Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-51/2026 09.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Q Ə T N A M Ə S I Açar sözlər: pul tələbi. Şirvan şəhəri, # ##### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Imanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad Ilham oğlunun katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim. Z.Abbasov) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 28045,75 məbləğində ziyanın əvəzinin və 175 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh Cavabdeh ilə münasibətləri 2017-ci ildən yaranmışdır. Həmin ildə iddiaçı öz vəsaiti hesabına həyat yoldaşı X5 məxsus mağazada mobil telefon aparatlarının və telefon aksesuarlarının satışını təşkil etməyi qərara almışdır. Bu məqsədlə X6 və cavabdeh Cavabdeh ilə şifahi razılıq əldə olunmuşdur. Razılaşmaya görə, mağazaya maliyyə vəsaitini iddiaçı qoyacaq, malların alınması və çatdırılması X6 tərəfindən həyata keçiriləcək, satış isə cavabdeh tərəfindən təşkil ediləcəkdi. Müqabilində gəlirin 50%-i iddiaçıya, 25%-i X6, 25%-i isə cavabdehə məxsus olmalı idi. Lakin fəaliyyət dövründə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya əvvəlcə 11400 manat, daha sonra aparılan araşdırmalar nəticəsində isə 13900 manat maddi ziyan dəymişdir. Iddiaçı dəfələrlə cavabdehdən vurduğu ziyanın ödənilməsini tələb etsə də, cavabdeh bu öhdəliyi qəsdən yerinə yetirməkdən boyun qaçırmışdır. Iddiaçı bu məsələ ilə əlaqədar ##.##.2020-ci il tarixdə Füzuli RPŞ-yə müraciət etmişdir. Toplanmış materiallar Füzuli rayon Prokurorluğuna göndərilmiş və müstəntiq Rəhim Sadıqovun ##.##.2020-ci il və ##.##.2021-ci il tarixli qərarları ilə cinayət işi başlanmasından imtina edilmişdir. Iddiaçıya məhkəməyə mülki qaydada müraciət etməyi tövsiyə edilmişdir. Sonradan müstəqil qiymətləndirici “X1” MMC-nin rəyi əsasında dəymiş ziyan 28045,75 manat məbləğində hesablanmışdır. Cavabdeh Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnəmə çıxarılmasını xahiş etmişdir. Iddia müddətinin tətbiq edilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia müddətini ötürülmüşdür. Belə ki, iddia ərizəsində göstərilir ki, guya cavabdehin borcu 2017ci il tarixdə yaranmağa başlanmışdır. Sonradan guya tərəflər aralarında alqı satqı ilə bağlı razılaşma pozulduğu üçün münasibətlər pisləşmişdir. Münasibətlərinin pisləşməsi iddiaçının Füzuli rayon prokurorluğuna cavabdeh barəsində verdiyi şikayət ərizələrindən də bilmək olar. Belə ki, iddiaçının haqsız şikayətlərinə baxılmış və yekunda Prokurorluğun ## #### 2020-ci və ## ##### 2021-ci il tarixli qərarları ilə şikayət təmin edilməmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Yəni iddiaçı İddiaçı barəsində edilmiş şikayətin nəticəsi barədə qərarlardan sonra mülki məhkəmə qaydasında müraciət etmək hüququ tam aydın idi. Lakin sonuncu prokurorluğun qərarından 4 ildən çox, ümumi olaraq guya cavabdehə mal verilməsindən isə 8 ildən çox vaxt keçmişdir. Əvvəlcə Füzuli Rayon Məhkəməsinə müraciət edilmiş, həmin vaxt məhkəmə aidiyyatı qaydaları pozulduğundan məhkəmənin ## ######## 2024-cü il tarixli qərardadı ilə ərizə aidiyyatı üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Lakin sonuncu qərardaddan 1 il keçdikdən sonra iddiaçı yenidən məhkəməyə müraciət etməklə, iddia müddətini pozmaqla iddia tələbi irəli sürmüşdür. Bundan başqa iddia aşağıdakı səbəblərə görə absurd və əsassızdır. Belə ki, iş materillarına malların təhvilinə dair ## ###### 2017-ci