Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(3-1)-7/2026 21.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 Mustafa oğlu və Cavabdeh2 qarşı pul tələbi (Açar sözlər: İddia ərizəsinin qaytarılması, ərazi aidiyyəti, müqavilə aidiyyəti, iddiaçının seçiminə görə aidiyyət və birgə cavabdehlər) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 Mustafa oğlu və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 2(078)-1775/2025 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ş ikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və qəbul edilən məhkəmə aktı
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti "15" dekabr 2025-ci ildə Cavabdeh1 Mustafa oğlu və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 4570.55 (dörd min beş yüz yetmiş manat, əlli beş qəpik) manat əsas, 49.55 (qırx doqquz manat, əlli beş qəpik) manat faiz olmaqla, cəmi 4620.10 (dörd min altı yüz iyirmi manat, on qəpik) manat məbləğində borcun və ödənilmiş 66.21 (altmış altı manat, iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iş vərəqə 01-04).
2. Naxçıvan Şəhər Məhkəməsinin 16 de kabr 2025-ci il tarixli, 2(078)-1775/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin iddiaçıya geri qaytarılması qərara alınmışdır (iş vərəqə 25-27).
3. İşə baxan birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmasını cavabdehlərdən Cavabdeh2 qeydiyyat yerinin Balakən rayonu olması və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Mustafa oğlu arasındakı müqavilədə mübahisələrin həlli üçün konkret olaraq Naxçıvan Şəhər Məhkəməsinin müəyyən edilməməsi səbəbindən işin həmin məhkəmənin ərazi aidiyyətinə aid olmaması ilə əsaslandırmışdı. b) Məhkəmə aktından verilmiş şikayət
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 22 dekabr 2025-ci il tarixdə şikayətlə işə baxan birinci instansiya məhkəməsinə müraciət etmişdi (iş vərəqə 30-31). c) Şikayətin əsaslandırılması 5.İddiaçı tərəf şikayətini əsaslandıraraq qeyd etmişdi ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36-cı maddəsi iddiaçının seçməsinə görə aidiyyət prinsipini müəyyən edir. Bu prinsip isə iddiaçının mübahisələrdə məhkəmə seçiminə imkan verir. Məhkəmə qərardad qəbul edərkən, MPM-in 36.2-ci maddəsinin tələblərini nəzərə almamış, əsaslandırma aparsa da, buna dair rəhbər tutduğu qanunlar və digər hüquqi aktları göstərməmişdir. Göründüyü kimi, qanunvericiliyə əsasən iddia rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Bu seçimin edilməsi iddiaçının hüququdur. Həmin maddənin məzmununda cavabdehlərin Azərbaycan Respublikasının vətəndaşı və ya əcnəbi vətəndaş olmasına dair istisnalar yoxdur. Belə olan halda, məhkəmənin iddiaçının bu hüququna müdaxilə etməsi yolverilməzdir. Həmçinin də MPM-in 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyətin əhatə dairəsinə də düşmür. 6.Şikayəti edən tərəf prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36-cı maddəsinə istinad etmişdi. ç) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə
7. Naxçıvan Şəhər Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli, 2(078)-1775/2025 nömrəli qərardadı ilə Məhkəmənin 16 dekabr 2025-ci il tarixli qərаrdаdındаn İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikаyət əsаssız hesab edildiyindən ləğv olunmamış və onun işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qəra ra alınmışdır (iş vərəqə 33-35).
8. Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “07” yanvar 2026-cı il tarixdə daxil olmuşdur. İİ. Şikayətə qarşı etirazın dəlilləri. 9.Şikayətə qarşı etiraz daxil olmuşdu. İİİ. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri
10. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.
11. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.
12. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilm əsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq norm alarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
13. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, iddiaçı tərəfin şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır. İV. Tətbiq edilən hüquqi aktlar. a) Azərbaycan Respublikası Konstitusiyasının: 14. - 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. a) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 15. - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 16. - 34-cü maddəsinə görə məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır; 17. -35.1-ci maddəsi ilə müəyyən edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 18. - 36.1 və 36.2-ci maddələrinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvan ı üzrə verilə bilər; 19. - 36.13-cü maddəsinin tələbindən aydın olur ki, Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, həmin Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur; 20. - 40.1-40.4-cü maddələrində qeyd edilir ki, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3 -cü maddələrinin qaydaları tətbiq oluna bilməz; 21. - 152.1 və 152.1.3-cü maddələrinin mahiyyətinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 22. -152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir; 23. - 443.0 və 443.0.1-ci maddələrinin mahiyyətinə görə iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. V. Apellyasiya instansiyası məh kəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi
24. Kollegiya iş materialları ilə tanış olub, şikayətin dəlillərini müzakirə edərək və şikayətin tələbləri hüdudlarında mübahisələndirilən qərardadın qanuniliyini və əsaslılığını yoxlayaraq bildirir ki, şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan xüsusi təminatlardan biri aidiyyət institutudur. Aidiyyət qaydalarına fərqli yanaşma nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər.
25. Ali Qanunun normasından aydın olur ki, işin ba xılması üçün aidiyyət müvafiq sahəvi qanunvericiliklə tənzimlənir. Hazırda baxılan mübahisə mülki məhkəmə icraatı ilə bağlı olduğundan kollegiya qeyd edir ki, həmin icraat üzrə aidiyyət qaydaları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin İİ fəsli ilə tənzimlənir.
26. Məhkəmə kollegiyası bildirir ki, hər bir kəs özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir.
27. Qeyd edilən maddi və prosessual hüquq normalarının mahiyyəti onu deməyə imkan verir ki, şəxs öz hüquqlarının və mənafeyinin müdafiəsi üçün birinci instansiya məhkəməsinə iddia ərizəsi və ya müvafiq icraat növü üzrə ərizə ilə müraciət edən zaman o, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl etməlidir. Bu tələblərdən birini isə müraciətin aidiyyəti üzrə qanunla müəyyən edilmiş məhkəməyə verilməsi təşkil edir.
28. İş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 Mustafa oğlu arasında 01 noyabr 2024-cü ildə kredit, Cavabdeh2 ilə isə eyni tarixli, 008GRNT24000077 nömrəli zaminlik müqaviləsi bağlanmışdı (iş vərəqə 14-16 və 18-20).
29. Kredit müqaviləsinin 3.8-ci bəndində göstərilir ki, "müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tənzimlənir və müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublika sının aidiyyəti məhkəmələri tərəfindən həll olunur. Borcalan Türkiyə rezidenti olduqda, bank mübahisələrin həlli üçün həmçinin Ankara / İstanbul / Türkiyə məhkəmələrinə müraciət etmək hüququna malikdir və tərəflər bu halda Ankara / İstanbul / Türkiyə məhkəmələrinin mübahisələrə baxmaq səlahiyyətinin olduğunu təsdiq edirlər."
30. Həmçinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X1 və İnformasiya Təminatı Baş idarəsinin 25 noyabr 2025-ci il tarixli, 05/25291/di qeydiyyat nömrəli məktubundan aydın olur ki, Türkiyə Respublikası vətəndaşı Cavabdeh1 sonuncu dəfə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyata alınmışdı (iş vərəqə 17).
31. Kollegiya işin göstərilən faktiki halları ilə hüquq normalarını qarşılıqlı təhlil edərək belə nəticəyə gəlir ki, Naxçıva n Şəhər Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsi icraata qəbul edilməsi məsələsinə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Kollegiya bu nəticəni aşağıdakı hüquqi arqumentlərlə əsaslandırır.
32. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən cavabdehlərdən Cavabdeh2 qeydiyyat yerinin Balakən rayonu olmasını və tərəflər arasındakı müqavilədə mübahisələrin həlli üçün konkret olaraq Naxçıvan Şəhər Məhkəməsinin müəyyən edilməməsini əsas gətirmişdir. Lakin kollegiya hesab edir ki, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin aidiyyətə dair normalarını düzgün tətbiq etməmişdir.
33. Mülki-Prosessual Məcəllənin 35.1-ci maddəsində ümumi qaydanı müəyyən edərək qeyd edilir ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin mə hkəməsinə verilir. Lakin qanunverici iddiaçıya müəyyən hallarda məhkəməni seçmək hüququ vermişdir ki, bu da "alternativ aidiyyət" adlanır.
34. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia, cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.
35. İş materiallarından göründüyü kimi, cavabdehlər – Cavabdeh1 Mustafa oğlu və Cavabdeh2 əsas borclu və zamin olmaqla, onlar birgə cavabdehlərdir. Mamedov X2 rayonunda qeydiyyatda olsa da, digər cavabdeh Türkiyə Respublikası vətəndaşı Cavabdeh1 Mustafa oğlunun sonuncu məlum olan yaşayış yeri Naxçıvan şəhəri, Qaraçuq kəndidir.
36. Qanunvericiliyin tələbinə görə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hüququ vardır ki, iddia ərizəsini cavabdehl ərdən hər hansı birinin yaşayış yeri üzrə təqdim etsin. İddiaçı bu seçim hüququndan istifadə edərək iddianı Balakən Rayon Məhkəməsinə deyil, Naxçıvan Şəhər Məhkəməsinə təqdim etmişdir. Məhkəmənin iddiaçının qanunla ona verilmiş seçim hüququnu məhdudlaşdıraraq iddianı geri qaytarması prosessual qanunvericiliyin pozulmasıdır.
37. Xarici elementli mübahisələrdə aidiyyət qaydalarına gəldikdə isə kollegiya bildirir ki, Cavabdeh1 Mustafa oğlunun Türkiyə Respublikası vətəndaşı olması işin Azərbaycan məhkəmələrinin yurisdikiyasından kənar olması anlamına gəlmir. Mülki-Prosessual Məcəllənin 443.0.1-ci maddəsinə əsasən, iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda Azərbaycan Respublika sının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır.
38. Həmçinin həmin Məcəllənin 36.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Dövlət Miqrasiya Xidmətinin məlumatından da görünür ki, Cavabdeh1 sonuncu qeydiyyat yeri Naxçıvan şəhəri, Qaraçuq kəndidir. Bu da onu deməyə imkan verir ki, iddia iddiaçının seçimi prinsipinin tələbi baxımından həmin ərazi üzrə Naxçıvan Şəhər Məhkəməsinin yurisdiksiyasına aiddir.
39. Birinci instansiya məhkəməsi 16 dekabr 2025-ci il tarixli, 2(078)-1775/2025 nömrəli qərardadında gəldiyi nəticənin əsaslarından biri kimi tərəflər arasında bağlanmış müqavilədə konkret məhkəmənin müəyyən edilməməsini qeyd etd iyindən kollegiya bildirir ki, kredit müqaviləsinin 3.8-ci bəndinin təhlili, tərəflərin mübahisələrin "Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən" həll edilməsinə dair razılaşmasını göstərir. Bu ifadə konkret müqavilə aidiyyəti (MPM 40-cı maddə) yaratmır, əksinə, tərəfləri qanunvericilikdə nəzərdə tutulmuş ümumi və alternativ aidiyyət qaydalarına istinad etməyə yönəldir. Müqavilədə Naxçıvan Şəhər Məhkəməsinin adının birbaşa çəkilməməsi işin orada baxılmasına maneə deyildir. Çünki yuxarıda qeyd edildiyi kimi, qanunvericilik iddiaçıya cavabdehlərdən Cavabdeh1 yaşayış yeri üzrə məhkəməyə müraciət etmək hüququ verir. Müqavilədəki "Bank mübahisələrin həlli üçün həmçinin Ankara/İstanbul/Türkiyə məhkəmələrinə müraciət etmək hüququna malikdir" müddəası isə imperativ deyil, dispozi tiv xarakter daşıyır və banka əlavə seçim imkanı verir, lakin bu, Azərbaycan Respublikası məhkəmələrinin (konkret halda Naxçıvan Şəhər Məhkəməsinin) səlahiyyətini istisna etmir.
40. Mülki-Prosessual Məcəllənin 36.13-cü maddəsi birmənalı şəkildə qeyd edir ki, Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, həmin Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Hazırkı işdə müstəsna aidiyyət halı mövcud deyil. Buna görə də, birinci instansiya məhkəməsi iddiaçının seçiminə hörmətlə yanaşmalı və iddia ərizəsini icraata qəbul etməli idi.
41. Yuxarıda göstərilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin mübahisələndirilən qərardadı qanuni və əsaslı deyil, prosessual hüquq normal arının pozulması ilə qəbul edilmişdir və bu səbəbdən ləğv edilməlidir. İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmalıdır.
42. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1 və 385.1.1ci maddələrinin mahiyyətinə görə məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir.
43. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; q ərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.
44. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 45. - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Şəhər Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 2(078)-1775/2025 nömrəli qərardadından verdiyi şikayət təmin edilməli; 46. - Naxçıvan Şəhər Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 2(078)-1775/2025 nömrəli qərardadı tam ləğv edilməli;
47. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 Mustafa oğlu və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı mülki prosessual qanunvericilikdən irəli gələn hərəkətləri yerinə yetirmək üçün mülki iş Naxçıvan Şəhər Məhkəməsinə qaytarılmalıdır.
48. Azərbaycan Respublikası Mülki-Prosessual Məc əlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbu l qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
49. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
50. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir. Vİ. Apellyasiya instansiyası məhkəməsinin şikayət ü zrə gəldiyi nəticə Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq qəraraaldı: "Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Şəhər Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 2(078)-1775/2025 nömrəli qərardadından verdiyi şikayət təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 2(078)-1775/2025 nömrəli qərardadı tam ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 Mustafa oğlu və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı mülki prosessual qanunvericilikdən irəli gələn hərəkətləri yerinə yetirmək üçün mülki iş Naxçıvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.