Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-126/2026 15.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 oğlu, cavabdeh1 və cavabdeh3 qarşı "pul" tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, tapşırıq müqaviləsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsayev Elman Bəhruz oğlu və X4 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehlər cavabdeh2 və cavabdeh1, Cavabdeh cavabdeh1 vəkili Vəkil iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı "pul" tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2, cavabdeh1 və cavabdeh3 8000 (səkkiz min) manat pulun və dövlət rüsumu hesabına ödəmiş olduğum 100 (bir yüz) manat pulun məcburi qaydada alınaraq iddiaçı İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh3 ilə qızı X9 evlənərək ailə qurmuşlar. Onlar evli olan zaman cavabdehlər ondan 5000 manat və 3000 manat olmaqla ümumilikdə 8000 manat borc almışlar. Sonradan dəfələrlə cavabdehlərdən borcunu istəsə də borclarını ödəməyərək pulunu qaytarmadılar. Sonradan dəfələrlə cavabdehlərdən aldığı pulu ödəmələrini tələb etsə də, müxtəlif bəhanələr gətirərək pulu ödəmədilər. Cavabdehlər ondan aldığı pul vəsaitini aralarında olan telefon danışıqlarında etiraf edirlər və qısa müddət ərzində ödəyəcəyini bildirirlər, lakin cavabdehlər verdikləri vədlərə əməl etməmişlər. Onlar tərəfindən aldandığını başa düşmüş və buna görə də mülki qaydada məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehlər X2, cavabdeh1 və cavabdeh3 8000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumu alınaraq ona ödənilməlidir.
3. Cavabdeh cavabdeh1 ## ######## 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi verərək bildirmişdir ki, iddiaçı - X10 ona və digərlərinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər - X2, X3 və cavabdeh3 8000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumu alınaraq iddiaçı X10 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. *(***)-****/**** saylı mülki iş üzrə məhkəmə hazırlıq iclası ##.##.2025-ci il tarixə, saat 11:15-ə təyin edilmişdir. Onunla birgə iddia ərizəsində qeyd edilən digər cavabdehlər oğlu və həyat yoldaşıdır. O iddiaçının onlara qarşı bu əsassız iddia tələbini qəti şəkildə qəbul etmir. Möhtərəm hakim, ilk əvvəl bildirmək istəyir ki, onlar ailə üzvü olan cavabdehlər Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olsalarda, faktiki olaraq Bakı şəhərində yaşayırlar. Hətta bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ləki kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən ##.##.2025-ci il tarixli arayışda verilmişdir. Həmin arayışı o etiraz ərizəsinə əlavə edir. İddiaçının onlara qarşı əsassız iddia tələbinə gəldikdə isə oğlu iddiaçının qızı X8 ilə evlilik müddətində bildirir ki, onlara əvvəlcə 5 000 manat daha sonra isə 3 000 manat məbləğində borc pul vermişdir. Həmin pullar iddiaçıya qaytarılmışdır. Sadəcə onların aralarında əvvəllər qohumluq münasibəti olduğu üçün pulu alanda və verəndə aralarında rəsmi şəkildə razılıq yox, yalnız danışıqlar olmuşdur. Belə ki, oğlu Yusif ilə iddiaçının qızı Sevil arasında olan ailə münasibətləri pozulduğu üçün və onların hazırda onlara olan münasibəti kinli olduğu üçün ödədikləri pulları onlardan bir daha tələb edirlər. Hal-hazırda da Ağdaş Rayon Məhkəməsinin hakimi xanım Fidan Ələkbərovanın icraatında *(***)-****/**** saylı mülki iş vardır. Belə ki, həmin iddia tələbində *(***)-****/**** saylı mülki iş üzrə iddiaçının qızı Sevil Abdullayeva da onlardan şişirdilmiş məbləğdə yəni 4000 manat məbləğində pul tələb edir. Həmin iddia ilə də bağlı etirazlarını məhkəməyə ünvanlamışlar. Belə çıxır ki, iddiaçı tərəf onlarla olan qərəzli və şəxsi münasibətlər səbəbindən şər-böhtan xarakterli iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Onlar isə qəti şəkildə həmin iddia tələblərini qəbul etmirlər.
Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında iddiaçı İddiaçı izahat verərək bildirmişdir ki, cavabdehlərlə qohumdurlar. Cavabdehlər Bakı şəhərində yaşadıqlarından o, Ağdaşdan cehiz alıb Bakıya aparmaq istəməmiş, həmçinin cavabdehin evində nəyə ehtiyacı olduğunu bilmədiyindən cavabdehlərlə razılaşaraq ehtiyac olan cehiz əşyalarını almaları üçün onlara 8000 manat pul vermişdir. Həmin puldan 3000 manat bir dəfəyə, 5000 manat bir dəfəyə vermişdir. Bu danışıqlar toydan əvvəl olmuşdur. Qızının rəsmi nikahı olmamış, 2021-ci ilin may ayının 8-də toyu olmuş və qızı cavabdehlərin evinə gəlin köçmüşdür. Həmin pulu vermək üçün o, həyətində olan heyvanları satıb, pulu toplamışdır. Məhkəməyə təqdim etdiyi səs yazısı cavabdeh Səbinənin qardaşı ilə onun arasında olan səs yazısıdır.
5. Məhkəmə iclasında cavabdeh cavabdeh1 izahat verərək bildirmişdir ki, ## ### 2021ci il tarixdə oğlu ilə iddiaçının qızının toyları olmuşdur. İddiaçı ona hə hansı məbləğdə pul verməmişdir, iddiaya etiraz onun tərəfindən yazılıb imzalanmışdır. Qeyd olunan məbləğ də iddiaçıya qaytarılmışdır. Qızın cehizləri onun evindədir, gəlib apara bilərlər, lakin o, iddiaçıya pul verməyəcək. İddia tələbini qəbul etmir. CD diskdə olan səs yazısı qardaşına məxsusdur.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər cavabdeh2 və cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.
7. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Mürsəlova), iddia tələbi təmin edilmiş, cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 müştərək qaydada 8000 (səkkiz min) manat borc və 100 (yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.
8. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı "pul" tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehlər X2, cavabdeh1 və cavabdeh3 8000 (səkkiz min) manat pulun alınaraq ona verilməsini tələb edir. Cavabdeh cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməsə də, məhkəməyə göndərdiyi və məhkəmə iclasında özü tərəfindən yazıldığını etiraf etdiyi etirazda iddiaçının ona 8000 manat pul göndərdiyini yazılı şəkildə etiraf etmiş və həmin pulu qaytardığını bildirmiş, lakin pulu qaytarmasına dair nə etirazında, nə də ki məhkəmə iclasında hər hansı bir sübut təqdim etməmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə iclasında iddiaçı cavabdehlərə cehiz almaq üçün pul verdiyini bildirsə də məhkəmə iclasında 8000 manat pulun cavabdehlərə verilməsi öz təsdiqini tapmış, lakin həmin pulun cehiz əşyalarının alınması üçün verilməsi öz təsdiqini tapmamışdır.
10. Beləliklə, məhkəmə hesab etmişdir ki, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı "pul" tələbinə dair iddiası təmin edilməli, cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 müştərək qaydada 8000 (səkkiz min) manat borc və 100 (yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı İddiaçı verilməlidir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 739.1, 740.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İddiaçı qızı Sevil ilə onun oğlu Yusif Abdullayev arasında olan ailə münasibətləri sonlanmışdır. Bundan sonra iddiaçı və qızı onlara qarşı qərəzli münasibət bəsləməyə başlamışdır. İddiaçının iddia tələbində göstərdikləri həqiqəti əks etdirmir, onları şərləyərək əsassız şəkildə pul tələb edir. Məhkəməyə təqdim edilmiş səs yazıları onlara aid deyil. O, məhkəmədə izahat verən zaman həyəcanlı olduğu üçün bildirmişdir ki, həmin səs onun qardaşına aiddir, lakin o, səsi tam eşidə bilməmiş, həmin səs yazılarda pulun miqdarından, nə vaxt verilməsindən söhbət belə gedə bilməz. Bildirir ki, dəlil kimi götürülən səs yazısı, nə onun razılığı nə də ki, qardaşının razılığı ilə qeydə alınmamışdır.
14. İddiaçı əvvəlcə bildirir ki, onlara ilk əvvəl 5000 manat, daha sonra isə 3000 manat pul vermişdir, lakin məhkəmədə bildirmişdir ki, həmin pullar qızına aid olan cehiz əmlaklarının puludur. Hazırda qeyd edilən cehiz əmlaklar onların evindədir. Həmin əmlakların geri qaytarılmasına heç bir etirazı yoxdur. Bir sözlə iddiaçı qızına alınan mebəl əşyalarının, cehiz pullarını onlardan tələb edir. Hətta onlara aid olan cehiz əmlaklarının dəyəri heç 8000 manat deyil. Bununla bağlı ekspertiza təyin olunaraq, cehiz əmlaklar qiymətləndirilə bilər.
15. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, bu halın isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti vardır.
16. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş nəticədə qətnamə qeyrimötəbər, ziddiyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstəriliş nəticələrinin işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
17. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı əlavə olaraq izahatında göstərdi ki, cavabdehlər Bakı şəhərində yaşadıqlarından o, Ağdaşdan cehiz alıb Bakıya aparmaq istəməmiş, həmçinin cavabdehin evində nəyə ehtiyacı olduğunu bilmədiyindən cavabdehlərlə razılaşaraq ehtiyac olan cehiz əşyalarını almaları üçün onlara 8000 manat pul vermişdir. Həmin puldan 3000 manat bir dəfəyə, 5000 manat bir dəfəyə vermişdir.
23. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh3 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 785.2-ci maddəsinə əsasən əgər tapşırığı icraya bir neçə şəxs birlikdə qəbul etmişsə, onlar birgə borclular kimi məsuliyyət daşıyır və vəkalət verəni yalnız birgə hərəkətlərlə mükəlləfiyyətli edə bilərlər, bu şərtlə ki, onlar tapşırığın icrasını üçüncü şəxslərə verməyə vəkil edilməsinlər.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
29. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
30. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
31. Cavabdeh cavabdeh1 Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin tam ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsədə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh1 münasibətdə iddianın təmin olunmuş hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbinin cavabdeh cavabdeh1 qarşı təmin olunmuş hissədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun olmamış, iddianın təmin edilmiş həmin hissəsində mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırması təmin edilməmiş, işin faktiki halları araşdırılmamış, iş materiallarında olan sübutlar və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmamışdır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdeh cavabdeh3 ilə iddiaçının qızı X9 evlənərək ailə qurmuşlar. Cavabdehlər Bakı şəhərində yaşadıqlarından iddiaçı Ağdaşdan cehiz alıb Bakıya aparmaq istəməmiş, həmçinin cavabdehin evində nəyə ehtiyacı olduğunu bilmədiyindən cavabdehlərlə razılaşaraq ehtiyac olan cehiz əşyalarını almaları üçün onlara 8000 manat pul vermişdir. Cavabdehlər isə iddiaçı tərəfindən göndərilmiş pula müxtəlif adda cehiz əşyaları almışlar. İddiaçı cehiz əşyalarının alınması üçün cavabdehlərə vermiş olduğu 8000 manat pulun alınaraq ona verilməsini tələb etmiş, cavabdeh cavabdeh1 isə iddiaçı tərəfindən qızına hədiyyə olaraq alınmış cehiz əşylarının onların evində olduğunu, həmin əmlakların geri qaytarılmasına heç bir etirazının olmadığını bildirmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddia tələbinin cavabdeh cavabdeh1 Gülyar qızına aid təmin edilmiş hissədə gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
36. Kollegiya qeyd edir ki, işin mübahisəsiz hallarına görə tərəflər cavabdeh cavabdeh3 ilə iddiaçının qızı X9 evlənərək ailə qurmuşlar. İddiaçı cavabdehlərlə razılaşaraq qızına hədiyyə olaraq evlərində ehtiyac olan cehiz əşyalarını almaları üçün onlara 8000 manat pul vermişdir. Cavabdehlər isə öhdələrinə götürdüyü tapşırığı icra edərək iddiaçı tərəfindən göndərilmiş pula müxtəlif adda cehiz əşyaları almışlar. Həmin cehiz əşyaları hal-hazırda cavabdehlərin yaşadığı evdə saxlanılır.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
38. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
39. Kollegiya qeyd edir ki, tərəflər arasında borc münasibətlərinin yaranması üçün cavabdeh iddiaçıdan 8000 manat məbləğində pulu alarkən həmin pulu borcverənə qaytaracağı barədə öhdəlik götürməli idi. Lakin iş materiallarından görünür ki, tərəflər arasında belə bir razılaşma olmamışdır. Hətta iddiaçının özü həm birinci instansiya məhkəməsində, həmdə məhkəmə kollegiyasının iclasında verdiyi izahatında cavabdehlərə verdiyi 8000 manat məbləğində pulu borc olaraq deyil, cavabdehlər Bakı şəhərində yaşadıqlarından o, Ağdaşdan qızı üçün cehiz alıb Bakıya aparmaq istəmədiyini, həmçinin cavabdehin evində nəyə ehtiyacı olduğunu bilmədiyindən cavabdehlərlə razılaşaraq ehtiyac olan cehiz əşyalarını almaları üçün verdiyini bildirmişdir.
40. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir.
41. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
42. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
43. Kollegiya qeyd edir ki, işin yuxarıda sadalanan halları onu deməyə əsas verir ki, iddiaçı tələb etdiyi 8000 manat məbləğində pul məbləğini cavabdeh cavabdeh1 borc olaraq deyil, qızına hədiyyə olaraq cehiz əşyalarının alınması üçün verdiyindən, cavabdeh isə iddiaçının tapşırığını qəbul edərək icra etdiyindən, iddiaçı cavabdeh cavabdeh1 pul tələb etməkdə haqlı olmamışdır. İddiaçının qızına hədiyyə etdiyi cehiz əşyaları qaytarılmadığı təqdirdə, həmin əmlaklar tələb oluna bilərdi.
44. Kollegiya qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
45. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
46. Məhkəmə kollegiyası yuxarıda sadalananlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh1 münasibətdə təmin edərkən düzgün nəticəyə gəlməmişdir.
47. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində Ağdaş Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etsədə, cavabdehlər cavabdeh2 və cavabdeh3 tərəfindən məhkəmə qətnaməsi mübahisələndirilmədiyindən sonunculara münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılmamışdır.
48. Beləliklə kollegiya hesab edir ki, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın cavabdeh cavabdeh1 münasibətdə təmin edilmiş, cavabdeh cavabdeh1 müştərək qaydada 8000 manat borc və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli, Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, iddia tələbinin cavabdeh cavabdeh1 qarşı təmin edilmiş cavabdeh cavabdeh1 müştərək qaydada 8000 manat borc və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı İddiaçı verilməsi hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi cavabdeh1 aid hissədə rədd edilsin. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnaməyə rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.