Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-55/2026 03.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: dəymiş zərərin ödənilməsi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi ilə, (Cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkili) vəkil1 əvvəlki məhkəmə iclasında iştirak etmişlər). İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*- *(***)-***/**** saylı qətnaməsindən (hakim. Z.Abbasov) iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh dəymiş maddi zərərə görə 40000 manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 210 manat pul vəsaiti, cəmi 40210 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə və sahiblik hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, ##.##.2018-ci il tarixli çıxarışa əsasən “X4 Təsərrüfatı” MMC-yə məxsus olmuşdur. Daha sonra iddiaçı İddiaçı ilə “X4 Təsərrüfatı” MMC arasında (MMC adından Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) Bakı şəhəri ** saylı Notariat Kontorunda təsdiqlənmiş *M-**** saylı, ##.##.2022-ci il tarixli, sözügedən torpaq sahəsinin istifadə hüququnun alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilən torpaq sahəsinin istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə və sahiblik hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı adına qeydə alınmışdır. Torpaq sahəsinin plan və ölçüsü də tərtib edilmiş və təsdiqlənmişdir. İddiaçı İddiaçı üzərində sahiblik və istifadə hüququ olduğu torpaq sahəsini təyinatı üzrə istifadə etmək və ondan fayda götürmək istəsə də cavabdeh Cavabdeh tərəfindən maneə və hüquq pozuntusu ilə qarşılaşmışdır. Məlum olmuşdur ki, cavabdeh Cavabdeh qeyd edilən torpaq sahəsinə yerləşərək, oraya müxtəlif şəxsləri işçi qismində cəlb etmiş, həmin torpaq sahəsində maldarlıq və əkinlə məşğul olmuşdur. Həmçinin, Cavabdeh orada özbaşına tikinti işləri aparmış, tam və yarım tikililər inşa etmiş, yaşı çox olan bəzi ağacları kəsmişdir. İddiaçı qeyd edilən torpaq sahəsinə daxil olmaq istəyərkən maneə ilə rastlaşmışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə girişinin qarşısını almaq üçün girişdə şlaqbaun və süni maneələr yaradılmışdır. Yuxarıda qeyd olunan bütün faktlar foto və video çəkilişlərlə təsdiq olunur. Həmin çəkilişlər məhkəməyə də təqdim edilmişdir. Bütün qeyd olunanlar iddiaçının öz əmlakına münasibətdə sahiblik və istifadə hüquqlarından məhrum edilməsi ilə nəticələnmişdir. 2022-ci ilin dekabr ayında cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə müraciət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə cavabdeh Əliyev Şahin Qəhrəman oğlunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi 607011001504 olan ##.##.2022-ci il tarixli çıxarışla İddiaçı istifadəsinə verilmiş 9.9997 hektar torpaq sahəsinin 3.53 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılmaqla iddiaçının həmin torpaq sahəsinə girişinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və qətnamə qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin ## ### 2024-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə təmin edilməmiş və apelllyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Qeyd olunan iddia tələbini qaldırmalarından 1 il yeddi ay (19 ay) keçmişdir. Bütün bu zaman ərzində iddiaçı olaraq öz torpaq sahəsindən istifadə edə bilməmiş, həmin torpaq sahəsindən hər hansı bir fəaliyyətlə bağlı fayda götürə bilməmişdir, baxmayaraq ki, torpaq sahəsinin boşaldılması barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilmişdir. Bu müddət ərzində torpaq sahəsindən istifadə edə bilməmələri ilə bağlı onlara 40000 manat zərər dəymişdir. Cavabdeh Cavabdeh vəkili və nümayəndəsi vəkil1 ##.##.2025-ci il tarixdə məhkəməyə elektron qaydada təqdim etdiyi iddia ərizəsinə qarşı etiraz ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 ilə Cavabdeh arasında ## ###### 2023-cü il tarixli **BF/***/* saylı 8 ha torpaq sahəsinə dair Birgə fəaliyyət haqqında müqavilə bağlanılmışdır. Buna baxmayaraq iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin girişindəki maneənin aradan qaldırılması, qanunsuz zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə geri qaytarılması tələbinə dair “ iddia qaldırmışdır. Həmin iddia ərizəsindən də göründüyü kimi, Cavabdeh qarşı iddia qaldırılmasının əsasında qanuni istifadəsində olan torpaq sahəsində maldarlıq, əkinçilklə məşğul olduğu üçün həmin torpaq sahəsində tikinti işlərinin və binaların olması olmuşdur. Ona elə məlumat vermişlər ki, Cavabdeh maldarlıq və əkinçilklə məşğul olduğu torpaq sahəsi və həmin torpaq sahəsindəki tikililər İddiaçı istifadə hüququ əsasında satılmış torpaq sahəsində yerləşir. Lakin iş üzrə ekspertizanın rəyindən sonra iddiaçıya açıq-aydın məlum oldu ki, Cavabdeh maldarlıq və əkinçilklə məşğul olduğu torpaq sahəsinin və tikililərin iddiaçıya istifadə üçün satılmış torpaq sahəsi ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Buna görə də iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin girişindəki maneənin aradan qaldırılması, qanunsuz zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə geri qaytarılması tələbinə dair“ iddiaya Beyləqan rayon məhkəməsində baxılmış və məhkəmənin ## ###### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən iddia qismən təmin olunmuşdur, yəni cavabdehin iddiaçı İddiaçı istifadəsinə verilmiş 9.9997 ha torpaq sahəsinin 3.53 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılmaqla iddiaçının həmin torpaq sahəsinə girişinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun 25 manatının cavabdehdən, qalan 25 manat məbləğində pulun isə iddiaçıdan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazırliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməsi qət edilmişdir. Beyləqan rayon məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin iclasında iştirak etmiş ücüncü şəxsin nümayəndəsi X5 həmin vaxtı bir daha bildirmişdir ki, mübahisəli torpaq sahəsi təmsil etdiyi “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibliyində və sərəncamında olmaqla idarənin balansındadır. Buna baxmayaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2023-cü il tarixli, 2(106)- ****/**** saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin olunmamışdır. Bundan sonra həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli, e-*(***)-****/**** saylı qərarına əsasən kassasiya şikayəti təmin olunmamış və Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Beyləqan rayon məhkəməsi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli icra vərəqəsi ## ######## 2024-cü il tarixində icraya yönəldilmişdir. Həmin icra ilə əlaqədar olaraq Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2, Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9, tələbkar İddiaçı və borclu Cavabdeh və ƏMDK-nin Beyləqan rayon şöbəsinin mühəndisi X6 iştirakları ilə Beyləqan rayon məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-***/**** saylı icra sənədində göstərilmiş 3.53 ha torpaq sahəsinin ölçülərək iş üzrə tələbkar İddiaçı təhvil verilməsinə dair akt tərtib olunmuşdur. Həmin akt iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Aktın tərtib olunmasından sonra isə ## ###### 2024-cü il tarixli icraata xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Bu isə onu göstərir ki, cavabdeh kimi tərəflərindən iddiaçı İddiaçı heç bir maddi zərər vurulmamışdır. İşin materiallarından da göründüyü kimi, iddiaçı İddiaçı torpaq sahəsinə dair istifadə hüququnun satılmasına baxmayaraq qətnamələrin qanuni qüvvəyə minməsinə qədər, icra vərəqəsi icra olunana qədər torpaq sahəsinin yerini bilməmişdir. Çünki ona istifadə üçün satılmış torpaq sahəsinin yerini bilmiş olsaydı Cavabdeh maldarlıq və əkinliklə məşğul olduğu torpaq sahəsi ilə bağlı, həmin torpaq sahəsindəki tikililərlə bağlı, həmin tikililərə gedən yolun üzərində şlaqbaumun qoyulmasını, həmin şlaqbaumla bağlı süni maneənin yaradılmasını, orada işləyən işçilərin sayının çox olmasını iddia etməzdi. Onu da bildirir ki, torpaq sahəsinə dair istifadə hüququnu iddiaçı İddiaçı satmış Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin torpaq sahəsinin 5 ha hissəsini 8000 manata Cavabdeh, 5 ha hissəsini isə qardaşı oğlu Elçinə ömürlük satmışdır. Bu barədə olan əlyazma sənədə “X4 təsərrüfatı”nın möhürü də vurulmuşdur. Hətta həmin əlyazmada 8000 manat pulun poçt vasitəsilə göndərilməsi qeyd olunmuş və 8000 manat pul əlyazma sənədinin imzalandığı və möhürlə təsdiq edildiyi günü, yəni ##.##.2019-cu il tarixində poçt vasitəsi ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına poçtla göndərilmişdir. Onu da bildirir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bu torpaq sahəsini çox adama satmışdır. Lakin torpaq sahəsinin yerini nə özü, nə də ki, digər şəxslər bilmirdilər. Bütün bu yuxarıda qeyd olunalara əsasən, cavabdeh X8 dəymiş maddi zərərə görə 40.000 manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 210 manat pul vəsaiti, cəmi 40.210 manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi tələbinə dair iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı İddiaçı vəkili Nümayəndə ##.##.2025-ci il tarixdə məhkəməyə təqfdim etdiyi ərizəsində bildirmişdir ki, cavabdeh tərəf məhkəməyə iddia ərizəsinə etirazla müraciət etmiş, həmçinin bir sıra sənədləri iş materiallarına əlavə edilməsi üçün təqdim etmişdir. Açığı, cavabdeh tərəfin *(***)-***/**** saylı iş üzrə tərəflərindən təqdim edilmiş iddia ərizəsinin surətini, həmin iş üzrə qəbul edilmiş Beyləqan Rayon Məhkəməsinin qətnaməsini, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsini, Ali Məhkəmənin qərarını, Beyləqan Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsini və həmçinin bundan əvvəlki iş üzrə öz qiymətini almış digər iki sənədi məhkəməyə təqdim edərək nəyə ümid etdiyini anlamaq mümkün deyil. Çünki, yuxarıda qeyd edilən məhkəmə qərarları və icra vərəqəsi iddia tərəfi olaraq tərəflərindən ilkin olaraq məhkəməyə təqdim edilmişdir. Yəni, cavabdeh tərəf iddia tələbinin faktiki əsasını təşkil edən sübutları təkrarən təqdim etmişdir. Etiraz ərizəsində isə cavabdeh tərəf əvvəlki məhkəmə icraatında tərəflər arasında mübahisələndirilmiş, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə qiymətləndirilmiş faktları bir daha sadalamaqla kifayətlənmişdir. Etiraz ərizəsi hüquqi və faktiki əsasdan məhrumdur. Belə ki, cavabdeh tərəf hansı faktları təsdiqləyən sübutları əsas götürməklə və hansı maddi hüquq normalarına istinad etməklə iddia ərizəsinin təmin edilməməli olduğuna dair heç bir əsas irəli sürə bilməmişdir. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qanunsuz hərəkətləri nəticəsində iki il ərzində (noyabr 2022-noyabr 2024-cü illər) özünə məxsus olan Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edə bilməmiş, həmin torpaq sahəsindən hər hansı bir fəaliyyətlə bağlı fayda götürə bilməmişdir. Bu müddət ərzində torpaq sahəsindən istifadə edə bilməməsi ilə bağlı iddiaçı tərəfə maddi zərər dəymişdir. Həmçinin, “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli rəyi məhkəməyə təqdim edilmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş edirlər. Cavabdeh Cavabdeh vəkili və nümayəndəsi vəkil1 ##.##.2025-ci il tarixdə məhkəməyə elektron qaydada təqdim etdiyi ərizəsində bildirmişdir ki, iddiaçı İddiaçı ## ###### 2022-ci il tarixli iddia ərizəsinin ikinci səhifəsində cavabdehin məcburi qaydada çıxarılmağını tələb etdiyi torpaq sahəsində və Şirvan Kommersiya Məhkəməsinin icraatında olan dəymiş maddi zərərə görə olan iddia ərizəsinin ikinci səhifəsində özbaşına tikinti işlərini apardığını, tam və ya yarım tikililər inşa etdiyini, həmin sahədə maldarlıq və əkinlə məşğul olduğunu, həmin torpaq sahəsində yerləşməyini, orada çoxlu adamları işlətdiyini, həmin torpaq sahəsinə girişin qarşısının almaq üçün şlaqbaumun qoyulmasını və süni manelərin yaradılmasını bildirmişdir. Bu o deməkdir ki, iddiaçı İddiaçı onlara qarşı iddia qaldırdığı vaxt istifadə hüququnu almış olduğu 9.9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hələ yerini bilmirdi. Məhz bu səbəbdən də qanunla istifadəsində olan torpaq sahəsində maldarlıq və əkinlə məşğul olduğu torpaq sahəsindən məcburi çıxarılmağını tələb etmişdir. Lakin Beyləqan rayon məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən iddia qismən təmin olunmuş, yəni cavabdehin iddiaçı İddiaçı istifadəsinə verilmiş 9.9997 ha torpaq sahəsinin 3.53 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılmaqla iddiaçının həmin torpaq sahəsinə girişinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun 25 manatının cavabdehdən, qalan 25 manat məbləğində pulun isə iddiaçıdan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazırliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməsi qət edilmişdir. Lakin 3.53 ha torpaq sahəsindən istifadə etməyi də Beyləqan rayon məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsindən də göründüyü kimi, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 ilə Cavabdeh arasında bağlanılmış ## ###### 2023-cü il tarixli **BF/***/* saylı müqaviləyə əsasən 8 ha torpaq sahəsinə dair Birgə fəaliyyət haqqında müqavilə əsasında olmuşdur. Axı həmin 9.9997 ha torpaq sahəsinin mülkiyyətçisi bu gün də Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Onu da bildirir ki, torpaq sahəsinə dair istifadə hüququnu iddiaçı İddiaçı satmış Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin torpaq sahəsinin 8000 manata 5 ha ona, 5 ha isə qardaşı oğlu Elçinə ömürlük satmışdır. Bu barədə olan əlyazma sənədə X4 təsərrüfatının möhürü də vurulmuşdur. Hətta həmin əlyazmada 8000 mant pulun poçt vasitəsilə göndərilməsi qeyd olunmuş və 8000 manat pul əlyazma sənədinin imzalandığı və möhürlə təsdiq edildiyi gün, yəni ##.##.2019-cu il tarixində poçt vasitəsi ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına poçtla göndərilmişdir. Məlum edir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs icarə adı ilə verilmiş, sonradan isə istifadə hüququ adı ilə satılmış 9.9997 ha torpaq sahəsinin naturada yeri məhkəmə qətnamələrinin qanuni qüvvəyə mindiyi günə müəyyən olunmamışdır. Həmin mütəxəssis rəyinin verilldiyi vaxtı da qətnamələrdən göründüyü kimi, ondan istifadəsində olan torpaq sahəsi ilə bağlı heç bir sənəd istənilməmişdir. Həmin mütəxəssis rəyinin verildiyi vaxtı da sürüşmə nəticəsində 3.53 ha torpaq sahəsindən istifadə etməsini bildirmişdir. Ekspert rəyi isə mütəxəssis rəyinin eyni ilə köçürülməsi nəticəsində tərtib olunmuşdur. İddiaçı İddiaçı istifadəsinə verilmiş 9.9997 ha torpaq sahəsinin TEKUS-a əsasən torpaq sahəsinin yeri hələ bu gün də müəyyənləşdirilməmişdir. Daha doğrusu həmin 9.9997 ha torpaq sahəsinin koordinat nöqtələri nə mütəxəssis rəyində, nə də ki, iş üzrə keçirilmiş ekspertiza rəyində göstərilməmişdir. Bu barədə olan qəbz və digər sənəd şəxsi kabinet vasitəsi ilə Şirvan Kommersiya məhkəməsinin icraatında olan iddia ərizəsinə əlavə olunması üçün göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli,e-2(102)- ****/**** saylı qərarından sonra, yəni torpaq mübahisəsinin həll olunmasından sonra sonra Beyləqan rayon məhkəməsi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli icra vərəqəsi ## ######## 2024-cü il tarixində icraya yönəldilmişdir. Həmin icra ilə əlaqədar olaraq Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2, Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9, tələbkar İddiaçı və borclu Cavabdeh və ƏMDK-nin Beyləqan rayon şöbəsinin mühəndisi X6 iştirakları ilə Beyləqan rayon məhkəməsinin ## ###### 2023cü il tarixli, 2(020)- ***/**** saylı icra sənədində göstərilmiş 3.53 ha torpaq sahəsinin ölçülərək iş üzrə tələbkar İddiaçı təhvil verilməsinə dair akt tərtib olunmuşdur. Həmin akt iştirakçılar tərəfindən imazalara təsdiq olunmuşdur. Aktın tərtib olunmasından sonra isə ## ###### 2024-cü il tarixli icraata xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Bu isə onu göstərir ki, cavabdeh kimi tərəfindən iddiaçı İddiaçı heç bir maddi zərər vurulmamışdır. İşin materiallarından da göründüyü kimi, iddiaçı İddiaçı torpaq sahəsinə dair istifadə hüququnun satılmasına baxmayaraq qətnamələrin qanuni qüvvəyə minməsinə qədər, icra vərəqəsi icra olunana qədər torpaq sahəsinin yerini bilməmişdir. Çünki ona istifadə üçün satılmış torpaq sahəsinin yerini bilmiş olsaydı onun maldarlıq və əkinliklə məşğul olduğu torpaq sahəsi ilə bağlı, həmin torpaq sahəsindəki tikililərlə bağlı, həmin tikililərə gedən yolun üzərində şlaqbaumun qoyulmasını, həmin şlaqbaumla bağlı süni maneənin yaradılmasını, orada işləyən işçilərin sayının çox olmasını iddia etməzdi. Bu hal iddiaçı İddiaçı mübahisəli torpaq sahəsinin məhkəmələr qaydasında həll olunmasından sonra ondan pul tələb edilməsinə heç bir hüquqi əsas vermir. İddiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə ##.##.2025-ci il tarixdə məhkəməyə ünvanladığı (çıxış) ərizəsində bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, 2(020)- ***/**** saylı qətnaməsi ilə cavabdeh Əliyev Şahin Qəhrəman oğlunun, çıxarışla iddiaçı İddiaçı istifadəsinə verilmiş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahasinin iddiaçının istifadəsinə qaytarılmaqla iddiaçının həmin torpaq sahəsinə girişinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və qətnamə qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin ## ### 2024-cü il tarixli, *(***)-****/**** saylı qəran ilə kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qətnaməsi ## ###### 2024-cü ildə hər iki tərəfin iştirakı ilə icraya yönəldilmişdir və həmin tarixdə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin girişinə qoyulan maneələr aradan qaldırılmış və reyestr nömrəsi 607011001504 olan ##.##.2022-ci il tarixli çıxarışla iddiaçıya məxsus 9.9997 hektar torpaq sahəsi bütün şəkildə iddiaçıya təhvil verilmişdir. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qanunsuz hərəkətləri nəticəsində iki il ərzində (noyabr 2022- noyabr 2024-cü illər) özünə məxsus olan Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edə bilməmiş, həmin torpaq sahəsindən hər hansı bir fəaliyyətlə bağlı fayda götürə bilməmişdir. Bu müddət ərzində torpaq sahəsindən istifadə edə bilməmələri ilə baglı iddiaçı tərəfə maddi zərər dəymişdir. Hazırda isə həmin torpaq sahəsi iddiaçı tərəfindən buğda, qarğıdalı və yonca əkilməklə tam olaraq istifadə edilməkdədir. İş materiallarına əlavə edilmiş rəydə qeyd edilmişdir ki, iki il ərzində (noyabr 2022-noyabr 2024-cü illər) qeyd edilən torpaq sahəsində buğda və yonca əkiləcəyi təqdirdə bütün aqrotexniki qulluq xərclərini çıxmaqla 37230 (otuz yeddi min iki yüz otuz) təmiz gəlir əldə edilməsi müəyyən edilmişdir. Yəni ki, əldən çıxmış fayda olaraq yuxarıda qeyd olunan məbləğ müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, qeyd edilən torpaq sahəsi ilə bağlı Aqrar Sığorta Fondu tərəfindən verilmiş X12 və Bitkiçilik Məhsullarının Sığortası Şəhadətnaməsində əkin sahəsi bir il üçün 18999.43 manat dəyərində sığorta edilmişdir. ##.##.2022-ci il tarixində torpaq sahəsinə dair Çıxarışı əldə etdikdən sonra iddiaçı cavabdehə torpağın ona məxsus olmasını və torpaq sahəsini boşaldıması gərəkdiyini bildirsə də, cavabdeh hüquq pozuntusunu hərəkətsizliklə davam etdirmişdir. Noyabr 2022-ci ildə isə iddia tələbi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edilmişdir. Cavabdeh heç bir zaman xoş niyyət göstərməmiş, apellyasiya və kassasiya şikayətlərini ayırlmış müddətin son günündə verməklə öz qeyri-hüquqi davranışını davam etdirmişdir. Həmçinin, cavabehin hətta özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə də bağlı hüquq müəyyən edici sənədləri yoxdur. İş üzrə qəbul edilmiş qətnamələrdə bu fakt təsbit edilmişdir. Mülki Məcəllənin 21-ci, 152-ci, 157-ci maddələrini qeyd etməklə bərabər Torpaq Məcəlləsinin 67.4-cü, 84.3-cü, 111.1-ci maddələri də iddia tələbinin hüquqi əsasını təşkil edir. Bundan öncə cavabdehin formal mülahizələrdən ibarət etiraz ərizəsinə də münasibət bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı İddiaçı vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya instansiyasında birinci icraat: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mülki hüquq pozuntusuna görə zərərin əvəzinin ödənilməsi üçün zərərin mövcudluğu, hüquqazidd əməl, təqsir və həmin əməl ilə zərər arasında səbəbli əlaqə sübuta yetirilməlidir. Kollegiya müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi alqı-satqı müqaviləsindən sonra iddiaçıya faktiki təhvil verilməmiş, iddiaçı həmin torpaq sahəsi üzərində faktiki sahibliyi əldə etməmiş, cavabdeh isə torpaq sahəsindən əvvəlki razılaşmalar və sonradan bağlanmış müqavilə əsasında istifadə etmişdir. Buna görə də cavabdehin iddiaçıya maddi zərər vurması, habelə onun təqsirli davranışı iş materialları ilə təsdiq edilməmiş, iddiaçı tərəfindən zərərin və onun məbləğinin mötəbər sübutlarla sübuta yetirilmədiyi qənaətinə gəlinmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilərək qüvvədə saxlanılmışdır. Kassasiya instansiyasında icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi mübahisəyə düzgün hüquqi qiymət verməmiş, Mülki Məcəllənin 157.5-ci maddəsini tətbiq etsə də, həmin normanın dispozisiya şərtləri baxımından iddianın niyə əsassız olduğunu əsaslandırmamışdır. Ali Məhkəmə qeyd etmişdir ki, mübahisə iddiaçının torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində yaranan tələblə bağlı olduğundan cavabdehin vicdanlı və ya vicdansız sahib olub-olmaması, onun torpaq sahəsindən istifadə etməklə hansı gəlirləri əldə etdiyi və ya əldə etməli olduğu, habelə iddiaçının MM-in 157.5ci maddəsindən irəli gələn hüquqlarının mövcudluğu tam araşdırılmadan iddianın rədd edilməsi düzgün olmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək apellyasiya şikayətini təmin etməklə Şirvan Kommersiya Məhkəməsnin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzi olaraq 40000 manat və dövlət rüsumunun tutulmasına dair iddiası təmin edilməmiş, lakin həmin qətnamə əsassız və qanunsuz qəbul olunmuşdur. Şikayətdə göstərilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsindən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC ilə bağladığı birgə fəaliyyət müqaviləsi və əvvəlki istifadəçinin razılığı əsasında qanuni istifadə etdiyini qəbul etmiş, bu səbəbdən iddiaçının 2022-ci ilin noyabr ayından 2024-cü ilin noyabr ayınadək həmin torpaq sahəsində buğda və yonca əkəcəyi halda əldə edə biləcəyi gəlirin əldən çıxmış fayda kimi cavabdehdən tutulmasına dair tələbini əsaslı hesab etməmişdir. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsində “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin nümayəndəsinin ifadəsi ilə həmin torpaq sahəsinin həqiqətən MMCnin balansında olmasına dair hər hansı sənəd təqdim edilmədiyi, balans torpaqları ilə bağlı dəqiqləşdirmələrin aparıldığı müəyyən edilmişdir. Şikayətdə vurğulanmışdır ki, məhkəmə MPM-nin 82.3-cü maddəsinə istinad edərək əvvəlki məhkəmə qərarlarının preyudisial əhəmiyyətini qəbul etsə də, həmin qərarlarla müəyyən edilmiş halları tam nəzərə almamışdır. Həmçinin qeyd edilmişdir ki, cavabdeh torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim etmədən həmin torpaqdan istifadə etmiş, iddiaçı isə torpaq sahəsindən sahibkarlıq məqsədilə istifadə etmək hüququndan iki il müddətində məhrum olmuş və nəticədə zərərə uğramışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın əvvəlki iclaslarında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini əsassız hesab etmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, qeyd edilən ərazidən 2005-2006-cı ildən istifadə edir. Bu uzun illər ərzində həmin torpaq sahəsində müvafiq tikililər inşa etmiş və etirazsız olaraq sahibliyində olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin sonradan, yəni 2018-ci ildə “X4 Təsərrüfatı” MMC-nin direktoru Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə razılaşaraq ondan fəaliyyət göstərdiyi əraziyə yaxın yerdə təxminən 5 ha torpaq sahəsini 8000 manat qarşılığında almışdır. Həmin torpaq sahəsində taxıl və yonca əkini aparmamış, qeyd edilən ərazidən yalnız örüş sahəsi kimi istifadə etmişdir. Qeyd edilən ərazidə təxminən 17 ildir ki, istifadə etmişdir. Yalnız 2022-ci ildə bilmişdir ki, iddiaçı həmin ərazidə Mahirədən torpaq sahəsi alıb. Lakin alınan torpaq sahəsi Mahirə tərəfindən iddiaçıya təqdim edilməyib. Buna görə də iddiaçı torpaq sahəsinin yerini ümumiyyətlə bilməmişdir. Belə ki, iddiaçı onun vaxtı ilə inşa etdirdiyi tikililərdən və 10 ha torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, o yalnız iddiaçının istifadəsinə verilmiş 3.53 ha torpaq sahəsindən istifadə etmiş olmuşdur. Buna görə də qətnamə ilə onun yalnız 3.53 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Lakin onun vaxtı ilə inşa etdiyi tikililərdən və digər torpaq sahəsindən çıxarılması qət edilməmişdir. Bu da onu göstərir ki, 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs icarə adı ilə verilmiş, sonradan isə istifadə hüququ ilə İddiaçıya satılmış 9.9997 ha torpaq sahəsi faktiki olaraq yerində İddiaçı təqdim və təhvil verilməmiş və ya yeri ona göstərilməmişdir. Həmçinin İddiaçı qeyd edilən torpaq sahəsindən heç vaxt istifadə etməmiş, hazırda da istifadə etmir. Cavabdehin nümayəndəsi (vəkili) vəkil1 əvvəlki məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətini əsassız hesab etmiş, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışında Kollegiya hesab etmişdir ki, qəbul ediləcək qətnamə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs maraqlarına toxuna bilər. Buna görə də Kollegiya Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (o birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilsə də) iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. İddiaçıya və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində apellyasiya şikayətini təmin etməklə Şirvan Kommersiya Məhkəməsnin ##.##.2025-ci il tarixli,e-*-*(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni mahiyyətcə tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84.3-cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 112-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxara bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X15 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi 607011001504 olan, ##.##.2018-ci il tarixli Çıxarışla Beyləqan şəhər ərazisində “Günay” KFT-nın (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) istifadəsinə 9.9997 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Beyləqan rayon İcra Hakimiyyətinin balansında olan Beyləqan şəhəri ərazisində yerləşən, ölçüsü 9,9997 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ ##.##.2022-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində 607011001504 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC (birinci tərəf) ilə Cavabdeh (ikinci tərəf) arasında bağlanmış ##.##.2023-cü il tarixli **BF/***/* nömrəli “birgə fəaliyyət haqqında” müqavilədən görünür ki, tərəflər arasında təsərrüfata məxsus Beyləqan rayonu, xəstəxana yolunun yaxınlığında yerləşən 8 (səkkiz.) hektar torpaq sahəsindən birgə istifadə edərək əkinçilik təsərrüfatını inkişaf etdirmək barədə razılaşma əldə olunmuşdur. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən məcburi olaraq çıxarılma və maneənin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh Əliyev Şahin Qəhrəman oğlunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi 607011001504 olan ##.##.2022-ci il tarixli çıxarışla İddiaçı istifadəsinə verilmiş 9.9997 hektar torpaq sahəsinin 3.53 ha hissəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Beyləqan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarından görünür ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Beyləqan rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarının, iddiaçı (icra işi üzrə tələbkar) və cavabdehin (icra işi üzrə borclu) iştirakları ilə tərtib edilmiş və imzalanmış aktın surətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli icra sənədində göstərilən torpaq sahəsi ölçülərək iş üzrə tələbkar İddiaçı təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2023-cü il tarixli, **/**** saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Beyləqan şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi 607011001504 olan ##.##.2022-ci il tarixli çıxarışla verilmiş 9.9997 hektar torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Cavabdeh Əliyev Şahin Qəhrəman oğlu tərəfindən Beyləqan şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi 607011001504 olan ##.##.2022-ci il tarixli çıxarışla İddiaçı verilmiş 9.9997 hektar torpaq sahəsinin 3.53 ha hissəsi istifadə olunur. Cavabdeh Əliyev Şahin Qəhrəman oğlu tərəfindən istifadəsində olan torpaq sahəsi barədə hüquqmüəyyən edici sənədlər (yerquruluşu planı və ayrıca aktı və s) təqdim edilmədiyi üçün istifadə etdiyi torpaq sahəsinin İddiaçı məxsus torpaq sahəsi ilə üstüstə düşübdüşməməsini müəyyən etmək mümküm olmamışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilib şahid qismində dindirilən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ifadəsində göstərmişdir ki, “X4 Təsərrüfat” nın rəhbəridir. Şəhid ailəsi kimi müraciətindən sonra ona 15 ha torpaq sahəsi verilmişdir. Həmin torpağın 5 hektarı sənədli olmuş, qalan 10 hektarını da sonradan sənədləşdirmişdir. Torpaqdan uzun müddət onun razılığına əsasən Cavabdeh istifadə etmişdir. Lakin Cavabdeh onunla olan razılaşmaya əməl etməmişdir. İddiaçı isə onun yaxın qohumudur. Ona görə də ona məxsus təsərrüfatın istifadəsində olan 9.9997 ha torpaq sahəsini Bakı şəhərinin ** saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında istifadə hüququnu İddiaçı satmışdır. Lakin Cavabdeh həmin torpaq sahəsində iddiaçıya istifadə etməyə maneçilik törədir. Halbuki, Cavabdeh həmin torpaq sahəsinə heç bir hüququ yoxdur. Göründüyü kimi iddia təmin edilməmiş, qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış və müəyyən edilmiş faktlardan səhv hüquqi nəticəyə gəlmişdir. Şikayətdə göstərilmişdir ki, məhkəmə qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə qərarları ilə cavabdehin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərinin olmadığı müəyyən edildiyi halda, cavabdehin torpaq sahəsindən qanuni istifadə etdiyini qəbul etmişdir. Qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsindən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC ilə bağladığı birgə fəaliyyət müqaviləsi və əvvəlki istifadəçinin razılığı əsasında qanuni istifadə etdiyini qəbul etmiş, bu səbəbdən iddiaçının 2022-ci ilin noyabr ayından 2024-cü ilin noyabr ayınadək həmin torpaq sahəsində buğda və yonca əkəcəyi halda əldə edə biləcəyi gəlirin əldən çıxmış fayda kimi cavabdehdən tutulmasına dair tələbini əsaslı hesab etməmişdir. Eyni zamanda qeyd edilmişdir ki, məhkəmə təqdim olunmuş sübutları düzgün qiymətləndirməmiş, cavabdehin torpaq sahəsini qanunsuz istifadə etməsi nəticəsində iddiaçının əldən çıxmış faydaya məruz qalmasını nəzərə almamış və qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir.
1. Müəyyən edilir ki, Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə və sahiblik hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, ##.##.2018-ci il tarixli çıxarışa əsasən “X4 Təsərrüfatı” MMC-yə məxsus olmuş, sonradan iddiaçı İddiaçı ilə “X4 Təsərrüfatı” MMC arasında (MMC adından Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) Bakı şəhəri ** saylı Notariat Kontorunda təsdiqlənmiş *M-**** saylı, ##.##.2022-ci il tarixli, sözügedən torpaq sahəsinin istifadə hüququnun alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilən torpaq sahəsinin istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə və sahiblik hüququ DƏDRX-i tərəfindən verilmiş ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı adına qeydə alınmışdır.
2. İddiaçı istifadə hüququ ilə ona məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini, həmin sahədən istifadəsinə maneə yaradıldığını, çıxarılmış məhkəmə qərarları ilə cavabdehin zəbt etdiyi sahədən çıxarılmasının qət edildiyini və torpaq sahəsi onun istifadəsinə verildiyi tarixdən məhkəmə aktının icra edildiyi tarixə kimi olan müddətdə torpaq sahəsindən istifadə edərək faydalana bilmədiyini əsas gətirir və cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində əldən çıxmış fayda şəklində məruz qaldığı zərərin əvəzinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə mübahisəli torpaq sahəsini zəbt etmədiyini, həmin torpaq sahəsini qanuni əsaslarla əldə etdiyini, iddiaçıya heç bir zərər vurmadığını bildirir.
3. Müəyyən edilir ki, iddiaçı İddiaçı Beyləqan rayonu ərazisində yerləşən istifadə hüququ ilə ona məxsus olan 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən zəbt edildiyini bildirərək torpaq sahəsinin boşaldılması və maneələrin aradan qaldırılması barədə ayrıca iddia qaldırmış, həmin mübahisə üzrə qəbul olunmuş və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə cavabdehin 3,53 ha torpaq sahəsindən çıxarılması və həmin hissənin iddiaçının istifadəsinə qaytarılması müəyyən edilmişdir. Hazırkı işin predmeti isə 40.000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulmasıdır. Belə ki, iddiaçı iddia edir ki, 2022-ci ilin noyabr ayından 2024-cü ilin noyabr ayınadək həmin torpaq sahəsində buğda və yonca əkəcəyi halda əldə edə biləcəyi gəlirin məbləği 40000 manat ola bilərdi.
4. İşin halları ilə müəyyən edilir ki, iddiaçının mübahisəli torpaq sahəsinə istifadə hüququ ##.##.2022-ci il tarixdə yaranmışdır. Həmin tarixə kimi mübahisəli torpaq sahəsinin bir hissəsi (3.53 ha) cavabdehin faktiki istifadəsində olmuşdur. Torpaq sahəsinin ilkin istifadəçisi olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs birinci instansiya məhkəməsində vermiş olduğu izahata görə, mübahisəli torpaqdan uzun müddət onun razılığına əsasən cavabdeh Əliyev Şahin Qəhrəman oğlu istifadə etmiş, lakin sonradan Cavabdeh onunla olan razılaşmaya əməl etmədiyinə görə həmin sahəyə dair istifadə hüququnu yaxın qohumu olan iddiaçıya satmışdır. Göründüyü kimi cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi İddiaçı istifadəsinə verilmiş 9.9997 hektar torpaq sahəsinin 3.53 ha hissəsini təşkil etmiş və qeyd olunan 3,53 ha torpaq sahəsi ##.##.2024cü il tarixdə iddiaçının istifadəsinə qaytarılmışdır. Məhz buna görə də iddiaçı istifadəsinə verilmiş 9.9997 hektar torpaq sahəsindən 2022-ci ilin noyabr ayından 2024-cü ilin noyabr ayına kimi buğda və yonca əkiləcəyi təqdirdə əldə edə biləcəyi zərər kimi 40000 manat puldan məhrum olduğunu iddia etmişdir.
5. Cavabdeh mübahisəli torpaq sahəsinin qanuni əsaslarla (“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı birgə fəaliyyətə dair müqavilə, həmçinin əvvəlki istifadəçinin razılığı əsasında) istifadəsində olmasına istinad edərək, həmin torpaq sahəsinin boşaldılmasına dair ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməmiş və sonradan həmin tələb üzrə çıxarılmış məhkəmə aktlarını mübahisələndirmişdir.
6. Yuxarıda şərh edilənlərə əsasən müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin bir hissəsi iddiaçı tərəfindən mübahisələndirilənə kimi uzun illər (2006-2022-ci illər) cavabdehin sahibliyində və istifadəsində olmuşdur.
7. Mülki Məcəllənin 164.1-ci maddəsində göstərilir ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Bu norma sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir (§ 28-30).
8. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.
9. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur.
10. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir.
11. Əmlak hüquqlarının iki ayrı növü olan əşya və tələb hüquqları isə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər.
12. Əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (məsələn, mülkiyyət hüququ, servitut, ipoteka və s.). Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır.
13. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə vəziyyət dəyişmir (məsələn, alqı-satqı müqaviləsi üzrə alıcının əşyanın onun mülkiyyətinə verilməsini satıcıdan tələb etmək hüququ– MM, m.567; kirayə müqaviləsi üzrə kirayəçinin əşyanın onun istifadəsinə verilməsini kirayəyə verəndən tələb etmək hüququ– MM, m. 675). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır.
14. Beləliklə, tələb hüququ öhdəlik münasibətlərində kreditorun borcludan bir hərəkəti yerinə yetirməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü əşya üzərində birbaşa hakimiyyət təmin edir və hər kəs bu hüququ pozmamaq öhdəliyi daşıyır. Əşya hüququ mövcud və müəyyən bir əşya üzərində qurula biləcəyi halda, mövcud olmayan və gələcəkdə orataya çıxa biləcək bir əşya (məsələn, podratda hər hansı məmulatın hazırlanması) tələb hüququnun predmeti ola bilər.
15. Qanunverici, MM-in 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut, tikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs, MM-in 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər.
16. Normanın bu cür təfsirinə və tətbiqinə dair qənaət ondan irəli gəlir ki, əvvəla, sözügedən müddəa Mülki Məcəllənin “Əmlak və Əşya hüququ” bölməsində yer alan “Mülkiyyət hüququnun ümumi müddəaları” adlı 6-cı fəslindəki “Mülkiyyətin müdafiəsi”nə dair 157-ci maddənin tərkibində nəzərdə tutulmuşdur. Yəni, məsələyə normaların sistematik təfsiri baxımından yanaşdıqda Məcəllənin Xüsusi Hissəsində tənzimlənən tələb hüquqlarına (7-ci bölmədəki müqavilədən əmələ gələn öhdəliklərə) aid bir qaydanın tam əşya hüququ sayılan mülkiyyət hüququna aid fəsildə və normada yer alması ağlabatan deyil. Bundan əlavə, mülkiyyət hüququnun müdafiəsinə dair qaydaların müqavilədən irəli gələn tələb hüquqlarına da şamil edilməsi, bu hüquqları eyniləşdirmək anlamına gəlir. Halbuki, yuxarıda göstərilən əlamətləri baxımından mahiyyətcə fərqli olan həmin hüquqlara (əşya və tələb hüquqlarına) eyni yanaşma sərgilənə bilməz. Əks halda, bu hüquqlar arasındakı fərqləndirmənin bir mənası qalmazdı.
17. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının tələbi “X4 Təsərrüfatı” MMC arasında (MMC adından Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) bağlanmış torpaq sahəsinin istifadə hüququnun alqı-satqı müqaviləsinə əsaslanır. Eyni zamanda “X4 Təsərrüfatı” MMC (MMC adından Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) tərəfindən bağlanmış müqavilə öhdəliyi icra edilməklə torpaq sahəsi faktiki olaraq iddiaçıya təhvil verilməmişdir.
18. Hazırkı işin mübahisəsiz hallarına əsasən mübahisəli torpaq sahəsi üzrə istifadə hüququ İddiaçı satılan zaman həmin torpaq sahəsi satıcı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən faktiki olaraq iddiaçıya təhvil verilməmişdir. Həmin ərazi yalnız uzun sürən məhkəmə mübahisələrindən sonra - ##.##.2023-cü il tarixli icra sənədi üzrə Beyləqan rayon İcra və Probasiya şöbəsinin tərtib etdiyi Akt əsasında ona təhvil verilmişdir. Qeyd edilən dövr ərzində adıçəkilən ərazi Cavabdeh faktiki sahibliyində olmuşdur. Cavabdeh ##.##.2023-cü il tarixli icra sənədi əsasında çıxarılması nəzərdə tutulmuş, DƏDRX-nin Dövlət reyestrindən ##.##.2022-ci il tarixli çıxarışla İddiaçı 3.53 ha torpaq sahəsindən 2019-cu ildən etibarən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə aralarında olan sadə yazılı razılaşma, daha sonralar isə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC ilə aralarında bağlanmış ## ###### 2023-cü il tarixli müqaviləyə əsasən istifadə etmişdir.
19. Beləliklə, iddiaçının torpaq sahəsinə dair istifadə hüququ həmin müqavilədən irəli gələn tələb hüququdur. Bu hüquq üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bilər.
20. Hazırkı işdə iddia müqavilənin tərəfi (satıcı) olan “X4 Təsərrüfatı” MMC-yə (MMC adından Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı deyil, üçüncü şəxs olan cavabdehə qarşı qaldırılmışdır. Yəni, hazırkı iş üzrə iddiaçı dəymiş zərərin ödənilməsi tələbi ilə cavabdehə qarşı deyil, “X4 Təsərrüfatı” MMC-yə (MMC adından Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı iddia qaldıra bilərdi. Çünki, “X4 Təsərrüfatı” MMC (MMC adından Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) satılmış olan torpaq sahəsini azad şəkildə iddiaçıya təhvil verməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində özü qeyd etmişdir ki, istifadə hüququ olan torpaq sahəsinə daxil olmaq istəyərkən cavabdehin maneələri ilə qarşılaşmış, buna görə də mübahisəli torpaq sahəsindən istifadə edə bilməmişdir.
21. Kollegiyanın gəlmiş olduğu nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe ilə də uzlaşır. Həmin qərarda Ali Məhkəmə vurğulamışdır ki, torpaq sahəsinin icarəyə verilməsi barədə qərarın və müqavilənin mövcudluğu hələ şəxsin həmin torpaq üzərində faktiki sahiblik və istifadə imkanını əldə etməsi demək deyildir. Məhkəmə müəyyən etmişdir ki, bələdiyyə tərəfindən torpaq sahəsi iddiaçıya ayrılmış olsa da, həmin sahə ona faktiki təhvil verilməmiş, uzun illər başqa şəxsin sahibliyində qalmışdır. Məhz buna görə Ali Məhkəmə sahibliyin müdafiəsini təmin etmişdir. Həmin qərarın mahiyyətindən müəyyən edilir ki, hüququn mövcudluğu ilə həmin hüququn faktiki həyata keçirilməsi fərqli anlayışlardır. Şəxsə müəyyən torpaq sahəsi üzərində hüquq verilməsi onun həmin torpaqdan real istifadə edə bilməsi anlamına gəlmir. Əgər torpaq sahəsi faktiki olaraq təhvil verilməyibsə və ya hüquq sahibi həmin əraziyə daxil ola bilməyibsə, hüququn iqtisadi nəticələrindən istifadə etmək imkanı da yaranmır. Hazırkı işdə də iş materiallarından görünür ki, iddiaçı ##.##.2022-ci il tarixdə çıxarış əldə etmiş olsa da, torpaq sahəsinin ona faktiki təhvil verilməsi həmin tarixdə baş verməmişdir. Əksinə, iddiaçı özü göstərmişdir ki, torpaq sahəsinə daxil ola bilməmiş, orada cavabdehin fəaliyyət göstərdiyini iddia etmiş və buna görə ayrıca çıxarılma iddiası qaldırmışdır. Sonradan qəbul olunmuş məhkəmə aktı ilə də cavabdehin yalnız 3,53 ha hissədən çıxarılma müəyyən edilmişdir. Baxılan işdə də faktiki vəziyyət göstərir ki, iddiaçı çıxarış aldığı andan etibarən torpaq sahəsini faktiki qəbul etməmiş, torpaq sahəsi ona yalnız sonradan icra hərəkətləri nəticəsində təhvil verilmişdir. Kollegiya həmçinin Azərbaycan Respublikası Ali Məhkəmənin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarında ifadə olunmuş hüquqi mövqeni nəzərə almışdır. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.