Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-76/2026 19.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya Iddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi (Açar sözlər: Maddi zərər, dispozitivlik prinsipi, əqdin əhəmiyyətsizliyi, forma şərtinin mütləqliyi, törəmə tələb) Iddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. Iddiaçı “23” oktyabr 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Cavabdeh 11300 (on bir min üç yüz) manat vurulmuş ziyanın və məhkəməyə müraciət etmək üçün ödədiyi 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-03).
b) Iddia tələbinin əsaslandırılması.
2. Iddiaçı tələbini onunla əsaslandırmışdı ki, etibarnamə əsasında idarə etdiyi “Hyundai Terracan” markalı avtomobili ## ##### 2025-ci il tarixdə cavabdehə 13.500 manata satmaq barədə şifahi razılığa gəlmiş, cavabdeh razılaşmanın icrası olaraq özünə məxsus 2.500 manat dəyərində “Opel” markalı avtomobili iddiaçıya təhvil vermiş, lakin qalıq məbləğ olan 11.000 manatın ödənilməsi öhdəliyini qismən (2.200 manat) icra etdikdən sonra dayandırmışdır. Üstəlik, cavabdehin “Opel” markalı avtomobilə dair verilmiş etibarnaməni birtərəfli qaydada ləğv etməsi nəticəsində iddiaçının həmin əmlak üzərində sərəncam vermək imkanı itmiş, nəticədə həm satılan əmlakın qiymətinin ödənilməməsi, həm də çəkilmiş təmir xərcləri ilə bağlı ona 11.300 manat məbləğində maddi ziyan dəymişdir.
c) Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin cəlb olunması.
3. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə (yerində müşavirə etməklə) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdu (iş vərəqə 37-38).
ç) Tələb üzrə qəbul edilən məhkəmə aktı.
4. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Aslan Heydarov) ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Hyundai Terracan” minik markalı, 2003-cü il buraxılışlı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh Cavabdeh alınaraq iddiaçı Iddiaçı qaytarılması, “Opel” minik markalı, 1998-ci il buraxılışlı, **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs alınaraq Cavabdeh verilməsi, Cavabdeh tərəfindən Iddiaçı ödənilmiş 2200 (iki min iki yüz) manat pulun iddiaçı Iddiaçı alınaraq cavabdeh Cavabdeh ödənilməsi, qətnamənin eyni vaxtda icra olunması, iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Iddiaçı zərərin ödənilməsi barədə iddia qaldırmaq hüquqlarının izah edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdi (iş vərəqə 68-78).
d) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.
5. Birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdı ki, tərəflər arasında "Hyundai Terracan" markalı avtomobilin rəsmi alqı-satqısı aparılmadığından və nəqliyyat vasitəsi cavabdehin adına dövlət qeydiyyatına alınmadığından, qanunvericiliyin tələblərinə görə etibarlı hüquq münasibətləri yaranmamışdır. Məhkəmə mübahisənin hüquqi əsasını əqdlərin etibarsızlığı kimi qiymətləndirmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən ikitərəfli restitusiya qaydasında hər bir tərəfin əqd üzrə aldıqlarını geri qaytarmalı olduğu qənaətinə gəlmişdir. Bu mövqedən çıxış edərək, "Hyundai Terracan" markalı avtomobilin iddiaçıya, "Opel" markalı avtomobilin cavabdehə qaytarılmasına, həmçinin cavabdeh tərəfindən ödənilmiş 2200 manatın iddiaçıdan alınaraq cavabdehə verilməsinə və qətnamənin eyni vaxtda icra edilməsinə qərar vermişdir. Iddiaçının avtomobilin təmiri ilə bağlı xərcləri barədə mötəbər sübut təqdim edə bilmədiyi qeyd olunsa da, tərəflərə bu xüsusda ayrıca iddia qaldırmaq hüququ izah edilmişdir.
II. Apellyasiya icraatı. a) Apellyasiya şikayətinin predmeti.
6. Iddiaçı Iddiaçı ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 84-90).
b) Apellyasiya şikayətinin əsaslandırılması.
7. Iddiaçı Iddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz qətnamə qəbul etmişdir. Iddiaçı qeyd etmişdir ki, tərəflər arasındakı şifahi razılaşma, avtomobilin cavabdehə təhvil verilməsi və dəyərinin bir hissəsinin ödənilməsi faktiki alğı-satqı münasibətlərinin yarandığını təsdiq edir, lakin məhkəmə əsassız olaraq müqavilə münasibətlərinin mövcud olmaması qənaətinə gəlmişdir.
8. Maddi hüquq baxımından iddiaçı vurğulamışdı ki, Mülki Məcəlləyə əsasən müqavilə şifahi formada bağlana bilər və cavabdehin avtomobili qəbul etdikdən sonra sadəcə "xoşuna gəlmədiyini" əsas gətirərək ödənişdən imtina etməsi öhdəliyin vicdanla icrası prinsipinin pozulmasıdır.
9. Prosessual pozuntulara dair isə şikayətçi bildirmişdir ki, məhkəmə dispozitivlik prinsipini pozaraq iddia tələbinin predmetindən kənara çıxmış, onun tələb etmədiyi hüquqi nəticəni (avtomobillərin qaytarılmasını) müəyyən etmişdir. Həmçinin məhkəmənin şahidlərin dindirilməsi ilə bağlı vəsatəti təmin etməməsi çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinin pozulması kimi qiymətləndirilmişdir. Yekun olaraq iddiaçı, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və ilkin iddiasının təmin olunması barədə yeni qərar qəbul edilməsini tələb etmişdir.
10. Şikayət edən tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1, 405.1, 406.1 və 406.2-ci maddələrinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 174.2, 217.1, 217.3, 218.1-ci və 218.3-cü maddələrinə istinad etmişdi.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Işin apellyasiya icraatına qəbulu.
12. Apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “07” aprel 2026-cı ildə daxil olmuş və kollegiyanın ## ##### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi (iş vərəqə 111- 114). III. Izahatlar və prosesin gedişi
13. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Iddiaçı apellyasiya şikayətini müdafiə edərək, verdiyi izahatında bildirmişdi ki, cavabdehlə aralarında olan alqı-satqı zamanı yanlarında şahid qismində bir neçə şəxs olmuşdur ki, birinci instansiya məhkəməsində onların dinlənilməsini tələb etsə də, onlar dindirilməmişdilər. O, sadəcə özünə dəymiş ziyanı tələb edir. Onun cavabdehə verdiyi avtomobil 1 il müddətində cavabdehin həyətində qalmışdır və cavabdehdən avtomobilin alqısatqısı ilə bağlı onun dəyərini də ala bilməmişdir. Cavabdehdən aldığı avtomobili də o, pul qarşılığında almış və əlavə xərc çəkərək sonradan satmışdır, yəni iki tərəfli ziyan çəkmişdir. Əsas zərər çəkən özü olsa da, birinci instansiya məhkəməsinin qərarı ilə avtomobil ona geri qaytarılmışdır və eyni zamanda cavabdehdən aldığı avtomobilə çəkdiyi xərc də əlindən çıxmışdır. Eyni zamanda öz avtomobilini də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ona dəymiş zərəri aradan qaldırmaq üçün hədiyyə etmişdir. Işlək vəziyyətdə cavabdehə verdiyi avtomobili, cavabdehin məhkəmə qətnaməsi çıxdıqdan sonra ona təxliyə maşınının üzərində təhvil verib və öz avtomobilini tələb etmişdi. O, öz avtomobilini cavabdehə satan zaman avtomobildə olan bütün problemləri cavabdehə demişdi. Ona avtomobili təmir etdikdən sonra verə biləcəyini və ya özünün avtomobili təmir etdirməsini bildirmişdi. Qarşı tərəf avtomobili özünün təmir etdirəcəyini bildirərək avtomobili almışdır. Cavabdeh avtomobili 3-4 gün idarə etdikdən sonra ona avtomobilin işləmədiyini demişdir. Özü cavabdehin avtomobili təmir etdirmək üçün getdiyi servisə getmiş və orada ona, əgər avtomobili istəmirsə qaytarmasını və ya özünün idarə etməyə davam etməsini demişdir. Cavabdeh isə avtomobili qaytarmaq istəmədiyini, Türkiyə Respublikasına gedərək avtomobilin işləməyən hissələrini alıb onu təmir etdirəcəyini bildirmişdir. Daha sonra qarşı tərəf kiçik məbləğlərlə bir neçə ay avtomobilin ödənişini etmişdir. 4-5 aydan sonra cavabdeh ona avtomobili istəmədiyini və geri qaytaraçağını bildirmişdir. O, avtomobilin işləməyən hissələrinin qiymətlərinin yüksək olduğunu və buna görə də onu geri vermək istədiyini bildirmişdir. Cavabdeh ona avtomobilini geri qaytardıqdan sonra o, avtomobilə yeni açar çıxartdırmış, yeni cərəyan toplayıcı almış və təkərlərdən biri kəsildiyi üçün təkər almışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs dəymiş zərər qarşılığında öz avtomobilini ona verdikdən sonra, o, iddiaçıya həmin avtomobilə 1500 manat xərc çəkilməli olduğunu bildirmişdir. Apellyasiya şikayəti verən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, alqısatqı14.müqaviləsi zamanı ödənilən dövlət rüsumunun məbləği çox olduğu üçün cavabdehlə avtomobilin alqı-satqısı zamanı müqavilə bağlamamışdılar. Cavabdeh avtomobilin problemli hissələrinə görə onu geri qaytarmaq istəyirdi. Cavabdehə satdığı avtomobil özünün idarə etdiyi avtomobil olmuşdur. Avtomobili satan zaman onun nöqsanları barədə cavabdehə məlumat vermişdi. Avtomobilin turbosunun yağ axıtdığını, mühərrikə xərc çəkilməli olmasını və təkərlərinin zəif olduğunu cavabdehə bildirmişdi və bunların hamısının 1000 manat xərci var idi. Cavabdeh ona avtomobilə 1100 manat xərc qoyduğunu bildirdikdə, o, cavabdehə avtomobilin dəyərindən 2000 manat az alacağını bildirmişdi. Cavabdehin təqdim etmək istədiyi avtomobilə məxsus açarı qəbul etmir, yeni açar çıxartdırmışdır və buna görə də 250 manat xərc çəkmişdir. Cavabdehin ona verdiyi avtomobilə 800 manat xərc çəkmişdir. O, öz avtomobilini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 6000 manat qiymət müəyyən edərək vermişdir. Cavabdehlə razılığa gəlmək fikri yoxdur.
15. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, verdiyi izahatında bildirmişdi ki, o, iddiaçıdan ## ##### 2025-ci il tarixdə avtomobil almışdır. 04 aprel tarixdə avtomobildə problem yarandığından iddiaçı ilə danışmış və onu servisə çağırmışdır. Orada usta avtomobilin mühərrikində problemin olduğunu bildirmiş, iddiaçı isə ona avtomobili aparmasını və mühərriki özünün təmir etdirəcəyini demişdir. Avtomobilin 1000 manatlıq xərci olmuşdur, cavabdeh həmin xərci ödəyəcəyini bildirmiş və iddiaçıya təmir üçün 1100 manat pul vermişdir. Iddiaçı isə avtomobili təmir etdirmədən onu cavabdehin evinin qapısında saxlamışdır. O, buna görə avtomobili qəbul etməmiş, iddiaçıya avtomobilini götürməsini və ona verdiyi ödənişi geri qaytarmasını bildirmişdir. Bundan sonra iddiaçı prokurorluğa və polisə müraciət etmiş, daha sonra isə məhkəmədə ona qarşı iddia qaldırmışdır. Iddiaçı birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında özünün ona verdiyi avtomobili pul qarşılığında qəbul etmədiyini bildirmişdi.
16. Cavabdeh ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənə qədər iddiaçıya məxsus olan avtomobil onun qapısında dayanmışdır. Iddiaçı ilə razılığa gəlmək istəsə də, iddiaçı onunla razılığa gəlmək istəmədiyini bildirmişdir. Avtomobilin açarını uşaq itirdiyi üçün o, iddiaçıya yeni açar almamasını, ödəniş edən zaman açarı tapıb ona verəcəyini demişdi. Iddiaçı onun avtomobilinə 600-800 manat aralığında xərc çəkmiş və onu 6000 manata satmışdır.
17. “Hyundai Terracan” markalı avtomobil üçün iddiaçı 12500 manat qiymət müəyyən etsə də, iddia ərizəsində 13500 manat tələb edir, bu isə o deməkdir ki, iddiaçı onun verdiyi avtomobili ödənişin bir hissəsi kimi qəbul etməmişdir. Iddiaçıdan alacağı avtomobilin ödənişinin bir hissəsi kimi ona verdiyi “Opel” markalı avtomobilin ilkin qiymətini 3000 manat müəyyən etsə də, avtomobilin 500 manatlıq xərci olduğu üçün onu 2500 manat kimi hesablamışdılar. Iddiaçıdan ## ##### 2025-ci il tarixdə avtomobili aldıqdan sonra 04 aprel tarixdə avtomobildə problemlər yaranmış və 07 aprel tarixində özü Türkiyə Respublikasına getmişdir, yəni avtomobili idarə edə bilməmişdir, qardaşı isə cəmi bir dəfə idarə etmişdir. Avtomobili ustaya özü yox, iddiaçı və onun şahidlərindən biri aparmışdır. Təxminən 20-25 aprel aralığında qardaşına avtomobili ustaya aparmasını bildirmiş və 310 manatlıq xərc çəkmişdir, daha sonra iddiaçıya avtomobili təmir etdirməsini tapşırmışdır və iddiaçı may ayında avtomobili onlardan götürmüşdür. Usta isə 2 ay sonra avtomobili geri qaytarmışdır və birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənə qədər həmin avtomobil onlarda qalmışdır. Onun iddiaçı ilə razılığa gəlmək üçün təklifi, avtomobilini almaq üçün iddiaçıya ödədiyimi bildirdiyi 2200 manat pulun özünə geri qaytarılmasıdır.
18. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi.
19. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi.
IV. Işin halları:
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:
21. - ## ######## 2024-cü il tarixli, ƏN-IX seriyalı, ****** nömrəli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamənin surətindən X2 tərəfindən “Hyundai Terracan” minik markalı, 2003-cü il buraxılışlı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini 1 (bir) il müddətinə, yəni ## ######## 2025-ci il tarixədək Iddiaçı etibar etməsi (iş vərəqə 07);
22. - ## ######## 2025-ci il tarixli, ƏN-IX seriyalı, ****** nömrəli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamənin surətindən, X2 tərəfindən “Hyundai Terracan” minik markalı, 2003-cü il buraxılışlı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini 1 (bir) il müddətinə, yəni ## ######## 2026-cı il tarixədək Iddiaçı etibar etməsi (iş vərəqə səhifələnməyib, 7-ci səhifədən sonra);
23. - BD seriyalı, ****** nömrəli, ## ######## 2024-cü il qeydiyyat tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən **-BN-*** dövlət qeydiyyat nişanı, buraxılış ili 1998-ci il olan, “Opel” minik markalı, qırmızı rəngli nəqliyyat vasitəsinin Cavabdeh mülkiyyətində olması (iş vərəqə 11);
24. - ## #### 2025-ci il tarixli, ƏN-VII seriyalı, ****** nömrəli etibarnamənin surətindən Cavabdeh tərəfindən “Opel” minik markalı, 1998-ci il buraxılışlı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini 9 ay 12 gün müddətinə, yəni ## ##### 2026-cı il tarixədək Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs etibar etməsi (iş vərəqə 06);
25. - *********** nömrəli qəbzdən ##.##.2025 tarixdə 435 manat, *-********* nömrəli qəbzdən ##.##.2025 tarixdə 300 manat, *-********* nömrəli qəbzdən ##.##.2025 tarixdə 600 manat, *********** nömrəli qəbzdən ##.##.2025 tarixdə 120 manat, *-********* nömrəli qəbzdən ##.##.2025 tarixdə 290 manat, *-********* nömrəli qəbzdən ##.##.2025 tarixdə 670 manat və *-********* nömrəli qəbzdən ##.##.2025 tarixdə 450 manat məbləğdə pul vəsaitlərinin Iddiaçı hesabına köçürülməsi (iş vərəqə 39-45);
26. - elektron informasiya sistemindən əldə edilmiş məlumatdan Cavabdeh tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilmiş ## #### 2025-ci il tarixli, ƏN-VII seriyalı, ****** nömrəli etibarnaməyə xitam verilməsi aydın olur (iş vərəqə səhifələnməyib, 8-ci səhifədən əvvəl).
V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini yalnız iddiaçı tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının Iddiaçı tərəfdən mübahisələndirilən hissəsi təşkil edir.
30. Iddiaçının verdiyi apellyasiya şikayətindən aydın olur ki, Iddiaçı sözügedən qətnaməni tam mübahisələndirir. Onun verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın təmin edilməsinə yönəldiyindən, həmin qətnamə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır. VI. Tətbiq edilən hüquqi aktlar.
a) Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
31. - 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir;
32. - 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birini qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir; 33.- 21.1-ci və 21.2-ci maddələrinin mahiyyətindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 34.- 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 35.- 329.1 və 329.2-ci maddələrində qeyd edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır;
36. - 337.1-ci və 337.2-ci maddələrinin tələbinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir;
37. - 337.5-ci maddəsi ilə müəyyən edilir ki əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir;
38. - 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər;
39. - 386.1 və 386.2-ci maddələrinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər;
40. - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır;
41. - 390.2-ci maddəsində qeyd edilir ki, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir;
42. - 394-cü maddəsinin tələbinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir;
43. - 406.1-cı maddəsində göstərilir ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin;
44. -650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
45. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;
46. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;
47. - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir;
48. - 76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;
49. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
50. - 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;
51. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
52. -218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər;
53. -392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aktları:
54. - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarında qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir; 55.- "Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı müraciətinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli qərardadında göstərilir ki, qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi isə həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
56. Kollegiya mülki iş materiallarını, verilmiş apellyasiya şikayətini, həmçinin işdə olan sübutları qarşılıqlı şəkildə öyrənərək qeyd edir ki, mülki hüquq münasibətlərinin sabitliyi və mülki dövriyyənin təhlükəsizliyi birbaşa olaraq əqdlərin qanunla müəyyən edilmiş forma tələblərinə riayət olunmasından asılıdır. Qanunverici tərəfindən xüsusi əhəmiyyət kəsb edən əmlakların, o cümlədən nəqliyyat vasitələrinin alqı-satqısı üçün müəyyən edilmiş rəsmi prosedur və sənədləşmə qaydaları sadəcə formal xarakter daşımır, həm də tərəflərin mülkiyyət hüquqlarının dövlət tərəfindən tanınması və qorunması üçün zəruri hüquqi zəmin yaradır.
57. Müasir mülki dövriyyədə mülkiyyət hüququnun ötürülməsi iradə ifadəsi ilə yanaşı, həmin iradənin qanunauyğun şəkildə rəsmiləşdirilməsini də tələb edir. Bu baxımdan, tərəflərin subyektiv olaraq bir-biri ilə anlaşması və əmlakı faktiki təhvil verməsi, əgər həmin hərəkətlər qanunun müəyyən etdiyi məcburi imperativ normalar (forma şərtləri) çərçivəsində icra olunmayıbsa, hüquqi baxımdan qüvvədə olan müqavilə münasibətlərinin yaranması üçün kifayət deyildir. Məhkəmə mülki işlər üzrə ədalət mühakiməsini həyata keçirərkən tərəflər arasındakı faktiki münasibətlərlə qanunvericiliyin tələbləri arasında hüquqi balansı müəyyən etməli, tərəflərin subyektiv iradəsinin qanunla müəyyən olunmuş hüquq qaydasına zidd olubolmadığını
58. qiymətləndirməlidir. Iş materiallarından görünür ki, iddiaçı Iddiaçı apellyasiya şikayətinin əsasını tərəflər arasında razılaşdırılmış 13.500 manat satış qiymətinin qalıq hissəsinin cavabdehdən tutulması təşkil edir. Iddiaçı hər nə qədər öz tələbini "vurulmuş ziyanın ödənilməsi" kimi formalaşdırsa da, onun apellyasiya şikayətində istinad etdiyi dəlillər (avtomobilin razılaşdırılmış qiyməti) göstərir ki, iddiaçının həqiqi hüquqi marağı faktiki olaraq şifahi alqısatqı 59.müqaviləsinin şərtlərinin icrasına yönəlmişdir.
60. Beləliklə, kollegiya hesab edir ki, hazırkı mübahisənin predmeti "ziyanın ödənilməsi" adı altında təqdim olunsa da, mahiyyət etibarı ilə tərəflər arasında bağlanmış (və ya bağlanmış hesab edilən) alqı-satqı müqaviləsindən irəli gələn pul öhdəliyinin icrası tələbidir. Maddi hüquq baxımından ziyan tələbi hər zaman bir hüquq pozuntusunun və ya öhdəlik icrasızlığının törəməsi olduğu üçün, kollegiya ilk növbədə iddiaçının mənfəətinin əsasını təşkil edən həmin "müqavilənin" hüquqi taleyinə qiymət verməlidir.
61. Mülki işin materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında ## ##### 2025-ci il tarixdə “Hyundai Terracan” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 13.500 manata satılması, cavabdehin iddiaçıya "Opel" markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili 2.500 manat dəyərində verməsi və qalan məbləğin hissə-hissə ödənilməsi barədə razılaşma olmuş, avtomobillər faktiki olaraq bir-birinə təhvil verilmiş və cavabdeh tərəfindən iddiaçıya cəmi 2.200 manat ödəniş edilmişdir. Sadalanan bu hallar iş üzrə mübahisə doğurmayan hallardır.
62. Kollegiya qeyd edir ki, tərəflər arasındakı bu razılaşmanın hüquqi qüvvəsini müəyyən etmək üçün ilk növbədə həmin əqdin qanunla müəyyən edilmiş formaya uyğunluğu yoxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə görə, forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mübahisə predmeti olan nəqliyyat vasitəsi rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşya olduğundan, həmin Məcəllənin 650-ci maddəsinə əsasən, belə əşyaların alqı-satqısına dair müqavilə notarial qaydada təsdiqlənməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2021-ci il və ## #### 2025-ci il tarixli məhkəmə aktlarındakı hüquqi mövqeyə əsasən, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (avtomobil alqısatqısı
63. və s.) etibarlı olması üçün onların qanunla müəyyən edilmiş məcburi formaya salınması mütləq şərtdir. Bu şərtə əməl edilməməsi birbaşa Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuş əhəmiyyətsizliyə səbəb olur ki, belə əqd bağlandığı andan hüquqi nəticələr yaratmır və iddia olunan subyektiv hüququn yaranmadığını göstərir.
64. Kollegiya hesab edir ki, tərəflərin müqavilə bağlamaq niyyətində olmaları və əmlakı faktiki təhvil vermələri (konkludent hərəkətlər) qanunun imperativ tələbi olan yazılı və rəsmi formanı əvəz edə bilməz. Çünki, Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə tərəflər üçün məcburi olan imperativ normalara uyğun gəlməlidir. Mübahisəli nəqliyyat vasitəsinin rəsmi alqı-satqısı aparılmadığından və cavabdehin adına dövlət qeydiyyatına alınmadığından, tərəflər arasında hüquqi baxımdan qüvvədə olan alqı-satqı müqaviləsi, habelə Mülki Məcəllənin 389.1-ci maddəsi anlamında (öhdəliyə səbəb olan) müqavilə münasibəti mövcud deyildir. Bu isə o deməkdir ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi "faktiki alqı-satqı baş tutmuşdur" dəlili qanunvericiliyin forma şərtləri ilə toqquşaraq hüquqi əhəmiyyətini itirir. Qanunauyğun şəkildə rəsmiləşdirilməyən iradə ifadəsi Mülki Məcəllənin 14.2.1-ci maddəsi üzrə hüquq və vəzifələrin (pulun ödənilməsi öhdəliyinin) yaranması üçün əsas ola bilməz.
65. Kollegiya qeyd edir ki, mülki hüquq və vəzifələrin yaranması əsaslarını müəyyən edən Mülki Məcəllənin 14.2-ci maddəsi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələri hüquq münasibətlərinin başlıca mənbəyi kimi tanıyır. Lakin həmin müqavilələrin hüquqi qüvvəyə minməsi üçün onlar Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən tərəflər üçün məcburi olan imperativ normalara, o cümlədən forma tələblərinə uyğun gəlməlidir.
66. Mübahisənin xüsusiyyəti nəzərə alınmaqla bildirilməlidir ki, nəqliyyat vasitələri dövlətin xüsusi qeydiyyatını apardığı əşyalar kateqoriyasına daxildir. Mülki Məcəllənin 650-ci maddəsinin tələbinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Bu isə o deməkdir ki, həmin Məcəllənin 394-cü maddəsinin ruhuna uyğun olaraq, belə əşyalar üzərində mülkiyyət hüququnun keçməsinə dair müqavilələr rəsmi (notarial) qaydada təsdiqlənməli və dövlət qeydiyyatına alınmalıdır.
67. Kollegiya vurğulayır ki, Mülki Məcəllənin 406.1-ci maddəsi müqavilələrin sərbəst formada bağlanmasına icazə versə də, bu sərbəstlik Məcəllədə həmin növ müqavilə üçün xüsusi forma təyin edildiyi hallarda məhdudlaşır. Hazırkı mübahisədə tərəflər arasında bağlanmış şifahi razılaşma nə Mülki Məcəllənin 324.1-ci maddəsi anlamında etibarlı bir iradə ifadəsi, nə də həmin Məcəllənin 389.1-ci maddəsi mənasında hüquqi qüvvəyə malik müqavilə hesab oluna bilməz. Çünki forma şərtinə riayət olunmaması sözügedən Məcəllənin 329.1-ci maddəsinə əsasən əqdin etibarsızlığına, daha dəqiq 337.1-ci maddəsi üzrə onun əhəmiyyətsizliyinə səbəb olur.
68. Belə bir hüquqi şəraitdə Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il və ## #### 2025-ci il tarixli məhkəmə aktlarındakı mövqeləri xüsusi əhəmiyyət kəsb edir. Həmin şərhə görə, əqdin etibarsız olması birbaşa həmin əqd üzrə hüquqi nəticənin (subyektiv hüququn) yaranmadığını göstərir. Beləliklə, tərəflər Mülki Məcəllənin 362.1-ci maddəsi ilə tənzimlənən "etibarnamə" mexanizmindən istifadə etməklə əmlakın hüquqi müqəddəratını dəyişməyə çalışsalar da, bu hərəkət qanunla müəyyən edilmiş alqı-satqı formasını əvəz etməmişdir.
69. Müqavilənin qanunauyğun formada bağlanması tələbi həm də dövlət mənafeyi və hüquq qaydası baxımından mühümdür. Mülki dövriyyədə əmlakın rəsmi rəsmiləşdirmədən kənar ötürülməsi hüquqi qeyri-müəyyənlik yaradır və mülkiyyətçinin mülkiyyət hüququnu risk altına qoyur. Iddiaçı mülki dövriyyənin şəffaflığı üçün müəyyən edilmiş rəsmi prosedurlara laqeyd yanaşmaqla, əslində qanunvericiliyin qoruduğu "etibarlı müqavilə" statusundan imtina etmişdir.
70. Kollegiya vurğulayır ki, iddiaçı tərəfindən irəli sürülmüş 11300 (on bir min üç yüz) manatlıq ziyanın ödənilməsi tələbi öz mahiyyəti etibarı ilə müqavilə öhdəliyinin pozulmasından doğan məsuliyyət (Mülki Məcəllənin 442-ci maddəsi) xarakteri daşıyır. Lakin yuxarıda əsaslandırıldığı kimi, tərəflər arasında Mülki Məcəllənin 650-ci maddəsinə uyğun rəsmi alqı-satqı müqaviləsi mövcud olmadığından, hüquqi baxımdan pozulmalı olan hər hansı bir "əsas öhdəlik" də mövcud deyildir. Maddi hüququn təməl prinsipinə görə, olmayan öhdəliyin icrası tələb edilə bilməyəcəyi kimi, həmin öhdəliyin "pozulması" nəticəsində yarandığı iddia edilən törəmə tələb (ziyan) də təmin edilə bilməz.
71. Iddiaçı apellyasiya şikayətində "satış qiymətinin qalıq hissəsini" ziyan kimi tələb etməkdə israr etməklə, əslində əhəmiyyətsiz olan şifahi razılaşmanı dolayısı ilə qanuniləşdirməyə çalışır. Məhkəmə kollegiyası isə hesab edir ki, mülki dövriyyənin təhlükəsizliyi naminə forma şərti pozulmuş əqdlər üzrə hər hansı bir "müqavilə mənfəəti"nin (satış pulunun) tutulmasına yol vermək hüquq qaydasının sarsılmasına səbəb ola bilər.
72. Kollegiya "məhkəmə hüququ bilir" (iura novit curia) prinsipi baxımından tərəflər arasındakı münasibətləri əsassız varlanma institutu müstəvisində də təhlil edərək bildirir ki, iddianın bu əsasla təmin edilməsi də hüquqi baxımdan mümkün deyildir. Belə ki, Mülki Məcəllənin 1092-ci maddəsinin mahiyyətinə görə, hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə edən şəxs həmin əmlakı natura formasında qaytarmağa borcludur. Əmlakın dəyərinin pulla əvəzlənməsi yalnız əşyanın natura formasında qaytarılması qeyrimümkün olduqda (məsələn, əşya məhv olduqda və ya yararsız hala düşdükdə) tətbiq edilə bilər. Hazırkı işdə mübahisə predmeti olan “Hyundai Terracan” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mövcuddur və Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qəbul edilənədək cavabdehin sahibliyində olmuşdu. Iddiaçı isə avtomobilin natura formasında qaytarılmasını deyil, qanunsuz (əhəmiyyətsiz) əqd üzrə razılaşdırılmış satış qiymətini, yəni "pulu" tələb edir. Natura qaytarılması mümkün olan əşyanın əvəzinə pulla kompensasiya verilməsi əsassız varlanma institutunun mahiyyətinə və Mülki Məcəllənin qeyd olunan normalarının imperativ tələbinə ziddir. Digər tərəfdən, əsassız varlanmanın tətbiqi hər iki tərəfin qarşılıqlı olaraq aldıqlarını qaytarmasını (ikitərəfli xarakter) şərtləndirir ki, iddiaçı apellyasiya şikayətində bu cür bərpa (restitusiya) nəticəsini dispozitiv olaraq rədd etmişdir. Bu səbəbdən, şifahi razılaşmanın qiymətini "əsassız varlanma" adı altında iddiaçıya qazandırmaq, əslində forma şərti pozulmuş əqdi dolayısı ilə qanuniləşdirmək mənasına gələrdi ki, kollegiya bunu hüquq qaydasına zidd hesab edir.
73. Həmçinin apellyasiya şikayətinə baxılması zamanı müəyyən edilmişdi ki, mübahisə predmeti olan “Hyundai Terracan” markalı nəqliyyat vasitəsi birinci instansiya məhkəməsinin qətnaməsindən sonra faktiki olaraq iddiaçının sahibliyinə qaytarılmışdır. Iddiaçı isə avtomobili faktiki geri almasına baxmayaraq, məhkəmədən həmçinin qanunsuz (əhəmiyyətsiz) əqd üzrə razılaşdırılmış satış qiymətini, yəni "pulu" da tələb edir. Natura formalarında əmlakların artıq qarşılıqlı olaraq qaytarıldığı bir şəraitdə, iddiaçıya əlavə olaraq pulla kompensasiya (satış qiyməti) verilməsi əsassız varlanma institutunun mahiyyətinə və mülki dövriyyənin sabitliyinə tamamilə ziddir
74. Iddiaçı apellyasiya şikayətinin dəlili kimi xüsusi olaraq vurğulamışdır ki, birinci instansiya məhkəməsi mülki prosessual hüququn dispozitivlik prinsipini pozaraq, iddia tələbinin predmetinə daxil olmayan və tərəflərin maraqlarına cavab verməyən hüquqi nəticəni, yəni avtomobillərin qaytarılmasını (restitusiyanı) müəyyən etmişdir.
75. Kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Iddiaçının tələbi əmlakın geri qaytarılması deyil, konkret məbləğin (ziyanın) tutulması olduğu halda, məhkəmənin öz təşəbbüsü ilə Mülki Məcəllənin 337.5-ci maddəsini (restitusiyanı) tətbiq etməsi prosessual pozuntu təşkil edir.
76. Kollegiya mülki prosessual hüququn fundamental əsaslarından olan dispozitivlik prinsipinin mahiyyətini izah edərək bildirir ki, mülki məhkəmə icraatında prosesin başlanması, istiqaməti və hədləri yalnız tərəflərin, xüsusilə də iddiaçının iradəsi ilə müəyyən edilir. Bu prinsipə görə, məhkəmə tərəfə onun istəmədiyi və ya iddia etmədiyi bir hüquqi müdafiə vasitəsini məcburi şəkildə tətbiq edə bilməz.
77. Hazırkı mübahisədə iddiaçı Iddiaçı apellyasiya şikayətində açıq şəkildə bəyan etmişdir ki, onun məqsədi mülkiyyətin fiziki olaraq geri qaytarılması (restitusiya) deyil, yalnız pul ekvivalentində kompensasiya (ziyanın ödənilməsi) əldə etməkdir. Birinci instansiya məhkəməsi isə tərəfləri əvvəlki vəziyyətə qaytarmaq (avtomobilləri geri vermək) barədə qərar çıxarmaqla, faktiki olaraq iddiaçının sərəncam vermək səlahiyyətini mənimsəmiş və dispozitivlik prinsipini kobud şəkildə pozmuşdur. Kollegiyanın qənaətinə görə, əgər iddiaçı qanunsuz (əhəmiyyətsiz) əqd üzrə mülkiyyətindən çıxmış əşyanı geri almaq iradəsi nümayiş etdirmirsə, məhkəmənin "ədalət naminə" olsa belə, ona bu nəticəni diktə etməsi prosessual iddia hədlərindən kənara çıxmaq hesab olunur.
78. Birinci instansiya məhkəməsinin iddia hədlərindən kənara çıxaraq öz təşəbbüsü ilə restitusiya tətbiq etməsi prosessual pozuntu təşkil etsə də və bu hal qətnamənin ləğvi üçün əsas yaratsa da, müəyyən edilmişdir ki, sözügedən qətnamə çıxarıldıqdan sonra tərəflər faktiki olaraq avtomobilləri qarşılıqlı şəkildə bir-birinə qaytarmışlar. Iddiaçının apellyasiya icraatı gedişində qətnamədən sonra avtomobili faktiki olaraq geri alması və eyni vaxtda apellyasiya şikayətində birinci instansiya məhkəməsinin restitusiya barədə qərarını "dispozitivliyin pozulması" kimi mübahisələndirməsi onun daxili ziddiyyətli davranışından xəbər verir.
79. Iddiaçının apellyasiya şikayətindəki dispozitivlik arqumenti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün yetərli prosessual zəmin yaratsa da, bu, iddianın təmin edilməsi nəticəsini doğurmur. Əksinə, apellyasiya kollegiyası işə tam hüquqlu məhkəmə kimi baxaraq müəyyən edir ki, iddiaçının istədiyi hüquqi nəticə (pulun tutulması) qanunla birbaşa qadağan olunmuş üsulların (etibarnamə ilə satışın) dolayısı ilə tanımasına gətirib çıxara bilər. Bu isə dövlətin müəyyən etdiyi mülki dövriyyə qaydalarına və mülkiyyət hüququnun rəsmiləşdirilməsi prinsiplərinə ziddir.
80. Həmçinin qətnamədən sonra tərəflərin avtomobilləri artıq könüllü olaraq bir-birinə qaytarması faktı bir daha təsdiq edir ki, əqdin əhəmiyyətsizliyindən doğan real maddi vəziyyət bərpa olunmuşdur. Belə bir şəraitdə iddiaçının həm avtomobili geri alması, həm də öhdəliyin icrası adı altında pul tələb etməsi hüquq qaydasına ziddir.
81. Iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin şahidləri dindirməməsi və sübutları birtərəfli qiymətləndirməsi barədə gətirdiyi dəlillərə gəldikdə, kollegiya bildirir ki, Mülki Məcəllənin 394 və 650-ci maddələrinə əsasən, yazılı forması tələb olunan əqdlərin sadə yazılı formasına riayət edilməməsi mübahisə yarandıqda tərəfləri şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir. Belə olan halda, tərəflər arasındakı alqısatqı münasibətini sübut etmək üçün şahidlərin dindirilməməsi prosessual pozuntu deyil, qanunun birbaşa tələbidir. Mülki qanunvericiliyin rəsmi forma tələbi şifahi sübutları mülki dövriyyədən kənarlaşdırır.
82. Iddiaçı cavabdeh Cavabdeh etibarnaməni ləğv etməklə öhdəlikdən qaçması və vicdanlılıq prinsipini pozması barədə dəlili kollegiya tərəfindən qəbul edilmir. Belə ki, tərəf özü qanunun tələb etdiyi rəsmi alqı-satqı formasından yayınaraq etibarnamə mexanizminə üstünlük vermişdirsə, bu hərəkəti ilə mülkiyyət hüququnun hər an ləğv edilə biləcəyi riskini (etibarnamənin birtərəfli xitamı imkanını) qabaqcadan qəbul etmiş sayılır. Şəxs özünün qanunauyğun formadan kənar davranışının yaratdığı hüquqi boşluqdan şikayət edərək "müqavilə mənfəəti" (satış qiyməti) əldə edə bilməz.
83. Yuxarıda göstərilən halları ümumiləşdirərək, kollegiya hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsi (maddi və prosessual normaların pozulması) üzrə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunmalıdır. Yeni qətnamə ilə iddiaçının 11300 (on bir min üç yüz) manat məbləğində ziyanın ödənilməsi tələbinə dair iddiası maddi əsasın yoxluğu səbəbindən tamamilə rədd edilməlidir. Bununla da, iddiaçı qanunla müəyyən edilmiş rəsmi rəsmiləşdirmə qaydalarından yayınaraq etibarnamə mexanizmindən istifadə etməsinin bütün hüquqi və maddi risklərini özü daşımalı olur. Məhkəmə xərclərinə gəldikdə isə kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki- Prosessual
84. Məcəlləsinin:
85. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
86. - 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
87. Işin apellyasiya instansiyasında baxılmasının nəticəsi olaraq iddiaçının 11300 (on bir min üç yüz) manat məbləğində əsas tələbi tamamilə rədd edildiyi üçün, həm birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumu, həm də apellyasiya şikayəti verilərkən ödənilmiş 62.60 (altmış iki manat, altmış qəpik) manat dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən iddiaçı Iddiaçı üzərində saxlanılmalıdır.
88. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.
89. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
90. - iddiaçı Iddiaçı apellyasiya şikayəti qismən təmin edilməli;
91. - Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunmalı;
92. - Iddiaçı Cavabdeh qarşı 11300 (on bir min üç yüz) manat ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməli;
93. - Iddiaçı iddia verməsi ilə bağlı ödədiyi 125 (bir yüz iyirmi beş) manat və apellyasiya şikayəti verərkən ödədiyi 62.60 (altmış iki manat, altmış qəpik) manat dövlət rüsumları onun özünə aid edilməlidir.
94. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə
Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq
qət etdi:
Iddiaçı Iddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. Iddiaçı Cavabdeh qarşı 11300 (on bir min üç yüz) manat ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Iddiaçı iddia verməsi ilə bağlı ödədiyi 125 (bir yüz iyirmi beş) manat və apellyasiya şikayəti verərkən ödədiyi 62.60 (altmış iki manat, altmış qəpik) manat məbləğində dövlət rüsumları onun özünə aid edilsin. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.