ci il tarixli AA 136122 nömrəli “ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” çıxarışa əsasən, Hüseynov Rəşad İlham oğlunun adına mülkiyyətində olan Mercedes Benz Atego yük 90-GT-114 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Hüseynova Amilə Məzan qızının Lənkəran rayonu 1 saylı notariat ofisində imzaladığı 28.12.2018-ci il tarixli ərizənin surətindən görünür ki, əri Hüseynov Rəşad İlham oğluna məxsus 90-GT-114 dövlət nömrə nişanlı Mercedes Benz Atego yük nəqliyyat vasitələrinin “Accessbank” QSC-də və onun istənilən filialında ipotekaya qoyulmasına razılıq vermişdir. “Accessbank” QSC ilə Əliyev Məzan Müslüm oğlu, Əliyeva Toydə Təyar qızı, Hüseynova Amilə Məzan qızı və Əliyev Asim Məzan oğlu arasında bağlanmış 01.02.2024-cü il tarixli, 008M000023417701 saylı ipoteka müqaviləsinə əsasən, Lənkəran rayonu, Şıxəkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 256.9 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05.02.2024-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Əliyev Məzan Müslüm oğlu, Əliyeva Toydə Təyar qızı, Hüseynova Amilə Məzan qızı və Əliyev Asim Məzan oğlunun ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu, Şıxəkəran kəndində fərdi yaşayış evi (torpaq sahəsi ilə birlikdə) onların mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Əliyeva Nərgiz Vasif qızının Lənkəran Regional ASAN xidmət mərkəzinin xüsusi notarisunda imzaladığı 01.02.2024-cü il tarixli ərizənin surətindən görünür ki, əri Əliyev Asim Məzan oğlunun paylı mülkiyyət hüququ üzrə Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin ona məxsus hissəsinin ipotekaya qoyulmasına etiraz etməmişdir. Hüseynov Rəşad İlham oğlunun Lənkəran Regional ASAN xidmət mərkəzinin xüsusi notarisunda imzaladığı 01.02.2024-cü il tarixli ərizənin surətindən görünür ki, arvadı Hüseynova Amilə Məzan qızının paylı mülkiyyət hüququ üzrə Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin ona məxsus hissəsinin ipotekaya qoyulmasına etiraz etməmişdir. “Accessbank” QSC ilə Hüseynova Gülçöhrə Yusub qızı, Hüseynova Məleykə İlham qızı, Əliyeva İfadə İlham qızı və Hüseynov Rəşad İlham oğlu arasında bağlanmış 01.02.2024-cü il tarixli, 008M000023414601 saylı ipoteka müqaviləsinə əsasən, Lənkəran rayonu, Şıxəkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 266 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05.02.2024-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Hüseynova Gülçöhrə Yusub qızı, Hüseynova Məleykə İlham qızı, Əliyeva İfadə İlham qızı və Hüseynov Rəşad İlham oğlunun ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu, Şıxəkəran kəndində fərdi yaşayış evi (torpaq sahəsi 1/5 hissə) onların mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Hüseynov Amil Əhmədağa oğlunun Lənkəran Regional ASAN xidmət mərkəzinin xüsusi notarisunda imzaladığı 31.01.2024-cü il tarixli ərizənin surətindən görünür ki, arvadı Hüseynova Məleykə İlham qızının paylı mülkiyyət hüququ üzrə Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin ona məxsus hissəsinin ipotekaya qoyulmasına etiraz etməmişdir. Hüseynova Amilə Məzan qızının Lənkəran Regional ASAN xidmət mərkəzinin xüsusi notarisunda imzaladığı 01.02.2024-cü il tarixli ərizənin surətindən görünür ki, əri Hüseynov Rəşad İlham oğlunun paylı mülkiyyət hüququ üzrə Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin ona məxsus hissəsinin ipotekaya qoyulmasına etiraz etməmişdir. Əliyev Habil Müslüm oğlunun 6 saylı Bakı ASAN xidmət mərkəzinin xüsusi notarisunda imzaladığı 31.01.2024-cü il tarixli ərizənin surətindən görünür ki, arvadı Əliyeva İfadə İlham qızının paylı mülkiyyət hüququ üzrə Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin ona məxsus hissəsinin ipotekaya qoyulmasına etiraz etməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında 13.03.2025-ci il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə müraciət etmiş və bunun üçün 30 manat dövlət rüsumu və 72 manat xidmət haqqını ödəmişdir. İddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə 06.03.2025-ci il tarixli bildirişlər göndərmişdir. İddiaçı BDYPİ-nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında” 12.03.2025-ci il tarixli ərizə ilə müraciət etmişdir. Arayışın surətindən görünür ki, cavabdeh Hüseynov Rəşad İlham oğlunun 31.01.2024-cü il tarixli 008R2403167570 saylı kredit müqaviləsi üzrə 06.03.2025-ci il tarixinə 116472,39 manat əsas, 8339,64 manat faiz, 5729,45 manat cərimə olmaqla, cəmi 130541,48 manat məbləğində kredit borcu vardır. İddiaçı cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl ləğv edilməsi (xitam verilməsi) və borcun ödənilməsi ilə bağlı 06.03.2025-ci il tarixli tarixli xəbərdarlıq məktubları göndərmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetlərinin qiymətləndirilməsi “Premium Qiymətləndirmə” MMC- yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün 21.07.2025-ci il tarixli qiymətləndirmə hesabatı (rəyi) ilə Hüseynov Rəşad İlham oğlunun mülkiyyətində olan 90-GT-114 dövlət qeydiyyat nişanlı Mercedes Benz Atego yük nəqliyyat vasitəsinin likvid dəyəri 18000 manat məbləğində; Əliyev Məzan Müslüm oğlu, Əliyev Asim Məzan oğlu, Əliyeva Toydə Təyar qızı və Hüseynov Amilə Məzan qızının mülkiyyətində olan Lənkəran rayonu, Şıxakəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 250,9 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evinin likvid dəyəri 70000 manat məbləğində və Hüseynov Rəşad İlham oğlu, Əliyeva İfadə İlham qızı, Hüseynova Məleykə İlham qızı və Hüseynova Gülçöhrə Yusub qızının mülkiyyətində olan Lənkəran rayonu, Şıxakəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 266 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evinin likvid dəyəri 90000 manat məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3550 saylı, 03.10.2025-ci il tarixli rəyi ilə 31.01.2024-cü il tarixli 008R2403167570 saylı kredit müqaviləsinin şərtləri üzrə Hüseynov Rəşad İlham oğlunun banka olan borcu 06.03.2025-ci il tarixə əsas borc üzrə 116961,81 manat, faiz borcu üzrə 8103,86 manat, 02.07.2025-ci il tarixədək əsas borc üzrə 116961,81 manat, faiz borcu üzrə 14130,13 manat müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Kredit razılaşması bağlanan zaman (31.01.2024) qüvvəyə minmiş (24 fevral 2023-cü il tarixli 822-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu, dərc edildiyi 1 aprel 2023-cü il tarixindən 6 ay sonra, yəni 1 oktyabr 2023-cü ildə qüvvəyə minmişdir) 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3.-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1.-ci maddəsinə əsasən Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2.-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.4.-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci və 742.5.2-ci maddələrinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında borcverən müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. İddiaçı cavabdehlərə göndərdiyi bildirişlə bütün borcu geri tələb edərək, müqaviləni birtərəfli qaydada ləğv etdiyini, tutmanın ipoteka predmetlərinə yönəldilməsi proseduruna başladığını bəyan etmişdir. İşə baxan birinci instansiya məhkəməsi də məhz Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq təyin etmiş olduğu məhkəmə mühasibatlıq ekspertizası qarşısında kredit müqaviləsi üzrə müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edildiyi tarixə, yəni 06.03.2025-ci il tarixinə hesablanan borcun müəyyən olunması ilə bağlı suallar qoymuş və verilən ekspert rəyini nəzərə alaraq MPMin 218.3-cü maddəsinin tələbi baxımından əsas borc və faiz borcunun məbləğini düzgün müəyyən etmişdir. Cavabdeh Hüseynov Rəşad İlham oğlu (borc alan) apellyasiya şikayətində ekspert rəyinin həqiqiliyini şübhə altına ala biləcək dəlillər gətirməmişdir. Bundan başqa hazırki apellyasiya şikayətində borc məbləğini mübahisələndirsə də, birinci instansiya məhkəməsinə verdiyi yazılı ərizəsində iddianı həmin hissədə etiraf etmişdir. Apellyasiya şikayətinin dəlillərini cərimə məbləğinə aid hissədə araşdıran kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Bununla belə iddaçının əsas borc məbəğinin 5 faizindən aşağı məbləğdə cərimə tələb etməsini nəzərə alan kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı sayır. Apellyasiya şikayətinin dəlillərini zaminlərə aid hissədə araşdıran kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. İş materialları ilə müəyyən olunur ki, uzunmüddətli kredit və təminat müqaviləsində kreditin verilmə müddəti, maksimum məbləği və illik faiz dərəcəsinin yuxarı həddi müəyyən edilmişdir. Zamin olaraq cavabdehlərin kreditor qarşısında məsuliyyətlərini istisna edən hal işdə yoxdur, birinci instansiya məhkəməsi iddianı zaminlərə münasibətdə təmin etməklə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir, 307.1-ci maddəsinə əsasən “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir, 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir, 307.4-cü maddəsinə əsasən əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir, 307.5-ci maddəsinə əsasən əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir, 307.6-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır, 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir, 317.1-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər, 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka), 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur, 10.4-cü maddəsinə əsasən İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir, 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır, 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur, 11.3-cü maddəsinə əsasən ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir, 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər, 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır, 39.3-cu maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir, 1.0.9-cu maddəsinə əasasən ilkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Kollegiya iş materiallarını sadalanan qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqe baxımından tədqiq edərək belə nəticəyə gəlir ki, tutmanın ipoteka predmetinə yönəldilməsini istisna edən hər hansı bir hal iş materialları ilə müəyyən olunmur. Tərəflər arasında bağlanmış ipoteka müqavilələrində bütün mühüm zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmiş, ipoteka müqaviləsi notariat qaydada təsdiq olunmuş və müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Sonrakı mərhələdə isə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, cavabdehlərə də bununla bağlı müvafiq bildirişlər verilmişdir. Apellyasiya şikayətinin dəlillərini ipoteka predmetlərinin ilkin satış qiymətinin yenidən ekspertizanın keçirilməsi yolu ilə müəyyən olunması hissədə tədqiq edən kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş qiymətləndirmə rəylərinə nəzər yetirsək, qiymətləndiricinin həmin rəyləri bilavasitə əmlaklara baxış keçirməklə, təmir vəziyyəti(fotoşəkillər əlavə olunmuşdur) və sair hallar nəzərə alınmaqla verilmişdir. Cavabdeh yenidən qiymətləndirmə ekspertizasının keçirilməsini xahiş etsədə, işdəki ekspert rəyinin həqiqiliyini şübhə altına ala biləcək bir əsaslandırma gətirməmişdir. Bundan başqa apellyasiya şikayəti verən cavabdeh birinci instansiya məhkəməsində məhkəmə baxışında iştirak etmiş, mütəxəsis rəyi ilə müəyyən olunan ipoteka predmetinin ilkin satış qiymətinin real vəziyyəti əks etdirməməsinə dair vəsatət verməmişdir. Bundanda başqa 01.02.2024-cü il tarixli ipoteka müqaviləsində ipoteka predmeti kimi çıxış edən Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa edilmiş 256.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin qiymətinin 49500 manat təşkil etməsi razılaşdırıldığı halda, mütəxəsis rəyi ilə likvid qiyməti 70000 manat müəyyən edilmişdir. Həmçinin 01.02.2024-cü il tarixli ipoteka müqaviləsində ipoteka predmeti kimi çıxış edən Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa edilmiş 266 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin qiymətinin 64500 manat təşkil etməsi razılaşdırıldığı halda, mütəxəsis rəyi ilə likvid qiyməti 90000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 22 dekabr 2025-ci il tarixli e-2-2(121)-2105/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar