Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-104/2026 14.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı MMC-nin cavabdeh Cavabdeh Hikmət oğluna qarşı "vurulmuş zərərin əvəzinin tutulması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: Ziyanın ödənilməsi, iddia müddətinin ötürülməməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Iddiaçı Iddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh Cavabdeh Hikmət oğlunun iştirakları ilə, Iddiaçı Iddiaçı MMC-nin cavabdeh Cavabdeh Hikmət oğluna qarşı "vurulmuş zərərin əvəzinin tutulması" tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı Iddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Işin halları
1. Iddiaçı Iddiaçı MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia icraatı qaydasında cavabdeh Cavabdeh Hikmət oğluna qarşı "vurulmuş zərərin əvəzinin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 24508,78 manat əsas borcun və ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin, eləcə də, ödənilmiş 114 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə cavabdeh Cavabdeh Hikmət oğlu arasında bağlanmış ## ###### 2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. Bundan sonra, cavabdeh ## ### 2022-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, həmçinin onunla X4 haqqında müqavilə bağlanmışdır. Lakin, cavabdeh ## #### 2024-cü il tarixdə işdən azad edilmişdir. Belə ki, cavabdeh Cavabdeh iş vaxtı ərzində, bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Bu mənada, ## #### 2024-cü il tarixdə “Oba Bayıl 4” mağazasında aparılmış inventarizasiya nəticəsində cavabdeh Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, həmçinin həmin tarixdə aparılmış "Inventarizasiya nəticələrinə" dair aktlara əsasən yekun ziyan məbləğinin cəmi 28470,26 manat məbləğində olması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq müvafiq dövriyyə güzəşti edilmişdir. Bununla da, Cavabdeh Hikmət oğlunun qalıq borcu 24508,78 manat təşkil etmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, cavabdeh Cavabdeh həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış X4 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Iddiaçı Iddiaçı MMC-nin nümayəndəsi X1 iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh Cavabdeh Hikmət oğluna məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh Cavabdeh Hikmət oğlu iddia tələbini qəbul etməyərək, habelə iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb edib, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı ərizə təqdim etməklə izahatında göstərmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Belə ki, aradan 1 ildən çox müddət keçməsinə baxmayaraq, qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət olunmamışdır. Odur ki, iddiaçı müqavilədən irəli gələn iddia müddətini ötürdükdən sonra iddia tələbi ilə məhkəməyə müraciət etdiyinə görə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ucar Rayon Məhkəməsinin (hakim Xəyal Bədəlov) ##.##.2025-ci il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsi ilə iddiaçı Iddiaçı MMC-nin cavabdeh Cavabdeh Hikmət oğluna qarşı "vurulmuş zərərin əvəzinin tutulması" tələbinə dair iddiası təmin edilməmiş, iddia tələbi üzrə ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat məhkəmə xərcinin iddiaçı Iddiaçı MMC-yə aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ## ###### 2021-ci il tarixli əmək müqaviləsi əsasında əmək münasibətləri başlamış və eyni zamanda, işçi ilə işəgötürən arasında X4 haqqında müqavilə bağlanmışdır ki, həmin müqavilə cavabdehi işəgötürən qarşısında etibar edilmiş maddi sərvətləri qorumaq, saxlamaq və görüləcək işi layiqincə yerinə yetirmək kimi öhdəliklərlə məsul etmişdir. Tərəflər arasında yaranmış mübahisənin əsası isə ## #### 2024-cü il tarixdə “Oba Bayıl 4” filialında keçirilmiş inventarizasiya zamanı 28470,26 manat zərərin aşkar edilməsi olmuşdur. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Cavabdeh isə, məhkəmə iclası zamanı işəgötürənin hüququnun pozuntusunu bildiyi andan 1 ildən çox müddət keçməsindən sonra məhkəməyə müraciət etdiyini əsas gətirərək iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında formalaşmış mübahisəni əmək mübahisələrinin növlərinə münasibətdə mübahisə edən subyektlərə görə yaranmış mübahisəyə aid etmək olar. Ümumiyyətlə əmək mübahisələrinin yaranmasının səbəb və şərtləri mövcuddur ki, bu da məhz tərəflər arasında yaranmış mübahisənin özülünü təşkil edir. Beləliklə, əmək münasibətlərində yaranmış mübahisənin səbəblərini də iki kateqoriyaya, yəni, obyektiv və subyektiv səbələrə bölmək olar ki, hazırkı mübahisədə yaranmış səbəb məhz subyektiv kateqoriyanı (subyektiv səbəb obyektiv qanunauyğun xarakterinə malik olmayan, daha çox ayrı-ayrı subyektlərin fəaliyyətindəki çatışmazlıq və səhvlərlə müəyyən olunan ziddiyyətlərə aiddir) özündə ehtiva edir.
9. Hazırkı halda prosessual qənaət prinsipi rəhbər tutulmaqla tərəflər arasında formalaşmış münasibətlər hüquqi müstəvidə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə verdiyi ərizəsinin əsaslılığı və qanuniliyinin araşdırılması fonunda öz əksini tapmalıdır.
10. Məhkəmə qeyd etmişdir ki, işin araşdırılan, eləcə də, iddia tərəfinin təqdim etdiyi sənədlərindən görünür ki, iddiaçı MMC ilə cavabdeh arasında əmək münasibətləri ## ###### 2021-ci il tarixdə yaranmış, ## #### 2024-cü il tarixdə isə əmək müqaviləsinə xitam verilmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, göründüyü kimi, qanunvericilik işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. Belə ki, əmək qanunvericiliyi iddia müddətinin axımının başlanmasını işəgötürənə maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkar edildiyi gündən müəyyən etmişdir. Işin məhkəmə tərəfindən araşdırılan halları, iddiaçının təqdim etdiyi sənədlər və eləcə də, iddiaçının nümayəndəsinin məhkəmə iclası zamanı verdiyi izahatı ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin aşkar edilməsi məhz ## #### 2024-cü il tarixdə, “Oba Bayıl 4” filialında keçirilmiş inventarizasiya zamanı 28470,26 manat zərərin müyyən edilməsi olmuşdur (bu hallar iş materiallarında olan sənədlərlə də öz təsdiqini tapır). Beləliklə, məhkəmə hesab edir ki, ## #### 2024-cü il tarixdən (zərərin aşkar edildiyi vaxtdan) ## #### 2025-ci il tarixədək, yəni iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtadək 1 ildən artıq müddət ötmüşdür. Bu hal isə iddianın təmin edilməsini istisna edir.
12. Məhkəmə, işin faktiki hallarını nəzərə alaraq mövcud mübahisəyə, yəni iddiaçı ilə cavabdeh Cavabdeh arasında olan mübahisəyə əmək qanunvericilikdə (Əmək Məcəllənin 296-cı maddəsi) nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 68, 191, 194, 199, 296-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2, 2.3, 21.1, 372.1, 372.2, 375.1, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2001-ci il tarixli Qərarına, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2008-ci il tarixli Qərarına, Avropa Insan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri Ispaniyaya qarşı” iş üzrə## ###### 2000-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair (sözügedən norma ilə bağlı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2021-ci il tarixli Plenum Qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119, 124.2, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan iddiaçı Iddiaçı MMC apellyasiya şikayəti vermişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh Hikmət oğlu tam maddi məsul şəxs kimi Iddiaçı MMC-də çalışdığı müddət ərzində “X4 haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşmışdır. “X4 haqqında” müqavilədə deyilir ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. Həmin müqavilənin 2.2-ci bəndində deyilir ki, işəgötürən qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirməlidir.
16. Cavabdehin iş fəaliyyətinin yoxlanması məqsədilə onun barəsində ##.##.2024cü il tarixdə Iddiaçı MMC-nin “Bayıl 4” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh Cavabdeh Hikmət oğlunun Cəmiyyətə 28470 (iyirmi səkkiz min dörd yüz yetmiş) manat 26 (iyirmi altı) qəpik məbləğində zərər vurması məlum olmuşdur.
17. Iş materiallarında olan maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 24508 (iyirmi dörd min beş yüz səkkiz) manat 78 (yetmiş səkkiz) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh Hikmət oğlunun hal-hazırda Iddiaçı MMC-yə ümumilikdə 24508 (iyirmi dörd min beş yüz səkkiz) manat 78 (yetmiş səkkiz) qəpik borcu qalmaqdadır.
18. Hesab edir ki, belə əməlləri törədən şəxsləri yenidən həmin əməlləri törətməkdən çəkindirmək üçün, onlar qanun naminə tənbeh edilməli, ziyankarlığa qarşı mübarizə aparılmalıdır. Hazırki vəziyyətdə cavabdeh Cavabdeh Hikmət oğlunun barəsində mülki qaydada qanuna müvafiq tədbir görülməsə, onun həmin əməlləri digər mağazalarda da törətmə ehtimalı yarana bilər.
19. Cavabdehin vəzifə borcunu yerinə yetirməməsi iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi qərəzli olaraq iddia tələbini rədd etmişdir. Həmçinin birinci instansiya məhkəməsi iddia müddəti tətbiq etməklə müvafiq olaraq qanunvericiliyin tələblərini pozmuşdur. Odur ki, yuxarıda qeyd edilən faktiki hallar qətnamənin ləğv edilməsi üçün əsasdır.
20. Işçinin işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq vəzifəsi qanunla müəyyən olunmasına baxmayaraq məhkəmə gəldiyi qənaətlə işçini bu vəzifədən azad etmişdir.
21. Ucar Rayon Məhkəməsi cavabdehin administrator kimi vəzifə funksiyalarının nədən ibarət olmasını həmin vəzifə təlimatı konteksində qiymətləndirmədən iddianı rədd etmişdir. Halbuki cavabdehin vəzifə təlimatı ürə iddiaçı təşkilatda hansı funksiyanı yerinə yetirməli olub-olmaması, həmin təlimat üzrə cavabdehin hər hansı pozuntuya yol veribverməməsinin müəyyən edilməsi iddianın qanuni həlli baxımından əhəmiyyət kəsb etmişdir. Məhz cavabdehin vəzifə təlimatı üzrə funksiyası və bu funksiyanı pozub pozmaması müəyyən ediləndən sonra işdəki aktların cavabdehin məsuliyyətini təsdiq edən yetərli sübut kimi qəbul edilib-edilməməsinə qiymət verilməli idi.
22. Ucar Rayon Məhkəməsi məhkəmə araşdırması aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməmişdir və sözügedən prosessual normanın tələblərini pozmuşdur.
23. Ucar Rayon Məhkəməsi cavabdeh Cavabdeh Hikmət oğlu tərəfindən imzalanmış “X4 haqqında müqavilə” ilə onun üzərinə götürdüyü öhdəliklərə münasibət bildirməmişdir.
24. Ucar Rayon Məhkəməsi iddia müddətinin keçdiyini əsas götürərək cavabdehin ərizəsi ilə rədd etmişdir. Qeyd etmək lazımdır ki, ##.##.2025-ci il tarixdə mediasiya təklifi cavabdehə göndərilmiş, ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət edilmiş, ##.##.2025-ci il tarixdə mediasiya arayışı alınmışdır. Beləliklə mediasiya prosesi 1 ay 12 gün çəkmişdir. Bu müddət məhkəmə tərəfindən nəzərə alınmamışdır. Mediasiyada keçmiş müddət nəzərə alınmaqla iddia müddəti ötürülməmişdir. Həmçinin cavabdeh ##.##.2025-ci il tarixdə məhkəmə iclasında iştirak etməmiş lakin onun ərizəsi ##.##.2025-ci il tarixdə elektron kabinetə məhkəmə daxilolma möhrü olmadan daxil edilmişdir.
25. Odur ki, Ucar Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi, cavabdeh Cavabdeh Hikmət oğlu tərəfindən ödənilməmiş 24508 (iyirmi dörd min beşyüz səkkiz) manat 78 (yetmiş səkkiz) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 114 (bir yüz on dörd) AZN məbləğin və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 82 (səksən iki) manat dövlət rüsumunun cavabdehdən alınaraq Iddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Iddiaçı MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh Hikmət oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ucar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatında göstərmişdir ki, onun administrator vəzifəsində işlədiyi mağazada iddiaçı təşkilata hər hansı bir kəsiri olmamışdır.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 192-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. Işçinin X4i Işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; Maddə 200. X4 daşınması barədə yazılı müqavilələrin bağlanması
1. Istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X4 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyator Ucar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
36. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
37. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı Iddiaçı MMC ilə cavabdeh Cavabdeh Hikmət oğlu arasında ## ###### 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh Cavabdeh iddiaçı təşkilatda satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, ## ### 2022-ci il tarixdə administrator vəzifəsinə keçirilmş və aralarında “X4” haqqında müqavilə imzalanmışdır. Cavabdeh Hikmət oğlu Iddiaçı MMC-nin “Oba Bayıl 4” mağazasında fəaliyyət göstərmiş və həmin mağaza üzrə maddi məsul şəxs olmuşdur. Iddiaçı təşkilat ## #### 2024-cü il tarixdə Iddiaçı MMC-nin “Oba Bayıl 4” mağazasında inventarizasiya aparmış və cavabdeh Cavabdeh Hikmət oğlunun Iddiaçı MMC qarşısında 28470,26 manat çatışmazlığının olmasını müəyyən etmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq cavabdehin ona 24508,78 manat ziyan vurması qənaətinə gəlmişdir. Lakin cavabdeh Cavabdeh Hikmət oğlu aparılan inventarizasiyanın nəticələri ilə razılaşmamış, inventarizasiyanın nəticələri üzrə tərtib edilmiş sənədlər cavabdeh Cavabdeh Hikmət oğlu tərəfindən imzalanmamış və cavabdeh Cavabdeh Hikmət oğlu tərəfindən iddiaçı təşkilata hər hansı bir ziyan vurması halı etiraf edilməmişdir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı Iddiaçı MMC-nin cavabdeh Cavabdeh Hikmət oğluna qarşı vurulmuş ziyanın ödənilməsi tələbi üzrə iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
39. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
40. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
41. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
42. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
43. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
44. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
45. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
46. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
47. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
48. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslı, iddia tələbi isə əsassızdır.
51. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin mediasiya prosesi ilə bağlı müddətin məhkəmə tərəfindən nəzərə alınmaması, mediasiyada keçmiş müddət nəzərə alınmaqla iddia müddətinin ötürülməməsinə dair dəlilləri ilə razılaşaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin ## #### 2024-cü il tarixdən (zərərin aşkar edildiyi vaxtdan) ## #### 2025-ci il tarixədək, yəni iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtadək 1 ildən artıq müddətin ötməsi, mövcud mübahisəyə, yəni iddiaçı ilə cavabdeh Cavabdeh arasında olan mübahisəyə əmək qanunvericiliyində (Əmək Məcəllənin 296-cı maddəsi) nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsinin məqsədəmüvafiq hesab edilməsinə dair mövqeyi əsassızdır.
52. Belə ki, işdə olan Iddiaçı MMC ilə Cavabdeh Hikmət oğlu arasında ## ###### 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh Hikmət oğlu iddiaçı təşkilatda satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir.
53. Iş materiallarında olan Iddiaçı MMC-nin ##.##.2022-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, Cavabdeh Hikmət oğlu ##.##.2022-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir.
54. Işdə olan ##.##.2022-ci il tarixdə Iddiaçı MMC ilə cavabdeh Cavabdeh Hikmət oğlu arasında bağlanmış “X4” haqqında müqavilədən görünür ki, Cavabdeh Hikmət oğlu ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qurunub saxlanılmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür.
55. Işdə olan Iddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş “OBA Bayıl 4” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair ##.##.2024-cü il tarixli yekun aktdan görünür ki, Iddiaçı MMC-nin ##.##.2024-cü il tarixdə Iddiaçı MMC-nin “OBA Bayıl 4” mağazasında apardığı inventarizasiya nəticəsində cavabdeh Cavabdeh Hikmət oğlunun Cəmiyyətə yekun 28470,26 manat zərər vurması müəyyən edilmişdir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, fərdi əmək münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndində göstərilmişdir ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
57. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hazırkı iddia ilə müraciət etməsinədək mübahisənin mediasiya qaydasında həlli istiqamətində tədbirlər görməsi, beləliklə mediasiya prosesinin tətbiqinin tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olması diqqətə alınmadan inventarizasiya aktının tərtib edildiyi ## #### 2024-cü il tarixdən iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etdiyi ## #### 2025-ci il tarixədək olan bütün müddətə istinad edilməli olmasına dair gəlinən qənaət MPM-də nəzərdə tutulmuş işin hallarşının tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinin tələblərinə uyğun olmamışdır.
58. Belə ki, işdə olan “Ilkin mediasya sessiyasında iştirak edilməməsi barədə” ##.##.2025-ci il tarixli, MŞB/**/****-***** nömrəli arayışdan görünür ki, Iddiaçı MMC tərəfindən əmək mübahisəsi üzrə maddi ziyanın ödənilməsi ilə bağlı ##.##.2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif, ilkin mediasiya sessiyası (IMS) üçün ##.##.2025-ci il tarixdə ərizə verilmiş, tərəflərə ##.##.2025-ci il tarixli bildirişlər göndərilmiş, IMS ##.##.2025-ci il tarixdə saat 10:00-da keçirilmiş, Cavabdeh Hikmət oğlu sessiyada iştirak etməmişdir.
59. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
60. Həmin Maddənin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
61. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
62. Həmin Qanunun 32.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8-ci (“Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış), 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir.
63. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
64. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir.
65. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi cavabdehin işlədiyi mağazada inventarizasiyanın aparılması nəticələrinə dair akt ##.##.2024-cü il tarixdə tərtib edildikdən sonra iddiaçı təşkilat tərəfindən cavabdehə ##.##.2025-ci il tarixdə mediasiyanın tətbiqinə dair təklif verilmiş və mediasiya prosesi ##.##.2025-ci il tarixədək davam etmişdir. Beləliklə mediasiya prosesi dövründə iddia müddətinin axımı dayanmış, ##.##.2025-ci il tarixdə mediasiya prosesinin yekunlaşmasından sonra iddia müddətinin axımı bərpa olunmuş və iddiaçı ##.##.2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə mediasiya prosesinin davam etdiyi dövrə aid müddət çıxıldıqda iddiaçı tərəfindən hazırkı iddia tələbi üzrə 1 illik iddia müddətinin ötürülməməsi müəyyən edilmişdir.
66. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ##.##.2024-cü il tarixdə Iddiaçı MMC-nin “Bayıl 4” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh Cavabdeh Hikmət oğlunun Cəmiyyətə 28470 manat 26 qəpik məbləğində zərər vurmasının məlum olması, müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 24508 manat 78 qəpik borcun qalması, beləliklə Cavabdeh Hikmət oğlunun hal-hazırda Iddiaçı MMC-yə ümumilikdə 24508 manat 78 qəpik borcunun qalması, cavabdehin vəzifə borcunu yerinə yetirməməsinin iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Iddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş “OBA Bayıl 4” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair ##.##.2024-cü il tarixli yekun aktdan göründüyü kimi qeyd edilən sənəd cavabdeh tərəfindən imzalanmamış, inventarizasiyanın nəticələrinə dair həmin sənəd yalnız iddiaçı təşkilatın nümayəndələri tərəfindən tərtib edilməklə iddiaçı təşkilatın nümayəndələri tərəfindən imzalanmışdır.
67. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
68. Iddiaçı təşkilatın ##.##.2024-cü il tarixdə tərtib etdiyi akt iddiaçının öz mövqeyini əks etdirən sənəd olmaqla, həmin aktın tərtib edilməsində qanunla müəyyən olunmuş qaydada əldə edilmiş hər hansı bir məlumata, yəni sübuta istinad edilməmişdir.
69. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
70. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər Üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin VII hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
71. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
72. Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi iddiaçı Iddiaçı MMC tərəfindən cavabdeh Cavabdeh Hikmət oğlu tərəfindən ona 24508,78 manat məbləğində maddi ziyanın vurulması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmiş, cavabdeh Cavabdeh Hikmət oğlu tərəfindən də iddia tələbi etiraf edilməmişdir.
73. Kollegiya əlavə olaraq qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» # ### 2008-ci il tarixli Qərarında hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur; Iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. Iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
74. Göründüyü kimi mövqe ondan ibarət olmuşdur ki, əgər iddia tələbi əsassızdırsa, iddia tələbi iddia müddəti tətbiq edilməklə deyil, tələbin əsassızlığına görə rədd edilməlidir. Əgər iddia tələbi əsaslıdırsa və iddiaçı iddia müddətini ötürübsə, onda iddia müddətinin tətbiq edilməsi mümkündür.
75. Beləliklə iddia tələbinin özü-özlüyündə əsassız olduğu müəyyən edildiyi halda, birinci instansiya məhkəməsi iddia tələbinə iddia müddətini tətbiq etməklə maddi və prosessual hüquq normalarının tələblərini diqqətə almamışdır.
76. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin administrator kimi vəzifə funksiyalarının nədən ibarət olmasını həmin vəzifə təlimatı konteksində qiymətləndirməməsi, cavabdehin vəzifə təlimatı üzrə funksiyası və bu funksiyanı pozub pozmaması müəyyən ediləndən sonra işdəki aktların cavabdehin məsuliyyətini təsdiq edən yetərli sübut kimi qəbul edilib-edilməməsinə qiymət verilməli olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmaması təsdiqini tapdığı halda cavabdehin vəzifə təlimatı üzrə vəzifə funksiyalarına münasibət bildirilməsi zərurəti müəyyən edilməmişdir.
77. Kollegiya hesab edir ki, iddia tələbi əsassız olduğundan məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir.
78. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesаb edir ki, iddiaçı Iddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Iddiaçı MMC-nin cavabdeh Cavabdeh Hikmət oğluna qarşı Iddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 24508,78 manatın, ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin, eləcə də, ödənilmiş 114 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh Hikmət oğlundan tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Iddia rədd edildiyindən məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Iddiaçı Iddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı Iddiaçı MMC-nin cavabdeh Cavabdeh Hikmət oğluna qarşı Iddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 24508,78 manatın, ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin, eləcə də, ödənilmiş 114 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh Hikmət oğlundan tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.