Məhkəmə qərarları › İş №2(3-10)-165/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-165/2026

30.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-165/2026 30.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” MMC-nin cavabdehlər cavabdeh2 və Abdurrahmanov Murad Aydın oğluna qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi, qüvvə) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, cavabdeh Abdurrahmanov Murad Aydın oğlunun və onun nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Iddiaçı “xxxx” MMC-nin cavabdehlər cavabdeh2 və Abdurrahmanov Murad Aydın oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Abdurrahmanov Murad Aydın oğlunun nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı “xxxx” MMC cavabdehlər cavabdeh2 və Abdurrahmanov Murad Aydın oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və Abdurrahmanov Murad Aydın oğlundan birgə şəkildə dəymiş ziyanın əvəzi kimi 17230,92 (on yeddi min iki yüz otuz manat, doxsan iki qəpik) AZN məbləğində pul vəsaitinin və ödənilmiş 142 (yüz qırx iki manat) AZN dövlət rüsumunun tutularaq, iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2023-cü il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh2 nisyə qaydada satılmış və sonuncunun sahibliyində, istifadəsində olan, onun sürücüsü kimi fəaliyyət göstərən (cavabdeh2 dediyinə görə) etibarnamə əsasında Abdurrahmanov Murad Aydın oğlu tərəfindən idarə olunan **-AU-*** dövlət qeydiyyat nişanlı “X1” markalı avtomobillə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan **- AA-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S500” markalı avtomobil arasında yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəsimi Rayon Dövlət X2 qəbul etdiyi ##.##.2023-cü il tarixli TP ******* nömrəli “Inzibati tənbeh tətbiq etmə barədə” qərardan aydın olur ki, yol-nəqliyyat hadisəsi avtomobili həmin anda etibarnamə əsasında idarə edən cavabdeh Abdurrahmanov Murad Aydın oğlunun təqsiri nəticəsində baş vermişdir. Hadisə zamanı avtomobil cavabdeh cavabdeh2 istifadəsində olmuşdur. Hadisə nəticəsində iddiaçının mülkiyyətində olan “Mercedes Benz S500” markalı avtomobilə ciddi maddi ziyan dəymişdir. X4-in Azərbaycandakı rəsmi satış və servis mərkəzi olan “xxxx” MMC tərəfindən müayinə edilmiş və zərərin həcmi müəyyən edilmişdir. Servis mərkəzinin təqdim etdiyi ##.##.2023-cü il tarixli Z***/***** nömrəli ilkin təmir sifarişi qəbzindən görünür ki, avtomobilin təmiri üçün 22,232.92 AZN (iyirmi iki min iki yüz otuz iki manat doxsan iki qəpik) xərc tələb olunur. Bu məbləğ yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş ümumi ziyanın həcmini təşkil edir. Dəymiş maddi ziyanın 5,000 AZN (beş min manat) hissəsi “xxxx” ASC tərəfindən icbari sığorta ödənişi kimi kompensasiya edilmişdir. Beləliklə, cavabdehlər tərəfindən iddiaçıya ödənilməli qalıq ziyan məbləği 17,230.92 AZN (on yeddimin iki yüz otuz manat doxsan iki qəpik) təşkil edir. Cavabdeh cavabdeh2 ilə “xxxx” MMC arasında ##.##.2023-cü il tarixli B- ***-AAE-**N saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, “X1” markalı avtomobilin ümumi qiyməti 48,520 AZN (əlavə dəyər vergisi daxil) müəyyən edilmiş, 4,000 AZN ilkin ödəniş alınmış, qalıq 44,520 AZN isə 60 ay müddətində aylıq 742 AZN ödənişlərlə ödənilməli idi. Müqavilənin 1.1-ci bəndinə görə, avtomobilin mülkiyyət hüququ tam ödəniş tamamlanana qədər “xxxx” MMC-də qalır, lakin avtomobil cavabdeh2 istifadəsinə verilmişdir. Əlavə olaraq cavabdeh2 müraciəti ilə “xxxx” MMC tərəfindən avtomobilin idarə edilməsi üçün onun özü ilə birlikdə, Abdurrahmanov Murad Aydın oğluna da ##.##.2023-cü il tarixli etibarnamə verilmişdir. Hadisə zamanı avtomobili Abdurrahmanov Murad Aydın oğlu idarə etmişdir. cavabdeh2 avtomobili öz sürücüsü olan Abdurrahmanov Murad Aydın oğluna etibarnamə ilə idarə etmək hüququ verməsi onun nəqliyyat vasitəsi üzərində faktiki nəzarətini və istifadəsini davam etdirdiyini göstərir. Eyni zamanda, Abdurrahmanov Murad Aydın oğlunun yol nəqliyyat hadisəsində təqsirkar olması DYP-nin qərarı ilə sübuta yetirilmişdir. Qeyd edək ki, iddiaçı tərəfindən əvvəlcə yolnəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi tələbi ilə maşının mülkiyyətçisi olan “xxxx” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsilə müraciət edilmişdir. Lakin, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Tərəflərindən bu qətnaməyə qarşı apellyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixlie-2- *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, tərəflərindən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** saylı qərarı ilə Kassasiya şikayəti təmin edilməmiş, “Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli 2-2(103)- ***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın” qərarı verilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qərarlarında “xxxx” MMC-nin hazırki tələb üzrə məsuliyyət daşımadığına dair yekun və ortaq hüquqi mövqe mövcud olmuşdur. Məhkəmə instansiyaları məsələyə belə hüquqi qiymət vermişdir ki, nəqliyyat vasitəsi hadisə zamanı hazırki cavabdehlərin məsuliyyətində olmuşdur, buna görə də iddia tələbi onlara qarşı irəli sürülə bilər. Bu səbəbdən hazırda dəymiş ziyanın əvəzinin ödənilməsi üçün müqavilə üzrə nəqliyyat vasitəsini əldə edən və ona sahiblik edən cavabdeh2 və onun sürücüsü kimi bildirdiyi, hadisə zamanı maşını idarə edən Abdurrahmanov Murad Aydın oğluna qarşı iddia irəli sürülür.

3. Şəki Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəfəq Cəfərova) iddianın qismən təmin edilməsi, cavabdeh Abdurrahmanov Murad Aydın oğlundan dəymiş ziyanın əvəzi kimi 17230,92 (on yeddi min iki yüz otuz manat, doxsan iki qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 142 (yüz qırx iki manat) manat dövlət rüsumunun əvəzinin tutularaq, iddiaçı “xxxx” MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1, 1096.2, 1097.1, 1108.1 və 1108.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli Qərarna istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: -“xxxx” MMC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli etibarnamədən görünür ki, həmin şirkət mülkiyyətində olan “X1” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi Abdurrahmanov Murad Aydın oğluna etibar etmiş, etibarnamə ##.##.2023-cü il tarixədək qüvvəsində olmuşdur. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışdan görünür ki, ##.##.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs “X1” markalı nəqliyyat vasitəsini idarə edən Abdurrahmanov Murad Aydın oğlu olmuşdur. Hadis nəticəsində Mercedes Benz S500” markalı avtomobilə ziyan dəymişdir. - Bakı şəhəri Nəsimi rayon DYPŞ tərəfindən qəbul edilmiş Inzibati tənbeh vermə haqqında ##.##.2023-cü il tarixli TP ******* nömrəli Qərardan görünür ki, Abdurrahmanov Murad Aydın oğlu “X1” markalı nəqliyyat vasitəsini idarə edən zaman yolayrıcı keçmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respubikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. -“xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2023- cü il tarixli icra edilmiş xidmətlərə dair aktdan görünür ki, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri 22 230.92 manat məbləğində təmir edilmişdir. -##.##.2023-cü il tarixli icra haqqında bank qeydina əsasən emitent (ödəyən) bankın müştərisi “xxxx” MMC tərəfindən benefesiar (alan) bankın müştərisi “xxxx” MMC-nin hesabına 8050.85 (səkkiz min əlli manat, səksən beş qəpik) manat məbləğində pul köçürülmüşdür. -##.##.2023-cü il tarixli köçürmənin aparılması haqqına bildirişdən görünür ki, “xxxx” MMC tərəfindən “xxxx” MMC-nin hesabına 1449.15 (min dörd yüz qırx doqquz manat on beş qəpik) manat məbləğində pul köçürülmüşdür. -##.##.2023-cü il tarixli icra haqqında bank qeydina əsasən emitent (ödəyən) bankın müştərisi “xxxx” MMC tərəfindən benefesiar (alan) bankın müştərisi -“xxxx” MMC-nin hesabına 10796.13 (on min yeddi yüz doxsan altı manat, on üç qəpik) manat məbləğində pul köçürülmüşdür. -##.##.2023-cü il tarixli köçürmənin aparılması haqqına bildirişdən görünür ki, “xxxx” MMC tərəfindən “xxxx” MMC-nin hesabına 1943.31 (min doqquz yüz qırx üç manat otuz bir qəpik) manat məbləğində pul köçürülmüşdür. -Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- ***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *-*(***)- ***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - ##.##.2025-ci il tarixi ********* saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün 142 manat dövlət rüsumu ödəmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Abdurrahmanov Murad Aydın oğlunun nümayəndəsi və vəkili vəkil2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Abdurrahmanov Murad Aydın oğlunun nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmədə qaldırılmış iddia tamamilə əsassız olmuş, nəticədə məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Əvvəla onu qeyd edir ki, iş üzrə iddiaçıya məxsus nəqliyyat vasitəsi cavabdehin mövqeyi öyrənilmədən, onun iştirakı və razılığı olmadan təmir etdirilmişdir. Nəticədə hansı detalların faktiki olaraq zədələndiyi, hansı hissələrin isə sonradan dəyişdirildiyi cavabdeh üçün naməlum qalmışdır. Iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinin təmirinə çəkilən xərclərin əsassız şəkildə şişirdildiyi qənaətindədir və “xxxx” MMC tərəfindən müəyyən edilmiş məbləği qəbul etmir. Belə ki, təmirlə bərpa edilməsi mümkün olan detalların yenisi ilə əvəz edilməsi nəqliyyat vasitəsinin yaxşılaşdırılması xarakteri daşıyır və qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədləri qiymətləndirməmiş, zərərin real həcmini müəyyən etmək üçün müstəqil məhkəmə ekspertizası təyin etməmişdir. Təmir işlərinin cavabdehin iştirakı və razılığı olmadan aparılması nəticəsində hansı detalların faktiki olaraq zədələndiyi, hansı hissələrin isə sonradan dəyişdirildiyi müəyyən edilməmişdir. Bundan əlavə,məhkəmə təmir xərclərinin tərkibində təmir və bərpa edilməsi mümkün olan detalların yenisi ilə əvəz olunub-olunmadığını araşdırmamışdır. Halbuki belə hallar zərərin əvəzinin ödənilməsi anlayışına daxil olmayıb, nəqliyyat vasitəsinin yaxşılaşdırılması kimi qiymətləndirilməlidir və bu cür xərclər cavabdehdən tutula bilməz. Eyni zamanda, iş materiallarında icbari sığorta üzrə ödənişin hansı zərər növlərini əhatə etdiyini təsdiq edən sığorta aktı mövcud olmadığı halda, məhkəmə tərəfindən sığortaçı tərəfindən ödənilmiş maksimal məbləğin əsasları araşdırılmamışdır. Bu isə əlavə məbləğin cavabdehdən tutulmasının hüquqi əsaslarının mövcudluğunu şübhə altına alır. Beləliklə, yuxarıda göstərilən hallar onu deməyə əsas verir ki, iş üzrə zərərin faktiki və hüquqi əsasları tam müəyyən edilməmiş, sübutetmə yükü iddiaçı tərəfindən yerinə yetirilməmiş, nəticədə isə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Buna görə də hesab edirik ki, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e*(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Iddiaçı dəymiş ziyanın əvəzi kimi 17230,92 (on yeddi min iki yüz otuz manat, doxsan iki qəpik) manat məbləğində tələb irəli sürsə də, həmin məbləğin real zərər olduğunu təsdiq edən mötəbər və obyektiv sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, təqdim olunmuş qüsur aktı və təmir sənədləri müstəqil ekspert rəyinə əsaslanmadığından, zərərin real həcmini müəyyən etməyə imkan vermir. Bununla yanaşı dəymiş maddi ziyanın 5,000 manat (beş min manat) hissəsi “xxxx” ASC tərəfindən icbari sığorta ödənişi kimi kompensasiya edilmişdir. Bu baxımdan hesab edir ki, 17230,92 (on yeddi min iki yüz otuz manat, doxsan iki qəpik) manat pulun cavabdehdən tutulması əsassızdır. Bildirir ki, iddiaçı qanunvericiliyin tələblərini nəzərə almadan nəqliyyat vasitəsini hadisədən dərhal sonra təmir etdirmişdir. Zərərin məbləği yalnız iddiaçı tərəfindən təqdim edilmiş, sığortaçının qiymətləndirmə prosedurundan kənar tərtib olunmuş sənədlərlə əsaslandırılmağa çalışılmışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Lakin birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara tam və hərtərəfli qiymət verməmiş, onların hüquqi nəticəyə təsirini lazımi qaydada əsaslandırmamışdır. Qətnamədən göründüyü kimi, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş ayrı-ayrı sənədlərə əsassız üstünlük vermiş, iddiaçının subyektiv izahatlarını və təqdim etdiyi qeyri-rəsmi məlumatları əsas sübut kimi qəbul etmiş, iş üzrə faktiki halları hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Iş üzrə zərərin həcminin, təmir işlərininyol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqəsinin, eləcə də göstərilən xərclərin zəruri və ağlabatan olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb edən məsələlərdir. Bu kimi hallarda işin düzgün həlli üçün mütəxəssis və ya məhkəmə-ekspertiza rəyi həlledici əhəmiyyətə malikdir. Lakin qanunvericiliyin qeyd olunan maddəsinə əsasən, məhkəmə xüsusi bilik tələb olunan sualları izah etmək üçün öz təşəbbüsü ilə ekspertiza təyin edə biləcəyi halda, təyin etməmiş, cavabdehin əleyhinə yekun qərar qəbul etmişdir.

8. Ona görə də, Şəki Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə etiraz verilməmişdir

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, iddiaçı “xxxx” MMC məhkəməyə nümayəndəsini göndərməmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Abdurrahmanov Murad Aydın oğlu və onun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli Qərarı: “Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir”.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Abdurrahmanov Murad Aydın oğlunun nümayəndəsi və vəkili vəkil2 Şəki Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddiaçı “xxxx” MMC-nin cavabdehlər cavabdeh2 və Abdurrahmanov Murad Aydın oğluna qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Cavabdeh apellyasiya şikayətində birinci instansiyası məhkəməsi qətnamə qəbul edərkən, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarını araşdırmadığını, iş üzrə əlavə sübutlar əldə edilərək iş materiallarına əlavə olunmadığını, iddiaçı tərəfindən təqdim edilmiş sənədləri qiymətləndirilmədiyini, eyni zamanda yalnız iddiaçının göstərdiyi faktlara əsaslandığını göstərsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

24. Bununla bağlı məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyinə nəzər salaraq qeyd etməyi zəruri hesab edir ki, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmişdir.

26. Bundan başqa, cavabdeh Abdurrahmanov Murad Aydın oğlunun işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin edilməməsinə dair dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin bu dəlili də əsassızdır.

27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiyası məhkəməsində baxılan zaman cavabdeh tərəf sığorta ödənişini mübahisələndirməmiş, daha az zərər vurulmasına dair hər hansı sübut təqdim etməmiş, eyni zamanda hər iki cavabdeh vəkillə təmsil olunmağına baxmayaraq müvafiq ekspertizaların keçirilməsini xahiş etməmişlər.

28. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 101-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. Lakin, bu istiqamətdə cavabdeh tərəfindən hər hansı bir tədbirin görülməsi iş materiallarından müəyyən edilmir.

29. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Abdurrahmanov Murad Aydın oğlunun nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Abdurrahmanov Murad Aydın oğlunun nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar