Məhkəmə qərarları › İş №2-2(3-9)-54/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-54/2026

15.04.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-54/2026 15.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçı X4 və cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil Müseyib oğlunun iştirakları ilə, iddiaçı X4 cavabdeh Quliyev Yalçın Əbülfət oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*- *(***)-***/**** saylı qətnaməsindən (hakim Namidar Misirzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X4 cavabdeh Quliyev Yalçın Əbülfət oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 50000 manat məbləğində pulun və ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çııxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Ağcabədi şəhər sakini Quliyev Yalçın Əbülfət oğlunun iddiaçıya vurduğu maddi zərərin əvəzi kimi 50000 manat pulu qaytarması üçün rəsmi qaydada pretenziya göndərilmişdir. Eyni zamanda aralarında olan pul mübahisəsinin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiya sessiyası keçirilməsi təklif edilmişdir. Lakin cavabdeh iddiaçının təkliflərinə əhəmiyyət verməmiş, mediasiya sessiyasında iştirak etməmiş, həmçinin pretenziyaya da cavab verməmişdir. Belə ki, iddiaçı 2019-cu ildə Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “xxxx” market ticarət obyektini icarəyə götürüb mağazaya 239000 manatlıq ərzaq alıb həmin məhsulların satışını həyata keçirmək məqsədilə marketə yerləşdirmişdir. Ərzaq məhsullarını marketə yığdıqdan sonra əvvəllər dostluq münasibəti olan cavabdehlə razılaşmışlar ki, cavabdeh mağazanı işlətsin və gələcəkdə böyüməsini təşkil etsin. Mağazanı iddiaçı icarəyə götürsə də, bütün sənədləşmə işləri cavabdehin adından getmişdir. Cavabdeh işə başladıqdan sonra il yarım ərzində ona hər ay 800, 1000 və 1200 manat əmək haqqı ödənilmişdir. İddiaçı 2019-cu il tarixdə mağazanı təhvil verəndə 239000 manat dəyərində malları birlikdə hesablayıb cavabdehə təhvil vermiş və o, 2022-ci ilin sonuna kimi mağazanı işlətmişdir. Eyni zamanda cavabdeh özü mağazaya 4 nəfər işçi gətirib hər ay işçilərə 450-500 manat əmək haqqı verməklə işlətmişdir. Sonuncu dəfə mağazada 2023-cü ilin yanvar ayında ümumi hesablama aparılanda 135000 manat ərzaq mallarının əskik gəldiyi müəyyən edilmişdir. Buna görə də iddiaçı cavabdehdən mənimsənilən 135000 manat pulu tələb etməyə başlamış, 2023-cü ildə cavabdeh özünə məxsus “Ford” markalı avtomobili 17000 manatın əvəzi kimi iddiaçıya verərək borcundan çıxmasını bildirmişdir. İddiaçı da bununla razılaşmış və avtomobili adına keçirmişdir. Qalıq qalan 118000 manat pulu isə cavabdeh geri qaytarmamışdır. Ona görə də cavabdeh barəsində tədbir görülməsi üçün Ağcabədi rayon Polis Şöbəsinə şikayətlə müraciət edilmişdir. Polis şöbəsində araşdırma aparılaraq Yalçının izahatı alınmış, o, iddiaçıya 50000 manat pul borcu olduğunu bildirərək maddi imkanı olmadığından qaytara bilmədiyini bildirmiş, həmçinin həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. X5 Yalçının barəsində heç bir tədbir görülməmiş, aralarında olan pul haqq hesabı mülki məsələ olduğu üçün ##.##.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar çıxarılmış, mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin vaxtdan bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh ödəməli olduğu pulu qaytarmamışdır. İddiaçı cavabdehin maddi vəziyyətini nəzərə alaraq 50000 manat ödəməsinə razılaşsa da, cavabdeh həmin pulu da ödəməkdən yayınmışdır. Cavabdehin həmin 50000 manat pulu da könüllü olaraq ödəmək fikri yoxdur. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək rədd olunmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, 2019-cu ildə Vüqar ona birlikdə mağaza açaraq işlətməyi təklif etmiş, mağazanın öz qoruması altında olacağını, polisdə dostlarının olduğunu, dəyibdolaşan olmayacağını bildirmişdir. Bir müddət düşündükdən sonra Vüqarın təklifi ona maraqlı gəlmiş və birlikdə mağaza açmağa qərar vermişdir. 2019-cu ildən Vüqarla aralarında olan razılaşmaya əsasən, birlikdə “xxxx” marketi icarəyə götürərək kommersiya fəaliyyəti ilə məşğul olmağa başlamışlar. Marketin açılmasında 40000 manat Vüqarın vəsaiti, 40000 manat isə onun vəsaiti olmuşdur. Mağaza fəaliyyət göstərdiyi müddət ərzində cəmi 2 dəfə onun iştirakı ilə sayım keçirilmiş, 3-cü sayım isə onun iştirakı olmadan Vüqar tərəfindən keçirilmişdir. Birinci sayım 2021-ci ildə keçirilmiş, nəticələri məqbul olmuşdur. İkinci sayım isə 2023-cü il # ###### tarixində olmuş, nəticəsi müsbət olmuşdur. İkinci sayım keçirilməzdən əvvəl Vüqar artıq mağazanı bağlamaq istədiyini, sayım nəticəsində müəyyən edilmiş malların yarı hissəsinin ödənişini ona verəcəyini bildirərək, mağazanın açarlarını ondan almış və ona olan borcunu qısa müddətdə ödəyəcəyini bildirmişdir. Səhəri gün mağazaya getmiş və mağazanın açarlarının Vüqar tərəfindən dəyişdirildiyini görmüşdür. Vüqar ilə görüşmüş və qapının açarlarını niyə dəyişdiyini dəqiqləşdirdikdə, mağazada olan məhsulların dəyərinin yarı faizini ona ödənişini verəcəyini vəd verərək narahat olmamağını bildirmişdir. Vüqara fəaliyyət göstərdikləri müddət ərzində məhsul götürdüyü şirkətlərə və sahibkarlara olan borcları ödəməyi, daha sonra yerdə qalan vəsaitin aralarında bərabər şəkildə bölünməsini tələb etmiş, Vüqar onunla razılaşmış və onu əmin etmişdir ki, guya borclar ödəniləcək, sonra yerdə qalan məbləğ ədalətli şəkildə bölünəcəkdir. Daha sonra, Vüqar gecə saatlarında mağazadan malları götürmüşdür. 2023-cü ilin yanvar ayının təxminən 7-də mağazaya getdikdə, mağazada müxtəlif şəxsləri görmüşdür. Nə baş verirdiyini Vüqardan soruşduqda, şirkətlərdən götürülmüş malları bacardığı qədər geri qaytarmağa çalışdığını, hazırda isə onlara mane olmamağı, iş yekunlaşdıqda ona xəbər edəcəyini bildirərək onu yola salmışdır. Təxminən 2-3 gün keçdikdən sonra Vüqarla əlaqə saxlamışdır, Vüqar isə mağazada sayım keçirib və mağazada cəmi 110000 manatlıq məhsulun aşkar edilmədiyini, həmin vəsaiti ona ödəməli olduğunu bildirmişdir. Buna etiraz edərək birlikdə mağazada sayım keçirdiklərini ona xatırladaraq mağazada heç bir çatışmazlıq olmadığını bildirmiş, lakin buna baxmayaraq onun etirazlarına məhəl qoymayan Vüqar ona hədə-qorxu gəlməyə başlamış və ondan pul tələb etmişdir. Vüqar tərəfindən ona edilmiş hədə-qorxu nəticəsində ailəsinin, uşaqlarının və öz həyatının təhlükə altında olmasını müxxxxidə edərək, onun tələbi ilə razılaşmaq məcburiyyətində qaldığı üçün istifadəsində olan, lizinqə götürülmüş “Ford Fusion” markalı avtomobili onun adına rəsmləşdirərək, avtomobili ona təhvil vermişdir. Vüqar ona hədə-qorxu gələrkən bildirmişdir ki, onun kəsdiyi başa sorğu-sual yoxdur, polisdə də dostları var, lazım olsa polisin əli ilə təzyiq göstərə, şərləyərək həbs elətdirə bilər. Daha sonra da, onun tapşırığı əsasında Yalçını polis idarəsinə çağırmışlar və orada ona sənədlər təqdim edərək, imzalamağı, diktə etdikləri kimi izahat verməyi tələb etmişdirlər. Yalçın onu təhdid edən Vüqara polis şöbəsində yalvarmış, lakin bu yalvarışları nəzərə almayan Vüqar Quliyev və onun dostu və qohumu Ağcabədi RPŞ-nin müstəntiqi İlham Quliyevlə birlikdə onu təhqir etməkdə, izahatı diktə olunmuş şəkildə ifadə verməyə məcbur etmişdirlər. Məcbur qalaraq həmin sənədləri imzalamış, diktə olunmuş şəkildə izahat yazmışdır. Ağcabədi rayon PŞ-nin TB-nin təhqiqatçısı Ramil Quliyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 2023-cü il ## #### tarixli qərarından görünür ki, guya onun Vüqara 50000 manat borcu var, bununla bağlı izahat vermişdir, həmin izahat həqiqəti əks etdirmir. İşin əsl tərəfi isə ondan ibarətdir ki, faktiki olaraq mağaza açılarkən Vüqar da, o da 40000 manat pul qoyaraq işə başlamışlar. Vüqar özü bildirir ki, mağazada 106000 manatlıq məhsul mövcud olmuşdur. Bununla yanaşı şirkətlərə 79652 manat ümumilikdə borc yaranmış, həmin borclar isə Yalçının adına rəsmiləşdirilmiş, faktiki olaraq həmin borclar Yalçından tələb olunur. Lakin şirkətlərə olan borcun yarı hissəsi ilə bağlı öhdəlik məhz Vüqara aiddir, ondan tələb olunduğu üçün həmin borcun yarı faizini, yəni (79652:2=39852) 39852 manat Vüqar ona ödəməlidir. Fəaliyyət göstərdikləri müddət ərzində Vüqar mağazadan ümumilikdə 57000 manat pul və mal götürmüşdür. Bununla yanaşı Vüqarın hədə-qorxusu nəticəsində Vüqara 20000 manat dəyərində olan 2015-ci il buraxılışı olan “Ford Fusion” markalı minik avtomobilini vermişdir. Belə olan halda aşağıdakı riyazi hesablama nəticəsində tərəflər arasında vəsait bölünməlidir.

1. Mağazada olan mallar Vüqarda olduğu üçün həmin vəsaitin yarısı (106000:2=53000), yəni 53000 manat. 2. Mağazanın şirkətlərə olan ümumilikdə 79652 manat borcu məhz Yalçının adına rəsmiləşdirildiyi üçün onun şəriki Vüqar həmin öhdəliyədə şərik olduğuna görə öhdəliyin yarısını, yəni (79652:2=39852) 39852 manat. 3. Fəaliyyət göstərilmiş müddət ərzində ümumilikdə 57000 manat vəsait Vüqar tərəfindən götürüldüyü üçün həmin vəsaitin yarı faizi, yəni (57000:2=28500) 28500 manat. 4. Bununla yanaşı ona edilmiş hədə-qorxu nəticəsində Vüqara verdiyi 2015-ci il tarixli buraxılış ili olan “Ford Fusion” markalı avtomobilin dəyəri 20000 manat və hədə-qorxu ilə aldığı 15000 manat, ümumilikdə 35000 manat vəsait. Göründüyü kimi 53000+39852+28500+35000=121352 manat məbləğində Vüqarın ona borcu var, onun isə borcu yoxdur. Lakin Vüqarın yaxın dostu olan, Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı Ramil Quliyev və Vüqar Quliyev tərəfindən polisdə şərlənəcəyindən ehtiyat edərək, bu barədə hədələri nəzərə alaraq, guya 50000 manat Vüqara borcunun olması ilə bağlı verilən sənədləri imzalamaq, diktə olunanları kağız üzərinə köçürmək məcburiyyətində qalmışdır. Məhkəmə proseslərinə Vüqar Quliyevdən (hədələrə görə Vüqarın onu tapmaması üçün Ağcabədi rayonundan qaçmaq, ailəsi və özünün təhlükəsizliyini təmin etmək məcburiyyətində qalmış) qorxduğu, ehtiyat etdiyi üçün gələ bilmədiyini, vəkilinin iştirakı ilə işə baxılaraq iddianın rədd olunmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı X4 iddianı müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, izahatında əlavə olaraq göstərmişdir ki, cavabdehlə aralarında şəriklik münasibətləri olmuş, 239000 manatlıq mal onun tərəfindən alınmış, cavabdeh isə mağazanın işlədilməsi ilə məşğul olmuş və əldə etdikləri gəliri 50% - 50% böləcəkləri barədə razılaşmışdılar. Cavabdeh Quliyev Yalçın Əbülfət oğlunun vəkili, eyni zamanda nümayəndəsi Vəkil Müseyib oğlu iddiaya qarşı etiraz etmiş və rədd olunmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin olunaraq, 50000 manat məbləğində pul vəsaiti və 240 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Quliyev Yalçın Əbülfət oğlundan alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Quliyev Yalçın Əbülfət oğlu apellyasiya şikayəti verərək ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həqiqətləri məhkəməyə deməmiş, əksinə müxtəlif yalanlar uydurmaqla əsl həqiqəti ortaya çıxarmaqdan yayınmışdır. İddiaçı verdiyi iddia ərizəsində, şikayətlərində, həmçinin məhkəmə zamanı verilmiş suallara cavalarında və çıxışlarında ilkin olaraq 2019-cu il tarixdə mağazanın açılmasında gah 160000 manat, gah 170000 manar, gahda 239000 manat olmaqla müxtəlif məbləğləri göstərərək vəsait qoyduğu barədə yalan məlumatlar verirmişdir. Halbu ki, mağazanın açılması üçün 40000 manat qarşı tərəfin, 40000 manat isə mənim vəsaitim olmuş, bu fakt isə məhkəmə prosesi zamanı ifadə vermiş xxxxidin ifadəsi ilə öz təsdiqni tapmışdır. Bununla yanaşı iddiaçıya verilmiş suallara həmin vəsaitin hardan əldə edilməsi mənbəyini bildirməmişdir. Lakin məhkəmə prosesi zamanı ifadəsi alınmış xxxxid Əlvan bildirmişdir ki, 2019-cu il tarixdə mən ona istifadəmdə olan torpaq sahəsini sataraq şərikli şəkildə mağaza açdığım üçün həmin 40000 manat vəsaiti mağazanın ilkin fəaliyyəti ilə bağlı xərcləmişəm. Bu da onu deməyə əsas verir ki, iddiaçı tələbində səmimiyyətə yol verməmiş, haqsız və əsassız olaraq məndən pul tələb etmişdir. Əgər həqiqətən mənim iddiaçıya borcum olsaydı, o, mağaza onun istifadəsində olduğu üçün, mağazada aparılmış fasiləsiz audio-video qeydiyyatı məhkəməyə təqdim edərək reallığı məhkəməyə göstərərdi. Halbuki, mağazada aparılmış fasiləsiz audio-video halhazırda da, iddiaçının sərəncamındadır və həmin görüntüləri məhkəməyə bilərəkdən təqdim etmir. Həmin fasiləsiz audio-video qeydlərdə mağazda sayım keçirildiyini, sayımın nəticəsinin isə məqbul olması tam əks olunmuşdur. Bununla yanaşı nəzərə almaq lazımdır ki, iddiaçı mağazada audit (sayım, yoxlama qrupu) tərəfindən malların sayımını keçirildiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbu ki, iddiaçının iddia etdiyi sayım əgər keçirilibsə, onda mənim iştirakım olmadan keçirilmiş, onun bildirdiyinə görə məhz özü tərəfindən dəvət edilmiş audit qrupu tərəfindən aparılmış, guya çatışmamazlıqlar aşkar edilmişdir. Əgər həqiqətən mağzada iddiaçı bildirdiyi kimi çatışmamazlıq aşkar edilsəydi o, həmin audit yoxlamasında mənimdə iştirakımı təmin etməklə keçirərdi, auditin nəticələrini isə məhkəməyə təqdim edərdi. Digər tərəfdən nəzərə almaq lazımdır ki, 2023-cü ilin yanvar ayının 01-03 tarixlərində keçirdiyimiz yekun sayımın nəticələri məqbul olmuş, bundan sonra hər hansı bir sayıma zərurət qalmamış, əgər iddiaçı təkrar sayım keçirilməsinə lüzum görürdüsə, bu sayım mütləq şəkildə mənim iştirakım ilə aparılmalı idi. Əksinə keçirilmiş məhkəmə prosesi zamanı sayımın nəticələrinin rəsmləşdirilmədiyini iddiaçı bildirmiş, audit rəyi, həmçinin sayımla bağlı sənədlərin və digər sənədlərin olmadığını bildirmiş və məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Belə olan halda sual yaranır ki, bu necə audit yoxlamasıdır ki, mənim iştirakım olmadan keçirilmiş, həmçinin bununla bağlı sənədlər mövcud deyildir? Lakin buna baxmayaraq məhkəmə qərəzli olaraq onun heç bir sübutla əhatə olunmayan əsassız iddiasını təmin etməklə ədalətsizliyə yol vermişdir. Məhkəmə tərəfindən aparılan icraat zamanı məhkəmə ləğv edilmiş, hüquqi baxımdan hüquqi qüvvəsi olmayan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlara istinad edərək kobud prosessual pozuntuya yol vermişdir. Bununla yanaşı məhkəmə prosesi zamanı xxxx Marketə götürülmüş mallar ilə bağlı formalaşmış borclardan Paşa Banka olan borcun mənə aid olmasını iddiaçı bildirmiş, guya həmin vəsaitə mən özümə Ford Fushion markalı avtomobil aldığımı göstərsə də, məhkəməyə təqdim edilmiş lizinq müqaviləsindən görünür ki, həmin avtomobili mən lizinqə əldə etmişəm, həmin avtomobil nəğd şəkildə əldə edilməmiş, xxxxid məhkəmə prosesində verdiyi ifadəsində isə göstərmişdir ki, 2019-cu il tarixdə aramızda olan torpaq alqı-satqısından mənə olan 10000 manat borcu mən ondan aldıqdan sonra lizinqə olan borcumu bağlayaraq məndən hədə-qorxu ilə pul tələb edən iddiaçının adına rəsmləşdirmişəm. Göründüyü kimi iddiaçının qeyri səmimiliyi bitmək bilmir, məhkəmə isə bunu nəzərə almır, lizinq müqaviləsinə münasibətdə heç bir hüquqi dəyərləndirmə qərəzli olaraq aparmamışdır. Digər tərəfdən qeyri səmimi iddiaçı ona verilmiş sualların cavabında bildirir ki, mağazada əldə etdiyimiz gəlirdən özünə düşən payı Yalçın götürsə də, o yatırım kimi öz payını götürməmişdir. Lakin daha sonra verilmiş suallara cavab olaraq bildirir ki, müxtəlif vaxtlarda mağazadan pul götürmüş, götürdüyü vəsaitin ümumi məbləği 36000 manat təşkil edir. Göründüyü kimi iddiaçı qeyri səmimidir, yalan danışmaqdan qəti çəkinmir. Bundan başqa iddiaçı iddia tələbində göstərmişdir ki, guya mənə 800, 1000, 1200 manat hər ay əmək haqqı vermişdir, lakin daha sonra məhkəmədə verdiyi izahatında Yalçına heç vaxt əmək haqqı ödəmədiyini bildirərək ziddiyətli mövqey sərgiləyərək qeyri səmimiliyini bir daha ortaya qoymuşdur. Bununla yanaşı iddiaçı ona verilmiş suallara cavablarda bildirir ki, şirkətlər ona müraciət edərək bildirmişlər ki, mağazada borc formalaşıb, buna görə də, o, mağazada Yalçınla birlikdə sayım keçirib. Göründüyü kimi marketin şirkətlərə olan 79652 manat borcunun olmasını iddiaçı etiraf edir. Nəzərə almaq lazımdır ki, hər bir şirkətin işçisi malları məhz mağazaya təqdim edir, vitrinlərə həmin mallar malı gətirən şirkətin əməkdaşları tərəfindən yığılır. Bununla yanaşı nəzərə almaq lazımdır ki, xxxx Marketə götürülümüş məhsullar ilə bağlı borc bir gündə yaranmamış, mütəmadi olaraq götürülmüş məhsullardan xırda-xırda yığılmış borc öhdəliyidir. Lakin iddiaçı məhkəmə prosesi zamanı əsassız iddia tələbinin təmin edilməsinə nail olmaq məqsədi ilə müxtəlif bəhanələr gətirərək, şərikli münasibətdə yaranmış borc öhdəliyindən yayınmağa çalışır. Cavabdeh məhkəməyə Paşa Bank ilə siqaret almaq üçün 31052 manatdan çox borc olması ilə bağlı borc müqaviləsi təqdim etmiş, iddiaçı cavabdehin həqiqətəndə 31052 manatlıq borcunun olmasını qəbul etmiş, lakin həmin malların marketdən kənar Yalçın tərəfindən satıldığını bildirmişdir. Burda onu qeyd etmək zəruridir ki, iddiaçı cavabdehin Paşa Bankdan kredit müqaviləsi üzrə borca siqaret götürdüyünü etiraf edir, lakin həmin məhsulların mağazadan kənar Yalçın tərəfindən satışının həyata keçirilməsini əsassız olaraq bildirsə də, cavabdeh həmin məhsulların faktiki olaraq kredit müqaviləsi əsasında götürməsini sübut etmə vəzifəsindən azad olunmuş, iddiaçı isə həmin məhsulların mağazadan kənar cavabdeh tərəfindən əldə edilərək satılmasını sübuta yetirmək vəzifəsini yerinə yetirərək həmin borc öhdəliyinin mağazaya aidiyyəti olmaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin bunun əksinə xxxxid məhkəmə prosesində bildirmişdir ki, Ford Fushion markalı avtomobilin lizinqə olan borcunu bağlaması üçün mən ondan 10000 manat pul alaraq borcu bağlamaqla, avtomobili öz adıma rəsmləşdirmişəm. Göründüyü kimi iddiaçı bu məsələdə də yalan danışır, hakimin isə bu yalana hansı əsasla “inanması”, nə qədər vicdanlı davranmaması göz qarşısındadır. Bununla yanaşı nəzərə almaq lazımdır ki, iddiaçı əqli baxımdan sağlam biridir və özünə aid olmayanı belə tələb etməkdən çəkinmir. Belə bir insanın 170000 və ya 239000 manat qədər böyük bir vəsaiti müqaviləsiz, heç bir təhvil-təslim olmadan mənə verməsi, həmçinin mənim bir qəpikdə olsa vəsait qoymadan onunla şərik olmağımila bağlı gətirdiyi dəlillər həqiqəti əks etdirmir. Göründüyü kimi iddiaçı burda da qeyri səmimiliyə yol verir, həqiqətlər mənim dediyim kimi hər 2 tərəfin bərabər şəkildə 40000 manat vəsait qoymaqla işə başlamağımızdır. Digər tərəfdən qeyri səmimi iddiaçı mağazaya işə başlayarkən 239000 və ya 170000 manat vəsait qoyduğunu bildirir, həmçinin mağaza bağlanarkən də 239000 və ya 170000 manatlıq məhsulun mağazada olmasını iddia edir. Göründüyü kimi iddiaçı ağlına gələn məbləğləri məhkəməyə deməkdə çəkinmir, məhkəmə isə bunları gördüyü halda əsassız və qərəzli olaraq buna heç bir hüquqi qiymət verməmişdir. Bununla yanaşı iddiaçı bildirir ki, həftədə ən azı 3-4 dəfə mağazaya gəlib işə nəzarət edirmiş, aylıq hesabat aparırmış, işə başlayanda isə mağazada 239000 və ya 170000 manatlıq mal olmuş, sonra isə 139000 manatlıq mal aşkar edilməmişdir. İddiaçı bildirdiyinə görə 239000 və ya 170000 manatlıq məhsulu həmin mağazada fiziki olaraq mağaza fəaliyyətə başlayarkən gördüyünü, daha sonra mütəmadı olaraq, demək olar ki, hər gün mağazada olan iddiaçı iddia etdiyi 239000 manatlıq məhsulun böyük bir hissəsinin yəni, 59 faizinin yerində olmamasını görüb bunu hiss etməməsi mümkün olmazdı. Göründüyü kimi bu hissəsədə də iddiaçı qeyri səmimidir, dedikləri isə yalandır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, iddiaçı məhkəmə prosesi zamanı dəfələrlə bildirmişdir ki, cavabdeh ondan əvvəl başqa şirkətlərdə işləmiş onlara da borclu qalmış, həmin borcları qaytarmamışdır. Göründüyü kimi iddiaçı mənim əvvəlki şirkətə borclu olduğumu qeyd edərək həmin borcu ödəmədiyimi bildiyini iddia edərək, həmçinin bunun əksinə guya mənə müqaviləsiz, təhvil-təslim aktı olmadan 239000 və ya 170000 manat məbləğində məhsulu verməsi məntiqli deyil və həqiqəti əks etdirmir. Bu da iddiaçının qeyri sımimiliyindən xəbər verir. Başqa şəxslərlə uğursuz kommersiya fəaliyyətimi, həmin şəxslərə borclu olduğumu bildiyi halda, Vüqar mənə niyə o qədər əmlakı etibar etsin?. Bununla yanşı iddiaçı gah bildirir ki, guya mənə 170000 daha sonra isə 239000 manat vəsait verib ki, mən həmin vəsaitə mal alıb mağazaya yığım, gah da bildirir ki, həmin məbləğldə malları alıb mağazaya yerləşdirərək mənə təhvil vermişdir. Göründüyü kimi iddiaçı yalan danışdığı üçün bir sözü digərləri ilə qəti üst-üstə düşmür. Lakin buna baxmayaraq məhkəmədə o “daxili inam yarada bilimişdir”. Şirvan Kommersiya Məhkəməsinə təqdim edilmiş, sübut kimi qəbul edilərək tətqiq edilsə də, həmin səslərin iddiaçı ona məxsus olmasını qəbul etsə də, lakin bu səsələrlə bağlı məhkəmə tərəfindən heç bir hüquqi dəyərləndirmə aparılmamışdır. Hansı ki, mənim iddiaçıya borclu olmağımla bağlı polsidə mənə qarşı edilmiş təzyiqin, hətta məni yalvartmaq dərəcəsinə gətirdikləri həmin səs yazıları hakim tərəfindən nəzərə alınmamışdır. Belə ki, birinci səsdə iddiaçı istifadəsində olan *** *** ** ** mobil telefon vasitəsi ilə mənim istifadəmdə olan *** *** ** ** nömrəli mobil telefona WhatsApp mesengeri vasitəsi ilə səs göndərərək bildirmişdir ki, “Vaxt olacaq sən mənə yalvaracaqsan, nətər gəldin içəridə polisdə yalvardın ey mənə, həmin o yalvarmanı sənə yenə xatırladacam!!!” Daha sonra iddiaçı ikinci səsdə iddiaçı istifadəsində olan *** *** ** ** mobil telefon vasitəsiilə mənim istifadəmdə olan *** *** ** ** nömrəli mobil telefona WhatsApp mesengeri vasitəsi ilə səs göndərərək bildirmişdir ki, sənə indi mən hər şeyi izah edərəm, hansı ki sən polisin qabağında yalvarırdın ey, onu sənə yalvardacam yenə, indi səni mən səhər gətizdirərəm şöbəyə, sən onda bilərsən. Göründüyü kimi iddiaçı tərəfindən göndərilmiş səslərdə mənim polisə onun sifarişi əsasında gətirdiklərini, polisdə ona yalvarmağımı etiraf etmiş, lakin məhkəmə tərəfindən bu qədər mötəbər sübut kimi nəzərə alınmamışdır. Etdiyim bütün şikayətlərdə, məhkəməyə yazdığım ərizədə dəfələrlə bildirmişəm ki, izahat məndən təzyiq altında alınmış, bunu təsdiq edən yuxarıdakı səs yazıları isə nümayəndəm vasitəsiilə məhkəyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aparılan icraat zamanı vəsatət verərək Azərbaycan Respublikası Konstitusyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən həqiqətin müəyyən edilməsi, İnsan Hüquqlarının və X12 HaqqındaAvropa Konvesiyasının 6.1-ci maddəsinə əsasən ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi məqsədi ilə Ağcabədi Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı İlham Quliyevin istifadəsində olan ********** mobil telefonun və iddiaçı Quliyev Vüqarın istifadəsində olan ********** mobil telefon vasitələrinə daxil olan, çıxan zənglər və smslərin və həmin mobil nömrələr üzrə anten dairəsi məlumatlarının ##.##.2022-##.##.2025-ci il tarixlərdə olan məlumatların "xxxx" MMC-dən götürülməsi barədə qərardad çıxarılmasını xahiş etsəmdə, məhkəmə vəsatətimi əsassız olaraq təmin etməmişdir. Halbuki, həqiqəti müəyyənləşdirmək məhkəmə icraatının vəzifəsidir. Həqiqət isə ondan ibarətdir ki, məni iddiaçı məhz dostu Ağcabədi Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı İlham Quliyevin vasitəsi ilə Polis Şöbəsinə gətizdirmiş və ürəyi istədiyi sənədləri mənə təzyiq altında imzalatdırmış, bundan sonra isə iddiaçı ilə Ağcabədi Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı İlham Quliyev birlikdə bunu kafedə yeyib-içmək məclisi quraraq qeyd ediblər. Həmin vəsatətim təmin olunsaydı adı çəkilən şəxslərin dostluq əlaqələrinin ortaya çıxarılması mümkün olardı, sıx əlaqədə olmaları öz təsdiqini tapardı. Hansıki, iddiaçı özü də, məhkəmə prosessi zamanı Ağcabədi Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı İlham Quliyev ilə birlikdə yeyib içməklərini etiraf etmişdir, lakin hakim iddiaçını bu barədə ətraflı danışmağa qoymamış, onun sözlərini məhkəmə prosesi zamanı kəsərək həqiqətin ortaya çıxmasını Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinin tələblərinə zidd olaraq məhdudlaşdırmaqla İnsan Hüquqlarının və X12 X13 6.1-ci maddəsinə əsasən ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmişdir. Buna görə də, hesab edirəm ki, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin vəsatət təmin edilərək həmin istiqamətdə araşdırma aparılması zəruridir. Bununla yanaşı məhkəmə prosesi zamanı iddiaçıya verilmiş suallara cavab olaraq bildirmişdir ki, guya mən ona borclu olmağımı o, polisə şikayət etməzdən əvvəl də qəbul etmişəm və buna heç bir etirazım olmayıb, lakin mən borcu qəbul etdiyim halda niyə borcun etiraf edilməsi ilə bağlı mediasiyada barışıq sazişinin tərtib edilməməsi, borc müqaviləsinin bağlanması ilə bağlı verilmiş sualları iddiaçı cavablandıra bilməmiş, həmçinin məhkəməyə belə bir əqd təqdim etməmişdir. Əgər həqiqətəndə mənim iddiaçının qeyd etdiyi kimi ona borcum olsa, həmçinin həmin borcu qəbul etsəydim, bununla bağlı mülki qaydada tərəflər arasında borcu təsdiq edən müvafiq müqavilə olardı. X5 mənə edilmiş təzyiqlərdən qorxaraq mənim iddiaçıya borcum olmasına dair diktə edilmiş şəkildə izahat vermək məcburiyyətində qalmışdım, bununla bağlı prokurorluğa etdiyim şikayət təmin edilmiş, həmin izahatı özündə əks etdirən qərar isə qeyri obyektiv və qərəzli olduğu üçün prokurluq tərəfindən ləğv edilmişdir. Göründüyü kimi iddiaçı verdiyi iddia ərizəsində, izahatlarında, çıxışlarında qeyri səmimi olmasına baxmayaraq, həmçinin mənin borclu olmağıma dair izahatı təsdiq etmədiyim halda, həmin izahatı təsir altında məndən alındığı üçün digər sübutlarla əhatə edilmədiyi halda, məhkəmə qərəzli olaraq ləğv edilmiş qərara və həmin izahata istinad edərək qərəzlili və qeyri obyektiv qətnamə çıxarmışdır. Bununla yanaşı məhkəməyə ünvanladığım ərizəmdə də, həmin izahatın məndən təzyiq altında alındığını, qorxub deyilən şəkildə, polisdən canımı qurtarmaq üçün o cür izahat vermək məcburiyyətində qaldığımı bildirmişəm, həmçinin mənə olan təzyiqlərin sübutu kimi iddaçının mənə ünvanladığı səs yazılarını da, məhkəməyə təqdim etmişəm. Lakin görünən odur ki, məndən əsassız yerə pul qoparmaq məqsədi ilə iddiaçı veridyi iddia tələbinin əsassız olmasını, onun mənə qarşı qərəzinin ortaya çıxmaması üçün mağazada aparılan fasiləsiz audio-video qeydiyyatı məhkəməyə qərəzli olaraq təqdim etməmiş, məhkəmə isə həmin sübutun götürülməsi ilə bağlı heç bir addım atmamış, obyektiv həqiqəti əks etdirməyən qətnamə çıxarmışdır Cavabdeh sonradan apellyasiya şikayətinə əlavə etmiş və əlavəsində eyni məzmunlu arqumentlərə istinad etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

ç) Apellyasiya instansiya məhkəməsində əvvəlki icraat. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qətnaməsi ilə (hakimlər C.İmanov, T.Kərimov və T.Heydərov) apelyasiya şikayəti təmin olunmamış, Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*- *(***)-***/**** saylı qətnaməsi cavabdeh Quliyev Yalçın Əbülfət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

d) Kassasiya instansiya məhkəməsində icraat. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** saylı qərarı (hakimlər K.Abəyeva, B.Qəribovv və E.Şmaayev) ilə kassasiya şikayəti qismən təmin olunaraq Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

e) Kasasiya instansiyası məhkəməsinin göstərişləri. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq işə yenidən baxan məhkəmə üçün məcburi göstərişləri aşağıdakılardan ibarət olmuşdur: Kollegiya tərəflər arasındakı şərikliklə bağlı şifahi razılaşmanın mülki qanunvericiliyin tələblərinə zidd olmaması (etibarlı olması) barədə aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır. Bununla belə, müqavilənin forması ilə bağlı xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, bu müqavilə münasibətləri üçün qanunvericilikdə məcburi forma tələbi nəzərdə tutulmasa da, hüquqi müəyyənlik və risklərin idarə olunması baxımından, xüsusilə də kommersiya subyektləri arasında mübahisə halında məsuliyyət və risklərin bölüşdürülməsi məsələlərini dəqiq və birmənalı əks etdirən yazılı formada müqavilənin bağlanması məqsədəuyğun sayılır. Belə ki, kommersiya münasibətləri digər mülki münasibətlərdən fərqli olaraq daha sistemli, mürəkkəb, gəliryönümli, risk və məsuliyyət daşıyan fəaliyyəti ehtiva edir. Buna görə də, bu münaibətlərdən irəli gələn mübahisələr üzrə sübutetmə standartları (yazılı müqavilənin mövcudluğu, mühasibat uçotu sənədləri, audit rəyləri, vergi bəyannamələri, bank əməliyyatları və s.) daha yüksəkdir; Nəzərə alınmalıdır ki, hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi, tərəflərin düşünülmüş qərar verməsini, iqtisadi cəhətdən zəif olan tərəfin müdafiəsini, mülki dövriyyənin sabitliyini təmin edir, eyni zamanda sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn tələbi təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi zəruri və mütləq olur; Əks yanaşma, yəni tərəflərin iradəsinin dəqiq, birmənalı, aydın şəkildə ifadə olunmasına imkan verən əyani sübutların olmaması hüquqi müəyyənliyi pozmaqla yanaşı, tərəflərin öz hüquqlarından sui-istifadəsinə də əhəmiyyətli şərait yaradaraq, digər tərəfin hüquqlarının pozulması ilə nəticələnə bilər. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “E.Salmanlının şikayəti üzrə Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il ## ###### tarixli qərarında da ifadə edilmişdir; Baxılan işdə hər iki tərəf, aralarında ticarət fəaliyyəti ilə bağlı şəriklik münasibətlərinin olduğunu qəbul etsə də, aralarındakı razılaşmanın mübahisənin həlli üçün əhəmiyyətli olan bəzi mühüm şərtləri (maliyyə vəsaitinin kim(lər) tərəfindən qoyulması, gəlir və zərərin bölüşdürülməsi və s.) barədə fərqli mövqelər bildirmiş, tələb və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiqləyəcək zəruri, mötəbərliyi şübhə doğurmayan sübutlar (yazılı müqavilə, mühasibat uçotu sənədləri, audit rəyləri və s.) təqdim etməmişlər; Məhkəmə kollegiyası MPM-in sübutetmənin əsaslarını müəyyən edən normalarının tələblərinə əsaslanaraq vurğulayır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra, həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda, sübutetmə yükü iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür; İddiaçı tərəfindən cavabdehdən şəriklik münasibətlərinə istinadla pul tələb edildiyindən, həmin fəaliyyət üzrə gəlir və zərər nəzərə alınmaqla, cavabdehin iddiaçı qarşısında 50000 manat pul öhdəliyinin mövcud olmasını, həmçinin birgə fəaliyyətin şərtlərini sübut etmək yükü iddiaçının üzərinə düşür. Lakin işin materiallarından, iddiaçının iddia etdiyi qaydada şəriklik fəaliyyətinin həyata keçirilməsini (maliyyə vəsaitinin məhz iddiaçı tərəfindən qoyulması, cavabdehin heç bir vəsait qoymadan yalnız icraçı olması və s.), eləcə də cavabdehin iddia olunan pul öhdəliyini şərtlənləndirən “əsaslı şübhələr yaratmayan” mötəbər sübutların olması müəyyən edilmir; İşə mahiyyəti üzrə baxmış məhkəmələr isə qeyd olunanları nəzərə almadan, yalnız cavabdehin Ağcabədi rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, R İlham Quliyevin 2023-cü il ## #### tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarında göstərilmiş izahatına istinad etməklə iddianı təmin etmişlər. Bununla bağlı qeyd olunmalıdır ki, həmin qərar kommersiya mübahisəsinə baxan məhkəmə üçün preyudisial xarakter daşımamaqla, sübut növlərindən biri kimi işdə olan digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bu zaman məhkəmə tərəfindən yoxlanılmalı olan əsas məsələlərdən biri həmin qərarın qüvvədə olubolmaması ilə bağlıdır. İşin materiallarından görünür ki, sözügedən 2023-cü il ## #### tarixli qərar cavabdeh tərəfindən mübahisələndirilmiş və Ağcabədi rayon prokuroru, R Vüqar Hacıyevin 2025-ci il ## #### tarixli qərarı ilə ləğv edilmişdir. Cavabdeh cinayət işinin gedişində verdiyi sonrakı izahatında və məhkəməyə təqdim etdiyi etirazında həmin izahatın hədə-qorxu və təzyiq altında, vəkilin iştirakı olmadan verildiyini, birgə fəaliyyətə onun tərəfindən də vəsait qoyulduğunu, iddiaçıya heç bir borcunun olmadığını, əksinə iddiaçının ona borclu olduğunu bildirmişdir. Məhkəmələr isə hüquqi baxımından yetərli əsaslandırma aparmadan cavabdehin ləğv edilmiş qərarda göstərilmiş ilk izahatını sonrakı izahatlarından daha mötəbər hesab etmiş, bununla da həm MPM-in 88, 217.1, 217.3-cü maddələrinin (bax § 36) tələbləri pozulmuş, həm də mülki qanunvericiliyin müqavilə hüququnu tənzimləyən normalarına zidd nəticəyə gəlinmiş, Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il ## #### tarixli qərarında ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmamışdır. Belə ki, «..tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə» 2018-ci il ## #### tarixli qərarı); Bundan başqa işin materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində 2025-ci il ## #### tarixli məhkəmə iclasında səs yazıları təqdim etmiş, məhkəmə tərəfindən həmin material qəbul edilərək, iş materiallarına əlavə edilmiş, 2025-ci il ## ##### tarixində keçirilmiş məhkəmə iclasında iddiaçı da həmin səs yazılarının ona məxsus olduğunu qəbul etmişdir. Lakin məhkəmə qətnamədə həmin sübutu tədqiq edilən sübutların siyahısında göstərməmişdir. Cavabdeh apellyasiya şikayətində bununla bağlı dəlillər irəli sürsə də, apellyasiya instansiyası məhkəməsi də həmin sübut üzrə də heç bir qiymətləndirmə aparmamışdır; Nəzərə alınmalıdır ki, MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması və s.) baxımından qiymət verilməlidir.

d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil Müseyib oğlu apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, qeyd olunan məsələdə kommersiya fəaliyyəti ilə əlaqədar mütləq şəkildə audit rəyi olmalıdır ki, xeyir və ziyan müəyyənləşdirilsin. Ortada audit rəyi yoxdur. Hesab edirik ki, ziyana uğramamışıq. Digər tərəfdən də açarlar alınandan sonra biz bilmirik kim alıb, kim satıb. Məhkəmədə iddiaçı X4 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, iş üzrə təqdim ediləcək əlavə sübutları olmamışdır, hesab edir ki, polisdə cavabdehin vermiş olduğu izahat yetərlidir. Hansı ki, 50000 manatı özü etiraf edir, onun 130000 manatdan çox borcu olub. Mən ona humanistlik göstərib güzəştə getmişəm ki, 50000 manatı qaytarsın. Birinci instansiya məhkəməsinə sübut kimi təqdim olunmuş bir ədəd fləş-kartdakı səs yazıları dinlənilərək tədqiq edilmişdir. Səs yazıları dinlənilməmişdən öncə iddiaçı X4 həmin səslərin ona məxsus olduğunu təsdiq etmişdir. Səs yazılarının məzmunu aşağıdakı kimidir: -Yalçın, sən mənimlə o temada danışma. O temada danışığı, eybi yox, mən sənə izah edərəm. Mən göndərmişdim onu ki, getsin qeydiyyata düşsün, vermişəm başqa adama. Sən mənimlə o temada danışma. O temada danışsan, mən sənə cavab verə bilərəm. Eybi yox. Sənin o temanı... Mən heç bir temada danışmıram. Mənim pulumu özümə qaytar, mən sənə nə zəng edirəm, nə də səni dilxor edirəm. Deməli, sənin mənə borcun var, sən belə üstdən danışırsan. İndi yaxşı! Mən sənə hər şeyi izah edərəm. Hansı ki, sən polisin qarşısında yalvarırdın, onu sənə yalvardacam yenə. Səni səhər şöbəyə gətizdirərəm, sən onda bilərsən; -Yalçın, salam, necəsən, nə var, nə yox? Mən kassa aparatını gətirib bir nəfərə vermişdim. O da Beyləqana göndərib. Sən də deyirsən Beyləqanda kassa aparatını satmaq olar, götürüb pin kodunu verirsən başqa adama, satırsan. Sən ondan pul almısan? Kassa aparatını sən cibindən pul verib satmamışdın axı. Kassa aparatı mağazanın kassa aparatıdır. Sən cibindən pul verib alsa idin, sata bilərdin. O nə hərəkətdir etmisən? Mənə aydınlaşdır, cavabını göndər. Kassa aparatını kimə vermişdimsə, o adama da qaytar ver. Qaytarıb verməsən... İşimizdə sən hər dəfə problem yaradırsan. Hər gün özün üçün problem yaradırsan. Bu problemdən keçməyəcəm. Sən elə başa düşürsən ki, mən sənə yalvaracam?! Vaxt olacaq sən mənə yalvaracaqsan. Necə ki, gəldim içəridə yalvardın, həmin yalvarmağı sənə izah edəcəm!

Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan faktiki halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində xxxxid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, cavabdeh Yalçın Quliyev onun xalası oğludur. Bir ildir ki, Yalçın ailəsi ilə birlikdə Bakı şəhərinə onun yanına gələrək, ondan kömək istəmişdir. Yalçının Kürdəxanı yolunda təxminən 60000-70000 manat dəyərində olan yarımtikili bir obyekti var idi. Həmin obyekti 50000 manata ona satmışdır. Belə ki, o, 40000 manat verərək, bir-iki ilə qalan məbləği də verəcəyini bildirmiş və razılaşmışlar. Sonradan qalan 10000 manatı da Yalçına vermiş və hazırda aralarında borc yoxdur. Həmin vaxt Yalçın Vüqar adlı şəxslə biznes qurmaq istədiyini bildirərək, 40000 manatı ona verəcəyini bildirmişdir. Sonradan o, qalan borcu Yalçına qaytaranda Vüqar adlı şəxsin ona hədə-qorxu gəldiyini bildirmişdir. O, Yalçına polisə şikayət etməsini məsləhət görmüş və ailəsi ilə Bakıya gəlməsini söyləmişdir. Yalçın da ailəsi ilə birlikdə Bakıya, onun yanına köçmüşdür. Yalçının şirkətlərə çoxlu borcu var və buna görə ona tez-tez zənglər gəlir. İddiaçı X4 müraciəti əsasında Ağcabədi rayon Polis Şöbəsinin TB-də aparılan araşdırmanın nəticəsi olaraq təhqiqatçı İlham Quliyev tərəfindən ## #### 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından aşağıdakılar müəyyən olunur: X4 2023-cü ildə şəriki Quliyev Yalçın Əbülfət oğlunun mağazadakı malları mənimsəməsi ilə bağlı polis orqanlarına şikayət etmişdir; X4 izahatında göstərmişdir ki, Ağcabədi rayon sakini Quliyev Yalçın Əbülfət oğlunu 7-8 il olar ki, tanıyır, aralarında dostluq münasibəti var. 2019-cu ilin noyabr ayında Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “xxxx” marketi icarəyə götürüb işlətmək istəmiş, həmin vaxt mağazaya 239000 manat dəyərində ərzaq alıb yığmış, mağazanın işlədilməsini və gələcəkdə işin böyüdülməsini Yalçına tapşırmışdır. Yalçınla aralarında olan ilkin razılığa görə ona hər ay əmək haqqı verəcəyini bildirsə də, mağaza işləyəndən sonra Yalçına hər ay 800, 1000 və 1200 manat əmək haqqı vermişdir. 2019-cu ildə mağazanı Yalçına təhvil verəndə hər ikisi 239000 manat dəyərində malları hesablamış və Yalçına vermişdir. Yalçın mağazaya 4 nəfər işçi gətirmiş, işçilərə hər ay qazancdan 400-500 manat əmək haqqı verilmişdir. 2022-ci ilin dekabr ayının sonuna kimi mağazanı işlətmişlər. Buna səbəb hər ay ümumi malların hesabın aparan zaman Yalçının ona verilən malların əskik olması olmuşdur. Sonuncu dəfə 2023-cü ilin yanvar ayında mağazada ümumi hesablaşma aparanda 135000 manat pulun əskik gəldiyini müəyyən etmişdir. Mağazanı o, icarəyə götürsə də, bütün sənədləşmə Yalçının adından getmişdir. Buna görə də, Yalçından mənimsədiyi 135000 manat pulu tələb etməyə başlamışdır. 2023-cü ilin fevral ayında Yalçın özünə məxsus “Ford Fujin” markalı avtomobili 17000 manata verib borcdan çıxmasını demişdir. O da razılaşmış və Yalçından aldığı avtomobili 15000 manata satmış, lakin aralarında olan razılığa görə borcdan 17000 manat çıxmışdır. Bundan sonra Yalçın mənimsədiyi və ona ümumilikdə qalan 118000 manat borcun hissə-hissə qaytaracağına söz versə də, hal-hazıra kimi müxtəlif bəhanələr gətirib pulu qaytarmaqdan imtina etmişdir. Hətta son vaxtlarda pulu ondan tələb edəndə ona sözlə hədəqorxular gəlmişdir. O, “xxxx” marketi hər ay 1000 manat verməklə icarəyə götürüb Yalçına versə də, aralarında heç bir müqavilə olmamışdır. Dörd il ərzində “xxxx” marketdən ümumi qazancdan cəmi 27000 manat, Yalçın isə 33000 manat pul götürmüş, həmin pulları ayrıca kitabçalarda qeyd etmişlər. O, izahatında daha sonra göstərmişdir ki, marketin istifadəsi konkret olaraq Yalçına verilmiş, qardaşı Ariz isə marketdə satıcı kimi işləmişdir. Əvvəllər malları özü alıb gətirib mağazaya yığmış, sonradan isə Yalçın özü şirkətlərlə müqavilə bağlayıb malları almışdır. Hazırda Yalçının ona 118000 manat borcu olsa da, o, Yalçından 110000 manat tələb etdiyini bildirmişdir; Quliyev Yalçın Əbülfət oğlu araşdırma zamanı izahatında göstərmişdir ki, 2019-cu ilin noyabr ayının əvvəllərində tanışı X4 ilə öz aralarında danışıb razılaşmışlar ki, Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “xxxx” marketi Vüqar icarəyə götürüb ona versin. Aralarında rəsmi müqavilə olmadan firmalardan nağd pulla 178000 manat dəyərində mal alıb mağazaya yığmışlar. Həmin pulun hamısın Vüqar özü vermiş, mağazanı isə özü işlətmişdir. Hər ay mağazanın 1000 manat icarə pulunu mağazanın gəlirindən götürüb vermişdir. İşlədikləri müddət ərzində mağazanın gəlirindən 26000 manat Vüqara vermişdir. 2023-cü ilin yanvar ayında isə mağazanı bağlamışlar. 223000 manat dəyərində ərzaq məhsullarını aralarında rəsmi sənədləşmə olmadan Vüqara təhvil vermiş, borclu qaldığı pulun əvəzində isə özünə məxsus “Ford Fujin” markalı avtomobili Vüqara vermiş, 50000 manat Vüqara borclu qalmış, hazırda maddi imkanı olmadığına görə pulu Vüqara ödəyə bilməmişdir. O, həmin 50000 manat borcun gələcəkdə Vüqara ödəyəcəyinə söz vermişdir. Mağazanın alverinə Vüqarın aidiyyəti olmamış, bütün malları şirkətlərdən özü almış, qaimələr onun adına yazılmış, alverdə ziyan etdiyi üçün Vüqara 50000 manat borcu yaranmışdır; X3 oxşar məzmunlu izahat verərək, qardaşı Quliyev Yalçın Əbülfət oğlunun izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir; Aparılmış araşdırmanın nəticəsi olaraq Quliyev Yalçın Əbülfət oğlunun dostu X4 icarəyə götürüb işlətməsi üçün ona verdiyi “xxxx” marketi işlətdiyi müddət ərzində marketdə olunan alverin pulundan mənimsəməsi xüsusatı sübuta yetməməsi və toplanmış materialda cinayət tərkibinin olmaması əsasları ilə cinayət işinin başlanması rədd edilmişdir. Ağcabədi rayon prokuroru R Vüqar Hacıyevin 2025-ci il ## #### tarixli “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında” qərarının surətindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar əməliyyat tapşırığı verilmədiyi, həmçinin icarə müqaviləsi olub-olmaması ilə əlaqədar aidiyyəti qurumlara sorğu verilmədiyi, müsbət halda həmin müqavilənin surəti materiala əlavə edilmədiyi, bundan başqa Yalçın Quliyevə məxsus “Ford Fusion” markalı avtomobilin mövcud olub-olmaması və həmin avtomobilin həqiqətən də satılıb-satılmaması məsələsi müəyyənləşdirilmədiyi, mağazada olan malların adları və qiymətləri mütəxəssisin iştirakı ilə dəqiqləşdirilmədiyi üçün HK-*/*** nömrəli material üzrə Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı, İlham Quliyevin cinayət işi başlanmasının rədd edilməsi haqqında qəbul etdiyi 2023-cü il ## #### tarixli qərarın ləğv edilməsi qərara alınmışdır. Ağcabədi rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı R Elçin Piriyevin 2025-ci il ## #### tarixli qərarının surətindən görünür ki, Quliyev Yalçın Əbülfət oğlunun şəriki X4 icarəyə götürüb işlətməsi üçün ona verdiyi “xxxx” marketi işlətdiyi müddət ərzində marketdə olunan alverin pulundan mənimsəməsi xüsusatı sübuta yetmədiyinə görə və toplanmış materialda cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Ağcabədi rayon prokuroru R Vüqar Hacıyevin 2025-ci il ## ##### tarixli “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında” qərarının surətindən görünür ki, ilkin yoxlama zamanı təhqiqatçı tərəfindən yol verilmiş nöqsanların aradan qaldırılması və yuxarıda qeyd edilən xüsusatların hərtərəfli, tam və obyektiv araşdırılması və nəticəsindən asılı olaraq hüquqi qiymət verilməsindən ötrü Ağcabədi rayon Polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, R X1 HK-*/*** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair 2025-ci il ## #### tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilərək material üzrə əlavə yoxlama aparılması Ağcabədi rayon Polis şöbəsinin Təhqiqat bölməsinə həvalə edilməsi qərara alınmışdır. Ağcabədi rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı R Rəfail Zeynalovun 2025-ci il # ### tarixli qərarının surətindən görünür ki, Quliyev Yalçın Əbülfət oğlunun şəriki X4 icarəyə götürüb işlətməsi üçün ona verdiyi “xxxx” marketi işlətdiyi müddət ərzində marketdə olunan alverin pulundan mənimsəməsi xüsusatı sübuta yetmədiyinə görə və toplanmış materialda cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Aparılan araşdırma çərçivəsində təkrar izahatı alınmış Quliyev Yalçın Əbülfət oğlu iddiaya qarşı təqdim etmiş olduğu yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat vermişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 386.1.-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Üç ulduzla indeksləşdirilmiş *(***)-***/**** saylı qərarında kassasiya instansiyası məhkəməsinin mövqeyi belədir ki, mülki hüquqda faktlar dedikdə mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Qeyd olunmalıdır ki, istintaq və təhqiqat orqanlarının heç bir qərarı mülki iş üzrə preyudisial əhəmiyyət daşımır və MPM-in 82-ci maddəsində preyudisial halları və faktları əks etdirən məhkəmə aktlarının dəqiq dairəsi müəyyən edilib. Belə ki, sözügedən normada sübut etməkdən azad olmaq üçün konkret əsaslar müəyyən edilib göstərilib və həmin normada istənilən başqa aktlar, məsələn inzibati aktlar, istintaq, prokurorluq orqanlarının aktları, habelə müxtəlif dövlət orqanlarının aktları, eləcə də inzibati xətalara dair işlər üzrə məhkəmə aktları deyil, məhz mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarları ilə müəyyən edilən faktlar preyudisial faktlar sayılır. Yəni, məhz sözügedən məhkəmə aktlarında əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar, işdə iştirak edən şəxslər tərəfindən başqa işə baxılarkən yenidən mübahisələndirilə bilməz və həmin faktların sübuta ehtiyacı yoxdur. Baxılan işdə iddiaçının gətrdiyi əsaslandırma məhz cinayət təqibi orqanının ləğv edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarında müəyyən etdiyi faktiki hallar, cavabdehin həmin zaman vermiş olduğu izahatı ilə bağlıdır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, istintaq və təhqiqat orqanlarının heç bir qərarı mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. İstintaq və təhqiqat orqanının qərarına istinadla əsaslandırılmış tələb iddiaçı tərəfindən təqdim edilən digər sübutlarla təsdiq olunmadığı halda, birmənalı olaraq iddianın təmini üçün əsas ola bilməz. Mübahisə tərəfləri arasında ticarət fəaliyyəti ilə bağlı şəriklik münasibətlərinin olduğu işin halları ilə müəyyən olunsa da, razılaşmanın mübahisənin həlli üçün əhəmiyyətli olan bəzi mühüm şərtləri, maliyyə vəsaitinin kim tərəfindən qoyulması, gəlir və zərərin bölüşdürülməsi və s. kimi hallar barədə fərqli mövqelər bildirmiş, tələb və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiqləyəcək zəruri, mötəbərliyi şübhə doğurmayan sübutlar (yazılı müqavilə, mühasibat uçotu sənədləri, audit rəyləri və s.) təqdim etməmişlər. İddiaçı şəriklik münasibətlərinə istinadla cavabdehdən pul tələb edildiyindən, həmin fəaliyyət üzrə gəlir və zərər nəzərə alınmaqla, cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin mövcud olmasını, həmçinin birgə fəaliyyətin şərtlərini sübut etmək yükü iddiaçının üzərinə düşür. İş materiallarından, iddiaçının iddia etdiyi qaydada şəriklik fəaliyyətinin həyata keçirilməsini (maliyyə vəsaitinin məhz iddiaçı tərəfindən qoyulması, cavabdehin heç bir vəsait qoymadan yalnız icraçı olması və.s ), eləcə də cavabdehin iddia olunan pul öhdəliyini şərtlənləndirən “əsaslı şübhələr yaratmayan” mötəbər sübutların olması müəyyən edilmir. Cavabdeh iddiaya qarşı təqdim etmiş olduğu yazılı etirazında Ağcabədi RPŞ-in TB-də araşdırma aparılarkən ilk dəfə vermiş olduğu izahatını polisdə ona diktə edilən şəkildə verdiyini, lakin sonradan şikayətləri əsasında təhqiqatçının “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının ləğv edildiyini və yeni izahatında onun iddiaçıya deyil, iddiaçının ona borcunun qaldığını bildirmişdir. Deyilənlərin sübutu kimi birinci instansiya məhkəməsinə təqdim etdiyi, iddiaçıya məxsus səs yazılarının məzmunundan cavabdehin iddiaçı tərəfindən polislə hədələnməsi “sən polisin qarşısında yalvarırdın, onu sənə yalvardacam yenə. Səni səhər şöbəyə gətizdirərəm, sən onda bilərsən” ifadələrində açıqca görünür. Kommersiya münasibətləri digər mülki münasibətlərdən fərqli olaraq daha sistemli, mürəkkəb, gəliryönümli, risk və məsuliyyət daşıyan fəaliyyət olduğundan, bu münaibətlərdən irəli gələn mübahisələr üzrə sübutetmə standartları (yazılı müqavilənin mövcudluğu, mühasibat uçotu sənədləri, audit rəyləri, vergi bəyannamələri, bank əməliyyatları və s.) daha yüksəkdir. Lakin cinayət təqibi orqanının ləğv edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında yer alan, cavabdehin isə polisdə diktə altında verdiyini bildirdiyi ilkin izahatından savayı, iddiaçı tərəfindən cavabdehlə şərikli münasibətlərindən cavabdehin ona borcunun yaranmasını təsdiq edə biləcək, mötəbərliyi şübhə doğurmayan hər hansı bir əlavə sübut verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazrki halda iddiaçının iddia tələbinin faktiki əsası(faktiki hallar) onun qanuni əsasının dizpozisiya şərtləri ilə uzlaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsinin əsaslarından biridir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırmasının nəticəsi olaraq öz təsdiqini tapdığından təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X4 cavabdeh Quliyev Yalçın Əbülfət oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Mahir Əsədli Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar