Məhkəmə qərarları › İş №2(3-10)-123/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-123/2026

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(3-10)-123/2026 12.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, qüvvə) X1 (sədrlik edən və məruzəçi), X5 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(019)-1023/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3574 manat məbləğində pulun və iddianın qaldırılması üçün ödənilmiş 57 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X6 ilə 2015-ci ildə ailə qurmuş, 2018-ci ildə boşanmışdır. Cavabdeh ondan 01 mart 2018-ci il tarixdən başlayaraq 15 avqust 2016-cı ildə doğulmuş övladı X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsinə dair Balakən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(019)-481/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsini icra etməyərək alimenti vaxtında ödəməmiş, aliment borcu 4774 manata çatmış, xx.xx.2024-cü il tarixdə Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə İdarəsinin müstəntiqi, X7 Cavabdeh Azərbaycan Respublikasi CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* cinayət işi başlanaraq Balakən rayon məhkəməsinə göndərilmiş, Balakən rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(019)- 64/2024 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin hökmdən sonra cavabdehin bibisi Şahid2 onunla əlaqə saxlamış, sonuncu ilə onun Balakən rayonu, Gərəkli kəndində yaşadığı evdə görüşdükləri zaman o, ona Cavabdeh qeyd edilən məbləğin 1200 manat hissəsini verməyi, qalan pul borcunu şifahi olaraq borc müqaviləsi kimi razılaşdırmağı təklif etdiyini, Cavabdeh azadlığa çıxmasından sonra bir həftə ərzində kredit götürərək qalıq 3574 manatı ödəyəcəyini bildirmiş, 1200 manatı o götürdükdən sonra yuxarıda qeyd edilən aliment borcunun ödənilməsi və şikayətinin olmaması barədə notarial qaydada ərizə yazmış, nəticədə Cavabdeh azadlığa çıxmışdır. Lakin bir həftə ərzində cavabdeh borcu ödəmədiyinə görə o, X12 Xidmət Mərkəzində notariat ofisində yuxarıda qeyd etdiyi razılıq sənədini ləğv etdirmişdir. Həmin vaxtdan bu günədək dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh və bibisi Şahid2 tərəfindən qalıq 3574 manat pulun ödənilməsi təmin edilməmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh 3574 manat pul borcunun olması Cavabdeh, həmçinin onun bibisi Şahid2 ilə “watsapp” danışıqları ilə də təsdiq olunur.

3. Balakən Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(019)-1023/2025 nömrəli qətnaməsi ilə (hakim Arifə Cəfərova) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbinin rədd edilməsi, ödənilmiş 56.60 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1 və 739.2-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan İddiaçı tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, yetkinlik yaşına çatmayan qızı xx.xx.2016-cı il təvəllüdlü X4 görə tutulacaq aliment məbləği Cavabdeh tərəfindən 4780 manat tam ödənmişdir. Bununla əlaqədar Cavabdeh qarşı hər hansı tələbi, iddiası və şikayəti yoxdur. İddiaçı tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2024-cü il tarixdə Balakən regional “ASAN xidmət” Mərkəzində notariat ofisində 8İ-13309 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə vermişdir. Cavabdeh tərəfindən aliment məbləği ödənilmədiyi üçün imtina edildi səbəbindən yuxarıda qeyd edilən ərizədən imtina etmişdir. Yuxarıda göstərilən ərizədən imtina etməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və ərizə başqa notariat ofisində təsdiq edilibsə bu ərizənin dərhal sistem vasitəsilə ərizəni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 1(019)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs İddiaçı ifadəsində bildirmişdir ki, Cavabdeh ona 4774 manat aliment borcu qalmışdır. “AUD-20250404-WA0037” adlı səs yazısından görünür ki, cavabdehin Cavabdeh bibisi Şahid2 “1500-ü özüm verirəm, 1200 manat verib, 300 manatı saxlamışdım ki, sonra verərəm, gördüm, sən dara düşmüsən, onu da göndərdim, ...hələ görüm nə edirəm, inanmıram, heç nə, hələ baxaram, yalandan söz vermirəm....” deyə bildirmişdir. “PTT-20250131-WA0032” adlı səs yazısından görünür ki, Cavabdeh “bibim qol çəkdirib, onu da ödəyəcəm, narahat olma” deyə bildirmişdir. “AUD-20251102-WA0015” adlı səs yazısından görünür ki, cavabdehin Cavabdeh bibisi Şahid2 “...qaldı ki, Xürrəmin hansı borcu var? Hamısını ödəyir, bəsdi, bu oğlan nə bacarır edir, reysə çıxır, sənə pul vurur, sən də atmaca-atmaca mesajlar yazırsan...” deyə bildirmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, X6 ilə 2015-ci ildə ailə qurmuş, 2018-ci ildə boşanmışlar. Cavabdeh, ondan 01 mart 2018-ci il tarixdən başlayaraq 15 avqust 2016-cı ildə doğulmuş övladı X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsinə dair Balakən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(019)-481/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsini icra etməyərək alimenti vaxtında ödəməmiş, aliment borcu 4774 manata çatmış, xx.xx.2024-cü il tarixdə Ədliyyə Nazirliyinin ŞəkiRegional Ədliyyə İdarəsinin müstəntiqi, X7 Cavabdeh Azərbaycan Respublikasi CMnin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* Dövlət rüsumunun ödənilməsi haqqında məlumat cinayət işi başlanaraq Balakən rayon məhkəməsinə göndərilmiş, Balakən rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(019)-64/2024 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cimaddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin hökmdən sonra cavabdehin bibisi Şahid2 onunla əlaqə saxlamış, sonuncu ilə onun Balakən rayonu, Gərəkli kəndində yaşadığı evdə görüşdükləri zaman o, ona Cavabdeh qeyd edilən məbləğin 1200 manat hissəsini verməyi, qalan pul borcunu şifahi olaraq borc müqaviləsi kimi razılaşdırmağı təklif etdiyini, Cavabdeh azadlığa çıxmasından sonra bir həftə ərzində kredit götürərək qalıq 3574 manatı ödəyəcəyini bildirmiş, 1200 manatı o götürdükdən sonra yuxarıda qeyd edilən aliment borcunun ödənilməsi və şikayətinin olmaması barədə notarial qaydada ərizə yazmış, nəticədə Cavabdeh azadlığa çıxmışdır. Lakin bir həftə ərzində cavabdeh borcu ödəmədiyinə görə o X12 Xidmət Mərkəzində notariat ofisində yuxarıda qeyd etdiyi razılıq sənədini ləğv etdirmişdir. Həmin vaxtdan bu günədək dəfələrlə tələb etməyisinə baxmayaraq cavabdeh və bibisi Şahid2 tərəfindən qalıq 3574 manat pulun ödənilməsi təmin edilməmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Bu barədə Balakən Rayon Məhkəməsinə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3574 manat məbləğində pulun və iddianın qaldırılması üçün ödənilmiş 57 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəməyə vəsatət verərək Şahid2 məhkəməyə əlavə cavabdeh kimi cəlb edilməsini xahiş etmişdir. Məhkəmə əsasız olaraq vəsatətini təmin etməmiş Şahid2 cavabdeh kimi işə cəlb etməmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən cavabdehin qardaşı Şahid1 yalan izahat verərək aliment borcuna görə əvvəlcə bibisi Şahid2 1200 manat təklif edərək Hüsniyyə ilə razılığa gəlmək istəmişlər, lakin Hüsniyyə razılaşmamışdır. Xürrəmin 4780 manat borcundan 3000 manatını özü, qalanını isə bibisi Şahid2 ödəmişdir. Pulun hamısını “ASAN xidmət”in qarşısında maşında bibisi ilə birlikdə Hüsniyyəyə ödəməsini bildirmişdir. Mən Şahid1 yalan izahat verdiyini və buna görə məhkəmə tərəfindən xüsusi qərar çıxararaq cinayət işi açılması üçün prokurorluq orqanlarına göndərilməsi barədə məhkəməyə vəsatət versə də məhkəmə əsasız olaraq onun vəsatətini təmin etməmişdir. Bundan sonra məhkəmə xx.xx.2025-ci il tarixli e-2(019)-1023/2025 saylı qanunsuz qətnamə çıxararaq onun iddiasını əsasız olaraq rədd etmişdir. Məhkəmə isə işin bu hallarına düzgün qiymət verməmiş, iddiaçının təqdim etdiyi digər danışıqlarda da Cavabdeh azadlığa çıxdıqdan sonra 3574 manat aliment borcunu ödəməsinə dair öhdəlik götürməsi öz təsdiqini tapmadığını qeyd etmişdir. Balakən Rayon Məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir.

8. Ona görə də, Balakən Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(019)- 1023/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(019)-1023/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(019)-1023/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

17. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

18. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

19. İddiaçı Balakən Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(019)-1023/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

24. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(019)- 1023/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(019)-1023/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar