Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(4-11)-442/2026 27.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “öhdəliyin qoyulması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, akseptsiz silinmə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “öhdəliyin qoyulması və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “öhdəliyin qoyulması və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən 22.000 manat kredit borcunun ödənilməsi üçün əmək haqqının yalnız 20%-nin tutulması və subsidiya kartından ödənişlərin tutulmasının dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Quba rayonu, Ağbil kəndində yaşayır, ailəlidir 3 övladı var. O, ailənin gündəlik ehtiyyaclarını ödəmək üçün əlavə olaraq təsərrüfatla məşğul olur. Bu il mövsümü şəraitin qeyri normal keçməsi həmçinin Rusiya bazarlarına çıxışın qeyri-mümkün olması səbəbi ilə təsərrüfat sahəsində böyük çətinliklərlə qarşılaşmışdır, təsərrüfat sahəsini böyütmək, inkişaf etdirmək üçün xeyli vəsait xərcləməyinə baxmayaraq, gəlir əldə edə bilməmişdir. O, Kapital bank ASC-nin Quba filialına yaxınlaşaraq aralarında bağlanmış kredit müqaviləsinə əsasən 24 ay müddətinə 22.000 (iyirmi iki min) manat kredit almış, daha sonra təsarüfatında yaşadığı çətinliklər, maliyyə itirməyi səbəbi ilə kredit ödənişini ödəyə bilməmişdir. O, Kapital Bank ASC-yə rəsmi müraciət ünvanlayaraq kredit ödənişinin faiz hissəsinin dondurulmasını və ona kredit ödənişinin əsas hissəsinin ödənilməsi üçün möhlət verilməsini xahiş etmişdir. Cavabdeh təşkilatdan uzun müddət ona cavab gəlməsiri gözləsədə onlar müraciətinə heç bir münasibət bildirməmişdirlər. O, ailənin dolanışığını təmin etməkdə çətinlik çəkir, yeganə gəlir yerin 383 manat əmək haqqıdır. Cavabdeh təşkilat onun gəlirini tamamını və ona verilməli olan subsidiya məbləğini kredit ödənişinin ödənilməsi üçün tutur. Halbuki subsidiya ödənişi birbaşa fiziki şəxsin nağd olaraq əldə etdə biləcəyi bir vəsait deyildir. O, əmək haqqının tam şəkildə tutulması səbəbi ilə ailənin gündəlik ehtiyaclarını heç bir şəkildə təmin edə bilmir. 3 övlad atasıdır, övladlarının istəklərini yerinə yetirə bilmir. Əmək haqqı məbləğinin tam şəkildə tutulması doğru deyildir. Qanunun tələblərinə əsasən əmək haqqı məbləğinin yalnız 50% hissəsinin tutulmasına icazə verilir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6002/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 2-2(4-11)-442/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.
5. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, **********22102024 saylı Bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə əsasən əmək haqqından tutulmaların 20 faizə endirilməsi və iddiaçıya məxsus **********07507 nömrəli fermer kartından (subsidiya kartı) tutulan 775 manat məbləğində pulun tam, **********628634 nömrəli Debet master kartından (əmək haqqı kartı) 9 ay ərzində 20 faizdən artıq tutulan 2950 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, kredit tərəfindən sahibkarlıq məqsədilə götürülmüş, lakin ödənişlərdə müəyyən yubanmalar olmuşdur. Bu səbəbdən onun əmək haqqı kartına yüklənən bütün maaş cavabdeh tərəfindən silinmişdir. Bundan əlavə, o, fərdi sahibkardır, taxıl və sairə əkilməsi ilə məşğuldur, digər kart ona həmin fəaliyyətin subsidiyalaşdırılması məqsədilə verilmişdir. Həmin karta mədaxil edilən məbləğlər yalnız toxum alınması və sairə məqsədilə istifadə edilə bilər, nağdlaşdırılması belə yolverilməzdir. Buna baxmayaraq cavabdeh həmin karta yüklənən məbləğləri də silir. Bu səbəbdən iddiasının tam təmin edilməsini xahiş edir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi İ.Məhərrəmova iddia ərizəsinə etiraz edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bundan əlavə cavabdeh tərəf məhkəməyə yazılı izahat təqdim etmişdir. Həmin yazılı izahatda göstərilmişdir ki, cavabdeh təşkilat onun gəlirinin tamamını və ona verilməli olan subsidiya məbləğini kredit ödənişinin ödənilməsi üçün tutur. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə Bank Xidmətlərinin göstərilməsi haqqında **********22102024 nömrəli ümumi müqavilə imzalanmış və həmin müqaviləyə əsasən Bank bu Müqavilə çərçivəsində Müştəriyə aşağıdakı xidmət və məhsulları təqdim edir: a) Cari hesabın açılması, aparılması; b) Kredit; c) Korporativ kart. Müştəri, Bank tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə Müştəri və Bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə (Razılaşma) imzalanır. Müştəriyə göstərilən xidmətlərin ümumi şərtləri və qaydaları Bank Xidmətlərinin göstərilməsi haqqında **********22102024 nömrəli ümumi müqavilə ilə müəyyən edilir, Bank və Müştəri arasında yaranan münasibətləri tənzimləyir. Bank Xidmətlərinin göstərilməsi haqqında **********22102024 nömrəli ümumi müqavilənin İV hissəsi Kredit adlanır və müştəriyə kreditlə bağlı xidmət göstərilməsi halında tərəflərin münasibətinin tənzimlənməsi şərtlərini (kreditləşmənin ümumi şərtləri, kreditləşmə üzrə Tərəflərin hüquq və vəzifələri və s.) özündə əks etdirir. Belə ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********22102024 nömrəli Bank Xidmətlərinin göstərilməsi X2 1.24-cü bəndində birbaşa olaraq qeyd edilmişdir ki, Müqavilə üzrə yaranmış borclar Xüsusi Şərtlərdə göstərilən müddətdə ödənilmədiyi halda borclar Bank tərəfindən Borcalanın sərəncamı olmadan onun bank hesablarından, o cümlədən borc alanın Bankda olan digər valyutalardakı hesablarından Bankın ödəniş gününə olan məzənnəsi ilə akseptsiz qaydada, konvertasiya sənədi təqdim olunmadan konvertasiya olunaraq, akseptsiz qaydada tutula (silinə) bilər. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixli Bank Xidmətlərinin göstərilməsi haqqında **********22102024 nömrəli ümumi müqavilə ilə nəzərdə tutulmuş kredit xidmətindən ilkin olaraq xx.xx.2024-cü il tarixdə yararlanmış və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2024-ci il tarixli, **********22102024 saylı Bank Xidmətlərinin Göstərilməsi haqqında ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK0829965C252 saylı xx.xx.2024-cü il tarixli Əlavə imzalanmışdır. Həmin Əlavəyə əsasən Əlavə Bank və Borcalan arasında bağlanmış xx.xx.2024-ci il tarixli, **********22102024 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 ayrılmaz tərkib hissəsi hesab olunur və Müqaviləyə (Əlavəyə) əsasən Bank Əlavənin 2.1- 2.18-ci bəndlərində qeyd edilmiş xüsusi şərtlərlə (24 ay müddətinə 23 faiz dərəcəsi ilə 15600 manat məbləğində) Borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür. Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK0829965C252 saylı xx.xx.2024-cü il tarixli Əlavə üzrə götürülmüş kredit xx.xx.2025-ci il tarixində bağlanmış və müqaviləyə xitam verilmişdir. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixli Bank Xidmətlərinin göstərilməsi haqqında **********22102024 nömrəli ümumi müqavilə ilə nəzərdə tutulmuş kredit xidmətindən növbəti dəfə xx.xx.2025ci il tarixində yararlanmış və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2024-ci il tarixli, **********22102024 saylı Bank Xidmətlərinin Göstərilməsi haqqında ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK3697949C252 saylı xx.xx.2025-ci il tarixli Əlavə imzalanmışdır. Həmin Əlavəyə əsasən Əlavə Bank və Borcalan arasında bağlanmış xx.xx.2024-ci il tarixli, **********22102024 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 ayrılmaz tərkib hissəsi hesab olunur və Müqaviləyə (Əlavəyə) əsasən Bank Əlavənin 2.1-2.18-ci bəndlərində qeyd edilmiş xüsusi şərtlərlə (24 ay müddətinə 22 faiz dərəcəsi ilə 22000 manat məbləğində) Borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür. Eyni zamanda iddiaçı xx.xx.2025-ci il tarixli Əlavə ilə ona ayrılmış kredit məbləği hesabına öz sərəncamı ilə Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK0829965C252 saylı xx.xx.2024-cü il tarixli Əlavə üzrə kredit borcunu bağlamış və həmin müqaviləyə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. (İş materiallarında olan "A" formatlı ödəniş tapşırığı № ******* xx.xx.2025-ci il) Belə ki, hazırda iddiaçı Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK3697949C252 saylı xx.xx.2025-ci il tarixli Əlavə üzrə Banka olan borcuna görə onun əmək haqqı kartından 20 faizdən artıq hissədə akseptsiz qaydada silinməni mübahisələndirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 iyul 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 35- ci maddələrinin, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq, əmək haqqının sosial-iqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın əlli faiz həddində aparılması mümkün hesab edilmişdir. Buradan belə bir nəticəyə gəlmək olur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********22102024 nömrəli Bank Xidmətlərinin göstərilməsi X2 1.24-cü bəndi rəhbər tutulmaqla, Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK3697949C252 saylı xx.xx.2025-ci il tarixli Əlavə üzrə əmək haqqından tutulmanın 50 faiz həddində tutulması tamamilə qanunidir və əsaslıdır. Bu baxımdan iddiaçının əmək haqqı kartından 20 faizdən artıq hissədə tutulmanın qadağan edilməsi və 20 faizdən artıq tutulan məbləğlərin qaytarılması ilə bağlı tələbi əsassızdır. Belə ki, müqavilə tərəfləri arasında qarşılıqlı razılaşma olduğu təqdirdə əmək haqqından tutulma 50 faiz həddində də aparıla bilər, hansı ki sözügedən müqavilə ilə bu şərt müəyyən olunmuş və iddiaçı tərəfindən müqavilə imzalanmışdır. İddia tələbinin “iddiaçıya məxsus **********07507 nömrəli fermer kartından tutulmanın dayandırılması və tutulan 775 manat məbləğində pulun tam "xxxx" ASC-dən iddiaçıya geri qaytarılması” hissəsi də tamamilə əsassızdır. Fermer kartındakı vəsait əmək haqqı və ona bərabər tutulan vəsait deyildir. Bu baxımdan AR Əmək Məcəlləsinin 176-cı maddəsinin təsir dairəsinə düşmür, həmin maddədəki tutulma ilə bağlı məhdudiyyətlər yalnızca əmək haqqı və ona bərabər sayılan digər gəlirlərə şamil olunur.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-ci il tarixli, **********22102024 saylı Bank Xidmətlərinin Göstərilməsi haqqında ümumi müqaviləyə əsasən Bank bu Müqavilə çərçivəsində Müştəriyə aşağıdakı xidmət və məhsulları təqdim edir: a) Cari hesabın açılması, aparılması; b) Kredit; c) Korporativ kart. Müştəri, Bank tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə Müştəri və Bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə (Razılaşma) imzalanır.
10. Tərəflər arasında imzalanmış xx.xx.2024-ci il tarixli, **********22102024 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 “Cari hesabın açılması, aparılması xidməti” adlı ikinci hissəsinin 2.2.4-cü bəndinə əsasən müştəri qanunvericilikdə nəzərdə tutulan və Bank qarşısında olan hər hansı pul öhdəliyini vaxtında və lazımınca icra etmədikdə, tələblərin ödənilməsi üçün Müştərinin Bankda olan hesablarından pul vəsaitlərini akseptsiz qaydada silmək Bankın hüququdur.
11. Tərəflər arasında imzalanmış xx.xx.2024-ci il tarixli, **********22102024 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 “Korporativ kart” adlı üçüncü hissəsinin 2.1.2-ci bəndinə əsasən kart istifadəciləri tərəfindən aparılan əməliyyatların məbləğləri və müvafiq xidmət haqlarını kart hesablarından akseptsiz qaydada silmək bankın hüququdur.
12. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-ci il tarixli, **********22102024 saylı Bank Xidmətlərinin Göstərilməsi haqqında ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK0829965C252 saylı xx.xx.2024-cü il tarixli Əlavəyə əsasən Bank Əlavədə qeyd edilmiş xüsusi şərtlərlə 24 ay müddətinə 23 faiz dərəcəsi ilə 15600 manat məbləğində Borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür.
13. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-ci il tarixli, **********22102024 saylı Bank Xidmətlərinin Göstərilməsi haqqında ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK3697949C252 saylı xx.xx.2025-ci il tarixli Əlavəyə əsasən Əlavə Bank və Borcalan arasında bağlanmış xx.xx.2024-ci il tarixli, **********22102024 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 ayrılmaz tərkib hissəsi hesab olunur və müqaviləyə (Əlavəyə) əsasən Bank Əlavədə qeyd edilmiş xüsusi şərtlərlə 24 ay müddətinə 22 faiz dərəcəsi ilə 22000 manat məbləğində Borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür.
14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli “A” formatlı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, KBEK0829965C252 saylı müqaviləyə əsasən kreditin rəsmiləşdirilməsi üçün 156 (bir yüz əlli altı) manat komissiya ödənilmişdir.
15. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X5-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən verilmiş 11 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən bu günə qədər Quba rayonu Bəhram Sultanov adına Ağbil kənd tam orta ümumtəhsil məktəbində təsərrüfat müdiri vəzifəsində çalışır və onun aylıq əmək haqqısı 470.00 (dörd yüz yetmiş manat sıfır qəpik) manat təşkil edir.
16. İş materiallarında olan iddiaçıya məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, sonuncunun ödəniş kartına xx.xx.2025-ci il tarixdə 392,25 manat, xx.xx.2025-ci il tarixdə 392,25 manat, xx.xx.2025-ci il tarixdə 392,25 manat, xx.xx.2025-ci il tarixdə 392,25 manat, xx.xx.2025-ci il tarixdə 316,73 manat nağdsız mədaxil olmuş, xx.xx.2025-ci il tarixdə 316,73 manat kredit borcu üzrə silinmə aparılmışdır, xx.xx.2025-ci il tarixdə 83,34 manat nağdsız mədaxil olmuş, xx.xx.2025-ci il tarixdə 72,81 manat kredit borcu üzrə silinmə aparılmışdır, xx.xx.2025-ci il tarixdə 401,65 manat nağdsız mədaxil olmuş, xx.xx.2025-ci il tarixdə 563,68 manat nağdsız mədaxil olmuş, xx.xx.2025-ci il tarixdə 563,68 manat kredit borcu üzrə silinmə aparılmışdır, xx.xx.2025-ci il tarixdə 335,48 manat nağdsız mədaxil olmuş, xx.xx.2025-ci il tarixdə 335,48 manat kredit borcu üzrə silinmə aparılmışdır, xx.xx.2025-ci il tarixdə 401,65 manat nağdsız mədaxil olmuş, xx.xx.2025-ci il tarixdə 401,65 manat kredit borcu üzrə silinmə aparılmışdır, xx.xx.2025-ci il tarixdə 401,65 manat nağdsız mədaxil olmuş, xx.xx.2025-ci il tarixdə 401,65 manat kredit borcu üzrə silinmə aparılmışdır, xx.xx.2025-ci il tarixdə 401,65 manat nağdsız mədaxil olmuş, xx.xx.2025-ci il tarixdə 401,65 manat məbləğində kredit borcu üzrə silinmə aparılmışdır, xx.xx.2025-ci il tarixdə 401,65 manat nağdsız mədaxil edilmiş, xx.xx.2025-ci il tarixdə 401,65 manat kredit borcu üzrə silinmə aparılmışdır, xx.xx.2026-cı il tarixdə 401,65 manat nağdsız mədaxil edilmiş, xx.xx.2026-cı il tarixdə 401,65 manat kredit borcu üzrə silinmə aparılmışdır.
17. İş materiallarında olan iddiaçıya məxsus fermer (subsidiya) kartından çıxarışdan görünür ki, sonuncunun kartına xx.xx.2025-ci il tarixdə 330 manat, xx.xx.2025-ci il tarixdə 330 manat nağdsız mədaxil olmuş, xx.xx.2025-ci il tarixdə 775 manat kredit borcu üzrə silinmə aparılmışdır.
18. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X5-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən verilmiş 11 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən bu günə qədər Quba rayonu Bəhram Sultanov adına Ağbil kənd tam orta ümumtəhsil məktəbində təsərrüfat müdiri vəzifəsində çalışır və ona xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hesabına 2025-ci il üzrə may ayında 316,73 manat, iyun ayında 401,65 manat, iyul ayında 563,68 manat, avqust ayında 335,48 manat, sentyabr ayında 401,65 manat, oktyabr ayında 401,65 manat, noyabr ayında 401,65 manat, dekabr ayında 401,65 manat, yanvar ayında 401,65 manat əmək haqqı köçürülmüşdür.
19. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. Məhkəmə iddia tələblərini qismən əsaslı hesab edir.
21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-ci il tarixli, **********22102024 saylı Bank Xidmətlərinin Göstərilməsi haqqında ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK3697949C252 saylı xx.xx.2025-ci il tarixli Əlavəyə əsasən cavabdeh tərəfindən iddiaçıya 24 ay müddətinə 22 faiz dərəcəsi ilə 22000 manat məbləğində kredit verilmiş, həmin müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən lazımınca icra edilmədiyi üçün cavabdeh tərəfindən müqavilə ilə razılaşdırılmış şəkildə iddiaçının bank hesablarındakı vəsaitlərindən akseptsiz qaydada silinmələr aparılmışdır.
22. Hazırda iddiaçı əmək haqqı ödənişlərinin 20 faizindən artıq hissədə, subsidiya kartına ödənilən vəsaitlərdən isə ümumiyyətlə tutulmalar aparılmasının cavabdehə qadağan edilməsini xahiş edir.
23. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
26. 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.
27. 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.
28. 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.
29. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin altıncı hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
31. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.
32. Həmin Məcəllənin 176.1-ci maddəsinə əsasən hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.
33. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 35-ci maddələrinin, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq, əmək haqqının sosial-iqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın əlli faiz həddində aparılması mümkün hesab edilir.
34. Göründüyü kimi, iddiaçı cavabdehlə bağladığı müqavilədə bankda olan hesablarından akseptsiz silinmələr aparılmasına razılıq vermiş olmasına baxmayaraq cavabdeh qanunvericiliyin tələblərinə zidd olaraq əmək haqqı ödənişlərinin əlli faizindən artıq hissədə tutulma aparmışdır.
35. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək haqqı hesabından əmək haqqının 50 (əlli) faizindən artıq hissədə tutulmaların aparılması cavabdehə qadağan edilməlidir.
36. Materiallarda olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş əmək haqqı ödənişlərindən ümumilikdə 3698,60 manat vəsait silinmişdir.
37. Belə ki, iddiaçının əmək haqqı ödənişlərinin 50 faizindən artıq hissədə tutulmaların aparılması qanunla qadağan edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçının əmək haqqı ödənişlərindən 50 faiz hissədən artıq tutulmalar aparılmışdır.
38. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıdan artıq tutulmuş 1849,30 manat vəsait (3698,60 manat / 2) iddiaçıya geri qaytarılmalıdır.
39. Məhkəmə araşdırması zamanı cavabdehin həmçinin iddiaçıya məxsus fermer kartına ödənilən vəsaitlər (subsidiya) üzrə də tutulmaların aparıldığı da müəyyən edilmişdir.
40. Cavabdeh bank həmin məbləğləri akseptsiz qaydada kredit müqaviləsi ilə iddiaçının ona vermiş olduğu razılıq əsasında sildiyini bildirsə də, məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır.
41. Belə ki, işin araşdırılan hallarından iddiaçının fərdi sahibkar olması, kənd təsərrüfatı ilə məşğul olması, hazırkı krediti də bu məqsədlə götürməsi, habelə ona dövlət tərəfindən hər il subsidiya ayrıldığı müəyyən edilmişdir.
42. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununun:
43. 1.2.1-ci maddəsinə əsasən subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir.
44. 1.2.9-cu maddəsinə əsasən əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır.
45. 6.1-1-ci maddəsinə əsasən bu Qaydanın 5.1-ci bəndi ilə müəyyən edilmiş qaydada aparılan monitorinqlər nəticəsində fermerin EKTİS-ə bilərəkdən yanlış məlumatlar daxil etməklə subsidiya alması və ya hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməsi aşkar edildikdə, fermer qanunda nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunur.
46. 6.1-2-ci maddəsinə əsasən EKTİS-ə bilərəkdən yanlış məlumatlar daxil etməklə subsidiya almış fermerin inzibati məsuliyyətə cəlb edilməsi bu Qaydanın 5.5-ci bəndinin tələblərinin ona tətbiq edilməsinə mane olmur.
47. 6.1-3-cü maddəsinə əsasən hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməyə görə inzibati məsuliyyətə cəlb edilmiş fermerlərə növbəti 2 (iki) il müddətinə subsidiya ödənilmir.
48. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən fermer tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.
49. Göründüyü kimi, iddiaçının bank hesabına köçürülən subsidiya məbləğindən yalnız təyinatı üzrə istifadə edilə bilər, həmin vəsaitdən təyinatı üzrə istifadə edilməməsi vəsaiti alan şəxsin (fermer) inzibati məsuliyyətə cəlb edilməsi, habelə növbəti illər üzrə subsidiya almaqdan məhrum edilməsi ilə nəticələnə bilər.
50. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus **********07507 nömrəli fermer (subsidiya) kartından tutulmaların aparılması ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə zidd olmuşdur. Məhkəmə hesab edir ki, həmin ödənişlərdən tutulmaların aparılması cavabdehə qadağan edilməli, habelə iddiaçıya ödənilmiş və cavabdeh tərəfindən silinmiş 775 manat vəsait ona geri qaytarılmalıdır.
51. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus **********07507 nömrəli fermer (subsidiya) kartından tutulmaların aparılması, iddiaçıya məxsus **********628634 nömrəli əmək haqqı kartından isə 50 faizdən artıq tutulmaların aparılması cavabdehə qadağan edilməli, cavabdehdən 1849,65 manat və 775 manat tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Məhkəmə hesab edir ki, iddia qismən edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli Bank Xidmətlərinin göstərilməsi barədə Ümumi Müqavilə üzrə İddiaçı məxsus **********07507 nömrəli fermer (subsidiya) kartından tutulmaların aparılması, İddiaçı əmək haqqı hesabından əmək haqqının 50 (əlli) faizindən artıq hissədə tutulmaların aparılması Cavabdeh ASC-yə qadağan edilsin. Cavabdeh ASC-dən **********07507 nömrəli fermer (subsidiya) kartından silinmiş 775 manat, əmək haqqının 50 faizindən artıq hissədə silinmiş 1849,65 manat, 100 manat dövlət rüsumu, ümumilikdə 2724,65 (iki min yeddi yüz iyirmi dörd manat altmış beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova