Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-124/2026 15.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X5 cavabdehlər cavabdeh1 Əlhüseyin oğlu və cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Apellyasiya icraatına xitam) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Iddiaçı X5 cavabdehlər cavabdeh1 Əlhüseyin oğlu və cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları: Iddiaçı X5 cavabdehlər cavabdeh1 Əlhüseyin oğlu və cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə xeyli müddətdir həmkəndli və qohumdur, cavabdehlər dəfələrlə ona məxsus torpaq sahəsindəki yonca əkinini iri buynuzlu heyvanlarına yedizdirərək məhv etməklə ona dəfələrlə maddi ziyan vurmuşlar, sonuncu dəfə 2025-ci ilin 2-ci və 3-cü çalımında da cavabdehlər ona məxsus əkin sahəsindəki yonca əkinini iri buynuzlu heyvanlarına yedizdirərək ona maddi ziyanlıq vurmuş, nəticədə ona məxsus yonca əkin sahəsinin 2.7 ha yonca əkilmiş sahəsi tamamilə məhv edilməklə tələf olmuşdur. Onun 2.7 ha əkin sahəsinə cavabdehlər tərəfindən sonuncu çalımda təqribən 160 yonca bağlamasının dəyəri olan 640 manat miqdarında maddi ziyan dəymişdir. Dəfələrlə çalışsa da cavabdehlər tərəfindən əkin sahəsinin məhv edilməsinin qarşısını ala bilməyib. Ona görədə məhkəməyə müraciət etməyə məcbur olub. Odur ki, cavabdehlər cavabdeh1 Əlhüseyin oğlu və cavabdeh2 160 bağlama yoncanın dəyəri olan 640 (altı yüz qırx) manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim F.Ələkbərova), iddiaçı X5 cavabdehlər cavabdeh1 Əlhüseyin oğlu və cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Qətnamədən narazı qalan iddiaçı X5 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin iddiaçı X5 məhkəmə iclasınadək məhkəmə kollegiyasına göndərdiyi ərizəsində Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılmasından imtina etdiyini göstərmiş və bu səbəbdən işə xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4-ci maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən iddiaçının apellyasiya şikayətindən imtinasına dair ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina üçün apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı X5 apellyasiya şikayətindən imtinası qəbul edilsin. Iddiaçı X5 cavabdehlər cavabdeh1 Əlhüseyin oğlu və cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-124/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-124/2026
15.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver