Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-135/2026 24.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Cavabdeh qarşı pul tələbi (Açar sözlər: pul tələbi, buraxılmış prosessual müddətin bərpa olunması barədə məhkəmə aktından verilmiş şikayət və həmin məhkəmə aktının ləğv edilməsi, hüquqi müəyyənlik prinsipi, ağlabatan müddət) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfin verdiyi şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. İddiaçı İddiaçı "01" avqust 2024-cü ildə iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 18350 (on səkkiz min üç yüz əlli) manat pulun, həmçinin ödədiyi 146 (bir yüz qırx altı) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iş vərəqə 01-02). b) Tələb üzrə qəbul edilmiş məhkəmə aktı.
2. Şərur Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 18350 manat əsas borc və 146 manat dövlət rüsumu olmaqla, ümumilikdə 18496 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir (iş vərəqə 35-38).
II. Buraxılmış prosessual müddətin bərpasına dair müraciət və ona baxılması ilə bağlı qəbul edilmiş məhkəmə aktı.
3. Cavabdeh Cavabdeh ## ##### 2026-cı il tarixdə sözügedən qətnamədən apellyasiya şikayəti versə də, həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360cı maddəsində nəzərdə tutulmuş müddət keçdikdən sonra verildiyindən və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət təqdim edilmədiyindən Şərur Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə geri qaytarılmışdır (iş vərəqə 50-57, 62-64).
4. Daha sonra cavabdeh tərəf yenidən ## ### 2026-cı ildə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti ilə birlikdə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etmiş, ərizədə, məhkəmə qətnaməsinin onun özünə deyil, qardaşı şahid2 təqdim edilməsi, özünün qətnamənin mövcudluğundan yalnız sonradan icra tədbirləri ilə əlaqədar xəbər tutması və bundan dərhal sonra hüquqi yardım almaq üçün vəkilə müraciət etməsi, bu səbəbdən prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa olunması xahiş edilmişdir (iş vərəqə 69-76).
5. Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilmiş, buraxılmış prosessual müddət bərpa olunmuş və apellyasiya şikayətinin baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (iş vərəqə 146-155). III. Məhkəmə aktından verilmiş şikayət. a) Şikayətin predmeti.
6. İddiaçı tərəf ## #### 2026-cı il tarixdə Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından şikayət verərək onun ləğv edilməsini və cavabdeh Cavabdeh apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsini xahiş etmişdir (iş vərəqə 163-166).
b) Şikayətin əsaslandırılması.
7. İddiaçı tərəf şikayətini onunla əsaslandırmışdı ki, Şərur Rayon Məhkəməsinin qətnaməsi ## ####### 2024-cü il tarixində qəbul edilmiş, qanunla müəyyən edilmiş müddətlər keçdikdən sonra qanuni qüvvəyə minmişdir. Cavabdeh isə yalnız 2026-cı ildə, yəni qətnamənin qəbul edilməsindən təxminən iki ilə yaxın müddət keçdikdən sonra həmin qətnamədən şikayət vermək təşəbbüsü göstərmişdir. Hətta cavabdehin təqdim etdiyi arqumentlər qəbul edilsə belə, onun öz izahatlarından görünür ki, o, ən azı icra tədbirləri başlanıldıqdan və hüquq-mühafizə orqanları tərəfindən onunla əlaqə saxlanıldıqdan sonra qətnamənin mövcudluğundan xəbərdar olmuşdur. Buna baxmayaraq cavabdeh uzun müddət ərzində heç bir hüquqi addım atmamış, apellyasiya şikayəti verməmiş və öz hüquqlarını müdafiə etmək üçün hər hansı təşəbbüs göstərməmişdir. Belə olan halda, qətnamənin qəbul edilməsindən və qanuni qüvvəyə minməsindən bu qədər uzun müddət keçdikdən sonra prosessual müddətin bərpa olunması nə ağlabatan müddət anlayışı ilə, nə hüquqi müəyyənlik prinsipi ilə, nə də məhkəmə qərarlarının sabitliyi prinsipi ilə uzlaşır. Əks yanaşma qəbul edilərsə, bu o demək olardı ki, qanuni qüvvəyə minmiş və icra mərhələsində olan istənilən məhkəmə qərarı illər sonra müxtəlif bəhanələrlə yenidən mübahisələndirilə bilər. Bu isə həm məhkəmə qərarlarının yekunluğunu şübhə altına alar, həm də məhkəmə müdafiəsi hüququndan vicdansız istifadə edilməsinə şərait yaradar. Hazırkı işdə cavabdehin davranışları da göstərir ki, onun məqsədi vaxtında həyata keçirə bilmədiyi prosessual hüququnu bərpa etmək deyil, artıq icra mərhələsində olan və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını yubandırmaqdır. Çünki cavabdeh qətnamədən xəbərdar olduqdan sonra belə uzun müddət hərəkətsiz qalmış, yalnız icra tədbirləri intensivləşdikdən sonra apellyasiya şikayəti verməyə cəhd etmişdir. Bütün bunlar göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual müddətin bərpası barədə gəlinmiş nəticə həm işin faktiki hallarına, həm də Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması, hüquqi müəyyənlik və ağlabatan müddət prinsiplərinin mahiyyətinə uyğun deyildir. Məhkəmə qərardad qəbul edərkən əsasən cavabdehin və onun qardaşının izahatlarına, habelə poçt göndərişlərinin təqdim olunması ilə bağlı hallara istinad etmiş, lakin cavabdehin qətnamədən və onun icrası prosesindən məlumatlı olmasını təsdiq edən digər mühüm hallara ümumiyyətlə hüquqi qiymət verməmişdir.
8. Belə ki, məhkəmə qətnaməsi qəbul olunduqdan sonra cavabdeh Cavabdeh həyat yoldaşı ilə dəfələrlə əlaqə saxlamış, mövcud borcun ödənilməsi üçün vaxt istəmiş, borcu hissəhissə ödəmək imkanlarının araşdırılmasını xahiş etmiş və yaxın müddətdə məhkəmə qətnaməsini icra edəcəyini bildirmişdir. Cavabdehin bu məzmunlu müraciətləri və davranışları onun qətnamənin mövcudluğundan, məzmunundan və hüquqi nəticələrindən tam məlumatlı olduğunu açıq şəkildə göstərir. Bundan başqa, həmin halları təsdiq edə biləcək şahidlər də mövcuddur. Həmin şəxslər cavabdehin məhkəmə qətnaməsi barədə məlumatlı olduğunu, borcu ödəmək üçün vaxt istədiyini və qətnamənin icrası ilə bağlı danışıqlar apardığını təsdiq edə bilərlər. Lakin məhkəmə bu halların araşdırılması istiqamətində heç bir tədbir görməmiş, nəticədə işin faktiki hallarını tam müəyyən etmədən qərara gəlmişdir. Məhkəmənin diqqətdən kənarda qoyduğu digər mühüm hal ondan ibarətdir ki, cavabdeh öz ərizəsində belə qətnamədən tamamilə xəbərsiz olduğunu iddia etməmişdir. Əksinə, o, özü göstərmişdir ki, polis və icra orqanlarından ona zənglər daxil olduqdan sonra qətnamənin mövcudluğundan xəbər tutmuşdur. Bu etirafın özü belə cavabdehin müəyyən vaxtdan etibarən qətnamədən məlumatlı olduğunu təsdiq edir. Lakin məhkəmə həmin halın hüquqi nəticələrini araşdırmamışdır. Əgər cavabdeh həqiqətən də icra və ya hüquq-mühafizə orqanlarının müraciətlərindən sonra qətnamədən xəbərdar olmuşdursa, onda məhkəmə müəyyən etməli idi ki, həmin tarixdən sonra cavabdeh hansı səbəbdən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verməmişdir. Qərardadda isə bu məsələyə ümumiyyətlə qiymət verilməmişdir. Əksinə, məhkəmə yalnız qətnamənin ilkin mərhələdə cavabdehin özünə deyil, qardaşına təqdim olunması faktına əsaslanaraq nəticəyə gəlmişdir ki, cavabdeh qətnamədən xəbərsiz olmuşdur. Halbuki hətta bu halın doğru olduğu fərz edilsə belə, sonrakı dövrdə cavabdehin qətnamədən məlumat əldə etməsi və bu barədə məlumatlı olması iş materialları ilə təsdiq olunur. Bu səbəbdən təkcə poçt göndərişlərinin təqdim olunması məsələsi müddətin bərpası üçün kifayət qədər əsas hesab edilə bilməzdi. Cavabdeh məhkəmə qətnaməsinin mövcudluğundan və onun icra mərhələsində olmasından uzun müddətdir məlumatlı olmuşdur. Təsadüfi deyil ki, qətnamənin icrası ilə bağlı cavabdeh dəfələrlə Şərur Rayon İcra Şöbəsinə çağırılmış, ona müxtəlif vaxtlarda bildirişlər göndərilmiş, mobil telefon vasitəsilə məlumatlar verilmiş və icra tədbirləri həyata keçirilmişdir. Hətta icra sənədinin könüllü qaydada icra edilməməsi səbəbindən onun barəsində axtarış tədbirləri görülmüşdür. Bütün bunlar cavabdehin qətnamədən xəbərsiz olması barədə mövqeyi ilə açıq şəkildə ziddiyyət təşkil edir. Çünki baş verən bu qədər hadisələrin və tədbirlərin gedişatı barəsində məlumatsız qalması ağlabatan deyildir. Ölkə ərazisində yaşadığını da nəzərə alanda iki il ərzində heç bir məlumatının olmaması, qardaşı ilə münasibətlərinin pis olduğunu iddia eləmək heç bir məntiqə sığmır. Belə ki, şahid məhkəmədə cavabdehlə uzun illərdir münasibətinin olmadığını, təxminən 25-30 ildir onunla danışmadığını və əlaqə saxlamadığını bildirmişdir. Lakin eyni zamanda həmin şəxs hazırkı iş üzrə məhkəmə iclasına gələrək cavabdehin mövqeyini dəstəkləyən ifadələr vermişdir. Əgər həqiqətən də şahidin dediyi kimi tərəflər arasında uzun illərdir heç bir münasibət və əlaqə mövcud deyildisə, o zaman onun hazırkı işdə cavabdehin xeyrinə fəal şəkildə iştirak etməsi və ifadə verməsi həmin münasibətlərin iddia edildiyi qədər kəskin və tamamilə qırılmış olması barədə şübhələr yaradır. Digər tərəfdən, şahidin öz ifadəsindən görünür ki, o, cavabdehin adına göndərilən məktubları qəbul etmiş, onların kimə aid olduğunu öyrənmiş və həmin məktubların cavabdehlə bağlı olduğunu bilmişdir. Əgər doğrudan da qardaşı ilə əlaqə yaratmaq imkanına malik deyildisə, həmin halın özü belə izaha ehtiyac yaradır. Çünki eyni zamanda məhkəmədə cavabdehin maraqları naminə ifadə vermək mümkün olduğu halda, guya uzun müddət ərzində ona məhkəmə sənədləri barədə məlumat verməyin mümkün olmaması inandırıcı görünmür. Bundan əlavə, şahidin ifadəsi ilə cavabdehin sonrakı davranışları arasında da ziddiyyət mövcuddur. Belə ki, cavabdeh qətnamədən xəbərsiz olduğunu iddia etsə də, sonrakı dövrdə borcun ödənilməsi üçün vaxt istəmişdir. Bu hallar isə onun qətnamənin mövcudluğundan məlumatlı olduğunu göstərir.
9. İddiaçı İddiaçı birinci instansiya məhkəməsinin maddi hüquq normasını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, prosessual hüquq normasını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14-cü və 88-ci maddələrinə istinad etmişdir. c) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə.
10. Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməmiş, onun işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır (iş vərəqə 170-173). IV. Apellyasiya instansiyası məhkəməsində icraat. a) Şikayətin icraata qəbulu.
11. Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “08” iyul 2026-cı ildə daxil olmuş və kollegiyanın “09” iyul 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi. b) Şikayətə qarşı etirazın dəlilləri.
12. Şikayətə qarşı etiraz daxil olmamışdı.
V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
13. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.
14. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.
15. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadını iddiaçı tərəf mübahisələndirir. İddiaçının verdiyi şikayət sözügedən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, həmin qərardad şikayətin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır.
VI. Tətbiq edilən hüquqi aktlar.
a) Azərbaycan Respublikası Konstitusiyasının:
17. - 60-cı maddəsinin 1-ci bəndinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. b) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
18. - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;
19. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
20. - 88-ci maddəsindən aydın olur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
21. -129.1-129.4-cü maddələrinin tələbinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır;
22. - 133.1-ci maddəsinin tələbinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir;
23. - 133.2-ci maddəsinə görə buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir;
24. - 134.1-ci və 134.1.5-ci maddələrindən müəyyən edilir ki, məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə sənədlərini rəsmi qaydada verməlidir;
25. - 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. VII. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
26. Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfin verdiyi şikayəti və ona baxılması ilə bağlı araşdırılmış sübutları nəzərdən keçirən kollegiya şikayətin dəlillərinə hüquqi qiymət verilməsinə keçməzdən öncə qeyd edir ki, hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir.
27. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
28. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il ## ###### və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ### tarixli qərarları).
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "X2rşı" iş üzrə 1975-ci il ## ###### tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36).
31. Həmçinin həmin Məhkəmənin "X4rşı" iş üzrə 1985-ci il ## ### tarixli Qərarında göstərilir ki, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (§57).
32. Konstitusiya Məhkəməsinin Plenumunun “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” ## ####### 2023-cü il tarixli qərarında qeyd edilmişdi ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır.
33. Yuxarıda qeyd edilən normalardan çıxış edərək kollegiya bildirir ki, məhkəməyə müraciət etmək hüququ bütün instansiya məhkəmələrini əhatə edir və bu hüquq məhdudiyyətə məruz qala bilən hüquqdur. Məhkəmə aktının apellyasiya qaydasında mübahisələndirilməsi üçün bir neçə məhdudiyyət var ki, bunlardan biri onun qanunla müəyyən edilmiş müddətə əməl edilməklə verilməsidir.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə ## ####### 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ).
35. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 134.1, 134.1.5 və 360-cı maddələrinin mahiyyətindən aydın olur ki, məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan sənədlərdən biri birinci instansiya məhkəməsinin aktlarıdır. Bu məhkəmə aktları sırasına daxil olan qətnamədən isə apellyasiya şikayəti onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
36. Mülki prosessual sənədlərin rəsmi qaydada verilməsi isə həmin Məcəllənin 135-ci maddəsi ilə tənzimlənir. Sözügedən prosessual normaya görə Məcəllənin 135.6-cı və 135.8ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMSin işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
37. Qeyd edilən prosessual normaları mülki iş materialları ilə əlaqəli şəkildə öyrəndikdə görünür ki, Şərur Rayon Məhkəməsinin qətnaməsi ## ####### 2024-cü il tarixdə qəbul edilmişdir. Həmin qətnamənin surəti ## ####### 2024-cü ildə sifarişli poçt göndərişi vasitəsilə cavabdehə göndərilmişdir. İş materiallarında qətnamənin cavabdehə təqdim edilməsini təsdiq edən xəbərnamə mövcud olmasa da, poçt göndərişlərinin reyestri və poçt qəbzindən həmin məktubun məhz sifarişli poçt göndərişi olduğu aydın görünür (iş vərəqə 40-41).
38. Qətnamənin göndərildiyi sifarişli poçt göndərişinin izlənmə kodu poçt qəbzində SX035820788AZ nömrəsi ilə qeydiyyata alınmışdır. X1 Şöbəsində aparılan F-* nömrəli sifarişli poçt göndərişlərinin təqdim olunmasının qeydiyyatı kitabından isə müəyyən edilir ki, qeyd olunan nömrəli poçt göndərişi ## ###### 2024-cü il tarixdə cavabdehin qardaşı şahid2 verilmişdir.
39. Ümumilikdə isə, işdə olan digər sifarişli poçt göndərişlərinin çatdırılmasına dair xəbərnamələrdən müəyyən edilir ki, ## ###### 2024-cü il, ## ######## 2024-cü il və ## ######## 2024-cü il tarixli məhkəmə bildirişləri də cavabdehin qardaşı şahid2 tərəfindən şəxsən qəbul edilmişdir.
40. Bu xüsusda, cavabdehin qardaşı şahid2 birinci instansiya məhkəməsində şahid qismində verdiyi ifadənin hüquqi təhlilinə zərurət yaranır. Belə ki, şahid öz ifadəsində yalnız iki məktub qəbul etdiyini bildirsə də, işin faktiki halları ilə ona ümumilikdə dörd məhkəmə sənədinin verildiyi (icra zamanı da qəbul etdiyi sənəd daxil olmaqla beş sənəd) təsdiqini tapır. Həmçinin, şahidin cavabdehlə münasibətlərinin soyuq olması və uzun illərdir əlaqə saxlamaması barədə dedikləri fonunda, onun qardaşı adına gələn dörd fərqli məhkəmə sənədini qəbul etməsi ağlabatan deyildir. Məhkəmə sənədlərinin mütəmadi olaraq eyni şəxs tərəfindən alınması faktı şahidin ifadəsindəki məntiqi ziddiyyətləri aşkara çıxarır və həmin ifadənin mötəbərliyini ciddi şəkildə şübhə altına alır.
41. Bundan başqa həmin şahid cavabdehlə təxminən 25-30 ildir münasibətinin olmadığını, onunla əlaqə saxlamadığını iddia etsə də, məhkəmə iclasına gələrək məhz cavabdehin xeyrinə fəal şəkildə ifadə verməsi həmin münasibətlərin iddia edildiyi qədər kəskin və tamamilə qırılmış olması barədə ciddi şübhələr yaradır. Qardaşı ilə heç bir əlaqəsinin olmadığını bildirən şəxsin onun məhkəmə prosesində iştirak edərək maraqlarını müdafiə etməsi reallıqla və məntiq qanunauyğunluqları ilə uzlaşmır. Bu hal birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə zidd olaraq tənqidi şəkildə qiymətləndirilməmişdir. Bu səbəbdən də kollegiya iddiaçının şikayətində göstərdiyi "şahid şahid2 ifadəsinin ziddiyyətli olması"na dair dəlilini əsaslı hesab edir.
42. Birinci instansiya məhkəməsinin qərardadında poçt şöbəsi əməkdaşının izahatına əsaslanaraq, qətnamənin cavabdehə çatmadığı (yəni qardaşı tərəfindən ona verilmədiyi üçün geri qaytarıldığı) fərz edilsə belə, bu hal nəticəni dəyişmir. Çünki cavabdeh müddətin bərpası barədə ərizəsində qətnamənin mövcudluğundan məhz icra mərhələsində — polis və icra orqanlarının davamlı müraciətlərindən, eləcə də icra tədbirlərinin həyata keçirilməsindən sonra xəbər tutduğunu özü etiraf etmişdir.
43. Bu faktı iş materiallarına əlavə edilmiş icra sənədləri də təsdiqləyir. Belə ki, məhkəmə aktının könüllü icrasına dair bildiriş cavabdehin qardaşına təqdim edilsə də, tələb icra olunmamışdır. Bunun ardınca, ## ##### 2025-ci il tarixdə cavabdeh barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilərək dərhal icraya yönəldilmişdir. Məhkəmə qətnaməsinin icra edilməməsi ilə bağlı iddiaçı ## ##### 2025-ci il tarixdə Ədliyyə Nazirliyinə elektron qaydada şikayət ünvanlamış, nəticədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən ## ### 2025-ci il tarixli məktubla axtarış tədbirlərinin gedişatı barədə rəsmi cavab daxil olmuşdur.
44. Hadisələrin bu xronologiyası və cavabdehin polis və icra orqanları ilə təmasda olması barədə öz izahatları birmənalı şəkildə sübut edir ki, o, ən geci 2025-ci ilin birinci yarısında məhkəmə aktından və ona qarşı yönəlmiş icra tədbirlərindən tam məlumatlı olmuşdur. Buna baxmayaraq, cavabdeh məlumatlandığı həmin andan etibarən qanunla müəyyən edilmiş və ya hər hansı digər ağlabatan müddət ərzində apellyasiya şikayəti verməmiş, hüquqlarının müdafiəsi istiqamətində heç bir fəal prosessual addım atmamışdır.
45. Kollegiya hesab edir ki, bu məqamda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ponomaryov Ukraynaya qarşı” (Ponomaryov v. Ukraine) işi üzrə # ##### 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə müraciət olunmalıdır. Həmin qərarın 41-ci bəndində birmənalı olaraq vurğulanır ki, məhkəmələrin prosessual müddəti bərpa etmək səlahiyyəti qeyriməhdud deyildir, çünki tərəflər xəbərdar olduqları məhkəmə proseslərinin vəziyyətini öyrənmək üçün ağlabatan fasilələrlə müvafiq addımlar atmalıdırlar.
46. "Elektron məhkəmə" informasiya sistemində tərəflərə aid digər məhkəmə işlərini, xüsusən də cinayət işləri üzrə məhkəmə aktlarını təhlil etdikdə məsələnin digər tərəfi aydın olur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünün məzmunu iddiaçı tərəf ilə cavabdeh arasındakı faktiki münasibətlərin xarakterinə və cavabdehin qətnamədən xəbərsiz olması iddialarının əsassızlığına mühüm aydınlıq gətirir. Qeyd olunan cinayət işi üzrə hazırkı mülki işdə iddiaçının nümayəndəsi qismində çıxış edən Nümayəndə və hazırkı mülki işin cavabdehi Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində birgə mühakimə olunmuşlar. Məhkəmə hökmündə Nümayəndə iddiaçı İddiaçı həyat yoldaşı olduğu açıq şəkildə qeyd edilmiş, həmçinin Nümayəndəla Cavabdeh bir qrup şəxs halında birgə fəaliyyət göstərdikləri və aralarında sıx əlaqələrin (və pul alqı-satqılarının) olduğu öz əksini tapmışdır.
47. Hazırkı mülki iş üzrə iddia ərizəsi məhkəməyə ## ###### 2024-cü il tarixdə daxil olmuş, Şərur Rayon Məhkəməsinin mübahisəli qətnaməsi isə ## ####### 2024-cü ildə qəbul edilmişdir. Paralel olaraq, cavabdeh Cavabdeh və iddiaçının nümayəndəsi (həyat yoldaşı) Nümayəndə barəsində yuxarıda qeyd olunan cinayət işi üzrə icraat məhz həmin dövrdə davam etmiş və onlar 2025-ci ildə məhkəmə qarşısında birlikdə iştirak etmişdirlər. Hətta digər bir cinayət işində (Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü) iddiaçı İddiaçı zərərçəkmiş qismində mühakimə proseslərində fəal iştirak etmişdir. Bu sənədlər toplusu və xronoloji təsadüflər təkzibedilməz şəkildə sübut edir ki, cavabdeh Cavabdeh iddiaçı və onun nümayəndəsi ilə qeyd olunan dövrlərdə mütəmadi təmasda olmuş, aralarındakı maddi və məhkəmə mübahisələri barədə tam məlumatlı olmuşdur. Buna görə də, cavabdehin özünün birgə mühakimə olunduğu yaxın tərəfdaşının həyat yoldaşı tərəfindən ona qarşı eyni dövrdə irəli sürülmüş mülki iddiadan və qəbul edilmiş qətnamədən tamamilə xəbərsiz olması barədə iddiaları obyektiv reallıqla və məntiq qanunauyğunluqları ilə əsla uzlaşmır.
48. Yuxarıda qeyd olunan faktiki halların məcmusu və cavabdehin icra tədbirlərindən və polis axtarışından xəbərdar olması, eləcə də tərəflər arasındakı paralel cinayət işləri, cavabdehin qətnamədən əslində vaxtında məlumatlı olduğunu birmənalı şəkildə təsdiqləyir. Belə olan halda, qətnamənin qəbul edilməsindən və qanuni qüvvəyə minməsindən təxminən iki ilə yaxın müddət keçdikdən sonra prosessual müddətin bərpa olunması hüquqi müəyyənlik prinsipi (res judicata) ilə kəskin ziddiyyət təşkil edir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə qərarlarının yekunluğu və sabitliyi prinsipi yalnız mühüm və əsaslı halların (məsələn, şəxsin iradəsindən asılı olmayan kənar maneələr) mövcudluğu zamanı istisnaya məruz qala bilər. Hazırkı işdə isə cavabdehin apellyasiya şikayətini vaxtında verməsinə mane olan hər hansı obyektiv və dəfedilməz maneə müəyyən edilməmişdir.
49. Bütün bu sadalananları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını və toplanmış sübutları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü və 88-ci maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək əsassız qərardad qəbul etmişdir.
50. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.1 və 133.5-ci maddələrinin mahiyyəti onu deməyə imkan verir ki, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa olunmasına dair vəsatət əsaslı sayılmadıqda müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
51. Həmin Məcəllənin 385.1-ci maddəsində isə məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar dəqiq təsbit olunmuşdur. Həmin normaya görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
52. Hazırkı iş üzrə məhkəmə cavabdehin məhkəmə qətnaməsindən xəbərdar olmasını təsdiq edən təkzibedilməz sübutlara və əlaqəli işlərə hüquqi qiymət verməmiş, sadəcə ziddiyyətli və qeyri-mötəbər şahid ifadəsinə əsaslanaraq işin hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir.
53. Məhz bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadında göstərilən faktların qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edilməsi, habelə məhkəmənin müəyyən edilmiş faktlardan səhv nəticəyə gəlməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 389-cu və 390-cı maddələrinin tələblərinin pozulmasıdır.
54. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçı İddiaçı şikayəti əsaslı hesab edilərək təmin olunmalı, Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ləğv edilməli və cavabdeh Cavabdeh apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməsindən imtina olunmalıdır.
55. Mülki-Prosessual Məcəllənin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.
56. Kollegiya iddiaçının şikayətini əsaslı saydığından və qarşı tərəfin Şərur Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin rədd edilməsi nəticəsinə gəldiyindən onu da qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 133.3-cü maddəsinin mahiyyətindən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətin edilməli (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) olması aydın olur.
57. Həmçinin həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
58. Hazırkı vəziyyətdə kollegiya cavabdeh tərəfin buraxılmış prosessual müddətin bərpasına dair ərizəsini əsaslı hesab etmədiyindən, həmin ərizəyə əlavə edilmiş apellyasiya şikayətinin hüquqi taleyi ilə bağlı bildirir ki, bu məsələ apellyasiya instansiya məhkəməsinin səlahiyyətinə aid deyil. Mülki-Prosessual Məcəllənin 363.1 və 363.1.3-cü maddələrinin mahiyyətindən görünür ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
59. Qeyd edilən prosessual normanın tələbini nəzərə almaqla kollegiya belə hesab edir ki, cavabdeh tərəfin Şərur Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qaytarılması məsələsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə uyğun olaraq mülki iş geri qaytarıldıqdan sonra Şərur Rayon Məhkəməsi tərəfindən həll edilməlidir.
60. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
61. - İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfin verdiyi şikayət əsaslı olduğundan təmin edilməli;
62. - Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ləğv edilməli və qərardadla həll edilməli olan məsələ barədə yeni qərardad qəbul edilməli;
63. - Şərur Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair cavabdeh Cavabdeh tərəfindən verilmiş vəsatət rədd edilməli və ona münasibətdə həmin müddətin bərpasından imtina edilməli;
64. - cavabdeh tərəfin Şərur Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qaytarılması məsələsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə uyğun olaraq mülki iş geri qaytarıldıqdan sonra Şərur Rayon Məhkəməsi tərəfindən həll edilməlidir.
65. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
66. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
67. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir.
VIII. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfin verdiyi şikayət əsaslı olduğundan təmin edilsin. Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ləğv olunsun və qərardadla həll edilməli olan məsələ barədə yeni qərardad qəbul edilsin. Şərur Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair cavabdeh Cavabdeh tərəfindən verilmiş vəsatət rədd edilsin və ona münasibətdə həmin müddətin bərpasından imtina olunsun. Cavabdeh tərəfin Şərur Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qaytarılması məsələsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə uyğun olaraq mülki iş geri qaytarıldıqdan sonra Şərur Rayon Məhkəməsi tərəfindən həll edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Mehdi Əliyev.