il tarixli akt əlavə edilmişdir. Həmin akt ümumiyyətlə cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyini müəyyən etmir. Həmin aktı və Füzuli Rayon Prokurorluğunun qərarını birlikdə araşdırarkən aydın olur ki, cavabdeh iddiaçının işçisi olubdur və akt malların bir işəgötürən tərəfindən işçiyə təhvil verilməsini ehtiva edir. Yəni burada hər hansı öhdəlikdən söhbət gedə bilməz. Həmin malların satışının pulu iddiaçı tərəfindən işçisi kimi cavabdehdən götürülmüşdür. Yəni hazırda tələb olunan prokurorluğunun qərarında olan araşdırma rəqəmləri arasında heç rəqəmlə bir uyğunluq yoxdur. Bu da iddiaçıya özlüyündə iddia müddətini ötürməklə ümumiyyətlə iddiasının da əsaslı olmaması qənaətinə gəlinməsinə əsas verir. Iddiaçı 2017ci ildən 2021-ci ilədək mülki məhkəmə qaydasında ondan heç bir şəkildə pul tələb irəli sürməmişdir. 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən sonra cavabdeh barədə 1 il ərzində iddiaçı yenə məhkəməyə müraciət etməmişdir. Iddiaçı 2017-ci il tarixdən başlamaqla 2020-ci ilin oktyabr ayına qədər məhkəməyə iddia verilə bilərdi. Füzuli Rayon Məhkəməsinə onun tərəfindən müraciət edilməsi və sonradan iddianın geri qaytarılması Mülki Məcəllənin müvafiq normalarına əsasən iddia müddətinin axımını dayandırmırdı. Əgər iddia etdiyi kimi təhvil təslim aktına alqı-satqı müqaviləsi kimi yanaşaraq guya ona mal vermişdisə müqavilə münasibətlərinə əsasən 3 illik iddia müddəti tətbiq edilməlidir. Iddia müddəti ötürülmüşdür. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianı əsassız hesab etmiş və iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsinin tam ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək cavabdeh Cavabdeh 28.045,75 (iyirmi səkkiz min qırx beş manat 75 qəpik) manat məbləğində ziyanın əvəzinin və 175 (yüz yetmiş beş) manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2017-ci ilin noyabr ayında tərəflər arasında şifahi razılaşma əsasında şərikli (birgə) kommersiya fəaliyyəti yaradılmış, bu fəaliyyət mobil telefon və telefon aksesuarlarının satışı məqsədilə həyata keçirilmiş, razılaşmaya əsasən iddiaçı mağazanı və ilkin maliyyə vəsaitini təmin etmiş, digər şəxs malların alınmasını və təchizatını təşkil etmiş, cavabdeh isə satış fəaliyyətini həyata keçirmişdir. ##.##.2017-ci il tarixli təhvil-təslim aktı ilə cavabdehə 9.715,30 manat dəyərində mal, 264 manat nağd pul, kreditdə olan mallar üzrə tələb hüquqları və mağazadan istifadə hüququ verilmiş, mənfəətin bölgüsü isə 50 faiz iddiaçıya, 25 faiz digər iştirakçıya və 25 faiz cavabdehə müəyyən edilmişdir. Fəaliyyət dövründə 2018–2020-ci illər ərzində kassadan icazəsiz pul götürülməsi, malların əsassız azalması, kredit satışlarının qeyri-şəffaf aparılması, maliyyə hesabatlarının təqdim edilməməsi, əlavə 2.500 manat vəsait verilməsi və bank krediti hesabına maliyyə dəstəyi göstərilməsi kimi hallar baş vermiş, bununla cavabdehin ona etibar edilmiş əmlakı və vəsaitləri düzgün idarə etmədiyi və iddiaçıya zərər vurduğu göstərilmişdir. ##.##.2020-ci il tarixdə polisə müraciət olunmuş, ##.##.2020 və ##.##.2021-ci il tarixlərdə cinayət işinin başlanması rədd edilmiş, zərərin məbləği isə yalnız ##.##.2021-ci il tarixli audit rəyi ilə 28.045,75 manat müəyyən edilmişdir. Iddiaçı tərəfindən ##.##.2023-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərilmiş, 2024-cü ildə Füzuli Rayon Məhkəməsinə müraciət edilmiş və bu müraciətin iddia müddətini kəsdiyi qeyd olunmuş, lakin birinci instansiya məhkəməsinin iddia müddətinin başlanmasını ##.##.2020-ci ildən hesablamışdır. Məhkəməyə müraciət etməkdə iddia müddətini ötürməmişlər. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini əsassız hesab etmiş, buna görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsinin tam ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək cavabdeh Cavabdeh 28.045,75 (iyirmi səkkiz min qırx beş manat 75 qəpik) manat məbləğində ziyanın əvəzinin və 175 (yüz yetmiş beş) manat dövlət rüsumunun tutulmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. Işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsində isə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər göstərilmişdir. 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı, Cavabdeh və X6 tərəfindən imzalanmış ## ###### 2013-ci il tarixli “Təhvil-təslim aktı”ndan görünür ki, “Icarəyə verən” İddiaçı məxsus Füzuli rayonu, Horadiz şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyriyaşayış sahəsini “Icarəçi” Cavabdeh istifadəsinə təhvil verdi, “Icarəçi” isə təhvil aldı. 30 adda 48 ədəd mobil telefon və planşet. Ümumi dəyəri 6487 manat, 84 adda 341 ədəd telefon aksesuarları, ümumi dəyəri 1089,30 manat, 10 nəfərdə ümumi dəyəri 1875 manat kreditdə olan məbləğ, kassada 264 manat nəğd pul olmaqla, cəmi 9715,30 manat dəyərində mal təhvil verilmişdir. Iş materiallarında olan ## #### 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarla, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı mülki qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, qərarın surəti İddiaçı göndərilməklə qərardan narazı qaldığı halda ibtidai araşdrımaya prosessual rəhbərliyi həyata keçirən Füzuli rayon prokuroruna, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun izah olunması, material saxlanılması üçün rayon prokurorluğunun arxivinə verilməsi qərara alınmışdır. Qərardan görünür ki, İddiaçı öz izahatında bildirmişdir ki, Cavabdeh 5 ildir tanıyır. 2017ci ilin oktyabr-noyabr aylarında xüsusi mülkiyyət hüququ əsasında həyat yoldaşı Radə Ocaqverdiyevaya məxsus qeyri-yaşayış sahəsində Cavabdeh və Daşqın Quluzadə ilə birlikdə mobil telefon və telefon aksesuarları satışı mağazası açmışlar. Həmin vaxt Cavabdeh və Daşqın Quluzadə ilə aralarında olan razılaşmaya əsasən əldə olunan aylıq gəlirin 50% özünə, 50% isə Cavabdeh və Daşqın Quluzadəyə çatmalı idi. ## ###### 2017-ci il tarixdə 9715,30 manat (doqquz min yeddi yüz on beş manat otuz qəpik) məbləğində olan mobil telefon və aksesuarları Cavabdeh Daşqın Quluzadənin iştirakı ilə təhvil almışdır. Həmin vaxt təhvil-təslim aktı tərtib olunmuş və özü də həmin aktı imzalamışdır. Cavabdeh həmin vaxtdan etibarən mağazada satıcı kimi işləmiş, Daşqın Quluzadə isə Bakı şəhərindən mobil telefonları və telefon aksesuarlarını alaraq mağazaya göndərilməsini təmin etmişdir. Təxminən 7-8 ay keçdikdən sonra X2 Bayramzadənin mağazadan icazəsiz pul götürdüyünü ona bildirmişdir. Özü də, dərhal Cavabdeh yanına çağırmış və ona bildirmişdir ki, kassadan götürdüyü pulları geri qaytarsın. Sonuncu da onunla razılaşaraq bildirmişdir ki, anası xəstə olduğu üçün pula ehtiyacı olduğundan kassadan xəbərsiz pul götürmüş, həmin pulu qaytarıb kassaya qoyacaqdır. Cavabdeh bildirmişdir ki, bundan sonra ondan xəbərsiz mağazanın kassasından pul götürməsin. 2020-ci ilin yanvar ayında obyektə gələn zaman obyektin boş olduğunu, az sayda mobil telefon və telefon aksesuarları olduğunu görmüşdür. Cavabdeh bunun səbəbini soruşanda, sonuncu bildirmişdir ki, telefonları kreditlə satmış, pulu isə yığa bilməmişdir. Həmin vaxt Daşqın Quluzadə ilə söhbət etmiş və Cavabdeh bu məsələni dəqiqləşdirməsini xahiş etmişdir. Daşqın Quluzadə ona bildirmişdir ki, Cavabdeh mobil telefonlarını satışından əldə olunmuş pulu özünə əməkhaqqı kimi götürmüşdür. Özü də, Cavabdeh ilə bu barədə danışmış və bildirmişdir ki, "aramızda əməkhaqqı ilə bağlı söhbət olmamışdır, biz əldə olunan gəlirin 50 faizinin mənə, 50 faizinin isə səninlə Daşqina çatacağı barədə razılığa gəlmişik". 2020-ci ilin mart ayında Cavabdeh mağazaya telefon və aksesuarlar alması üçün 2500 manat məbləğində pul vermiş və ona kassadan götürdüyü pulu geri qaytarmasını, əks halda isə onun barəsində şikayət edəcəyini bildirmişdir. Cavabdeh də ona həmin ilin sentyabr ayında bütün pulu toplayıb kassaya qoyacağını bildirmişdir. Özü də ona inanmadığı üçün şikayət ərizəsi ilə Füzuli rayon Polis şöbəsinə müraciət etmişdir. Cavabdeh ilə aralarında heç bir müqavilə bağlanmamışdır. Lakin ## ###### 2017-ci il tarixdə həmin mağazadan 9715,30 manat dəyərində olan telefon və telefon aksesuarlarını Cavabdeh ondan təhvil almışdır. Cavabdeh fərdi sahibkar kimi VÖEN əsasında fəaliyyət göstərmişdir. Mağaza fəaliyyətə başladığı yaxtdan 7 ay sonra Daşqın Quluzadə ona Cavabdeh kassadan xəbərsiz olaraq pul götürdüyünü bildirmişdir. Elmir Bağırzadə mağazada işlədiyi vaxt ərzində telefon və aksesuarların satışından əldə olunmuş 11400 manat məbləğində pulu mənimsəmiş və bundan əlavə olaraq da, bu ilin mart ayında ona mağazaya telefon və aksesuarlar alması üçün 2500 manat məbləğində pul vermişdir. Cavabdeh ümumilikdə onun 13900 manat məbləğində pulunu mənimsəmişdir. Həmin mağaza fəaliyyətə başlamazdan əvvəl Elmir Bağırzadə onun sürücüsü olmuş və ona hər ay 300 manat məbləğində əməkhaqqı vermişdir. Lakin sonradan maddi imkanı zəif olduğu üçün və Cavabdeh işsiz qalmaması üçün Daşqın Quluzadə ilə birlikdə Elmirlə razılaşmışlar ki, telefon mağazası işlətsinlər və əldə olunan gəlirin 50 faizi onlara, 50 faizi isə ona çatsın. Həmin mağaza fəaliyyətə başladığı vaxtdan etibarən Elmir onun sürücüsü olmayıb və Elmirə hər ay 300 manat məbləğində pul verəcəyini vəd etməmişdir. Həmin qərar üzrə Cavabdeh izahatında bildirmişdir ki, 2017-ci ilin oktyabr ayında İddiaçı onu yanına çağıraraq özünün sürücüsü kimi işləməyi təklif etmiş, bunun müqabilində ona hər ay 300 manat əmək haqqı verəcəyini bildirmiş və sonuncunun təklifi ilə razılaşmışdır. Həmin ilin noyabr ayında İddiaçı ona bildirmişdir ki, ona məxsus olan telefon mağazasında satıcı kimi işləsin, mağazadan əldə olunan gəlirdən 25 faizi ona, 25 faizi Daşqın Quluzadəyə veriləcək, qalan 50 faizi isə onun özünə çatacaqdır. Eyni zamanda da sürcüsü kimi işlədiyinə görə də ona aylıq 300 manat əmək haqqı verəcəkdir. Camalla razılaşmış və ## ###### 2017-ci il tarixdə Füzuli rayonu, Horadiz şəhərində yerləşən telefon və telefon aksessuarları mağazasında İddiaçı və Daşqın Quluzadənin iştirakı ilə 9715,30 manatlıq malı təhvil almışdır. ## ###### 2017-ci il tarixdən ## ### 2020-ci il tarixədək İddiaçı məxsus telefon mağazasında satıcı kimi, eyni zamanda da onun sürücüsü kimi işləmişdir. Qeyd etdiyi müddət ərzində dəfələrlə İddiaçı və onun ailə üzvlərini Bakı şəhərinə və digər rayon və şəhərlərə şəxsi işlərinə görə aparıb gətirmişdir. Bundan başqa, mağazada işlədiyi müddət ərzində şəxsən İddiaçı göstərişi ilə kassadan müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul götürərək onun dediyi şəxslərə vermiş və bunların hamısının qeydiyyatını da aparmışdır. Mağazada satılan telefon və telefon aksesuarlarının yazılı şəkildə uçotunu apararaq Daşqın Quluzadəyə təqdim etmişdir. İddiaçı mağazasında işlədiyi müddət ərzində əvvəlcədən razılaşdıqları qaydada əldə olunan gəlirin 25 faizini ona verməmiş, özü hər dəfə ona bu barədə bildirəndə, sonuncu onu aldadaraq əldə olunan gəlirin xərclərə sərf edildiyini, buna görə də kassada pul olanda ona 25 faizi verəcəyini demişdir. Eləcə də o, sürücüsü kimi işləməsinə görə ona vəd verdiyi aylıq 300 manat əmək haqqını da verməmiş, buna görə də özü hər ay kassadan əmək haqqı kimi ona verilməli olan 300 manat məbləğində olmaqla, ümumilikdə 25 ayın əmək haqqını, yəni 7500 manat məbləğində pulu götürmüşdür. İddiaçı məxsus telefon mağazasından 11400 manat pulu mənimsəməmişdir. Iş materiallarında olan 54c-** №-li ##.##.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanması rədd edilmişdir. Iş materiallarında olan ## #### 2021-ci il tarixli DX** saylı “Qiymətləndirmə rəyi”-ndən görünür ki, müstəqil qiymətləndiricinin araşdırmalarının sonunda gəldiyi nəticəyə görə, şərikləri X4 və X3 tərəfindən İddiaçı mübahisələndirilən dövr ərzində əldə olunmuş gəlirdən 8954,45 manat (12954,45-4000,00); ilkin maliyyə vəsaiti olaraq mağazaya qoyduğu 9715,30 manat və maliyyə dəstəyi olaraq mağaza qoyduğu 9376,00 manatla birlikdə cəmi 28045,75 manat (tyirmi səkkiz min qırx beş manat 75 qəpik) ödəməli olduqları real sayıla bilməklə ədalətli təsəvvür yaradır. Iş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı ##.##.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcun 5 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı cavabdehə xəbərdarlıq olunmuşdur. Göründüyü kimi, iddia təmin edilməmiş, qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili birinci instansiya məhkəməsinin tərəflər arasında olan münasibəti düzgün hüquqi qiymətləndirməməsindən, şərikli kommersiya fəaliyyəti kimi münasibətin əsas elementlərini, hesabatlılıq, mənfəətin bölüşdürülməsi və yekun hesablaşmanı nəzərə almamasından, şifahi müqavilənin hüquqi nəticələrini və öhdəliklərin icra mexanizmini araşdırmamasından, cavabdehin kassadan vəsait götürməsi və hesabat verməməsi faktlarına hüquqi qiymət verməməsindən, zərərin mövcudluğunu və audit rəyini lazımi qaydada qiymətləndirməməsindən, əsassız varlanma və vicdanlı icra prinsiplərini tətbiq etməməsindən, iddia müddətinin başlanğıcını və kəsilməsini düzgün müəyyən etməməsindən, sübutları tam və obyektiv araşdırmamasından və nəticədə iddianı əsassız olaraq rədd etməsindən ibarətdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
1. Birinci instansiya məhkəməsi, işdə olan sənədlərə, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlmişdir ki, tərəflər arasında şərikli ticarət fəaliyyəti göstərilməsi barədə şifahi razılaşmanın olduğu, bu məqsədlə iddiaçının cavabdehə ##.##.2017-ci il tarixdə qeyri-yaşayış sahəsini (mağazanı) və orada mövcud olan 9715,30 manat dəyərində mal təhvil verdiyi və tələb hüququnu ötürdüyü, cavabdehin mağazada fəaliyyət göstərdiyi müddətdə kassadan ümumilikdə 7500 manat məbləğində pul götürdüyü işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab etmişdir ki, işin mübahisəli halını cavabdeh Cavabdeh qanunsuz hərəkətləri nəticəsində 28045,75 məbləğində ziyana məruz qalması barədə iddiaçının tələbi təşkil edir.
2. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehə yalnız 9715,30 manat dəyərində mal təhvil verdiyi və tələb hüququnu ötürdüyü faktı işdə olan sənədlərlə və tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Lakin cavabdehin həmin məbləği mənimsəməsi faktı həm baxılan işdə, həm də iddiaçının şikayəti əsasında polis orqanında aparılmış araşdırma nəticəsində sübut olunmamışdır. Malların satışından əldə olunan gəlirin 25 %-nin cavabdehə verilməsinin razılaşdırılması, cavabdehin 2017-ci ilin noyabr ayından 2020-ci ilin yay aylarına kimi iddiaçıya məxsus olan mağazada malların satışını həyata keçirməsi baxılan işin sübuta yetirilmiş hallarıdır. Bununla yanaşı, iddiaçı bu müddət ərzində hansı məbləğdə satışın həyata keçirildiyini, hansı məbləğdə gəlir əldə edildiyini, əldə edilmiş gəlirdən cavabdehə hansı məbləğdə pul vəsaitinin verildiyini, ümumiyyətlə cavabdehə onun tərəfindən pul verildiyini heç bir dəlillə əsaslandıra bilməmişdir.
3. Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Göründüyü kimi cavabdeh tərəfindən məhkəməyə iddiaçının iddia müddətinin ötürülməsinə dair ərizə təqdim edilmiş və aralarında olan münasibətə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hazırki tələblə çıxış etməsi üçün hüquqi əsas ən gec iddiaçı İddiaçı cavabdeh Cavabdeh şikayətinə əsasən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın tarixi olan ##.##.2020-ci il tarixindən etibarən yaranmışdır. Tərəflər arasında mövcud olmuş münasibət hüquqi mahiyyəti etibarı ilə birgə (şərikli) fəaliyyətlə bağlı münasibətləri tənzimləyən müqavilə xarakteri daşıdığı və bu münasibətlərdən irəli gələn tələb hüquqları üç illik müddətlə məhdudlaşdığı üçün iddiaçının iddia müddətini ötürdüyü müəyyən olunur. Belə ki, tərəflər arasında mövcud olmuş birgə fəaliyyətlə bağlı müqavilə üzrə tələblərə dair iddia müddətinin axımının başlanğıc tarixi ən gec ##.##.2020-ci il kimi müəyyən olunduğuna görə, iddiaçının, cavabdehə qarşı iddia tələbi irəli sürmək hüququ üzrə iddia müddəti Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən ##.##.2023-cü il tarixdə bitmişdir. Lakin işdən görünür ki, iddia ərizəsi məhkəməyə ##.##.2025-ci il tarixdə daxil olmuşdur. Bununla da müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə ##.##.2023-cü il tarixindək məhkəməyə müraciət etməli olduğu halda iddia müddətini 2 il 3 ay 7 gün ötürməklə ##.##.2025-ci ildə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür, həmçinin iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi, eləcə də iddia müddətinin bərpası üçün üzürlü hallar aşkar edilməmişdir.
4. Apellyasiya şikayətində göstərilən kassadan vəsait götürülməsi, malların azalması və hesabatın verilməməsi kimi hallar iş üzrə araşdırılmış, lakin cavabdeh bu vəsaitləri əməkhaqqı və digər xərclər kimi götürdüyünü bildirmiş, iddiaçı isə bu vəsaitlərin mənimsənilməsini sübut edən dəqiq uçot sənədləri və ya maliyyə sübutları təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birgə fəaliyyət çərçivəsində yaranmış münasibətlərdə tərəflər arasında yekun hesablaşma aparılmadan və konkret zərər məbləğinin hansı hərəkətlər nəticəsində yarandığı müəyyən edilmədən cavabdehdən tələb edilən məbləğin tutulması mümkün deyildir.
5. Bundan əlavə, kollegiya iddia müddəti ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini də əsaslı hesab edir. Belə ki, iddiaçı hələ birinci dəfə 2020-ci ildə cavabdehin hərəkətlərindən narazı qalaraq hüquq-mühafizə orqanlarına müraciət etmiş, ##.##.2020-ci il və ##.##.2021-ci il tarixli qərarlardan sonra ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmiş, lakin iddiaçı uzun müddət ərzində bu hüququndan istifadə etməmişdir. Bu hallar iddiaçının hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın daha əvvəlki tarixə təsadüf etdiyini göstərir və iddia müddətinin tətbiqi barədə nəticəni əsaslı edir. Kollegiya birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.