Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-75/2026 04.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar söz: dəymiş ziyanın ödənilməsi tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Cavabdeh iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iş üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları
1. Iş materiallarına əlavə edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş ## ###### 2002-ci il tarixli, *** nömrəli orderin təsdiq edilmiş surətinə əsasən İddiaçı 3 nəfərdən ibarət ailəsi ilə birlikdə Babək məhəlləsində ** nömrəli evdə ** nömrəli mənzildə 3-cü blokda, 3-cü mərtəbədə 2 otaqdan ibarət mənzil sahəsi tutmağa ixtiyarı olduğu aydın olur.
2. Iş materiallarına əlavə edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş ## ####### 2001-ci il tarixli, *** nömrəli orderin surətinə əsasən Cavabdeh Babək məhəlləsində ** nömrəli evdə ** nömrəli mənzildə 3-cü blokda, 4-cü mərtəbədə 2 otaqdan ibarət mənzil sahəsi tutmağa ixtiyarı olduğu aydın olur.
3. Iş materiallarına əlavə edilmiş Naxçıvan şəhər * saylı Mənzil Istismar idarəsinin rəisi şahid2, həmin idarənin baş mühəndisi şahid3, idarənin çilingəri vəzifəsində işləyən şahid1, Naxçıvan şəhər Polis Idarəsinin * №-li Polis bölməsinin sahə inspektoru R X1, Naxçıvan şəhər ünvan 1-də yaşayan X3 iştirakı ilə tərtib edilmiş ## ####### 2023-cü il tarixli akta qeyd olunmuşdur ki, ##.##.2023-cü il tarixdə qış mövsümü ilə bağlı olaraq Babək məhəlləsində yerləşən binalara istilik xəttini yoxlamaq üçün su vurulduğu, yoxlama zamanı bina 14, mənzil 36-da yaşayan Cavabdeh istilik pətəklərinin vintilləri açıq qaldığından alt mərtəbədə yaşayan X3 mənzilinin yataq otağı, sanitar qovşağı, mətbəxi və dəhlizinin tavanı su axması nəticədə tavanda su ləkələri ilə əhatə olunması aydın olur.
4. Iş materiallarına əlavə edilmiş Naxçıvan şəhər * saylı Mənzil Istismar idarəsinin rəisi şahid2, həmin idarənin Baş mühəndisi şahid3, idarənin çilingəri vəzifəsində Işləyən şahid1, Naxçıvan şəhər Babək məhəlləsi bina 14, mənzil 33-də yaşayan X3 iştirakı ilə tərtib edilmiş ## ###### 2025-ci il tarixli akta qeyd olunmuşdur ki, ##.##.2025-ci il tarixdə bina 14, mənzil 33-də yaşayan vətəndaş İddiaçı Əbulfəz oğlunun yaşadığı evin mətbəxinə, sanitar qovşağına və dəhlizinə baxış keçirilmiş, baxış zamanı İddiaçı Əbulfəz oğlunun üst qonşusunda olan ünvan 2-da yaşayan Cavabdeh evindən X3 evinə su axaraq sanitar qovşağı, mətbəxi və dəhlizinin tavan hissəsi islanaraq yararsız hala düşməsi aydın olmuşdur. II. Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə vurulan 2000 (iki min) manat ziyanın və dövlət rüsumu olaraq ödədiyi 40 (qırx) manatın Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan şəhər, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs *** saylı orderi ilə ona məxsusdur. Yuxarı qonşusu Cavabdeh mənzilindən su axması nəticəsində dəfələrlə özünün mənzilinə ziyan dəymişdir. 2 ildir ki, onun mənzilinə ziyan dəyir və cavabdeh bu halların aradan qaldırılması üçün heç bir tədbir görmür. O, bir neçə dəfə Naxçıvan şəhər Mənzil Istismar Idarəsinin əməkdaşlarını binaya baxış keçirməsi üçün çağırmışdır. 2023-cü ildə mənzilinə ziyan dəyəndə Naxçıvan şəhər * saylı Mənzil Istismar Idarəsinin əməkdaşları gəlmişlər və akt tərtib olunmuşdur. Onun mənzilinə ziyan dəysə də 2023-cü ildə məhkəməyə müraciət etməmişdir. Düşünmüşdür ki, “qonşum özü bu halları aradan qaldırar”. Nəzər özü də ondan xahiş etmişdir ki, məhkəməyə verməsin, zərəri qarşılayacaq. Lakin o heç bir zərərini qarşılamamış, əksinə bu hallar davam etmiş və indiyə qədər də davam edir. Ən son ## ###### 2025-ci ildə yenə Nəzərin evindən gələn su nəticəsində evinin sanitar qovşağı, mətbəxi və dəhlizin tavan hissəsi zərər görmüşdür. Evin divarları su çəkir, tavan hissə saralıb yararsız haldadır. O, yenə də Mənzil Istismar Idarəsinin əməkdaşlarını çağırmışdır. ##.##.2025-ci il tarixli akt tərtib olunmuşdur. Cavabdeh ona dəymiş olan ziyanı ödəmir və bu halları aradan qaldırmır. O da məcbur qalıb məhkəməyə müraciət etməli olur. Nəzər onun evinə 2000 (iki min) manata yaxın ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən cavabdeh onun əmlakına vurduğu ziyanın əvəzini tam həcimdə ödəməyə borcludur.
7. Məhkəmə iclasında şahid qismində dindirilən şahid3 ifadəsində tarixi dəqiq olaraq xatırlamadığını, İddiaçı qarşı tərəfdən su axması ilə bağlı müraciət etdiyini, özlərinin də evə gedib baxdıqlarını, həqiqətən də su axdığını, Nəzər Mustafayevin evdə olmadığını, ona zəng etdiklərini, “gəlib baxaram həll edərik, emulsiya alıb verərəm düzələr” dediyini, aralarında uşaqlarla da bağlı anlaşılmazlıq olduğu üçün razılığa gələ bilmədiklərini, aktın tərtib edilmə tarixini xatırlamadığını, Cəsarət müəllim, özü və çilingər şahid1 olduğunu, İddiaçı evinə baxdıqlarını, Nəzər Mustafayevin evinə isə baxmadıqlarını, su ləkələri aşkarladıqlarını bildirmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilən şahid2 ifadəsində 3 ay əvvəl Mənzil Istismar Idarəsinin müdiri olduğunu, işlədiyi dövr ərzində vətəndaşların heç birinə fərq qoymadığını, 2023-cü ildə hadisə baş verdiyini, noyabr ayında istilik verilməmişdən qabaq yoxlama aparıldığını, həmin vaxt su vurulan zaman Nəzər Mustafayevin evindən İddiaçı evinə su damdığını, özlərinin də baxış keçirdiklərini, həmin evdə olduğunu, üstdəki mənzildən su damdığını, aktı özlərinin tərtib etdiklərini, həmin an akt tərtib edilmədiyini, Nəzər Mustafayevin yasla bağlı evdə olmadığını, həm də özlərinin də başqa işləri olduğunu, mənzildə su basma olduğu gün olduqlarını, özünün yeni işə girdiyini, çox məlumatı olmadığını, əməkdaşların vintilin açıq olduğunu bildirdiklərini bildirmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilən şahid1 ifadəsində Mənzil Istismar Idarəsində çilingər işlədiyini, yoxlama aparılan zaman İddiaçı evinə su damladığını, bir dəfə də hadisənin vintil açıq qaldığı üçün olduğunu, vintil açıq qaldığı vaxt Nəzər Mustafayevin özünün olmadığını, sonra zəng etdiklərini, gəldiyini, özü ilə evə gedib baxdıqlarını, qəza baş verdiyini, Nəzərin də günahı olmadığını, ancaq nəticədə evə su damdığını, vintilin açıq qalması ilə bağlı özünün məlumat verdiyini bildirmişdir.
10. Mülki iş üzrə iddiaçı İddiaçı məxsus olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə su sızmaları nəticəsində vurulan zərərin Naxçıvan şəhəri, ünvan 2 ünvanında yerləşən mənzildən vurulub-vurulmadığını müəyyən etmək məqsədilə Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmətikinti texniki ekspertizası təyin edilərək, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
11. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, *** nömrəli rəyində qeyd olunmuşdur ki, mülki iş materiallarında olan, eləcə də baxış zamanı əldə edilmiş məlumatlar nəzərə alınaraq, o cümlədən tədqiq olunan mənzillərin yerləşmə planı, yəni iş üzrə iddiaçıya məxsus ** saylı mənzilin binanın 3-cü mərtəbəsində, iş üzrə cavabdehə məxsus ** saylı mənzilin isə binanın 4cü mərtəbəsində yerləşdiyi, ** saylı mənzilin tikililərinin konstruktiv elementlərində (divar və tavan) qüsurlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya aid olduğu, həmçinin mülki iş materiallarında olan məlumatlar nəzərə alınaraq, Naxçıvan şəhəri, Babək məhəlləsində yerləşən ** saylı binanın, ** saylı mənzilinə, həmin mənzilin üst mərtəbəsində yerləşən ** saylı mənzildən su axıdıldığı və nəticədə ** saylı mənzilin tikililərinin qismən hissəsinə ziyan vurulduğu müəyyən olunmuşdur. Naxçıvan şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də iş üzrə iddiaçıya məxsus ** saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır.
12. Həmçinin mülki iş üzrə iddiaçı İddiaçı məxsus olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə su sızmaları nəticəsində vurulmuş maddi zərərin ümumi məbləğinin (təmir üçün materiallar və usta xərci daxil olmaqla) müəyyən edilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir.
13. “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ####### 2025-ci il tarixli, ***-**/** nömrəli hesabatında qeyd olunmuşdur ki, baxış keçirilən mənzildə materiallara və xidmətlərə çəkiləcək xərclər yaşayış otağı, dəhliz, mətbəx, sanitar qovşaq və qapalı eyvanda tavan və divarlara vurulan alçı və boya qatının qismən qabarıb qopan hissələrinin qaşınıb təmizlənməsi yenidən alçı məhlulun çəkilməsi, üzərinə sulu boyanın vurulması (usta pulu) ümumi 250 manat; alçı üzlük 25 kq, 5 kisə, ümumi 35.00 manat; alçı sıva 25 kq, 2 kisə, ümumi 14.00 manat; gips, 1 kisə, ümumi 6.00 manat; kalekim, 1 kisə ümumi 5.00 manat; binder kley 4 litr ümumi 7.00 manat; sulu boya (emusiya) 50 litr ümumi 150.00 manat; 1 ədəd fırça ümumi 3.00 manat, digər xərclər razılaşma yolu ilə 50.00 manat olmaqla, ümumilikdə 526.00 (beş yüz iyirmi altı manat sıfır qəpik) manatdır.
14. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 526.00 (beş yüz iyirmi altı manat sıfır qəpik) manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə əsaslı olmadığından rədd edilməsi, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun 10.52 (on manat əlli iki qəpik) manat hissəsinin cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi, məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 80 (səksən) manatın 50 (əlli) manat hissəsinin iddiaçı İddiaçı, 30 (otuz) manat hissəsinin isə cavabdeh Cavabdeh tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, məhkəməəmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manat hissəsinin iddiaçı İddiaçı, 50 (əlli) manat hissəsinin isə cavabdeh Cavabdeh tutularaq “X7” MMC-nin hesabına köçürülməsi qət edilmişdir.
15. Məhkəmə iş üzrə keçirilmiş ekspertizasının rəylərini sübut kimi qiymətləndirərək belə hesab etmişdir ki, iddiaçının Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə vurulan 2000 (iki min) manat ziyanın ödənilməsinə dair iddia tələbi 526.00 (beş yüz iyirmi altı manat sıfır qəpik) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair hissədə təmin edilməli qalan hissədə isə iddiaçı tərəfindən vurulmuş ziyan məbləğinin həqiqətən 2000 (iki min) manat olduğuna dair sübutlar məhkəməyə təqdim edilmədiyindən rədd edilməlidir. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
16. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə zərərin məbləğinin düzgün və obyektiv müəyyən edilməsi məqsədilə əlavə ekspertiza təyin etməklə ekspertizanın gəldiyi nəticəyə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə tərəfindən zərərin məbləği müəyyən edilərkən ekspert rəyinə əsaslanmış, cavabdehin etirazına baxmayaraq həmin rəy tənqidi qiymətləndirilmədən sübut kimi qəbul edilmişdir. Ekspert rəyində mənzilə vurulduğu iddia edilən ziyanın aradan qaldırılması üçün zəruri olmayan materiallar və xitmətlər göstərilmiş, həmçinin materialların və xidmətlərin qiymətləri real bazar qiymətlərinə uyğun olmayan şəkildə şişirdilmişdir. Bundan əlavə ekspert rəyində mənzildə mövcud zədələrlə birbaşa bağlı olmayan və istifadə zərurəti əsaslandırılmayan əlavə material və xidmətlər də hesablama siyahısına daxil edilmişdir. Bu isə zərərin faktiki məbləğinin düzgün müəyyən edilməməsinə səbəb olmuşdur. Mülki qanunvericiliyin tələbinə əsasən şəxs başqa şəxsə vurduğu zərəri tam həcmdə ödəməlidir. Lakin ödənilməli zərər yalnız faktiki vurulmuş və sübut edilmiş zərər olmalıdır. Lakin göründüyü kimi ekspert rəyində zərər real həcmdən artıq göstərilib, zərərin aradan qaldırılması üçün lazım olmayan material və xidmətlər daxil edilib. Iddiaçı yalnız mənzilin əvvəlki vəziyyətinə qaytarılması üçün zəruri olan xərcləri tələb edə bilər. Ekspert rəyi isə AR Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə ziddir. Həmçinin qeyd edilməlidir ki, mülki qanunvericiliyin tələbinə əsasən zərərin mövcudluğu və məbləği iddiaçı tərəfindən sübut edilməlidir. Lakin iş materialından göründüyü kimi ekspert rəyində göstərilmiş xərclərin bir hissəsi mənzildə yaranmış zədələrin aradan qaldırılması ilə birbaşa bağlı deyil və onların zəruriliyi əsaslandırılmamışdır. Nəticədə əsassız hesablamalar, zərərə aid olmayan materiallar göstərilmişdir ki, bu isə zərərin məbləğinin düzgün hesablanmamasını deməyə əsas verir. Eyni zamanda məhkəmə işə baxarkən prosessual hüquq normalarının tələblərinə də əməl etməmişdir. Belə ki, X7 ## ####### 2025-ci il tarixli, ***-**/** nömrəli ekspert rəyi ehtimallara və formal mülahizələrə əsaslanmaqla, kifayət qədər aydın və tam olmayan formada tərtib edilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, ekspertin rəyində su ləkələrinin aradan qaldırılması üçün lazım olan materialların sayı, qiyməti, həmçinin bu xidmətlərə görə usta xərci həddindən artıq şişirdilmiş fantastik qiymətlərlə əks olunmuş, həmçinin material və xidmətlərin adları əks olunmuş siyahıda qeyri müəyyən olan əlavə xərclər hesablamış, eyni zamanda kafelmetlax vurulması üçün zəruri olan "kalekim" adlı material da qeyd edilmişdir ki, bu materialdan mənzilin tavanında və divarlarda olan su ləkələrinin aradan qaldırılması üçün istifadə edilmir. Cavabdeh tərəfindən isə həmin rəyə qarşı irəli sürülmüş etiraza məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən məhkəmə sübutları hərtərəfli tam və obyektiv araşdırmalı və hər bir sübuta digər sübutlarla birlikdə hüquqi qiymət verməlidir. Eyni zamanda ekspertiza keçirilərkən bu barədə cavabdehə məlumat verilməmiş, orada cavabdehin iştirakı təmin edilməmiş, həmçinin cavabdehin yaşadığı mənzilə baxış keçirilməmişdir. Belə ki, cavabdehin mənzilinə baxış keçirilsə idi o zaman müəyyən ediləcəkdi ki, yalnız cavabdehin evindən bir yerdən qısa müddətli su axıntısı baş vermişdir ki, bununla da eyni anda iddiaçıya məxsus mənzilin yataq otağının, sanitar qovşağın, mətbəxin və dəhlizin tavanında və divarlarında su ləkələrinin yaranması mümkün ola bilməz. AR Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Ancaq göründüyü kimi məhkəmə bu məsələdə təəssüf ki, doğru mövqe tutmayıb və iş üzrə obeyktiv nəticəyə gəlməyə imkan verəcək prosesusal qanunverciliyin təqdim etdiyi və hakimə şamil olan səlahiyyət imkanlarından (əlavə ekspertiza təyin edilməsi, o cümlədən ekspertin məhkəmədə dindirilməsi kimi prosessual hərəkətləri) sonuna qədər istifadə edilməmiş, işə dair obeyktiv qərar qəbuluna imkan yaratmamışdır. Məhkəmə sübutların qiymətləndiriməsi hissəsində ekspertizanın məhkəmə qərardadında ekspert qarşısına qoyulan suallara hərtərəfli, dolğun və tam cavab verməməsi faktına toxunmamış və bu iş üzrə əhəmiyyət kəsb edən bu faktın özünün hüquqi qiymətini almasına qətnaməsində yer ayrımamışdır. Qeyd edilən səbəblərdən də məhkəmənin gəldiyi nəticəni ədalətli hesab etmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçı İddiaçı şikayəti qəbul etməyərək, Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçının nümayəndəsi Nümayəndə da Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən adıçəkilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
27. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
28. Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. V. Apellyasiya baxışının hədləri
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edildiyindən, kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır.
43. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
44. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Lakin mülki hüquq qanunvericiliyində bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin müəyyən olunmuş hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, mülki işdə mübahisəsiz hallar ondan ibarətdir ki, iddiaçı və cavabdeh eyni binada müxtəlif mərtəbələrdə (alt-üst) yerləşən mənzillərdə yaşayırlar, iddiaçının mənzilinə su sızması baş vermiş, bu hallar müvafiq aktlarla rəsmiləşdirilmiş, həmçinin məhkəmə-tikinti texniki ekspertizasının rəyi ilə su sızmasının yuxarı mərtəbədə yerləşən cavabdehin mənzilindən baş verdiyi təsdiq edilmiş və “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ####### 2025-ci il tarixli, ***-**/** nömrəli hesabatı ilə ilə dəymiş ziyanın məbləği 526 manat müəyyən edilmişdir.
46. Apellyator tərəfindən mübahisə edilən hallar isə dəymiş ziyanın məbləğinin düzgün müəyyən edilib-edilməməsi, “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ####### 2025-ci il tarixli, ***-**/** nömrəli hesabatının obyektivliyi və tamlığı, həmin hesabata əsasən hesablanmış material və xidmətlərin zəruriliyi, eləcə də əlavə ekspertizanın təyin edilməsinin zəruri olub-olmaması məsələləri ilə bağlıdır.
47. Əvvəla iş materialları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı məxsus olan mənzilə mütəmadi olaraq yuxarı mərtəbədə yerləşən cavabdehə məxsus mənzildən su sızmaları baş vermiş, nəticədə iddiaçının mənzilinin müxtəlif hissələrinə maddi zərər dəymişdir. Bu hal həm ## ####### 2023-cü il, həm də ## ###### 2025-ci il tarixli aktlarla, eləcə də şahid ifadələri ilə təsdiq olunmuşdur. Bundan əlavə, məhkəmə-tikinti texniki ekspertizasının rəyində də iddiaçının mənzilinə dəymiş ziyanın məhz yuxarı mərtəbədə yerləşən mənzildən su axıdılması nəticəsində baş verdiyi müəyyən edilmişdir.
48. Daha sonra “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ####### 2025-ci il tarixli, ***-**/** nömrəli hesabatından aydın olmuşdur ki, baxış keçirilən mənzildə materiallara və xidmətlərə çəkiləcək xərclər yaşayış otağı, dəhliz, mətbəx, sanitar qovşağ və qapalı eyvanda tavan və divarlara vurulan alçı və boya qatının qismən qabarıb qopan hissələrinin qaşınıb təmizlənməsi yenidən alçı məhlulun çəkilməsi, üzərinə sulu boyanın vurulması (usta pulu) ümumi 250 manat; alçı üzlük 25 kq, 5 kisə, ümumi 35.00 manat; alçı sıva 25 kq, 2 kisə, ümumi 14.00 manat; gips, 1 kisə, ümumi 6.00 manat; kalekim, 1 kisə ümumi 5.00 manat; binder kley 4 litr ümumi 7.00 manat; sulu boya (emusiya) 50 litr ümumi 150.00 manat; 1 ədəd fırça ümumi 3.00 manat, digər xərclər razılaşma yolu ilə 50.00 manat olmaqla, ümumilikdə 526.00 (beş yüz iyirmi altı manat sıfır qəpik) manatdır.
49. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iş üzrə gəlinmiş nəticənin əsasını təşkil edən əsas sübutlardan biri “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyidir və həmin rəy qanunvericiliyin tələblərinə uyğun olaraq tam əsaslı şəkildə sübut kimi qəbul edilmişdir.
50. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən ekspert rəyi məhkəmədə sübut növlərindən biri olmaqla, iş üzrə xüsusi bilik tələb edən halların müəyyən edilməsi məqsədilə istifadə olunur. Hazırkı işdə də mənzilə dəymiş zərərin həcminin, xarakterinin və onun aradan qaldırılması üçün tələb olunan xərclərin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən haqlı olaraq ekspertiza təyin edilmişdir.
51. Iş üzrə təqdim olunmuş ## ####### 2025-ci il tarixli qiymətləndirmə rəyi birbaşa obyektə baxış keçirilməsi, zədələrin real vəziyyətinin qiymətləndirilməsi və mövcud bazar qiymətlərinin nəzərə alınması əsasında tərtib edilmişdir. Rəydə zədələnmiş sahələr konkret olaraq göstərilmiş, onların bərpası üçün tələb olunan materialların növü, miqdarı və xidmət xərcləri izahlı şəkildə hesablanmışdır. Bu isə rəyin yalnız formal mülahizələrə deyil, konkret faktlara və peşəkar qiymətləndirməyə əsaslandığını göstərir.
52. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, qiymətləndirmə rəyi digər sübutlarla – iş materiallarında olan aktlarla, şahid ifadələri ilə və məhkəmə-tikinti texniki ekspertizasının nəticələri ilə uzlaşır. Bu uyğunluq həmin sübutun mötəbərliyini daha da gücləndirir və onun təsadüfi və ya əsassız olmadığını göstərir.
53. Cavabdeh tərəfindən qiymətləndirmə rəyinin qeyri-obyektiv olması barədə irəli sürülən iddialar isə ümumi xarakter daşıyır və konkret sübutlarla təsdiq olunmur. Belə ki, cavabdeh alternativ ekspert rəyi təqdim etməmiş, rəyin səhv və ya əsassız olduğunu göstərən hər hansı elmi, texniki və ya iqtisadi əsaslandırma ortaya qoymamışdır. Yalnız subyektiv qiymətləndirmələr və ehtimallar ekspert rəyinin mötəbərliyini şübhə altına almaq üçün kifayət hesab edilə bilməz.
54. Mülki prosessual hüququn əsas prinsiplərindən biri olan sübutların sərbəst qiymətləndirilməsi prinsipinə uyğun olaraq məhkəmə hər bir sübutu digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qiymətləndirmə rəyi iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə onun düzgün, obyektiv və inandırıcı olduğu aydın şəkildə təsdiq olunur.
55. Bundan əlavə, qiymətləndirmə rəyində göstərilən hesablamalar zərərin yalnız faktiki aradan qaldırılması üçün zəruri olan xərcləri əhatə edir və artıq və ya əsassız xərclərin daxil edildiyi sübuta yetirilməmişdir. Əksinə, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi 2000 manat məbləği deyil, yalnız ekspertiza ilə müəyyən edilmiş 526 manat məbləği təmin etməklə sübutlara tənqidi və obyektiv yanaşdığını nümayiş etdirmişdir.
56. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qiymətləndirmə rəyi qanuni qaydada əldə edilmiş, kifayət qədər əsaslandırılmış, digər sübutlarla uzlaşan və iş üzrə həqiqi halları əks etdirən mötəbər sübut kimi düzgün olaraq qəbul edilmişdir. Həmin sübuta əsaslanmaqla birinci instansiya məhkəməsi tərəfindən gəlinmiş nəticə qanuni və əsaslıdır və onun şübhə altına alınması üçün hüquqi əsaslar mövcud deyildir.
57. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarına əlavə olunmuş ## ####### 2023-cü il tarixli aktdan görünür ki, istilik xətlərinin yoxlanılması məqsədilə sistemə su verilən zaman cavabdeh Cavabdeh məxsus mənzildə istilik pətəklərinin ventillərinin açıq qalması nəticəsində su aşağı mərtəbədə yerləşən iddiaçı İddiaçı mənzilinə axmış, nəticədə onun mənzilinin yataq otağı, mətbəxi, sanitar qovşağı və dəhlizinin tavan hissəsində su ləkələri əmələ gəlmişdir. Həmin akt müvafiq vəzifəli şəxslərin iştirakı ilə tərtib olunmuş və hadisənin baş vermə mexanizmini aydın şəkildə əks etdirmişdir.
58. Bundan əlavə, iş materiallarında olan ## ###### 2025-ci il tarixli digər aktla da eyni halın təkrarlandığı, yəni cavabdehin mənzilindən iddiaçının mənzilinə yenidən su axıdılmasının baş verdiyi, nəticədə iddiaçının mənzilinin sanitar qovşağı, mətbəxi və dəhlizinin tavan hissəsinin islanaraq yararsız hala düşdüyü müəyyən edilmişdir. Bu hal zərərin təsadüfi deyil, davamlı xarakter daşıdığını və cavabdehin mənzilindən qaynaqlandığını bir daha təsdiq edir.
59. Həmin aktlar da iş üzrə mühüm yazılı sübutlar olmaqla, zərərin baş vermə faktını, onun mənbəyini və xarakterini birbaşa təsdiqləyir. Eyni zamanda bu sübutlar şahid ifadələri və ekspert rəyləri ilə də uzlaşaraq vahid sübut sistemini təşkil edir.
60. Bu baxımdan, delikt məsuliyyətinin şərtləri aktların məzmunu ilə də tam təsdiq olunur. Belə ki, aktlarda əks olunmuş hallar cavabdehin mənzilində baş vermiş nasazlıq və ya səhlənkarlıq nəticəsində hüquqa zidd vəziyyətin yarandığını göstərir. Nəticədə iddiaçının əmlakına real zərər dəymiş, həmçinin bu zərər ilə cavabdehin mənzilində baş verən hadisə arasında birbaşa səbəbli əlaqə müəyyən edilmişdir.
61. Beləliklə, iş materiallarına əlavə olunmuş aktlar delikt öhdəliyinin bütün elementlərini – hüquqa zidd əməli, zərərin mövcudluğunu və səbəbli əlaqəni – obyektiv şəkildə təsdiq edən mötəbər sübutlar kimi çıxış edir və cavabdehin vurulmuş zərərə görə mülki hüquqi məsuliyyət daşımasını bir daha əsaslandırır.
62. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, cavabdehin qiymətləndirmə rəyində göstərilən materialların və qiymətlərin şişirdilməsi barədə iddiaları ümumi xarakter daşıyır və konkret sübutlarla təsdiqlənmir. O, nə alternativ mütəxəssis rəyi təqdim etmiş, nə də göstərilən xərclərin real bazar qiymətlərindən fərqli olduğunu təsdiq edən hər hansı sübut irəli sürmüşdür. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən tərəf öz etirazlarını əsaslandırmalı və sübut etməlidir.
63. Bundan əlavə, bir daha vurğulanmalıdır ki, məhkəmə iddiaçının tələb etdiyi 2000 manat məbləğini deyil, yalnız ekspertiza ilə müəyyən edilmiş 526 manat məbləğini əsaslı hesab edərək iddianı qismən təmin etmişdir. Bu hal onu göstərir ki, məhkəmə zərərin məbləğini tənqidi qiymətləndirmiş, artıq və sübuta yetirilməmiş hissəni rədd etmiş və yalnız faktiki sübut olunmuş zərər həddində təmin etmişdir.
64. Eyni zamanda, qiymətləndirmə rəyində göstərilən xərclər (tavan və divar örtüklərinin bərpası, su ləkələrinin aradan qaldırılması və s.) məhz su sızması nəticəsində yaranmış zədələrin aradan qaldırılmasına yönəlmişdir və onların zəruriliyi işin faktiki halları ilə uzlaşır. Cavabdehin bəzi materialların zəruri olmaması barədə iddiaları isə subyektiv mülahizə olmaqla, iş üzrə müəyyən edilmiş faktları təkzib etmir.
65. Digər tərəfdən, məhkəmənin əsaslandırma hissəsində hər bir sübuta geniş şəkildə ayrıca münasibət bildirilməməsi onun ümumiyyətlə qiymətləndirilmədiyi anlamına gəlmir. Məhkəmə sübutların məcmusunu qiymətləndirərək daxili inamına əsasən nəticəyə gəlir və bu nəticə iş üzrə müəyyən edilmiş faktlarla uzlaşmalıdır. Mövcud halda isə məhkəmənin gəldiyi nəticə su sızmasının mövcudluğu və bunun nəticəsində iddiaçıya ziyan dəyməsi, eləcə də həmin ziyanın konkret məbləği iş üzrə toplanmış sübutlarla təsdiq olunur.
66. Həmçinin, kollegiya qeyd edir ki, tərəflərin bərabərliyi prinsipinin pozulması ilə bağlı iddia da əsassızdır. Cavabdeh iş üzrə öz etirazlarını irəli sürmək, sübutlar təqdim etmək, ekspert rəyinə münasibət bildirmək imkanına malik olmuş, lakin qiymətləndirmə rəyini təkzib edən hər hansı alternativ sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmənin mövcud sübutlara əsaslanaraq nəticəyə gəlməsi prosessual qanunvericiliyin tələblərinə uyğundur.
67. Əlavə ekspertizanın təyin edilməsi ilə bağlı tələbə münasibətdə isə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin tələbinə görə əlavə ekspertiza yalnız mövcud rəy kifayət qədər aydın və ya tam olmadıqda təyin edilir. Mövcud halda isə ekspert rəyi məhkəmə tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilmiş və iş üzrə nəticə çıxarmaq üçün kifayət qədər əsaslı hesab edilmişdir. Cavabdehin narazılığı özlüyündə əlavə ekspertiza təyin edilməsi üçün əsas deyildir.
68. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edilmiş qiymətləndirmə rəyini tədqiq edərək hesab edir ki, “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ####### 2025-ci il tarixli, ***-**/** nömrəli hesabatı kifayət qədər geniş araşdırılma aparılaraq tərtib olunmuş və rəy kifayət qədər hərtərəfli əsaslandırılmışdır.
69. Apellyasiya baxışı zamanı qiymətləndirmə rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından kollegiya belə qənaətə gəlmişdir ki, o mübahisənin obyektiv hallarını özündə əks etdirdiyindən mötəbər sübut kimi qəbul edilməlidir.
70. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutların qiymətləndirilməsi baxımından X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ####### 2025-ci il tarixli, ***-**/** nömrəli hesabatını mübahisənin hallarını özündə əks etdirən mötəbər sübut növü kimi qəbul etmişdir.
71. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılmış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuşdur.
72. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iş üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
74. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
75. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.