Məhkəmə qərarları › İş №2-2(3-9)-59/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-59/2026

30.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-59/2026 30.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit borcunun tutulması tələbi”nə dair iş üzrə Q Ə T N A M Ə S I Açar sözlər: kredit borcunun tutulması tələbi. Şirvan şəhəri, ## ##### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Imanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad Ilham oğlunun katibliyi ilə, Işin halları: Iddiaçı İddiaçı QSC cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya məhkəməsinə müraciət edərək, cavabdеhlər cavabdeh4, cavabdeh2, cavabdeh3, cavabdeh1 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - ***R********** saylı krеdit razılaşması üzrə 16051.44 manat məbləğində krеdit bоrcu, 1795.69 manat məbləğində faiz bоrcu və 455.33 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 18302, 46 (on səkkiz min üç yüz iki manat, qırx altı qəpik) məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 144.91 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə cavabdeh4 və zamin qismində cavabdeh2 və cavabdeh3 arasında bağlanmış ##.##.2022-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən cavabdeh4 120 ay müddətinə 1 000 000 manat məbləğində krеdit хətti açılmışdır. Bundan başqa, ##.##.2023-cü il tarixli ***S************ saylı Qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh cavabdeh1 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında cavabdeh4 “xxxx” QSC ilə bağladığı ##.##.2024-cü il tarixli ***R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2024- cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. cavabdeh4 götürdüyü krеdit bоrcundan 948,56 manat ödəmiş, onun 16051,44 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. O kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 142 gün üçün hesablanmış faiz borcu 1795,69 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 142 gün üçün hеsablanmış cərimə 455,33 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər cavabdeh2, cavabdeh3, cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər cavabdeh4 və cavabdeh3 məhkəmənin ## #### 2025-ci il tarixli iclasında iştirak etmiş və iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada 15750,08 manat əsas borc, 1795,69 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 17645,77 (on yeddi min altı yüz qırx beş manat, yetmiş yeddi qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 142,94 (bir yüz qırx iki manat, doxsan dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilməsi, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 96,41 manatının cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada, 3,59 manatının isə iddiaçı İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh cavabdeh4 apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, xeyrinə yeni bir qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnamədən narazıdır və borcunu vaxtında ödəməməsinin səbəbi maddi durumunun pisləşməsi ilə bağlı olmuşdur, bank tərəfindən hesablanmış faiz və cərimə borcu həddindən artıq şişirdilmişdir və maddi imkanı yaxşı olduğu halda əsas borcu ödəyib bağlamaq niyyətində olmuşdur. Eyni zamanda şikayətdə qeyd olunur ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən iş üçün əhəmiyyətli olan hallar tam araşdırılmamış, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilmədən işə baxılmış, iştirakının zəruriliyi müəyyən edilmədən qətnamə çıxarılmışdır. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmə tərəfindən müəyyən edilən hallar, bu halları təsdiq edən sübutlar, eləcə də tərəflərin istinad etdiyi dəlillərin rədd edilməsinin səbəbləri göstərilməmiş, məhkəmə yalnız müəyyən ifadələrə və qərarlara istinad etməklə kifayətlənmişdir. Bundan başqa, hakim sübutları qiymətləndirməmiş, iş üçün hansı halların müəyyən edildiyini və hansı halların müəyyən edilmədiyini, tərəflər arasında hansı hüquqi münasibətlərin mövcud olduğunu və tətbiq edilməli olan hüquq normasını müəyyən etməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh cavabdeh4 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək xeyrinə yeni bir qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. Işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: ## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1-ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci maddəsinə əsasən Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) v axtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1-ci maddəsinə əsasən borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 742.5.3-cü maddəsinə əsasən borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.4-cü maddəsinə əsasən borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə cavabdeh4 (kredit alan) və zaminlər cavabdeh2 və cavabdeh3 arasında bağlanmış ##.##.2022-ci il tarixli, ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən cavabdeh4 120 ay müddətinə, kreditin faiz dərəcəsinin yuxarı həddi 28 % olmaqla, 1000000 manat məbləğində krеdit хətti açılmışdır. Eyni zamanda, həmin müqavilənin 11.1-ci bəndinə müvafiq olaraq zaminlər cavabdeh2 və cavabdeh3 qeyd edilən uzunmüddətli kredit və təminat müqaviləsi üzrə kreditalan cavabdeh4 öhdəliklərinin icra edilməsi ilə bağlı kreditalan cavabdeh4 ilə birgə məsuliyyət daşımaq barədə üzərinə öhdəlik götürmüşdür. Iş materiallarında olan, ##.##.2023-cü il tarixli, ***S************ saylı Qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh1 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Iş materiallarından görünür ki, İddiaçı QSC ilə cavabdeh4 (kreditalan) arasında ##.##.2022-ci il tarixli, ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasında bağlanmış ##.##.2024-cü il tarixli, ***R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 manat məbləğində kredit verilmişdir. Iş materiallarından görünür ki, ##.##.2024-cü il tarixli köçürmə sənədindən görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh4 bank hesabına 17000 manat məbləğində pul köçürülmüşdür. Iş materiallarında olan ##.##.2025-ci il tarixli, “Maliyyə arayışı”nın surətindən görünür ki, cavabdeh4 ##.##.2024-cü il tarixli, ***R********** saylı kredit razılaşmasına əsasən ##.##.2025-ci il tarixə əsas borcu 16051,44 manat, faiz borcu 1795,69 manat, cərimə borcu 455,33 manat olmaqla, cəmi borc məbləği 18302,46 manat təşkil edir. Iş materiallarında olan Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC ilə cavabdeh4 arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışdır. Iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdeh4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və ##.##.2024-cü il tarixli, ***R********** saylı kredit sazişi şərtləri əsas götürülməklə cavabdeh4 banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən ##.##.2025-cü il tarixə: əsas borc üzrə 15.750,08 manat, faiz borcu üzrə 1848,45 manat, ##.##.2025-cü il tarixə əsas borc üzrə 15.750,08 manat, faiz borcu üzrə 3642,21 manat müəyyən edilir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Iş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə müraciət etmək üçün 144,91 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh cavabdeh4 narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam və obyektiv qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin əhəmiyyətli halları araşdırılmadan və tərəfin iştirakı təmin edilmədən qətnamə qəbul etmişdir. Bunun nəticəsində qəbul olunmuş qətnamə qanunsuz və əsassız olub şikayət verən şəxsin hüquqlarının pozulmasına səbəb olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. Iş materiallarından aydın olur ki, İddiaçı QSC ilə cavabdeh cavabdeh4 arasında ##.##.2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış, həmin müqavilə əsasında ##.##.2024-cü il tarixli kredit razılaşması ilə cavabdehə 17.000 manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin cavabdehin bank hesabına köçürülməsi, ödəniş qrafikinin müəyyən edilməsi, həmçinin kredit üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində borcun yaranması iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlərlə tam təsdiq edilmişdir.

2. Birinci instansiya məhkəməsi sübutların məcmusuna əsaslanaraq düzgün olaraq müəyyən etmişdir ki, cavabdeh götürdüyü kredit üzrə öhdəliklərini yerinə yetirməmiş, yalnız cüzi hissəsini ödəməklə qalan məbləği vaxtında qaytarmamışdır. Ekspertiza rəyi ilə də təsdiq olunur ki, ##.##.2025-ci il tarixə cavabdehin banka olan borcu əsas borc üzrə 15.750,08 manat, faiz borcu üzrə isə daha yüksək məbləğdə formalaşmışdır və bu rəy iş üzrə digər sübutlarla uzlaşır. Məhkəmə həmin ekspert rəyini əsaslı və mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur.

3. Apellyasiya şikayətində cavabdeh əsasən maddi vəziyyətinin pisləşməsi səbəbindən ödəniş edə bilmədiyini, hesablanmış faiz və cərimələrin həddindən artıq olduğunu bildirmişdir. Lakin kollegiya qeyd edir ki, bu hallar hüquqi baxımdan öhdəliyin icra edilməməsini istisna edən əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742-ci və 445-ci maddələrinin tələblərinə görə borclu öhdəliyi müəyyən olunmuş qaydada və müddətdə icra etməlidir və icranın gecikdirilməsi onun məsuliyyətini aradan qaldırmır. Cavabdehin maddi vəziyyətinin pisləşməsi onun üzərinə götürdüyü müqavilə öhdəliklərindən azad olunmasına səbəb ola bilməz.

4. Birinci instansiya məhkəməsi həmçinin zaminlərin məsuliyyət məsələsinə də düzgün hüquqi qiymət vermişdir. Iş materialları ilə müəyyən olunur ki, zaminlər uzunmüddətli kredit və təminat müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasına görə bank qarşısında birgə məsuliyyət götürmüşlər və sonradan bağlanmış kredit razılaşması da həmin əsas müqavilədən irəli gəlmişdir. Bu səbəbdən zaminlərin “ikinci kredit üzrə razılıq verməmələri” barədə apellyasiya şikayətində və birinci instansiyada irəli sürülən etirazlar əsassız olaraq düzgün şəkildə rədd edilmişdir.

5. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sübutlara qiymət verərkən Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq onları hərtərəfli və obyektiv qiymətləndirmiş, heç bir sübuta qabaqcadan müəyyən edilmiş qüvvə verməmiş, nəticəni yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən formalaşdırmışdır. Apellyasiya şikayətində isə məhkəmənin sübutları qiymətləndirməməsi və ya işin hallarını tam araşdırmaması barədə irəli sürülən iddialar konkret sübutlarla təsdiqlənmir və ümumi xarakter daşıyır. Eyni zamanda, məhkəmə iddia tələbinə münasibətdə balanslı yanaşma sərgiləmiş, ekspert rəyini nəzərə alaraq əsas borc məbləğini azaldaraq 15.750,08 manat hissədə təmin etmiş, faiz borcunu isə müqavilə və qanunvericiliyin tələblərinə uyğun hesab edərək 1.795,69 manat məbləğində təmin etmiş, cərimə məbləğini isə tənasüblülük prinsipini rəhbər tutaraq 100 manat müəyyən etmişdir. Bu hal məhkəmənin işə formal deyil, mahiyyəti üzrə yanaşdığını və tərəflərin mənafelərini balanslaşdırdığını göstərir.

6. Şikayətin “tərəfin iştirakı təmin edilmədən qətnamə qəbul edilməsi” dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdehlər cavabdeh4 və cavabdeh3 həm məhkəmənin ## #### 2025-ci il tarixli iclasında iştirak etmiş, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş, həm də iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişlər. Digər cavabdehlər də məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmışlar. Göründüyü kimi məhkəmə apellyatora məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Mülki və Kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar