Məhkəmə qərarları › İş №2(3-10)-166/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-166/2026

14.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-166/2026 14.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı/cavabdeh İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair ilk idda, cavabdeh/iddiaçı cavabdeh1 iddiaçı/cavabdeh İddiaçı qarşı avtomobil və pul tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, əsassız varlanma, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Iddiaçı/cavabdeh İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair ilk idda, cavabdeh/iddiaçı cavabdeh1 iddiaçı/cavabdeh İddiaçı qarşı avtomobil və pul tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 8500 (səkkiz min beş yüz) manat pulun və 105 (bir yüz beş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ilk iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ## #### 1991-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Hazırda Yevlax şəhəri Dəmiryol binası bina 10 mənzil 12-də yaşayır. Cavabdeh cavabdeh1 Yevlax şəhər sakini kimi çoxdan tanıyır. Şəmil avtomobillərin icarayə verilməsi ilə məşğuldur. O 2024-cü ilin sentyabr ayında cavabdeh1 «Toyota Pirus» markalı avtomobili satın almışdır. Bu zaman aralarında rəsmi notarial qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. Çünki o, avtomobili alan zaman nəğd şəkildə cavabdeh1 3000 manat pul vermiş, qalan 7000 manatı hər ay 600 manat ödəməklə verməli idi. Avtomobili ümumilikdə 10000 manata almağa razılaşmışlar. O, 3000 manat pulu nəğd şəkildə vermiş və avtomobili də təhvil almışdır. Bu zaman ona avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. O hər ay mütəmadi olaraq ona pulu ödəmişdir. Ilk ödədiyi 3000 manatı nəğd, ələ vermişdir. Ondan sonra ödənən 5500 manatın da 500 manatı yenə də əllə vermiş (200 manat və 300 manat olmaqla). 5000 manatı isə özünə məxsus olan kartdan cavabdeh cavabdeh1 və onun anası, digər cavabdeh cavabdeh2 bank kartlarına ödəmişdir. Beləliklə, o cavabdehlərə cəmi 8500 manat pul ödəmişdir. Ilk dəfə nəğd, əllə verdiyi 3000 manat, sonradan nəğd, əllə verdiyi 500 manat, bank kartlarına ümumilikdə ödədiyi 5000 manat. Bu halda onun 1500 manat borcu qalmışdır (çünki 10000 manata razılaşmışlar). Bundan sonra o, avtomobili satmaq qərarına gəlmişdir. Lakin cavabdehlər ona generalnı davernus verməkdən imtina etmişlər. Cavabdehlər ona bildirmişlər ki, 1500 manatın müqabilində 3000 manatlıq qəbzə imza etsin, sonra etibarnamə verilsin. O cavabdehlərə inanıb 3000 manatlıq qəbzə imza etmişdir. Bundan sonra onlar nəinki alqı-satqı üçün etibarnamə verməmişlər, hətta əvvəllər verilmiş sürmək üçün etibarnaməni də ləğv etmişlər. Beləliklə, onun cavabdehlərə verdiyi 8500 manat pul hazırda onlarda qalmaqdadır. Etibarnamə verilmədiyi üçün o, avtomobilə mülkiyyət əldə edə bilmir.

3. Cavabdeh cavabdeh1 məhkəməyə İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia verərək, İddiaçı Intqam oğlundan 3100 (üç min bir yüz) manat pulun və 51 (əlli bir) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh1 qarşılıqlı iddianın həcminin artırılmasına dair ərizə verərək, ilk iddianın əsassız olduğundan təmin edilməməsinə, cavabdeh İddiaçı 3100 (üç min bir yüz) manat pulun və «Toyota Prius» markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobilin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilə aralarında olan razılaşmaya əsasən mülkiyyətində olan «Toyota Prius» markalı, ** VB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini gündəlik 20 (iyiri) manat ödəmək şərti ilə İddiaçı icarəyə vermişdir. Aralarında olan razılaşmaya əsasən İddiaçı ona ilkin olaraq 1500 (bir min beş yüz) manat depozit vermiş, beş ay hər ay 600 (altı yüz) manat, altıncı ay isə 500 (beş yüz) manat icarə haqqı vermişdir. İddiaçı həmn nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. İddiaçı aralarında olan razılaşmaya əməl etməmiş, buna görə Fəhrada avtomoibili qaytarmasını təklif etmiş, lakin Fəhrad pulu ödəməkdən və avtomoibili qaytarmaqdan imtina etmişdir. Bundan başqa, İddiaçı iş görmək üçün 2000 (iki min) manat pul vermiş, Fəhrad həmin 2000 (iki min) manat görə ona əlavə olaraq 1100 (bir min bir yüz) manat xeyir verəcəyini bildirmiş, lakin İddiaçı nə aldığı 2000 (iki min) manatı, nə də əlavə qazanc olan 1100 (bir min bir yüz) manatı ona qaytarmamışdır. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. Əvvəlki məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə əsassız oldğunudan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddiaçı) cavabdeh1 verdiyi izahatında ilk iddianın əsassız olduğundan təmin edilməməsinə, qarşılıqlı iddianın isə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Yevlax Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair iddasının əsassız oldğundan təmin edilməməsi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən ödənilmiş 105 (bir yüz beş) manat dövlət rüsumunun İddiaçı Intqam oğluna aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X4 “Toyota Prius” minik markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2000 (iki min) manat pul və 52 (əlli iki) manat dövlət rüsumunun alınıb cavabdeh (qarşılıqlı iddaçı) cavabdeh1 verilməsi, qarşılıqlı iddianın qalan hissədə əsassız olduğundan təmn edilməməsi qət edilmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən cavabdeh1 mülkiyyətində olan «Toyota Prius (Hibrid)» markalı, ** VB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı hər günü 20 (iyirmi) manat olmaqla icarəyə vermiş, İddiaçı tərəfindən bu məqsədlə ilkin olaraq cavabdeh1 1500 (bir min beş yüz) manat (depozit olaraq) verilmiş, sonrakı vaxtlarda isə icarə haqqı olaraq İddiaçı tərəfindən cavabdeh1 5 ay 600 (altı yüz) manat, 6-cı ay isə 500 (beş yüz) manat icarə haqqı ödənilmişdir. Bundan başqa, iş görmək məqsədi ilə cavabdeh1 tərəfindən İddiaçı ##.##.2025-ci il tarixdə 2000 (iki min) manat pul verilmiş, İddiaçı 3100 (üç min bir yüz) manat qaytaracağına dair qəbz yazaraq cavabdeh1 vermiş, lakin İddiaçı üzərində düşən öhdəliyi yerinə yetirməmişdir. cavabdeh1 tərəfindən tələb edilməsinə baxmayaraq, İddiaçı nəqliyyat vasitəsini və aldığı pulu qaytarmaqdan yayınmışdır.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilə cavabdehlər cavabdeh1 və cavabdeh2 arasında nəqliyyat vastəsinin alqı-satqısına dair razılaşmanın oldğunu və həmin məqsədlə onun tərəfindən cavabdehlərə pul verilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla İddiaçı ilə cavabdeh1 arasında razılaşmanın nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında olduğu müəyyən edilmişdir.

12. Məhkəmə cavabdeh (qarşılıqlı iddiaçı) cavabdeh1 İddiaçı 3100 (üç min bir yüz) manat pul tələbinə dair iddiasına qiymət verərək, hesab etmişdir ki, qarşılıqlı iddia həmin hissədə qismən, yəni 2000 (iki min) manat tələbinə dair hissədə əsaslıdır. Belə ki, məhkəmə iclasında İddiaçı həmin vəsaitdən bəhrələnərək, gəlir əldə etməsini təsdiq edən mötəbər sübutlar cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilməmişdir.

13. Buna görə də, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia pul tələbinə dair hissədə qismən, yəni 2000 (iki min) manat hissəsində təmin edilə bilər. Bundan başqa, cavabdeh cavabdeh2 tərəfindən iddiaçı İddiaçı qarşı qarşılıqlı iddia verilmədiyindən, onun tərəfindən qarşılıqlı iddianın həcminin artırılmaına dair ərizə də qəbul edilə bilməz.

14. Buna görə də, məhkəmə qarşılıqlı iddianın həcminin artırılmasını cavabdeh (qarşılıqlı iddiaçı) cavabdeh1 münasibətdə qəbul etmiş və qiymət vermişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.2, 324.1, 329.2, 329.3, 372.1, 384.0.4, 390.1, 1091.1, 1091.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2,77.1, 88, 106.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, məhkəmə qətnaməsi ilə ondan əsassız olaraq tutulması qət edilmiş 2000 manat pul məbləği və onun tələb etməyinə baxmayaraq əsassız olaraq rədd edilmiş 8500 manat pul məbləği onun mülkiyyətidir və o, bu əsassız məhkəmə qətnaməsi ilə öz mülkiyyətindən (pulundan) məhrum olacaqdır.

18. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, “məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilə cavabdehlər cavabdeh1 və cavabdeh2 arasında nəqliyyat vastəsinin alqı-satqısına dair razılaşmanın oldğunu və həmin məqsədlə onun tərəfindən cavabdehlərə pul verilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla İddiaçı ilə cavabdeh1 arasında razılaşmanın nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında olduğu müəyyən edilmişdir”. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır. Belə ki, işdə olan nəqliyyat vasitəsindən istifadə edilməsinə dair ##.##.2024-cü il tarixli etibarnamədən görünür ki, cavabdeh1 mülkiyyətində olan «Toyota Prius (Hibrid)» markalı, ** VB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ##.##.2026-cı il tarixədək idarə etmək üçün İddiaçı etibar etmişdir. Göründüyü kimi, ona verilən etibarnamənin müddəti 1 il 5 ay müddətində olmuşdur. Əgər avtomobil ona icarəyə verilsə idi, həm də guya onların dedikləri kimi, günə 20 manat olmaqla, bu halda etibarnamə qısa müddətə verilərdi. Lakin onlar avtomobilin alqı-satqısı barədə razılaşmışlar. O da 3000 manatı nəğd şəkildə vermiş, etibarnamə də ona görə 1 il 5 ay müddətinə verilmişdir ki, o, yerdə qalan 7000 manat pulu da hissə-hissə ödəsin, ondan sonra avtomobili tam olaraq öz adına keçirsin.

19. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, “işdə olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən cavabdeh1 kart hesabına 2025-ci ilin mart və aprel ayları ərzində müxtəlif vaxtlarda cəmi 1490 (bir min dörd yüz doxsan) manat vəsait köçürülmüşdür”. Lakin o, 1490 manat deyil, 4580 manata dair qəbzləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etmişdir, hazırda da həmin qəbzləri yenidən şikayətinə də əlavə edir.

20. Işin əsil halları aşağıdakı kimidir: “o, İddiaçı ## #### 1991-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Hazırda Yevlax şəhəri Dəmiryol binası bina 10 mənzil 12-də yaşayır. Cavabdeh cavabdeh1 Yevlax şəhər sakini kimi çoxdan tanıyır. Şəmil avtomobillərin icarayə verilməsi ilə məşğuldur. O, 2024-cü ilin sentyabr ayında cavabdeh1 «Toyota Pirus» markalı avtomobili satın almışdır. Bu zaman aralarında rəsmi notarial qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. Çünki o, avtomobili alan zaman nəğd şəkildə cavabdeh1 3000 manat pul vermişdir, qalan 7000 manatı hər ay 600 manat ödəməklə verməli idi. Avtomobili ümumilikdə 10000 manata almağa razılaşmışlar. O, 3000 manat pulu nəğd şəkildə vermiş və avtomobili də təhvil almışdır. Bu zaman ona avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. O, hər ay mütəmadi olaraq Şəmilə pul ödəmişdir. Ilk ödədiyi 3000 manatı nəğd, ələ vermişdir. Ondan sonra ödənən 5500 manatın da 500 manatını yenə də əllə vermişdir (200 manat və 300 manat olmaqla). 5000 manatı isə özünə məxsus olan kartdan cavabdeh cavabdeh1 və onun anası, digər cavabdeh cavabdeh2 bank kartlarına ödəmişdir. Beləliklə, o, cavabdehlərə cəmi 8500 manat pul ödəmişdir. Ilk dəfə nəğd, əllə verdiyi 3000 manat, sonradan nəğd, əllə verdiyi 500 manat, bank kartlarına ümumilikdə ödədiyi 5000 manat. Bu halda onun 1500 manat borcu qalmışdır (çünki 10000 manata razılaşmışlar). Bundan sonra o, avtomobili satmaq qərarına gəlmişdir. Lakin cavabdehlər ona generalnı davernus verməkdən imtina etmişlər. Cavabdehlər ona bildirmişlər ki, 1500 manatın müqabilində 3000 manatlıq qəbzə imza et, sonra etibarnamə verilsin. O da cavabdehlərə inanıb qəbzə imza etmişdir. Bundan sonra onlar nəinki alqı-satqı üçün etibarnamə verməmişlər, hətta əvvəllər verilmiş sürmək üçün etibarnaməni də ləğv etmişlər. Beləliklə, onun cavabdehlərə verdiyi 8500 manat pul hazırda onlarda qalmaqdadır. Etibarnamə verilmədiyi üçün o, avtomobilə mülkiyyət əldə edə bilmir. Lakin çox təəssüf ki, məhkəmə işə birtərəfli yanaşmış, işin həqiqi olan bu hallarını araşdırmamış və düzgün qiymət verməmişdir. Bu da əsassız olan bir qətnamənin qəbul olunması ilə nəticələnmişdir.

21. Məhkəmə qarşılıqlı iddanı 2000 manata dair hissədə təmin edərkən işdə olan ##.##.2025-ci il tarixli qəbzə istinad etmişdir. Həmin qəbzdən görünür ki, İddiaçı cavabdeh1 işlə əlaqədar 2000 (iki min) manat pul aldığını və ona 3100 (üç min bir yüz) manat qaytaracağını göstərmişdir. Lakin o, hələ qarşılıqlı iddia verilməmişdən öncə öz ilkin iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlər onun onlara qalan 1500 manat borcunun əvəzində onun 3000 manatlıq qəbzə imza etməyini tələb etmişlər. Yəni o, 1500 manat borcu qala-qala avtomobili satmaq istəmiş, bunun üçün generalnı etibarnamə istəmiş, onlar da demişlər ki, 1500 əvəzinə ikiqatlıq, yəni 3000 manatlıq qəbzə imza etsin, sonra etibarnaməni versinlər, o da qəbzə imza etsə də, onlar onu aldadıb etibarnaməni verməmişlər. O, sadə sürücüdür. O, hansı işi görəcəkdir ki, bunlar bunun üçün ona 2000 manat pul versinlər. O, qəbz təsir və aldatma ilə yazılmışdır. O, onlardan 2000 manat pul almamışdır. Lakin məhkəmə bu halı da tam araşdırmadan, yenə də onların mənafeyindən çıxış etmişdir.

22. Odur ki, apellyаsiyа şikаyətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin qismən, yəni ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, yeni qətnamə qəbul olunması, ilk iddia qanuni və əsaslı olduğu olduğu üçün tam təmin edilməsi, cavabdehlər cavabdeh1 və cavabdeh2 8500 manat məbləğində pulun alınaraq ona ödənilməsi bаrədə qətnаmə qəbul edilməsini, qarşılıqlı iddia tələbi qanunsuz və əsassız olduğu üçün tamamilə rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh/iddiaçı cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı İddiaçı, cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Iddiaçı İddiaçı məhkəmə kollegiyasına göndərdiyi teleqramında ailə vəziyyəti ilə əlaqədar hüzr yeri olduğundan gələ bilmədiyindən məhkəmə prosesinin təxirə salınmasını xahiş etsə də, işdə iştirak edən digər şəxslər və cavabdehin vəkili gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

27. Qərar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarı.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirmiş, Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsinin qismən, yəni ilkin iddianın rədd edilmiş və qarşılıqlı iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsini xahiş etmişdir.

32. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisələndirilən hissədə mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini tam diqqətə almamışdır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, «Toyota Prius (Hibrid)» markalı, ** VB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh cavabdeh1 adına qeydiyyata alınmışdır. cavabdeh1 ##.##.2024-cü il tarixli etibarnamə ilə həmin nəqliyyat vasitəsinin ##.##.2026-cı il tarixədək idarə edilməsini İddiaçı etibar etmişdir. Iddiaçı İddiaçı həmin nəqliyyat vasitəsi ilə bağlı əvvəlcə 1500 manat, sonradan isə 3500 manat pul vəsaitini cavabdeh cavabdeh1 ödəmişdir. Iddiaçı İddiaçı Toyota Prius (Hibrid)» markalı, ** VB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cavabdeh cavabdeh1 nisyə alqı-satqı qaydasında aldığını, bununla bağlı cavabdeh cavabdeh1 8500 manat pul vəsaitini ödədiyini əsas gətirərək, 8500 manat pul vəsaitini və dövlət rüsumunun cavabdehlər cavabdeh2 və cavabdeh1 alınaraq ona ödənilməsini tələb etmiş, cavabdeh tərəfdən iddia tələbi qəbul edilməmiş, cavabdeh cavabdeh1 isə qarşılıqlı iddia tələbində «Toyota Prius (Hibrid)» markalı, ** VB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçıya günü 20 manat müqabilində icarəyə verildiyini, bununla bağlı iddiaçı tərəfindən ona ilkin olaraq 1500 manat depozit ödənildiyini, həmçinin hissə-hissə 3500 manat icarə haqqının verildiyini əsas gətirərək, ilk iddianı qəbul etməmiş, İddiaçı 3100 manat da əlavə olaraq borc verdiyini əsas gətirərək, həm həmin məbləği, həm də avtomobili iddiaçı İddiaçı tələb etmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.

37. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin İddiaçıla cavabdeh1 arasındakı razılaşmanın nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında olmasının müəyyən edilməsinə dair gəldiyi nəticənin əsassız olmasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, iddiaçı İddiaçı «Toyota Prius (Hibrid)» markalı, ** VB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh cavabdeh1 tərəfindən ona satılmasına dair məhkəməyə heç bir sübut təqdim etməməklə yanaşı, cavabdeh cavabdeh1 tərəfindən də «Toyota Prius (Hibrid)» markalı, ** VB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı icarəyə verilməsinə, beləliklə İddiaçı cavabdeh1 qarşısında icarə hüquq münasibətlərindən irəli gələn pul öhdəliyinin olmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

39. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

41. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

42. Nəzərə almaq lazımdır ki, hər bir əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərtlər (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərtlər (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

43. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2023-cü il tarixli qərarında qeyd olunanlara əsasən hazırkı iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

44. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir.

45. Kollegiya qeyd edir ki, cavabdeh/iddiaçı cavabdeh1 tərəfindən iddiaçı/cavabdeh İddiaçı 1500 manat və 3500 manat olmaqla cəmi 5000 manat pul vəsaitini qəbul etməsinin müəyyən edilməsinə, cavabdeh/iddiaçı cavabdeh1 isə izahatında həmin pul vəsaitini mülkiyyətində olan nəqliyyat vasitəsinin iddiaçı/cavabdeh İddiaçı icarəyə verilməsi müqabilində qəbul etdiyini qeyd etməsinə baxmayaraq, nəqliyyat vasitəsinin icarəyə verilməsi barədə cavabdeh1 tərəfindən qeyd edilənlər İddiaçı tərəfindən qəbul edilməmiş, İddiaçı isə həmin nəqliyyat vasitəsini aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsi əsasında əldə etdiyini göstərməsinə baxmayaraq, bu hal cavabdeh1 tərəfindən etiraf edilməmişdir.

46. Nəqliyyat vasitəsinin İddiaçı icarəyə verilməsinə dair cavabdeh1 tərəfindən qeyd edilənlərə dair heç bir sübutun təqdim edilməməsi diqqətə alınaraq, cavabdeh1 cəmi 5000 manat pul vəsaitini İddiaçı qəbul etməsi üçün hər hansı bir müqavilə əsasının (alqı-satqı və ya icarə) olması, bununla bağlı tərəflər arasında hər hansı bir etibarlı müqavilənin bağlanılması halı müəyyən edilməmişdir.

47. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

48. Həmin Məcəllənin 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

49. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

50. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin 1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

53. Kollegiya qeyd edir ki, tərəflər arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş etibarlı alqı-satqı və icarə münasibətlərinin mövcudluğu halı müəyyən edilməmişdir. Hansı ki, iddiaçı İddiaçı etibarlılığı müəyyən edilməmiş razılaşma əsasında cavabdeh cavabdeh1 ödədiyi pul vəsaitinin qaytarılmasını tələb etmişdir.

54. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.Ibrahimovun şikayəti üzrə 2004cü il ## ##### tarixli Qərar).

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.

56. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 ödənilməsi sübuta yetirilmiş 5000 manat pul vəsaitini və həmin məbləğə mütənasib olan 70 manat dövlət rüsumunu cavabdeh cavabdeh1 tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun 1490 manat deyil, 4580 manata dair qəbzləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməsi, hazırda da həmin qəbzləri şikayətinə əlavə etməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iddia ərizəsinə və apellyasiya şikayətinə əlavə edilmiş qəbzlər öyrənilərkən iddiaçı İddiaçı iddia ərizəsinə cəmi 2789.49 manat pul vəsaitinin ödənişinə dair qəbzləri əlavə etməsi, onun tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş qəbzlərin də iddia ərizəsinə əlavə edilmiş qəbzlərlə eynilik təşkil etməsi müəyyən edilmişdir.

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qəbzin təsir və aldatma ilə yazılması, onun onlardan 2000 manat pulu almamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı İddiaçı iş materiallarına əlavə edilmiş ## ###### 2025-ci il tarixli əlyazmasından görünür ki, o, həmin əlyazmada cavabdeh1 yanvar ayında 2000 manat pulu aldığını, işlə əlaqədar ona 3100 manat qaytaracağını göstərmişdir.

59. Kollegiya qeyd edir ki, iş materiallarından iddiaçı İddiaçı tərəfindən həmin əlyazmanın təsir və aldatma ilə yazılması halları müəyyən edilməmişdir.

60. Iddiaçı İddiaçı «Toyota Prius (Hibrid)» markalı, ** VB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün cavabdeh cavabdeh1 5000 manatdan daha yüksək məbləğdə pul vəsaitini ödəməsinə dair heç bir sübut təqdim etmədiyindən, həmçinin həmin nəqliyyat vasitəsi cavabdeh cavabdeh1 mülkiyyətini təşkil etdiyindən, ilk iddianın cavabdeh cavabdeh2 qarşı hissəsində təmin edilməsi üçün əsaslar, cavabdeh1 2000 manat pul vəsaitinin alınmasına dair qəbzin verilməsində İddiaçı hər hansı bir təsir göstərilməsi, qəbzin yazılmasında sonuncunun aldadılması halları müəyyən edilmədiyindən iddiaçı İddiaçı apellyasiya şikayətinin qalan hissəsi əsassızdır.

61. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı/cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni ilk iddianın cavabdeh/iddiaçı cavabdeh1 qarşı rədd edildiyi “5000 manat məbləğində pul və 70 manat dövlət rüsumu”na aid hissələrdə ləğv edilməli, ləğv edilmiş hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi cavabdeh/iddiaçı cavabdeh1 5000 manat məbləğində pul və 70 manat dövlət rüsumunun tutulması hissələrində təmin edilməli, cavabdeh/iddiaçı cavabdeh1 5000 manat məbləğində pul və 70 manat dövlət rüsumu tutularaq iddiaçı/cavabdeh İddiaçı ödənilməli, Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı/cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Iddiaçı/cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni ilk iddianın cavabdeh/iddiaçı cavabdeh1 qarşı rədd edildiyi “5000 manat məbləğində pul və 70 manat dövlət rüsumu”na aid hissələrdə ləğv edilsin. Ləğv edilmiş hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. Ilk iddia tələbi cavabdeh/iddiaçı cavabdeh1 5000 manat məbləğində pul və 70 manat dövlət rüsumunun tutulması hissələrində təmin edilsin. Cavabdeh/iddiaçı cavabdeh1 5000 manat məbləğində pul və 70 manat dövlət rüsumu tutularaq iddiaçı/cavabdeh İddiaçı ödənilsin. Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı/cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar