Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-159/2026 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia üzrə mülki iş (Açar sözlər: “borcun qaytarılması tələbinə dair ilk, pul tələbinə dair qarşılıqlı iddia tələbi, qismən ləğv) Hakimlər X1 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair ilkin iddiası üzrə, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia üzrə Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 13000 manat və ödənilmiş dövlət rüsumuna görə 129 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 14440 manat və ödənilmiş dövlət rüsumuna görə 134 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Ilkin iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə yaxın münasibətdə olmuşdur. Buna əsasən cavabdeh kredit müqavilələri bağlamaqla ##.##.2023-cü il tarixdə ondan 4000 (dörd min) manat, ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 2000 (iki min) manat, ##.##.2025-ci il tarixli kredit müqaviləsinə əsasən 7000 (yeddi) min manat olmaqla, ümumilikdə 13000 manat borc pul almışdır. Cavabdeh iddiaçıya borclu olduğu 13000 manat borcunu qaytaracağına dair söz versə də, lakin, öz öhdəliyini yerinə yetirməmiş və borcun qaytarılmasından yayınmışdır. Iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin olunmamış və cavabdeh iddiaçıya borclu olduğu 13000 manat borcunu bugünədək ödəməmişdir. Cavabdehdən borclu olduğu pulu tələb etdiyi üçün cavabdeh əsassız olaraq onun barəsində polis şöbəsinə müraciət etmişdir. Iddiaçıda olan məlumata görə cavabdehin bir çox adamlara borcu var. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə yaxın münasibətləri olmuşdur. Buna əsasən ilkin iddia üzrə iddiaçının qeyd etdiyi vaxtda və məbləğdə borc pul almışdır. Bununla bağlı aralarında əlyazmalar mövcuddur. Lakin ilkin iddia üzrə iddiaçı onu şantaj etdiyindən o götürdüyü borc məbləğindən çox pulu ona geri qaytarmışdır. Ilkin iddia üzrə iddiaçı ondan əsas borcdan əlavə faiz borcu adı altında pul almışdır. Hesablamasına görə ilkin iddia üzrə iddiaçıya ümumilikdə 27440 (iyirmi yeddi min dörd yüz qırx) manat pul ödəmişdir. Bu isə onu deməyə əsas verir ki, ilkin iddia üzrə iddiaçının hazırda ona 14440 (on dörd min dörd yüz qırx) manat borcu var. Buna əsasən məhkəmədən İddiaçı 14440 (on dörd min dörd yüz qırx) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məsələyə hüquqi qiymət verən zaman diqqət etməli önəmli məsələ tərəflər arasında borc münasibətlərinin olubolmamasıdır. Belə ki, tərəflərin məhkəməyə verdiyi izahatlardan və iş materiallarına əlavə olunmuş sübutlardan aydın olur ki, tərəflərin yaxın münasibətlərinin olması məsələnin mübahisəsiz hissəsidir. Buna əsasənda məhkəmə hesab edir ki, məhkəmə sübutları qiymətləndirən zaman yalnız tərəflər arasında olan və rəsmi bağlanmış borc müqavilələrinə istinad etməlidir. Hazır ki, işdən aydın olur ki, ilkin iddia üzrə iddiaçı ##.##.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 4000 manat, ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 2000 manat, ##.##.2025-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 7000 manat olmaqla, ümumilikdə 13000 manat borc pul vermişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində və eyni zamanda cavabdehin vəkili məhkəmədə verdiyi izahatda borc pulun alınmasını etiraf etmişdir. Məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan qəbzlərdən müəyyən olunur ki, ##.##.2025-ci il tarixli kredit müqaviləsi bağlandıqdan sonra cavabdeh tərəfindən iddiaçıya məxsus kart hesabına 1105 manat pul ödənilmişdir. Pulun ödənilməsi iş materiallarında olan ##.##.2025-ci il tarixli 1- 341856109, ##.##.2025-ci il tarixli 1- 362988888 və ##.##.2025-ci il tarixli *-********* saylı qəbzlər və məhkəmənin sorğusu əsasında Kapital Bank ASC-dən əldə olunmuş məlumatlardan təsdiqini tapır. Buna əsasən məhkəmə hesab edir ki, əvvəl ki, kredit müqavilələri üzrə ödənişlər olunsada lakin sonuncu kredit müqaviləsi üzrə yalnız 1105 manat pul ödənilmişdir. Buna əsasən sonuncu kredit müqaviləsi ilə verilmiş 7000 manat puldan 1105 manat pul çıxılmaqla qalan pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə bildirir ki, məhkəmə təqdim olunmuş qəbzlərin bir hissəsini sübut kimi qiymətləndirərək tərəflər arasında olan borcun qaytarılması kimi qiymətləndirir. Iş materiallarında olan digər qəbzlərin ödəniş tarixləri mövcud olmadığından məhkəmə həmin qəbzləri sübut kimi qiymətləndirmir. Ümumilikdə məhkəmə qeyd edir ki, cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə iddiaçıya 14440 manat pul verildiyini bildirsədə lakin tərəflər arasında borc münasibətlərinin olmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Yəni məhkəmə hesab edir ki, tərəflərə məxsus bank kartları arasında köçürülmənin olması borc kimi qiymətləndirilə bilməz. Məhkəmə yalnız kredit müqaviləsi dövründə olan ödənişləri əldə olunmuş borcun qaytarılması kimi qiymətləndirir.
6. Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ilqam Həsənquliyev) ilkin iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh borca görə 5895 manat və ödənilmiş dövlət rüsumuna 78.95 manat olmaqla, cəmi 5973.95 (beş min doqquz yüz yetmiş üç manat, doxsan beş qəpik) manat tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 448.1 və 739.1-ci maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Iş materiallarına əlavə olunmuş iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli kredit müqaviləsindən və müqaviləyə əlavə olunmuş qəbizdən görünür ki, iddiaçı cavabdehə ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində pul vermişdir. Iş matereallarına əlavə olunmuş iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsindən və müqaviləyə əlavə olunmuş qəbizdən görünür ki, iddiaçı cavabdehə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində pul vermişdir. Iş matereallarına əlavə olunmuş iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli kredit müqaviləsindən və müqaviləyə əlavə olunmuş qəbizdən görünür ki, iddiaçı cavabdehə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində pul vermişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli etibarnamədən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Nümayəndə onu məhkəmədə təmsil etmək üçün etibarnamə vermişdir. Iş materiallarında olan qəbzdən görünür ki,İddiaçı Məmməd oğlu tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 129 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Iş materiallarında olan qəbzdən görünür ki,Cavabdeh tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 134 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
9. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi işdə olan təqdim etdiyi mötəbər sübutlara düzgün qiymət verməmiş və nəticədə iddia tələbi üzrə əsassız qətnamə qəbul etmişdir. Aşağıdakı səbəblərə görə hesab edir ki, qətnamə iddia tələbinə aid hissədə ləğv edilməli və iddia tələbi tam təmin edilməsi, qarşılıqlı iddia tələbi rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Bildirir ki, cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixli kredit müqaviləsi ilə 2000 manat, ##.## 2023-cü il tarixli kredit müqaviləsi ilə 4000 manat, ##.##.2024-cü il tarixli kredit müqaviləsi ilə 2000 manat, ##.##.2024-cü il tarixli kredit müqaviləsi ilə 2000 manat, ##.##.2025-ci il tarixli kredit müqaviləsi ilə 7000 manat borc pul vermişəm.Hətta cavabdeh19.09.20023-cü il tarixli müqavilədə vurulmuş zərərə görə 500 manat, ##.##.2024-cü il tarixli kredit müqaviləsində vurulmuş zərərə görə 2000 manat pul ödəməyi də öhdəsinə götürmüşdür.Lakin, cavabdeh həmin kredit müqavilələri üzrə məndən aldığı borc pulu və vurulmuş zərəri ödəməmişdir.Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə əsassız olaraq iddia tələbini qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Cavabdeh ondan aldığı 17000 manat borcu üzərinə düşən öhdəliyi pozaraq qaytarmamışdır və borcun qaytarılmasına və qarşılıqlı iddia tələbinə dair heç bir sübut təqdim edə bilməmişdir. Qətnamədə iş materiallarında olan qəbzlərə əsasən cavabdehin aldığı borcdan yalnız 1105 manat qaytardığı göstərildiyi halda, lakin heç bir əsas olmadan 17000 manat borc tələbinin qismən yəni 5895 manat hissəsinin cavabdehdən tutulması qət edilmişdir, vurulmuş zərərin tutulmasına aid hissəsəyə isə münasibət bildirilməmişdir. Göründüyü kimi, onun cavabdehə 17000 manat borc verməyi iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş ##.##.2023-cü il tarixli kredit müqaviləsi ilə 2000 manat, ##.## 2023-cü il tarixli kredit müqaviləsi ilə 4000 manat, ##.##.2024-cü il tarixli kredit müqaviləsi ilə 2000 manat, ##.##.2024-cü il tarixli kredit müqaviləsi ilə 2000 manat, ##.##.2025-ci il tarixli kredit müqaviləsi ilə 7000 manata dair kredit müqavilələri ilə tam sübut olunur. Lakin, məhkəmə qətnamədə heç bir əsas və dəlil göstərmədən borc müqavilələrinin bir hissəsini sübut kimi qəbul etməmişdir.Halbuki, cavabdehin həmin müqavilələrin hər birində olan imzası və yazısı ilə 17000 manat pulun məndən borc alınması təstiq edilir. Məhkəmə qətnamədə cavabdehin borcdan cəmi 1105 manat qaytarmasını göstərsə də, lakin, heç bir sübuta istinad etmədən hesab etmişdir ki, cavabdehin mənə 5895 manat borcu qalıbdır. Məhkəmənin qətnamədə gəldiyi bu səhv nəticə işdə tədqiq olunmuş sübutlara,işin həqiqi hallarına və göstərilən maddi hüquq normalarına uyğun gəlmir.
11. Ona görə də, Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(035)- 572/2025 qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahatında bildirdi ki, o, cavabdeh Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin həcmini artıraraq cavabdehdən 17000 manat borcun və 2000 manat vurulmuş zərərin və 129 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh da pul tələbinə dair qarşılıqlı iddia tələbi vermişdir. Zərdab Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli,*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbim qismən təmin edilmiş,qarşılıqlı iddia rədd edilmişdir. Bildirir ki,cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixli kredit müqaviləsi ilə 2000 manat, ##.## 2023-cü il tarixli kredit müqaviləsi ilə 4000 manat, ##.##.2024-cü il tarixli kredit müqaviləsi ilə 2000 manat, ##.##.2024-cü il tarixli kredit müqaviləsi ilə 2000 manat, ##.##.2025-ci il tarixli kredit müqaviləsi ilə 7000 manat borc pul vermişdir. Hətta cavabdeh 19.09.20023-cü il tarixli müqavilədə vurulmuş zərərə görə 500 manat, ##.##.2024-cü il tarixli kredit müqaviləsində vurulmuş zərərə görə 2000 manat pul ödəməyi də öhdəsinə götürmüşdür. Lakin, cavabdeh həmin kredit müqavilələri üzrə ondan aldığı borc pulu və vurulmuş zərəri ödəməmişdir. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə əsassız olaraq iddia tələbimi qismən təmin etmişdir. Cavabdeh ondan aldığı 17000 manat borcu üzərinə düşən öhdəliyi pozaraq qaytarmamışdır və borcun qaytarılmasına və qarşılıqlı iddia tələbinə dair heç bir sübut təqdim edə bilməmişdir. Qətnamədə iş materiallarında olan qəbzlərə əsasən cavabdehin aldığı borcdan yalnız 1105 manat qaytardığı göstərildiyi halda, lakin heç bir əsas olmadan 17000 manat borc tələbinin qismən yəni 5895 manat hissəsinin cavabdehdən tutulması qət edilmişdir, vurulmuş zərərin tutulmasına aid hissəsəyə isə münasibət bildirilməmişdir. Göründüyü kimi, onun cavabdehə 17000 manat borc verməyi iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş ##.##.2023-cü il tarixli kredit müqaviləsi ilə 2000 manat, ##.## 2023-cü il tarixli kredit müqaviləsi ilə 4000 manat, ##.##.2024-cü il tarixli kredit müqaviləsi ilə 2000 manat, ##.##.2024-cü il tarixli kredit müqaviləsi ilə 2000 manat, ##.##.2025-ci il tarixli kredit müqaviləsi ilə 7000 manata dair kredit müqavilələri ilə tam sübut olunur. Lakin, məhkəmə qətnamədə heç bir əsas və dəlil göstərmədən borc müqavilələrinin bir hissəsini sübut kimi qəbul etməmişdir.Halbuki, cavabdehin həmin müqavilələrin hər birində olan imzası və yazısı ilə 17000 manat pulun məndən borc alınması təstiq edilir. Məhkəmə qətnamədə cavabdehin borcdan cəmi 1105 manat qaytarmasını göstərsə də, lakin, heç bir sübuta istinad etmədən hesab etmişdir ki, cavabdehin ona 5895 manat borcu qalmışdır. Məhkəmənin qətnamədə gəldiyi bu səhv nəticə işdə tədqiq olunmuş sübutlara, işin həqiqi hallarına və göstərilən maddi hüquq normalarına uyğun gəlmir. Zərdab Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında bildirdi ki, o, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Onun qarşı tərəfə 7000 manat borcu olub. Həmin 7000 manatdan 500 manatını qaytarmışdır. Hal-hazırda qarşı tərəfə 6500 manat borcu var. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
22. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. Iddiaçı İddiaçı Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(035)- 572/2025 qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmır.
25. Ilkin iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.
26. Birinci instansiya məhkəməsi iddia tələbinin yalnız 5895 manatını və ödənilmiş dövlət rüsumuna 78.95 manatını təmin edərkən düzgün olmayan hüquqi nəticəyə gəlmişdir.
28. Belə ki, cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasında qarşı tərəfə 7000 manat borcu olduğunu, həmin 7000 manatdan 500 manatını qaytardığını və hazırda qarşı tərəfə 6500 manat borcu qaldığını etiraf etmişdir.
29. Bununla yanaşı, işdə olan tərəflər arasında bağlanmış sonuncu kredit müqaviləsi üzrə (##.##.2025 tarixli) pul köçürmələri qəbzlərindən (##.##.2025-ci il tarixə təsadüf edir) müəyyən olunur ki, Cavabdeh 7000 manat kredit borcu üzrə 500 manatı İddiaçı ödəmişdir.
30. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.
31. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
32. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(035)-572/2025 qətnaməsi qismən ləğv edilərək, iddia ərizəsi rədd edilmiş hissədə qismən təmin edilməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Ilkin iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(035)-572/2025 qətnaməsi qismən, yəni ilkin iddia üzrə rədd edilmiş cavabdeh Cavabdeh borca görə 605 manat və ödənilmiş 6,05 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə ilkin iddia üzrə cavabdeh Cavabdeh 605 manat pul vəsaiti və ödənilmiş 6,05 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilkin iddia üzrə iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.