Məhkəmə qərarları › İş №2(3-1)-155/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(3-1)-155/2026

09.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-155/2026 09.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası Iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə qarşı dövlət orqanının qanunsuz hərəkətləri (hərəkətsizlikləri) nəticəsində ona dəymiş 330.000 (üç yüz otuz min) manat miqdarında maddi və mənəvi zərərin (kompensasiyanın) ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və X2 ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə qarşı dövlət orqanının qanunsuz hərəkətləri (hərəkətsizlikləri) nəticəsində ona dəymiş 330.000 (üç yüz otuz min) manat miqdarında maddi və mənəvi zərərin (kompensasiyanın) ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları 1. II. Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin qanunsuz hərəkətsizliyi (süründürməçiliyi) nəticəsində dəymiş 300000 (üç yüz min) manat məbləğində maddi zərərin (əldən çıxmış mənfəət və həqiqi zərər) dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçının xeyrinə ödənilməsini, məhkəmənin qanunsuz hərəkətsizliyi nəticəsində dəymiş 30000 (otuz min) manat məbləğində mənəvi zərərin dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçının xeyrinə ödənilməsini, maddi zərərin dəqiq məbləğinin müəyyən olunması üçün iqtisadi ekspertizanın təyin edilməsini, mövcud sağlamlıq vəziyyətinin və kontuziaynın xroniki aktivləşməsinin səbəb-nəticə əlaqəsinin tibbi ekspertiza ilə müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmasını və dövlət orqanlarının gələcəkdə bu kimi hallara yol verməməsi üçün onların üzərinə qanuni öhdəliklərin qoyulmasını (icra orqanı-Ədliyyə Nazirliyi vasitəsilə) xahiş etmişdir.

3. Iddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, 1992-ci il ## ###### tarixində 16 yaşında olarkən könüllü şəkildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş, Xocalı faciəsi zamanı soydaşların xilas edilməsində və digər döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. Döyüşlər zamanı üç dəfə yaralanmış, 1993-cü il ## ##### tarixində mina partlayışı nəticəsində ağır kəlləbeyin travması və digər xəsarətlər almış, sonradan müalicə üçün Iran Islam Respublikasının Ürmiyə şəhərinə göndərilmişdir. Aldığı xəsarətlərin sonrakı dövrlərdə sağlamlığına mənfi təsir göstərdiyini və yüksək stress zamanı ağırlaşdığını bildirir. Iddiaçı 2002-ci ildən Naxçıvan MR-nın Culfa şəhərində şəxsi mülkiyyətində olan daşınmaz əmlaklarda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, həmin əmlakların əvvəlki rəhbərlik tərəfindən xəbərdarlıq və bildiriş verilmədən müxtəlif tarixlərdə qanunsuz söküldüyünü və nəticədə ona maddi və mənəvi zərər dəydiyini göstərmişdir. Bu məsələ ilə bağlı ## ### 2023-cü ildə Naxçıvan MR Inzibati Məhkəməsinə kompensasiya tələbi ilə müraciət etmişdir. Həmin işə hakim Hicran Muradov tərəfindən baxılarkən ağlabatan müddət prinsipi pozulmuş, işə üç ildən artıq müddətdə baxılmış, 15-dən çox məhkəmə iclası keçirilmiş və iclaslar arasında əsassız olaraq uzun fasilələr verilmişdir. O, məhkəmə tərəfindən işin hərtərəfli və obyektiv araşdırılması üçün zəruri prosessual hərəkətlərin görülmədiyini, o cümlədən əmlaka dəymiş zərərin və itirilmiş gəlirin müəyyən edilməsi üçün iqtisadi ekspertizanın təyin edilmədiyini, təqdim etdiyi mülkiyyət sənədlərinin isə əsassız olaraq qəbul edilmədiyini iddia edir. Iddiaçı hesab edir ki, məhkəmə prosesinin uzun müddət davam etməsi onun maddi, mənəvi, sosial və psixoloji vəziyyətinə ciddi təsir göstərmiş, əvvəlki döyüş xəsarətləri fonunda səhhətinin ağırlaşmasına səbəb olmuşdur. Bundan əlavə, məhkəmə prosesinin uzanması səbəbindən övladının Türkiyədə universitetdə təhsil haqqının (14.000 ABŞ dolları) ödənilmədiyini, təhsilinin dayandırıldığını və əlavə yaşayış xərclərinin yarandığını qeyd edir. Həmçinin əsas iş üzrə əldə edə biləcəyi hesab etdiyi 300.000 manat gəlirdən, sahibkarlıq fəaliyyətindən əldə ediləcək gəlirlərdən və məhkəmə, vəkil, səfər və digər xərclərdən məhrum olduğunu bildirir. Iddiaçı dəymiş maddi və mənəvi zərərin dövlət tərəfindən kompensasiya edilməsini tələb edir. Bu məqsədlə Naxçıvan MR Maliyyə və Ədliyyə Nazirliklərinə müraciət etdiyini, müraciətlərə verilmiş cavabların isə kompensasiya məsələsinin məhkəmə qaydasında həll edilməli olduğunu göstərir.

4. Iddiaçı İddiaçı ## ###### 2026-cı il tarixli məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə göndərərək işdə "cavabdeh" kimi yalnız Cavabdeh tanınmasını və Ədliyyə Nazirliyinin prosesdən tam kənarlaşdırılmasını, 1065 günlük hərəkətsizliyin ona vurduğu zərərin real həcminin müəyyən edilməsi üçün müstəqil qiymətləndirmə və tibbipsixoloji ekspertiza təyin edilməsini, Naxçıvan MR Inzibati Məhkəməsinin qanunsuz hərəkətsizliyi nəticəsində vurulmuş 300 000 (üç yüz min) manat maddi və 30.000 (otuz min) manat mənəvi zərərin cavabdeh Cavabdeh tutularaq ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Naxçıvan Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəsi təmin edilərək iddia tələbinə iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə qarşı dövlət orqanının qanunsuz hərəkətləri (hərəkətsizlikləri) nəticəsində ona dəymiş 330.000 (üç yüz otuz min) manat miqdarında maddi və mənəvi zərərin (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi həddində baxılması qərara alınmışdır.

6. Cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi 17 fevral və ## #### 2026-cı il tarixlərində məhkəməyə təqdim etdiyi etiraz ərizələrində iddianın Maliyyə Nazirliyinə münasibətdə təmin edilməsinin mümkün olmadığını bildirərək qeyd etmişdir ki, iddiaçının # ####### 2025-ci il tarixli müraciəti Nazirlik tərəfindən araşdırılaraq “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.10-cu maddəsinə əsasən aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsinə göndərilmişdir. Etirazda göstərilmişdir ki, hazırkı mübahisə məhkəmə orqanının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulduğu iddia edilən zərərin ödənilməsi ilə bağlıdır. Maliyyə Nazirliyi həmin hüquqi münasibətin birbaşa iştirakçısı olmadığından və məhkəmə orqanlarının hərəkətləri nəticəsində vurulmuş zərərə görə cavabdehlik daşımadığından onun cavabdeh qismində işə cəlb edilməsi əsassızdır. Nümayəndə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin ödənilməsi üçün hakimin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilməlidir. Bununla yanaşı, nümayəndə bildirmişdir ki, digər dövlət orqanlarının və ya hüquqi şəxslərin öhdəlikləri Maliyyə Nazirliyinin üzərinə qoyula bilməz. Nazirliyin dövlət büdcəsinin icrası ilə bağlı səlahiyyətləri onun mübahisə üzrə maddi-hüquqi cavabdeh olması anlamına gəlmir. Iddiaçı İddiaçı ## #### 2026-cı il tarixdə məhkəməyə təqdim etdiyi mülahizəsində bildirmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin qərardadı və işin icraata qəbul edilməsi ilə bağlı qərarı ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi artıq cavabdeh qismində müəyyən edilmişdir. Onun fikrincə, Nazirliyin cavabdeh olmadığını bildirməsi məhkəmənin müəyyən etdiyi prosessual statusa ziddir. Iddiaçı qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə işin mahiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi Maliyyə Nazirliyinin cavabdehliyini istisna etmir. Iddiaçı hesab etmişdir ki, cavabdehin bir tərəfdən mübahisənin iştirakçısı olmadığını, digər tərəfdən isə zərərin dövlət büdcəsi hesabına ödənilməsində icraedici qurum olduğunu bildirməsi onun mövqeyinin ziddiyyətli olduğunu göstərir. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərin mülki qaydada ödənilməsinin mümkün olduğunu, bunun üçün hakimin cinayət təqsirinin müəyyən edilməsinə dair hökmün tələb olunmadığını bildirən iddiaçı, Maliyyə Nazirliyinin dövlət xəzinəsini idarə edən və büdcə ödənişlərini həyata keçirən qurum kimi cavabdeh qismində işdə saxlanılmasını zəruri hesab etmişdir. Iddiaçı Naxçıvan MR Inzibati Məhkəməsini zərərin yaranmasına səbəb olan hərəkətlərin subyekti kimi üçüncü şəxs qismində göstərdiyini, Maliyyə Nazirliyinin isə zərərin dövlət büdcəsi hesabına ödənilməsi ilə əlaqədar cavabdeh olduğunu qeyd etmişdir. Göstərilənlərə əsasən, iddiaçı Maliyyə Nazirliyinin etirazının rədd edilməsini, Nazirliyin cavabdeh qismində işdə saxlanılmasını və prosesi əsassız uzatdığı hesab edilən hərəkətlərinə münasibətdə qanunvericiliyə uyğun prosessual tədbir görülməsini xahiş etmişdir.

7. Iddiaçı İddiaçı ## ### 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin üçüncü şəxs qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsi cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.

8. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Gülsüm Əliyeva) ## ##### 2026cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının göstərdiyi hallar hüquqi baxımdan dövlətin mülki hüquqi məsuliyyətinin yaranması üçün kifayət edən əsaslar kimi qiymətləndirilə bilməz. Hazırkı iş üzrə iddiaçının istinad etdiyi hallar mahiyyət etibarilə məhkəmə fəaliyyətindən irəli gəldiyi iddia olunan zərərlə bağlıdır. Lakin iş materiallarında hər hansı hakimin təqsirinin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunması faktı mövcud deyildir. Iddiaçı tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 1101.3-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün zəruri hüquqi fakt mövcud olmadığından həmin norma əsasında dövlətin mülki-hüquqi məsuliyyətinin əmələ gəlməsi istisna olunur. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, iddiaçının istinad etdiyi hallar iş üzrə hüquqazidd davranış faktının mövcudluğu qənaətinə gəlmək üçün də kifayət etmir. Belə ki, iş materiallarından görünür ki, məhkəmə iclasları keçirilmiş və qanunvericiliklə nəzərdə tutulmuş prosessual fəaliyyət həyata keçirilmişdir. Təkcə işə baxılmanın müəyyən müddət davam etməsi məhkəmə tərəfindən hüquqazidd hərəkətsizliyə yol verildiyini təsdiq etmir. Məhkəmə nəzərə almışdır ki, ağlabatan müddət anlayışı mücərrəd zaman meyarı olmayıb, hər bir konkret iş üzrə onun hüquqi və faktiki mürəkkəbliyi, araşdırılmalı halların xarakteri, sübutların həcmi, tərəflərin prosessual davranışı və digər obyektiv amillər nəzərə alınmaqla müəyyən edilir. Iddiaçı tərəfindən isə məhkəmənin hansı konkret prosessual vəzifəni yerinə yetirmədiyi, hansı qanun normasının pozulduğu, habelə işin baxılmasının hansı qanunsuz davranış nəticəsində uzandığı sübuta yetirilməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan maddi və mənəvi zərərin mövcudluğu, həcmi və həmin zərərlərlə istinad edilən hallar arasında səbəbli əlaqə də sübuta yetirilməmişdir. Belə ki, iddiaçı 300.000 manat məbləğində maddi zərərin ödənilməsini tələb etsə də, həmin məbləğin hansı konkret hesablamalar əsasında müəyyən edildiyini, onun real surətdə mövcud olduğunu və məhz istinad etdiyi hallar nəticəsində yarandığını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Iddia ərizəsində göstərilən gəlir itkisi, sahibkarlıq fəaliyyəti ilə bağlı gözlənilən nəticələr, gələcəkdə əldə ediləcəyi ehtimal olunan vəsaitlər və digər iqtisadi göstəricilər ehtimal xarakteri daşıyır. Mülki hüququn ümumi prinsiplərinə görə isə kompensasiya edilə bilən zərər real, müəyyən edilə bilən və sübuta yetirilmiş zərər olmalıdır. Ehtimal edilən gəlirlər və fərziyyə xarakterli iqtisadi gözləntilər zərərin mövcudluğunu təsdiq edən kifayət qədər sübut hesab edilə bilməz. Bundan əlavə, iş materialları ilə tələb olunan 300.000 manat məbləğində zərərlə iddiaçının istinad etdiyi məhkəmə icraatı arasında birbaşa səbəbli əlaqə də müəyyən olunmur. Iddiaçının istinad etdiyi sosial, ailə, iqtisadi və digər nəticələrin yalnız və bilavasitə məhkəmə icraatından irəli gəldiyi qənaətinə gəlməyə imkan verən sübutlar mövcud deyildir. Iddiaçının 30.000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin kompensasiya olunması üçün şəxsin fiziki və ya mənəvi iztirablara məruz qalması, həmin iztirabların hüquqazidd davranış nəticəsində yaranması və kompensasiya tələbini əsaslandıran halların müəyyən olunması zəruridir. Lakin iş materiallarında iddiaçının istinad etdiyi mənəvi iztirabların həcmini, xarakterini və məhz göstərilən hallar nəticəsində yarandığını təsdiq edən obyektiv sübutlar mövcud deyildir. Eyni zamanda tələb olunan 30.000 manat məbləğinin hansı hüquqi və faktiki meyarlar əsasında müəyyən edildiyi də əsaslandırılmamışdır. Məhkəmə nəzərə almışdır ki, hər hansı məhkəmə mübahisəsində iştirak edən şəxsin müəyyən narahatlıq, psixoloji gərginlik və mənəvi diskomfort hiss etməsi özlüyündə kompensasiya ödənilməsi üçün kifayət edən əsas hesab edilə bilməz. Belə tələbin təmin olunması üçün mənəvi zərərin mövcudluğu və onun hüquqazidd davranışla səbəbli əlaqəsi sübuta yetirilməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iş üzrə nə Mülki Məcəllənin 1101.3-cü maddəsində nəzərdə tutulmuş xüsusi məsuliyyət əsasları, nə hüquqazidd davranış faktı, nə 300.000 manat məbləğində maddi zərərin mövcudluğu, nə 30.000 manat məbləğində mənəvi zərərin əsaslılığı, nə də istinad olunan hallar ilə tələb olunan kompensasiya arasında hüquqi əhəmiyyət kəsb edən səbəbli əlaqə müəyyən edilmişdir. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

10. Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı Əliyar oğlu ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam həcmdə ləğv edilməsini, iddia tələbinin - 300.000 (üç yüz min) manat maddi zərərin və 30.000 (otuz min) manat mənəvi zərərin, cəmi 330.000 manatın cavabdeh Cavabdeh tutularaq ödənilməsinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi, əgər Ali Məhkəmə bunu mümkün hesab etməzsə, işi yeni məhkəmə baxışı üçün Naxçıvan Şəhər Məhkəməsinə başqa hakim tərkibində qaytarılması, iş üzrə məhkəmə-iqtisadi ekspertizasının (maddi zərərin dəqiq məbləğinin müəyyən edilməsi üçün) və kompleks tibbi-psixoloji ekspertizanın (sağlamlıq vəziyyətinin pisləşməsi ilə hərəkətsizlik arasındakı səbəb-nəticə əlaqəsinin müəyyən edilməsi üçün) təyin edilməsinin təmin edilməsi, vətən müharibəsi qazisi və minadan zərərçəkmiş 2-ci qrup əlil statusuna əsasən, «Dövlət rüsumu haqqında» Qanunun 9.1.15-ci maddəsinə uyğun olaraq apellyasiya şikayəti üzrə dövlət rüsumundan azad edilməyinin təmin edilməsini xahiş etmişdir.

11. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli qərardadı ilə artıq rəsmən təsbit edilmişdir ki, iddiası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsi ilə tənzimlənməli və cavabdeh qismində dövlət xəzinəsini idarə edən qurum- Cavabdeh çıxış etməlidir. Ali Məhkəmənin bu hüquqi mövqeyi Mülki-Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən aşağı instansiya məhkəməsi üçün məcburidir və təkrar müzakirə predmeti ola bilməz. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qətnaməsində Mülki Məcəllənin 1101.3-cü maddəsinə istinad edərək, zərərin əvəzinin yalnız hakimin təqsirinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirildiyi halda ödənildiyini əsas gətirmiş və iddianı bu əsasla rədd etmişdir. Onun tələbi konkret hakimin şəxsi cinayət təqsirinə deyil, dövlət orqanının (Inzibati Məhkəmənin) institusional hərəkətsizliyinə əsaslanır və Mülki Məcəllənin 1100 və 1101.1-ci maddələrinin tənzimləmə predmetinə aiddir, hansı ki, bu maddələrə əsasən zərər vəzifəli şəxsin təqsirindən asılı olmayaraq, təqsirsiz məsuliyyət prinsipi əsasında ödənilməlidir. Mülki Məcəllənin 1101.3-cü maddəsi yalnız 1101.1-ci maddədə sadalanan xüsusi hallara (qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlbetmə və s.) aiddir və institusional süründürməçilik hallarına şamil edilə bilməz. Bu iki normanın qarışdırılması maddi hüququn kobud şəkildə səhv tətbiqidir və təkbaşına qətnamənin ləğvi üçün kifayət edən əsasdır. Qətnamədə göstərilir ki, iddiaçı məhkəmənin hansı konkret prosessual vəzifəni yerinə yetirmədiyini sübuta yetirməmişdir. Bu yanaşma həqiqətə uyğun deyil və iş materiallarında əksini tapmır. Naxçıvan Şəhər Məhkəməsi sədrinin ##.##.2026-cı il tarixli qərardadı ilə rəsmən təsbit olunmuş, iş üzrə 15 saxta protokolun tərtib edilməsi və Ali Məhkəmənin müdaxiləsindən cəmi 40 dəqiqə sonra arxiv sənədlərinin «tapılması» faktı, habelə 1065 gün ərzində bir dənə də aralıq qərardadın (ekspertiza təyini, sorğu və s.) çıxarılmaması- bunların hər biri Mülki- Prosessual Məcəllənin 14-cü maddəsində (işin hərtərəfli araşdırılması), 6-cı maddəsində (ağlabatan müddət) və «Məhkəmələr və hakimlər haqqında» Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş konkret prosessual vəzifələrin pozulmasıdır. Bu fakt sənədləşdirilmiş, mübahisələndirilməyən və məhkəmənin öz protokollarında əks olunan obyektiv haldır, ona görə ayrıca əlavə sübut tələb etmir-özü-özlüyündə hüquqazidd davranışın isbatıdır. Qətnamədə maddi zərərin dəqiq məbləğinin sübut olunmadığı əsas gətirilərək iddia rədd edilmişdir. Lakin ##.##.2026-cı il tarixli vəsatətilə o, dəqiq bu səbəbdən-maddi zərərin dəqiq məbləğinin peşəkar qiymətləndirmə yolu ilə müəyyən edilməsi üçün məhkəmə-iqtisadi ekspertizasının, sağlamlıq vəziyyətinin (M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ##.##.2025-ci il tarixli, № ******* arayışında təsbit olunmuş G93 diaqnozunun) hərəkətsizliklə səbəb-nəticə əlaqəsini müəyyən etmək üçün kompleks tibbi-psixoloji ekspertizanın təyin edilməsini tələb etmişdir. Məhkəmə ##.##.2026-cı il tarixli qərardadı ilə bu vəsatəti «zərurət olmadığından» rədd etmiş, daha sonra isə elə həmin sübutun mövcud olmamasını əsas gətirərək iddianı rədd etmişdir. Bu, məntiqi dövr təşkil edir: məhkəmə sübutu əldə etmək vasitəsini özü əlindən alıb, sonra «sübut yoxdur» nəticəsinə gəlmişdir. Bundan əlavə, Mülki- Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, dövlət orqanının hərəkəti (hərəkətsizliyi) mübahisələndirildikdə, həmin hərəkətin qanuniliyini sübut etmək yükü iddiaçının deyil, cavabdehin üzərinə düşür. Qətnamədə bu norma tətbiq edilməmiş, sübutetmə yükü tam iddiaçının üzərinə qoyulmuşdur ki, bu da prosessual bərabərlik prinsipinin (Konstitusiyanın 60cı maddəsi, MPM-in 9 və 10-cu maddələri) pozulmasıdır. Qətnamədə məhkəmənin özü faktiki olaraq etiraf edir ki, iş 3 il müddətində həll edilməmiş, 15-dən çox iclas keçirilmiş, lakin mahiyyəti üzrə nəticələndirilməmişdir. Bununla belə, məhkəmə bu faktı müstəqil hüquqazidd davranış kimi qiymətləndirməkdən imtina etmişdir. Cavabdeh ##.##.2026-cı il tarixli «Etiraz Ərizəsi» ilə irəli sürdüyü, özünün cavabdeh olmadığı barədə iddiaları artıq ##.##.2026-cı il tarixli mülahizəsində əsaslı şəkildə rədd edilmişdir. Nazirlik bir tərəfdən hüquqi münasibətin iştirakçısı olmadığını bildirsə də, digər tərəfdən zərərin ödənilməsi üçün icra orqanı olduğunu etiraf edərək özünün yalnız üçüncü şəxs qismində cəlbini təklif etmişdir ki, bu da onun cavabdehlik statusunu əslində təsdiqləyən ziddiyyətli mövqedir. Ali Məhkəmənin ##.##.2026-cı il tarixli məktubunda Nazirliyin bu etirazı «məhkəmənin qərardadına kobud müdaxilə» kimi rəsmən qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsi ilə, əslində, Nazirliyin əsassız və artıq rədd edilmiş bu mövqeyini nəticə etibarilə dəstəkləyərək, işi mahiyyəti üzrə deyil, formal əsaslarla həll etmişdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan RespublikasıQanununun 7-ci maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Bu xüsusi norma, dövlət orqanının institusional hərəkətsizliyi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün müstəqil hüquqi əsas yaradır və birinci instansiya məhkəməsi bu norma ilə Mülki Məcəllənin 1101.3-cü maddəsi arasındakı əlaqəni düzgün qiymətləndirməmişdir. Xüsusi normanın ümumi normadan üstünlüyü hüququn ümumi prinsipidir (lex specialis derogat legi generali) və qətnamədə bu prinsip tətbiq edilməmişdir. Qətnamədə mənəvi zərərin əsaslandırılmadığı göstərilsə də, iş materiallarında Vətən müharibəsi qazisi kimi statusu, minadan zərərçəkmə nəticəsində əldə etdiyi 2-ci qrup əlillik, döyüş kontuziyasının xroniki ocaqlarının uzun sürən hüquqi mübarizə və qeyri-müəyyənlik nəticəsində aktivləşməsi barədə tibbi sənədlər (o cümlədən M.Mirqasımov adına Xəstəxananın arayışı) təqdim edilmişdir. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mənəvi zərər şəxsin fiziki və mənəvi iztirablarının pul ekvivalentidir və onun dəqiq məbləğinin riyazi düsturla ifadə edilməsi tələb olunmu - bu, mahiyyəti etibarilə məhkəmənin mülahizəsinə aid məsələdir, iddiaçının deyil. Mənəvi zərərin tamamilə rədd edilməsi, təqdim olunmuş tibbi sübutların nəzərə alınmaması deməkdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi tərəfindən etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş apellyasiya şikayətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026- ci il tarixli, *(*-*)-*/**** nömrəli qərardadı ilə artıq rəsmən təsbit edilmişdir ki, iddia Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsi ilə tənzimlənməli və cavabdeh qismində dövlət xəzinəsini idarə edən qurum Cavabdeh çıxış etməli olduğu barədə iddiaları əsassızdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ##.##.2026-cl il tarixli *(*-*)-*/**** nömrəli Qərardadında qeyd olunan istiqamətdə (sözügedən maddə ilə tənzimlənmə və ya cavabdehin Nazirlik olması barədə) hər hansı bir mövqe bildirilməmiş, hətta tətbiq edilən hüquq çərçivəsində ümumiyyətlə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə istinad edilməmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, iddiaçı şikayətində “mənim tələbim konkret hakimin şəxsi cinayət təqsirinə deyil, dövlət orqanının (Inzibati Məhkəmənin) institusional hərəkətsizliyinə əsaslanır və Mülki Məcəllənin 1100 və 1101.1-ci maddələrinin tənzimləmə predmetinə aiddir" deyə bildirərək Inzibati Məhkəmənin hərəkətsizliyinə görə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100cü maddəsi dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməli olması bildirilmişdir. Sözügedən maddəyə istinadən bildirirlər ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi), eləcə də qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktı mövcud deyildir. Göründüyü kimi, iddiaçı da Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin hər hansı hərəkət və ya hərəkətsizliyinin olmadığını qəbul edərək Inzibati Məhkəmənin hərəkətsizliyinə istinad etmişdir. Qeyd olunan istiqamətdə bildirirlər ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birbaşa hüquqi münasibətlərdə iştirakı istisna olmaqla digər hər hansı inzibati orqanın və ya hüquqi şəxsin öhdəlikləri Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi üzərinə qoyula bilməz. Habelə apellyasiya şikayətində "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa istinad edərək dövlət orqanının hərəkətsizliyi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün müstəqil hüquqi əsas yarandığı qeyd olunmuşdur. "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Burada vurulmuş ziyanın ödənilməsi tələbi ilə iddianın məhkəməyə verilməsi və həmin iddiaya mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada baxılaraq həll edilməsi başa düşülür. Lakin bu zaman cavabdeh qismində müvafiq ziyanı vurmuş dövlət orqanı (dövlət adından) çıxış etməlidir. Sözügedən qanunvericilik aktlarına istinadən dəymiş zərərin əvəzinin ödənilməsi məsələsinə münasibətdə bildirirlər ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi sözügedən hüquqi münasibətinin birbaşa iştirakçısı deyildir və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərə (əgər varsa) görə cavabdehlik daşımır. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.3-cü maddəsinə əsasən ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. Lakin işin materiallarında hər hansı hakimin təqsirinin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunması faktı mövcud deyildir və iddiaçının göstərdiyi hallar hüquqi baxımdan dövlətin mülki-hüquqi məsuliyyətinin yaranması üçün kifayət edən əsaslar kimi qiymətləndirilə bilməz. Dolayısı ilə dövlətin mülki-hüquqi məsuliyyəti yaranması faktı təsdiq olunmadığından zərərin ödənilməsi faktı da mövcud deyildir və dövlət büdcəsi vəsaiti hesabına ödənilə bilməz. Hazırki mübahisə mahiyyət üzrə məhkəmə orqanının qanunsuz hərəkəti ilə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı yarandığından sözügedən məhkəmə işi üzrə şikayət rədd edilməlidir. Qeyd edilənləri nəzərə alaraq xahiş edirlər ki, mülki üzrə şikayətin rədd edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edəsiniz. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər və üçüncü şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iddiaçı İddiaçı kollegiyaya ünvanlandığı vəsatətdə məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, işə onun iştiraklı olmadan baxılmasını, mübahisələndirilən qətnamənin tam həcmdə ləğv olunmasını və iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmiş, eyni zamanda cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi kollegiyanın ünvanına məktub ünvanlayaraq məhkəmə iclasına Nazirlikdə iş yükünün çoxluğu nəzərə alınaraq iştirakları olmadan baxılmasını xahiş etmiş, həmçinin cavabdeh tərəfində iddia predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin nümayəndəsi də kollegiyanın ünvanına məktub ünvanlayaraq məhkəmə iclasında işlərinin çoxluğu səbəbindən iştirak edə bilməyəcəyini, onların iştirakı olmadan işə baxılmaqla, qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən adıçəkilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs onavurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və yamüqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1001.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

18. Maddə 1101.3. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. b) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli qərarı

19. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. V. Apellyasiya baxışının hədləri

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının qiymətləndirməsi

37. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

38. Iş materiallarının məzmunundan görünür ki, hazırkı mübahisənin yaranmasına səbəb olan əsas məsələ iddiaçı Qasımov Vüqar Əlyar oğlunun əvvəllər Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsində qaldırdığı kompensasiya tələbi üzrə məhkəmə icraatının onun qənaətinə görə əsassız olaraq uzun müddət davam etdirilməsi və həmin icraat çərçivəsində məhkəmə tərəfindən qanunsuz hərəkətsizliyə yol verilməsi nəticəsində ona maddi və mənəvi zərər vurulması barədə iddialarıdır.

39. Iş üzrə mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçı əvvəllər Naxçıvan MR Inzibati Məhkəməsinə cavabdeh Naxçıvan MR Icra Hakimiyyətinə qarşı sökülmüş əmlaklarına görə 1.000.000 manat maddi zərərin və əldən çıxmış faydaya görə 1.000.000 manat, ümumilikdə 2.000.000 manat vəsaitin tutulması barədə iddia ilə müraciət etmiş, həmin iddia təmin edilməmişdir.

40. Iş üzrə mübahisəli olan əsas hallar isə iddiaçıya real maddi və mənəvi zərərin vurulub-vurulmaması, həmin zərərlə məhkəmə icraatı arasında birbaşa səbəbli əlaqənin mövcud olub-olmaması, habelə tələb olunan kompensasiyanın Cavabdeh tutulması üçün qanunla nəzərdə tutulmuş maddi-hüquqi əsasların yaranıb-yaranmamasıdır.

41. Ilk növbədə qeyd edilməlidir ki, iddiaçının tələbinin mahiyyəti sadəcə olaraq məhkəmə icraatının uzun müddət davam etməsinə görə kompensasiya alınmasından ibarət deyildir. Iddiaçı daha geniş şəkildə məhkəmə tərəfindən qanunsuz hərəkətsizliyə yol verildiyini, konkret prosessual vəzifələrin yerinə yetirilmədiyini, bunun nəticəsində 300.000 manat maddi və 30.000 manat mənəvi zərərə məruz qaldığını və həmin zərərin dövlət tərəfindən ödənilməli olduğunu iddia edir. Buna görə də iddianın təmin olunması üçün yalnız icraatın müəyyən müddət davam etməsi faktının mövcudluğu kifayət etməyib, qanunsuz davranışın, zərərin, həmin davranışla zərər arasındakı səbəbli əlaqənin və dövlətin məhz həmin hüquqi əsasla məsuliyyət daşımasının məcmu şəkildə müəyyən edilməsi tələb olunur.

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələləri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Belə ki, işin müəyyən müddət ərzində araşdırılması, məhkəmə iclaslarının çoxsaylı olması və iclaslar arasında müəyyən fasilələrin mövcudluğu özlüyündə məhkəmənin qanunsuz hərəkətsizliyinin sübutu kimi qəbul edilə bilməz. Ağlabatan müddət tələbinin pozulub-pozulmadığı müəyyən edilərkən yalnız təqvim günlərinin və ya ayların sayı deyil, işin faktiki və hüquqi mürəkkəbliyi, araşdırılmalı məsələlərin xarakteri, sübutların həcmi, tərəflərin prosessual davranışı, ekspertiza və digər prosessual hərəkətlərə ehtiyacın olub-olmaması, məhkəmənin işin hərəkətini təmin etmək üçün həyata keçirdiyi tədbirlər və digər obyektiv hallar birlikdə qiymətləndirilməlidir.

43. Bu baxımdan iddiaçının göstərdiyi “1065 günlük hərəkətsizlik” ifadəsi də hüquqi baxımdan birmənalı olaraq qanunsuz hərəkətsizliyin mövcudluğunu təsdiq edən sübut hesab edilə bilməz. Hərəkətsizlik konkret prosessual vəzifənin qanunla müəyyən edilmiş müddətdə və ya ağlabatan müddət ərzində yerinə yetirilməməsi ilə xarakterizə olunmalı, həmin vəzifənin mövcudluğu və onun yerinə yetirilməməsi isə müvafiq sübutlarla müəyyən edilməlidir. Iddiaçı isə məhkəmə tərəfindən hansı konkret prosessual hərəkətin hansı tarixdə həyata keçirilməli olduğu halda həyata keçirilmədiyini, bunun hansı hüquq normasının pozulmasına səbəb olduğunu və məhz həmin hərəkətsizliyin işin baxılmasını qanunsuz olaraq uzatdığını inandırıcı şəkildə ortaya qoymamışdır.

44. Iddiaçının məhkəmə tərəfindən iqtisadi ekspertizanın təyin edilməməsi və təqdim etdiyi sənədlərin qəbul edilməməsi barədə dəlilləri də bu nəticəni dəyişmir.

45. Əvvəla, ekspertizanın təyin edilməsi məhkəmənin mütləq vəzifəsi olmayıb, iş üzrə xüsusi bilik tələb edən halların mövcudluğundan və ekspertiza vasitəsilə müəyyən ediləcək məsələlərin işin həlli üçün əhəmiyyətindən asılıdır. Ekspertiza tərəfin irəli sürdüyü iddianın sübuta yetirilməsi üçün mütləq və məcburi vasitə deyil. Məhkəmə təqdim edilmiş sübutların məcmusunu qiymətləndirməklə ekspertizanın keçirilməsinin zəruri olub-olmaması barədə nəticəyə gəlmək səlahiyyətinə malikdir. Hər hansı prosessual hərəkətin məhkəmənin qənaətinə uyğun şəkildə həyata keçirilməməsi və ya tərəfin tələb etdiyi ekspertizanın təyin olunmaması, özü-özlüyündə, həmin məhkəmənin qanunsuz hərəkətsizliyə yol verdiyini və nəticədə ayrıca mülki-hüquqi məsuliyyət yaratdığını göstərmir.

46. Hazırkı işdə də məhkəmə-iqtisadi ekspertizasının təyin edilməməsi ilə sonradan maddi zərərin sübuta yetirilmədiyi barədə nəticəyə gəlinməsi arasında apellyasiya şikayətində iddia edildiyi kimi ziddiyyət mövcud deyildir. Çünki ekspertizanın predmetinə çevrilə bilməsi üçün ilk növbədə iddiaçının tələb etdiyi maddi zərərin hüquqi və faktiki əsasları müəyyən edilməli, zərərin hansı konkret əmlak itkilərindən, hansı real gəlir itkisinə görə və hansı iqtisadi göstəricilər əsasında yarandığı ilkin sübutlarla əsaslandırılmalıdır. Lakin qeyd edilən hallar sübuta yetirilməmişdir.

47. Iddiaçının Mülki Məcəllənin 1101.3-cü maddəsinə əsasən hakimin təqsirinin müəyyən edilməsinə dair qanuni qüvvəyə minmiş hökmün zəruri olmadığı barədə mövqeyinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu dəlil də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Çünki hazırkı işdə məsələ yalnız dövlət orqanının qanunsuz hərəkətinin abstrakt şəkildə mövcud olub-olmamasından deyil, məhz ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar vurulduğu iddia edilən zərərin hansı hüquqi əsasla dövlətin üzərinə qoyulmasından gedir. Mülki Məcəllənin 1101.3-cü maddəsi ədalət mühakiməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərə görə xüsusi məsuliyyət rejimi müəyyən edir və həmin normanın tətbiqi üçün orada nəzərdə tutulan hüquqi şərtlərin mövcudluğu sübuta yetirilməlidir.

48. Bu baxımdan iş materiallarında hər hansı hakimin təqsirinin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyini təsdiq edən sübutun olmaması birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq nəzərə alınmışdır. Iddiaçının həmin normanın tətbiqi üçün zəruri olan hüquqi faktın mövcudluğunu təsdiq edən sübut təqdim etməməsi isə onun tələbinin bu hüquqi əsasla təmin edilməsinə imkan vermir.

49. Kollegiya 300.000 manat maddi zərərin tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı həmin məbləğin konkret və yoxlanıla bilən hesablanmasını təqdim etməmişdir. Iddiaçının itirdiyini bildirdiyi sahibkarlıq gəlirləri, əldə ediləcəyi ehtimal olunan mənfəət, gələcək iqtisadi fəaliyyət nəticəsində əldə olunacağı gözlənilən vəsaitlər və digər maliyyə göstəriciləri müəyyən və qaçılmaz xarakter daşıyan real itkilərlə eyniləşdirilə bilməz. Əldən çıxmış faydanın kompensasiya olunması üçün də onun yalnız nəzəri və ehtimal olunan gəlir kimi deyil, normal şəraitdə əldə edilməsi real və kifayət qədər müəyyən olan gəlir kimi əsaslandırılması tələb olunur. Iddiaçı isə tələb etdiyi 300.000 manatın məhz hansı konkret iqtisadi əməliyyatlar, gəlir göstəriciləri və sübutlarla təsdiq edildiyini müəyyən etməmişdir.

50. Sübutetmə yükünün bölüşdürülməsi mübahisənin predmetindən, tərəfin hansı faktı iddia etməsindən və həmin faktın hansı hüquqi nəticəyə səbəb olmasından asılıdır. Iddiaçı öz tələbini əsaslandıran və onun təmin edilməsini şərtləndirən faktları, o cümlədən hüququnun pozulmasını, zərərin mövcudluğunu və məbləğini, habelə səbəbli əlaqəni əsaslandırmalı və mümkün həddə sübut etməlidir. Eyni zamanda, dövlət orqanının qanunsuz hərəkət və ya hərəkətsizliyinə istinad edən tərəf həmin davranışın konkret nədən ibarət olduğunu göstərməli və kompensasiya tələb etdiyi zərərin həmin davranışın nəticəsi olduğunu əsaslandırmalıdır.

51. Bundan əlavə, maddi zərərin mövcudluğu sübuta yetirilsə belə, həmin zərərin məhz əvvəlki məhkəmə icraatının iddiaçının iddia etdiyi müddətdə davam etməsi nəticəsində yaranması ayrıca müəyyən edilməlidir. Iş materiallarında iddiaçının göstərdiyi sahibkarlıq gəlirlərindən, övladının təhsil xərclərindən, səfər və vəkil xərclərindən və digər maliyyə itkilərindən hər birinin birbaşa və bilavasitə məhkəmə icraatının müddəti ilə səbəbli bağlılığını müəyyən etməyə imkan verən kifayət qədər mötəbər sübutlar yoxdur.

52. Eyni yanaşma 30.000 manat mənəvi zərər tələbinə də aiddir. Mənəvi zərərin məbləğinin müəyyən edilməsi məhkəmənin mülahizəsinə aid məsələ olsa da, məhkəmənin mülahizəsi sübuta yetirilməmiş faktlara əsaslana bilməz. Iddiaçının məhkəmə prosesinin onun psixoloji vəziyyətinə mənfi təsir etdiyini, sağlamlığının ağırlaşdığını, özünəqəsd cəhdi etdiyini və aclıq aksiyası keçirdiyini bildirməsi, bu halların müəyyən tibbi sənədlərlə müşayiət olunması həmin halların mövcudluğunun araşdırılması baxımından əhəmiyyətli olsa da, onların məhz məhkəmənin hüquqazidd hərəkətsizliyinin nəticəsi olduğunu avtomatik şəkildə təsdiq etmir. Burada da hüquqazidd davranış ilə konkret fiziki və mənəvi nəticə arasında səbəbli əlaqənin müəyyən edilməsi zəruridir.

53. Belə səbəbli əlaqənin mövcudluğu isə yalnız şəxsin müəyyən hadisədən sonra sağlamlıq və ya psixoloji çətinliklər yaşaması ilə müəyyən edilə bilməz. Xüsusilə iddiaçının özünün istinad etdiyi əvvəlki döyüş xəsarətləri, uzun müddət ərzində mövcud olmuş digər həyat və sosial amillər nəzərə alındıqda, hazırkı iş üzrə tələb olunan kompensasiyanın məhz mübahisə predmeti olan məhkəmə icraatının nəticəsi olduğunu təsdiq edən obyektiv və kifayət qədər inandırıcı sübutların mövcudluğu zəruri idi. Belə sübutlar isə iş materiallarında lazımi səviyyədə müəyyən edilməmişdir.

54. Kollegiya iddiaçının diqqətinə çatdırır ki, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının # ###### 2025-ci il tarixli, №******* nömrəli arayışında müəyyən diaqnozun göstərilməsi iddiaçının sağlamlıq vəziyyətinə dair sübut kimi qiymətləndirilə bilər. Lakin tibbi sənədin mövcudluğu ilə həmin sağlamlıq vəziyyətinin səbəbinin məhkəmə tərəfindən yol verildiyi iddia olunan hərəkətsizlik olması arasında birbaşa hüquqi nəticə mövcud deyildir. Tibbi sənəd xəstəliyin və ya sağlamlıq pozuntusunun mövcudluğunu təsdiq edə bilər, lakin həmin pozuntunun hüquqi səbəbini, yəni məhz konkret məhkəmə hərəkətsizliyinin nəticəsi olduğunu özlüyündə müəyyən etmir. Beləliklə iddiaçının tibbi sənədlərin məhkəmə tərəfindən “nəzərə alınmaması” barədə dəlili də işin məzmununa uyğun deyildir.

55. Kollegiya onu da qeyd edir ki, Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının əvvəlki prosessual qərardadının mövcudluğu da hazırkı iddianın təmin edilməsi üçün hüquqi əsas yaratmır. Işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmə və müəyyən prosessual məsələlərə dair göstərişlərin verilməsi iddiaçının tələb etdiyi 330.000 manat məbləğində zərərin artıq sübuta yetirilmiş hesab edilməsi və ya Maliyyə Nazirliyinin həmin zərərə görə maddi-hüquqi cavabdeh kimi müəyyənləşdirilməsi anlamına gəlmir. Məhkəmə işə mahiyyəti üzrə baxarkən iddianın bütün hüquqi və faktiki əsaslarını, o cümlədən zərərin mövcudluğunu, hüquqazidd davranışı, səbəbli əlaqəni və cavabdehin məsuliyyətini ayrıca qiymətləndirməlidir.

56. Beləliklə, iş materiallarının məcmu qiymətləndirilməsi nəticəsində məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən əvvəlki məhkəmə icraatının qanunsuz hərəkətsizlik nəticəsində əsassız olaraq uzadılması, həmin hərəkətsizlik nəticəsində real və müəyyən edilə bilən 300.000 manat maddi zərərin yaranması, 30.000 manat mənəvi zərərin məhz həmin hüquqazidd davranışla səbəbli əlaqədə olması və göstərilən zərərə görə Maliyyə Nazirliyinin maddi-hüquqi məsuliyyət daşıması sübuta yetirilməmişdir. Iş üzrə Mülki Məcəllənin 1101.3-cü maddəsinin tətbiqi üçün zəruri xüsusi hüquqi əsasların mövcudluğu da müəyyən edilməmişdir.

57. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə qətnaməsi işin müəyyən edilmiş faktiki hallarına və tətbiq edilməli maddi hüquq normalarının tələblərinə uyğundur. Apellyasiya şikayətində göstərilən dəlillər isə qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına almağa, birinci instansiya məhkəməsinin nəticələrini təkzib etməyə və iddianın təmin edilməsi üçün kifayət edən hüquqi əsasların mövcudluğunu təsdiq etməyə imkan vermir.

58. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin tələb etdi hissəsində iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, əgər Ali Məhkəmə bunu mümkün hesab etməzsə, işi yeni məhkəmə baxışı üçün Naxçıvan Şəhər Məhkəməsinə başqa hakim tərkibində qaytarılmasını xahiş etmişdir.

59. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Iddiaçının işin yeni məhkəmə baxışı üçün Naxçıvan Şəhər Məhkəməsinə başqa hakim tərkibində qaytarılması barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, işin birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilən məsələlər sırasında deyildir. Qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi işə apellyasiya şikayətinin dəlilləri və tələbləri çərçivəsində, qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxaraq müvafiq qərar qəbul edir.

60. Həmçinin apellyatorun vətən müharibəsi qazisi və minadan zərərçəkmiş 2-ci qrup əlil statusuna əsasən, «Dövlət rüsumu haqqında» Qanunun 9.1.15-ci maddəsinə uyğun olaraq apellyasiya şikayəti üzrə dövlət rüsumundan azad edilməyinin təmin edilməsinə münasibətdə kollegiya iddiaçının diqqətinə çatdırır ki, şəxsin Vətən müharibəsi qazisi olması iş materialları ilə təsdiq olunduğundan, onun dövlət rüsumundan azad edilməsi məsələsinə ayrıca qiymət verilməsinə zərurət yoxdur. Çünki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər dövlət rüsumundan azaddırlar. Yəni bu baxımdan, apellyatorun müharibə veteranı statusunun iş materialları ilə təsdiq edilməsi nəzərə alınaraq, onun apellyasiya şikayəti üzrə dövlət rüsumundan azad edilməsi üçün qanunla nəzərdə tutulmuş əsas mövcuddur.

61. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi apellyasiya şikayətinin predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar